Dünya mətbəxinin gözəl ətirli yeməklərini təqdim edirik
1. İsveçrə
İsveçrə Avropanın ən bahalı ölkələrindən biri hesab edilir. 30 dollara bu ölkənin milli mətbəx təqdim edən restoranında fotoda göstərilənləri əldə edə bilərsiniz. Əgər daha çox yemək istəsəniz, həmin ölkədə olan italyan, çin və ya türk restoranlarına gedə bilərsiniz.
2. Yaponiya
Yaponiyanın inkişafınının qarşısını alacaq qüvvə yoxdur. Bu həm də ölkənin mətbəxinə aiddir. Turistlərin ən çox maraq göstərdiyi mətbəxdən göstərilən qidaları 30 dollara əldə edə bilərsiniz.
3. İtaliya
İtalyan mətbəxi dünyada ən məşhur mətbəxlərdən biridir. Bu mətbəxi cəlbedici edən təkcə çox ləzzətli yeməklər və içkilər deyil, həm də yaxşı qiymətlərdir. Siz bu qiymətə təkcə doyunca yeməklə deyil, həm də yaxşı italyan şərabı içməklə həzz alacaqsınız.
4. Kanada
Kanadanın özünəməxsus milli mətbəxindən danışmaq olmur. Bu ölkənin mətbəxi daha çox fərqli ölkələrdən gələn miqrantların gətirdiyi ənənələrin birləşməsidir. Ölkədəki restoranların arasında kəskin qiymət fərqi var. Fotoda gördüklərinizi kiçik ailəvi restoranda 30 dollara yeyə bilərsiniz.
5. Fransa
Fransa yeməkləri dünyanın ən ləzzətli mətbəxi ilə bizə inanılmaz həzz verməyə hazırdır. Bütün ölkələrdə olduğu kimi, burada da restoran qiymətlərində kəskin fərqlər mövcuddur. Lakin yaxşı fransız restoranında gördüyünüz qidaları 30 dollara yeyə bilərsiniz.
6. İspaniya
Gördüyünüz kimi, İspaniyada bu qiymətə əməlli başlı yeyib-içmək olar!
7. Yamayka
Yamayka mətbəxi olduqca fərqli və ekzotikdir. Lakin üstəlik də, qiymətləri çox yaxşıdır. Siz 30 dollara burada dəniz məhsullarından əla bir nahar edə bilərsiniz.
8. Avstraliya
Avstraliyanın bir çox restoranında 30 dollara yaxşı nahar edə bilərsiniz.
9. Yunanıstan
Yunanıstanın çox zəngin və rəngarəng mətbəxi var. Bu ölkənin restoranlarını cəlbedici edən əsas məqam isə, qiymətlərin aşağı olması ilə yanaşı porsların da böyük verilməsidir.
10. Meksika
Bu ölkənin mətbəxindən doymaq qeyri-mümkündür. 30 dollara sizə doyunca yeyib-içə bilərsiniz.
11. Hindistan
Yemək üçün ən yaxşı variant Hindistandır. Burada hətta ən bahalı hesab edilən restoranların da qiyməti sizə kifayət qədər ucuz görünəcək.
12. Makedoniya
Avropada qidalanma qiymətlərinə görə ən yaxşı ölkələrdən biri hesab edilir. 30 dollara siz çoxçeşidli mətbəxin əla ləzzərlərindən həzz ala bilərsiniz.
2017-ci ilin dekabrın 1-dən Azərbaycan vətəndaşları üçün Yaponiyaya vizaların verilməsi rejiminin sadələşdirilməsi prosesi başlayıb.
Viza
Bunu Yaponiya imperatorunun doğum günü ilə bağlı tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Teryuki Katore deyib.
Səfir qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlər 25 il ərzində davamlı olaraq inkişaf edib: “Bundan başqa, Azərbaycan və Yaponiya hökumətləri arasında dialoq, enerji layihələrinin reallaşdırılması çərçivəsində əməkdaşlıq, iki ölkənin özəl sektoru arasında iqtisadi əməkdaşlıq çərçivəsində mübadilələr də artan xətt üzrə inkişaf edib”.
Yeni İlə bir neçə həftə qalsada artıq indidən turizm şirkətləri müxtəlif istiqamətlərə tur paketlər təklif edirlər. Məlumat üçün qeyd edək ki, Yeni İlə aid tur paketlər digər turlar kimi öncədən alınanda daha ucuz başa gəlir. Odur ki, Yeni İldə səyahətə çıxmaq istəyənlər üçün indidən təklif olunan turları tədqim edir.
2 NƏFƏRLİK TUR PAKETƏ DAXİLDİR: ?Sun and Sands Plaza *** (5 gecə / 6 gün) ✈️Aviabilet (gediş – dönüş) ?Səyahət sığortası ?Transfer (qarşılanma və yola salınma) ?Qidalanma (səhər yeməyi) ?Viza rüsumu ?Dubay şəhəri gəzinti turu (ekuskursiya) ?Kruiz turu (gəmidə nahar və ya şam yeməyi)
——————————–
HƏR ŞEY DAXİL 2 NƏFƏRLİK HESABLANMIŞDIR.
