Ev Blog Səhifə 428

NƏQLİYYAT SIXLIĞI YAŞAYAN ÖLKƏLƏR

0

MAŞININ VARSA BU ÖLKƏLƏRƏ MAŞINLA GETMƏ

Ən böyük ölkələr nəqliyyat sıxlığından əziyyət çəkir.

1ÇİN

ÇİN

 2. ABŞ

ABŞ

3. KEYPTAUN

Keyptaun

4. BRAZİLİYA

Braziliya

 5. RUSİYA

Rusiya

6. PORTUQALİYA

Portuqaliya

7. AVSTRALİYA

Avstraliya

DÜNYANIN ƏN VARLI 10 ÖLKƏSİ

0

   VARLISANSA GƏZƏCƏYİN 10 ÖLKƏ VAR

DÜNYANIN ƏN VARLI ÖLKƏLƏRİ

Dünyanın ən varlı 10 ölkəsi arasında 10-cu  sırada Avstraliya dayanır.

10.   AVSTRALİYA

Avstraliya  — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə dünyada altıncı ən böyük ölkə sayılır. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şəqdə Yeni Zelandiya yerləşir. 2014-cü ildə əhalisinin sayı 23,714,200 nəfər olmuşdur ki, onların da əksəriyyəti ölkənin şərqində yerləşən şəhərlərdə yaşayır. Avstraliya inkişaf etmiş ölkələr sırasına daxildir və iqtisadiyyatının böyüklüyünə görə dünyada on üçüncü yerdədir. Avstraliya hərbi xərclərin həcminə görə dünyada on dördüncü yerdədədir.

Avstraliya

9.  İsveçrə

İsveçrə Orta Avropada Alp Dağlarında və dənizə sahili olmayan bir ölkədir. Tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərə görə bir çox beynəlxalq təşkilatların tədbirləri bu ölkədə kecirlir.

İsveçrə

8. Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirlikləri Asiyada bir dövlət. Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Оmanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Abu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Abu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir.

Birləşmiş Ərəb Əmirlikləri

   7. Amerika

Amerika  Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Amerika Dövlətləri Təşkilatının (ADT) və digər beynəlxalq təşkilatların təsisçi üzvüdür. Qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyanın ən iri iqtisadiyyatı və AQP üzrə ikinci ən iri iqtisadiyyatına malik ABŞ yüksək inkişaf etmiş ölkədir. ABŞ iqtisadiyyatı Amerikada ən sürətli inkişaf edən  və dünyada ikinci ən böyük sənaye sektorunun olmasına baxmayaraq, xidmətlərin və biliyə əsaslanan fəaliyyətlərin dominantlığı ilə xarakterizə edilən geniş postsənaye iqtisadiyyatdır. Dünya əhalisinin ümumi əhalisinin yalnız 4,3%-ni təşkil edən amerikalılar  dünyada ümumi sərvətin 33,2%-ni əldə edərək qlobal sərvətin ən böyük payı bir ölkədə cəmləmişdilər. Orta əmək haqqı, insan inkişafı, adambaşına düşən ÜDM və adambaşına məhsuldarlıq da daxil olmaqla ABŞ bir çox sosial-iqtisadi göstəricilərdə ən yüksək dövlətlər sırasındadır. Qlobal hərbi xərclərinin üçdə birini təşkil edən ABŞ dünyanın ən qabaqcıl hərbi qüvvəsidir  və beynəlxalq səviyyədə aparıcı siyasi, mədəni və elmi gücdür. Elm və texnologiyada da qlobal liderdir.

Amerika

6. Hong Kong

 

Hong Kong

5. BRUNEY

        Bruney ya da rəsmi adıyla Bruney Sülh Dövləti  – Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir.  Ən varlı ölkələrdən sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.

Bruney

    4. NORVEÇ

         Norveç  – Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — “şimala yol” deməkdir. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.  Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

Norveç

    3. SİNQAPUR

Sinqapur Cənub Şərqi Asiyada Malayziyanın cənubunda Sinqapur boğazının sahilində yerləşir. Şimalda Yohor boğazı Sinqapur ilə Malayziyanı, cənubda isə Sinqapur boğazı Sinqapur ilə İndoneziyanı ayırır. Ekvatordan 137 km şimaldadır. Ərazisi 710 km²-dir. Meliorasiya tədbirləri ilə sahəsi böyüdülür. 1960-cı ildə ölkənin sahəsi 581.5 km² idisə, 2010-cu ilə kimi meliorasiya tədbirləri nəticəsində 704 km²-ə qədər artırılmışdır (272 km²) və 2030-cu ilə kimi ölkə ərazisinin daha 100 km² artırılması planlaşdırılır. Bu layihələrin arasına daha böyük adaların yaradılması və kiçik adaların birləşdirilməsi də daxildir. Ərazi inzibati cəhətdən əyalətlərə bölünməmişdir. Sinqapur sanskripcədən tərcümədə “aslan şəhəri” deməkdir. Sinqapur şəhər dövlətdir. Eyni zamanda ada-dövlətdir. Sinqapur 63 xırda adadan və o cümlədən 1 böyük adadan – Sinqapur adasından ibarətdir. Şimalda Yohor-Sinqapur, qərbdə Malayziya-Sinqapur keçidləri vasitəsilə Malayziya ilə iqtisadi əlaqə saxlanılır.

Sinqapur

 2. LÜKSEMBURQ

Lüksemburq – Avropada dövlət. Rəsmi adı Böyük Lüksemburq hersoqluğudur (fr. Grand-Duché de Luxembourg, alm.Großherzogtum Luxemburg) . Dövlətə 2000-ci ildən Böyük Hersoq Anri başçılıq edir. Bu dövlət həmçinin “polad hersoqluğu” kimi də tanınır.

Lüksemburq

  1. QƏTƏR

Qətər ya da rəsmi adıyla Qətər Əmirliyi.– Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan ölkə. Şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub. 1.7 milyon əhalisi olan Qətər, artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsidir.

