Ev Blog Səhifə 427

Ən Gözəl Şəlalələr

0

şəlalələr

Dünyanın ən gözəl şəlalələri

 Siyahını İnqa şəlaləsi ilə başlayaq.  Bu şəlalə dünyadakı böyük və nəhəng şəlalələrdən biridir. Hündürlüyü 96 metrdir.

İnqa şəlaləsi

İquasu, Braziliya – dünyada ən güclü şəlalə sayılır.Bu şəlalə Braziliya və Argentina sərhədlərində yerləşir. Əslində bu bircə şəlalə deyil, 275 şəlalənin sxematik birləşməsidir və təxminən 60-80 metr yüksəklikdən axır. Nəhəng şəlalə U hərfi formasındadır, ispan fəthkarları tərəfindən “Şeytanın boğazı” adlandırılır.

İquasu şəlaləsi

Plitvik göllərinin şəlalələri, Xorvatiya – bu göl və şəlalələrin tərkibində yaşayan mikroelementlər suları rəngarəng edir. Burada hər rəng var. Meşənin fonunda təkrarolunmaz mənzərə ortaya çıxır.

Plitvik şəlaləsi
 Angela, Venesuela – dünyanın ən hündür şəlaləsidir. Hündürlüyü 979 metr. Venesuelanın məşhur parkı olan Kanaymada yerləşir. Bu şəlalənin adı Amerikalı aviator Cimmi Angelanın adından götürülüb. Venesuelanın üzərindən uçarkən bu şəlaləni görür və bütün dünyaya tanıdır.
Angela şəlaləsi

Viktoriya, Zimbabve – hündürlüyü 108 metr, axını saniyədə 1 mln. litr su.

Viktoriya şəlaləsi

Yosemite, ABŞ – bu şəlalə də ən hündür şəlalələrdən biridir – 739 metr. Bu şəlalənin qəribə xüsusiyyəti var – qış aylarında demək olar ki, axmır. Lakin yaz və yay aylarında suyunun bolluğu maksimal həddə çatır.

Yosemite şəlaləsi

Sazerlend, Yeni Zellandiya – Cənub adasında yerləşir. Dar boğazdan keçərək 580 metr hündürlükdən axır. Ətrafında qayalar üzərində mamırlar ecazkar görüntü bəxş edir.

Sazerlend

 

Avropadakı ən qəribə muzeylər

0

Avropada ən qəribə 12 muzey

MUZEYLƏR SERİYASI BAŞLAYIR

Muzey deyəndə ağlımıza məktəb vaxtı tarix dərsliklərindəki sıxıcı yerlər gəlir. Səyahətimiz maraqsız keçməsin deyə proqramımıza muzey ziyarətləri daxil etmirik. Bəzi muzeylər var ki, bizi əyləndirər hətta qorxudan dilimizi tutula və yaxudda əgər acıqsa  doydura bilər. Avropada belə muzeylərdən 12 dənə tapdım. Qeyd edin 🙂

1) Bitmiş münasibətlər muzeyi

Bu muzey 2006-cı ildə, münasibətlərinə son qoymaq qərarına gəlmiş cütlük tərəfindən təsis olunub. Elə bu zaman cütlük münasibətləri boyunca bir-birinə hədiyyə etdiyi onlarla suvener və hədiyyələrin taleyi haqqında bir qədər düşünmüşlər. Bütün bunları saxlamağın bir mənası yox idi, tullamağa isə əlləri gəlmirdi. Beləcə muzey ərsəyə gəldi, muzeyin kolleksiyası isə sevdiklərini itirmiş və ya sevgidə qarşılıq almamış insanların acı xatirələrdən qurtulmaq məqsədi ilə göndərdikləri eksponatlar sayəsində daima artmaqdadır. Özü də, burada adət halını almış üzük, geyim və Sevgililər gününə edilmiş hədiyyələrlə yanaşı nadir eksponatlara da rastlamaq mümkündür: məsələn, balta və ayaq protezi, taxtadan qarpız dilimi və s. Əgər bitmiş münasibətlərdən danışırıqsa bundan da qəribə əşyalar ola bilməzdi. Ən qəribəsi isə odur ki, bu əşyaların münasibətləri qurtarmış insanlar tərəfindən muzeyə göndərilməsidir. Hər bir eksponatın yanına təsviri də əlavə olunur.