QİYMƏT – 1530 USD
______________________
Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (Whatsapp) ?+994 55 664 60 30 ?+994 70 664 60 30 ?http://gotravel.az ? info@gotravel.az
Ünvan: Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)
Dubayda yeni il turu çox möhtəşəm keçir.
Hər il yanvar-fevral aylarında dünyanın bir sıra şəhərinlərdə “Shopping Festival”lar başlayır. Müşahidələr göstərir ki, adətən azərbaycanlılar daha çox Dubay və Milandakı festivallara gedirlər.
Ətirlər, elektrik avadanlıqları, qızıl 70% endirimlə
Hər il olduğu kimi bu ildə Dubaydakı alış-veriş festivalı dekabrın 26-dan yanvarın 28-nə qədər davam edəcək. “Go Travel” turizm şirkətində bildirirlər ki, festival müddətində dünyanın ən böyük alış-veriş mərkəzləri olan “Dubai Mall”, “Mall Off Emirates”, “Wafi Mall”, “Marina Mall”, “Dubay Festival City Mall”dakı mağazalardan münasib qiymətə alış veriş etmək mümkündür. Bununla yanaşı “SOUK” adlanan kiçik bazarlardan da festival müddətində ucuz alış-veriş etmək olar. Festival müddətində mallara 70%-ə qədər endirim edilir. Dubaydan alına biləcək əsas məhsullar ətirlər, elektrik avadanlıqları, qızıl və s.dir.
Venesiya şəhəri turizmin mərkəzi hesab ediləcək bir şəhərdir.
Venesiya İtaliyanın şimalında bir- birilə 150 kanalla əlaqələndirilmiş 118 adada yerləşir. Onu Adriatik dənizinin şahzadəsi, kanal və saraylar şəhəri də adlandırırlar. Əsası V əsrin ortalarında qoyulub. Buranı idarə edən ilk hökumət 12 nəfərdən (hər kənddən bir nəfər) ibarət olsa da, iki əsr sonra bu iş yalnız bir nəfərə-doja həvalə olundu. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyinə görə ticarət mərkəzi rolunu da oynayıb. Bu şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Burada 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub. Hal- hazırda Venesiya demək olar ki, turistlər üçün tamaşa şəhərinə çevrilib. Buraya dünyanın hər bir nöqtəsindən insanlar axışır. Ona görə də çox bahalı şəhər sayılır.
Venesiya karnavalı
Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi. Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-cı ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.
Görməli yerləri
Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: «Avropanın ən qəşəng mehmanxanası San Markodur». Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 evroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.
Mətbəxi
Venesiyada sözün əsil mənasında özü kimi hər bir şey bahalıdır. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir. İndi onlardan bir neçəsinin adını çəkirik. Zuppa di pesce- balıq şorbası, grigliata mista-qril aparatında bişirilən müxtəlif növ balıqlar, granseola- yağda qızardılmış limonlu dəniz hörümçəyi, sarde in saor- soğanlı sousunda siyənək və s. Ət yeməklərindən ən maraqlı dadı fegato alia veneziana adlanan və zeytun yağında hazırlanan soğan və cəfərili xırda doğranmış mal ətinin ciyəridir. Məşhur xörəklərindən biri də ançous sousunda bişirilən vəhşi ördək ətidir. Reqionda böyük populyarlıq qazanmış Rizottinin (düyü və balıq ətindən hazırlanan xörək) də adını çəkməliyik. Polenta (qarğıdalı unundan hazırlanan xörək) ilə də tanışlıq xoşunuza gələ bilər. Uunutmayın ki Venesiya həm də tərəvəz yetişdirilməsi ilə də tanınır. Burada qabaqdan bişirilən xörəklərə də önəm verilir.
Venesiyada turistlərə məsləhət
Venesiyada nəqliyyat vasitəsi kimi kiçik paroxod və qondallardan (Venesiya qayığı) istifadə edə, San Marko meydanındakı göyərçinlərə yalnız burada satılan yemdən verə bilərsiniz. Onun içərisində elə şey qatıblar ki, quşların sonradan nəsil verməsinin qarşısını alır. Bu yolla şəhər hökuməti təmizliyin qayğısına qalır. Məşhur italiyan siestası (naharsonrası fasilə) haqqında da unutmayın. Buradakı mağazaların çoxu şəxsi olduğundan oraya daxil olarkən açılma və bağlanma vaxtlarını mütləq öyrənin. Bir çox kafe və restoranlar isə saat 15:00-dan 18:00-a kimi işləmir. Mağazalarsa saat 9:00-dan 19:00-a kimi fəaliyyət göstərir. Onlarda nahar fasiləsi 13:00-la 16:00 arasındadır. Bir çoxları isə şənbə və bazar günləri işləmir. Əsas ticarət mərkəzləri San Markoda yerləşir. Klassik və modern maskaları onların satıldığı xüsusi mağazalardan ala bilərsiniz. Venesiya lampaları, Muranodan şüşə, Buranodan krujeva burada keçirdiyiniz anları daim sizə xatırladacaq. Ən əsası isə özünüzlə lüğət götürməyi də unutmayın.
