Quam adası, kəşf etmək istəyəcəyiniz gözəl məkandır.
Marian arxipelaqının ən böyük adası olan Quam adasının bütün sahili demək olarki çimərliklərdən ibarətdir. Ritidian, Fay Fay, Tumon və Qan Quam adasının əsas çimərlikləridir və Ritidian çimərliyi ən gözəli hesab edilir.
Quam adası
Qeyd etmək istərdik ki, adanın bir hissəsində ABŞ silahlı qüvvələrinin bazası yerləşmişdir.
Ritidian
— Dünyanın ən dərin Marian çökəkliyi adanın cənub qərbində yerləşir. Maraqlı sual: Dünyanın ən dərin nöqtəsinin adı nədir? — Adamın əsas turistik rayonu Tumon körfəzidir. Buranın necə deyərlər bir suyu Havay adalarının Vaykiki rayonuna bənzəyir. Quam otellərinin ən çoxu Tumon rayonunda yerləşir.
Tumon
Adada tropik iqlim qurşağı müşahidə olunur və il böyü hava 27 – 33 dərəcə temperaturda olur. — Quam adasında olarkən mütləq bunları görməlisiniz: • Yalnız Marian adalarında rastlanan qədim sirli Latte daşları.
• İspaniya meydanı, Quam Azadlıq heykəli və Çamorrca heykəli • Two Lover’s Point baxış meydançası • Quam uğrunda Yapon və Amerika silahlılarının müharibəsi abidəsi • Quam Akvanariumu • Lam Lam təpəsi (kökünün Marian çökəkliyindən başladığını nəzərə alsaq dünyanın ən hündür dağı • Alupanq əyləncə mərkəzi. • Yerli Çamorro xalqının milli rəqsləri ilə şou proqramlar.
Azərbaycanda turizm sektorunun inkişafı, xüsusilə də daxili turizmə marağın artması əhalinin müxtəlif bölgələrə səfərlərinin sayını artırıb. Getdikcə daha çox ölkə vətəndaşı müxtəlif bölgələrin səfalı guşələrində istirahət etməyə üstünlük verirlər. Yerli bölgələrə marağın böyük olduğunu nəzərə alaraq ölkənin ən gözəl 12 kəndini təqdim edirik. Hərçənd qeyd etmək lazımdır ki, Azərbaycanda bu kəndlərdən də gözəl və səfalı kəndlər az deyil.
1. Xoşbulaq kəndi, Daşkəsən
Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əvvəlki adı Xaçbulaq olan kənd müstəqilliyə qədəm qoyduğumuz illərdən sonra Xoşbulaq olaraq dəyişdirilib. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yaylaq mövsümünün başlanması ilə Xoşbulaq kəndinin camaatının gəlirləri artır. Xoşbulaqlılar bu mövsümdə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.
Xoşbulaq kəndi, Daşkəsən
2. Hacıkənd qəsəbəsi, Gəncə
Hacıkənd qəsəbəsi, Gəncə
Zəngin meşə zolaqlarına sahib Hacıkənd qəsəbəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Burada bir çox istirahət düşərgələri var. Ərazidən Kürəkçayın axması buraya gələnlərin istirahəti üçün daha da əlverişli imkan yaradır.
3. Kiş kəndi, Şəki
Kiş kəndi, Şəki
Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində adı Kis kimi çəkilir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi “Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.
4. İlisu kəndi, Qax
İlisu kəndi, Qax
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı var. Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məhşur olanı Beşbulaqdır.
5. Makov kəndi, Zaqatala
Makov kəndi, Zaqatala
Kənddə əsasən avarlar yaşayırlar. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları Makov kəndi ərazisində yerləşən “Forel birliyi”nə baş çəkə bilərlər. “Forel birliyi” 1978-ci ildən fəaliyyət göstərir. Buna “balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə forel balıqları yetişdirilir.
6. Katex, Balakən
Katex, Balakən
Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalərdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
7. Lahıc qəsəbəsi, İsmayıllı
Lahıc qəsəbəsi, İsmayıllı
Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı “Hacılar həyəti” də adlandırırlar.
8. Duruca kəndi, Qəbələ
Duruca kəndi, Qəbələ
Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir.
9. Xınalıq kəndi, Quba
Xınalıq kəndi, Quba
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.
10. Ləzə kəndi, Qusar
Ləzə kəndi, Qusar
Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylaqlarına gələn xarici turistlərin sayı artmaqda davam edir.
11. Xanbulan kəndi, Lənkəran
Xanbulan kəndi, Lənkəran
Kəndin ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Xanbulan gölü isə görənləri heyran edir.
12. İstisu kəndi, Masallı
İstisu kəndi, Masallı
Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır. Payızda təbiətin bütün rənglərini buranın meşələrində görmək olur. İstisu şəlalələri ilə də məşhurdur. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar.
Rusiya Federasiyasından avtomobil yolu ilə Azərbaycana gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunan vətəndaşlar Nabran istirahət zonasındakı turizm mərkəzlərinə yerləşdiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda 6 otel və mehmanxana tipli istirahət mərkəzində 820 nəfər karantindədir. Onlara koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib. Əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər diqqətdə saxlanılır. Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilir.
