Ev Blog Səhifə 423

Şotlandiya haqqında bilmədikləriniz.

0

Fərqliliyi ilə seçilən Şotlandiya

Məncə, Şotlandiya haqqında məlumatlarım çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verib. Bu zaman Birləşmiş Krallıq yaradılıb.

 

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirib. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilib.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır,  ABŞ və Kanadada yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13 faiz təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər, bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Suyunun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

Şotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

Şotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilib. Bu zaman Şotlandiya və İngiltərə yığmaları qarşılaşıb.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olur.

Avropada pulsuz təhsil??

0

Avropada pulsuz təhsil verən ölkələr

Bəli,  düz eşitdiz. Əminəm ki, sizə bu başlıq gülməli gəlir. “Avropada da pulsuz təhsil almaq olar? Bu nə danışır?” tipli cümlələr ağlınızdan keçir. Xeyir elə deyil, əlbəttə,olar. Niyə də olmasın? Elə isə sizi maraqda saxlamayım. Gəlin bu ölkələrlə tanış olaq.

1.Almaniya

Almaniya

Almaniyada təhsil almaq istəyənlərin sayı gündən-günə artır. Qərbi Avropada ən yaxşı təhsil sistemi olan ölkələrdən biridir. Bəs, bilirdiniz ki, Almaniyada təhsil haqqından azad oluna, yəni pulsuz təhsil ala bilərsiniz? Almaniya dövlət universitetlərində bakalavr təhsili alanlar təhsil haqqı ödəmirlər. Yerli tələbərlə bərabər bu beynəlxalq tələbələrə də aiddir. Sadəcə adminstrativ xərcləri (kitabxanaya qeydiyyat, tələbə bileti və s.) təxminən 150-250 avro ödəyərək Almaniyada istədiyiniz dövlət universitetində təhsil ala bilərsiniz. Təbii ki, onların da buna görə bir şərti var: Alman dili. Pulsuz təhsil sadəcə alman dilində olan fakültələrə aiddir. Bunun üçün alman dilini öyrənməli və alman dili səviyyə təsbit imtahanı verməlisiniz. TestDaf imtahanı qeyri-almanlar üçün standartlaşdırılmış alman dili imtahanıdır.
Almaniyada təhsil pulsuz olsa da, yaşamaq üçün pula ehtiyacınız olacaq. Təhsil vizası almaq üçün bank hesabınızda 7-8 min avro pul göstərməyiniz vacibdir.

2.Fransa

Fransa

Bilirdiniz ki, Fransada pulsuz və ya çox aşağı büdcə ilə təhsil ala bilərsiniz? Fransada dövlət universitetlərinin əksəriyyəti sadəcə adminstrativ xərcləri qarşılamaq üçün simvolik təhsil haqqı tələb edir, təxminən 190 avro kimi bir məbləğdən söhbət gedir. Amma mühəndislik, tibb kimi sahələrdə təhsil almaq üçün bu rəqəm biraz arta bilər.Almaniyada olduğu kimi Fransada da pulsuz təhsil daha çox fransız dilli ixtisaslara aiddir. Buna görə də elə məktəb vaxtından Fransız dilini öyrənməyə başlamağınız məsləhətdir.Fransada yaşayış xərcləri illik 9-10 min avrodan başlayır. Əlbəttə ki, bu rəqəm sizin həyat tərziniz, yaşadığınız şəhərə görə ciddi miqdarda dəyişə bilər. Bunun üçün də Fransada universitet axtararkən sadəcə paytaxt Parisə deyil, digər kiçik şəhərlərə də göz atmağı unutmayın.

3.Norveç

Norveç

Norveçdə təhsil səviyyəsindən (bakalavr, magistratura və ya doktorantura), dilindən, dinindən, irqindən və hətta pasportundan asılı olmayaraq təhsil hər kəs üçün pulsuzdur. Bakalavr səviyyəsində ixtisasların əksəriyyəti norveç dilində keçirilir və qəbul almaq üçün norveç dili imtahanı verməlisiniz. Magistr və doktorantura səviyyəsində isə çox nadir hallarda ingilis dilində tədris olan fakültələr tapa bilərsiniz.

4.İslandiya

İslandiya

İslandiyada da təhsil haqqı yoxdur. Yalnız universitetə qəbul zamanı adminstrativ xərclər üçün 400 avro ətrafında bir məbləğ ödəməli olacaqsınız.