Bu nümunəvi sərnişin tələblərindən heç olmasa yarısına riayət etsəniz təyyarə bortuna arzuolunan qonaq kimi qəbul olunacaqsınız.
Təyyarə kreslosunda
1. Kreslonun dirsəkaltısını qonşunuzla bərabər bölün – genişlənmə siyasəti nə yerdə, nə də göydə xeyir gətirməz.
2. Pəncərə yanında yer düşübsə, tualetə getmək üçün hamının yatmağını gözləməyin.
Pəncərə yanında yer qismət olmayıbsa, pəncərədən baxmaq üçün qonşunuzun üzərinə yıxılmayın.
3. Yerinizdən duran zaman öndəki kreslonun başaltısından tutmayın. Həmin kresloda oturanın saçlarını dartmalı olacaqsınız ki, bu da onun xoşuna heç gəlməz.
4. Adi insanpərvərliyə görə uşağınızın açılıb-bağlanan kiçik masa ilə oynamasını və ya öndəki kreslonun bel hissəsinə ayağı ilə vurmasını qoymayın.
5. Kreslonuzu arxaya verən zaman orada oturan sərnişini bu barədə xəbərdar edin.
iPod və ya videopleyerə tam səs verməyin. Bütün salon sizin musiqi və ya kino zövqünüzü bəyənə bilməz.
6. Qonşunun boşqabına baxmayın. Öz pendirini hələ yeyib qurtarmadığına görə günahkar deyil.
7. Kreslonun arxası öndə oturan üçün etibarlı qoruyucu deyil. Ona görə də asqıranda və öskürəndə ağzınızı örtün.
Gecələr
Təyyarədə sərnişin
1. Yata bilmirsinizsə və danışmaq istəyirsinizsə də digər sərnişinlərin yatmasına hörmət edin.
2. Yastığınızı qonşunun çiyninə qoymayın.
3. Ayaqlarınızı kreslolar arası keçidə qoyub yatmayın. Salonda gedənlər ilişə, sizsə içki arabasından zədələnə bilərsiniz.
4. Şəfəq çağı oyandınızsa illüminatorun pərdəsini qaldırıb “Necə də gözəl gün çıxıb!” deyə qışqırmayın.
Adi nəzakət qaydaları
1. Ayaqqabını çıxarmaq sizin qanuni haqqınızdır, amma hərdən bunu etmək yaxşı deyil.
2. Uçuşdan əvvəl ətir qabının yarısını üstünüzə tökməyin.
3. Biznes və ya birinci sinfə uçuşlara öyrəşməyən uşaqları aparmayın. Birincisi bu pedoqoji cəhətdən düzgün deyil, ikincisi isə komfortla uçmaq üçün çox pul xərcləmiş sərnişinlərin həyatını korlaya bilərsiniz.
4. Uçuşa başlayanda və enəndə gizlincə komputer oyunu oynamayın. Bu, aviasiya avadanlıqlarının işini pozmasa da, bu hərəkətinizə görə təhlükəsizlik qaydaları məcburi riayət olunmalıdır deyə hesab edən sərnişinlər özlərini təhlükədə hiss edə bilərlər.
Təyyarəyə giriş və çıxış
Sərnişin
1. Salona girəndə digərləri üçün keçidi bağlayıb yerinizin önündə durmayın. Əl yükünü rəfə qoyun və oturun. Qapılar bağlanandan sonra uçuşda sizə lazım olan hər şeyi çantanızdan götürmək üçün vaxtınız olacaq.
2. Uzun paltonuzu baqaja sərərək bütün yeri tutmayın.
3. Yerə enən zaman dərhal çıxışa qaçmayın. Öndə olanlara çıxmağa imkan verin.
Fransada dünyanın ən yaxşı restoranının adı açıqlanıb.
Fransanın “La Liste” təşkilatı tərəfindən tərtib olunmuş reytinq siyahısına dünyanın 1000 ən yaxşı müəsisəsinin adı daxil edilib.
Bu il ən yaxşı restoranı adını Fransanın “Gi Savoya” müəssisəsi alıb. Bu restoran mümkün 100 baldan 99,75-ni alıb. Müəssisənin həmçinin üç Mişlen ulduzu var.
Kyo Aji
İkinci yerdə 99,75 bal ilə Yaponiyanın paytaxtı Tokioda yerləşən “Kyo Aji” restoranı, üçüncü yerdə isə 99,5 bal ilə nyu-yorklu şef Erik Ripertin “Le Bernardin” dəniz mətbəxi restoranı qərarlaşıb.
Kyo Aji
“La Liste“nin reytinqi məlumat bazası əsasında tərtib olunur. Bazaya müəssisələr haqqında rəy toplayan 300 resurs daxildir.
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin SİYAHISI
Vizasız Ölkələrin Siyahısı
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
Azərbaycan vətəndaşları bir ümumilikdə 62 ölkəyə vizasız gedib-gələ bilərlər. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Vətəndaşlarımız həmin ölkələrə diplomatik, xidməti və adi vətəndaşlıq passportu ilə vizasız gedib gələ bilərlər.
1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.
2-ci qrup ölkələrə getmək üçün əslində viha tələb olunsa da, həmin ölkələrdə Azərbaycanda vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün də əvvəlcədən viza almaq lazım deyil.
3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.
1-ci qrup: Bu ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.
– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Ölkənin adı
Pasportun növü
İki ölkəərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
1.
Belarus
Vətəndaşlıqpassportu
90 gün
2.
Gürcüstan
Vətəndaşlıq passportu
90 gün
3.
Qazaxıstan
Vətəndaşlıq passportu
90 gün
4.
Qırğızıstan
Vətəndaşlıq passportu
90 gün
5.
Moldova
Vətəndaşlıq passportu
90 gün
6.
Özbəkistan
Vətəndaşlıq passportu
90 gün
7.
Rusiya
Vətəndaşlıq passportu
90 gün
8.
Tacikistan
Vətəndaşlıq passportu
90 gün
9.
Ukrayna
Vətəndaşlıq passportu
90 gün
10.
İndoneziya
Vətəndaşlıq passportu
11.
Vietnam
Vətəndaşlıq passportu
12.
Türkiyə
Vətəndaşlıq passportu
1 ay
2-ci qrup: Bu ölkələrdə Azərbaycan vətəndaşlarına sərhəddə viza verilir.
– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
– həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
– Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
– pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə – Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
Ölkənin adı
Pasportun növü
Sərhəddə
verilən viza
1.
Bolivia
Vətəndaşlıq passportu
30 gün
2.
Yamayka
Vətəndaşlıq passportu
3.
Banqladeş
Vətəndaşlıq passportu
90 gün
4.
Kamboca
Vətəndaşlıq passportu
1 ay
5.
İran
Vətəndaşlıq passportu
21 gün
6.
İraq
Vətəndaşlıq passportu
7.
İsrail
Vətəndaşlıq passportu
Misirdən ekskursiya ilə gedilirsə, bir günlük, əks halda viza alınmalıdır
8.
İordaniya
Vətəndaşlıq passportu
1 ay
9.
Küveyt
Vətəndaşlıq passportu
30 gün
10.
Laos
Vətəndaşlıq passportu
15 gün
11.
Livan
Vətəndaşlıq passportu
3 ay
12.
Makao
Vətəndaşlıq passportu
30 gün
13.
Myanmar
Vətəndaşlıq passportu
28 gün
14.
Nepal
Vətəndaşlıq passportu
60 gün
15.
Sinqapur
Vətəndaşlıq passportu
96 saat tranzit məqsədilə
16.
Suriya
Vətəndaşlıq passportu
15 gün
17.
Şərqi Timor
Vətəndaşlıq passportu
30 gün
18.
Burkina-Faso
Vətəndaşlıq passportu
19.
Burundi
Vətəndaşlıq passportu
20.
Kamerun
Vətəndaşlıq passportu
Dəvət də olmalıdır
21.
Konqo
Vətəndaşlıq passportu
22.
Efiopia
Vətəndaşlıq passportu
23.
Qana
Vətəndaşlıq passportu
24.
Qvineya
Vətəndaşlıq passportu
25.
Liberiya
Vətəndaşlıq passportu
26.
Madaqaskar
Vətəndaşlıq passportu
90 gün
27.
Mali
Vətəndaşlıq passportu
28.
Mavrikia
Vətəndaşlıq passportu
60 gün
29.
Mozambik
Vətəndaşlıq passportu
30 gün
30.
Ruanda
Vətəndaşlıq passportu
31.
Tanzaniya
Vətəndaşlıq passportu
3 ay
32.
Toqo
Vətəndaşlıq passportu
7 gün
33.
Uqanda
Vətəndaşlıq passportu
3 ay
34.
Zambia
Vətəndaşlıq passportu
3 ay
3-cü qrup: Bu ölkələrə isə diplomatik, xidməti və ya xüsusi passportla vizasız getmək mümkündür.
Ölkənin adı
Pasportun növü
Qalma müddəti
1.
Albaniya
Diplomatik və xidməti
90 gün
2.
Almaniya
Diplomatik
90 gün
3.
Argentina
Diplomatik, rəsmi və xidməti
30 gün
4.
Avstriya
Diplomatik və xidməti
90 gün
5.
Belçika
Diplomatik və xidməti
90 gün
6.
BƏƏ
Diplomatik
90 gün
7.
Braziliya
Diplomatik, rəsmi və xidməti
90 gün
8.
Bosniya və Hersoqovina
Diplomatik və xidməti
90 gün
9.
Çexiya
Diplomatik
90 gün
10.
Çin
Honq-Konq
(Çinin xüsusi
inzibati ərazisi)
Diplomatik və xidməti
Diplomatik və xidməti
30 gün
14 gün
11.
Xorvatiya
Diplomatik və xidməti
30 gün
12.
Estoniya
Diplomatik
90 gün
13.
Fransa
Diplomatik
90 gün
14.
Finlandiya
Diplomatik
90 gün
15.