Karantinə alınanlardan 10 nəfərində yüksək temperatur müşahidə olunduğu üçün həmin vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Sosial izolyasiya tədbirləri ilə əlaqədar xarici ölkələrdən gələn vətəndaşlar 14 gün karantin şəraitində saxlanılır.
Rusiyadan avtomobil yolu ilə gələn bir qrup vətəndaş isə Qubadakı istirahət mərkəzlərində yerləşdirilib. Həkim qrupları gün ərzində fəaliyyət göstərir.
Burada yerləşdirilən şəxslərin 13-də yüksək temperatur müşahidə edildiyindən onlardan lazofaringial yaxma götürülərək Xaçmaz Regionlararası Taun Əleyhinə Dispanserə göndərilib.
Karantinə alınan vətəndaşlarımız üçün istirahət mərkəzində yüksək səviyyədə şərait yaradılıb. Qidalanma, gigiyenik vasitələrlə təchizat və tibbi xidmətlə bağlı hər hansı çətinlik yoxdur. Həmçinin vətəndaşlar TƏBİB tərəfindən bütün zəruri dərman preparatları ilə təchiz edilib.
Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Avstriya hökuməti növbəti məhdudlaşdırıcı addım kimi ölkədəki bütün otellərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober otellərin fəaliyyətinin bərpa olunacağı tarixin hələ bəlli olmadığını ifadə edib. Onun sözlərinə görə, aprelin ortalarında, yəni Pasxa bayramından sonra da otellərin fəaliyyətə başlayacağı real görünmür.
Qeyd edilməlidir ki, Avstriyanın iki federal əyaləti (Tirol və Yuxarı Avstriya) hələ martın ortalarında əyalət ərazisindəki bütün otellərin bağlanması barədə rəsmi qərar qəbul etdilər. Ölkədəki əksər otellər isə həm müştəri azlığına, həm də işçilərin sağlamlığını qorumaq üçün fəaliyyətlərini dayandırmalı oldular. Hökumətin indiki qərarı daha çox reallığa hüquqi status verilməsi xarakteri daşıyır və ölkə üzrə irili-xırdalı 90600 müəssisəni əhatə edir.
Koronavirus pandemiyası Avstriya iqtisadiyyatının mühüm sütunu olan turizm və asudə vaxtın təşkili sahələrinə ağır zərbə vurub. Ötən il ərzində otellərdə 152,7 milyon gecələmənin qeydə alındığını, turizm sektorunda 500 mindən artıq şəxsin çalışdığını və bu sektorun ümumdaxili məhsulun 15,3 faizini (59,2 milyard avro) təşkil etdiyini nəzərə aldıqda, Avstriya iqtisadiyyatının yaxın illərdə durğunluq keçirəcəyi qaçılmaz olacaqdır.
Koronavirus səbəbindən dünyanın turizm sektorunda 75 milyona yaxın iş yeri yox ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Dünya Səyahət və Turizm Şurası (WTTC) Səudiyyə Ərəbistanının G20 ölkələri üçün təşkil etdiyi virtual görüşdə səsləndirib.
Şura G20 ölkələri liderlərini turizm sektorunun xilası naminə qətiyyətli tədbirlər görməyə səsləyib.
WTTC əsasən iri turizm kompaniyalarını – aviasiya və kruiz şirkətlərini, qlobal bron sistemlərini, otel biznesi ilə məşğul olanları, həmçinin kiçik və orta biznesi (turizm operatorları və agentlərini, restoran və digər müəssisələri) xilas etmək üçün vəsait ayrılmasını və səylərin koordinasiyasını xahiş edib. Bu səylər 330 milyondan çox insanın iş yerini qorumağa imkan verərdi.
“İyirmilik” ölkələri liderləri virtual sammitdə pandemiya ilə mübarizəyə və onun iqtisadiyyata, maliyyəyə və sosial sahəyə mənfi təsirlərinin aradan qaldırılması üçün dünya iqtisadiyyatına 5 trilyon dollardan çox vəsait ayırmağı vəd edib.
Romada hara səyahət etmək olar? Bəşəriyyət tarixinin ən böyük sivilizasiyalarından birinin qurulduğu İtaliyanın paytaxtı Roma ziyarət yerləri gəldikdə müxtəliflik baxımından asanlıqla Paris, London və Amsterdamı üstələyə biləcək bir şəhərdir.
Roma Gəziləcək Yerlər Siyahısı
Roma’da gəzib görülməsi vacib olan yerlər:
Kolizey
Roma Forumu
Navona Meydanı
Pantheon
Trevi Çeşmesi (Aşk Çeşmesi)
Aziz Petrus Bazilikası
Vatikan Müzeleri & Sistina Şapeli
İspanyol Pilləkanı
Castel Sant Angelo
Vittorio Emanuele II Abidesi
Santa Maria Maggiore Bazilikası
Palatino Tepesi
Campo de’ Fiori
Villa Borghese
Aziz Petrus Meydanı
Trastevere
Piazza del Popolo
Basilica of St. John Lateran
Borghese qaleriyası
Via del Corso
1. Kolizey
Romada ziyarət ediləcək yerləriniz siyahısının ilk sırasında şöhrəti bütün dünyada yayılan Colosseum-u yaza bilərsiniz. Flavianus Amfiteatrı olaraq da bilinən möhtəşəm bina, məşhur inancına görə, adını girişindəki 30 metr yüksəklikdəki Colossus Neronis heykəlindən götürüb.
