Cari ilin əvvəlindən dünya ölkələrində bir çox yeni otel və hostellər istifadəyə verilib. Onların arasında qeyri-ənənəvi olanlar da var.
Yeni qeyri-adi mehmanxanaları təqdim edirik:
Yaponiyanın Tiba prefekturasında martın ortalarında istifadəyə verilən “Henn na Hotel”. Hotelin heç bir əməkdaşı yoxdur.
Henn na hotel
Yük konteynerlərindən yığılmış “Quadrum” hoteli martın əvvəlində Gürcüstanda, Yuxarı Qudauridə açılıb. Hoteldə bir yerlik, ailəvi və lüks nömrələr təklif edilir. Sizin xidmətində hovuz və sauna da var.
Quadrum hotel
Yaponiyanın Kioto şəhərində “The Book and Bed Tokyo-Kyoto” hostelində yataq yerləri kitab rəfləri ilə təchiz edilib.
The Book and Bed Tokyo-Kyoto
Dünyada xilasetmə qülləsində düzəldilmiş ilk mehmanxana Təl-Əviv sahillərində yerləşir. Qüllə ikimərtəbəli lüks otaqdan, cakuzidən ibarətdir. Mehmanxanada səhər yeməyi də verilir.
“The 7th Room” hoteli Laplandiyada meşə ərazisində tikilib. Ənənəvi Skandinaviya evlərini xatırladan bina ağaclar arasında, 12 sütun üzərində 10 metr hündürlükdə yerləşir. Ümumi sahəsi 55 kv.m-dir.
The 7th room
Maldiv adalarında tez-tez təmtəraqlı hotellər açılır. Lakin 5 ulduzlu “Hurawalhi Island Resort” hoteli 6 metr dərinlikdə yerləşən sualtı restoranı ilə fərqlənir. Burada dəniz məhsullarını həm menyudan, həm də, sözün əsl mənasında, hər tərəfdən seçmək olar…
Huravalvhi İsland restoran
İspaniyanın “In-Tenta” dizayner şirkəti hotel deyil, istənilən yerdə quraşdırıla bilən portativ mehmanxana nömrə hazırlayıb.
İn-Trenta
Sinqapurun mərkəzində ilin əvvəlində ilk qonaqlarını qəbul edən “Oasia” çiçək-hotel. 27 mərtəbəli binanın fasadını otlar örtüb.
İtaliyanın Modena şəhərində bütün avtoazarkeşlərini unudulmaz sərgi gözləyir. Enzo Ferrarinin ev-muzeyində “Formula-1”-in 40 illik zəngin tarixini əks edən 20 bolid göstərilib.
Sərgidə göstərilən hər bir eksponat nəyin ki, avtomobil mühəndisliyinin ən yüksək zirvəsidir, eyni zamanda əsl sənət əsəridir.
“Formula-1”-in azarkeşləri burada yarışın yayım zamanı televiziya ekranları qarşısında keçirtdiyi həyacanlarını san ki, yenidən yaşayırlar. Yarış bolidlərindən başqa ,ziyarətçiləri həmçinin “Formula-1” yarışmasının əfsanəvi iştirakçılarının əlliyə yaxın dəbilqələridən ibarət kolleksiya gözləyir.
Orta yaş böhranı Jan Belivo adlı kanadalını uzun səyahətə çıxmağa sövq etdi. O 11 il ərzində dünyanın 64 ölkəsini piyada gəzərək ümumilikdə 75500 kilometr qət etdi.
45 yaşına çatdıqdan sonra Monrealda kiçik biznes sahibi olan Jan Belivo öz həyatı, onun mənası, öz rolu haqda düşünməyə başladı. Fikirlərini toplamaq üçün o şəhər üzrə yürüyüşlər edirdi. Günlər bir-birini əvəz etdikcə həmin gəzintilər bir-birindən davamlı olurdu və bir dəfə o Nyu York üzrə 600 km-lik yürüyüş etməyi qərara aldı. Bu yolu qət etmək mümkündürsə – dayanmaq nəyə gərək? “Cəmiyyət tərəfindən yeyilməkdənsə Afrika şirləri tərəfindən yeyilməyi üstün tuturam”-deyə düşünən Jan əşyalarını hazırlayıb yola düşdü
Həyat yoldaşı bu ideyanı dəstəkləyərək, onun üçün ailə büdcəsindən 4000 kanada dolları ayırdı (3000 ABŞ dolları). Jan özü ilə az miqdarda yemək, paltar, tibbi çanta, kiçik çadır və gecələmə torbasını götürərək onların hamısıını üç təkərli arabasına yerləşdirdi və özü ilə apardı. Beləliklə indiyə qədər insanlığa məlum olan və rəsmi şəkildə qəbul olunmuş ən uzun səyahət başlamış oldu.Öz yürüyüşünü Jan sülh uğrunda mübarizəyə və uşaqların müdafiəsinə həsr etdi. 11 il piyada gəzərək o 75500 kilometr, 64 ölkə, 6 səhra qət edərək 54 cüt ayaqqabı dəyişdi, bunların əvəzində isə yaddaşdan silinməyəcək bir çox macəra yaşadı.
