Ev Blog Səhifə 44

Azərbaycanda ilk – biosfer rezervat yaradılır

0
Biosfer

Cənubi Qafqazda ilk biosfer rezervat Azərbaycanda yaradılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda “Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə start verilir.Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək.


Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq. Alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.
“Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır”.


A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

“United Airlines” aviaşirkəti 36 min əməkdaşın işdən azad oluna biləcəyi barədə xəbər verib

0
United Airlines

Amerikanın “United Airlines” aviaşirkəti xəbərdarlıq edib ki, koronavirus pandemiyası səbəbindən turizm sahəsi xeyli zəifləyib. 3 aylıq məhdudiyyətlərdən sonra turizm sahəsinin fəallığı bərpa edilməyəcəyi təqdirdə oktyabr ayında aviaşirkətin 36 minədək əməkdaşı işdən azad edilə bilər.

Gezmeli.az  AZƏRTAC-a istinadən bildirir ki, aviaşirkətin rəhbərliyin bu məlumatı çərşənbə günü “United Airlines”in bütün əməkdaşlarına göndərilib.

Məktubda deyilir: “Reallıq odur ki, “United Airlines” şirkəti səyahətlərə bu cür aşağı tələbatı nəzərə alaraq, şirkət əməkdaşlarına ödənilən belə əməkhaqqı səviyyəsi ilə oktyabrın 1-dən sonra öz fəaliyyətini sadəcə olaraq davam etdirə bilməyəcək”.

“United Airlines” şirkətinin rəhbərliyi bildirib ki, personalın ixtisarından əvvəl əməkdaşlara könüllü olaraq məcburi ödənişsiz məzuniyyət götürməyə imkan verəcəyini planlaşdırır. Bəzi əməkdaşlar aviadaşımalara gələcək tələbatdan asılı olaraq yenidən işə qəbul edilə bilər.

Personalın potensial ixtisarına stüardessalar, pilotlar və aeroportlarda müştərilərə xidmət heyəti daxildir.

Ekspert: “Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür

0
Azər Allahverənov

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur.

“Azərbaycanda pandemiya şəraitində tuzim sektorunun qorunması məsələsi aktual olaraq qalır”. Gezmeli.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

Ekspert bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə təsir göstərib, ancaq ən böyük mənfi təsirlə turizm sektoru üzləşib: “Ölkəmizdə bu sahədə tənəzzülün yaşandığı görünür. Bununla bağlı Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir. Birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur. İkinci mərhələdə isə diqqət xarici turizmə yönəlməlidir. Bura həm gəlmə, həm də getmə turizmi ilə bağlı məsələlərin həlli daxildir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.

İspaniyanın xəbər portalında “Xınalıq” qoruğunun UNESCO-nun Dünya İrs Siyahısının ilkin siyahısına salınması barədə məqalə dərc olunub

0
Xınalıq qoruğu

İspaniyanın “Patrimonio actual” internet portalında Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi barədə məqalə dərc olunub.

Məqalədə Qoruqları İdarəetmə Mərkəzinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırdığı qeyd olunub.

UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır.

Kəndin tarixi ilk məskunlaşma izləri eramızdan əvvəl IV minilliyə – Tunc dövrünə təsadüf edir. Elmi araşdırmalar nəticəsində Xınalıq kəndində qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının izləri aşkar edilib.

Azərbaycanın Xınalıq kəndi özünəməxsus dilinə, adət və ənənələrinə malikdir. Kənd dağların əhatəsində yerləşməsi səbəbindən kənd sakinləri heç bir dil qrupuna aid olmayan öz dillərini qoruya bilmişlər.

Xınalıq kəndi özünəməxsus memarlığı ilə diqqəti ilk baxışdan cəlb edir. Burada yamaclar çox dik olduğu üçün evlər bir-birinə çox yaxın tikilmişdir. Evlərin damlarında tüstü bacaları qurulub, döşəmələr və divarlar kilimlərlə örtülüb.

Qeyd olunur ki, Xınalıq kəndində Xıdır Nəbinin türbəsi, Şeyx Şalbuz və Əbu Müslimin məscidləri, qədim qəbiristanlıqlar, həmçinin kəndin ilk sakinlərinin məbədləri da daxil olmaqla bir çox tarixi məkanlar mövcuddur.

Azərbaycan hökuməti kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə 2007-ci ildə ərazini mədəni-tarixi və etnoqrafik qoruq elan edib.

Aya Sofyanın adı dəyişdi

0
Ayasofya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ali Məhkəmənin qərarı ilə məscidə çevrilən Aya Sofya da ilk namazın qılınacağı vaxt açıqlanıb.
İbadət ocağında ilk namaz iyulun 24-də cümə günü qılınacaq.Ötən gün elan edilən qərardan sonra Aya Sofya muzeyinin “Twitter” səhifəsi də bağlanılıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin saytında tarixi abidənin adı “Aya Sofya-i Kebir Camii” (Böyük Aya Sofya Məscidi) olaraq dəyişdirilib.