Amma nəzərə alın ki, Şimali Avropada yaşayış xərcləri kifayət qədər yüksəkdir.

Hələlik tapa bildiyim məlumatlar bu qədər. Çalışacam yavaş-yavaş hamısı haqqında yazam. Uğurlar

Ucuz qiymət, əsrarəngiz diyar: kim bura getməmək istər?

0
Dominikan

Dominikan Respublikasına səyahət

Xristofor Kolumb 1492-ci ildə Dominikan Respublikası sahillərinə gələndə, o, deyib ki, dünyanın heç yerində belə gözəl adaya rast gəlməyib. Heç şübhəsiz ki, o haqlı idi! Hətta ən tələbkar turist üçün Dominikan Respublikası əsl cənnətdir!

Dominikan Respublikasının ilk növbədə bənzərsiz çimərlikləri, zərif ağ qumları, dəniz mənzərələri, əl dəyməmiş tropik meşələri, rifləri, pamla ağacları, əzəmətli dağları, çox xeyirxah insanları və əlbəttə ki, gözəl qızları hər kəsi məftun edəcək. Amma cənnət ölkənin üstünlükləri bunlarla bitmir.

Bu  həftə oxucuları Bakının şaxtalı havasını tərk edib bizimlə bir neçə dəqiqəlik isti Dominikan Respublikasına virtual səyahətə dəvət edirik. Odur ki, kəmərləri bağlayın, biz tam sürətlə uçuşa başlayırıq…

Dominikan Respublikası Karib dənizindəki Hispanyola adasında yerləşən kiçik ölkədir. Hispanyola Puerto Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir, dənizdən Venesuela ilə sərhəddir. Ölkənin paytaxtı Santo-Dominqo şəhəridir.

1-ci səbəb: Dərdi-qəmi unutduran çimərliklər…

Dominikan çimərlikləri

Enli ağ çimərlikləri, palma çətirləri, mehriban günəş – bütün bunlar ümumilikdə cənnət kimi qeyri-real görünür. Amma gözəlliklərin real olduğunu dərk eləməyə başlayandan sonra insan buradan heç qayıtmaq istəmir… Dominikan çimərliklərində gecə-gündüz hamı üçün paritlər təşkil olunur.

Populyar səyahət saytının istifadəçilərinin versiyasına görə, “Playa bravo” ən yaxşı çimərliklərin onluğuna daxildir və 2015-ci ildə “Travellers Choice” mükafatına layiq görülüb. Ağ qumları və büllur kimi suyu yüksək ekologiya standartlara cavab verir, təhlükəsizliyi və infrastrukturu çimərliyin əsas fərqləndirici cəhətləridir. Nağıllarda təsvir edilən mənzərələri xatırladan çimərlik sadalanan keyfiyyətlərinə görə Mavi bayraq alıb. Ondan başqa Dominikanda daha 130 çimərlik beynəlxalq mükafatlara layiq görülüb və YUNESKO tərəfindən yüksək qiymətləndirilib. Kayt çimərliyi isə bu yaxınlarda fəal istirahət ekspertlərinin versiyası üzrə ən yaxşı çimərlik reytinqində dördüncü yeri tutub.

Qeyd edək ki, Hadisənin “Yaz günü” klipi də Dominikan Respublikasında çəkilib.

2-ci səbəb: Dominikan respublikasının hər küncü selfie üçün idealdır.

Dəniz parkı

Çoxsaylı dəniz parklarında sizi təkcə gülərüz yerli sakinlər deyil, həm də zərərsiz köpək balıqları qarşılayacaq. Xüsusilə dəniz ulduzu ilə xatirə şəkli sizdə həmişə xoş hiss oyadacaq.

