Ev Blog Səhifə 430

Təbiəti gəzməyi sevənlərin gedəcəyi möhtəşəm Cenevrə gölü

0
Cenevrə gölü (Lehman Lake)
Cenevrə gölü (Lehman Lake)

CENEVRƏNİN GƏZMƏLİ YERLƏRİNİ BELƏ TƏSƏVVÜR ETMƏMİŞDİM

MONTRÖ CENEVRƏ ADINA YER ÜZÜNDƏKİ CƏNNƏT DƏ DEYİLİR

Cenevrə gölünün mənzərəsi
Cenevrə gölünün mənzərəsi

Montrö Cenevrə aeroportundan maşınla bir saatlıq uzaqlıqdadır. Əsl istirahət şəhəridir. Rahatladıcı, ruhlandırıcı ab-havası var. Yəqin turistlərin şəhərə vurğunluğu da ondandır. Görməli məkanları, tarixi abidələri var.

Tarixi yerləri sevənlər Cenevrə gölünün mənzərəsi fonunda yerləşən Orta Əsrlərə aid “Şilyon” qəsrini mütləq görməlidir. Təbiəti sevənlər isə dağda yerləşən “Marmot cənnəti” parkına gedə bilər. Parkda heyvanlara da rast gəlmək olur.

CENEVRƏ GÖLÜ VƏ ALP DAĞLARININ ƏHATƏSİNDƏ YERLƏŞƏN GÖZƏLLİK

Montrö
Montrö Cenevrə gölü

Qaldığımız qonşu Vevedən Montröyə qatarla cəmi altı dəqiqəyə gəldik. Otelimiz “Grand Hotel Suisse-Majestic” dəmir yolu stansiyasının yanındadır. Yüz illik tarixi olan bu dördulduzlu otel şəhərin mərkəzində, Cenevrə gölü yaxınlığında yerləşir.

Gəlin, şəhərlə tanışlığa da elə buradan başlayaq. Montrö Cenevrə gölü və Alp dağlarının əhatəsindədir. Sahil zolağı bütün şəhər həyatının mərkəzidir. Veve ilə Montrönü birləşdirən, “Şilyon” qəsrinə qədər uzanan ərazi yaşıllıq, güllük-çiçəklikdir. Gölün hər yerində yelkənli gəmi və katerlər var. Sakinlər və qonaqlar kiçik gəmilərlə göl turuna çıxırlar. Üstəlik, gölün duru suyu həm üzmək, həm də su idmanı üçün əlverişlidir. Sahildə Cenevrə gölünün rəmzi sayılan çoxlu qu quşları da olur.

CAZ SƏDALARI ALTINDA GƏZİNTİ

Sahil boyunca düzülən binalar, otelimiz, möhtəşəm “Fairmont Le Montreux Palace” “Gözəl əyyamlar” (“Belle Époque”) dövrünə aiddir. Sahildə canlı musiqinin ifa olunduğu çoxsaylı müasir kafe və restoranlar da var. Montrö həm də caz şəhəridir. 1967-ci ildən bu yana hər il iyunun əvvəlində şəhərdə caz festivalı keçirilir.  Festivala dünyanın hər yerindən ifaçılar gəlir. Həmin dövr musiqi təkcə caz-klub və salonlarda səslənmir. Parklarda, küçələrdə də cazdan zövq almaq olur. Festival əvvəlcə sırf caz tədbiri kimi düşünülsə də, 1970-ci ildən burada soul, rok, blüz və s. kimi istiqamətləri təmsil edən musiqiçilər də iştirak edirlər. “Rolling Stones”, “Deep Purple”, “Queen” kimi qruplar tez-tez festivalın qonağı olurlar.

ŞƏHƏR SAKİNLƏRİ ƏN ÇOX HANSI QRUPU SEVİRLƏR?

Montrödə Britaniyanın “Queen” qrupuna xüsusi sevgi var. O qədər ki, şəhərdə bu qrupun yaradıcılığına həsr olunmuş muzey də tikilib. Sahildə isə qrupun solisti, Montrönü çox sevmiş və bir neçə il burada yaşamış Freddi Merkurinin abidəsi ucalır. “Queen” qrupu uğur qazanmış albomlarının böyük hissəsini Montrödə, “Mountain Studio”da yazdırıb. Elə muzey də bu studiyada yerləşir. Eksponatları isə çoxsaylı xatirə əşyaları, musiqiçilərin səhnə geyimləri, mahnılarının əlyazmaları və istifadə etdikləri musiqi alətləridir.

“ŞİLYON” QƏSRİNİN CƏNGAVƏRLƏRİ

Cenevrə gölü sahilində yerləşən “Şilyon” qəsri Montrönün görməli məkanlarındandır. Bu qəsr şəhərə gələn hər bir turistin mütləq getmək istədiyi əsl orta əsr attraksionudur. Qəsr İsveçrənin ən gəliş-gedişli tarixi tikilisidir.

“Şilyon” 400 il ərzində Savoyya qraflarının iqamətgahı olub. Deyilənə görə, İsveçrə vətənpərvəri və tarixçisi Fransua Bonivar qalanın içindəki zindanda dörd il qandallanmış vəziyyətdə saxlanılıb. Bu əhvalat lord Bayronu 1816-cı ildə poemasını yazmağa ruhlandırıb.

ƏLDƏN-ƏLƏ KEÇMİŞ QƏSR

Cenevrə gölü ilə dik dağ yamacları arasında yerləşən qayalıq ada hələ tarixdən əvvəlki dövrlərdə məskunlaşmış ərazi olub. Cenevrə gölündə gəmilərin hərəkəti və Sen-Bernar aşırımına gedən çox mühüm yol yüz illər boyu bu adadan idarə olunub. 1536-cı ildə Bern sakinləri qəsri ələ keçiriblər. 1803-cü ildə isə Vo kantonunun müstəqilliyinin elan edilməsi ilə əlaqədar bu kantonun sərəncamına keçib.

Hazırda qəsrdə muzey yerləşir. Muzeyin hər il 350 mindən çox ziyarətçisi olur. Bütün kompleks 25 bina, iki dairəvi divarla müdafiə olunan üç daxili həyətdən ibarətdir. Qəsrə daxil olanda orta əsr cəngavərləri və şahzadə qızları haqqında nağıllardakı şəhərə düşdüyünü zənn edirsən. Burada hər şey ilkin görkəmində saxlanılıb. Daş döşənmiş küçələr, oyma naxışlı taxta eyvanlar, aşırma körpülər. XIV əsrə aid naxışlı divarları, bernlilərin hökmranlığı dövrünə aid yeraltı anbarları, dəbdəbəli salonları və yataq otaqlarını görmək olar. Ekspozisiyanı orta əsrlər dövrünə aid əsl silahlar – toplar, gürzlər, tüfənglər, mancanaqlar, nizələr və s. tamamlayır. Ayrı-ayrı stendlərdə orijinal cəngavər yaraq-əsləhəsi təqdim olunub.

Qəsr bir tərəfdən yaşıl qayalarla, digər tərəfdən Cenevrə gölü ilə əhatələnib. Fransızlar gölü “Leman” adlandırırlar. Qəsrlə gölü taxta körpü birləşdirir. Gələn turistlər məhz bu mənzərə fonunda fotolar çəkdirirlər.

DİŞLİ DƏMİR YOLLARI İLƏ MƏŞHUR ÖLKƏ

İsveçrə gözəl təbiəti ilə seçilir. Dağları isə bir başqa aləmdir. Odur ki, biz də dağ gəzintisi etmək qərarına gəldik.

İsveçrədə qatarlar dağlarda ən populyar nəqliyyat vasitəsidir. İsveçrəlilər mürəkkəb relyefli yerlərdə dəmir yolları tikintisi sahəsində professionaldırlar. Onlar buna iki adi rels arasına dişli rels qoyulmasını nəzərdə tutan xüsusi texnologiya sayəsində nail olublar. Belə dəmir yollarında hərəkət edən qatarlar da müvafiq olaraq dişli təkərlərlə təchiz edilirlər. Dişli dəmir yollarının qatarları adi qatarlardan fərqlidir. Dik yoxuşlarda asanlıqla hərəkət edir. İsveçrə bu tip dəmir yollarının sayına görə dünya rekordçusudur. 20-dən çox belə yolu var.

GÖZƏL NƏRGİZGÜLÜ TARLALARI

Yolumuz Montrödən Roşe-de-Neyədir. Dəniz səviyyəsindən 2042 metr yüksəklikdə yerləşən Marmot qoruğu da buradadır. Qatar dağlara qalxdıqca Cenevrə gölünə, Savoyyaya, Voya, Valeyə və Alp dağlarına əsrarəngiz mənzərə açılır. Getdikcə meşələri çəmənliklər və nərgizgülü bitən talalar əvəzləyir. Burada bitən nərgizgülü yazıçı Lev Tolstoyun və Ernest Heminqueyin əsərlərində də xatırlanır. 1897-1957-ci illərdə burada nərgizgülü festivalları da keçirilib. İndi isə nərgizgülü talaları öz gözəlliyi ilə fotoqrafları, turistləri, velosipedçiləri, Skandinaviya yerişini sevənləri və paraplaneristləri cəlb edir.