 

Bitmiş münasibətlər muzeyi (Zaqreb, Xorvatiya)

Əgər yolunuz Zaqrebə düşmüyübsə sizdə köhnə sevgilinizdən qalan əşyaları bura göndərməklə bu muzeyin parçası ola bilərsiniz. Amma  hazırda muzey eksponatlarla dolub-daşdığından, yeni eksponatlar qəbul olunmur. Təşkilatçılar gələcəkdə “qırıq qəlb” sahibləri arasında muzeydə sərgilənmə hüququ uğrunda ildə iki dəfə yarış keçirməyi planlaşdırırlar.

İş saatları: 9:00 – 22:30 (iyulun 1-dən sentyabrın sonuna kimi hər gün) 9:00 – 21:00 (noyabrdan mayın 31-ə kimi)

Ünvan: Ćirilometodska 2, 10 000 Zagreb, Croatia, +385 1 4851021

2) Saç muzeyi (Avanos, Kappadokiya, Türkiyə)

Muzey bir qədər qaranlıq kinofilmlərdən olan muzlu qatilin kolleksiyasını xatırladır. Avanos şəhərinin görməli yerlərindən olan bu unikal məkanın təsisçisi saxsı qab-qacaq mağazasının altında yerləşən məkanı çoxlu sayda qadınların saç nümunələri ilə dolduran Çez Qelip adlı türk dulusçudur. O həmçinin ən boyük insan saçı kolleksiyasına görə Ginnesin rekordlar kitabına da imza atıb (16 000-dən çox qadın). Tük ürpədicidir, hə? Bir qədər elədir. Muzey isə özlüyündə 30 il bundan öncə təsis edilmişdi, buna səbəb isə Qelipin sevdiyi qadın Avanosu tərk edərkən ona xatirə olaraq öz saç telini saxlaması olub.

İş saatları: 9:00 – 19:00.

Giriş: sərbəstdir.

Ünvan: Chez Galip Pottery, Avanos, Cappadocia, +90 384 511 5758

3) Balaca butulka muzeyi (Oslo, Norveç)

Norveçli bir adam uşaqlığından bütün rəngli kiçik butulkaları  topluyub, dünyanın ən böyük “kiçik butulka” kolleksiyasından ibarət muzey yaradıb. Bu mueydə 50-yə yaxın qurğu var. Əgər yolunuz bura düşübsə mütləq bu muzeydə “qorxu otağını” ziayrət edin.

Və bir sürpriz…Bilet alana bir balaca butulka hədiyyə..

4) Kattenkabinet (Amsterdam, Hollandiya)

Bu muzey pişik sevərlərə gəlsin.

1600-ci ildən qalmış  bir evdə 5 pişik və 1 adam yaşıyırdı. Nəticədə bu muzey yarandı. Bu muzeydə pişiklərlə bağlı nə istəsəniz tapa bilərsiniz. Müxtəlif pişik heykəlləri, şəkillər, rəssamların əsərləri (Pablo Picasso daxil) , jurnallar və başqa sənət əsərləri görə bilərsiniz. Bir də bütün dünyada pişik sahiblərini qısqandıracaq bir otaq var burda hansıki ev sahibinin ölmüş pişiyinə həsr olunmuşdur.

müntəzəm € 7, –
Uşaqlar pulsuz
Tələbələr / şagird € 4, –
Museum Tickets NA

Herengracht 497 1017 BT, Amsterdam

5) Vampir muzeyi ( Paris, Fransa)

Parisin şimal-şərq sərhədində uzaq və sakit bir küncdə olan bir qrup, qurduqları xüsusi muzeyləri ilə vampirlərin müasir və folklor mədəniyyətləri üzərində araşdırma sərgiləyir. Hətta muzeyin veb saytı da sahiblərini ziyarətçiləri qəbul etməyə elə də həvəsli olmadığını göstərir. Muzeydə axşam yeməyi və müzakirə qrupları da mövcuddur (yalnız 12-20 saat arasında).