3-cü səbəb: Merenqe və baçatu oynamaq

Merenqe və baçatu oynamaq

Dominikanlar həyatdan zövq almağı yaxşı bilir. Onlar kasıb yaşayır, eyni zamanda özünü çox xoşbəxt hiss edir. Dominikanlar milli mahnılarını o qədər ürəkdən və şadlayanalıqla oxuyurlar ki, səslərindəki həyat sevinci dərhal hiss olunur. Dominikanların milli rəqsləri isə sadəcə turistləri əyləndirmək üçün vasitə deyil, bu, onların həyat tərzidir. Məsələn, oynaq ritmləri eşitsəniz, dərhal ətrafınıza nəzər salın, onda siz mütləq haradasa yaxınlıqda rəqs edən yerli sakinləri görəcəksiniz. Dayanıb boş-boş baxmaq əvəzinə siz də rəqs edənlərə qoşulun, onlar sizi böyük məmnuniyyətlə öz aralarına qəbul edəcək! Yeri gəlmişkən, şənlənmək və sonsuz həyat eşqi dominikanların milli xarakterinin ayrılmaz hissəsidir. Ümumiyyətlə, onlar çox vətənpərvərdir və öz ölkələri haqqında xüsusi məhəbbətlə danışmağı sevirlər.

4-cü səbəb: Kit balıqlarının kəbin oyunundan zövq alın

Kit balıqları

Yanvardan martadək Dominikanın şimal-qərbində yerləşən Samana yarımadası ən iri məməli dəniz heyvanı – kit balıqlarının ziyarət məkanına çevrilir. Belə ki, həmin ərəfədə balıqlar eyni adlı körfəzin isti sularında nəslini artırır. Vəhşi təbiətin əzəmətindən yorulmayan hər kəs üçün mütləq izlənməli heyrətamiz mənzərədir.

5-ci səbəb: Yerli siqar, qəhvə və rom…

Siqar

Hamımız yaxşı bilirik ki, qəhvə, siqaret və spritli içkilər səhhətimiz üçün ziyandır. Amma Dominikan respublikasının yerli sakinləri onlarla fəxr edir, həm də böyük həcmdə dünyaya ixrac edir. Qiymətləri də olduqca ürəkaçandır. Odur ki, Dominikana gəlib yerli siqarın və romun dadına baxmadan getmək bağışlanmaz səhv olardı. Dominikan siqarları ixrac sayına görə dünyada birinci ölkədir. Elitar məhsulun istehsal xüsusiyyətləri ilə istənilən yerli tütün fabriklərinin birində tanış olmağa icazə verilir. Məsələn, “La Flor Dominicana”-da sizə bütün mərhələləri göstərəcəklər: becərilməsindən tutmuş bükülməsinə qədər. Bu ekskursiya kişilərin lap ürəyincə olacaq.

Qəhvə və rom da dominikanların qürur mənbəyidir. Dominikanda istehsal olunan ən məşhur rom markaları bunlardır: Bermudes, Bruqali və Barselo. Barlarda isə romdan çox dadlı kokteyllər hazırlayırlar. Ən yaxşısı – koko lokodur. Onu əsl kokos qabında verirlər, pino-koladanı isə ananasda hazırlayırlar.

6-cı səbəb: Kəhrəba daşı

Kəhrəba daşı

Əgər Dominikanda kişilər üçün siqar və rom fabriklərini gəzmək xüsusilə maraqlıdırsa, qadınlar üçün bu məşğuliyyəti təbii daş-qaş mağazaları əvəz edəcək. Nadir bəzək əşyaları kolleksiyası toplayanlar burada kəhrəba daşından düzəldilən hər zövqə uyğun aksessuar tapa biləcək. Dominikanlar təkcə sarı kəhrəbası ilə deyil, mavi kəhrəbası ilə də öyünür. Təbii və ucuz mavi kəhrəbanı yalnız Dominikanda əldə etmək olar.

7-ci səbəb: Dalğanı tut.

Dalğa

Kabereta təkcə Dominikanın deyil, həm də Karib hövzəsinin sörfinq və kaytsörfinq paytaxtı sayılır. Təzələr üçün əla məktəb, bilicilər üçünsə yüksək dalğalar deməkdir.

8-ci səbəb: Gülməli qiymətlər

“Dominikan bayrağı”yeməyi

Dominikanda yalnız qəhvə və rom ucuz deyil, yeməklərin qiymətləri də sizi təəccübləndirə bilər. Məsələn, dəniz ilbizinin qiyməti onun üzərinə sıxılan limonun dəyərindən daha ucuzdur. Yeri gəlmişkən, ispanca bir neçə kəlmə, gözəl təbəssüm və bir neçə yerli xüsusiyyətlərini sadalamaqla siz füsunkar ölkədə istirahət xərclərinizi xeyli azalda bilərsiniz.