Qətər

 

Qadınların heyran olduğu romantiklər ölkəsi FRANSA

0
Fransa

Qadınların heyran olduğu romantiklər ölkəsi haqqında həddindən artıq  maraqlı faktlar

SEVGİ DOLU ŞƏHƏR FRANSA

Ölkələr iki yerə ayrılır, biri qadınlar, digəri isə kişilərin heyran olduğu dövlətlər. Fransa xüsusilə qadınların heyran olduğu ziddiyyətli, sirli, cazibədar və yəqin ki, dünyada ən romantik ölkədir. Dəbli geyinən xanımları, nəfis kruassanı, ləziz mətbəxi, dəbdəbəli və sakit təmiz şəhərcikləri, şanson sədaları, çəkici parfum qoxuları, bahalı şərabı, Eyfel qülləsi və könülləri oxşayan fransız dili, deyəsən, yalnız məhəbbəti anlatmaq üçün nəzərdə tutulmuş ifadə vasitəsidir.Bu  dəfə  gezmeli.az -ın oxucularını  Fransaya getmək səbəbləri ilə tanış edirik

Fransa turistlər üçün cəlbediciliyinə görə birinci yeri tutur. Onu hər il 80 milyondan çox səyyah ziyarət edir. Hamısı da ona görədir ki, Fransada çoxlu görməli yerlər, inkişaf etmiş turizm infrastrukturu, ən əsası isə çoxşaxəli nəqliyyat şəbəkəsi var. Ölkənin cənubu komfortlu iqlimi, gözəl çimərlik kurortları ilə seçilir, Alp dağlarında isə yüksək səviyyəli dağ xizəyi kurortları fəaliyyət göstərir, bonus olaraq bütün ölkə ərazisi əsrarəngiz təbiəti ilə seçilir. Onu da unutmayaq ki, Fransanın paytaxtı Paris sevgililər şəhəri adlanır və elit təbəqənin bir çox gənc cütlükləri toy üçün məhz buranı seçir.

İstirahət üçün seçdiyiniz yerdən asılı olaraq ziyarət edə biləcəyiniz yerlərin siyahısı fərqli olacaq. Ona görə də görməli yerləri şəhəri seçdikdən sonra dəqiq müəyyənləşdirmək lazımdır. Əgər bir neçə şəhərdə olmaq istəyirsinizsə, onda müxtəlif şəhərlərin təlimatlarını götürün və görmək istədiyiniz məkanları qeyd edin. Hər halda Fransanın istənilən şəhərində tətil keçirmək maraqlı olardı. Turistlərin ziyarət etdiyi populyar görməli yerləri aşağıdakı kimi sadalamaq olar.

Eyfel Qülləsi 

Eyfel Qülləsi

Əgər 100 fərqli insandan “Paris sizdə nə ilə assosiasiya olunur?” sualını versəniz, onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və ziyrətçilərin ən çox selfi çəkdikləri abidədir.

Eyfel qülləsi 1889-cu ildə Parisdə inşa edildikdən bu günə qədər 200 milyon insan tərəfindən ziyarət edilib. Bununla yanaşı, Eyfel Qülləsi barədə bir çox maraqlı faktlar da mövcuddur. Məsələn, bu nəhəng qülləyə demək olar ki, külək heç bir zərər yetirmir. Hətta ən güclü küləkdə belə qüllənin ən uc hissəsi cəmi 15 sm əyilir. Qüllənin çox yüksək olması və fırtınalı küləklər səbəbindən tikinti zamanı tez-tez bədbəxt hadisələr baş verirdi.

Abidə hər il 3 fərqli rəng çaları ilə boyaynır. Ən tünd çalar qüllənin təməl hissəsində, ən parlaq çalar isə qalanın ən hündür hissəsində istifadə olunur. Hər il qülləni korroziyadan qorumaq üçün 60 ton boya istifadə olunur.

 

 Paris – Notr-Dam kilsəsi

Paris-Notr-Dam kilsəsi

Paris şəhərinin mərkəzində yerləşən katolik kilsə Fransa paytaxtının başlıca simvoludur. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. İnşa edilmiş binanın altar hissəsi 1182-ci ildə təsdiq edilib, qərb fasadı və zəng qüllələrinin tikintisi XIII əsrin ikinci yarısında tamamlanıb. 1235-ci ildən etibarən kilsədə olduqca böyük həcmli dəyişikliklər icra edilib və müəyyən illərdə abadlaşdırma işləri aparılıb.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kilsə kafedral dünyanın ən tanınmış abidəsinə çevrilib. Bəzi mənbələr iddia edir ki, əsərdə təsvir olunan Esmeraldının sevib-seçdiyi qozbel həqiqətən də bu kilsədə yaşayıb.

Asteriks parkı

Asteriks parkı

Kim “Asteriks və Obeliks” cizgi filminə baxmayıb ki? Sən demə, Fransada bu balaca qallara həsr olunmuş bir park var. Bəli, bura Avropa parkları kimi möhtəşəm deyil, amma onu hər il təxminən 2 milyon nəfər ziyarət edir. Siz parkın 5 hissəsində olan 31 attraksionundan istifadə edə bilərsiniz: Qalliya, Roma İmperiyası, Yunanıstan, vikinqlər və zamanların kəsişməsi.

Ambuaz

Ambuaz

Bütün qalalar və sarayları ziyarət etmək üçün Fransada çox vaxt keçirmək lazım olacaq. Аmbuazla, Luara seçilmişlər sırasına daxil olan ən gözəl qəsrlərdən biri sayılır. Qəsrin 1000-də çox yaşı var. O, YUNESKO-nun Dünya irsi Siyahısına daxil edilib. Qəsr inqilab zamanı əməlli-başlı dağılıb. Hazırda qəsri Müqəddəs Lüdovikin fondu idarə edir.

Luvr muzeyi

Luvr muzeyi

Luvr dünyanın ən məşhur muzeylərindən biridir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ilin statistikasına görə, muzeyi həmin il 8 300 000 nəfər baş çəkib. Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinin nümunələrinə rast gəlmək olar. Bütün bunlar onu göstərir ki, möhtəşəm sənət əsərləri ilə zəngin olan muzeyi görməyə dəyər.

Luvrun tanınmış və ən məşhur əsərlərindən olan Cokonda (Leonardo da Vinçi) və Valehedici bağban (Rafael) rəsmləri I Fransiskə məxsusdur. Luvr muzeyində müxtəlif şahəsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə, muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qoruma şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq ard-arda gələn insanlara təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmlərini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən müdafiə olunur.

Nitsa şəhəri

Nitsa

Kim bu kurort şəhərinin təbiəti haqqında eşitməyib ki? Bu, məşhur Mavi Sahilin mərkəzi yerlərdən biridir. Turistlərin çoxunu isə səyahət etməyi sevən ruslar təşkil edir. Kann Kino festivalları ərzində şəhərin çimərlikləri məşhur simalarla qaynayıb-qarışır

Versal sarayı

Versal sarayı

Bu, Fransa və bütün Avropada əsas görməli yerlərdən biridir. Versal Fransanın paytaxtı Parisdə yerləşən tarixi saraydır. “Chanel” moda evinin kolleksiyaları adətən Versal sülh müqaviləsinin imzalandığı bu sarayda baş tutur.

Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişləndirilib. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Sarayın maraqlı cəhəti 1768-ci ilə qədər tualet və ya vanna otaqlarının olmamasıdır. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə, onların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Saray hətta bir saat ərzində gəzib qurtara bilməyəcəyiniz təmtəraqlı otaqlarla doludur. Onun parkı isə gündüzlər ayrıca ekskursiya obyekti olur.

Cenevrə gölü

Cenevrə şəhəri

Bu unikal göl iki ölkə: İsveçrə və Fransa arasında bölünüb. Çoxlu turist qəsəbələri burada yerləşir. Alp Dağlarının əhatəsində yerləşən göl saf rəngi ilə seçilir.

Fort Boyard

Fort Boyard

150 illik qala Fort Boyard televiziya layihəsi sayəsində məşhur olub. Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qaladır. 1989-cu ildə hərraca çıxarılan bu qalanı 1,5 milyon franka məşhur teleprodüsser Jak Antuana yeni şou-proqramı – Fort Boyard üçün alır. Uzunluğu 61 metr, eni 31 metr olan gəmiyə bənzər tikilinin hündürlüyü isə 20 metrdir. Amma hələlik onu tikib qurtardıq, dünyada uzaqvuran silahı yarandı.

Mon-Sen-Mişel

Mon-Sen-Mişel

Bu kiçik və qayalıq adaya hər il 2-3 milyon turist gəlir. Çoxsaylı qoruyucu qurğular 1091 və 1425-ci illərdə adanın sağlam vəziyyətdə qalmasına imkan verib.

“Graindorge” pendir zavodu

“Graindorge” pendir zavodu

Siz nə vaxtsa pendir zavodunda olmusunuz? Əgər olmamısınızsa, romantiklər ölkəsinə üz tutanda belə bir fürsəti əldən verməyin. Çünki Fransanın ağlasığmaz regional müxtəlifliyi, misilsiz hava şərtləri və landşaftı, həmçinin ev heyvanı növlərinin çoxluğu 370-ə yaxın pendir növündə əks olunub. Fransanın 100 illik tarixi olan “Graindorge” zavodunda isə dünyanın ən dadlı və məşhur pendir növlərini hazırlayırlar. Ümumiyyətlə, pendir fransız yeməklərinin ayrılmaz hissəsidir və səhər yeməyi və nahar zamanı kəsmə taxtasında süfrəyə verilir.

Fransa Pendiri

Ləziz Mətbəxi

Escargot

Pendirdən söz düşmüşkən siyahını Fransa mətbəxi ilə davam etdirmək yerinə düşər. Fransız mətbəxi mədəniyyəti ilə sıx bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnət hesab olunur. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransızlar yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. Məsələn, bütün fransızlar “McDonalds” kimi fast-food restoranlarına nifrət edirlər. “Səhər yeməyi” sözləri, “nahar”, “şam yeməyi”, “yemək” – hamısı eyniköklüdür, fransızlar üçün mənaca müqəddəsdir və fransıza yemək vaxtı zəng etmək qəbahət sayılır. Böyük ehtimalla cavab verməyəcəklər.

Baget çörəyi

Baget çörəyi, krussan, makoron kimi şirniyyatları, ekzotik delikatesləri, eskarqo ilbizi, ratatuy tərəvəz yeməyi fransız mətbəxinin ən məşhur təamlarıdır.

Macaron

Şərab

Fransız şərabı

Fransızlar da bir çox avropalılar kimi şərabı su, süd, çay və ya pivə əvəzi istifadə edirlər. Onlar üçün nəfis yeməkləri mütləq bir stəkan şərabla bitirirlər. Rəylərə əsasən məlum olub ki, bir fransız hər il bu nəciblik nişanı sayılan bu içkidən orta hesabla 100 litr içir. Yeri gəlmişkən, fransız qırmızı şərabından baş ağrımır.

Maraqlı faktlar

Fransa kənd təsərrüfatı ölkəsidir.
Fransa kinematoqrafiyanın vətənidir.
Fransa hava uçuşunun vətənidir.
Fransa velosipedin vətənidir.
Fransa baletin vətənidir.
Fransa 3 inqilabın beşiyidir.
Fransa Sezanna, Alfons Dode, Ekzyuperi, Dyuma, Molyer, Volterin vətənidir.
Fransanın neft və qaz ehtiyyatı yoxdur.

Və,əziz,gezmeli.az-ın oxucuları bu günki səyahətimiz bura qədər.Əminəm ki, hər bir qadının Fransaya getmək kimi bir xəyalı var.Ümid edirəm o xəyalınıza azda olsa rəng qata bildim 

QAFQAZIN CƏNNƏTİ – Gürcüstan

0

QAFQAZIN CƏNNƏTİ – Gürcüstan

 

GƏZİLƏCƏK GÜRCÜSTAN

Gürcüstan Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Hazırda ölkənin ərazisi 69.700 km², əhalisi isə rəsmi rəqəmlərə görə təxminən 3.7 milyon nəfərdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etmişdir.

Fars dilindən türk dilinə keçən gürcü sözünün mənşəyi haqqında 2 fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunan və latın mənşəli, “təsərrüfatla əlaqəsi olan” mənasında işlənən “georgicus” sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim Fars dövlətində gücülərin “Gurcan” və ya “Gurc” olaraq adlandırıldığı və “gürcü”, “georgian” kimi adların bu sözdən yaranmış olmasıdır.

GÜRCÜSTANIN TƏBİƏTİ

Bol yağış alan Kolxida ovalığında astropikal bitki örtüyü görülür və burada bambu, okaliptüs, palma kimi ağacların da yetişməsinə uyğun şərait var. Qara Dənizə yaxın bölgələrdə 1000-1200 metrəyə qədər gürgən və 2000 metrəyə qədər şam ağaclarından yaranan meşələr hakimdir: daha yüksəklərdə isə otlaqlar yerləşir.

Meşələrin yüksək yerlərində və dağlarda dağ keçisi, karaca, çöl donuzu, ayı, vaşaq, tülkü və qurd kimi heyvanlar, çaylarında bol miqdarda balıq yaşayır.

Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neft və daş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350-1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.

 

 

 

FƏRQLİ MƏDƏNİYYƏTLƏRİN QOVUŞDUĞU MƏKAN – KİPR

0

FƏRQLİ   MƏDƏNİYYƏTLƏRİN MƏRKƏZİ

Kipr Respublikası

(yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) – Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Liviyanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası.

Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur. Adanın əhalisinin əksəriyyətini yunanlar və türklər təşkil edir. Ölkənin iki rəsmi dili var — yunan və türk.

  KİPR TƏBİƏTİ

Kipr füsunkar təbiətə malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür. Şimalda Kireniya ( hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar sahilə doğru maili və sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu çimərliklərə də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos adlanan daglar yerləşir. Adanın ən hündür zirvəsi də elə burdadır (Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər) örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ qədim zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi istifadə olunur. Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir. Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl anbarı sayılır.

Troodos dağları qışda

GƏZMƏLİ KİPR

Kiprin bitki örtüyü bir qədər zəngindir. Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür meşələrlə örtülü olub. Kiprdə tədarük olunan oduncağa isə qonşu ölkələrdə tələbat gündən-günə artırdı. Kipr oduncağı əsas etibarilə Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti materialları, eləcə də yanacaq kimi istifadə edilirdi. Hazırda ada ərazisinin cəmi 15-16 faizi meşələr ilə örtülmüşdür. 500 metrə qədər olan dağların yamacları və düzənliklər həmişəyaşıl kolluqlarla, Kireniya və Karpas dağlarının cənub yamacları isə çöl bitkiləri ilə örtülmüşdür.Troodos dağlarının qərb hissəsində qalmışdır. Dağların yamacları hələb şamı, vələs, şabalıd, yunan qozu, püstə, sərv ağacları ilə örtülüdür. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus meyvələri və zeytun ağacları ilə örtülüdür. Kiprin torpaqları məhsuldar torpaqlar hesab olunur. Humusun miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir. Kipr öz təbiətinin qorunmasına biganə qalan ölkə deyil. Çünki ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur. Amma adanın iki hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir qədər arxa plana keçirir.

KİPR İQLİMİ

Kipr çimərliyi

Ölkənin iqlimi subtropik, Aralıq dənizi tiplidir. Qış ayları rütubətli, mülayim, yay isə quraq və isti keçir. İyun ayının orta temperaturu müsbət 25°, yanvarınkı isə müsbət 12° C-dir. Adaya düşən yağıntıların orta illik miqdarı düzənliklərdə 300-500 mm, dağlarda isə 800-1000 mm-dir. Ölkəyə çox nadir hallarda qar yağır. Yağıntılar əsasən noyabrdan-aprelə qədər düşür. Maydan oktyabra qədər yağıntı, demək olar ki, olmur. Aralıq dənizi hövzəsinin digər ölkələrində olduğu kimi Kiprin də yay ayları isti keçir, oktyabrdan başlayaraq isti havalar azalır. İsti iqlim və Aralıq dənizi iqlimi bütün il ərzində müxtəlif mədəni bitkilərin yetişdirilməsinə şərait yaradır. Kiprdə çimərlik mövsümü 7-8 ay davam edir. Ümumiyyətlə, Kipr xarici turistlərin çox sevdiyi bir yerdir. Çünki burada ilin orta hesabla 280 günü aydın və günəşli keçir. Kipr hökuməti təbiətin bəxş etdiyi bu nemətdən maksimum səviyyədə istifadə edərək ölkədə beynəlxalq dərəcəli onlarca turizm obyektləri-çoxulduzlu mehmanxanalar, yaxşı təchiz olunmuş iaşə müəssisələri və digər istirahət ocaqlarının tikintisinə icazə vermişdir. Dəniz sahillərinə çıxışı olan digər ölkələrdən fərqli olaraq Kiprdə istirahət etmək bir qədər ucuzdur.

Kipr çimərliK

GƏZİLƏCƏK KİPR

Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il göstəricilərinə görə bütün ada üçün 14 mlrd. dollardan artıq olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil, yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab edilən meyarların əldə edilməsinə yönəldilmişdir. Adanın türklər yaşayan hissəsində yerli hökümətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır. Yunanlar yaşayan hissədə ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına düşür. 

Kiprdə öz gözəlliyi ilə seçilən ölkələrdəndir.

 

 

Kiçik büdcə ilə səyahət etmənin yolları

0

UCUZ TƏYYARƏ BİLETİ ALMAQ, UCUZ QALMAQ VƏ AZ BÜDCƏ İLƏ UZUN SƏYAHƏT PLANLAMAQ HAQQINDA…

Səyahət etməyi hamı sevir. Gəzmək, görmək, yeni yerlər kəşf etməyi kim istəməz ki? Hələ o səyahətə sevdiyin insanlarla birgə gedirsənsə, olur lap əla. Təəssüf ki, maddi durumun yaxşı olmaması səyahəti çoxumuzun xəyalına çevirib. Odur ki, bu yazıda sizlərə minimum büdcə ilə necə səyahət etməyin yollarını izah edəcəyəm.

Başlayaq bizi səyahətdən çəkindirən birinci əngəl AZAL-ın baha uçuşlarından. Tələsmir, hər hansı məcburiyyətimiz yoxdursa AZAL-ı seçmirik. Onda da sual yaranır ki, bəs, Bakıdan uçan digər hava yolları da baha aparır axı, neyləyək? O zaman Bakıdan da uçmuruq.

  1. Tiflisdəki hava limanından uçmaqla ikiqat qənaət edə bilərsən;
  2. Bakıya gəlməyən bir çox ucuz aviaşirkətlər Tiflisdən uçuş təşkil edir ( Pegasus, Airbaltic, AtlasAir);
  3. Aviaşirkətlərin Bakı reysləri ilə Tiflis reysləri arasında 2-3 qat fərq var.

Məsələn, 20 – 27 yanvar AZAL-ın Bakı-Praqa-Bakı reysinin qiyməti 435 avrodur. Həmin tarixlərdə Ukrayna Hava Yolları Tiflis-Praqa-Tiflis reysini 218 avroya təklif edir.

19-26 yanvar AZAL-ın Bakı-Paris-Bakı reysinin qiyməti 462 avrodur. Həmin tarixlərdə Pegasusun Tiflis-Paris-Tiflis reysinin qiyməti isə cəmi 188 avrodur.

19-26 yanvar AZAL-ın Bakı-Milan-Bakı reysinin qiyməti 433 avrodur. Ukrayna Hava Yollarının həmin tarixlərə olan uçuşunun qiyməti isə 144 avrodur. Bakıdan Tiflisə gedib-gəlmək minimum 25 manat edir (avtobusla). Qiymətlərə bax və haradan uçacağına özün qərar ver. Ən azı 2 qat fərq var.