(Yuxarıda gördüyünüz  yazı maşını Dracula əsərinin müəllifi  Bram Stoker’a məxsusdur və muzeydə sərgilənir.)

6) Gelati Muzeyi, (Emilia Bologna, Italya)

Türklərin “Maraş” adlandırdığı dondurmaya əslində İtaliyada “Gelati” deyirlər. Bolognada yaşayan dondurma satıcısı öz işini daha da yüksəldib köhnə dondurma maşınlarını bu muzeydə sərgilədi.

Əgər sizdə bu əsrarəngiz dondurma dünyasını kəşf etmək istəyirsinizsə  mütləq ziyarət edin. Həmçinin burda dondurmaların dadınada baxa bilərsiniz. Roma dondurmasını və içindəki uşaqlığı üçün darıxanlara gəlsin bu yazı.

7) Neon muzeyi (Polşa, Varşava)

Əgər Polşanın 60-70-ci illərinə səyahət etmək istəyirsinizsə bu muzey tam sizin üçündür. Bir zamanlar küçələri işıqlandırmaq üçün istifadə olunan minlərlə  küçə lampaları bu muzeydə həyat tapır. Burada o dövrün əfsanə restoranlarını, barlarını görə bilərsiniz.

Hər nə qədər yaşlı nəslin nümayəndələri neonlara nostajiylə və Soyuq müharibənin bir yadigarı olaraq baxsalarda yeni nəsil bu kolleksiyanı qoruyub saxlaya bilmişdir.

8) Beynəlxalq  Leprechaun Muzeyi , (Dublin, İrlandiya)

İrlandiya əsrlər boyu xəyali Leprechaun xarakteri haqqında hekayələr söyləyir. Bu qızıl saqqallı, üzü yırtılmış  qoca kişi, İrlandiyalı folklorun çox mühüm elementidir. Onun işi ayaqqabı  düzəltmək və qazandığı  qızılları gizlətməkdir. Bir şəxs tərəfindən tutulduqda, Leprechaun üç sehrli istək yerinə yetirir!

Dublinin mərkəzindəki bu muzey tamamilə Leprechaun və İrlandiya folkloruna həsr olunub. Muzey turları xüsusi hekayələr tərəfindən keçirilir və 8-ci əsrdən günə qədər Leprechaunun tarixinə  bir neçə saatlıq səyahət edirsiniz. Bəlkə həqiqətən kimisə tutar və 3 sehrli istək diləyərsiniz. Kim bilir?

9) Cinayət muzeyi, (İngiltərə, Şotlandiya)

Londonda həqiqətən qəribə muzeylər çoxdur. Amma küçədə hansısa bir şəhər sakinindən “ən sirli muzey hansıdır?”- deyə soruşsanız cavab mütəq bura olacaq. Niyə? Çünki bu muzeyi ziyarət etməyə icazə verimir. 1870-ci ildə yaradılan bu muzeyə daxil olmaq üçün hansısa bir polis işçisi olmalı və yaxud burada keçirilən konfransa dəvət olunmalısınız. Çünki bu muzeydə ayrıca krimonoloji labaratoriya otaqları fəaliyyət göstərir.

Jack the Ripper və Charlie Peace kimi London tarixinin ən qanlı cinayətkarlarını kolleksiyasını  bu muzeydə tapmaq olur.

10) Paris Kanalizasiya Muzeyi, (Paris, Fransa)

 

Dünyanın ən pis qoxan muzeyinə xoş gəlmisiniz. Lakin bu da bir sənətdir. Ən azından Parisdə. Sənətin və estetikanın birləşdiyi Parisdə kanalizasiyalar bundan geri qala bilməzdi. 1200-cü illərdən qalan bu tunelləri əslində Viktor Hugonun “Səfilllər”-də görmüşük. Bu muzey tam o dövrü təsvir edir. Parisin birdə altını görmək istəyənlər üçün əla fürsətdir.