9-cu səbəb: Ləziz dəniz məhsulları

Ləziz dəniz məhsulları

Təzə dəniz məhsullarının bolluğu, şirin ananas və manqo, papaya və yaşıl banan, qızardılmış klyar və quakamole sizə gözəl bədən quruluşu haqqında bütün xəyalları unutduracaq. Hindqozu südü və yaşıl bananlarla qızardılmış balıq ağzınızda əriyəcək.

“La Bandera Dominicana” (Dominikan bayrağı) – yerli yeməklərin ən populyarıdır. Onun tərkibinə ağ düyü, buğda bişirilmiş qırmızı lobya, buğda bişirilmiş toyuq (donuz əti, mal) daxildir. Yemək, bir qayda olaraq, salatla və ya qızardılmış xırçıldayan bananlarla verilir.Ümumiyyətlə, ekzotik meyvələrlə dəniz məhsullarının məftunedici ətir və dadlarını təsvir etməyə çalışmaq faydasızdır. Bunun üçün Dominika getmək və onların dadına baxmaq lazımdır.

10-cu səbəb: Puerto-Platada kanat yolu

Kanat

İzabel-de Torres dağının zirvəsində endemik bitkilərin yetişdiyi nəbatat bağı yerləşir və İsa heykəli ucalır. Oaraya ancaq kanat yolu ilə getmçək olar. Kanat yolu turistləri Dominikan Respublikasına yenidən vurulmağa məcbur edəcək və sonsuzadək unudulmayan təəssüratlar bəxş edəcək.

11-ci  səbəb: Maykl Cekson və Liza Mariya Preslinin sevgi andını içdiyi kilsə

Kilsə

Sözügedən kilsə Altos-de-Çavonda adlı orta əsr şəhərciyində yerləşir. “Paramount” kinostudiyasının səxavətli təsisçisi Çarlz Bladorn onu dizaynla maraqlanan qızına hədiyyə edib. İndi burada Nyu-York Parsons filialı, amfiteatr, gözəl qalereyalar, yerli dizaynerlərin mağazalar və əlbəttə ki, Çavon çayının ovsunlayıcı mənzərələrini görə bilərsiniz.

Və bu günki virtual səyahətimizində sonuna gəldik.Saydığımız səbəblərə dahada əlavə edə bilərik ,məncə bunlar yetərincədir. Bəs sizcə səyahət etməyə dəyər?

Yer üzündə cənnət

0

Yer üzündəki cənnət -Maya qumluğu

Taylandın ən çox turist cəlb edən adalar qrupundan “Kho Phi Phi Lee” də “Maya” qumluğu cənnətin yerüzündə əksi kimi təəssürat yaradır. İnsan əli dəyməmiş bu qumluqda özünüzü cənnətdə hiss edə bilərsiniz

Leoardo Di Caprionun rol aldığı “Plyaj” filmi “Maya” qumluğunda çəkilib. Bu məkanı görmək üçün ən ideal zaman Noyabr- aprel ayları arasıdır. 

Burada həm də tarixi “Vikinq” mağarası turistlərin çox ziyarət etdiyi məkanlardandır. 

Mövsümdə otellər baha olduğundan, bəziləri çadır qurub ordada yaşayır.

 

Elm mərkəzi statusunu qəbul etmiş-Peterhof

0

Peterhof- turizm mərkəzi

“Pyotr həyəti”, 1944-cü ildən – 1997-ci ilə kimi— Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.

Peterhof kilsəsi

Şəhərdə “Yeni Peterhof”, “Köhnə Peterhof” və Oktyabr DY-nun və Baltik xəttinin “Universitet” stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı – 73,2 min nəfərdir

Peterhof

Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII—XIX əsrlərə aid “Peterhof” muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər “Naukoqrad” (yəni elm mərkəzi) statusunu əldə etmişdi.

Peterhof

Tarixi

1710-cu ildə I Pyotrun əmlakının tikintisi üzrə aktiv landşaft və memarlıq işlərinə başlanılmışdır. 1714-cü ildə böyük park ərazilərində Böyük Peterhof sarayının, Kaskadlı böyük qrotun, Monplezir və Aşağı parkın digər tikililərinin əsası qoyulmuşdu. Tədricən, iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında Kiçik Sloboda (Yuxarı Parkın cənub və cənub-şərqində) və Böyük Sloboda (Yuxarı parkın qərbində, müasir şəhər prospekti boyu yerləşən Köhnə Peterhof ərazisində) yaranmışdı. Həmin yerdə yerləşən Tacir limanına o zamanlar Kronştadt və Sankt-Peterburqdan gəmilər gəlirdi. 1721-ci ildə burada ilk su mişar dəyirmanı və kəsmə fabrikinin (hazırki Petrodvorets saat zavodu) əsası qoyulmuşdur.