Qvatemala və Ekvadorda yerli kriminal qrupları belə onun atdığı qeyri adi addımına hörmət əlaməti olaraq Janı öz himasyəsi altına alır və hətta pul ilə də təmin edirdi. Sudanda o uzun saqqal saxlamalı, Afrikada həşəratlarla qidalanmalı olurdu. CAR-da polislər onu həbsxana kamerasına yerləşdirərək gecələmə yeri ilə təmin etmiş oldu, lakin səhərisi gün həmin polislərin növbəsi başa çatdığı zaman həmkarlarını Jan haqda xəbərdar etməyi unutduqlarına görə, yeni növbəyə gələn polislər onu azadlığa buraxmaq istəmirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.
Ümumilikdə Jan bütün dünyada 1600 ailə ilə tanış oldu. Bəzi ölkələrə, (Məsələn, Liviyaya) viza almaq mümkün olmadı. Digərləri isə (Məsələn, Hindistan, Efiopiya) firavan Kanadanın vətəndaşını yoxsulluğu ilə çox kədərləndirdi. Bütün bunlara baxmayaraq demək olar ki, hər yerdə insanlar onu mehriban şəkildə qarşılayaraq var gücü ilə yardım edirdi. Jan yalnız yolun piyada gedilməyə mümkün olmayan hissəsi üçün pula ehtiyac duyurdu (Bir qitədən o biri qitəyə). Hətta yeni ayaqqabıları belə ona müxtəlif ölkələrin insanları hədiyyə edirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.
Yeni biliklərlə zənginləşən Jan bütün bunlarla bərabər ailə ocağından məhrum oldu. 11 il ərzində Janın həyat yoldaşının onunla görüşə biləcəyi yerlərə gəlməsinə, onun rəsmi internet səhifəsini dəstəkləməsinə baxmayaraq cütlük evliliyini qoruyub saxlaya bilmədi. Belivo həmçinin uşaqlarının həyatındakı vacib anları da gözündən qaçırdı. O Monrealı tərk edən zaman qızının 18, oğlunun isə 20 yaşı var idi. Sonradan Jan baba oldu, lakin nəvəsi ilə ilk dəfə onun 5 yaşı tamam olduqdan sonra görüşdü.
Bunlara baxmayaraq Jan heç nədən heyfslənmir. 2000-ci ilin avqustundan 2011-ci ilin oktyabrına qədər o dünyanın demək olar ki, hər nöqtəsində olub. Gedilən ölkələr arasında həmçinin – Azərbaycan, Türkiyə, , İran, Çin, Yaponiya, İndoneziya, Avstraliya, Braziliya, Kolumbiya, Cənubi Afrika, Misir, Mərakeş də var.
İndoneziyanın təbiəti o qədər valehedicidir ki, yerli sakinlərin evində aylarla ölü saxlaması, çimizdirməsi, ruhlarla yatıb-durması turistləri zərrə qədər qorxutmur. Əksinə ekzotika və macəra axtarışında olanların marağına səbəb olur. Bəs bu qəribə ölkə daha nə ilə səyahət həvəskarlarını özünə cəlb edir?
Əgər bu səbəbləri öyrənmək istəyirsinizsə, sizi İndoneziyaya virtual səyahətə dəvət edirik. Gəlin çoxillik tarixi olan maraqlı, sirli və gözəl ölkəni birlikdə gəzək. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək…
İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın qəribə ənənələri və bənzərsiz mədəni abidələri, qədim sivilizasiyası və insan əlinin korlamadığı təbiətlə məhz burada tanış olmaq mümkündür. İndoneziya zəngin və mürəkkəb tarixi olan ölkədir. Dünyada sahəsinə görə 16-cı yerdədir. 17 mindən çox adadan ibarət olan İndoneziya ən böyük arxipelaqıdır. Ölkənin paytaxtı Yava adasındakı Cakarta şəhəridir. İndoneziya tektonik cəhətdən fəal ərazidə yerləşdiyinə görə ərazisində Krakatua və Tambora da daxil olmaqla 150-dən çox aktiv vulkan var.
İndoneziyada əsas gəlir mənbəyi turizmdir. Hökumət yeni turistlərin cəlb olunması üçün hər cür tədbirləri görməyə hazırdır, bunun üçün ekzotik tur siyahısını hər il bir az da genişləndirir. Bu səbəblər ekzotik istirahət həvəskarlarını artıq neçə ildir ki, İndoneziyanı seçməyə vadar edir. Son məlumatlara görə, turistlər üçün cəlbediciliyi baxımından və davamiyyət səviyyəsinə görə ölkə dünyada dördüncü mövqedə yerləşir.
Möhtəşəm budda kompleksi
Möhtəşəm budda kompleksi
İndoneziya özündən induizm, buddizm və islam dinlərinin abidələrini birləşdirən məbəd memarlığının nadir beşiyidir. Möhtəşəm budda kompleksi – Borobudur e.ə. IX əsrdə dördtərəfli nəhəng piramidalar şəklində tikilən ən böyük məbəddir. Borobudur Budda kompleksi Vişna, Şiva və Braxma allahlarına həsr olunmuş dünyada ən iri dini tikililərindən biridir ki, günümüzədək qorunub saxlanılıb. Min il əvvəl Merapi vulkanından sonra insanlar bu yerləri tərk edib. 800-cü illərdə inşa edildiyi düşünülən bu möhtəşəm məbəd vulkan partlaması nəticəsində uzun əsrlər unudulub. Lakin nəhəng memarlıq kompleksi yalnız 1815-ci ildə, demək olar ki, vulkan külü və tamamilə cəngəlliklərlə örtülmüş halda tapılıb. Yarım əsr keçəndən sonra YUNESKO-nun himayəsi altında onun əsaslı bərpasına başlanılıb. Qazıntıları zamanı budda kompleksinin digər maraqlı materialları da tapılıb, onları Borobudur kompleksinin ərazisində yerləşən eyniadlı muzeydə görmək olar. Məbədi sübh tezdən ziyarət etmək daha yaxşıdır. Çünki budda kompleksi doğan günəşin şüaları altında çox füsunkar görünür.
Qeyd edək ki, İndoneziya əhalisinin böyük əksəriyyəti – 87 faizi müsəlmanlardır, xristianlar əhalinin 7 faizini təşkil edir. Yerdə qalan isə hinduizm və başqa dinlərin nümayəndələridir. Ümumiyyətlə bu gün İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan bu ölkədə İslam dini qılınc və hərb gücünə deyil, tacirlərin vasitəsilə yayılıb.
Tanrılar adası
Tanrılar adası
Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Dünyada Bali adası qədər cəlbedici olan çox az yer tapılar. Bali Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus adadır. Bu ada dünyada həm də tanrıların adası kimi məşhurdur. Sanskrit dilində əmin-amanlıq və sülh mənasını verən Bali xüsusən iyul və avqust aylarında turistlərin üstünlük veridiyi istirahət məntəqəsidir. Çünki bu aylarda temperatur 28-30 dərəcə olur. Həm dənizdə çimə bilir, həm də rütubət çox az olduğu üçün tərləmirsiniz. Günəş adasında əbədi mavi səma və okean, ağ qumlu çimərliklər və təbiət İdoneziya mədəniyyəti ahəngdar şəkildə uzlaşır, insanlar isə Allahların vətənində sülh və əmin-amanlıq tapır. Bali həm də tropik cəngəlliklər, göllər və vulkanik dağ zirvələri, hindqozu ağacları, qədim məbədlər, geniş düyü terrası deməkdir. Bali adası həm də ona görə müqəddəs sayılır ki, burada insanlar sadə şeylərə sevinməyə bacarırlar.
Tanrılar adası
Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-ayağa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin “Min bir gecə” nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir. Okeanın sahilində yerləşən dəbdəbəli hotellərdə, dünyadan ayrılan Ubud çimərliklərində insan özünü tapır və həyatın gözəlliyini öyrənir. Bu ərazilərdə çoxlu yoqa mərkəzləri fəaliyyət göstərir.
Elizabet Hilbertin yaşadığı ev
Elizabet Hilbertin yaşadığı ev
Özünü dərk etmək, xoşbəxtliyi tapmaq üçün dünyanın müxtəlif yerlərinə yollanan tanınmış jurnalist Elizabet Hilbertin hekayələri haqqında demək olar ki, hər bir qadın eşidib. Onun marşrutunun üçüncü bəndi müqəddəs Bali adasını ziyarət etmək idi. Jurnalist uzun illər axtarışında olduğu məhəbbət və daxili harmoniyaya bu adada qovuşur. Elizabet Ubud şəhərciyində yaşayıb. Hərçənd, deyilənə görə, onun yaşadığı ev indi baxımsız vəziyyətdədir və onu icarəyə götürmək olmaz.
Mənəvi rahatlıq axtaranlar karmasını meditasiyalarla təmizləmək üçün Ubudda toplaşır, onlara “Ye. Dua et. Sev” əsəri əsasında çəkilən filmin amerikalı pərəstişkarları yoldaşlıq edir.
Yeri gəlmişkən, sözügedən film məhz bu adada lentə alınıb. Bir çox turistlər adaya Culiya Robertsin təcrübəsini təkrar etmək və zahirən Xavyer Bardema kimi yaraşıqlı bir kişi ilə tanış olub ömrünün sonuna qədər burada yaşamaq ümidi ilə gəlir… Ümumiyyətlə, sözügedən filmin Bali adasına turist axının çoxalmasında böyük rolu olub.
Fəaliyyətdə olan vulkanları gəzmək
Vulkan – Bromo-Java
Yava adasındakı Bromo vulkanı populyar turist əyləncə məntəqəsidir. O, “Tengger Bromo Semeru National Park” parkının və digər vulkanların yaxınlığında yerləşir. Bromo və Semer vulkanı görünüşünə görə, dünyada ən cəlbedici vulkanlardan biridir. Onun zirvəsinə müstəqil şəkildə çıxmaq olar. Yol lava dənizi vasitəsilə məbədin yanından keçir, daha sonra isə kraterin kənarlarına pillələrlə yuxarı qalxırsınız.
Turistlər
Əgər dağa dırmaşmağa tənbəllik edir, amma eyni zamanda mənzərələri görmək istəyirsinizsə, onda Penancakan dağına ekskursiya üçün açıq cip götürün. Həmçinin Bromo yaxınlığında günü 15 dollara olan hotellərin birində gecələmək olar. Bu rahatdır, çünki ən yaddaqalan gəzintiyə hələ hava işıqlanmamış başlamaq yaxşıdır.
Nəhəng vulkanik göldə qayıqda gəzmək
Sumatra adasında isə öz miqyası ilə heyrətə salan böyük Toba gölü var. Toba dünyada vulkanik mənşəli ən böyük göldür. Bəzi qiymətləndirmələrə görə o, təxminən 69000-77000 il əvvəl eyni adlı vulkan püskürməsi nəticəsində yaranıb. Onun sahəsi 1700 kvadrat km-dir, maksimal eni 30 km, dərinliyi isə bəzi yerlərdə yarım km-ə çatır. Bir neçə gününüzü göldə keçirsəniz, peşman olmarsınız: bir qədər vulkan sularda üzün, qayıqda gəzin və yerli Batak qəbiləsinin ənənələri ilə tanış olun. Gölün lap mərkəzində, Samasir adasında yerləşən hotellərin birində gecələmək də olar.
Dinozavrların “qohumları” ilə görüşün
Komodo əjdahaları
Komod, Rinça və Padar adalarında məhv olmuş dinozavrların əcdadları sayılan komodo əjdahaları yaşayır. Əslində bu, üç metr uzunluğu və 100 kq-dan yuxarı çəkisi olan ən qorxunc nəhəng kərtənkələrdir. Bu qəribə məxluqlar ağacları bir zərbə ilə sındırır. Onlar marallar, qabanlar və hətta timsahlarla qidalanır. Yağlı yeməkdən sonra yırtıcı 3 aya qədər yeməksiz də qala bilər. Bütün bu adalarda təxminən üç min əjdaha yaşayır.