11) Currywurst Muzeyi (Berlin, Almanya)

Almaniyaya gedib sosiska yemiyibsizsə deməli Almaniyaya getməmisiniz. Xüsusilə Berlində. Bu muzey şəhərin mərkəzində Soyuq müharibə qərargahı Chekpoint Charlienin yanında yerləşir. 11 euro qarşılığında  bu muzeyin tarixini  öyrənib , müxtəlif növlərini dadmaqla əyləncəli bir gün keçirəcəksiniz.

Buradakı sosiskaların dadına baxdıqdan sonra heç bir yerdə sosiska yemək istəmiyəcəksiniz.

12) Məsumiyyət  Muzeyi, (İstanbul, Türkiyə)

 

(instagram: von_owie)

İndi deyəcəksiniz ki, “bir romanın muzeyi ola bilərmi?” Məsumiyyət muzeyi Orxan Pamukun 2009-cu ildə yazdığı eyni adlı kitabın İstanbulda 3 mərtəbəli bir evdə yerləşdiyi bir muzeydir.

1975-2000- ci illərdə Füsun ilə Kamalın eşq hekayəsindən bəhs edən kitab bəlkədə 1950-2000-ci illərdə İstanbulu ən gözəl təsvir edən əsərdir.

Nobel mükafatı alan yazarın əsərlərini oxumaq biraz çətindir. Amma kitabı əlinizə aldıqdan sonra birdə yerinə qoymuyacaqsınız. Şəxsi təcrübəmdən deyirəm. Muzeyi kitabı oxuduqdan sonra gəzmək daha da məsləhətlidir. Lakin oxumadanda  gəzə bilərsiniz.

Kitabı oxumuyub amma muzeyə getmək  istəyənlər üçün əla fürsət: Muzey üçün pul ödəməyə ehtiyac yoxdur. Kitabı aldıqda içində muzeyə giriş bileti hədiyyə verilir. Bu da sizə kitabı oxumaq üçün motivasiya olar.

AZƏRBAYCAN VƏ POLŞA ARASINDA BİRBAŞA UÇUŞLAR TƏŞKİL OLUNA BİLƏR

0

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər.

Buta airways tərəfindən Bakı – Varşava reysi açılacaq

Gezmeli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: “Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir. Ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın”.

Nahid Bağırov
Nahid Bağırov

Azərbaycana turist axınının artmasından danışan N.Bağırov qeyd edib ki, gözlənildiyi kimi 2017-ci il ölkəyə turistlərin cəlb olunması baxımından əhəmiyyətli oldu: “Ölkəmiz təkcə MDB və ərəb ölkələrindən olan turistlər arasında yox, həm də avropalı turistlər arasında populyarlıq qazanmağa başlayır. Fikrimcə, gələn il də Azərbaycana turist axını artmaqda davam edəcək. Bundan başqa, 2018-ci ildən başlayaraq biz Avropadan da turist axınının artmasını gözləyirik”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ölkəyə 2 477 908 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 413 684 nəfər və ya 20 faiz çoxdur.

“Şahdağ”da qış mövsümü açıq elan olunub

0

“Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib

Şahdağ yolu görsəndi

Açılış günü mərkəzdə bu qədər izdiham yaşanıb, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

Açılış günü maraqlı anlar yaşanıb. Üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün yenidən Şahdağı seçiblər.

Bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib. Bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

 

83 GÜN içində 38 dəfə EVLƏNDİLƏR, həmdə 38 fərqli ÖLKƏDƏ

0

GƏZDİKLƏRİ ÖLKƏLƏRİN İNSANLARI ONLARA HƏM MƏNƏVİ, HƏM DƏ MADDİ DƏSTƏK OLUB

BUNA DEYƏLLƏR GƏZMƏLİ EVLƏNMƏLİ

83 GÜN içində 38 dəfə EVLƏNDİLƏR

Qeyri-adi rekorda imza atan Cheetah Platt və Rhiann Woodyard cütlüyü harada evlənəcəklərinə heç cür qərar verə bilmirmiş. Onlar çarəni ölkə-ölkə gəzib, evlənməkdə tapıblar.Ötən il nişanlanan cütlük, 83 gün içərisində, 38 fərqli ölkədə evləniblər.

Fevralın 8-dən evlilik üçün səyahətə çıxan cütlük Hindistan, Misir, Tailand, İrlandiya, Mərakeş, Keniya, Amerika və s. ölkələri gəziblər. Təqribən 3 ay çəkən səyahətləri əsnasında həm ölkələri gəziblər, həm də möhtəşəm balayı keçiriblər.

Evlənməyə hazırlaşan cütlüklər üçün toy hazırlıqları olduqca yorucu və stresslidir. Lakin Cheetah və Rhiann  nə gəlinlik, nə bəylik, nə də başqa şeylərə zaman sərf ediblər. Sadəcə evləniblər. Cütlük “niyə dünyanı gəzərək evlənirsiz?” – sualına “Los Angelesdə toylar baha başa gəlir. Biz də bir gün üçün o qədər pul xərcləmək istəmədik. Onun yerinə, dünyanı gəzməyə qərar verdik” – deyə, cavab veriblər.

Sevgililər 83 günlük toy üçün üç min dollardan az pul xərcəyiblər. Xərclərin bir qismini isə getdikləri ölkələrdə aldıqları maddi yardımlarla qarşılayıblar.

Akrobatlıq dərslərində tanış olan sevgililər, “İnstagram” hesablarındakı paylaşımları ilə həm sevgilərini, həm də istedadlarını nümayiş etdirirlər. Bu sayədə də internet fenomeninə çevriliblər.

sevgi bu olsa gərək

FOTOLARI TƏQDİM EDİRİK

GÖZƏL KEYFNƏN İZLƏYİN.

ARZULAYANLARA QİSMƏT OLSUN.

 

Dünyanın ən bahalı və ucuz şəhərləri hansılardır?

0
Sinqapur şəhəri
Sinqapur şəhəri

“Economist Intelligence Unit” analitik nəşri dünyanın ən bahalı və ucuz olan 10 şəhərlərin siyahısını hazırlayıb.

ƏN BAHALI ŞƏHƏRLƏR

Sinqapur şəhəri
Sinqapur şəhəri

Siyahıya liderliyi Şinqapur edir. Şəhər-dövlət möhkəm valyutası (Sinqapur dolları), avtomobil saxlamağın baha başa gəlməsi və kommunal xidmətlərə yüksək ödənişlər üzündən birinci yerdədir. Halbuki 10 il öncə Sinqapur yaşayış məbləğinə görə 18-ci yerdə idi. Siyahıya isə Tokio (Yaponiya) başçılıq edirdi.Ən bahalı şəhərlər:

Ən bahalı şəhərlər arasına Paris (Fransa), Sürix (İsveçrə), Sidney (Avstraliya), Oslo (Norveç), Tokio (Yaponiya), Karakas (Venesuela), Cenevrə (İsveçrə), Melburn (Avstraliya) və Kopenhagen (Danimarka) də düşüb.

ƏN UCUZ ŞƏHƏRLƏR

Hindistan, Mumbai şəhəri
Hindistan, Mumbai şəhəri

Ucuz yaşayış isə Mumbay (Hindistan), Karaçi (Pakistan), Nyu-Dehli (Hindistan), Dəməşq (Suriya), Katmandu (Nepal), Əlcəzair (Əlcəzair), Buxarest (Rumıniya), Panama (Panama), Ciddə, Riyad (hər ikisi Səudiyyə Ərəbistanı) şəhərlərindədir.