İndoneziya
Diplomatik və xidməti
30 gün
16.
İordaniya
Diplomatik və xidməti
90 gün
17.
İran
Diplomatik və xidməti
1 ay
18.
İspaniya
Diplomatik
9o gün
19.
İsrail
Diplomatik və xidməti
90 gün
20.
Kolumbia
Diplomatik və xidməti
90 gün
21.
Koreya
Diplomatik və xidməti
30 gün
22.
Kipr
Diplomatik
90 gün
23.
Kuba
Diplomatik, rəsmi və xidməti
90 gün
24.
Küveyt
Diplomatik, xidməti və xüsusi
90 gün
25.
Latviya
Diplomatik
90 gün
26.
Litva
Diplomatik
90 gün
27.
Liviya
Diplomatik, xidməti və xüsusi
90 gün
28.
Lüksemburq
Diplomatik
90 gün
29.
Macarıstan
Diplomatik və xidməti
90 gün
30.
Malta
Diplomatik
30 gün
31.
Meksika
Diplomatik
90 gün
32.
Mərakeş
Diplomatik, rəsmi, xüsusi və xidməti
90 gün
33.
Bolqarıstan
Diplomatik və xidməti
90 gün
34.
Monteneqro
Diplomatik və xidməti
90 gün
35.
Niderland
Diplomatik
90 gün
36.
Norveç
Diplomatik
90 gün
37.
Pakistan
Diplomatik və xidməti
1 ay
38.
Peru
Diplomatik, xidməti və xüsusi
90 gün
39.
Uruqvay
Diplomatik, xidməti və rəsmi
90 gün
40.
Polşa
Diplomatik
90 gün
41.
Portuqaliya
Diplomatik, xidməti və xüsusi
90 gün
42.
Qətər
Diplomatik və xüsusi
30 gün
43.
Rumıniya
Diplomatik və xidməti
90 gün
44.
Serbiya
Diplomatik, rəsmi və xidməti
90 gün
45.
Slovakiya
Diplomatik və xidməti
90 gün
46.
Sloveniya
Diplomatik və xidməti
90 gün
47.
Cənubi Koreya
Diplomatik, rəsmi və xidməti
30 gün
48.
Suriya
Diplomatik, xidməti və xüsusi
30 gün
49.
Türkiyə
Diplomatik, xidməti və xüsusi
90 gün
50.
Türkmənistan
Diplomatik və xidməti
30 gün
51.
Yunanıstan
Diplomatik
90 gün
52.
Ukrayna
Diplomatik və xidməti
90 gün
53.
Vyetnam
Diplomatik, rəsmi və xidməti
1 ay
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin siyahısı ilə tanış oldunuz, yenilikləri bu səhifədən izləyə bilərsiniz.
Belə ki, “Mastercard” sahibləri “Qatar Airways”in rəsmi internet səhifəsində onlayn bilet alışı zamanı 15 faiz endirimdən yararlana biləcəklər.
Endirimdən faydalanmaq üçün sadəcə “QRMC1011” kodunu promokod bölməsinə daxil etmək və onlayn ödənişi “Mastercard”/”Maestro” kartları ilə həyata keçirmək lazımdır. Kampaniya bütün istiqamətlərdə olan ekonom və biznes sinif uçuşları üçün keçərlidir.
Kampaniya dekabrın 24-dək etibarlıdır və alınan biletləri gələn il mayın 31-dək istifadə etmək mümkündür.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın Azərbaycandakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul edib.
Görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olunub. Belə ki 16 yanvar 2018-ci il tarixdən Bakı – Sofiya birbaşa aviareysləri təşkil olunacaq. AZTA rəhbəri Nahid Bağırov səfirlik tərəfinfən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib. Çünki, bu prosedurların sadələşməsinə eləcə də turist axınının artımına səbəb ola bilər.
Səfirin birinci müavini Yanko Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökümət səviyyəsində aparılmır. Buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylaında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.
Azərvaycan Bolqarıstan arasındakı görüş
Konsul Kirill Apostolov qeyd edib ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin Rumıniya, yunan Kipri və Xarvatiya üçün keçərlidi. Bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlb edici istiqamət edir. İndiyə kimi, səfirlik cəmi 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.
Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potesialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı Kirill Apostolov keçirəcək. Birinci müavin və konsul qeyd etdilər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökümət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq. Hazırlandıqdan sonra, Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.
Bakıdan Sofiyaya necə gedə bilərəm?
Bolqarıstan sərfəli səyahətlər üçün idealdır və Avropanın ucuz ölkələrindən biridir. Bura dostlarınız, ailəniz və uşaqlarınızla gələ bilərsiniz.
Bolqarıstan, Sofiya şəhəri
Bolqarıstan üzrə qısa səyahət proqramı: Sofiyada “İlbiz Evi”ni axtarıb tapın, “Yeddi Göl” ətrafında gəzişin, Rilski monastırını ziyarət edin, Bolqarıstanın qədim tarixi ilə Plovdiv şəhərində tanış olun, ətirli “Qızılgül Vadisi”ni ziyarət edin və termal mənbələr və müalicəvi palçıq ilə öz sağlamlığınızın qeydinə qalın.