 

Başlanğıcda sarayın ətrafındakı qəsəbə xaotik şəkildə inşa edilmişdir, sakinlərinin əksəriyyətini təşkil edən dövlət kəndliləri isə ümumiyyətlə qazmalarda yaşayırdı. 1730-cu ildə məhz memar M. Zemtsovun sayəsində, Peterhof ilk dəfə olaraq dəqiq və aydın bir planlaşma əldə etmişdir. O, bir sıra binaları yenidən inşa etmiş və Peterhofda çalışan təhkimli kəndlilər üçün “Sənətkarlıq”, saray işçiləri üçün isə “Kavaler” məhəllələrini yaratmışdı. 1747-ci ildən memar B. Rastrellinin rəhbərliyi altında sarayın yenidən qurulmasına başlanılmışdır. Saray binasının mərkəzi hissəsi böyüdülmüş, cənub tərəfdən isə, saray konfiqurasiyasına görə uzadılmış “P” hərfinə bənzədilmişdir. Bu cür kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır.

PeterhoF

Görməli yerləri

“Peterhof” Dövlət muzey-qoruğu

Dünya memarlığının və saray-park sənətinin görkəmli abidəsidir. Muzeyin tərkibinə XVIII-XIX əsrlərdə aid saray və park ansamblı – 19 may 1918-ci ildən sonra milliləşdirilmə nəticəsində muzeyə çevrilmiş keçmiş şəhərətrafı imperator iqamətgahı daxildir. Muzey-qoruğu özünün hazırki statusunu 1990-cı ildə əldə etmişdi.

Peterhof

Böyük Peterhof sarayı

1714-1725-ci illərdə J.B. Leblondun daha sonralar isə N. Mikettinin layihələri əsasında “Pyotr barokkosu” üslubunda inşa edilmiş sadə çar sarayı, 1747-1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F.B. Rastrelli tərəfindən artıq “yetkin barokko” üslubunda yenidən inşa edilmişdir. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Böyük saray “Peterhof” Dövlət İncəsənət və Memarlıq Saray-Park Muzeyinin tərkib hissəsi hesab olunur. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.

Böyük Kaska

Yuxarı bağ

15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır.

Yuxarı bağ

Planda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır.

Fəvvarələr

Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində – hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.

Snop fəvvarəsı
Həvva fəvvarəsi
Danaida fəvvarəsi

Kolonist parkı

Kolonist parkı -Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən – 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır.

Kolonist parkı

 

Sevgililər gününə özəl Paris səyahət turu

0
Paris -səyahət turu

Cütlüklərə özəl möhtəşəm səyahət turu

Qarşıdan “Sevgililər günü” gəlir. Əlbəttə sevginin günü olmaz ancaq belə bir deyim var “qonşudan qalma geri”. Fevral ayının başlanğıcından başlayaraq çoxu partnerinə hədiyyə axtarışına çıxır. Fikir ayrılıqları, narahatlıqlar başlayır.   “Bunu alsam görən ürəyincə olacaq?”, “bəlkə bəyənməyəcək”və ya “mən neyləyəcəm “kimi  beynimizdən 1000 cür fikirlər keçir. Yaxşı bəs biz neyləyək ? Bunun üçün sizə  hazırladığımız məqaləni oxumağı dəvət edirik.

Sevgililər gününə 1 aydan artıq müddət qalsada turizm şirkətləri sizlərə özəl tur paketləri hazırlayıblar.Məhz bunlardan birini sizlərə təqdim edirik.

Sevgililər gününə özəl Paris səyahət turu :

?3 gecə /4gün – Cəmi 485 usd (2 nəfər 960 usd)

Qiymətə daxildir:?

✈️Aviabilet (gediş-dönüş)

?Otel(3 gecə /4 gün 3*)

?️Qidalanma(səhər yeməy)

?Səyahət sığortası

?Viza dəstəyi

Qeyd edək ki ,qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.