Nyu York şəhəri
Nyu York şəhəri

Reytinq tərtib olunarkən, analitiklər ildə iki dəfə dünyanın 131 şəhərində yaşayış məbləğini öyrəniblər.Başlanğıc nöqtəsi kimi ABŞ-ın Nyu-York şəhərindəki yaşayış minimumu sayılıb.

Avropanın məşhur olmayan 10 gözəl şəhəri

0

NƏZƏRDƏN QAÇAN GÖZƏLLİKLƏR…

AVROPANIN GİZLİ MƏŞHUR ŞƏHƏRLƏRİ

İstər səyahətçilər olsun, istərsə də turistlərin ən çox səyahət edib, danışdıqları Paris, London, Venesiya, Roma, Praqa, Berlin və s. kimi tanınmış şəhərlərdir. Halbuki, haqqında danışılmayan, yazılmayan o qədər gözəlliklər var ki…

Doğrudur, yuxarıda saydığım şəhərlərin hər biri deyildiyi qədər gözəldir. Ən çox turist cəlb edən şəhərlərdir. Elə buna görə də bahadır.

Ancaq səyahətçilərin diqqətindən kənar, haqqında çox danışılmayan, gözəlliyi ilə Parisdən, Amsterdamdan geri qalmayan Avropa şəhərləri də var.

Bu gün Avropaya səyahət zamanı nəzərdən qaçan şəhərlərdən danışacam.

1. Cork, İrlandiya

İrlandiya
İrlandiya, Cork şəhəri

Bu şəhərə “İrlandiyanın əsl paytaxtı” da deyilir. Paytaxt Dublin həddindən artıq böyük və qələbəlikdir. Əgər sən gəzmək üçün kiçik, şirin və bir o qədər də gözəl bir şəhər axtarırsansa, Cork əsl sənlikdir. Şəhər restoranları, dadlı yeməkləri, pivəxanaları və canlı musiqisi ilə də tanınır.

2. Lyon, Fransa

Fransa, Lyon şəhəri
Fransa, Lyon şəhəri

Lyon Fransanın cənub-qərbində yerləşir. Eyni zamanda, ölkənin 3-cü böyük şəhəridir. Sena və Reyn çaylarının üzərində qurulub. Canlı və mədəni gecə həyatı, muzeyləri, alış veri-mərkəzləri ilə məşhur olan Lyon fransızların ən çox pul xərclədikləri yerlərdən biridir.

3. Helsinki, Finlandiya

Finlandiya, Helsinki şəhəri
Finlandiya, Helsinki şəhəri

Fin Körfəzi üzərində yerləşir. Görməli, gəzməli yerlərlə bol olan dəniz şəhəridir. Şəhərə gedənlər, mütləq limana baş çəkib, qayıqla gəzə, muzeylərə, yaşıl parklara gedə bilərlər. Helsinkiyə qışda getməyi tövsiyyə etmirəm. İnanılmaz soyuq olur.

4. Frayburq im Breisqau, Almaniya

Almaniya
Almaniya, Frayburq im Breisqau şəhəri

Təbiətin gözəllikləri ilə əhatə olunan Freiburg daha çox universitetlər şəhəri kimi tanınır. Bura baş çəkmiş səyahətçi və turistlərin sözlərinə görə, orada özünü kitablarda təsvir edilən orta əsr şəhərindəki kimi hiss edirsən. Frayburq həm də dünyanın ən yaşıl şəhərlərindən biridir.

5. Porto, Portuqaliya

Portuqaliya, Porto şəhəri
Portuqaliya, Porto şəhəri

Portuqaliyanın paytaxt Lissabondan sonra ikinci ən böyük şəhəridir. Şəhər liman bölgəsi və təpələr üzərində olan hissələrdən ibarətdir. Daha çox liman şəhəri kimi tanınır. Romantik, rəngli görünüşü, tarixi və zəngin mədəniyyəti ilə hər kəsin diqətini cəlb edir. Məşhur Porto Şərabının məskənidir.