Kolizey
İmperatorların 450 il boyunca güclərini xalq üzərində birləşdirmək üçün istifadə etdiyi tarixi quruluş, zəlzələlər səbəbindən yararsız hala gəlsə də, 2007-ci ildə Dünyanın Yeni 7 Möcüzələrindən biri olaraq seçilib.
2. Roma Forumu
Kolizeyin qərbində yerləşən Roma Forumu 1000 il ərzində imperiyanın ticari, siyasi və mədəni mərkəzi kimi istifadə edilib.
Roma Forumu
Romalılar tərəfindən bölgənin ərazisində əsasən Forum Magnum BC. V əsrdən VII əsrə qədər bir çox dini tikililər, abidələr və inzibati binalar inşa edilib.
Septimius Severus Triumphal Arch, Vesta Məbədi və Vesta Virginiyalar Evi, Curia, Kastor və Pollux Məbədi, Titus Triumphal Arch, Vespasianus Məbədi, Saturn Məbədi, 18-20 əsrlər arasında aparılan müxtəlif qazıntılar nəticəsində açılan bu tarixi binalardan ən əhəmiyyətlisidir.
3. Navona Meydanı
Navona Meydanı
Hərəkətli quruluşu ilə Romanın şəhər həyatını izləmək istəyənlər üçün cəlbedici fürsətlər təklif edən Navona Meydanı Papa X. Günahsız M.S.-nin istəyi ilə tikilib. I əsrdə, İmperator Domitian tərəfindən tikilmiş bir stadionun yerində inşa edilib.
4. Pantheon
Pantheon
Memarlığı ilə qonaqlarını valeh edən kilsənin ən möhtəşəm hissəsi, diametri 43 metr və günəş işığının mərkəzə daxil olmasına imkan verən hündürlükdən ibarətdir. Kilsədə padşahlara, sənətkarlara və memarlara aid bir çox qəbir var.
5. Trevi Bulağı (Eşq bulağı)
Romada ziyarət ediləcək yerlər siyahısında Poly Sarayına bitişik və memarlıq baxımından göz qamaşdıran gözəlliyə sahib Trevi Fəvvarə var. Papa XII. Heykəltəraş Nikola Salvi tərəfindən 1732-ci ildə Klementin əmri ilə başlanıb.
Trevi
Memarlıqdan başqa, “Sevgi çeşməsi” adı ilə də tanınan tarixi bir əsər edən başqa bir xüsusiyyət də var. Ortaq bir inanca görə, sağ əli ilə çiyninə su qoyanların istəklərinin qəbul edildiyi güman edilir.
6. Aziz Petrus Bazilikası
Aziz Petrus
Əvvəlcə Basilica di San Pietro adlanan Müqəddəs Peterin Bazilikası, Vatikanın ən möhtəşəm tikililərindən sayılır. Əvvəlcə 349-cu ildə İmperator Konstantinusun göstərişi ilə Müqəddəs Peterin məzarının yerləşdiyi ərazidə bir bazilika qurulub.
7. Vatikan Muzeyləri & Sistina Şapeli
Sistina Şapeli
Papalar topladığı dünyanın ən böyük sənət əsərlərindən biri kimi qiymətləndirilən Vatikan Muzeyinin təməli, 1506-cı ildə Santa Maria Maggiore Bazilikası yaxınlığındakı şərab zirzəmisində Laocoön və Sons heykəlinin tapılması ilə qurulub.
8. İspanyol Nərdivanları
Qarşısındakı meydanda şəhərin yaxınlığındakı İspan səfirliyindən alınan ictimai fəal pilləkənlər, Kral XV-də 1723 ilə 1726 arasında Francesco De Sanctis tərəfindən qurulub.
İspanyol Nərdivanları
Şəhərin ən vacib alış-veriş küçələrindən biri sayılan Via Condotti, meydanın yuxarı hissəsində yerləşən Trinita dei Monti Kilsəsinə və altındakı qayıq dizaynı olan Fontana della Barcaccia-ya asanlıqla daxil olmaq üçün hazırlanan pilləkənlərinin qarşısında yerləşir.
9. Castel Sant Angelo
Bir dəhliz vasitəsilə Vatikan Sarayına bağlanan tarixi bina, imperator Aurelianusun dövründə şəhər divarlarına daxil edilmişdir.
Castel Sant Angelo
Bu gün Museo Nazionale di Castel Sant’Angelo orta əsrlərdə mövcud görünüşünü qazanmış və bir qalaya çevrilən binada fəaliyyət göstərir.