Əlavə məlumat üçün:

☎️+994 12 564 60 30

?+994 50 664 60 30(WhatsApp)

?+994 55 664 60 30

?+994 70 664 60 30

?http://gotravel.az

?info@gotravel.az

Ünvan:Fətəli Xan Xoyski 85(Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Əgər saytımızı izləmisizsə sizlər üçün “Qadınların heyran olduğu romantiklər ölkəsi -Fransa “haqqında hazırladığımız məqalədəndə Fransa haqqında məlumatlar əldə etmisiz.Oxumamısınızsa elə isə daxil olub oxuyun və partnerinizin qəlbini fəth edin.Xoş istirahətlər.Daima sevgi ilə qalın ❤️

 

 

Dominikana respublikasının fərqli gəzinti təklifi .

0

Dominikan respublikası fərqli tərzdə gəzinti təklif edir.

Dominikan Respublikası turistlərə məşhur atraksionda, hava şarında, gəzinti təklif etdi.

Dominikana

Şar Punta-Kana otel zonasının yaxınlığında yerləşən Veron bazasından,  gündə iki dəfə göyə qalxır. Birinci uçuş sübhdə olur, ikincisi isə – gün batanda. Beləliklə, səyahətçilər, göydə olaraq sübhü və günün batmasını görə biləcəklər.

Uçuş bir neçə yüz metr yüksəklikdə olacaq və bir saata yaxın davam edəcək. Turistlərə təklif olunan mənzərələrdən biri – İquey vilayətinin paytaxtı.

Ekskursiya pilotun rəhbərliyi altında və hər dəfə unikal bir marşrutla keçirilir. Hava şarları 14,12,6 və 3 nəfərlik olur.

Maldiv adaları

0

Fərqliliyi ilə seçilən Maldiv adaları.

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.

Maldiv adaları

Maldiv adalarının görməli yerləri

Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl “Məkkə” adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilərlər. Ən əsası canlı sualtı dünyanı görmək üçün heç yerə getmək lazım deyil. Qaldığınız otellərin ətrafında hər cür şərait var. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkandır. Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, Mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir.

Maldiv adaları

Turistlərə məsləhət

Maldiv adalarında turizm 1970-ci illərdən başlayaraq inkişaf etməyə başlayıb. Turizm və balıqçılıq Maldiv iqtisadiyyatının ayrılmaz hissəsidir. 2004-cü ilin 26 dekabrında Hind okeanında olan sunami dalğası Maldiv adalarına da böyük ziyan vurdu. Buna baxmayaraq, ada yavaş-yavaş turizmə dəyən ziyanı aradan qaldırmaqdadır. Əsas nəqliyyat vasitələri yelkənli və motorlu qayıqlardır. Nəqliyyat daşınmalarının böyük hissəsi dəniz təyyarələri, helikopterlər və katerlərlə reallaşır. Adaların hər birinə keçid 1.5-2 saata qədər vaxt ala bilər. Geniş gəzinti üçün böyük qayıqlardan “vedis”lərdən istifadə edirlər. Bu adalarda taksi çox bahadır və onlardan yalnız paytaxt Maledə və Qan adasında istifadə edilir. Maldivdə şəriət qanunlarına ciddi əməl edilir. Ölkəyə özünlə bərabər spirtli içki, donuz əti gətirmək qadağandır və cəzası böyükdür. Turistlər içkini ancaq restoran, kafe və otellərdə içə bilərlər. Əgər siz əsrarəngiz okeanda balıq tutmaq istəyirsinizsə, 35-40 ABŞ dolları ödəməli olacaqsınız. Burada SPA salonları da geniş yayılıb. Hər otelin özünün belə mərkəzləri var. Üstəlik, tennis, voleybol üçün də meydançalar açılıb.

Maldiv adaları

Maldivdə mətbəx

Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq “xikimas”, balıqdan hazırlanmış piroq “kuli borkiba”, kokos və soğan “badciya”, milli balıq şorbası düyü ilə “qarudiya”, tunes balığı və kokosdan hazırlanmış kotlet “qulu”, balıq paşteti “rihaukuru”, istiot və sarımsaqlı qızartma balıq “teluli mae” və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd “kiru sarbat” içə bilərsiniz.