ÖNCƏDƏN PLANLAŞDIR

Ucuz səyahət etmək istəyənlərə ikinci tövsiyyə onu yaxşı planlamaqdır. Biletlər (təyyarə, avtobus, qatar və s. ) səyahətdən 2 ay öncə alınmalı, qalacağın yer 1 ay öncədən seçilməlidir.

UCUZ TƏYYARƏ BİLETİNİ NECƏ ƏLDƏ EDƏK?

Keçdik növbəti mərhələyə – təyyarə biletini necə ucuz aviabilet ala bilərik? Əlbəttə hamımız səyahətə ayırdığımız büdcəmizin çoxunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləmək istəyərik. Bunun üçün bileti maksimum ucuz almaq lazımdır. Ucuz bileti bir neçə saytda axtara bilərsən. Bu, aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də).avia.gotravel.azskyscanner.comopodo.comedreams.com,skycheck.comtripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

Qeyd: Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt-Bakı reysini həyata keçirir. Bu yolla Avropaya çox ucuz çıxa bilərsən. Ancaq eyni zamanda müxtəlif aviaşirkətlərin Tiflisdən həyata keçirdiyi uçuşlardan da istifadə etmək olar.

Bundan əlavə, WizzAir Gürcüstanın Kutaisi şəhərindən Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüs, Berlin, Milan və s. şəhərlərə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

Məsələn, AZAL-ın 19-26 yanvar Bakı-Budapeşt-Bakı reysinin qiyməti 743 manatadır. Ancaq WizzAir-in həmin tarixlərdə həyata keçirdiyi Kutaisi-Budapeşt-Kutaisi reysinin qiyməti isə 50 avrodur. Təxminən 15 dəfə ucuz. Bakıdan Kutaisiyə getmək isə cəmi 17,5 manat edir.

Əsas məsələ hər hansı Avropa ölkəsinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Qeyd: Biletin ucuz olmasını istəyirsənsə uçuşdan minimum 60 gün öncə almalısan. Onu da nəzərə al ki, həftəsonu uçuşları adətən baha olur. Daha 10 faizə yaxın qənaət etmək istəyirsənsə həftə içi (xüsusən də 2-ci gün) uçuşlarını seç. Gecələr aeraporta getmək çətin olduğundan əksər insanlar gündüz reysləri ilə getməyə üstünlük verir. Odur ki, gündüz uçuşlar nisbətən baha olur. Biletinin biraz da ucuz olmasını istəyirsənsə, gecə yarısından sonrakı reysləri seçməlisən.

Təbii bu məsləhətlər AZAL, British Airways, Air Frans, Lufthansa və s. kimi bahalı aviaşirkətlərin uçuşlarına aid olmaya bilər. Bu qaydalara əməl etməklə Avropanın ucuz aviaşirkətlərindən aldığın biletlərdə endirim əldə edə bilərsən. Məsələn:  RyanAir , EasyJet ,  GermanWings ,  WizzAir , Corendon , Vueling.

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən.

HARDA QALAQ: MEHMANXANA, HOSTEL, YOXSA…?

Səyahəti bahalı və ya ucuz etmək insanın öz əlindədir. Biri var 5 ulduzlu otellərdə gecələyərək bir ölkədə 5-6 günlük istirahət edəsən. Biri də var bel çantanı çiyninə atıb, öncədən rezerv etdiyin sinifləndirilməmiş (ulduzsuz) mehmanxanaları seçərək 20 günə 4-5 ölkə, 15-ə yaxın şəhər gəzəsən. İkisinin qiyməti təxminən eynidir. Seçim sənindir. Məsələn, 1000 avro ilə iki nəfərə 20 günə 4-5 ölkə, 15 şəhər gəzmişik (təbii bura təyyarə biletini və viza xərclərini daxil deyil). Mehmanxana, daxili nəqliyyat xərcləri, qidalanma daxil olmaqla.

Bu arada, ulduzsuz mehmanxana deyimindən qorxma. Kifayət qədər təmiz, şəhər mərkəzinə yaxın olanları var. Hətta əksər hostellərin 2 nəfərlik otaqları da olur. Hostel deyəndə 20 nəfərlə bir otaqda qalacaqsan düşüncəsini unut.

QALACAĞIMIZ YERİ NECƏ TAPAQ?

Turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytı www.booking.com–dur. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir. Mən bütün səyahətlərimdə qalacağım yeri bu saytın köməyilə tapmışam.

Digər məsləhətli mehmanxana axtarış saytları: www.gotravel.az;www.expedia.com; www.orbitz.com; www.kayak.com; www.trivago.com; www.momondo.com -dur.

Daha çox gəzib-görmək istəyən hostellərdə gecələyə bilər. Ən məşhur hostel axtarış saytları www.hostels.com və www.hostelsworld.com-dur.  Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən.

QONAQ QƏBUL ET,  QONAQ OL

 

Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün internetdə qurulub. Onlar bir-birinin evində pulsuz qalırlar. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün www.couchsurfing.com-da profil yaratmaq, maraqlarına uyğun məntəqə, ev sahibi seçmək lazımdır. Bu variant sənə təhlükəli görünə bilər. Nəticədə, tanımadığın birinin evində qalmaqdan gedir söhbət. Ancaq istifadəçiləri çoxdur. Yoxlaya bilərsən. Üstəlik, Couchsurfing vasitəsilə təkcə qalmağa yer yox, həm də gedəcəyin şəhərdə səni gəzdirəcək bələdçi də tapa bilərsən. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Bunda da seçim sənindir.

OTELLƏRİN QORXULU RÖYASI AİRBNB

Bir də var otellərin nifrət obyekti Airbnb. Bu saytdan qeydiyyatdan keçməklə gedəcəyin şəhərdə qalmaq üçün ucuz otaq, ev tuta bilərsən. Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır. Başqa seçimlərdən fərqi də odur ki, evində qalacağın ailə sənə haraları gəzəcəyin, şəhərdəki maraqlı kafe, restoranlar, alış-veriş edə biləcəyin və s. yerlər haqqında məlumat verir. Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə www.airbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb olub. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir. Bu da seçimin ola bilər.

Səyahəti maksimum ucuz etmək lazımdır ki, növbəti səfərlərə pulumuz qalsın

Dünyanın ən az gedilən ölkələri haralardır?

0

ÇOXLARININ GETMƏDİYİ GƏZMƏDİYİ YERLƏR

Məşhur turistik yerlərdən çoxlarınız xəbərdarsınız. Bəs məşhur olmayan yerlərdən necə?