Hər kəsi ən çox maraqlandıran isə namaz zamanı muzey olan binanın daxilindəki freskaların hara olacağıdır. Binanın divarlarında İsa peyğəmbər, Məryəm ana, eləcə də Bizans hökmüradlarının təsvirləri, Apsis mozaykası, Kübbə Mələk təsviri, Deisis kompozisiyası, Komnenoslar mozaykaları var.Məlumata görə, nam qılınacağı hissələrdə yerə xüsusi işıq sistemi quraşdırılacaq. Bu işıqlar freskaların üzərinə salınaraq onlar qaraldılacaq. Gündəmdə olan başqa bir məsələ də mozayka və freskaların üzərinin pərdə ilə bağlanmasıdır.
Bundan başqa Aya Sofyanın ibadətə açılacaq hissələrinə xalılar səriləcək. Turistlərin xalıya basmaması üçün dəhliz yaradılacaq.

Rusiya avqustda beynəlxalq aviaəlaqəni bərpa edə bilər

0
Rusiya

Rusiya avqust ayında beynəlxalq aviaəlaqəni bərpa edə bilər.

Bu barədə “RİA Novosti” Rusiya Turizm Sənayesi İttifaqının prezidenti Andrey İqnatyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 1-dək müvafiq qadağalara əsasən, “Rosaviasiya” heç bir uçuş icra etməyəcək. İyulun 27-də Moskvanın Şeremetyevo hava limanının D terminalı uçuşlara hazırlanmağa başlayacaq.

“Avqustda beynəlxalq uçuşların başlaması mümkündür”, – deyə A.İqnatyev bildirib.

Avropa çörəyi- Pulsuz təhsil verən ölkələr

0
Universitet

Norveç

Bu ölkədə bakalavr və magistr təhsili pulsuzdur. Ancaq bir əmması var. Siz, Norveç dilini bilməlisiniz. Bu ölkədə ingilis dilində bakalavr təhsili almaq istəsəniz, pul ödəməli olacaqsınız. Lakin magistr və doktoranturada ingilis dilində pulsuz oxumaq mümkündür.

Bundan əlavə, ölkə əhalisinin böyük hissəsi, demək olar ki, ingilis dilində bilir. Bu da sosial həyatınızda ünsiyyətdə problem yaşamayacağınız deməkdir. İngilis dilində təhsil üçün bu dili bildiyinizi sübut edən imtahanları verdiyinizə dair bir sənədiniz olmalıdır. Əsasən, İETLS (6 dan başlayaraq) və TOEFL sənədləri keçərlidir. Amma ölkədə həyat bir az bahadır. Bu, Norveçin digər ölkələr ilə müqayisədə həyat və gəlir səviyyəsinin yüksək olması və kəskin ölkə iqlimi ilə əlaqədardır.

Norveç

Ölkə bu probleminizi həll etməyiniz üçün müəyyən saatlar rəsmi olaraq işləməyinizə icazə verir. Bu ölkədə təhsillə bağlı bütün suallara https://www.studyinnorway.no/ saytında cavab tapa bilərsiniz.

Almaniya

Bu ölkədə də dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur. Lakin dövlət universitetlərində bakalavr təhsili əsasən almancadır. Təhsil üçün alman dilini B2 səviyyəsində bilməyiniz kifayətdir. Magistr təhsilində də alman dili üstünlük təşkil edir. Ancaq ingilis dilində də bir çox magistr proqramları tapa bilərsiniz. İngilis dilində təhsil üçün də sizə bu dili bildiyinizi sübut edəcək beynəlxalq sertifikatlardan biri gərəkdir. Amma təhsil vizası almanız üçün Almaniyada yerləşən banklardan birinə 8000 avrodan bir az çox depozit yerləşdirməyiniz tələb olunur. Bu pulu təhsil aldığınız müddətdə hissə-hissə çıxara bilərsiniz. Əgər bu qədər pulunuz yoxdursa, təqaüd proqramlarına müraciət etməlisiniz. Ətraflı məlumat burada:https://www.study-in.de/en/.

Almaniya

Avstriya

Avstriya Avropada təhsil almaq üçün ideal ölkələrdəndir. Buranın iqlimi olduqca xoş, həyat səviyyəsi yüksək, təhsili isə keyfiyyətlidir. Ölkə əhalisi əsasən alman dillidir, lakin ingilis dilini də bilirlər. Avstriyada hər iki dildə çox sayda universitet proqramı tapmanız mümükündür. Pulsuz deyilə biləcək qədər ucuz magistr və bakalavr proqramları var. Özü də lap ingilis dilində. Bu ölkəyə təhsil vizası da almanız asandır. Qəbul üçün sizdən dil sertifikatı və universitet ortalamanızın bir az yüksək olması (magistr təhsili üçün) tələb olunur. Bu ölkədə də az da olsa təqaüd tapmaq imkanınız var. Ətraflı məlumat: https://studyinaustria.at/.