10. Vittorio Emanuele II Abidəsi
Vittorio Emanuele II, şəhərin ən möhtəşəm binalarından biri adını aldığı İtaliya Birləşmiş Krallığının ilk hökmdarı şərəfinə Giuseppe Sacconi tərəfindən 1885-1911-ci illərdə inşa edilmişdir.
Vittorio Emanuele II Abidəsi
Əsl adı Altare della Patria olan abidənin inşası üçün III. Paul Tower də daxil olmaqla bir çox bina dağıdıldı. Dizaynında Neo-Klassik üsluba üstünlük verildiyi binanın damının hər iki tərəfində “Mahşerin Dörd Atisi” adlı iki heykəl var.
11. Santa Maria Maggiore
Santa Maria Maggiore
Müxtəlif memarlıq üslubları ilə uğurla qarışdırılan Santa Maria Maggiore’nin Bazilikası əvvəlcə qədim Pagan məbədi, Papa III ilə əvəz edilib. V əsrdə Sixtusun sifarişi ilə inşa edilib.
12. Palatine Təpəsi
Palatino
Şəhərin ən qədim bölgəsi kimi tanınan Palatino təpəsi Forumdan yalnız 40 metr yüksəklikdə yerləşir. Roma Mifologiyasına görə, imperiyanın qurucuları olan əkiz qardaşlar Romulus və Remus, bu təpədəki bir mağarada bir canavar tərəfindən böyüdülüb.
13. Campo de’ Fiori
Gündə 24 saat fəaliyyət göstərən Campo de ‘Fiori, 1869-cu ildən bəri həftədə 6 gün fəaliyyət göstərən küçə bazarına populyarlığını borcludur.
Campo de’ Fiori
Bazar xaricində vaxt keçirə biləcəyiniz, təzə meyvə və tərəvəz çeşidləri ala biləcəyiniz və yerli adda alış-veriş mədəniyyətini yaşaya biləcəyiniz, adını “Çiçək bağı” olaraq tərcümə edə biləcəyim kokteyl barları, restoranlar və oturma yerləri var.
14. Villa Borghese
Villa Borghese
Yalnız Romanın deyil, eyni zamanda Avropanın da ən böyük şəhər parklarından biri sayılan Villa Borghese, şəhərin xaosundan uzaqlaşmaq istəyənlər üçün ideal bir yerdir.
15. Aziz Petrus Meydanı
Aziz Petrus
Düşünürəm ki, ziyarət ediləcək yerlər siyahısında şəhərin ən böyük 4 bazilik yerindən biri olan Sankt-Peterburqu və Napoleonun məşhur rəssamı, memarı və heykəltəraş Bernini tərəfindən hazırlanmış eyni adlı meydandan bəhs etməməyimiz düzgün olmaz.
16. Trastevere
İçindəki dar küçələri əhatə edən tarixi binaları ilə qonaqlarına orijinal bir atmosfer təqdim edən Trastevere Tiber çayının qərbində yerləşir.
Trastevere
Müqəddəs Məryəmin Bazilikası tarixi yaşayış məntəqəsində ən çox diqqəti cəlb edir. Burada kiçik dükanlarında maraqlı əşyalar tapa bilərsiniz və restoranlarında və barlarında yerli ləzzətlərdən dadına baxa bilərsiniz.
17. Piazza del Popolo
Şəhəri Adriatik sahili və şəhəri ilə birləşdirmək üçün BC. 220-də qurulan Via Flaminiyanın ən vacib hissəsi olan Piazza de Popolo, romanın ən böyük meydanı adını daşıyır.
Piazza del Popolo
Çox böyük bir ərazini əhatə edən və mini qatarın ziyarətçilərə əlavə olunduğu məşhur meydan Via del Corso və Piazzale Flaminio arasında yerləşir. Meydanın şimalında yerləşən eyni adlı qapı, imperiya dövründə şəhərin əsas girişi kimi istifadə edilmişdir.
18. Basilica of St. John Lateran
Basilica of St. John Lateran
Avropanın ən qədim kilsəsi olaraq bilinən St. John Severan, e.ə. 1938-ci ildə Septimus Severus tərəfindən, Roma Yepiskopu Constantine I. M.S.-nin əmri ilə tikilmiş bir qala qalıqları üzərində. IV əsrdə qurulub.
19. Borghese qaleriyası
Eyni adlı təbii möcüzələrin hüdudlarında olan Borghese Qalereyasında toplanmağa başlanan Papa Paul Paulun qardaşı oğlu Cardinal Scipione Borghese’nin böyük bir kolleksiyası var.
Borghese
20. Via del Corso
Via del Corso
Romada ziyarət ediləcək yerlərin son siyahısı zamanı sizə xəbər verəcəyəm Via del Corso, şəhərin tarixi hissəsindəki Porta del Popolodan Kapitolin təpəsinin ətəyində yerləşən Piazza Venezia şəhərinə qədər uzanır.