Qışda məşhur Bansko kurortunun qarlı yamaclarında sürüşün, yayda isə “Qızıl Qum” üzərində istirahətdən zövq alın!
Elə indi saytımızda 29 avrodan başlayan qiymətlərlə Bakı – Sofiya istiqaməti üzrə aviabiletləri onlayn bron edin.
Avropanın ən qərib diyarına virtual səyahətimiz başlayır . Odur ki, çox fikirləşmədən kəmərləri bağlayın, təyyarəmiz bütün sürətilə uçuşa hazırdır.
Portuqaliya fərqli və qeyri-adidir, Avropa ölkələri arasında bənzəri olmayan ölkədir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Portuqaliyanın sahəsi, 1139-cü ildən bu günə qədər dəyişməyib. Bu isə, Avropada yeganə belə hadisədir. Bundan başqa Portuqaliya 18-ci əsrdə, zəlzələdən sonra dəhşətli dağıntılar altında qalıb. Buna baxmayaraq, ölkə tamamilə yenidən qurulub.
Portuqaliya komandasının Futbol üzrə Avropa çempionatında qələbəsindən sonra turistlərin orijinal, parlaq, ehtiraslı və qonaqpərvər ölkəyə marağı daha da artdı. Çoxunda Köhnə Dünyanın ən qərb regionuna səyahət etmək arzusu baş qaldırdı. Axı ölkənin fantastik çimərlikləri, ləziz mətbəxi və bənzərsiz şərabı hətta ən tələbkar turistlərin istəklərinə cavab verir.
Portuqaliya, Lissabon
Portuqaliya əhalisinin 50%-i, ölkənin cəmi iki şəhərində yaşayır. Şəhərlərin adları isə, Lissabon və Portodur. Və bu iki şəhər ən varlı şəhərləri siyahısına daxildir. Bundan başqa, Lissabon dünyanın ən qədim və reytinqli şəhərlərindən biridir. London, Paris və hətta Romadan belə əvvəl yaranmış şəhərdir.
Lisbon Potela aeraportu ildə, təxminən 13 milyon sərnişin qəbul edir. Lakin Portuqaliya hələ kütləvi turizm ölkəsi olmayanda böyük coğrafi kəşflər dövrünün məşhur səyyahlarının vətəni sayılırdı.
Ərazisi
Portuqaliya, Taxo çayı
Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir.
Çimərlikləri
Portuqaliya çimərlikləri
Turizm ölkəsi olan Portuqaliyanın sevilməsinin əsas səbəbi heyranedici çimərlikləridir. Atlantik okean sahilləri boyunca çoxlu sayda çimərliklər fəaliyyət göstərir və onlardan 298-nin üzərindən Ekologiya Fondunun mavi bayrağı dalğalanır.
Portuqaliya artıq neçə onilliklərdir ki, bütün dünyada sörfinqə həm yenibaşlayanlar, həm də peşəkarlar üçün ideal yer kimi məşhurdur. Ölkənin demək olar ki, bütün qərb sahili: Kaşkayş, Eriseyra, Nazare, Penişe bu idman növü üçün əlverişli yerdir. Eriseyra Avropada yeganə sörfinq qoruğudur. Həmçinin, Sintri və Kaşkayş və Penişe sörfinq üzrə dünya çempionatının mütəmadi olaraq keçirildiyi çimərliklərdir. Ginnesin Rekordlar kitabına düşmək üçün keçirilən sörfinq oyunları isə Nazareda keçirilir.
Qalaları
Portuqaliya inanılmaz sayda orta əsr qalaları olan qəribə ölkədir, onların yüzə yaxını dövrümüzə qədər qalıb. Ancaq bu da hələ hamısı deyil! Əgər Lissabon və Port kimi böyük şəhərlərdə işıqlı hotellərdə qalmaq məsləhətdirsə, əyalətlərdə pouzadalarda qalmaq daha rahatdır.Pouzada qədim daş qalalarda və ya saraylarda düzəldilmiş elitar hotellər deməkdir. Belə yerlərdə servis ən yüksək səviyyədə olur. Əgər sizin də uşaqlıqda qəsrdə yaşamaq kimi maraqlı arzularınız olubsa, fürsəti əldən verməyin.
Pouzada qədim daş qalalarda və ya saraylarda düzəldilmiş elitar hotellər deməkdir. Belə yerlərdə servis ən yüksək səviyyədə olur. Əgər sizin də uşaqlıqda qəsrdə yaşamaq kimi maraqlı arzularınız olubsa, fürsəti əldən verməyin.
Portuqaliyaya getmək üçün daha bir səbəb də azulejudur. Bu, qürur və sənət predmetinə çevrilən bəzək materialının ibarət olan ənənəvi kaşılardır. Azulejuya binaların fasadlarında, interyerlərdə, vağzallarda və metroda rast gəlinir. Lövhələrdə küçələrin adları, evlərin nömrələri yazılır, həmçinin pəncərə və qapı edilir. Azlejunun rəngləri, süjeti və forma rəngarəngliyi sizi heyran edəcək.