Maldiv adaları

Şopinq

Paytaxt Male alış-verişi sevənlər üçün əlverişli məkandır. Turistlərin sevdiyi ən məşhur suvenirlər köynək, şərf, saronqi, açıqca, balıqqulağı, ağacdan və mərcandan hazırlanmış suvenirlər, kiçik xalçalar, köpək balığı çənəsi və kokos yağıdır. Maldiv adalarından ən gözəl hədiyyə ağacdan hazırlanmış qara-qırmızı heykəlciklər də ola bilər. Mərcandan hazırlanmış büjiteriyalar günəşli adadan ən maraqlı nümunədir. Adadan həm də uyğun qiymətə sualtı ləvazimatlar da gətirmək mümkündür. Əgər siz alış-veriş üçün Maleni seçirsinizsə, cümə və şənbə günləri getməyiniz məsləhət deyil. Çünki həmin günlər istirahət günləridir. Vergidən azad olunmuş duty-free mağazalarında alış-veriş etmək istəyirsinizsə, Beynəlxalq Male hava limanı ən ideal məkandır. Maldiv adaları,Male,

Maldiv bazarlarında Hindistan, Şri-Lanka və Cənub-Şərqi Asiyadan gətirilmiş suvenirlər var. Yerli sənətkarların hazırladığı “No shoes, no news – Maldives” tipli futbolkalar, mərcanla nəfis işlənmiş güllər, laklı, rəngli güllərlə işlənmiş qara-sarı sandıqçalar və bəzək əşyalarından da almağı unutmayın. Güllü naxışlarla toxunmuş keyfiyyətli həsirləri lülə şəklində büküb saxlaya bilərsiniz. Qızıl və gümüşdən hazırlanmış əl işlərini də münasib qiymətə satırlar. Palma yarpaqlarından hazırlanmış səbətlər, kokosdan hazırlanmış kasalar, Quran üçün altlıqlar sadə suvenir xoşlayanlar üçün maraqlı hədiyyə ola bilər.

Yeni cütlüklərin bal ayı səyahəti hara olmalıdır?

0

Azərbaycanda yeni ailə həyatı qurmuş cütlüklər ən çox bu ölkələrə səyahət edir.

Bal ayı – yeni evlənən cütlüklərin həyatında ən xoşbəxt dövrlərdən olur ki, bu dövrdə gənc ailənin həyatı məhəbbət və səadətə bürünür. Bəs, bal ayını harada və necə keçirmək olar?

Müxtəlif turizm agentliyiklərinin təklif etdiyi ekzotik yerlər və kurortların seçimini etməzdən əvvəl hər məqamı ölçüb-biçmək lazımdır. Sizə yardımçı olmaq məqsədi ilə unudulmaz bal ayını keçirmək üçün ən maraqlı yerləri təqdim edirik.

1.Paris

Paris – sevgililər paytaxtıdır. Hər bir cütlük Parisə getmək və bu əfsanəvi şəhərin görkəmli yerlərini ziyarət etmək arzusundadır. Bu şəhərdə yeni evlənənləri gözəl xidmət səviyyəsində bir çox restoranlar, zəngin mədəni proqram, həmçinin ən romantik küçələrdə gözəl gəzintilər gözləyir. Luvr muzeyi, Eyfel qülləsi məhz o yerlərdir ki, cütlüklər mütləq onları ziyarət etməlidir. Paris öz gözəlliyi ilə valeh edir və ziyarət edildikdən sonra udulmaz təəssüratlar bağışlayır.

Paris

2. Roma

Roma – qədim tarixi və zəngin memarlığı olan əfsanəvi şəhərdir ki, sizi tarixi abidələri və muzeyləri ilə valeh edəcək. Roma, şəhər istirahətinin həvəskarları üçün ideal seçimdir. Bundan başqa, Roma turistləri gözəl memarlığı və yüksək səviyyədə olan xidməti ilə sevindirə bilər. Bu şəhərdə keçirilən bay ayınızı heç vaxt unutmayacaqsınız.