 6. Qranada, İspaniya

İspaniya, Qranada şəhəri
İspaniya, Qranada şəhəri

Qranada şəhəri İspaniyanın Andalucia adlı muxtar bölgəsində yerləşir. Granadanın əsas cəlbedici məkanları Alhambra Moorish sarayıdır.  Uzun müddət ərəblərin təsiri altında qalıb. Zamanla inkişaf edib, gözəlləşib. Çox olmasa da şəhər əhalisinin içərisində müsəlmanlar da var.

7. Maastricht, Hollandiya

Hollandiya, Maastricht şəhəri
Hollandiya, Maastricht şəhəri

Niderlandın ən maraqlı şəhərlərindən biridir. Gənc şəhər olduğundan hələ də inkişaf edir. Universitetlər çox olduğundan tələbə şəhəri kimi də tanınır. Şəhərdə yeraltı keçidlər vasitəsi ilə tarixi yerləri görmək, tanımaq imkanın var. Yolun Hollandiyaya düşsə, mütləq görməlisən.

8. Gent, Belçika

Belçika, Gent şəhəri
Belçika, Gent şəhəri

Gent şəhərini ilk dəfə görənlər ona asanlıqla aşiq ola bilər. Şəhər tarixi arxa planı və modern görüntüsü ilə tam bir memarlıq işidir. Yolun düşsə, Gravensteen qalasına, the Belfry, and St. Peter’s Abbey monastrına baş çəkə bilərsən. Paytaxt Brüsseldən Gentə şəhərlərarası qatarla 30 dəqiqətə çatmaq mümkündür. Vaxtın qalsa, Gentə yaxın, bir o qədər də gözəl olan Brugge şəhərinə də baş çəkə bilərəsən. Bruggeyə Belçikanın Venesiyası da deyirlər.

9. İnnsbruck, Avstriya

Avstriya, İnnsbruck şəhəri
Avstriya, İnnsbruck şəhəri

İnnsbruck Avstriyanın qərb hissəsində yerləşir. Tirol regionunun paytaxtı hesab olunur.  Şəhər yüksək dağlarla əhatə olunmuş vadidə yerləşir. Yolun İnnsbruckdan keçsə, Funikulyorla yamacları gəzərək, valehedici yerləri görə bilərsən.

10. Brno, Çexiya

Çexiya, Brno şəhəri
Çexiya, Brno şəhəri

Çexiyanın ikinci böyük şəhəridir. Moravia əyalətində yerləşən, Brno anti-Praqa olaraq da tanınır. Şərabları ilə məşhurdur. Brnoya getsən, şəhəri, kilsələri, muzeyləri, tarixi yerləri gəzdikdən sonra Moravia restoranında yeməklərin və məşhur şərablarının dadına baxa bilərsən.

Avropanın cırtdan olan 10 ÖLKƏSİNİ tanıyaq

0

AVROPANIN 10 ən KİÇİK ÖLKƏləri

Vatikan

Vatikan
Vatikan

sahəsi 0.44 km2, əhalisinin sayı isə 930 nəfərdir. 7 iyun 1929-cu İtaliya hökuməti ilə imzalanan “Lateran sazişi”nə əsasən, paytaxt Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində yaranıb. Dünyanın ən kiçik dövləti sayılır.

Əksər ölkələrlə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Qanunlara görə, ordu yarada bilmir. 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir (2013-cü ilə olan məlumata görə). Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Şəhər isə İtaliyanın himayəsi altındadır.

Monako 

Monako
Monako

sahəsi 2.02 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır. Monako incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.

San Marino

San Marino
San Marino

sahəsi 61 km2, əhalisinin sayı isə 26,000 nəfərdir. İtaliyanın ərazisində yerləşir. 225 əsgərlik bir ordusu var. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etməkdir.

Lixtenşteyn

Lixteyşteyn
Lixtenşteyn

sahəsi 160 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir, Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katolik, 8 faizi isə protestantlardırlar.