İÇİNDƏ MİN NÖV BİTKİ OLAN “ALP BAĞI”

Bənzərsiz landşaftlara qırx dəqiqə ərzində tamaşa edə-edə Roşe-de-Neyə çatırıq. Turistlər marmotların yuvalarına tamaşa edir. Bura “Marmot cənnəti” də adlanır. Qoruqda 14 növ marmot saxlanır. Şüşə arakəsmədən marmotların həyatını müşahidə etmək olur. Marmotlar turistlərə öyrəşiblər. Bəzən yuvalarından çıxaraq təpəciklərə qalxır, özlərini günə verirlər.

Yuxarıdakı gözəl məkanlardan biri də “Alp bağı”dır. 1896-cı ildə açılan bu bağda dünyanın hər yerindən təqribən min növ dağ bitkisi əkilib. Qeyri-adi hisslər yaşamaq istəyənlərə hər cür rahatlığı olan əsl alaçıqlarda gecələmək təklif olunur.

cenevrədə HARADA, NƏ YEYƏK?

Nahar etmək üçün yaxınlıqdakı Ko şəhərciyinə yollandıq. Qatarla Koya 10 dəqiqəlik yoldur. Burada dəniz səviyyəsindən 1150 metr yüksəklikdə ənənəvi İsveçrə şalesi – “Le CouCou” (“Ququ quşu”) ailə otel-restoranı yerləşir. Restoranın terrasından Cenevrə gölünə və meşə ilə örtülmüş dağlara açılan mənzərəyə baxdıqca doymaq olmur. Bu yerlərin mətbəxində isə ancaq və ancaq yerli orqanik məhsullardan istifadə edilir.

MARMOTLARIN CƏNNƏT MƏKANI VƏ ŞOKOLAD QATAR

Yeri gəlmişkən, “Roşe-de-Ney”ə və başqa regionlara təkcə adi qatarla deyil, həm də maydan oktyabradək işləyən “Şokolad Qatar”la da getmək olur. Bu tur yalnız birinci dərəcəli – ya 1915-ci ilin vintaj vaqonunda, ya da müasir panoramlı vaqonlarda səyahət təklif edir. Belə turu fərqləndirən cəhət budur ki, gediş haqqına isti qəhvə, kruasanlar və pendirli fondü, habelə “Nestle” şokolad fabrikinə getmək və onun məhsullarını dequstasiya etmək daxildir. Necə deyərlər, həm ziyarət, həm ticarət ?

 

Təmiz, Səliqəli, Sakit, Yaşıl Minsk şəhəri

0
Belarusya, Minsk şəhəri

SOVETİ ÖZÜNDƏ QORUYUB SAXLAYAN ŞƏHƏR

GƏZMƏLİ MİNSK ŞƏHƏRİ

Minsk hər zaman gəzməli ölkələr siyahısında ön sıralarda gedir. Əsasəndə şəhərin təmiz və gülərüz xalqı ilə ünsiyyət etmək insana xoş hisslər yaradır.

Minsk şəhəri
Minsk şəhəri

Bu qədər təmiz-səliqəli küçələri və qayda-qanuna riayət edən, dəqiq insanları nə zaman bir arada gördüyümü xatırlamıram. Öyrəşmədiyimiz qədər enli küçələri, geniş avtomobil yolları və təmizliyi ilə yadımda qaldı Minsk. 1 milyon 959 min nəfər sakini var.  Və bu insanların heçbiri yerə zibil atmır, tüpürmür, yol hərəkatı qaydasını pozmur.

SİZCƏ DƏ ÇOX GƏZMƏLİ DEYİLMİ?

Minskdəki göl ətrafı park
Minskdəki göl ətrafı park

Bəlkədə elə buna görədir ki, Minsk də özümü digər Avropa şəhərlərindəki kimi rahat hiss etmirdim. İçimdə bir narahatlıq var idi. Ancaq küçələrdə gəzməkdən və hər anı fotoaparatımın yaddaşına həkk etməkdən yorulmurdum. Əsasəndə bu parkda göl üzərində qayıq sürmək, insanların sənə müsbət reaksiyası Minsk şəhərini bir daha gəzməli görməli yerlər olduğunu sübut edir.

MƏDƏNİ SÜRÜCÜLƏR, QAYDA QANUNA RİAYƏT EDƏN PİYADALAR…

Minsk İkinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalına məruz qalıb, 80 faizi dağıdılıb. Çox çox sonralar özünə gəlməyə başlayıb. Demək olar bütün binaları yenidən tikilib. Bəlkədə, bu qədər gözəl şəhər salmanın sirri də bundadır… Geniş avtomobil yollarını yolboyu uzanan yaşıl parklar müşayiət edir. Sürücülərin mədəni olduğu qədər, piyadalar da qayda-qanuna riayət edəndirlər. Qaldığım müddətdə birdəfə olsun maşın yoluna çıxan piyada, piyadaya siqnal verən sürücü görmədim. Bəlkə də istirahət günləri olduğundan şəhərd əmaşınlar az idi. Nə bilmək olar – deyib, özümüzə təsəlli verək.

BELARUSYA – GEDİLMƏSİ GƏRƏKƏN ÖLKƏ

Minskdə gəzməli yerlər
Minskdə gəzməli yerlər

Vitebsk, Brest, Gomel, Mogilev, Grodno və paytaxt Minsk olmaqla 6 hissəyə ayrılıb Belorusiya. Qüsursuz şəhərsalma, ətraf kənd və qəsəbələri, müasir arxitektura örnəkləri və müasir dizaynlı parkları, meşələrlə əhatələnmiş, gedilməsi və gəzilməsi gərəkən ölkələrdəndir.

Sovetdənqalan küçə və dükanadları, Minskin səliqəsi tipik Avropa şəhəri düzəninə bənzəmir. Bu şəhər hələ də Sovet İttifaqını özündə qoruyub saxlayıb. Adicə küçə və dükanların adları çox şey deyir: “Lenin”, “K.Marks”, “Kommunistiçeskaya”…

Avropa şəhərlərinin hüzurlu havası sanki burada yoxdur. Şəhəri gəzərkən içində bir narahatlıq hiss edir insan. Hətta internet də, televiziya kanallarında xəbərlərdən gördüyümüz Şimali Koreyanı xatırladır.

MİNSKDƏ İNTERNET ÇƏTİNLİYİ

İnternet demişkən, şəhərdə yerləşən kafelərdə, ictimai yerlərdə pulsuz internet şəbəkəsinə bildiyimiz qaydada daxilolmaq olmur. İnternetə qoşulmaq istəyənin yerli mobil nömrəsi olmalıdır. Öncə mobil nömrəni daxil etməli, sonra sənə“sms”-lə göndərilən şifrəni qeyd edib,internetə qoşulmalısan. Eynən İstanbulun hava limanlarındakı kimi…Yerli insanların fikrincə, bu qayda vətəndaşları nəzarətdə saxlamaq üçün hələ 1994-cü ildən Lukaşenko hakimiyyəti tərəfindən qoyulub. Ötən ildənsə internet dövlət tərəfindən xüsusi nəzarətə götürülüb. Belorusiyada yaşayanlar internet brauzerlərində istifadəsi mümkün olan “İnkoqnito” opsiyasından da məhrumdular.

 ŞƏHƏRİN GÖRMƏLİ YERLƏRİ

25 mərtəbəli, nəhəng almaza bənzəyən milli kitabxanaya mütləq getmək lazımdır. Burada 14 milyondan artıq kitab var. Bundan əlavə, “Aleksandrovsky” və “Oktyabrskaya”  meydanları, “FrancyskaSkaryny” küçəsi, hökumətbinası, mədəniyyət sarayı, Beynəlxalq Tarixvə Mədəniyyət Muzeyi, “MüqəddəsRuh” Katedralı, “Aleksandr Nevsky” kilsəsi, “TraetskaePradmestse” bölgəsi, “GözyaşlarıAdası” – bunlar hamısı görülməli, gözəl yerləridir.

BAKIDAN MİNSKƏ NECƏ, NEÇƏYƏ GEDƏ BİLƏRİK?

Bakıdan Minskə Ukrayna və Azərbaycan Hava Yolları avia şirkətləri ilə gedə bilərsiniz. Gediş-dönüş qiymətləri təxminən 180-400 avro arası dəyişir. Mən Rusiya hava yolları ilə tranzit olaraq Moskva üzərində giriş etdim. Tək gediş 1 nəfərə 220 azn oldu. Qarşılığında Moskva şəhərinidə 12 saatlıq gəzmək şansımız yarandı. Çox yox, bir dəfə bu şəhərdən yolunuzu sala bilərsiniz. Şəhəri gəzməyə 2-3 gün kifayətdir. Məsələn, bir həftəsonunu burada keçirməyə nə deyirsiz? Hava limanından şəhər mərkəzinə təxminən 42 kilometrdir. Azərbaycandakı kimi taksiyə minmədən öncə mütləq qiyməti danışmalı, bacardığın qədər endirməlisən. Yoxsa, mənzil başına çatanda söyləyəcəyi qiymətə məsuliyyəti mən daşımıram. Yada Uber proqramı vasitəsi ilə ordan taksi çağırıb, ödənişidə kart hesabınızdan ödəyə bilərsiniz.