Roma
Dünyada ən romantik şəhərlərindən biri olan Venesiya – bal ayı üçün ideal yerdir. Sevgi şəhəri Venesiyanı gəzmək üçün ən romantik üsul – səs-küydən, tıxaclardan uzaqda dar və geniş kanallar üzrə qondola ilə səyahət etməkdir.
Venesiya

4.Florida

Floridanı – işıqlı ştat adlandırırlar ki, burada hətta qış mövsümündə də günəşin saçmasına zəmanət verilir. Florida ilin istənilən mövsümündə bal ayının keçirilməsi üçün ən yaxşı yerlərdən biri hesab edilir. Bu şəhərdə bal ayı üçün əla ideya – dəbdəbəli laynerdə kruiz olacaq ki, bu da sizə sahilin bütün gözəlliklərindən zövq almağa imkan yaradacaq.

Florida

6.Meksika

Meksika – hətta tez-tez səyahət edənləri heyrətləndirə biləcək ölkədir. Heyrətamiz təbiəti və parlaq mədəniyyətindən başqa bu ölkə gözəl çimərlikləri ilə məşhurdur. Meksikaya çatdıqdan sonra siz sanki başqa romantik dünyaya düşmüş olacaqsınız. Burada siz ətirli yeməklərdən dada, həyat yoldaşınız ilə çimərliklərdə vaxt keçirə, daha sonra isə müqəddəs məbədlərə yürüşlərdə iştirak edə bilərsiniz.

Ekzotik yeməkləri və rəngarəng mədəniyyətindən başqa, Tayland həmçinin romantika axtarışında olan cütlüklər üçün ideal məkandır. Bütün bunlar dünya səviyyəli səhiyyə və infrastruktura malik, nəzakətli və xeyirxah insanları olan kurort səviyyəsinə əsaslanır. Romantik gecələri çarpan dalğaların səsi, ideal sakit səma altında keçirərək siz özünüzü sanki cənnətdəki kimi hiss edəcəksiniz.

Tayland

7.Keniya

Keniya – qeyri-adi flora və faunası, əzəmətli təbiəti, qədim meşələri və maraqlı mənzərəsi olan Kilimancaro dağı ilə məşhur olan məkandır. Burada keçiriləcək bal ayı – əylənmək və romantik abu hava yaratmaq, macəra dolu vaxt keçirmək üçün gözəl seçim olacaq.

Keniya

8.Maldiv adaları

Maldiv Adaları – Cütlüklərin ənənəvi olaraq seçdikləri istiqamətlərdən biri də Maldiv Adalarıdır. Ağappaq qumu olan ideal çimərliklər, mərcan riflər, rahat villalar və gözəl mətbəxi siz məhz Maldiv Adalarında tapacaqsınız. Bu cənnət məkanın bir mənfi cəhəti var ki, o da çox baha olan qiymətləridir.

Maldiv adaları

9.Baham adaları

Baham adaları – Bu ada yeni ailə quran cütlüklər arasında kifayət qədər məşhur yerdir. Burada ikilikdə romantik istirahət etmək üçün xeyli sayda otellər var. Gözəl iqlimi, parlaq günəşi, gözəl çimərlikləri və ən gözəl tropik mənzərələri olan adalar sizə unudulmaz günlər yaşadacaq.

Baham adaları

10.Havay adaları

Havai adaları – Ekzotik Havai adaları mütləq sizə unudulmaz təəssüratlar bəxş edəcək. Burada serfinqlə məşğul olmaq, əsl vulkana səyahət etmək, balinaları seyr etmək və daha nələr etmək olar. Tropik bağlar, mavi laqunalar sizin ilk ailə istirahətiniz üçün gözəl fon yaradacaq.

Havay adalari

Xəzərdə gəmi turları başlayır – Müqavilə bağlandı

0

Azərbaycanda bir ilk Gəmi Turları başlayacaq

GƏMİ TURLARI BAŞLAYIR

“Moskva Çay Gəmiçiliyi” ASC-nin Baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. 

Gezmeli.az turizm portalı xəbər verir ki, görüşdə tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.

Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan, dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev qeyd edib ki, Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə gəmi turlarının-kruizlərin təşkili böyük perspektiv vəd edir.

Müzakirələr zamanı bildirilib ki, bu layihə ilə  təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

Tərəflər əməkdaşlığa dair birgə memorandum imzalayıblar. Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək.

Həmin gəmi 310 sərnişin tutumuna və yüksək rahatlığa malik olacaq.  Kruiz layneri vasitəsi ilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, çimərlik hovuzu, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək.  Uzunluğu 141, eni 16.82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.

Səfərlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan, Rusiya-Həştərxan-Bakı arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar.