Ev Blog Səhifə 424

Azərbaycana təyyarə biletləri bir az da ucuzlaşacaq – AÇIQLAMA

0

TƏYYARƏ BİLETLƏRİ UCUZLAŞACAQ

“Birinci Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon manatdan çox olub. İkinci festivalın ümumi dövriyyəsi isə 33 milyon manatdan artıq oldu”.

Gezmeli.az turizm portalının məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının fəaliyyətə başlamasından bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.

Nazir bildirib ki, ötən müddətdə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb:

Əbülfəz Qarayev
Əbülfəz Qarayev

“Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi. Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb”.

PS. Səbirsizliklə Təyyarə biletlərin ucuzlaşmasını gözləyək.

Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

0

Artıq birbaşa uçuçaqsınız

Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin “Etihad Airways” şirkəti Əbu-Dabi – Bakı istiqamətində uçuşlar həyata keçirəcək. “Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb”.

Nahid Bağırov
Nahid Bağırov

N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin “Arkia” aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır.

Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: “Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır”.

N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib.

Yeni ili qeyd etmiyən ölkələr

0

YENİ İLDƏ BU ÖLKƏLƏRƏ GETMƏYİM.

Yeni il bəzi ölkələrdə qeyd olunmur.

Bir neçə il bundan əvvəl Səudiyyə Ərəbistanda Yeni ili qeyd etmək qadağan olunmuşdur.

Lakin Səudiyyə Ərəbistan Yeni ili qeyd etmiyən yeganə dövlət deyil. Bu bayrami yanvarın 1-də qeyd etmiyən digər ölkələr də var .Yeni ili qeyd etmiyən ölkələrin siyahısı;

İsrail

Yanvarın 1-i İsraildə adi gün kimi qeyd olunur.Yəhudilər yəhudi təqviminə əsaslanaraq Yeni ili payızda qeyd edirlər. Onların bayramı Roş Xaşana adlanır və iki gün qeyd edilir. İsraildəki bir çox adət və mərasimlər məhz bu bayramla bağlıdır.

İsrail

İran

Yanvarın 1-i İranda da bayram kimi qeyd olunmur. İranda yeni il yazın ilk günündə yəni martın 22-də Novruz bayramında qeyd olunur.

Iran

Hindistan

Çox mədəniyyətli Hindistanda o qəədr bayram var ki onların hamısı qeyd olunsa gərək  hindistanlılar işləməsinlər. Hindistanda Yeni il günü bütün şirkət və ofislər çalışır. Martın 22-də Hindistanın vahid milli təqvimi üçün, Yeni ildir Maxaraştra ştatında bu bayram “Qudi Padva” Andxra Pradeş ştatında isə “Uqadi” adı ilə keçirilər .Cənubi Hindistanda isə payızda Divapali bayramı qeyd olunur ki,  bu da Yeni ilin gəlişini bildirir.

Hindistan

Çin

Çində də Yeni il keçirilmir. Yalnız böyük mağazalarda və alış-veriş mərkəzlərində Qərb ənənələrinə hörmətlə parlaq süni yolkalar və Santa Klaur qoyurlar.  Çində Yeni il əslində Ay təqviminə görə keçirilir və Bahar bayramı adlanır.  Bu bayram ölkədə 3 gün qeyd olunur. Əsasən yanvarın 15-dən fevralın 20-nə qədər müddət ərzində olan tarixlərə düşür.

Çin

Yeni ildə Azərbaycana turist axını

0

BU ÖLKƏLƏRdən turist gələcək

Yeni ildə Azərbaycana hansı ölkələrdən turistlər gələcək?

Bu il Azərbaycana Yeni il günlərində ərəb ölkələri və keçmiş sovet ölkələrindən daha çox turist gələcək.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu il Yeni illə əlaqədar Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan gələn turistlərin sayı çoxdur.“Ukraynadan gələn turistlərin sayı son zamanlar artıma doğru dəyişirdi. Amma bu il bu sayda ciddi irəliləyiş var”. N.Bağırov əlavə edib ki, ötən ilki Yeni illə müqayisədə bu il Rusiya, Qazaxıstan və Ukraynadan gələcək turistlərin sayı ən azı 15-20 faiz artıb. Assosiasiya sədri qeyd edib ki, ölkəmizə gələcək turistlər dincəlmək üçün daha çox Qəbələ, Qusar bölgəsinə üstünlük verəcəklər. N.Bağırov qeyd edib ki, xarici turistlər Yeni il bayramı günlərində ən azı 4 gecə qalmağı planlaşdırırlar. Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutub.

İlk dəfə adını eşidəcəyiniz cırtdan ölkələr

0

Bu ölkələri tanıyırsınız?

Muxtariyyətə malik kiçik ərazilər.

Dünyada yüzlərlə dövlət mövcuddur və onlardan bəzilərinin əhali və ərazisi digərləri ilə müqayisədə çox azdır. Həmin ölkələr bir çox mənbələrdə cırtdan adlandırılır. Monako, Andorra, Vatikan və s. ölkələr barədə çoxları eşidib, ancaq aşağıda təqdim edəcəyimiz ən kiçik dövlət qurumları barədə məlumat çox azdır.

Lüksemburq

Elleore

Əhalisi 370 nəfərdən  ibarət  1.5 kvadrat kilometr olan  bu ərazi cırtdan ölkələrin siyahısındadır.  1944-cü ildə danimarkalı müəllim Roskildə kiçik torpaq sahəsini tələbələri üçün yaz kampına çevirib. O gündən sonra həmin ərazidə müstəqillik elan olunub və Elleoreda əsl krallıq yaşanır. Bu ölkənin müxtəlif qəribə qadağaları var. Məsələn, əraziyə “Robinzon Kruzo” kitabı və sardin konservlərini gətirmək qadağandır. Buna görə 11 dəqiqə 17 saniyəlik həbs düşür.

Elleore

Sealand

Əhalisi 3 nəfər ərazisi 550 kvadrat kilometrdir. İngilis ordusunun təqaüdçü mayoru Roy Beyts dəniz üzərində olan silah platformasının tərk edildiyini görəndə çılğınlıq edərək 550 kvadrat kilometrlik ərazidə “Sealand” krallığını elan edib. O, 91 yaşına qədər kral olub və dünyasını dəyişdikdən sonra vəzifə başqasına keçib.

Sealand

Calsahara

Əhalisi 3-10 nəfər ərazisi 470 kvadrat kilometrdir. Trevis Makhenri 15 yaşında Pensilvaniyadakı fermalarının baxçasında Casbah adlı krallıq qurmuşdu. İndi isə o, CalSahara (Bir az Kaliforniya, bir az Sahara) krallığını idarə edir.

Calsahara
Calsahara

Conch respublikası

Əhalisi 24909 ərazisi 15.4 kvadrat kilometrdir. Bu ölkə varlığına görə nəqliyyat sıxlığına borcludur. ABŞ hökuməti qaçqın axını və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 1982-ci ildə Floridadakı Key Vestdə sərhəd polis bölməsi qurduğu üçün, turistik şəhərə giriş-çıxış çox çətinləşdi və kilometrlərlə tıxaclar meydana gəldi. Key Vestin ozamankı bələdiyyə başçısı Dennis Vardlou problemləri yuxarılara çatdıra bilmədiyi üçün Conch Respublikası adı altında müstəqilliyini elan edib. ABŞ bununla bağlı 1 dəqiqəlik döyüş elan etsə də, respublika yaşamağa davam edir.

Conch Respublikası

Atlantium

Əhalisi 2000 ərazisi 740 kvadrat kilometrdir. Avstraliya sərhədlərinə Atlantium İmperatorluğu cırtdan ölkələr içərisinə ən solçusudur. Özünü kral elan edən Corc Kruikşank populyar simalardan biri hesab olunur.

Atlantium
Atlantium

Filarmoniyada dünya şedevr filmlərinin musiqiləri səslənəcək

0

ŞEDERV MUSİQİLƏR

Dekabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Konsertdə ilk dəfə olaraq Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestrinin ifasında populyar dünya şedevr filmlərinin musiqilər səslənəcək.

“Bir dəfə Amerikada”, “Zorro”, “Karib dənizinin quldurları”, “Şerlok Holms və Doktor Vatson”, “Taksi”, “Oyuncaq”, “Qayınana”, “Dədə Qorqud” kimi məşhur filmlərdən musiqilərlə yanaşı, müğənnilər Tural Ağasıyev, Fəxri Kazım-Nicat, Lətifə Soyuöz və Tələt Hüseynov, eyni zamanda reper və rokerlərin ifasında mahnılar, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblın solistləri əməkdar Artistlər Viktoriya Şahmuradova, Elnur Süleymanov, digər rəqqaslar Aydan Kamilova Ramin və Nigar Hüseynova və xor qrupunun ifasında rəngarəng nömrələr biri birini əvəz edəcək.

Yaxın Şərqin ən böyük turizm mərkəzi – Dubay

0

möhtəşəm DUBAY şəhəri

Yaxın Şərqin  ticarət və maliyyə mərkəzi

Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir.

Dubay

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.

1.Dubay bələdçi.

      Dubaya səfər etməzdən öncə vacib olan məlumatlar. Dubayın görməli yerləri ilə bağlı yetərincə məlumat olsa da, ictimai nəqliyyat, hava, mədəniyyət və biznes kimi ən vacib məlumatlar ilə bağlı sizin əsas məlumat mənbəyiniz bu bələdçidir. Əgər təyyarə biletlərinizi və oteli rezerv etmisinizsə, Əmirliyimizi ziyarət etməzdən öncə məlumat almaq üçün oxumağa davam edin.
Dubay

 2. Dubay əlçatandır.

.      Dünyanın bir çox yerindən Dubaya 125-dən çox hava yolları şirkəti uçuşlar təşkil edir.Yüksək-səviyyəli şosse şəbəkəsi isə Dubayı digər körfəz ölkələri ilə birləşdirir. Avtomobil və ya avtobus ilə səyahət etməyinizdən asılı olmayaraq, yüksək-səviyyəli yollar və şosselərin müasir şəbəkəsi Birləşmiş Ərəb Əmirliyinin yeddi əmirliklərini birləşdirir.

3.Dubayda hava

       Ərəbistan səhrasında yerləşdiyindən, Dubay, il boyu isti iqlimə malikdir. Oktyabrdan maya qədər olan mülayim qış aylarında temperatur təxminən 20 dərəcə selsidən 35 dərəcə selsiyə qədər dəyişir. İyundan sentyabra qədər olan yay aylarında isə temperatur yüksələrək 35-45 dərəcə arasında olur. Məhz bu vaxt qapalı attraksionlar ön plana çıxaraq Dubayı il boyu turizm məkanına çevirir.
Dubay

4.Mədəniyyət və Adətlər

        Dubay çox tolerant, kozmopolit və çoxmədəniyyətli şəhərdir. Onun sakinləri, birlikdə harmoniya şəklində yaşayan 200-dən çox müxtəlif millətin nümayəndələridir. Zəngin ərəb qonaqpərvərliyi irsini nümayiş etdirən Dubay qonaqlarını isti qarşılayır. Xaricə hər hansı bir yerə gedərkən yerli adət-ənənələr və mədəniyyətə hörmətlə yanaşmaq lazımdır.
Dubay
        Əsasən müsəlman icma olduğuna görə, xüsusilə də iş yerinə sadə geyinmək tövsiyə olunur. İş günləri bazar günü – cümə axşamı arasıdır, cümə və şənbə günləri isə həftəsonu hesab olunur. Əksər özəl təşkilatlarda biznes saatlarına riayət olunsa da, hökumət binaları hər gün təxminən 14:30-da bağlana bilər.
 

5.Dubayda alış-veriş.

Alış-veriş təcrübəsinin tamamilə yeni yüksəkliklərə qaldıran dünya səviyyəli ticarət-əyləncə mərkəzləri ilə Dubay yorğunluqdan yıxılana qədər alış-veriş edə biləcəyiniz bir yerdir və siz buraya yenə də qayıtmaq istəyəcəksiniz. Dünyanın ən böyük ticarət-əyləncə mərkəzi olan saraya oxşar Dubai Mall-dan beynəlxalq üslubda işlənmiş ağızları açıq qoyan Ibn Battuta Mall-a qədər bu meqa-komplekslər bütün yaşlara münasib əyləncələrlə doludur. Bundan başqa, alış-verişdən yorulsanız, daxili məkanda yerləşən xizək sürmə dağında sürüşə və ya nəhəng akvariumda köpək balıqları ilə üzə bilərsiniz — ticarət-əyləncə mərkəzlərində bunların hamısı mümkündür.

6.Dubayda parklar.

IMG Worlds of Adventure-dən Aquaventure su parkı və Bounce batut cənnətinə qədər Dubayın attraksion parkları və su parkları öz həyəcanına ciddi qiymət verənlərə bir çox xidmətlər təklif edir.

7.Dubayın incəsənət qaleriyaları.

Sahibkarlıqla yanaşı incəsənəti də ilhamlandıran bu şəhərə yaradıcı mühitin müxtəlif ifadə tərzlərinin daimi axını var. Sənət dünyasının əsas hadisəsi olan Dubay İncəsənət Mövsümü bir ay davam edən Art Dubay, SİKKA İncəsənət sərgisi, Dubay Dizayn günləri və Körfəz film festivalı kimi tədbirlər üçün əmirliyin yaradıcı insanlarını bir araya gətirir. Eyni zamanda, Al Quozdakı Alserkal Prospektində kimi əsas incəsənət mərkəzlərində yerləşən qalereyalarda da il boyu təcrübəli və yeni incəsənət xadimləri fəaliyyət göstərirlər.

8. Dubayın görünən mənzərələri.

Dubayın nəzərəçarpan zəngin daxili şəhər parklarında gəzintiyə çıxın və ya Dubay Səhra Qoruğu kimi təbii səhra parkında vəhşi təbiətlə görüşə çıxın.

Velosiped kirayəyə götürün, safariyə çıxın, atla gəzintiyə çıxın və ya sadəcə olaraq gəzişin, yaxud Dubayın təbii mənzərəsinin dramatik gözəlliyini əldən buraxmayın. Şəhər parklarında da xeyli bir günlük tədbirlər, məs. qışda Zabeel Parkda Dəymiş meyvə bazarı, yaxud mövsümi işıq sərgiləri vardır.

 

Avrasiyanın mədəni və elmi mərkəzi – Moskva

0

Avrasiyanın iqtisadi mədəni və elmi mərkəzi – Moskva

Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 11 979 529 . Ərazisi 1081 kvadrat kilometrdir.

Moskva

Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. Moskva həm də dünyanın ən bahalı şəhərləri sırasında illərdir birinci və yaxud Tokiodan sonra ikinci yeri tutur.

Moskva

Forbes 2013-ə görə, Moskvada dünya milyarderlərinin ən böyük icması var.

Moskva

Görməli yerlər

Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçiy adlanan qadın monastrı XVI-XVII əsrdə yaranıb.

Kremli. Moskva

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.

Moskva

Moskva hotelləri

Moskva , Krasnoda şəhərindəki iş bölgəsinde sauna, gözəllik salonu yerləşən  11 qatlı bir oteldir. 1984 ildən bu tərəfə qonağlarını qarşılayan  bu otel, Krasnodar şəhərinin mərkəzində yerləşir.

Qonaqlar, kafe barda çay, qəhvə kimi içəcəklərinin keyfini yaşaya bilərlər. Hotel, qatar stansiyasına cox yaxındır. Növbənöv yeməklər təklif edən  Pushkinist, Hlebnye Istorii 100 metrə məsafədə yerləşir.

 

Moskvanın  mətbəxi

Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər Ukraynadan Rusiya mətbəxinə donuz və dana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xama və kəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir. Balıq kürüsünü həm çiy, həm də bişirilmiş şəkildə yeyirlər. Rus mətbəxinin milli desertinə bişmiş alma və başqa bişirilmiş meyvələr daxildir. Bundan başqa, şirin un məmulatlarından qalac (kömbə) və pryanik məşhurdur.

 

Tarixi Muzeylər, Məkanlar – Fotolar

0

Tarixiliyini qoruyub saxlamağı bacaran  muzeylər, məkanlar

1. Böyük Şeyx Zayed Məscidi, Birləşmiş Ərəb Əmirlikləri

Şeyx Zayed Məscidi

2. Tac Mahal, Hindistan

Tac Mahal

3. Aziz Peter Kilsəsi, İtaliya

Aziz Peter Kilsəsi
Aziz Peter Kilsəsi

4. Bayon Tapıntıları, Kamboçya

Komboçya

 5. Voskreseniya Xristova Kilsəsi, Rusiya

Xristova Kilsəsi

6. Antik Şəhər Qala Divarları, Xorvatiya

Xarvatiya, Qala divarlar
Xarvatiya, Qala divarlar

 

7. Şvedaqon Paqoda, Myanmar

Myanmar

8. Petra Dünya Xəzinəsi Tarixi Ərazisi, Petra

Petra

8. Çin Səddi, Çin

Çin Səddi

9. El Hamra Sarayı, İspaniya

El Hamra sarayı

10. Siena Kilsəsi

Siena cathedral

Almaniyada qarşılaşacağınız çətin vəziyyətlər

0

Almaniyaya getməmək üçün 5 səbəb 

Həmişə Almaniyaya getmək üçün səbəblərdən danışırıq. Bu dəfə isə sizə Almaniyada yaşamamaq üçün vacib olan səbəblərdən danışacam.

1) Dil

Əgər dili bilmirsinizsə burda yaşamaq sizin üçün çox çətin olacaq. Məsələn alman dilini A1 səviyyəsində öyrənib, Almaniyaya köçmüsünüz. Bütün dövlət idarələrinə getdikdə bir çox problemlərlə qarşılaşacaqsınız. Alman dilində təhsil almaq üçün də  bura gəlsəniz yenə eyni problemlərlə qarşılaşacaqsınız. Görəcəksiniz ki, hamı alman dilində  danışır.Və nəticədə bezib geri qayıtmağınıza səbəb olacaq. Alman dilini istədiyiniz qədər öyrənməyə çalışsanızda, istədiyiniz qədər Almaniyada yaşasanızda əgər Almaniyada doğulub böyüməmisinizsə, məktəbə burda getməmisinizsə, sıfırdan almanlar kimi almanca danışmaq imkansızdır.

2) Təhsil 

Almaniyada yaxşı iş tapmaq istəyirsinizə birinci alman dilini öyrənməlisiniz. İkinci isə sizin mükəmməl səviyyədə təhsiliniz olmalıdır. Almaniya təhsilə çox fikir verir. Siz Azərbaycanda təhsil alıb diplomunuz orda təqdim etsəniz belə qəbul etmirlər və məcbur olub orda yenidən təhsil alırsınız. Orda diplom tələb etməyən işlərdə işləmək xəyalını qurmasanız yaxş olar. Çünkı, burda istəmədiyiniz işləri görmək məcburiyyətində qalarsınız. Ondan sonra nə olur bəs? Necə ki dildə əziyyət çəkdiyiniz kimi təhsillə bağlı da əziyyət çəkirsiniz. Nəticədə geri qayıdırsınız.

3) Hava şəraiti

Almaniyada hava demək olar ki, soyuq keçir. Əgər yağışı, soyuq havanı xoşluyursunuzsa  bu sizin üçün elədə böyük bir səbəb olmaya bilər. Almaniyada hava tez-tez tutulur, yagış yağır. Məsələn iyun ayında burda günlərlə yagışlı havaya rast gələcəksiniz. Qəribə olan da budur ki, soyuq olanda mənəvi cəhətdən almanlara təsir edir. Hətta siz də burda qaldıqca bu hal sizin də başınıza gələ bilər.  Soyuq bəlkədə sizin üçün bir səbəb ola bilər.

4) Nizam-İntizam 

Əslində bizdə də bir nizam-intizam var amma almanlarda bu başqa cürdür. Almaniyada qayda qanun, nizam-intizam yerli yerindədir. Onların özlərinə məxsus qayda-qanunları var. Buna öyrəşmək isə biraz çətin məsələdir. Hansısa bir  almanla mübahisəniz baş verdi. Siz ona xəsarət yetirdiniz. O da sizi məhkəməyə verdi. Bu vəziyyətdə siz 12000 euro vermək məcburiyyətində qalacaqsınız. Ona görədə geri qayıtmaq məcburiyyətində qala bilərsiniz.

5) Evlilik 

Əgər Almaniyada yaşayan biri ilə ailə həyatı quracaqsınızsa bu sizin üçündür. Çünki, evləndikdən sonra Almaniyada yaşayanda bir çox problemlər çıxır. Görürsünüz ki, Almaniyada onun başqa cür həyatı var. Sizə normal gəlməyən hadisələri o normal qəbul edir. Ona görə də evliliyə qərar verdikdə tələsməyin.