“Həyata keçirdiyimiz məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edə bilirik. Əgər bu tədbirlər vaxtında görülməsəydi, biz səfərbər olmasaydıq, bütün həkimlər ordusu, təcili yardım xidməti səfərbər olmasaydı, bu gün vəziyyəti idarə edə bilməzdik”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı AzTV-də “Hədəf” verilişində dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda vəziyyət qonşu ölkələrdən fərqlidir:
“Qonşu Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, bizim əhalimiz çoxdur, dünya ilə iqtisadi, turizm əlaqələrimiz genişdir. Ona görə bizim riskimiz o ölkələrdən dəfələrlə artıqdır.
Yoluxma halları artıq daxildən çıxırsa, regionlarda baş verirsə, bu, bizim üçün ciddi həyəcan siqnalıdır. Bizim A, B, C, D, E planlarımız vardı. İstəyirik ki, bütün planlarımızı indidən hazırlayaq ki, heç bir problemlə üzləşməyək, müalicə müəssisələrimizin resursları buna yetsin.
Ən inkişaf etmiş dövlətlərin belə səhiyyəsi COVID-19 qarşısında iflic vəziyyətdə qalıb. Artıq çox ağır vəziyyətdə olanları qəbul etmək istəmirlər, xəstələri çeşidləyiblər. Onları taleyin axarına buraxıblar.
Biz istəmirik ki, heç bir Azərbaycan vətəndaşını taleyin ümidinə buraxaq.
Biz regionlardakı tibb müəssisələrinin resurslarının yetməyəcəyini göz önünə alaraq, indidən tədbirlər görürük”.
Newscenter.az.30.03.2020. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun Nepalın nüfuzlu “New Business Age” və “Karobar Daily” mətbuat dərgilərində müsahibələri dərc olunub.
Müsahibələrdə son dövrlər Azərbaycanın qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən danışılıb. O cümlədən “ASAN xidmət”in fəaliyyətindən bəhs edilib.
Diqqətə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yüksək səviyyəli vətəndaş məmnunluğu əldə olunub. Sosial və texnoloji innovasiyaların, təşəbbüslərin tətbiqi sahəsində ciddi uğurlara nail olunub. Vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatı tərəfindən müvafiq fəaliyyətin nəticəsi olaraq 2 dəfə beynəlxalq mükafata layiq görülüb.
Həmçinin elektron xidmətlərin təşviqi və inkişafı sahəsində görülmüş işlərdən, həyata keçirilən müxtəlif tədbirlərdən bəhs olunub. Ceyhun Salmanov əlverişli startap mühitinin formalaşması və dəstəklənməsi məqsədi ilə Dövlət Agentliyinin tabeliyində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O cümlədən, ABŞ-ın Silikon Vadisindəki Azərbaycan İnnovasiyalar Evi vasitəsilə startap oyunçularının, tech diasporaların innovativ texnoloji fəaliyyətlərinin stimullaşdırılması istiqamətində görüləcək işlərdən bəhs edib.
Müsahibələrdə əlverişli turizm potensialına malik olan Nepalda dövlət xidmətlərinin inkişaf etdirilməsi sahəsinə verilən diqqətin önəmi vurğulanıb. Bu baxımdan “ASAN xidmət”, o cümlədən “ASAN Viza” təcrübəsinin tətbiqi istiqamətindəki yüksək potensial ifadə olunub.
Xatırladaq ki, cari ilin 26-28 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepala səfər edib. Səfər dövlət xidmətlərinin göstərilməsi, elektronlaşma, xidmətlərin inteqrasiyası, elektron hökumət və innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilib. Ikitərəfli əməkdaşlığın bu sahə üzrə daha da dərinləşdirilməsi məqsədi ilə reallaşdırılıb.
“Koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri göz önündədir. Bir il və daha çox belə davam edərsə, dünya iqtisadiyyatı üçün böyük fəsadlar yarana bilər”.
Bu sözləri Yenisabah.az-a iqtisadçı alim Nazim Bəydəmirli koronavirus panemiyasının iqtisadi fəsadlarından danşarkən bildirib.
Onun sözlərinə görə, pandemiyanın iqtisadi fəsadları 1929-1933-cü illərdə ABŞ-da yaşanmış və “Böyük depressiya illəri” kimi xatırlanan böhranla müqayisə oluna bilər. “İlk siqnallar da bunu demyə əsas verir. Məsələn, pandemiya dövründə Sinqapurda Ümumi Daxili Məhsul (ÜDM) 11 faiz, Çində isə şirkətlərin gəlirləri 40 faiz azalıb. Turizm və nəqliyyat kimi sektorlara ciddi ziyan dəyib. Bu üzdən xidmət sektoru və digər sahələr ziyan çəkirlər. Hesab edirəm ki, pandemiyanın qarşısı qısa müddətdə alınmasa, dünyanın qitisadi düzəni pozula və biz çox ciddi məhrumiyyətlərlə üzləşə bilərik”, – deyə iqtisadçı alim vurğulayıb.