Hər il yay mövsümü ərəfəsində turizm agentlikləri bu barədə müxtəlif reklam xarakterli məlumatlar verir. Lakin bəzi ölkələrdən bu sadaladığımız hallar yan keçir. Sizlərə həmin ölkələrin siyahısını təqdim edirik:

15. QVİNEYA-BİSSAU

QVİNEYA-BİSSAU
QVİNEYA-BİSSAU

İl ərzində gələn turistlərin sayı: 30 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? Əksər Qərbi Afrika ölkələri kimi, Qvineya-Bissau da daimi siyasi çevrilişlərdən əziyyət çəkir. Burada səfalət hökm sürür və belə şərtlər altında səyahət, hətta təcrübəli səyyah üçün də çox çətin tapşırıqdır.

Bəs, nə üçün buraya gəlməyə dəyər? – Ölkənin əsas incisi olan Bijaqoş arxipelaqı bir sıra ağ qumlu çimərliklərə malik gözəl adalardır. Burada atəş səsləri az gəlsəydi, o, dünyanın məşhur turistik yerlərindən biri ola bilərdi.

14. BUTAN

BUTAN
BUTAN

İl ərzində gələn turistlərin sayı: 28 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Bu siyahıda yer alan əksər ölkələrdən fərqli olaraq, Butan bir çoxlarının getmək istədiyi yerdir. Əsas problem hökumət tərəfindən xaricdən gələn qonaqların illik sayına qoyulan məhdudiyyətdir.

Bundan başqa, səyahətçilərə ölkəni təşkilati turlar tərkibində ziyarət etməyə icazə verilir. Həmin turların təşkili üçünsə astronomik pullar tələb olunur.

Nə üçün buraya gəlməyə dəyər? – Ölkəni ziyarət edənləri şərti olaraq iki yerə bölürlər: Himalay peyzajlarına aşiq olanlar və əsrlərlə ətraf aləmdən, demək olar, tamamilə təcrid olan mədəniyyəti öyrənmək istəyənlər.

13. ÇAD

ÇAD
ÇAD

İl ərzində gələn turistlərin sayı: 25 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Çadı rahatlığı sevən turistlər üçün böyük bir xəbərdarlıq kimi xarakterizə etmək olar. Dözülməz isti, sərt viza rejimi və dəhşətli yollar sizi, hətta yerli quldurlardan qorxudan belə yayındırmaq iqtidarındadır.

Nə üçün buraya gəlməyə dəyər? – Yoldakı çuxurlar və hər yerdə vargəl edən ağır silahlı insanlara qarşı heç bir qorxunuz yoxdursa, burada kifayət qədər təəssüratlı səhra peyzajı görə bilərsiniz.

12. AMERİKA SAMOASI

AMERİKA SAMOASI
AMERİKA SAMOASI

İl ərzində gələn turistlərin sayı: 25 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Onun yaxınlığında yerləşən müstəqil Samoa hər il məşhurlaşdığı bir vaxtda Amerika Samoası daha az inkişaf edib.

Bundan başqa, burada son dərəcə az saylı reyslərin təşkili çətin ki, nə vaxtsa ölkəni məşhur turistik mərkəzə çevirsin.

Nə üçün buraya gəlməyə dəyər? – Bir o qədər də cəlbedici görünməyən paytaxt Paqo-Paqodan kənara çıxdığınız zaman gözəlliyi ilə heyrətləndirən sahil xətti və çimərliklərlə rastlaşacaqsınız.

Bundan başqa, tarixi sevənlər bir sıra tikililər və qəbir kurqanlarına rast gələ bilərlər.

11. KOMOR ADALARI

KOMOR ADALARI
KOMOR ADALARI

İl ərzində gələn turistlərin sayı: 15 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Ağır siyasi vəziyyət və qatı dini ənənələrə malik Komor adaları çətin ki, bir zaman qonşu Seyşel və Mavriki adalarına çimərlik istirahəti üzrə rəqib ola bilsin.

Nə üçün buraya gəlməyə dəyər? – Burada tətbiq olunan bəzi qadağalar olmasa, təbiətin gözəl mənzərəsindən zövq almaq olar.

10. SOLOMON ADALARI

SOLOMON ADALARI
SOLOMON ADALARI

İl ərzində gələn turistlərin sayı: 14 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Solomon adaları dünyada son dərəcə təhlükəli olmağı ilə tanınıb. Bu, ilk növbədə beynəlxalq münaqişələrlə əlaqəlidir.

Nə üçün buraya gəlməyə dəyər? – Ölkədə iğtişaşlar illər əvvəl başa çatıb və adalar turistləri cəlb etmək üçün böyük potensiala malikdir.

Ölkənin üstünlüyü dünya səviyyəli dayvinqdədir.

Bundan başqa, Qizo adası getdikcə sörferlərin toplaşdıqları yerə çevrilir. Buradakı vulkanlar və şəlalələr isə insanın ruhunu oxşayır.

9. MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

MƏRKƏZİ AFRİKA RESPUBLİKASI
MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

İl ərzində gələn turistlərin sayı: 14 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – İlk növbədə, ölkə təhlükəli regionda yerləşməyi ilə tanınır. İkincisi isə burada dəhşətli səfalət hökm sürür.

Üçüncüsü, turistik infrastruktur burada tam inkişaf etməyib.

Dördüncüsü, buraya gəlmək üçün viza əldə etmək bir o qədər asan iş deyil.

Nə üçün buraya gəlməyə dəyər? – Sadalananları nəzərə almasaq, Mərkəzi Afrika Respublikası vəhşi təbiəti sevənlər üçün gözəl yerdir; “Dzanqa Sanqa” qoruğunda çoxlu sayda fil və qorilla yaşayır. Hazırda buraya son dərəcə bahalı turlar vasitəsilə gəlmək mümkündür.

8. SAN-TOME VƏ PRİNSİPİ

SAN-TOME VƏ PRİNSİPİ
SAN-TOME VƏ PRİNSİPİ

İl ərzində gələn turistlərin sayı: 12 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Əsas səbəb bu ölkənin mövcudluğu barədə bir çoxlarının məlumatlı olmamağıdır.

Nə üçün buraya gəlməyə dəyər? – Əsəbləri sakitləşdirən ada həyatı, möhtəşəm dayvinq və skorklinq, cəngəlliklər üzrə trekkinq və xoş balıqçı kəndləri çox gözəl ahəng yaradır. Kabo-Verdenin məşhurluq qazandığı halda San-Tome və Prinsipinin bunu əldə etməyinə mane olacaq bir səbəb yoxdur.