Viza məsələsinə gəlincə, Minsk Hava Limanından Belarusya ya giriş edən ölkədə 5 gün vizasız qalabilər. Girişin məhv Minsk Hava Limanından olması mütləqdir. Amma mən Moskva şəhərindən giriş etdiyimiz üçün mənə vizanı Moskvada verdilər. İşin maraqlısı onda idiki, mən Minsk şəhərinə giriş etdiyim zaman pasport kontrolu olmadı. Sonradan, bildimki Moskva üzərindən Minsk şəhərinə giriş edildiyi zaman pasport baxışı olmur, Moskvanın viza girişi Minskdədə keçərli oldu. Minskdən çıxış etdiyim zaman isə mənə Moskvada verdikləri kağız vərəqi vizanı təqdim etməyimi istədilər. Yaxşı ki, tullamamışdım. Əgər Moskva üzərindən Minskə giriş edəcəksinizsə sizə vizanı Moskvada verəcəklər. Həmən viza 30 günlük müddətində həm Rusiyada, həmdə Belarusyada qalmağa kömək edəcəkdir.

 

 

Turistlərin hər zaman sevdiyi şəhər – Praqa

0
Çexiya Respublikası, Praqa şəhəri
Çexiya Respublikası, Praqa şəhəri

Muzey və əyləncə şəhəri – Praqa

PRAQADA ƏYLƏNDİRƏRƏK PUL QAZANANLAR

Çexiya Respublikası, Praqa, Old Town meydanı
Çexiya Respublikası, Praqa, Old Town meydanı

Kimi dəmirdən müxtəlif fiqurlar düzəldir, kimi sabun köpüyündən hazırladığı balonları uçurur, kimi oxuyur-oynayır, kimi də donuz qızardır. Hamısı da küçənin düz ortasında… Bəziləri üzlərini boyayıb insanları güldürərək pul qazanır, bəzilərininsə yöntəmi fərqlidir, onlar bürünc və ya qızılı rənglərə boyanıb küçənin müxtəlif yerlərində hərəkətsiz dayanıblar. İlk baxışdan heykəl bilirsən, ancaq yaxınlaşıb gözlərinin içindəki qızartıları görəndə anlayırsan ki, səhərdən eyni nöqtəyə zilləndiyi üçün yorulub bu gözlər…

PRAQA AVROPANIN CANLI MUZEYİDİR

Praqa körpüsünün mənzərəsi
Praqa körpüsünün mənzərəsi

“Qızıl şəhər”, “Şəhərlərin anası”, “Avropanın canlı muzeyi”, “Avropanın ürəyi” – hərə bir ad qoyub Praqaya. Turistlərin, səyyahların qeydlərində ikinci dəfə də gəlmək istədikləri şəhər kimi anılır. İnsanları, küçələri, ümumilikdə şəhər ab-havası ilə adamı heyran qoyur. Adicə götürək küçələrini, insanlar burada həm pul qazanır, həm əylənir, həm də əyləndirirlər. Praqa belə bir şəhərdir. Bir qəpik xərclətmədən səni tamaşaçıya çevirir. Bir də ayılırsan ki, saatlar keçib, istədiyin qədər deyib-gülüb, əylənmisən. Üstəlik, təsəvvür etməyəcəyin qədər sənət əsərləri ilə tanış olmusan. Təbii, nə biletə pul vermisən, nə də muzeyə.

Çoxu Praqanı canlı muzey adlandırır. Burada muzeyə pul xərcləməyi artıq məsrəf hesab edirlər. Çünki küçələri, körpüləri, meydanları, binaları canlı muzeylərdir. Küçələrdə gəzərkən muzeylərdə görə bilməyəcəyin qədər sənət əsəri, müxtəlif tikililər görür, Praqanın tarixi ilə tanış olursan. 

PRAQA ŞƏHƏRİ – KEÇMİŞDƏN İNDİYƏNƏ

Praqa şəhər küçəsi
Praqa şəhər küçəsi

Praqa şəhər olaraq 10 hissəyə ayrılıb. Hradcany (Qala bölgəsi), Mala Strana (Kiçik məhəllə), Stare Mesto (Köhnə şəhər) ve Nove Mesto (Yeni Şəhər). Bura o qədər turist gəlir ki, bəzən gəzərkən adam sıxlığından çətinlik çəkirsən.

Praqanın ən köhnə hissəsi sayılan Praqa qalasının tikintisinə 9-cu yüzillikdə başlanığı deyilir. Əvvəl balaca olsa da, sonradan ərazidə əlavə tikililər inşa olunub. Nəticədə, ərazi böyük bir şəhərciyə çevrilib. Qalanın ərazisində 14-cü əsrə qədər saray, kilsə, monastır olub. 1541-ci ildə burada yanğın baş verib. Tikililərin əksəriyyəti yanıb, yararsız vəziyyətə düşüb. Sonradan yenilənən qala ərazisi Avstriya-Macarıstan İmperatorluğunun mərkəzinə çevrilib. 17-ci əsrdə imperatorluğun paytaxtı başqa yerə köçürüləndən sonra qala da əhəmiyyətini itirib. Ancaq bu gün turistlərin ən çox getdiyi məkanlardan biri də məhz qala ərazisidir.

PRAQADA NƏLƏRİ GÖRMƏK OLAR?

Praqada Astronomik Saat
Praqada Astronomik Saat

Mərkəzi meydanlardan birində şəhər əhalisinin saatbaşı yanına toplaşdığı astronomik saat var. Böyük bir tarixi binanın üstündə yerləşən bu saat haqqında müxtəlif hekayələr danışırlar. Onlardan biri də belədir:Deyilənə görə, keçmişdə Praqada bir memar yaşayırmış. Bir gün həmin memar şahdan Praqanın mərkəzindəki binalardan birinin üzərində dünyanın heç bir yerində olmayan astronomik saat inşa edəcəyi ilə bağlı icazə istəyir. Şah icazə verir. Memar saatı inşa edir. Sonradan bu saat o qədər məşhurlaşır ki, dünyanın müxtəlif ölkələrindən onu görməyə gələnlərin sayı artır. Memara həmin saatın eynisini onların ölkələrində düzəltməyi təklif edənlər də olur. Bu təkliflərdən narahat olan şah həmin memarın gözlərini çıxartdırır ki, bu saatın bənzəri heç yerdə olmasın. Memar da şahdan qisas almaq üçün özünü saatın mexanizminin içinə atıb intihar edir. Beləcə, həm kor yaşamaqdan qurtulur, həm də saatın müxanizmini xarab etməklə şahdan qisas almış olur.

Praqalılar bu saatın əsrlərcə işləmədiyini, sonradan başqa bir memarın onu təmir etdiyini deyirlər. Saatbaşı astronomik saat meydanda səhnəcik nümayiş etdirir. Əvvəlcə xoruz banlayır, sonradan saatın pəncərəsi açılır və ordan müxtəlif bir-birinə oxşamayan başlar çıxır sıra ilə. Bir dəqiqə sonra isə şou bitir və saat tamam olur. İllərdir sürən bu səhnəcikdən heç kim bezmir. Həmin vaxt buradan keçənlər mütləq ayaq saxlayıb bu tamaşaya baxırlar. Hər saatbaşı meydan dolub-daşır. Bir sözlə, bu səhnəcik heç vaxt tamaşaçısız qalmır.

KARL KÖRPÜSÜ – MÜTLƏQ GEDİB GÖRMƏK LAZIM

Karl körpüsü
Karl körpüsü

Praqanın körpüləri də məşhurdur. Şəhər iki hissəyə ayrılır. Və bu hissələri ortadan birləşdirən körpülərdir. Onlardan ən məşhuru və köhnəsi Karl körpüsüdür. Vltava çayını ayırdığı iki hissəni birləşdirən və dünyanın ən məşhur körpülərindən biridir. Körpünün üstü günün hər saatında turistlərlə dolu olur. Körpünü ancaq yeriməklə keçmək mümkündür. Ancaq bu müddətdə də darıxmırsan. Burada bir-birindən fərqli heykəllər, fiqurlar var. Şəhərlə bağlı müxtəlif suvenirlər satılır. Üstəlik karikaturaçılarda fəaliyyət göstərir. İstəyirsənsə, 15 dəqiqəyə şəkliniçəkə bilərlər. Qiyməti isə təxminən 20 avrodur.

Şəhərin mərkəzindən Vltava çayı keçir. Çay Praqanı 2 yerə ayırıb. Praqa qalası və ona yaxın Mala Strana adlandırılan kiçik məhəlləni Karl körpüsü mərkəzə bağlayır. Praq qalası, Karl körpüsü, Frans Kafka muzeyi, katedral, saat meydanı – mütləq görmək lazımdır. Əgər vaxtınız varsa, şəhərdən 1-1,5 saatlıq uzaqlıqda olan Karlova Varini də gedib görmək olar. 