Nazim Bəydəmirlinin fikrincə, bundan sonra dünyada qlobal təhlükələrə həssas yanaşılması əsas şərtdir. Xüsusilə böyük dövlətlərin üzərinə məsuliyyət düşür. “Doğrudur, müəyyən qlobal təhlükələrə, məsələn qlobal istiləşməyə qarşı mübarizə aparılır. Amma bu koronavirus pandemiyasına qarşı aparılan mübarizə qədər effektiv deyil. Məncə, artıq dünyanın böyük gücləri bu barədə bir daha düşünməli, bizi təhdid edən problemlərə qarşı birgə, daha effektiv mübarizə aparılmalı, bu mübarizədə insanlıq ön sırada olmalıdır”.
İqtisadçı alimin sözlərinə görə, Azərbaycan pandemiyanın yaratdığı iqtisadi fəsadları minimuma endirmək üçün daxili istehsala xüsusi diqqət yetirməlidir. “Son illər bununla bağlı müəyyən addımlar atılır. Lakin araşdırmalar zamanı bəlli olur ki, bu məsələdə də bəzi qüvvələr məmur sahibkarlığının çiçəklənməsinə üstünlük verir.
Azərbaycan iqtisadiyyatına birinci zərbəni elə məmur sahibkarlığı vurur. Məhz bunun nəticəsidir ki, real sahibkarlar vəsaitlərini xaricə daşımağa məcbur olub. Məmur sahibkarlığının bir fəsadı da Azərbaycan iqtisadiyyatının idxaldan asılılığının artmasıdır. Bu gün istehlak etdiyimiz malların 80 faizi ölkəmizə idxal olunur.
Bu isə daxili istehsalın inkişafını əngəlləyən amildir. Nəzərə almaq lazımdır ki, idxal həm də monopoliyaya rəvac verir. Xüsusilə, Azərbaycanda bu belədir.
Hesab edirəm ki, hökumət bu məsələlərə ciddi diqqət yetirməli, iqtisadiyyatın neft-qazdan, idxaldan asılılığını azaltmaq istiqamətində addımlar atmalı, inhisarşılığı, məmur sahibkarlığını aradan qaldırmalıdır”, -deyə Nazim Bəydəmirli vurğulayıb.
Koronavirus və onun gətirdiyi qadağalar, ölkədə kütləvi tədbirlərin təxirə salınması, turist axınının dayanması və otel restoranların fəaliyyətinin məhdudlaşdırılması bu sahədə çalışan şirkətləri böyük zərərə salıb.
FED.az xəbər verir ki, yerli otel, istirazət mərkəzləri, hətta restoranlar işçilərini ixtisar etməyə, maaşları və digər xərclərini azaltmağa məcbur olub. İş adamları bizneslərini qorumaq və fəaliyyətlərini davam etdirmək üçün hökumətdən dəstək gözləyirlər. Öz növbəsində hökumət turizm sektoru üçün dəstək tədbirləri hazırlayır.
Bu məsələlər, dövlət qurumları və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən onlayn tədbirdə müzakirə edilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sektora dəstək üçün müxtəlif tədbirlər planlaşdırılır. Bunlar kreditlərin vaxtının uzadılması, ana borcun saxlanaraq, faizlərin subsidiyalaşması, və sairdir. «Sahibkarların xeyrinə olan ən yaxşı təcrübələr nəzərdən keçirilir. Ən yaxşı təcrübələr tətbiq ediləcək və yaxşı mühit yaradılacaq. Bütün məsələlər araşdırılıb, çoxsaylı görüşlər keçirilib və onların əsasında bu günkü situsiyanı da nəzərə almaqla ən yaxşı yumşaldıcı təkliflər nəzərə alınacaq. Siz də təkliflərinizi verin»-deyə nazir müavini Sahib Məmmədov nümayəndələrini müzakirəyə dəvət edib.
Tədbirdə çıxış edən Bakıda fəaliyyət göstərən, «inkaminq» turizmlə məşğul olan şirkətlərindən birinin rəhbəri bildirib ki, böhran onları çətin vəziyyətdə yaxalayıb: «Yanvar-fevral ayları gəlirimizin ən az, xərclərin isə maksimum olduğu vaxt idi, çünki həmin vaxt biz sərgilərdə iştiraa edirik. Böyük məbləğdə alacaqlarımız vardı, hamısı qaldı».
«Qarşıdakı 3 ayda təqribən nə qədər zərər gözləyirsiniz?» sulına cavab olaraq şirkət rəhbəri bildirib ki, Təkcə UEFA və «Formula» yarışından yarım milyon dollar gəlir gözləyirmiş: «Amma mart ayı üçün bütün rezervasiyalar təxirə salınıb. Heç bir cərimə tutmadan səfərləri təxirə salmalı olduq. Təkcə UEFA və Formula-1 satışlardan gözlədiyimiz gəlir yarım milyon dollar idi. Hamısı da ixtisar olundu və bu vəziyyət avqustdan tez düzəlməyəcək. Ən pisi də odur ki, vəziyyətin nə vaxt bitəcəyi bilinmir, işlərimizi planlaşdırmaq mümkün deyil».