Dirilərin arasında yaşayan ölülər
Dirilər arasında yaşayan ölülər
İndoneziyada yaşayan Toraja adlı etnik qrup üçün cənazə mərasimi həyatın olduqca vacib hissəsi sayılır. Ümumiyyətlə, ölülərlə birlikdə yaşamaq ənənəsi dünyanın heç bir yerində yoxdur. İndoneziyanın Tana Toraja bölgəsində yas mərasimi əsl toyu xatırladır. Yasda musiqi, rəqs və qonaqlar üçün yemək-içmək təşkil edilir. Beləliklə, ölünün yaxınları ölüyə öz təşəkkürünü bildirmiş olurlar. Ailənin ölü üzvü geyimlərə bükülərək aylarca evin altında saxlanılır. Torajanlar ölən ruhun, dəfn olunduğu günə qədər onlarla bərabər olduğuna inanırlar. Ölən adamın cəsədi dəfn üçün hazır hala gəldiyində isə tabutu mağaranın içinə yerləşdirirlər. Mağaranın girişinə adamın heykəli qoyulur. Bəzən bu hazırlıq həftələrlə, aylarla və hətta ilərlə də davam edə bilir. Bu müddət ərzində ölüyə xəstəymiş kimi davranıb onunla danışırlar. Mərasim təşkili hazır olduqdan sonra ölünün çürümüş meyiti tabuta qoyulub ya basdırılır, ya da qayadan, mağarada asılır. Onlar ölünün bu şəkildə oyanacağına inanırlar.
Keçmişə səyahət
Lorents Milli Parkı Cənub-Şərqi Asiyada ən böyük milli parkdır. Bu parkda sayı ildən-ilə azalan ibtidai qəbilələr yaşayır. Buraya xüsusilə ektozika axtarışında olan səyyahlar maraq göstərir. Qəbilə sakinlərinin qəribə görünüşü qorxutsa da, yaxın tanışlıqdan sonra ilkin təəssürat yox olur. Gələcək illərdə əfsanəyə çevriləcək bu yerləri ziyarət ömür boyu xatirlərinizdən silinməyəcək.
Suların fatehi olun
Sörfinq
İndoneziya və sörfinq bir-birindən ayrılmaz anlayışlardır. Hind okeanı qıpqırmızı riflərlə birləşərək gözəl dalğalar yaradır. Təcrübəli sörfinqçilər məhz buranı seçir, naşı olanlara da sörfinq dərsləri almaq üçün İndoneziya adalarına gəlmək tövsiyə olunur. Lövhəyə çıxın okeandan zövq alın. İlk baxışda qəddar və azğın görünən dalğalar sizi acizanə şəkildə öz köpüyü üzərində daşıyacaq və yeni sahibinin qarşısında itaətlə yeni cığırlar açacaqlar.
Sörfinq üçün ən yaxşı vaxt maydan sentyabra qədərdir. Bu aylarda çimərliklər və su təmiz, dalğalar isə güclü və böyük olur.
Cənnət həzzi…
Cənnət həzzi
Lomboka şimal-qərb sahilləri yaxınlığında üç sehrli və həyat ritminə görə tamamilə fərqli adalar yerləşir: səs-küylü və bütün qayda-qanunlardan uzaq Qili Travanqan, sakit Qili Meno və möhtəşəm Qili Eyr adası. Adaları birləşdirən ümumi cəhətlər də var: ağappaq qumlu çimərlikləri, kristal kimi saf suları və heç nə ilə müqayisə olunmayan rahatlıq hissi… Bütün bunlar adanı cənnət adlandırmağa imkan verir.
Cənnət həzzi
Bu adalarda demək olar ki, hotellər, nəqliyyat və yüksək sivilizasiya yoxdur, yalnız mavi və saf sular, un kimi ağappaq qumlar və “Banunti” şokoladındın reklam çarxında gördüyümüz bənzərsiz mənzərələr.
Spa-salonları
Spa salonu
Yerli kurrot məntəqələrin daha bir üstünlüyü SPA prosedurları sayılır. Onlar bütün ziyarətçilərə təkcə salonlarda deyil, həm də çoxsaylı hotellərdə qonaqlara təklif olunur. Asiya ölkələri arasında “Spa ölkəsi” adı da elə İndoneziyaya məxsusdur. Bali masajını etmədən vətənə dönməyin. Əks halda buna görə ömrünüzün sonuna qədər qınaq obyekti olarsınız. Bali adasına getmək və masaj etməmək olmaz. İstər Spa-salonlarında, istərsə də günəş vannası qəbul edərkən həm ucuz qiymətə, həm də saatlarla davam edən bir masaja “yox” deməyin. Turistlər xüsusilə ayaq masajını tövsiyə edir. Masajdan sonra özünüzü nəinki yüngül və gümrah hiss edəcək, həm də bütün ağrılardan xilas olacaqsınız. Bir neçə saatlıq uçuşdan sonra bu, sizə məlhəm kimi təsir göstərəcək.