Malta

Malta
Malta

sahəsi 316 km2, əhalisinin sayı isə 500,000 nəfərdir. Ada-dövlətdir. Aralıq dənizində yerləşir. 3 adadan ibarətdir- Malta-237 km2, Qozo-68 km2 və Komino-2 km2. 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

Andorra 

Andorra
Andorra

sahəsi 468 km2, əhalisinin sayı isə 100,000 nəfərdir. Andorra Avropada dənizə çıxışı olmayan, Piriney yarımadasının şərqində, Fransa ilə İspaniya arasında yerləşən cırtdan ölkədir. Rəsmi adı Andorra Knyazlığıdır.

Lüksemburq 

Lüksenburg
Lüksemburq

sahəsi 2,586 km2, əhalisinin sayı isə 500,000 nəfərdir. Rəsmi adı Böyük Lüksemburq hersoqluğudur. Həmçinin “polad hersoqluğu” kimi də tanınır.

Kipr

Kipr
Kipr

sahəsi 9,251 km2, əhalisinin sayı isə 1,000,000 nəfərdir. Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsidir. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Ölkə məşhur turizm mərkəzidir. Ada əhalisinin əksəriyyətini yunanlar və türklər təşkil edir. Ölkənin iki rəsmi dili var – yunan və türk.

Monteneqro

Monteneqro
Monteneqro

sahəsi 13,812 km2, əhalisinin sayı isə 600,000 nəfərdir. Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Çernoqoriyanın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən “baş şəhər” sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.

İslandiya

İslandiya
İslandiya

sahəsi 103,000 km2, əhalisinin sayı isə 300,000 nəfərdir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi var. Yerləşdiyi ada volkanik mənşəylidir. Adada gündəlik şəkildə volkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir.

Ucuz təyyarə aviabiletini hardan əldə edək?

0

AVROPANIN ƏN UCUZ VƏ TEZ-TEZ KAMPANİYALAR EDƏN AVİAŞİRKƏTLƏRİ

UCUZ AVİABİLET ALMAQ istəyirsən?

Hamımız harasa gedəndə təyyarə biletinin ucuz başa gəlməsini istəyirik. Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?

Gəlin təyyarə biletini maksimum ucuz alaq ki, qalan əyləncələrə çox pulumuz qalsın.

Beləliklə, deyim ki, ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də ? ). http://avia.gotravel.az kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

 

GEDİŞ-GƏLİŞ CƏMİ 60 AVRO

2014-cü ilin oktyabrına qədər Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt reysini  həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

WizzAir-lə oktyabrın 20-nə olan Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.

Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Qeyd: Aviabilet ucuz başa gəlməsi üçün:

– Uçuşdan minimum 60 gün öncə alınmalıdır;

– Həftə içi uçuşlarını seçmək lazımdır;

– Uçuş gecə yarısından sonra olmalıdır.

AVROPANIN ƏN UCUZ AVİAŞİRKƏTLƏRİ BUNLARDIR

RyanAir (http://www.ryanair.com);

EasyJet (http://www.easyjet.com);

German Wings (http://www.germanwings.com);

WizzAir (http://wizzair.com);

Corendon (http://www.corendon.com);

Vueling (http://www.vueling.com).

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən.

Ucuz aviabilet əldə etmək istəsən bir başqa yolu Go Travel turizm agentliyinə müraciət edə bilərsiniz. Əlaqə nömrələri: 012-564-60-30 , 050-664-60-30

 

Şotlandiya haqqında bilmədiklərimiz

0

ƏTƏK SEVƏN ŞOTLANDİYALILAR

Şotlandiya haqqında maraqlı məlumatlar

Məncə, Şotlandiya haqqında məlumatlarım çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verib. Bu zaman Birləşmiş Krallıq yaradılıb.

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirib. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilib.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır,  ABŞ və Kanadada yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13 faiz təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər, bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Suyunun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

Şotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

Şotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilib. Bu zaman Şotlandiya və İngiltərə yığmaları qarşılaşıb.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olur.