Şirkət nümaynədəsi bildirib ki, 20-yə yaxın əməkdaşı var və xərcləri ayda 20 min manatdır: «Bunları biz uzun müddət yetişdirmişik, azı iki dil ilən insanlardır və bahalı mütəxəssislərdir. Onlar sektordan getsələr yenidən 2 il keçməlidir ki, onları bu sahəyə qaytaraq».
Şirkət rəhbəri etiraf edib ki, işçilərin real maaşı təqribən 1000 manat ətrafındadır, amma bunun 350 manatı kartla ödənilir: «Sizdən də xahiş edirik ki, əməkdaşlarımızın minimum xərclərinin ödənilməsi üçün onların maaşlarını dövlət ödəsin. Yəni təkcə vergi güzəştləri ilə iş bitməyəcək, maaşlarda da kömək etmək tələb olunur».
Başqa bir şirkət nümayəndəsi turizm şirkətlərinə sərgilərə qatılmaq üçün dəstək verilməsini istəyib. Onun sözlərinə görə, əvvəllər turizm şirkətləri üçün belə güzəştlər olurdu, indi bu yoxdur: «Turizm nazirliyinin vaxtında sərgilərə pulsuz gedirdik. İndi isə istənilən sərgiyə özümüz xərc çəkir, adambaşına min avro xərcləyirik +18%. Azı bir neçə nəfər getməliyik və nəticədə hər sərgidə iştirak bizə
7-8 min manata başa gəlir. Təklif edirəm ki, heç olmasa 2020-21-ci illərdə sərgi məsələsi bizə pulsuz olsun».
Ölkənin cənubunda fəaliyyət göstərən böyük istirahət mərkəzinin rəhbəri bildirib ki, otelin gəlirlərinin 80%-i yayda, qalan 20% ilin digər vaxtlarında olur. Burada il boyu 109 işçi, mövsümün pik vaxtında isə 180 nəfər çalışır. Turist axını dayandığına görə, şirkət rəhbəri işçilərin maaşını öz cibindən ödəməli olub: «Fevralın 20-dən çətinlikləri hiss edirik. Fevralın maaşlarını da müəssisənin deyil, öz hesabımızdan vermişik». Hazırda əməkdaşların 109-u bizim hesabımıza məzuniyyətdədir, yalnız zəruri heyət iş başındadır.
Otel rəhbəri ilk növbədə kommunal xərclərə güzəşt edilməsini istəyib. Onun sözlərinə görə, otel işləməsə də, hər ay kommunal xidmətlərə 12-15 min manat ödənilir: «Bunun böyük hissəsi, 7-8 min manat qaz puludur».
Ölkənin şimalında fəaliyyət göstərən məşhur 5 ulduz otelin rəhbəri isə ayda 500 min manat zərərdə olduqlarını bildirərək dəstək proqramının tezlikdə işə düşməsin xahiş edib. Onun sözlərinə görə, adi vaxtlarda burada 328, pik vaxtı is 525 işçi çalışır: «Martda 250 min manat əmək haqqı verməliyik, gələn aydan biz artıq vəziyyəti bilməliyik ki, nə olacaq və necə olacaq ki, həm işimizi quraq, həm də işçiləri nəzərə alaq».
Otel rəhbəri bildirib ki, bu gün oteldə cəmi 10 otaqda qonaq var: «Əvvəlcədən rezervasiya olunmuşdu, imtina edə bilmərik, amma hər tərəfi dezinfeksiya etmişik. Bu da əlavə xərcdir və 10 otağa görə bütün oteli açıq saxlamışıq, təqribi hesablaima ilə ayda 500 min manat zərərdəyik».
Toplantıda rəsmi şəxslər otelin rəhbərindən otelin karantin üçün istifadəsi variantına münasibət soruşublar, otel rəhbəri etiraz etməyib, bildirib ki, turistlərdən fərqli olaraq xəstələri saxlamaq xərci az olacaq: «Necə deyərlər, onlara steyk verməyəcəyik».
Otel rəhbəri təklif edib ki, dəstək proqramı işə düşəndə turizm şirətlərinin otellərə borcu da nəzərə alınsın: «Sirr deyil ki, bütün otellər turizm şirkətlərinə kredit xətti açırlar. Elə turşirkələr var ki, bizə debitor borcları var və onlar ödənişə çətinlik çəkirlər. Proqram hazırlananda bu da nəzərə alınsa yaxşı olar».
İmişlidə şadlıq sarayı və qonaq evini idarə edən sahibkar bildirib ki, hazırda burada 40-a yaxın həkim yerləşib və otel buna görə ödəniş almır, amma 200-ə yaxın işçinin taleyi naməlumdur: «Həkimlərə təmənnasız xidmət edirik, borcumuzdur. Amma şadlıq sarayı və oteldə 200-ə yaxın işçimiz var. Gündəlik, günəmuzd işləyən də var, belələrini məcbur olub evə buraxmışıq».
Obyektin idarəçisi xatırladıb ki, onar icarə haqqı da ödəyirlər, amma bu məsələni obyektin sahibi ilə həll edəcəklər: «Əsas məsələ işçiləri saxlayıb maaşlarını verməkdir, martın maaşın vermişik, verəcəyik də amma sonrakı aylarda nə olacaq bilmirik, öz büdcəmizlə verə bilməyəcəyik».