PRAQA MƏTBƏXİ DADLIDIR

Restoranın terrasından Praqa mənzərəsi
Restoranın terrasından Praqa mənzərəsi

Necə ki, Almaniya, Hollandiya, eləcə də Praqa da pivələri ilə məşhurdur. Restoranlarda çex pivəsinin dadına baxa bilərsiniz. Bundan əlavə, müxtəlif souslarla dadlandırılmış ət yeməkləri də mükəmməldir. Şəhərdə maraqlı pivəxanalar, milli restoranlar var. Sizi əmin edirik ki, Praqaya getsəniz, ac qalmayacaqsınız. Müxtəlif bitki, kartof, ət yeməkləri ağız dadımıza uyğundur. Xüsusən də mərkəzdə, bir neçə pilləkan aşağıda yerləşən restoranlar həm dad, həm də çex musiqisi dinləmək baxımından idealdır.

Praqaya hansı ruh halı ilə gedirsən get, fərqi yoxdur. Mütləq ordan yüksək əhval-ruhiyyədə qayıdacaqsan. Şəhərdə hüzur var. Kafelərdə, kofe evlərində sakitlik hökm sürür. İnsanların ruh halı yüksək, qışqır-bağır, səs-küy yox. Bu şəhəri gəzməyə 4 gün yetərlidir. Hələ yerlilərin dediyinə görə, şəhər kənarında da görüləsi yerlər var. Hər axşam mütləq köhnə muzey binalarında konsertlər təşkil olunur. Cəmi 10-15 avro ödəməklə Motzart, Bethoven, Bax, Şubert, Şopen kimi klassik bəstəkarların əsərlərini dinləyə bilərsiniz. Özü də təmtəraqlı, hər kəsin belini dik tutub oturacağı kreslolarda yox, pilləkanlarda, xalçaların üstündə, ayağını-ayağının üzərinə uzadaraq…

Santa Klausun ÖLKƏSİNƏ SƏYAHƏT – LAPLANDİYA

0

YENİ İLDƏ LAPLANDİYAYA SƏYAHƏT

Laplandiyada Yeni ildə gəzməli yerlər

Laplandiya

Hündür dağlar insanı heyran edən Şimal şəfəqi hər tərəfi qara bürünmüş meşələr və yollar möhtəşəm dünya Santa Klausun vətəni Laplandiya.  Yeni il ərəfəsində bu ölkəyə getmək heç də pis fikir deyil . Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxti Rovaniem şəhəridir. Bakıdan Laplandiyaya uçuş yoxdur .Moskva-Helsinki reysindən istifadə edərək bu səyahəti edə bilərsiniz .

Laplandiya

Laplandiyada böyük dəbdəbəli beşulduzlu otellər yoxdur.Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Ən möhtəşəm mehmanxana dördulduzlu Santa Klaus otelidir. Otellərdə turistlər üçün bütün şərait yaradılır.Taxta evlərdə mətbəx də var. Otaqlarda yolkalar qurulub kamin ətrafında isə şamlar düzülüb. Yol yorğunluğunu çıxartmaq üçün turistlərə gözəl şərait yaradılıb.

Laplandiya

AĞAPPAQ MEŞƏLƏR VƏ DAĞLAR

Laplandiya dağ xizəyi ilə məşhurdur. Xizək sürməyə başlamazdan əvvəl professional xizəkçilər qonağı sorğu-suala tuturlar. Əgər xizək sürməyi bacarmırsansa onlar sənə dərs verməyə hazırdılar. Meşələrdə gəzmək qorxulu deyil. Meşədə gəzişdikcə dovşan tülkü və başqa heyvanlar yanından keçir.Nə insanlar onlardan qorxur  nə də heyvanlar insanlardan . Laplandiya əhalisi iki hissəyə bölünür.  Kənd əhalisinin böyük məşğuliyyəti fermalardadır. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirilir. Mağazada konservləşdirilmiş ərzaqlar satmaq qadağandır.

Laplandiya meşələri

SAAMİ ƏHALİSİ

Laplandiyada meşələr çoxdur. Amma bu o demək deyil ki, onlar sahibsizdirlər. Onlarin sahibləri Laplandiyanın qədimliyini qoruyub saxlayan saamilərdir. Saamilərin kiçik bir kəndi var. Laplandiyada bütün marallar fermalarda saxlanılır.

SANTA  KLAUSUN PARKI

Santa Klausun varlığına yalnız uşaqlar inanır. Amma Laplandiya səyahətində Santa Klausun kəndini gördükdən sonra siz də Santa klausun varlığına uşaq kimi inanacaqsınız. Laplandiyada Santa Klausu  Yolupukki adlandırırlar. Deyilənə görə hələ heç kim Santa Klausun evinə girə bilməyib. Parkda Santa Klausun ofisi var. Park saat 17:00 kimi işləyir.

Santa Klaus

XOŞBƏXTLİYİN ŞAXTASI

Turistlərin ən çox sevdiyi məkanlardan biri də Laplandiyanın Luosta əyalətində yerləşən Ametis mağarasıdır. Bu dünyada  ən möhtəşəm yeganə Ametis şaxtasıdır.Turistlərə bu şaxtadan  xatirə qalmasi üçün kiçik ölçüdə  Ametis götürməyə icazə verilir.

Laplandiya

MƏTBƏX

Laplandiyada olub maral əti yeməmək günahdır . Ən ləzzətli və dadlı yeməklər  maral ətindən hazırlanır. Restoranların çoxu İsveç masası üslubunda  fəaliyyət göstərir. Laplandiyada ən bahalı içki Avstraliyadan gətirilir isti rom hesab olunur. Ən məşhur sousları isə Portveyindən hazırlanır.

Laplandiya

Santa Klausun vətəni sayılan Laplandiya haqqında sizi  azda olsa məlumatlandırmağa çalışdım. Sizə bu yeni il ərəfəsində Laplandiyada Santa Klausla  görüş arzu edirəm.

Avropanın ən gözəl 10 şəhəri

0

avropanın gəzməli ən gözəl 10 şəhəri

Avropa zəngin tarixi, qədim mədəniyyəti, nəfəs kəsən təbiəti və əyləncəli atraksionları ilə məşhur olan möhtəşəm bir qitədir. Avropalı sənətkarların əsərləri ilə bəzədilmiş paytaxtları, tarixi orta əsrə dayanan memari üsluba sahib tikililərə ev sahibliyi edən heyrətamiz küçələri ilə başdan çıxaran bir qitədir. Dünyanın ən kiçik ikinci qitəsi olsada ən çox turist axını olan qitədir.Gəzməli, görməli çox möhtəşəm yerləri özündə ehtiva edən Avropa ziyarəti hər zaman çox maraqlı və əyləncəli olur. Sizə Avropa səyahətiniz zamanı gəzməli olduğunuz 10 ən gözəl şəhəri təqdim edirəm.

1. Venesiya

Venesiya

2. Berlin

Berlin

3. Amsterdam

Amsterdam

4. Brüssel

Brüssel

5. Dublin

Dublin

6. Kopenhagen

Kopenhagen

7. Budapeşt

Budapeşt

8. Edinburq

Edinburq

9. Vyana

Vyana

10. Praqa

Praqa

Avropa turuna səyahətimiz hələki bu qədər. Daha 10 şəhər də əlavə olunacaq. Sizcə bəs hansı şəhər gözəldi?

Xəyalların Şəhəri – İrlandiya

0
İrlandiya

İrlandiyada gəzməli yerlər

Bunları oxuduqdan sonra mütləq İrlandiyaya gedəcəksiniz:

XƏYALLARIN ŞƏHƏRİ

İrlandiya turistlərin ən çox getdiyi yerlər arasında ilk gözə çarpan ölkə olmaya bilər. Lakin oraya səyahət edən turistlər əminliklə söyləyir ki, İrlandiya sizə bütün dərdinizi və qəminizi unutdurmaq üçün ideal ölkədir. Əgər daha çox təcrübə toplamaq və tarixi abidələri ziyarət etməyi xoşlayırsınızsa, onda doğru ünvandasınız! Əsl “Giunnes” pivəsi, meqalitlər, zümrüd rəngli təbiətin və ağ okean dalğalarının fonunda orta əsr qəsrləri İrlandiyaya səyahət üçün turistlərə təklif edilən vədlərin ancaq bir hissəsidir. Böyük tarixə malik İrlandiyada həqiqətən də bizim günlərə qədər qorunub saxlanılan qədim abidələr beşiyidir.

Bu həftə İrlandiya torpaqlarına virtual səyahətə dəvət edirik.

Hava şəraiti
Hava şəraiti

İrlandiyada hava şəraiti :

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Onu zümrüd ölkəsi də adlandırırlar.

Burada həmişə yağışlı, dumanlı və küləkli hava şəraiti müşahidə olunur. Qışı yumşaq, yayı isə soyuq və buludlu keçir. Ən soyuq aylar yanvar, fevral, ən isti aylar isə iyul və avqustdur. İl ərzində temperatur nadir hallarda +4-dən aşağı düşür, yayda isə +23-dən də yuxarı qalxmır. Qar nadir hallarda yağsa da tez əriyir. Hətta, irlandlar öz aralarında zarafat edib belə deyirlər: “Yay qışdan yalnız yağışa görə fərqlənir. Yayda isti, qışda isə soyuq yağışlar yağır”.

