Ev Blog Səhifə 45

Bakı-London-Bakı marşrutu üzrə bilet satışı başladı

0
AZAL

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda, Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi https://www.azal.az/ saytında əldə etmək olar.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=HylsY0m9cEM&feature=youtu.be

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik:

– Referans kliniki laboratoriya mərkəzi;

– Leyla klinikası;

– Memorial klinikası

– Bona Dea xəstəxanası;

– İnci laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– Kaspian Hospital;

– UltraLab.

Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər:

– Sherlock Holmes Pharmacy – https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075

– Walkin Clinic – https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing– London Doctors Clinic – https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/

– Private Harley Street Clinic – https://privateharleystreetclinic.com/products/covid-19-test

Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.

AZAL daha bir ölkəyə reys açır – Uçuş həftədə 1 dəfədir

0
Azərbaycan Hava yolları

İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
Gezmeli.az “BakuPost”a istinadən xəbər verir ki, uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.
Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.⠀
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.⠀
Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

Azərbaycan-Yaponiya əməkdaşlığının perspektivləri müzakirə olunub

0
Azərbaycan- Yaponiya

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya Xarici İşlər nazirinin parlament üzrə müavini, Yaponiya parlamentinin üzvü Şıniçi Nakatani ilə görüşüb.

Yaponiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki dost ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfir G.İsmayılzadə Azərbaycanda hazırkı ictimai-siyasi və iqtisadi vəziyyət, o cümlədən ölkə rəhbərliyi tərəfindən həyat keçirilən geniş islahatlardan danışıb. Qeyri-enerji sektorunun inkişafı, Azərbaycan–Yaponiya münasibətləri haqqında məlumat verib. Diplomat Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus ilə mübarizə istiqamətində görülən işlərdən, ölkəmizdə infeksiyanın kütləvi yayılmasının qarşısının uğurla alınmasından bəhs edib.

Ş.Nakatani verilən məlumatlara görə, minnətdarlığını bildirib, Yaponiyada COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində hökumətin fəaliyyəti haqqında məlumat verib.

Görüşdə Azərbaycan–Yaponiya münasibətlərinin inkişafı, əməkdaşlığımızın bir sıra istiqamətlər üzrə perspektivləri istiqamətində müzakirələr aparılıb. Hər iki tərəf enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Bununla yanaşı, qeyri-enerji sektoru, o cümlədən kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu vurğulanıb.

Söhbət əsnasında nazir müavininə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat da verilib.

Nazir müavini vurğulayıb ki, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində ondan asılı olan addımları bundan sonra da atmaqda davam edəcəkdir.

Bakını dünyaya tanıdan qəsəbə turizm cənnətinə çevrilir

0
Balaxanı

Nefti ilə Azərbaycanı dünyaya tanıdan, yaxın zamanlara qədər isə baxımsız vəziyyətdə olan Balaxanıdan yolunuz düşsə, bəlkə də, gözlərinizə inanmayacaqsınız. 

Gezmeli.az Baku TV-ə istinadən xəbər verir ki, qəsəbə küçələrində həyata keçirilən təmir işlərindən sonra Səfəvilər, Sabir və Dirçəliş küçələri dünyanın məşhur turizm ərazilərinə bənzədilib. 

Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qənbər daşlar döşənir. Yolların səkiləri bərpa olunur, əsrlik yaşı olan binaların fasadları yenilənir. Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdiriləcək. Turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” birgə əməkdaşlıq edəcək.

Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, müxtəlif suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı sahələri üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil olunacaq.

Gürcü nazir: Beynəlxalq turizmlə bağlı koronavirusun idxalı minimal həddə olmalıdır

0
İvane Maçavariani

Gürcüstanın turizmdən əldə etdiyi gəlirin 80 faizi qonşu ölkələrin payına düşür. Ötən il Gürcüstan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən milyondan çox turist qəbul edib. Lakin, Gürcüstan epidemioloji vəziyyətini heç nəyə qurban verə bilməz.

Gezmeli.az Azərtaca istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Maliyyə naziri İvane Maçavariani ölkənin “İmedi” televiziya kanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, risk və potensial gəlirlər, faydalar balanslaşdırılmalıdır. Əks halda, Gürcüstan risklə üz-üzə qala bilər.

“Gürcüstanın ənənəvi turizm bazarlarında pandemiyaya qalib gəlinərsə və nisbətən təhlükəsiz templərə nail olunarsa, yalnız bu halda həmin ölkələrlə sərhədlər açıla bilər”, – deyə Mçavariani vurğulayıb.

Nazir deyib ki, beynəlxalq turizmlə bağlı koronavirusun idxalı minimal həddə olmalıdır.

Pandemiya dövründə turizm şirkətlərinin fəaliyyətini tənzimləyəcək xidmət proseduru hazırlanıb

0
Turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, tövsiyə xarakterli təlimata əsasən, turizm şirkətləri ofislərin giriş qapısında qaydaları əks etdirən məlumat lövhəsi yerləşdirməli, məkana daxil olan vətəndaşlar sanitayzer, qoruyucu maska və tibbi əlcəklərlə təmin edilməli, termometrlə vətəndaşların bədən hərarəti ölçülməlidir. Həmçinin ofis daxilində sosial məsafənin saxlanılmasını əks etdirən işarələr yerləşdirilməlidir. İşçi personalı və vətəndaş arasında sosial məsafə qorunmalı, müştərilərə xidmətin göstərilməsi qoruyucu şüşə arakəsmələr arxasından edilməlidir. Eləcə də şirkət tərəfindən personalın qoruyucu maskalarda və əlcəklərdə olması təmin olunmalıdır.