7. TÜRKMƏNİSTAN

TÜRKMƏNİSTAN
TÜRKMƏNİSTAN

İl ərzində gələn turistlərin sayı: 8 000 nəfərdir.

Nə üçün buraya gəlməyə dəyməz? – Burada viza almaq çox çətindir. Müstəqil səyahət barədə xəyal qurursunuzsa, bu barədə dərhal unudun.

Nə üçün buraya gəlməyə dəyər? – İlk növbədə, əlvan kanyonlar və qara qumlu səhralar üçün.

Buradakı məscidlər, milli geyimlər və qədim şəhərlər də çox gözəldir.

6. MOLDOVA

MOLDOVA
MOLDOVA

İl ərzində gələn turistlərin sayı: 7 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Moldova Avropanın ən kasıb ölkəsidir. Paytaxt Kişinyov zülmət beton cəngəllikləri xatırladır.

Buraya gəlmək bir o qədər də çətin deyil, hətta viza da lazım deyil, lakin burada heç bir turistik marşrut yoxdur və siz ölkəni təkbaşına öyrənməli olursunuz.

Nə üçün buraya gəlməyə dəyər? – İlk görünüşdə Moldova az cəlbedici görünsə də, burada yaxşı əylənmək olar.

5. MARŞALL ADALARI

MARŞALL ADALARI
MARŞALL ADALARI

İl ərzində gələn turistlərin sayı: 6 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Marşall adaları, ilk növbədə, bəxtsiz atoll kimi tanınır. Onun bəxtinə nüvə sınaqları üçün meydança olmaq düşüb.

Lakin adaları bu qədər az sayda insanın ziyarət etməyinə əsas səbəb adanı dünya ilə əlaqələndirən hava yollarının son dərəcə az olmağıdır.

Nə üçün buraya gəlməyə dəyər? – Burada siz əsl Sakit okean istirahəti ilə tanış ola bilərsiniz; gözəl mənzərə, mehriban yerli sakinlər, çoxlu sayda mərcan rifi və dayvinq üçün əlverişli yerlər sizi gözləyir.

4. KİRİBATİ

KİRİBATİ
KİRİBATİ

İl ərzində gələn turistlərin sayı: 3 900 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Kiribatiyə gəlmək asan tapşırıq deyil. Burada əsas problem ölkənin məhz hansı hissəsini ziyarət etməkdə deyil.

Kiribatinin xəritəsi Sakit okeanda böyük bir sahəyə səpələnmiş konfetləri xatırladır. Bu isə o deməkdir ki, burada bir adadan digərinə yollanmaq ölkəyə gəlməkdən daha çətin məsələdir.

Nə üçün buraya gəlməyə dəyər? – Milad adası 1999-cu ildə şöhrət qazanıb. O, planetdə yeni minilliyə daxil olan ilk yer olub.

Bundan başqa, ölkə dünyada balıqçılıq və dayviq üçün ən gözəl yerlərdən biridir.

3. TUVALU

TUVALU
TUVALU

İl ərzində gələn turistlərin sayı: 1 100 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Tuvalu Sakit okeanın cənubunda yerləşən və qlobal istiləşmə dəniz səviyyəsini qaldıracağı zaman su altında qalacaq kiçik quru sahəsidir. Buraya gəlmək olduqca çətindir. Buraya yalnız Ficidən bahalı reyslər var.

Nə üçün buraya gəlməyə dəyər? – Tuvalu klassik mənzərəli ada görünüşünə malikdir. Burada gözəlliyi ilə heyrətləndirən laqunlar da var.

2. SOMALİ

SOMALİ
SOMALİ

İl ərzində gələn turistlərin sayı: 500 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Somali dəniz quldurları barədə az insan tapılar ki, məlumatsız olsun. Lakin burada soyğunçuluq yalnız dənizdə “inkişaf” etməyib. Daimi müharibələr, dövlət çevrilişləri, ekstremizm və təpədən dırnağadək silahlanmış yerli sakinlər istirahətə imkan vermir.

Nə üçün buraya gəlməyə dəyər? – Məsələn, buradan qayıtdıqdan sonra dostlarınızın gözündə qəhrəman kimi görünməsəniz də, ən azı dəli kimi görünəcəksiniz. Bir qədər şarmı da unutmaq olmaz.

1. NAURU

NAURU
NAURU

İl ərzində gələn turistlərin sayı: 200 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Nauru dünyanın ən kiçik respublikasıdır. O, cəmi 21 kvadratkilometr əraziyə, 10 min sakin və iki hotelə sahibdir. Otellərdən biri fosforitlərin hasilatı yeridir.

Ölkəyə yalnız bir aviaşirkətin təyyarələri uçur. Buranı ziyarət etmək üçün viza lazımdır, onu əldə etmək isə çox çətindir, çünki Naurunun xaricdəki konsulluqlarının sayı həddindən çox azdır.

Nə üçün buraya gəlməyə dəyər? – Gözəl mənzərə və dünyanın ən kiçik ölkəsində olduğunuzu qeyd etmək, paytaxtı olmayan yeganə dövlətdə olduğunuzu bildirmək üçün.

Lyublyana adında sevgi daşıyan şəhər

0
Lyublyana
Lyublyana

Lyublyanada gəziləcək yerlər

SEVGİ ŞƏHƏRİ adı dedikdə ilk ağla gələn Sloveniya ölkəsinin paytaxtı Lyublyana gəlir.

Bu dəfəki səyahətimiz Sloveniyayadır. Daha dəqiq paytaxt şəhər Lyublyanaya. Sloven dilindən “sevilən” anlamı daşıyan şəhərin simvolu əjdahadır.

Hava limanından mərkəzə 40 dəqiqəyə çatırsan. Şəhərin təxminən 247 000 sakini var. Yerli əhali ləhcəsiz ingiliscə danışır. Bura gəlsən, rahatlıqla ünsiyyət qura bilərsən. Sloven dili rus dilinə oxşayır, ancaq rusca danışana rast gəlmək çətindir. Buna rəğmən, restoranlarda rusca menyu olur.

Lyublyanaya getsən, mütləq qədim şəhər hissəsini qəşəngcə gəz. Burada şəhərə aid maqnitlər, dostlarına hədiyyələr, suvenirlər ala bilərsən. Daha sonra Nikolas Katedralı, Tivoli parkı, Əjdəha körpüsü, Preseren meydanına get. Funikulyora minməklə şəhərə yuxarıdan tamaşa etmək olar.