Cavabında rəsmilər bildirib ki, işçilərin maaşlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı məsələyə baxılır, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə işçi qrupunda da müzakirə edilir.
Gəncədən olan turizm şirkətinin rəhbəri hələlik heç kimi ixtisar etmədiyini, işçilərin evdən işlədiyini bildirib. İş adamı dəstək olaraq dövlətdən faizsiz kredit verilməsini, ödənişlərin isə 6 aydan sonra başlanmasını istəyib. Sahibkar xatırladıb ki, şirkətin Ukraynada da filialı var və bu ölkədə biznesə dəstək artıq başlayıb: «5 ildir Ukraynada da fəaliyyət göstəririk. Ordakı bəzi turizm dəstəyi ilə bağlı məlumat belədir ki, Ukraynada dövlət DSMF xərcini ödəyir. İcarədarlarda danışıb icarə haqqını minimuma endirirlər, kommunal xərcləri dövlət edir, bir də turizm üçün kredit xətti ayrılıb. Kredit faizsiz verilir, bu gün alıb 6 aydan sonra ödəməyə başlayırsınız».
Qəbələdəki məşhur əyləncə mərkəzinin rəhbəri 125 işçinin olduğunu bildirərək birbaşa soruşub ki, dövlət hansı dəstəyi verəcək. Rəsmilər bildirib ki, hazırda dəstək tədbirlərinin müxtəlif formaları müzakirə olunur. İlk növbədə şəffaf işləyənlərə dəstək veriləcək: «Mart ayı üzrə hesabatlar təhlil olunacaq və bu mexanizmlər ilk növbədə vicdanlı vergi ödəyiciləri, vergini yaxşı ödəyənlərə münasibətdə tətbiq ediləcək. Qanuna dəyişiklik, vergi tətilləri, kredit şərtlərinin yumşaldılması və dövlət satınalmalarında yerli şirkətlərə üstünlüklər müzakirə olunur».
Vergi hesabatlarının gecikməsinə görə cərimələrə gəlincə, rəsmilər bildirib ki, vergilərlə bağlı sanksiyalardan söhbət gedə bilməz.
Bakıdakı böyük əyləncə mərkəzlərindən birin rəhbəri toplantıda elan etdi ki, mərkəzin mindən artıq əməkdaşı var. Hazırda müəssisə tamamilə dayansa da, onların maaşlarının 50%-i ödənilir. Şirkət rəhbəri dəstək üçün həmin vəsaitin dövlət tərəfindən ayrılmasını istədi. Eləcə də mövcud kreditlərin faizlərinin dayandırılmasını və ciddi islahatların aparılmasını təklif edib.
Toplantıda Gəncədə şadlıq sarayı və restoranı idarə edən sahibkar bildirib ki, sonuncu toy martın 15-də olub: «Qalanları təxirə salındı Behlərini də qaytardıq. İndi tam dayanmışıq».
İş adamı bildirib ki, hazırda şadlıq evi və restoran eyni kod altında işləyir. Restoran yalnız saat 15-ə kimi işləyir və vəziyyətdən çıxmaq üçün restoran keyterinq, yeməklərin evə çatdırılması xidmətinə keçib, amma bu o qədər də uğurlu olmayıb: «Bu sistemi işə saldıq ki, mənfəət bir yana, heç olmasa, keyterinqlə işçilərin əmək haqqını və kommunal haqları ödəyək. Amma Gəncədə durğunluq var, adamlar heç çölə çıxmırlar, o da qaldı evə yemək sifariş vermək».
İş adamı bildirdi ki, işçilərin bir hissəsi sabit qəbzlə işləyir və soruşdu ki, fəaliyyət göstərməyən şadlıq evinin işçilərinin ixtisar edilməsi onun qaydaları pozması sayılmayacaq ki? Ona bildirildi ki, əsas diqqət əmək müqaviləsi ilə işləyənlərə yetirilməlidir. Bu gün dövlət müəyyən müddətə, qısa müddətdə dövlətin yanında olan vətəndaşları işsiz qoymayan sahibkarlara dəstək olacaq.
Toplantıda bildirilib ki, hazırda sosial ödəmələrlə bağlı yükün azaldılması da müzakirə edilir, xüsusilə mikro və sabit qəbzlə işləyənlər üçün.
Toplantıya qatılan turizm şirkətinin rəhbəri Oqtay Məmmədov bildirib ki, dövlət dəstəyindən sui istifadə olunmasının qarşısın almaq üçün sadələşdirilmiş vergi ödəyiciəri və mənfəət vergisi ödəyiciləri üçün maliyyə hesabatı forması hazırlanmalıdır: «Bu formada aylıq maliyyə hesabatları tərtib olunsun və vergiyə təqdim olunsun, hamı elektron hesabat versin».
İş adamı bildirib ki, sektorun problemlərini həll etmək üçün faizsiz və girovsuz kredit verilməli və bu vəsaitlər yalnız köçürmə yolu ilə istifadə edilməlidir.