Ona görə də, İrlandiyaya səfər üçün ən ideal vaxt yay aylarıdır. Əgər sizi çiskin hava qorxutmursa, onda İrlandiyaya may-iyun və sentyabr aylarında, əcnəbilərin axını zəiflədiyi bir vaxtda da səyahət edə bilərsiniz.

Əsl xoşbəxtliyi kəşf edin!
İrlandiya xalqı

Həyatınızda görə biləcəyiniz ən xoşbəxt insanlar burada yaşayır.İrlandiya xalqı çoxlu çətinliklərə sinə gərib. Məsələn, bəzi mənbələrə görə, 1845-1851-ci illər ərzində kartof sahələrinə düşən xəstəlik ucbatından məhsul zay olduğundan aclıqdan və xəstəlikdən bir milyona yaxın insan tələf olub. Çoxları səfalətdən canlarını qurtarmaq üçün Avstraliya, Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanada kimi ölkələrə mühacirət edib. Bu gün təxminən 35 milyon amerikalının kökü İrlandiyaya gedib çıxır.

Bu faktlara baxmayaraq irlandlar istiqanlı və qonaqpərvər xalqdır. İrlandlar həm də ünsiyyətcil və musiqisevər insanlardır. Onlar dünyanın ən xoşbəxt əhaliləri arasında ilk sıralarda dayanır. Yerlilərin sözlərinə görə, İrandiyaya gələn səyyahlar özünü burada çox xoşbəxt hiss edir. Başqa bir araşdırmada məlum olub ki, irlandlar dünyada gün ərzində ən çox gülən, tanımadığı adamlara salam verən, hər hansı şəxsə “yox” cavabını verməkdən çəkinən nadir xalqlardan biridir. Ölkəyə ayaq basdığınız andan etibarən ofisiantdan sürücüyə, satıcıdan polisə, bələdiyyə işçisindən vəzifəli məmurlara qədər hər kəs sizi çox nəzakətlə qarşılayacaq, ən vacibi isə üzlərdən gülüş heç vaxt əskik olmur. Bu qəribə insanlarla tanış olub İrlandiyada dərdsiz-qəmsiz həyat sürmək olar… Odur ki, İrlandiyaya rahatlıqla təkbaşına da getmək olar. Hər halda bu qədər səmimi və xoşxasiyyət insanlar arasında darıxmaq ağlabatan görünmür. Hər səhər tanımadığınız məhəllərdə gülərüzlü insanlara  salamlaşmaqdan xoş təsir bağışlayan başqa nə olar bilər ki?

İrlandiya içkiləri:

İrlandiya içkiləri

Əyləncəli irland pubları Avropada xüsusilə taxta dizaynı, rəngarəng konsepsiyası, müxtəlif içki növləri, ən başlıcası isə “Guinnessi” pivəsiylə olduqca məşhurdur. İndi isə ağlınızda canlanan bu konsepsiyaya coşqulu və xoşbəxt irland izdihamını, inanılmaz dərəcədə əyləncəli milli musiqilərini, rəqs etmədən dayana bilməyən istiqanlı insanları və ölkənin hər bir şəhərinə xas olan yüzlərlə spirtli içki növlərini əlavə edin. Əsl irland pubları belə olur. Pub cənnəti kimi tanınan “Tampl Bar” isə Dublinin mərkəzində yerləşir. Bu, içki kolleksiyaçıları üçün İrlandiyaya getmək səbəbləri arasında ulduzlu maddələrindən biri olacaq.

Turistlərin ən çox axın etdiyi “The Tampl Bar” şəhərin rəmzinə çevrilib. Küçə boyu uzanan pub zəncirində bəzi “Ginnes” və “Jameson” kimi irland zavodlarının xüsusi içkiləri təklif edilir. İçkilərin hamısının dadına baxın və həyatdan zövq alın. Yeri gəlmişkən, irlandlar içki içəndə də ayıq olur.

İrlandiya Musiqisi :

İrlandiya musiqiçiləri

İrland içkiləri çox məşhur olsa da, pubları musiqi olmadan təsəvvür etmək mümkün deyil. Amma irlandlar canlı musiqyə daha çox üstünlük verir. Utanmasalar, gecə klublarında da səhərə qədər çalıb-oxuyarlar. Odur ki, yolunuz İrlandiyadan düşəndə lövhələrdə “Irish Live Music” (Canlı irland musiqisi) sözlərini görəndə təəccüblənməyin.İrlandiya musiqiləri sürətli tempi və bir-birinə oxşar mahnılar olduğuna görə uşaq mahnılarını xatırladır, lakin oynaq ahəngi sizi ayağa qalxıb rəqs etməyə vadar edir.

Təbiət mənzərələri:

Yamyaşıl təbiət

Ada iki hissədən – Birləşmiş Krallığın tərkibində olan Şimali İrlandiyadan və ərazisinə görə daha böyük olan müstəqil İrlandiya Respublikasından ibarətdir. İrlandiyada yaşıllıqların rəngi seçilir. Təbiət və yaşıllıq aşiqsinizsə, bilin ki, bu ölkədə bir-birindən gözəl yerlər var. İrlandiyada ən çox diqqətəlayiq olan onun təpəcikləri və məhsuldar otlaqları olan təbiətidir.

Ölkənin paytaxtı Dublin Avropanın texnologiya mərkəzi hesab olunur. Bununla belə şəhər mərkəzi parklarla doludur. Nahaq yerə demirlər ki, Dublin adi paytaxt deyil, ölkənin göz bəbəyidir. Foeniks Park Avropanın ən böyük şəhər parklarından biridir. Şəhər mərkəzində yerləşən mcüzə deyilmi? Düşünün, işdən çıxırsınız və dərin nəfəs almaq üçün özünüzü birbaşa parka atırsınız.

Park

Parkı tamamilə gəzmək 3-4 saat vaxtınızı alacaq. Bu parkda velosiped icarəyə götürüb gəzə də bilərsiniz. Parkın girişində böyük heyvan parkı da mövcuddur. Bu nəhəng parkda ördək və maral sürülərini görmək imkanı əldə edəcəksiniz. Sanki filmin içərisində yaşayacaq, amma heç bitməsin istəyəcəksiniz.

İrlandiyanın başqa şəhərlərində də kifayət qədər görməli yerlər var. Bunun üçün şəhərlərə qatarla çoxsaylı turlar təklif olunur. Yeri gəlmişkən, yol boyu qatar pəncərəsindən heyranedici mənzərələrlə rastlaşacaqsınız.

Gün batımı
İrlandiya turlarında ən çox üstünlük verilən məntəqələr: Moher uçurumları, nəhənglərin vulkanik ayaq izləri, 2 yüz illik ağacları, böyük və iki gölün arasında qalan Qlendalox dağlarıdır
Atlantika boyu uzanan körpü

Atlantik Okeanının uçurumları boyu uzanan körpüdə yerimək həm qorxulu, həm həyəcanlıdır, həm də əsl adrenalin yaşadır. Adaya aparan bu körpü üzərində yerişi unutmaq mümkün deyil.

St-Kevin -Monastrı
Göl
Nəhənglərin izləri

Nəhənglər cığırı Şimali İrlandiyanın şimal sahillərində yerləşir. Əfsanəyə görə, Giants Kausevey irlandiyalıların ingilislərə qarşı apardığı mübarizə illərində İrlandiyanı xilas edən nəhənglərin ayaq izlərinin olduğu yoldur.

Geoloqlar isə 40.000 ədəd beşguşəli, altıbucaqlı və yeddibucaqlı fiqurların 60 milyon il əvvəl vulkanik hadisələrin nəticəsində lava seli ilə dənizin qovuşmasından yarandığını deyir. Bu cığır minlərlə bazalt daş sütunlardan ibarətdir və qədimdə dəniz suyuna qarışan lavanın soyuması nəticəsində yaranıb. Təbiət möcüzəsi nəticəsində yaranmış yolda nəhənglərin ayaq izlərinə baxıb onları xəyalən təsəvvür etmək də sizin öhdənizə düşür…

Dublin qəsri

Sənət və ədəbiyyat:

Muzey

İrlandiya keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. Çünki burada yerləşən qəsrlərə yalnız baxmaq yox, eləcə də nömrə sifariş edərək, özünüzü lap qədim zamanlarda hiss edə bilərsiniz. Demək olar ki, hər qraflıqda qəsr yerləşir: Kelduill, Bellintobir, Kerraykfirqus, Kpokxen. Orta əsr feodal qəsr və malikanələrinin sayına görə ola bilsin ki, İrlandiya Avropa ölkələri arasında birinci yer tutur. Təkcə, Kler qarflığında onların sayı 200-ə barəbərdir. Ümumilikdə isə ölkədə irlandlar, ingilislər və şotlandlar tərəfindən inşa edilən 350-dən çox qalalar var.

Dünyanın ən önəmli müəlliflərini yetişdirən Dublin UNESCO tərəfindən “Ədəbiyyat Paytaxtı” seçilib. Samuel Bekett, Oskar Uayld, Ceyms Coys, Bernard Şou, V.B Yeats, Seamus Heaney, Bram Bazaya, Conatan Svift kimi dünya şöhrətli yazıçılarıbu torpaqları yetişdirib.