EYNİ ARXİTEKTURALI BİNALAR – OXŞAR KÜÇƏLƏR

Ljubljana, Slovenia, The St Nicholas Cathedral
Ljubljana, Slovenia, The St Nicholas Cathedral

Şəhərdə asanlıqla yolunu itirə bilərsən. Çünki binalar və küçələr bir-birinə çox oxşayır. Dönüb-dolanıb eyni məhəllələrə çıxırsan. Şəhərin mərkəzindən çay keçir. Çayın ətrafında köhnə Avropa arxitekturasında olan binalar var. Yerli sakinlər deyir ki, 18-ci əsrdə Lyublyanada güclü zəlzələ olub. Bütün binalar dağılıb.

Sonradan həmin binaları bir-birinə oxşar tikiblər. Şəhər mərkəzindəki bütün binaların bir birinə oxşamasının səbəbi də elə budur.

SƏRNİŞİNSİZ AVTOBUSLAR

Lyublyanada avtobusun qiyməti 1 avro 20 sentdir. Şəhər içində ictimai nəqliyyatdan istifadə etmək üçün kart (Urbanacard) almaq lazımdır. Ancaq gördüyüm əksər turistlər belə bu üsuldan istifadə etmir. Hərə bir velosiped kirayələyir. Bizdəki kimi bahalı, sürətli velosipedlərə rast gəlməzsən orda. Tipik şəhər velosipedləri, qarşısında da səbəti. Sürətsiz. Bu şəhərdə sürətli velosipedə ehtiyac yoxdur. Çünki yollar düzdür. Bakıda velosiped yoluna rast gəlməzsən. Ancaq Lyublyanada velosiped digər nəqliyyat vasitələrindən üstündür. Yol verən həmişə avtomobillər olur. Necə tıxac olur-olsun maşınlar velosiped yoluna çıxa bilməz.

Velosipedin bir günlük kirayə qiyməti 8 avrodur. Əgər qaldığın otelin velosipedini kirayələyirsənsə, onda sənə 2 avroluq endirim var. Mehmanxanaların qiyməti digər Avropa şəhərlərinə görə baha sayılmaz. Normal 3 ulduzlu mehmanxananın bir günlük qiyməti 40-50 avrodan başlayır. Ucuz olması üçün şəhərdən kənardakı mehmanxanalarda də qala bilərsən. Məsələn, mən şəhər mərkəzindən 5 km uzaqda olan oteldə qaldım. Bir ulduzlu mehmanxananın gününə iki nəfər üçün 32 avro ödədim. Təmiz, səliqəli, səhər yeməyi əla idi. Şəhər mərkəzinə gəlmək çətin deyil.  Velosipedlə 15 dəqiqəlik yoldur ?

AĞCAQANADA QARŞI DƏRMAN ALMADINSA, BATDIN

Axşam düşən kimi yerli əhalinin belə bir qayğısı var. Ağcaqanad əleyhinə dərmandan istifadə edirlər. Ətraf meşəlik olduğundan buranın ağcaqanadları yamandır. Gedəndə apteklər bağlanmamış dərman almağı unutma.

ƏYLƏNCƏ ÜÇÜN İFA EDƏNLƏR

Ljubljana, Slovenia
Ljubljana, Slovenia

Burada insanlar küçə musiqiçilərini dinləməyi sevir. Musiqiçilərin əksəriyyəti qazanc üçün yox, hobbi kimi, insanlara zövq vermək üçün ifa edirlər. Hətta qonşu ölkələrdən də bura musiqiçilər gəlir. Lyublyana axşamları çox şən keçir: kimi ifa edir, kimi alov şousu, kimi də foks göstərir…

Təbiətsevənlərə tövsiyəm şəhərdən kənara çıxmaqla Bled gölünə getməkdir. Özəlliklə yay aylarında hava şarları ilə gölü təpədən izləyə bilərsən. Ortasında ada, adanın üstündə San Martin kilsəsi olan bir mənzərə açılır gözünün önündə. Ətrafında qarlı dağlar, yaxınlıqdakı qayalığın təpəsində orta əsrlərin yadigarı qala – hamısı birlikdə möhtəşəmdir.

AVROPANIN ÜRƏYİNDƏN DÜZ İTALİYAYA CƏMİ 20 AVROYA

Bəzi səyahətçilər qeydlərindəLyublyananı “Avropanın ürəyi” adlandırır. Çünki bu şəhərdən çox rahatlıqla Avstriya, Macarıstan, İtaliya və Xorvatiyanın şəhərlərinə ucuz qiymətə getmək olur. 20 avroya İtaliyanın Venesiya şəhərinə getdim. 4 saatlıq yolu iki qatar, bir avtobus dəyişməklə gedə bilərsən. Sloveniyadan Avstriyaya isə nisbətən baha, 60 avroya getmək olar. Gediş-gəliş arasında kəskin qiymət fərqi olmasa da, 6-7 saatını alacaq.

“National Geographic”in reytinqinə görə turistlər üçün ən maraqlı yerlər – SİYAHI

0

Məşhur “National Geographic” jurnalı turistlər üçün ən maraqlı görməli yerlərin orijinal reytinqini təqdim edib.

Jurnalın sıralamasına görə birinci yeri Efiopiyanın Harar şəhəri tutur.

Bu siyahıda ikinci yerdə Argentinanın Jujuy əyalətidir. Buranın əsa görməli yerlərindən biri YUNESKO-nun Ümumdünya İrs obyektlərinin siyahısına daxil olan KebradaUmauaka vadisidir. Vadi öz rəngli qayaları ilə məşhurdur.

Memarlıq üslubunun möhtəşəmliyindən əlavə, həmçinin yerli mətbəxi, xüsusilə xəngəli və yerli sakinlərin qonaqpərvərliyi ilə məşhur olan Tbilisi şəhəri bu siyahıda üçüncü yerdədir.

Əlavə olaraq, ilk onluqda Avstraliyanın SidneyMeksikanın Oaxaka ştatı, Vyana, Havayada Oaxay adası, İsveçin Malmö, İordaniyaİrlandiyanın paytaxtı olan Dublin şəhəri də yer alıb.

Azərbaycana elektron viza prosesi sadələşdi!

0

Azərbaycana gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən geci 3 saata qədər baxmaq mümkün olacaq.

ARTIQ 3 SAATA VİZA VERİLƏCƏK.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında bununla bağlı “Turizm haqqında” qanunun 7-1 (Turizm vizası) maddəsinə əlavə müzakirəyə çıxarılıb. Layihəyə əsasən elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.