Avstriya Universiteti

Karavan, yaxud velosipedlə səyahətdə viza müraciəti

0
Karavan

Bəzən adam uzunmüddətli səyahətə getmək istəyir. Ancaq harada neçə gün qalacağını planlaşdırmaq istəmir. Başqa cür ifadə etsək, səyahət etmək istəyir, ancaq plansızdır. Avtostopla, velosipedlə, karavanla, yaxud şəxsi avtomobili ilə getmək istəyir. Karavanda, çadırda, getdiyi gün kirayələdiyi hosteldə qalacaq. Nə təyyarə bileti, nə də otel bronu var. Belə olan halda, vizanı necə ala bilər?
Bu yazıda sizə plansız, uzunmüddətli, bronsuz və biletsiz səyahətlərdə viza almağın qaydalarından danışacağıq.

“KARAVANLA SƏYAHƏT AZƏRBAYCANLILAR ÜÇÜN YENİ TƏCRÜBƏDİR”

Səyahətçi dostumuz Azər İsmayıl deyir ki, plansız səyahətlərdə əsas rolu iş yerindən arayış və dolu bank hesabı oynayır.
“Karavanla, maşınla, avtostopla, eyni zamanda, velosipedlə səyahət azərbaycanlılar üçün yeni təcrübədir. Məsələn, karavan kirayələyir və uzunmüddətli səyahət planlayırsan. Belə olanda hansı gün hansı şəhərə, ölkəyə çatacağını istəsən də planlaşdıra bilmirsən. Yoldur, hər şey ola bilər. Odur ki, avtomatik olaraq səfirliyə otel bronu təqdim etmək lüksün olmur. Bundan əlavə, maşınla getdiyin üçün təyyarə bronu da verə bilmirsən. Ancaq üzülmə, yenə də viza almaq mümkündür”.

“KONSUL ONUN ÖLKƏSİNDƏ SƏFİL HƏYATI YAŞAMAYACAĞINDAN VƏ DÖNƏCƏYİNDƏN ƏMİN OLMALIDIR”

Azər İsmayıl deyir ki, uzunmüddətli səyahətlərdə viza almağın qaydaları var. Burada birinci şərt güvənli və yaxşı maaşlı iş yeridir:
“İkincisi də içində yaxşı pul olan bank hesabıdır. Konsul gedib onun ölkəsində səfil həyatı yaşamayacağından və dönəcəyindən əmin olmalıdır. Avtostopla gəzənlər tez-tez plansız səyahətlə bağlı viza müraciəti edirlər. Yaxşı iş yeri və bank hesabı olanda konsul bilir ki, bu adam gedib Avropada səfil-səfil, pulsuz gəzməyəcək. Dövlətə yük olmayacaq. Adamın pulu var, sadəcə avtostop, çadırda qalmaq və s. onun həyat tərzidir. Yaxud yeni nələrsə yaşamaq istəyir”.

“SƏYAHƏT TARİXÇƏSİNİN OLMASI DA ÖNƏMLİDİR”

Azər İsmayıl deyir ki, bu insanların viza almasına kömək edən üçüncü faktor yaxşı səyahət tarixçəsidir:
“Qəşəng səyahət tarixçəsi olan birinə heç bir səfirlik problem yaratmır. Düşünür ki, əvvəl fərqli səyahətlər edib, oteldə qalıb, təyyarə ilə gedib. Yəni imkanı var. Sadəcə bu dəfə başqa cür səyahət etmək istəyir. Avtostop, çadırda qalmaq da səyahət ənənəsinin bir növüdür. Danışıq, etibarlı bank hesabı, yaxşı iş və səyahət keçmişi ilə bunları həll etmək mümkündür”.
Sonda əziz səyahətçilər, yaxşı iş yeri, dolu bank hesabı və rəngarəng səyahət keçmişiniz varsa, qəşəng bir karavan alın (və ya kirayələyin), konkret marşrutu, dönüş bileti olmayan və uzunmüddətli bir səyahət planlayın. Vizanı isə heç dərd etməyin, almaq mümkündür.

Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var

0
Gürcüstan

Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.

Gezmeli.az Azertaca istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.

“Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir”, – deyə Alaverdaşvili vurğulayıb.

Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.

Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır.

Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.

Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

0
Turizm Təlim və Sertifikasiya Mərkəzi

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb. Mərkəz turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün yaradılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək. Mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqdır. Turizmin uzunmüddətli inkişafına töhfə verməkdir.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.

Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.

Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən kurslar keçiriləcək. İştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsini nəzərə alacaq. Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.

Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə təşkil olunacaqdır.

Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin ediləcəkdir.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.