Dublində yerləşən məşhur Triniti Kolleci Kitabxanasına ziyarət ədəbiyyat həvəskarlarının ürəyincə olacaq. Bu kitabxanada xristian dünyası üçün dəyərli olan kitabların yerləşdiyi “Book of Kells” muzeyi də diqqəyəlayiq yerlərdəndir.

Milli mətbəxi:

İrlandiya mətbəxi qədim, sadə və doyumludur. İrlandiyaya əhalisi kartofla tanış olana qədər ət, balıq, süd və dəniz məhsullarından istifadə edirdilər. Kartofun İrlandiyaya gətirilməsi ilə, bu xalqın mətbəxində yeni dövr başlayıb. Demək olar ki, irland mətbəxinin əsas ərzaqlarından biri olub. Hazırda milli irland yeməklərinin əksəriyyəti kartofdan hazırlanır. Misal üçün, kartof çörəyi, soğan sousunda kartoflu qoyun döş əti və kələmli kartof püresi. Müxtəlif ərzaqları qarışdırmaq adəti irland mətbəxinin zəngin olmasına gətirib çıxarıb.

Milli mətbəxi

Qədim irland mətbəxinin özəlliklərindən biri də ev və çöl quşunu əvvəlcədən basdırma etmədən bişirmələri olub. Quşun içalatını təmizləmədən üstünə gil sürtüb, ocaqda qızardırdılar. Sonra gillə birlikdə quşun dərisini də çıxarırdılar. Buna görə də, əvvəlcədən basdırma etməyə ehtiyac qalmırdı. Çörəyi, adətən, yulaf və arpadan hazırlayırdılar

Milli mətbəxi

Şorbalar irland süfrəsində xüsusi yerə tutur. Bir neçə balıqdan istifadə etməklə, qeyri-adi dada malik şorbalar hazırlayırlar. Yulafdan və xoruz ətindən hazırlanan sulu yeməklər isə irland mətbəxinin məşhurlarındadır. İrland mamırından hazırlanan şirniyyatlarsa qeyri-adiliyi ilə fərqlənir.

Milli mətbəxi

Avropanın Texnologiya mərkəzi:

Texnologiya mərkəzi

“Google”, “Facebook”, “Yahoo”, “Microsoft”, “Intel”, “Pay-Pal”, “Ebay”, “Linkedin” kimi dünyanın ən nüfuzlu texnologiya firmalarının ofisləri Dublində yerləşir.Dünyanın nəhəng şirkətlərinin ofisləri “Grand Canal Dock” deyilən ərazidədir

İrlandiya haqqında maraqlı faktlar:

Həyatınızda görə biləcəyiniz ən xoşbəxt insanlar burada yaşayır.

Yaşılın bütün çalarlarını ancaq Dublində görə bilərsiniz.

Daha çox pivə və viski növünü dadmaq imkanınız olacaq.

P.S. Məhəbbəti hesaba almasaq, səyahət insana hər şeydən artıq sevinc və təsəlli verir. Nədənsə, bütün yeni şeylər bizə çox əhəmiyyətli görünür və əslində yalnız hisslərimizin hadisələri nə dərəcədə qavradığını əks etdirən ağıl, təəssürat axını qarşısında arxaya keçir. Səyahət zamanı sevgilini yaddan çıxarmaq, kədəri dağıtmaq, ölüm kabusunu özündən kənar etmək olar. “Mən səfərə çıxıram” kimi sadə ifadədə özünə çıxış tapmayan bir aləm hissiyyat gizlənib.

Bəli, səyahətin xoşbəxtliklə mütləq bir əlaqəsi olmalıdır! Nə qədər çox yer gəzsək, görsək və təcrübədən keçirsək, həyatdan o qədər çox zövq alarıq. Dayanmadan kəşf etmək üçün xəyallarınızın ardınca gedin. Həmişə gəzməklərdə!

Yunanıstanın gəzməli yerlərinə birgə səyahət edək

0

Yunanıstanda və ya yunan adalarında gəzməli yerlər

Yunanıstanın gəzməli yerləri çox olsa da, onları tapmaq insanlar üçün elə də çətin olmur. Burada ilin 250 günü günəşli olur. Yunanıstan zəngin tarixi və mədəniyyəti ilə hər il milyonlarla turist cəlb edən bir ölkədir. Təbiətdə insana heyran edə biləcək bütün gözəlliklər var. Bu qədim sivilizasiyanın möcüzəli ölkəsi dünyanın bir çox tarixi abidələri ilə məşhurdur.Yunanıstan həmçinin qiymət və keyfiyyətinə görə ən yaxşı turizm ölkələrindən biridir. Bu ölkədəki ciddi iqtisadi böhranlara baxmayaraq, statistika göstərir ki, turistlər daimi Yunanıstana səfər edirlər. Həmçinin  Avqust ayının 45 dərəcə istisində də qışın soyuğunda da bu ölkə  turistlər tərəfindən ziyarət edilir…

Yunanıstan Çimərlikləri

Yunanıstan adaları yayın  son günlərini keçirmək üçün ən yaxşı yerdir. Bu ölkədə  yüzlərlə adalar var. Maori onun qumlu çimərliklərinə görə, Avropada ilk  və Yunanıstanda ən yaxşı çimərlikdir. Mykonos adasında Psaru çimərliyi dünya ulduzlarının burada istirahət etdiyi ən məşhur yerdir. Yunanıstanın bütün sahilləri sosial və azaddır. Öz çiməriliyinizdə də rahatlayaraq günəş şüalarını qəbul eliyə bilərsiniz  və  sizin sahildə öz çimərlik ləvazimatlarınızdan istədiyiniz qədər istifadə etmək haqqınız var. Heç kimin sizə mane ola bilməz.

Əgər pulunuza qənaət etmək istiyirsinizsə mərkəzdən uzaqlaşaraq Santorini və  Mykonos’dan başqa adalarada səyahət edə bilərsiniz. Başqa yerlərdə qiymətlər nisbətən ucuzdur. Əlbəttə ki, başqa adalara getmək üçün feribot lazımdır amma bunun əvəzində siz daha çox təcrübə qazanacaqsınız. Hava limanından nə qədər uzaq olsanız həyatınız daha rəngli olacaqdır.

Yunanıstanda qala biləcəyiniz münasib qiymətə otellər.

Əgər lüks otellər axtarırsınızsa, gündə 50 və 60 avroya mənzərəli  və ya dağ görünüşlü  iki nəfərlik otaq tapa bilərsiniz. Doğru seçim tapmaq elə də çətin deyil. Daha yaxşı seçimlər üçün Tilosa və Eristos kimi çimərliklərin otellərinə  baxa bilərsiniz. Bu çimərliklərdə elə yerlər var ki,  qalmaq üçün pulsuz yerlər təklif edilir. Yaz aylarında cütlüklər və hətta uşaqları olan ailələr  bu pulsuz xidmətdən istifadə edərək bir ay bu evlərdə   yaşayırlar. Çünki burada, dünyanın ən yaxşı mənzərələrini sonsuza qədər izləmək mümkündür. Gündüz gömgöy dəniz, gecə isə dənizdə işıq saçan, dənizi aydınlatan ulduzlu səma və ayın möhtəşəm görünüşü sizi gözləyir.

Və o möhtəşəm şəkil

Bu gözəlliyə heyran olmamaq mümkün deyil
Tarixə səyahət

Deyə bilərəm ki, Yunanıstan arxeoloqlar üçün bir cənnətdir. Bu ölkənin hər yerində tarix var. Hansı şəhərə gedirsiniz gedin, hansı məhəlləni gəzirsiniz gəzin burada tarixlə üz-üzə qalacaqsınız. Dünyanın ən böyük muzeylərindən biri Afinada yerləşir. Yeri gəlmişkən muzeylərə giriş biletlərinin qiyməti də o qədər yüksək məbləğdə deyil.

Tarixi yerlər
Tarixi yerlər

Tarixi yerləri ziyarət etmək istəyən turistlər, əlbəttə ki, Akropolu görməyi üstün tuturlar. Akropol, Afinanın  tarixi əraziləri arasında xüsusi bir yerə sahibdir və bu, dünyanın hər yerində estetiyin simvolu  olaraq qəbul edilir və şəhərin xüsusiyyətini artırır. Qədim sivilizasiya və müasirlik arasında bir körpü rolunu oynayan Akropol  və arxeoloji muzeyi münasib qiymətə gəzə bilər və Yunanıstanın tarixini ən  incə detallar ilə araşdıra bilərsiniz.

Akropol Afinanın mərkəzində yerləşir. 156 metr hündürlüyə çatır və  3 min illik tarixə malikdir. Bura keçmiş Afinanın dövlət və dini mərkəzi sayılırdı. Əgər Yunanıstana səyahət   etmisinizsə buranı ziyarət etməyi  unutmayın. Akropolu gəzəndə özünüzü Aristotellə fəlsəfi problemləri müzakirə edən edən tələbələr kimi hiss edəcəksiniz. Akropolun əhəmiyyətini artıran amillər sırasında Panfeon Afina və Erection məbədlərini qeyd etmək lazımdır.Onlar Dünya memarının nadir inciləridir. Yunan memarının ən böyük əsəri hesab olunan Panfeon məbədində istifadə olunan heykəl nümunələri, yunan sənətinin ən yüksək zirvəsi hesab edilir.