Unikal dadlar
Hər bir ölkənin özünəməxsus meyvələri var. İndoneziya bu baxımdan unikaldır. Xüsusilə qəhvələrinə diqqət yetirin. Çünki dünyanın ən bahalı Kopi Luvak qəhvəsi məhz İndoneziyada yetişdirilir. Qəhvənin özəlliyi ondadır ki, onu palmalardan adi kənd camaatı toplamır, o qəhvə yeyən luvak adlı qəribə heyvanların nəcisindən əldə edilir.
Kofe
Bali adasını nəinki İndoneziyanın və Asiyanın, həm də dünyanın yaşıl möcüzəsi hesab edirlər. Bu da əsassız deyil. Adada insanı cavanlaşdıran onlarla mineral su mənbələri, canlı orqanizmi həmişə gənc saxlayan, onu qocalmağa qoymayan və vitaminlərlə zəngin bitki növləri, meyvələr, tərəvəzlər var. Bu da İndoneziya mətbəxini dünyanın ən zəngin mətbəxlərindən birinə çevirir.
Milli mətbəxi
Yeri gəlmişkən, kulinarlar kəndi sayılan Tabanda turistlərə müxtəlif cür qəlyanltılar təklif edilir. Onların bəzilərində əsas inqrediyenti kimi torpaqdan istifadə olunur. Doğrusu indoneziyalının gündəlik adi yeməyi çətin ki, turistlərin ağız dadına uyğun gəlsin. Lakin narahat olmayın ki, adalar ölkəsi dəniz məhsulları boldur. İndoneziyada bütün dəniz məhsullarını sınaqdan keçirə bilərsiniz. Həm qiymətlər çox ucuzdur, həm də ləzzətlidir. İstənilən restoranda kalmar, krevetka, xərçəng, istridiyə qədər bir çox dəniz məhsullarını fərqli souslarla dadmaq olar. İndoneziyada yerli xalqın əsas yeməyi və ən əsas dolanışıq mənbəyi isə düyüdür.
Milli mətbəxi
İndoneziyadan özünüzlə nə gətirə bilərsiniz?
İndoneziyada bacarıqlı sənətkarların əllə hazırladığı parçalar dünyada çox məşhurdur. Ümimiyyətlə, bu ölkədə ən adi suvenir mağazalarında həqiqətən qiymətli nüsxələri tapmaq olar. Əgər Bali dünyanın məşur rəssamların adası kimi tanınırsa, onda Ubud onun rəsm qalereyası sayılır. Müxtəliflik və işlərin səviyyəsi bu əsərlərin alınması zəruriliyinə şübhə yeri qoymur.
Ağac üzərində oyma sənəti üzrə balililərin tayı-bərabəri yoxdur. Sənətkarlar müxtəlif kəsici alətlərlə hər gün yumşaq ağacdan yüzlərlə əl işləri və qəhvəyi tiokandan əsl sənət nümunələri hazırlayır.
Modapərəst xanmlara ekzotik ölkənin zərgərlik əşyalarını nəzərdən keçirməyi təklif edirik. Mağazalarda siz mütləq Çelukski mədənlərindən çıxarılan gümüşdən hazırlanmış çox gözəl bəzək əşyalarına rast gələcəksiniz.
İndoneziya
P.S. Çox gəzən çox bilər deyiblər. Ümid edirik ki, virtual olsa da, bugünkü səyahətimizdən razı qaldınız və yeni faktlarla tanış ola bildiniz. Növbəti səyahitimizdə görüşənədək…
İsmayıllıda”Sənətkarlıq, folklor və mətbəx yarmarkası “keçirilib (davam edir)
Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 30-dan yanvarın 4-dək “Sənətkarlıq, folklor və mətbəx yarmarkası” keçiriləcək.
İsmayıllı
İsmayıllı şəhər Mədəniyyət mərkəzinin qarşısındakı “Turist məkanı”nda baş tutacaq yarmarkada regiona məxsus əl işləri və milli kulinariya nümunələrinin satışı təşkil olunacaq. Tədbir çərçivəsində folklor kollektivlərinin çıxışları olacaq, Mədəniyyət mərkəzində Yeni il karnavalı keçirilib.
Rayonun ərazisi uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-cü ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.
İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.
29-30 dekabr tarixində Şamaxı, Qəbələ, Qobustan və Ağsuda da bayram şənlikləri gerçəkləşib.
Elə dövrlər olur ki, bir sabah güzünü açırsan və səhər yeməyini sevdiklərinin əhatəsində, təbiət qoynunda yemək istəyirsən. Gözlərini yumub suyun şırıltısından, quşların səsindən, təbiətin gözəlliyindən həzz almaq istəyirsən.
Ailənizlə birgə təbiətin qoynunda bir neçə saat etdiyiniz piknik həyatınızın ən gözəl anına çevrilir. Bəs görəsən, Azərbaycanda bir neçə saatımızı maraqlı keçirə biləcəyimiz, piknik zonaları varmı?.
Ailənizlə birgə təbiətin qoynunda bir neçə saat etdiyiniz piknik həyatınızın ən gözəl anına çevrilir. Bəs görəsən, Azərbaycanda bir neçə saatımızı maraqlı keçirə biləcəyimiz, piknik zonaları varmı?
İnteneti açıb uzun-uzadı axtarışlar etməməyiniz üçün sizə Azərbaycanın piknik zonalarının siyahısını təqdim edirik:
Qəçrəş, Quba
Quba
Qubanın Qəşrəş kəndi və onun ətrafı piknik üçün türklərin təbirincə desək çox müsaitdir. Yol kənarındakı meşələrdə saysız-hesabsız çardaqlar, yemək üçün masalar hətta manqal üçün gözəl şərait də var.
Qoşa şəlalə, Qusar
Qusar
Təxminən 2000 metr yüksəklikdədir. Xüsusilə də yay aylarında bura istirahətə gələnlər üçün əvəzolunmaz piknik zonasıdır..
Mamırlı şəlalə, Qax
Qax
Ləkit-Kötüklü kəndində, sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan süzülən su buarada sıx mamır bitməsinə səbəb olub. Burda ağaclar elə sıx bitib ki, əraziyə gün düşmür. Şəlalənin ətrafı piknik cənnətidir. Burda hər zaman piknikçiləri görmək mümkündür.
Qaladüzü parkı , Zaqatala
Zaqatala
Park 1947-ci ildə salınıb. Zaqatalalıların ən məşhur istirahət yeridir. Parkda bolluca çayxana və restoranlar var. İstəyən hər kəs piknik çantasını da götürü, burada vaxtını səmərəli keçirə bilər.
İstisu, Masallı
Masallı
İlin hər fəslində gözəldir. Şəlalələri ilə daha da ecazkar görünür. Yayda bu şəlalələrin ətrafı çox sərin olduğu üçün insanlar bura piknik üçün gəlirlər.
Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub.
TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, onlardan 790 258 Rusiya Federasiyası, 488 269 Gürcüstan, 340 702 İran, 275 147 Türkiyə, 87 215 Birləşmiş Ərəb Əmirlikləri, 58 259 İraq, 53 583 Ukrayna, 32 644 Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.
Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7 faiz, 11.1 faiz və 3.5 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 117 556, BƏƏ-dən 44 558, Rusiyadan 105 020 nəfər daha çox şəxs gəlib.
2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər noyabr ayında isə 169 427 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 684 (20%) nəfər, yalnız noyabr ayında isə 31 877 (18.8%) nəfər çox xarici vətəndaş gəlib.
UCUZUNDAN TUTMUŞ BAHASINA QƏDƏR OLAN MEHMANXANALAR
Səyahət planlamanın ən önəmli nöqtələrindən biri də qalacağın yeri müəyyənləşdirməkdir.
Bəzilərimiz 4-5 ulduzlu mehmanxanaları, konfortu sevirik, bəzilərimiz üçünsə harada qalmanın önəmi yoxdur. Əsas gəzib, görməkdir. Dostlarımızın seçiminə hörmət edir, onlara lazım olan mehmanxananı, hosteli harada tapacaqları ilə bağlı seçimlər təqdim edirəm.
Turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytı www.booking.com-dur. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir.Bu zaman e-mail vasitəsilə ən gizli, açıq şəkildə hamıya göstərilməyən fürsətlərdən xəbərdar olacaqsan. Bahalı mehmanxanaların endirim kampaniyalarından tutmuş, balayı, işgüzar səfər, dostlarla səfər zamanı harada qala biləcəyinə dair təklifləri e-mail vasitəsilə alacaqsan.