Onlardan bəziləri, Lisabonun Milli Muzeyində saxlanılır, siz orada zəlzələdən əvvəl, 1755-ci ilə aid Portuqaliya paytaxtının təsviri olan panno da tapa bilərsiniz.
Pena Sarayı
Pena Sarayı
Pena sarayı heyrətamiz arxitekturası, özəl bağçası sayəsində YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Pena əsrlər boyu kiçik bir monastır kimi istifadə olunub. 1755-ci ildə Böyük Lissabon zəlzələsində xarabalığa çevrilib. 1838-ci ildə Kral 2-nci Ferdinand, köhnə monastırı alıb kral iqamətgahı tikdirməyə qərar verib.
Son Portuqaliya Kraliçası Ameliyanın sürgünə getməzdən əvvəl yaşadığı saray 1910-cu ildə, müstəqilliyin elanı ilə milli abidələr kateqoriyasına salınıb və muzeyə çevrilib. Bu gün isə Pena sarayı hər gün çoxsaylı xarici qonaqları qarşılayır.
Mürəkkəb arxitekturası ilə hamını heyrətə salan saray o qədər də böyük deyil. İki geniş həyəti var. Üslub qarışıqlığı, əyləncəli rəngləri onun quruluşuna bənzərsiz görkəm verib. Atlantik okeanına və geniş meşəyə açılan mənzərəsi də diqqətəlayiqdir.
Quruluşdakı romantizm bağçasında da əks olunub. Belə ki, kral bağda əkilən ağacları uzaq müstəmləkələrdən gətizdirib. Bağda nəhəng Şimali Amerikanın qırmızı ağacları, maqnoliya, Çin ginkgosu, Yapon şamı kimi nadir növləri olan ağaclar, Avstraliya və Yeni Zelandiyadan gələn güllər əkilib. Parkın müxtəlif hissələri yollar və cığırlarla birbaşa saraya bağlanır.
Roka Burnu
Roka burnu
Təbii ki, bunlardan əlavə sizi Avropa qitəsinin ən qərb nöqtəsi olan, “yerin bitdiyi və dənizin başladığı yer” adlanan Rok burnuna da səyahət gözləyir. Roka burnu Avrasiya materikinin ucqar qərb nöqtəsini təşkil edir. Portuqaliya ərzisində yerləşir. Qədim roma dönəmində burnu Promontorium Magnum, Böyük coğrafi kəşflər zamanı isə Lissabon burnu adlandırırdılar.
Burun Lissabondan 40 km qərbdə yerləşir. Qaya Atlantik okeanında 140 metr yüksəklikdədir. Burunda mayak inşa edilib. Burada suvenir mağazası, restoran fəaliyyət göstərir. Bu isə turistlərin cəlbinə xidmət edir. Portuqaliyalı şair Luis Kаmоens bu burununu belə təsvir edib: “Bura torpağın bitdiyi, dənizin başladığı yerdir”.Roka burnu sizdə heç vaxt hiss etmədiyiniz duyğular oyadacaq. Sonsuz okean və güclü azadlıq hissi… Odur ki, ən məşhur kəşfiyyatçıların və səyyahların portuqaliyalıların olması təəccüblü deyil. Roka burnunun o qədər qərarlı və əzəmətli görüntüsü var ki, okeanın sizi özünə tərəf çəkməsinə qarşı çıxmaqda çətinlik çəkəcəksiniz. Üfüqlər sakit görünür, amma, sahillərdə qayalara çırpılan dalğalar, okeanın gücünü və qəzəbli üzünü göstərir. Dalğalardan küləklə yayılan su hissəcikləri arxadakı sahil qəsəbələri ilə ara sanki dumanlı pərdə yaradır.
San Françesko kilsəsi
San Françesko kilsəsi
Kilsəni heç olmasa taxta interyerinə görə, ziyarət etməyə dəyər. Məbədin demək olar ki, döşəmədən günbəzə qədər bütün divarları rokoko üslubunda və taxta oyma iləpanellərlə döşənib. Taxta mehrab xüsusilə maraqlı görünür. Kilsə indi fəaliyyət göstərmir, muzey kimi işləyir.Müxtəlif mənbələrə görə, kilsənin tikintisini XII-XIII əsrlərdə başlanıb. O XIV-XV əsrdə monastırın tərkibinə daxil olub.
Badəm şərabla dolu..
Portuqaliya şərabı
Səyahət edəcəyiniz ölkənin əlbəttə ən maraqlı və diqqətdə olan hissəsidə onun gecə həyatıdı.Hər bir turistin axtardığı və diqqətini cəlb etdiyi gecə həyatı üçün Portuqaliya yalnış seçim deyil.Seçiminizdə yanılmamısınız.Portuqaliyanın gecə həyatının əsas mənbəyi şübhəsiz ki, Lissabonun Bayru Altdu adlı rayonudur. Günəşin batması ilə, xüsusən istirahət günlərində onun dar küçələri geniş bara və rəqs meydançalarına çevrilir. Burada addımbaşı qızla dolu bara rast gəlirsən, alkoqol isə çay kimi axır, turistlər də portuqaliyalılarla qaynayıb-qarışır, deyib-gülüb əylənirlər.