Yunan şərabı 

Yunan tanrısının vətəninə gəlib onun şərabının dadına baxmamaq olmaz 🙂 Biraz yunan içkilərindən danışaq. Yunan içkiləri dünyada çox məşhurdur. Ən məşhur və ucuz şərab Reçinadır. Daha sonra şərab sevərlərə  “Carras Porto” və ya  “biblia chora” şərablarını  təklif etmək olar.  “Metaxa” isə  ən məşhur yunan alkoqol içkisidir.

Yunan musiqisi

Yunan musiqisi təbiəti kimi, insana müalicə təsiri bağışlıyır və unudulmaz bir zövq verir. Hər yay Halkidiki yarımadasında Yunanıstanın ən böyük musiqi festivalı keçirilir. Buradakı həm etnik yunan, həm caz, həm də klassik musiqi şəhərin yorucu səs-küyünü sizə unutduracaqdır.

Yunan mətbəxi 

Yunanıstanı səyahət edərkən onun mətbəxi ilə də tanış olursan. Bildiyimiz kimi yunanıstanın ən məşhur yeməyi yunan salatıdır. Onun hazırlanmasının sirri isə tazə  tərəvəzlər və  zeytun yağıdır. Yunan salatını yol kənarında,  kafe, restoranlar daxil olmaqla hər yerdə tapa bilərsiniz. Digər məşhur yunan yeməkləri caciki (qatıq, sarımsaq və xiyar), moussaka və souvlakidir (kakab). Əgər bahalı lüks bir yerdə şam yeməyi yemək istiyirsinizə onda Mykonos adasına gedin. Belə ki, psarou sahilindəki “Nammos” restoranı ölkənin ən lüks yeri sayılır. Ümumiyyətlə, yunan mətbəxində onlar tez-tez tərəvəz və zeytun yağından  istifadə etdikləri üçün  yeməkləri çox faydalıdır. Burada müxtəlif balıq növləri də dadmaq mümkündür.

Yunanıstanın gəzməli yerləri haqqında hələ ki, deyəcəklərim bu qədər. 🙂
Mykanos adası
Mikanos

Xaricdə alışveriş üçün ən yaxşı 12 yer

0
Alışveriş üçün yerlər
Alışveriş üçün yerlər

Alışveriş üçün yerlər

Gəlin qəbul edək ki, hər kəs hər hansı bir şəkildə alış-veriş etməyi sevir. Satın almaq istədiyimiz məhsullar, yaxından maraqlandıran məhsullar fərqli ola bilər, bəzilərimiz geyimləri sevir, bəzilərimiz elektronikaları, bəzilərimiz də kiçik xatirəli əşyaları, bir sözlə hər kəs alışveriş etməyi çox istəyir. Bunu bir az tətillə birləşdirə bilsək, bizdən xoşbəxti ola bilməz. Dünyada alış-veriş üçün o qədər çox yer var ki, bir çox yerlər ucuz qiymətləri ilə, bir çoxları isə başqa bir yerdə tapa bilmədiyiniz orginal məhsulları ilə adamı alış verişə dəvət edir. Hamısını yox, amma ən əhəmiyyətli olanları siyahıya salmaq istədim.

Alışveriş üçün ən yaxşı 12 yerin siyahısını açıqlayıram

Tokio

Wagashi şirniyyatları
Wagashi şirniyyatları

Kaş ki, həqiqi bir albalı ağacını alıb gətirə bilsək. Əla olardı, lakin albalı ağacından başqa, Yaponiya xüsusilə Tokio, tam bir alışveriş cənnətidir. Ən çox moda geyimlərindən tutmuş, keramika əl sənayesi maddələrinə qədər, cibinizdəki pulun və çamadanınızın yerləşə biləcəyi ölçüdə, modanın ən geniş və yenilikçi şəhərlərindən biri olan Tokiondan alışveriş edə bilərsiniz.

Kimano və Yukata
Kimano və Yukata

Tokiodan nə alınmalıdır? Seramik məhsullar, elektron mallar, gözəllik məhsulları, parça və hazır geyimlər, Wagashi adlı bir Yapon şirniyatları, yaşıl çay, kimono ya da yukata, ev qoxuları, origami də almaq olar.

Tokioda haradan nə almaq olar? Ginza, Shinjuku, Harajuku və Şibuya Regionlarından hazır geyimlər və digər müasir həyat məhsulları ala bilərsiniz. Marunoichi bölgəsində ərazisinin yüksək səviyyəli markaları yerləşir. Asakusa, Akihabara, Tokio Skytree ətrafı və Nihonbashi Area üçün ənənəvi yapon məhsullarını tapa bilərsiniz və elektronik məhsulları üçün Akihabaraya gedə biləsiniz.

Milan

Milan Moda geyimləri
Milan Moda geyimləri

Milanın alışveriş cənnəti olduğunu bilməyən yoxdur. Moda geyimlərindən tutmuş Futbol geyimlərinə kimi geniş yayılmışdır.  Milandan başqa yerlərdə tapılmayan unikal məhsulları tapmaq üçün bir az rahat alışveriş edin.

Milan Moda geyimləri
Milan Moda geyimləri

Milandan nə alınmalıdır? Əlbəttə ki, qida və qəhvə, dizayner məhsulları və moda paltarları, ayaqqabı və çantalar, qiymətli və yarı qiymətli aksesuarlar, bədii dəyəri yüksək olan rəsmlər, heykəl kimi əsəslər və şərab kimi şerlər də olmaq olar.

Milanda haradan nə almaq olar?  Excelsior Milano, Scalo Milano, Piazza Portello, La Rinascente və Coin ticarət mərkəzləridir. Serravalle Designer Outlet, Franciacorta Outlet Village, Foxtown Factory Store və Fidenza Village outlet merkezleridir. Fiera Di Senigallia və Mercato Di Viale Papiniano bazarları ucuz alışveriş satış mərkəzləridir.

London

London ayaqqabıları
London ayaqqabıları

London da moda və gözəllik, habelə kiçik ənənəvi əşyalar almaq üçün ideal bir yerdir. Bu şəhərdə ədəbiyyata rəhbərlik edən İngilis müəllifləri haqqında düşünmək, kitab əldə etmək də özü də əyləncəlidir. Bu şəhərin alışveriş konsepsiyası; bahalı və keyfiyyətli!

London viskiləri
London viskiləri

Londondan nə alınmalıdır? Viski, parça, gözəllik məhsulları, üzüm məhsulları və ayaqqabı da ala bilərsiniz.

Londonda haradan nə almaq olar? Westfield Stratford City Mall, Dover Street Market, Liberty, Harrods, Fortnum & Masons, Harvey Nichols, Selfridges markaları moda alış-verişi üçün, Portobello Road Market, Petticoat Lane Market, Camden Market, Spitalfields Market və Greenwich Market isə daha nadir və alternativ məhsullar üçün, Foyles və Waterstones kitab üçün ideal yerlərdəndir.

Dubay

Dubay ətirləri
Dubayda satılan ucuz orijinal ətirlər

Alış-verişin mərkəzi Dubay. Hətta şəhərə, turistlərin cəlb edilməsinin ən əhəmiyyətli səbəbidə orda olan alışveriş mərkəzləridir. Şəhərdə Vergi ödəmələri olmadığından, alış-verişin payı da çox böyükdür. Həm qiymət, həm də məhsul çeşidi baxımından cəlbedici şəhərdir. Ən əsasda elektron malların alınması üçün idealdır.

Dubay Qızıl Univermağı (Dubai Gold Souk)
Dubay Qızıl Univermağı (Dubai Gold Souk)

Dubaydan nə alınmalıdır? Qızıl, elektronik məhsullar, sonsuz müxtəlif gözəllik və qayğı məhsulları, həm yüksək keyfiyyətli, həm də ucuz geyim məhsulları və ədviyyatlar da almaq mümkündür.

Dubayda haradan nə almaq olar? Dubaydakı bəzi alış-veriş mərkəzlərindən yuxarıda sadaladığımız məhsulları almaq olar; Dubai Mall, Dubai Marina AVM, Mall Of Emirates, Dubai Outlet Mall, Mercato Mall, Ibn Battuta Mall, Outlet Village, Wafi Mall və The Jumeriah. Dubai Gold Souk isə qızıl univermağıdır və buradan ucuz qiymətə qızıl almaq olar.

Paris

Paris Hilton
Paris ətirləri (Paris Hilton)

Paris deyəndə insanların ağlına ilk növbədə mövsümi hazır geyim üçün alış-verişə gələn yüksək cəmiyyətli qadınlar gəlir. Ancaq bu heç də belə deyil. Bu şəhərdə hər kəsin keyfiyyətli və orijinal paltarları olduqca ucuz qiymətlərlə tapa bilməsi mümkündür. Hətta digər məhsulları demirəm belə.

Paris şokoladları
Paris şokoladları

Parisdən nə alınmalıdır? parça və paltarlar, ayaqqabı və çantalar, kosmetika və ətir, şərab, müxtəlif pendirlər, xardal, rəsm və heykəl kimi əsərlər və müxtəlif növ şokoladlar da almaq olar.