Digər məsləhət bildiyim mehmanxana axtarış saytları:
Daha çox gəzib-görmək dəlisi olanlar, konfort düşkünü olmayanlar hostel seçə bilər. Əvvəla deyim ki, hostel frazası sizi qorxutmasın, burada 2 nəfərlik otaqlar da olur. Bizdə adətən hostel deyəndə ağıla10-12 nəfərin bir otaqda qalmaq gəlir. Əslində elə deyil. Seçim sənindir. Çox adamla da qala bilərsən, 2 nəfərlik otaq da seçə bilərsən.Ən məşhur hostel axtarış saytları www.hostels.com və www.hostelsworld.com-dur. Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən. Hollandiyada hosteldə qalanda digər səyahətçilərdən Amsterdam yaxınlığında görməli kiçik balıqçı qəsəbələrinin olduğunu eşitdim. İnanın həmin qəsəbələr indiyə qədər gördüyüm ən görməli yerlər idi…Ən məşhur hostel axtarış saytları www.hostels.com və www.hostelsworld.com-dur. Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən. Hollandiyada hosteldə qalanda digər səyahətçilərdən Amsterdam yaxınlığında görməli kiçik balıqçı qəsəbələrinin olduğunu eşitdim. İnanın həmin qəsəbələr indiyə qədər gördüyüm ən görməli yerlər idi…
QONAQ QƏBUL ET, QONAQ OL
Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün internetdə qurulub. Onlar bir-birinin evində pulsuz qalırlar. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün www.couchsurfing.com-da profil yaratmaq, maraqlarına uyğun məntəqə, ev sahibi seçmək lazımdır. Bu variant sənə təhlükəli görünə bilər. Nəticədə, tanımadığın birinin evində qalmaqdan gedir söhbət. Ancaq istifadəçiləri çoxdur. Yoxlaya bilərsən.
Qeyd:
Deyəcəksən ki, Azərbaycanda viza almaq üçün mehmanxananın məktubu gərəkir. Bu da düzdür. Bu variantdan xaricdə təhsil alan tələbələr və ya xaricdə yaşayan azərbaycanlılar istifadə edə bilər.
Avropada 2 nəfərə 10 günlük səyahətə ən çox 1500 manat xərcləmişəm (Təxminən 5 ölkə, 20 şəhər gəzməklə). Ən az xərclədiyim isə 500 manat olub (10 günə 3 ölkə, 7 şəhər gəzməklə).
Avropanın ən ucuz və tez-tez kampaniyalar edən aviaşirkətləri
Hamımız harasa gedəndə təyyarə biletinin ucuz başa gəlməsini istəyirik. Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?
GƏLİN TƏYYARƏ BİLETİNİ MAKSİMUM UCUZ ALAQ Kİ, QALAN ƏYLƏNCƏLƏRƏ ÇOX PULUMUZ QALSIN ?
Beləliklə, deyim ki, ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də ? ). skyscanner.com,opodo.com, edreams.com, skycheck.com, tripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.
GEDİŞ-GƏLİŞ CƏMİ 60 AVRO
2014-cü ilin oktyabrına qədər Macarıstanın WizzAir aviaşirkəti Bakı-Budapeşt reysini həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).
Səyahət
WizzAir-lə oktyabrın 20-nə olan Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.
Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.
Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili öz “Facebook” səhifəsində Kutaisidən Avropanın müxtəlif şəhərlərinə açılacaq yeni reyslər və qiymətlərdən yazıb.
“WizzAir” şirkətinin həyata keçirdiyi uçuşların qiymətləri çox ucuz və sərfəlidir. Şirkət uçuşlara sentyabrdan başlayacaq. Beləliklə, qiymətlərlə tanış olun ?
Kutaisi – Milan 40 avro
Kutaisi – Berlin 40 avro
Kutaisi – Münhen 40 avro
Kutaisi – Dortmund 40 avro
Kutaisi – Saloniki 30 avro
Kutaisi – Sofia 30 avro
Kutaisi – Larnaka 25 avro
Bakıdan Milana biletlərin qiyməti 337 manatdan başlayır. Ekonom standartın tək gediş qiyməti isə 526 manat yəni 337 avrodur. Bakı- Berlin reysi isə 599 manatadır (351 avro). Belə gülməli… ?
Qeyd: WizzAir aviaşirkəti martın sonlarından ucuz qiymətə Bakı-Budapeşt-Bakı reysini həyata keçirəcək. Bundan əlavə, WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).