Ümumiyyətlə, yerli sakinlər şərabı çox sevir. İçki Portuqaliyada o qədər çoxdur ki, portuqal xalqı demək olar ki, ondan hər naharda istifadə edilir. Portuqaliya şərabından söhbət gedirsə, şübhəsiz ki, ilk növbədə ağıla portveyn gəlir. Fadu musiqinin sədaları altında onun dadına baxmamaq günahdır. Yeməkdən sonra portuqallar portveyni zövq və əhval-ruhiyyəni qaldırmaq üçün içir.
Ağ Portuqaliya şərabı isti havalarda bədəni sərinləşdirmək üçün ideal içkidir, o, beyni canlandırır, lakin dumanlandırıb sərxoş etmir. Sadəcə yüngül zövq verir. Bu səbəbdən də ağ şərab Portuqaliyada insanların su və ya meyvə suları kimi istifadə etdiyi kütləvi içki növüdür. Mağazada siz iki, ya üç avroya “Setubala”, “Alenteju” kimi yerli şərablar tapa bilərsiniz.
Ağ şərabın alternativ variantı kimi vinho verde (yaşıl şərab) təklif olunur. Tünd dadları sevənlər qırmızı çaxır üzərində dayana bilər.
Portuqaliyalıların “çiyələk arağı” adlandırdığı likör dadlı və kifayət qədər möhkəm içkidir. Yer gəlmişkən, likör də portuqaliyalıların ən çox sevdiyi içkidir. Onu çiyələk ağacından hazırlayırlar
Qastronomiya
Ölkə Atlantik okeanının sahilində yerləşdiyi üçün dəniz məhsulları və balıqla boldur. Bu isə o deməkdir ki, ən ləzzətli treska-bakalyau yeməyini, kaldo verdo şorbası, qızardılmış sardinyanı siz yalnız Portuqaliyada dada bilərsiniz. Yuxarıda sadalanan xörəklərlə yanaşı, mütləq karapau balığın da yoxlayın. Yerli restoranlarda balığı adətən qrildə hazırlayır, onlardan ədviyyatların dadlı və iştahaçıcı iyi gəlir.
Ümumiyyətlə, Portuqaliya mətbəxi heç kimin laqeyd qala bilmədiyi həm də qastromoniya məntəqəsi kimi tanınır. Məsələn, çoxları fransız və italyan pendirinin dünyada çox məşhur olduğunu bilir, amma çox az adam bilir ki, Portuqaliya pendiri adlarınızı çəkdiyimiz iki ölkənin pendirindən heç də geri qalmır. Dequstasiyaya keyju freska adlı pendirdən başlayın. O, çox təmiz, yüngül və dadlı inək südündən hazırlanan pendirdən başlayın.
Portuqaliyanın zeytun yağı da xüsusi diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, o, dünyanın ən yaxşı bitki yağlarından biri sayılır. Səyahətdən geri qayıdanda ev üçün bir butulka Portuqaliya zeytun yağı alsanız, təəssüflənməyəcəksiniz.
Portuqaliyada yüzlərlə növ desert və şirniyyatlar hazırlanır. Bu, dadlı və təzə bulka, sloyka, kökələr, kremli, qozlu və badamlı biskvit, marsipan və şəkərlənmiş meyvələr ola bilər. Lakin ilk növbədə sonyuş (tərcümədə – “xəyal” və “yuxular”) adlı şirniyyatın dadına baxmağa çalışın. Şirniyyat sevənlər onu yüksək qiymətləndirəcək.
Və Portuqaliya haqqında qısa məlumatdan sonra əsas və maraqlı faktlar haqqında məlumatlar yəqin ki ,sizlərdə bir daha Portuqaliya ilə bağlı müsbət təəssüratlar yaradacaq .
Maraqlı faktlar
Portuqaliya – Avropanın ən qərb israhət ölkəsidir.
Bu ölkənin dili – 9 ölkənin rəsmi dilidir.
“Portuqaliya” sözü ilk dəfə 868-ci ildə qeydə alınıb. Maraqlısı budur ki, ölkə, Portuqaliyaya öz adını verdiyi Porto şəhərinin ətrafında yaradılıb.
Maraqlı tarixi fakt: 1761-ci ildə, köləliyin ləğvi lehinə ilk dünyada müstəmləkə hakimiyyəti – Portuqaliyadır. Qanunun icrası isə, İspaniya, Fransa, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından gəlmələr gələnə qədər cəmi 50 il icra edilib.
Avropanın ən uzun körpüsü Portuqaliyada yerləşir. Onun uzunluğu 185 metrdir.
1290-ci ildə yaradılmış Coimbra Universiteti, Avropanın ən qədim universitetlərindən biridir.
Dünyanı ilk dəfə tam olaraq dövr edən Ferdinand Magellan portuqaliyalıdır.
Dünyanın qədim kitabxanalarından biri də, Lissabondadır. Portuqaliyanın Milli Kitabxanası 1732-ci ildə açılıb