Parisdə haradan nə almaq olar? Küçə mağazaları və alışveriş mərkəzlərini misal olaraq qeyd etsək, Avenue Des Champs Elysées, Rue De Rivoli-Le Marais, Rue De Rennes, Rue De Passy, Avenue Montaigne, Boulevard Haussmann və Avenue Des Ternes mağazalarını deyə bilərik. Kosmetika üçün Viseart, ikinci əl vintage mağazası üçün Ding Fring, ayaqqabı üçün André. Louvre və Tuileries əla seçim olacaqdır.

Madird

El-Corte-Inglés Mall şəbəkələri
El-Corte-Inglés Mall şəbəkələri

Böyük butiklərdən bahalı və ya outlet satış mərkəzlərinə qədər hər zövqə uyğun seçənəyin və məhsulun olduğu Madriddə alışveriş etmək adama xoş təəssürat yaradır.

Madird moda geyimləri
Madird moda geyimləri

Madriddən nə alınmalıdır? Baharatlar, orijinal və rəngli paltar, ayaqqabı və çantalar, şərab, zeytun yağı da almaq olar.

Madriddə haradan nə almaq olar? El Corte Ingles, bu ölkənin ən əhəmiyyətli mağazasıdır. Serrano, Barrio Salamanca, Gran Via, Chueca, La Rozas Village, Fuencarral və Princesa Streets alış veriş üçün ideal məkanlardandır.

Honq Konq

Honq Konq moda geyimləri
Honq Konq moda geyimləri

Digər bir vergisiz alışveriş şəhəri Honq Konqdur. İstər paltar, istər elektronik, istərsə də kiçik suvenir hədiyyələr üçün cənnət bir məkandır.

Honq Konq şirniyyatları
Honq Konq şirniyyatları

Honq Konqdan nə alınmalıdır? kosmetika və ətir, aksesuarlar, paltar, ayaqqabı və çantalar, eynəklər və saatlar, elektron mallar, xüsusi Çinə özəl qoz-fındıq və şirniyyat da almaq olar.

Honq Konqda haradan nə almaq olar? Landmark, Harbour City, Pacific Place və Times Square ticarət mərkəzləridir. Causeway Bay, Mong Kok və Sham Shui Po Districts, Ladies Market, Jardines Crescent və Temple Street Night Market bazarlarıdır.

Nyu York

Nyu Yorkda Mall
Nyu Yorkda Mall

Alış-verişi gəzinti ilə birləşdirə biləcəyiniz çox yer var, amma Nyu York ən vaciblərdəndir və ən çox seçim təklifini də məhz Nyu York edir. Bəlkə, digər böyük metropollər kimi vergisiz alışveriş üstünlüyü yoxdur, amma buna baxmayaraq Nyu-Yorkda alış-veriş etmək və bazarları gəzmək insanın xoşuna gəlir.

Nyu Yorkda Fast Food
Nyu Yorkda Fast Food

Nyu Yorkdan nə alınmalıdır? Kosmetika, ucuzdan yüksək keyfiyyətli endirimlər, donut, hot dog, qamburger, bagel kimi yeyəcəklər, küçə sənətkarlarının əsərlərini də almaq mümkündür.

Nyu Yorkda haradan nə almaq olar? Amerikanın ən böyük mağazaları Macy, Bloomingdale, 5-ci prospekti, Century 21, Bedford prospekti, Brooklyn Flea Market, Chelsea Market, Madison prospekti, SoHo, Apple Store, Strand Kitab Mağazası və Best Buy.

Sinqapur

Sinqapur moda geyimləri
Sinqapur moda geyimləri

Bir yerdə oxumuşdum, əgər alışveriş bir idman növü olsaydı, Sinqapurun milli idmanı növü olardı. Həm ölkənin yerli vətəndaşları, həm də xarici turistlər üçün hər zövqə uyğun alışveriş mərkəzlərinin və ya bazarların olduğu şəhərdə Orchard Prospektini ziyarət etmək kifayətdir.

Sinqapurun milli yeməkləri
Sinqapurun milli yeməkləri

Sinqapurdan nə alınmalıdır? Farfor məhsulları, çantalar və geyimlər, fərdi aksessuarlar və boyunbağı, bilərziklər də almaq olar.

Sinqapurda haradan nə almaq olar? Orchard Street, Haji Road, Chinatown küçə bazarlarıdır. Bugis Street Market, Little India, The Shoppess, Orchard City, Raffless City və Paragon isə Alışveriş mərkəzləridir.

Banqkok

Banqkok ipək məhsulları
Banqkok ipək məhsulları

Alışveriş maraqlılarının cənnəti olaraq da bilinən Banqkok, alver mərkəzləri, butiklər və bazarların yanında ucuz və dəbdəbəli məhsullarında olduğu bir şəhərdir.

Banqkokda ən məşhur küçə yeməkləri
Banqkokda ən məşhur küçə yeməkləri

Banqkokdan nə alınmalıdır? Flip floplar tərliklər və ayaqqabılar, həm yüksək dərəcəli markalı, həm də ucuz paltarlar, hər növ ipək məhsulları, Tayland tərzi bəzək məhsulları, hindistan cevizi yağı və hər cür kokos məhsulları, Tay masaj yağları da almaq olar.

Banqkokda haradan nə almaq olar? Uyğun qiymətli alışveriş üçün gedəcəyiniz yerlər MBK, Platininum və Palladium Mall və Pratunam və Chatuchak Markets. Lüks məhsullar üçün gedəcəyiniz yerlər Central World, Siam Paragon, Siam Center, Central Embassy ve Gaysorn alışveriş mərkəzlərini demək olar.

Delhi

Hind moda geyimləri
Hind moda geyimləri

Siyahıda son iki şəhər bir qədər daha orijinal, ənənəvi və yerli yönümlü yerlərdir. Delhi dünyanın ən əhəmiyyətli alış-veriş şəhərlərindən biridir. Həm çox ucuz və həm də müxtəlif variantlarda seçənəkləri var.

Dehli çox çeşitli baharatları
Dehli çox çeşitli baharatları

Dehlidən nə alınmalıdır? Fil və Hinduizmlə əlaqəli hər cür dini obyektlər, Hind geyim məhsulları, tərlik və sandallar, kaşmir məhsulları, müxtəlif növ parçalar, curry daxil olmaqla hər cür ədviyyatlar, İngiliscə kitablar da almaq mümkündür.

Dehlidə haradan nə almaq olar? Connaught Place, Pacific Mall və Select City Walk ən əhəmiyyətli alış-veriş mərkəzləridir. Dilli Haat, Xan Market, Tibet Market, Sarojini Nagar, Shanpar Marker, Paharganj və Lajpat Nagar ucuz bazarlarıdır.

Mərakeş

Fas stili
Fas stili

Souk deyilən bazarları ilə məşhur olsa da, Mərakeşdə alış-veriş etmək yalnız bundan ibarət deyil. Bazarlıq etmənin bir ənənə olduğu Mərakeşdən bir şeylər almaq, həm yorucu həm də son dərəcə xoş bir təcrübədir.

Mərakeş lampaları
Mərakeş lampaları

Mərakeşdən nə alınmalıdır? Xalçalar və kilimlər, naxışlı örtüklər, lampalar və fənərlər, ədviyyat, arqan yağı, zeytun yağı, dəri ayaqqabı və çantalar, Fas qabları və fincanlar da almaq olar.

Mərakeşdə haradan nə almaq olar? Ben Rahal, Tagine və Topolina mağazalardır. Carpet Souk, Slipper Souk, The Mellah, Metalworking Souk və Spice Souk bazarlardır.

Mərakeş moda geyimi
Mərakeş moda geyimi

Alışveriş üçün yerlər siyahımı sizə təqdim etdim. Ümüd edirəm ki, sizə lazımlı olan alışveriş yerlərindən istifadə edərsiniz.

Milli Parklara onlayn bilet satışına başlanılıb

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara onlayn bilet satışına başlayıb

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

Nazirliyinin Elektron xidməti vasitəsilə buradan Milli Parklara onlayn bilet əldə etmək mümkündür.

Ölkəmizin zəngin tarixi, mədəni və təbii resurslarının mövcudluğu turizmin müxtəlif növləri ilə yanaşı, ekoturizmin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ekoturizm fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən milli parklarda yaradılmış bir sıra turizm infrastrukturları, hazırlanmış turizm marşrutları və turist xidmətləri yerli və xarici turistlərin diqqətini cəlb edir.

Hazırda ölkə ərazisində 9 milli park (1. Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, 2. Ağgöl Milli Parkı, 3. Şirvan Milli Parkı, 4. Hirkan Milli Parkı, 5. Altıağac Milli Parkı, 6. Abşeron Milli Parkı, 7. Şahdağ Milli Parkı, 8. Göy-göl Milli Parkı, 9. Samur-Yalama Milli Parkı) fəaliyyət göstərir.

Azərbaycan bayraqlı ilk qatar Türkiyədə

0
ADY

Azərbaycan bayraqlı ilk qatar türkiyədə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus olan vaqonlardan ibarət ilk yük qatarı dekabrın 5-də Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi – 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. Otuz konteynerdən ibarət birinci qatar noyabrın 4-də Mersinə çatıb. Həmin qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-də Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.