Bunla yanaşı, turizm agentliyi tərəfindən göstərilən xidmətlərin müqabilində edilən ödənişlərin yalnız POS terminal vasitəsilə həyata keçirilməsi tövsiyə olunur.

Yeni qaydalarla bağlı maarifləndirmə işinin davamı olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məlumatlandırıcı videoçarx da hazırlayıb. Yaxın günlərdə turizm şirkətlərinə göndəriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyətdən irəli gələrək vətəndaşların və işçi personalının sağlamlığının qorunması əsas məsələdir. Turizm şirkətlərinin pandemiya dövründə yeni qaydalara riayət etməklə fəaliyyət göstərmələrini tövsiyə edirik.

“Pandemiya dövründə Azərbaycanın turizm sənayesi” mövzusunda vebinar keçirilib

0
turizm

İyulun 8-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə “Pandemiya dövründə Azərbaycanın turizm sənayesi” mövzusunda vebinar keçirilib. Keçirilmiş vebinarda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxış edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Çağırışlar və Azərbaycan turizminin gələcək perspektivləri” mövzusunda çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm sənayesinin pandemiya dövründə vəziyyəti, ölkədə turizmin 4 mərhələli bərpa planı, sənaye nümayəndələrinə verilən dəstək mexanizmləri, mövcud çarter reysləri və sərnişin daşımaları ilə bağlı tətbiq olunan qaydalar, həmçinin “SAHMAN” proqramı və “Macəra Yaxındadır” daxili turizm kampaniyası kimi təşəbbüslər barəsində məlumat verib.

Vebinarda, həmçinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tovias Bauman, idarə heyətinin sədri Fərid İsayev, “Hyatt Regency Baku” hotelinin baş meneceri Uolter Qaq və “Deutsche Lufthansa AG” şirkətinin satış üzrə baş meneceri Rene Koinzak iştirak edərək, sualları cavablandırıblar.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın iqtisadi sahədə Azərbaycandakı rəsmi nümayəndəliyi kimi 2012-ci ildən fəaliyyət göstərir. Müasir konsaltinq şirkəti rolunu oynayan təşkilat 140-dan artıq üzvünə bazar və biznes araşdırmaları ilə bağlı məlumat verərək dəstək göstərir.

Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhəri Azərbaycanda turizm bərpa oluna bilər

0
turizm

Dünyada pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri də turizm sahəsidir.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin şöbə müdiri Kənan Quluzadə “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə açıqlamasında bildirib ki, pandemiya dövründə turizm sahəsinin dəstəyə ehtiyacı var və Azərbaycanda ölkə rəhbərliyi bununla bağlı artıq göstərişlər verib:

“Struktur baxımından götürsək Azərbaycan turizminin bərpa edlilməsi karantin bitdikdən sonra mümkündür. Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycan turizmi bərpa oluna bilər, yəni yeni turzm mövsümü açıla bilər”.

Onun sözlərinə görə, əslində, turizm sahəsi bundan öncədə bu tipli olmasa da, böhran dövrlərini yaşayıb. Amma hər dəfə özünü bərpa etməyi bacaran sahədir. Cənab Prezidentin də vurğuladığı kimi indiki məqamda turizmə dəstək olmaq lazımdır ki, bu sahə özünü bərpa edib, inkişaf etsin:

“Biz mütəmadi olaraq Azərbaycanda turizmə olan diqqət və qayğı barəsində Dünya Turizm Təşkilatına məlumatlar veririk. Dünya Turizm Təşkilatında çox yaxşı bilirlər ki, Azərbaycanda ölkə rəhbərliyi səviyəsində tuzim sahəsinə diqqət və qayğı var. Xüsusilə də Prezident İlham Əliyev və Mehriban Əliyeva tərəfindən turizmə olan yüksək diqqət Dünya Turizm Təşkilatı tərəfindən yüksək qiymətləndirilir”.

Azərbaycanın turizm imkanları onlayn platformalar vasitəsilə tanıdılır

0
turizm

Azərbaycan Turizm Bürosu Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi fəaliyyətini onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirir. Fəaliyyət çərçivəsində iyun ayı ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 54 onlayn görüş və 17 vebinar təşkil olunub.

Dövlət Turizm Agentliyindən Gezmeli.az bildirilib ki, onlayn görüşlərdə Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Qazaxıstan, Polşa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya və Norveçdən olan turoperatorlar və turizm şirkətləri də qoşulub. Postpandemiya dövründə dünya turizminin yeni inkişaf trendlərindən danışılıb. Turizm sənayesindəki dəyişikliklər mövzusunda müzakirələr aparılıb.

Hədəf bazarlardan olan turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara isə 470-dən çox iştirakçı qatılıb.

Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya kimi regionlardan olan 40-dan çox ölkədən 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.

Turizm brendi üzrə Azərbaycan Brend Mərkəzi platforması yaradılıb

0
turizm

Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və “Azərbaycan: Bir daha bax” konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilir. Bununla yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.

Platforma istifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edir. Həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür.

Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.

Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasına münasibətini bildirib. O bu addımı dizaynerlərin bacarıqlarının inkişaf etdirilməsi baxımından uğurlu addım kimi qiymətləndirib. O qeyd edib ki, “Azərbaycan: Bir daha bax” brendi ideyasının uğur qazanmasının səbəblərindən biri onu dəstəkləyən vizual vasitələrin uğurlu seçimi olub.

Xatırladaq ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası bundan öncədə keçirilib. İlk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayıb. 20-dən çox beynəlxalq mükafata layiq görülüb.