Ev Blog Səhifə 49

Fransanın turizm biznesi aprel ayında azı 10 milyard avro itirəcək

0
Fransa

Fransanın turizm sektoru koronavirus epidemiyası səbəbindən təkcə aprel ayı ərzində minimum 10 milyard avro itirəcək.

AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə “Protourisme” bürosu məlumat yayıb.

Fransalıların aprel ayındakı pasxa tətilləri dövründə otellər və mehmanxanaların gəlirində 4 milyard avro azalma gözlənilir. Qalan 6 milyard avroluq itkilər isə bazarın digər oyunçularının – aviakompaniyaların, nəqliyyat kompaniyalarının, muzeylərin, turizm obyektlərinin, restoranların, turizm agentliklərinin payına düşəcək.

2019-cu ilin aprel və iyun aylarında fransızların 42 faizi məzuniyyətə yollanırdı. Bu, yayda turizm sektorunun ticarət dövriyyəsinin 15 faizini təşkil edirdi. Hazırda bu sahədə 400 min insan işsiz qalıb, 50 min mövsümi iş yeri isə ləğv edilib və ya təxirə salınıb.

Qeyd edək ki, Fransada koronavirus epidemiyası üçüncü mərhələyə qədəm qoyub. Son məlumata əsasən, ölkədə virusa yoluxanların sayı 59 mini keçib, ölənlərin sayı isə 5 min 387 nəfərə çatıb.

Karantin səbəbindən ölkədə kafe, restoran və kinoteatrlar, həmçinin qeyri-ərzaq mağazaları bağlanıb. Martın 17-dən başlayaraq insanların hərəkətinə sərt məhdudiyyətlər tətbiq edilib. Fransa hakimiyyəti izolyasiya rejimini aprelin 15-dək uzadıb. Bununla belə, onun daha da artırılacağı istisna edilmir.


Səyahətə hazırlıq: çantamızda nə götürməli

0
Səyahət

Fikrimcə bir səyahətin əsas hissəsi onu doğru və büdcəli planlamaq bacarığıdırsa, digər vacib hissəsi də səyahət çantasında nələr olmasıdır. “Balkanların Fəthi”turuma bir neçə gün qalmış bu mövzu aktuallaşdığı üçün mən də kiçik bir araşdırma edərək səyahət çantasında “olmazsa olmaz”ların siyahısını hazırladım.

Beləliklə:

1) Passport (mümkünsə vizalı  )

2) Nəqliyyat, aviabiletlər və otellərin (qalınacaq evlərin) rezervasiyalarının çapı. Bu siyahını səfirliyə təqdim edərkən 2 nüsxə çap etməklə sonradan işinizi xeyli azaltmış olarsınız.
3) Səyahət sığortası.

Bu top3-lüyün davamında səyahət çantasında mütləq götürüləsi əşya kimi 4cü sırada powerbankgəlir. Məlum səbəbdən səyahətdə hər kəs daha çox foto-video çəkir, offline xəritələrdən istifadə edir, gündəlik həyatda USB kabeli ilə gəziriksə, səfər zamanı powerbank şərt olur. Hər qiymətə hər keyfiyyətdəpowerbank-larsatılır, Anker firması – məsləhətli olandır. Nə qədər qəribə olsa da, bu dəfəki səfərim zamanı çəkilişləri peşəkar fotoaparat vəGoProilə edəcəyim üçün özümləpowerbank götürməyəcəyəm

Çantanızda səfər zamanı sizə lazım olacaq digər əşyalar isə:

4) Ağrıkəsici və müxtəlif dərmanlar

5) Yara bandı

6) Qeyd dəftərçəsi, qələm.

7) Qulaqcıq, telefonda zövqlü musiqilər

8) Telefon üçün USB şarj kabeli.

9) Gedəcəyiniz ölkədən asılı olaraq və ya – universal travel adapter

10) Diş fırçası

11) Bank kartı (vəya kartları)

12) Fotoaparat, GoPro, onların şarj kabelləri, selfie çubuğu

13) Rahat ayaqqabı. Və bir dənə də rahat sandalet.

14) Daraq, nəm salfet

15) Hamam aksesuarları (qayçı və s.) komplekti

16) Sim kart dəyişməyə iynə (“skripka”)

17) İynə-sap

4-17 siyahısı vaciblik dərəcəsinə görə yox, ümumi olaraq qeyd edilib. Üst və alt paltarlarını, şəxsi gigiyenik vasitələri, gündəlik istifadə edilən əl və üz kremlərini siyahıya yazmadım, onlar təbii olaraq çantada olduqları üçün.

Çantamı yığdıqca əlavələr olarsa bu siyahıya sonradan əlavə edəcəyəm. Siyahıda qeyd etdiklərimdən başqa vacib bildiyiniz hər hansı əşya və ya aksessuar varsa, bildirin 

İngilislərin “qeybət” mədəniyyəti

0
İngilislər

Bu dəfəki yazıda ingilislərlə necə görüşmək, nədən danışmaq, necə sağollaşmaq və “qeybət” mədəniyyətindən yazacağam.

İngilis mədəniyyəti ümumilikdə az toxunuş olan (low touch) mədəniyyətdir. Bizdə məsələn kişilər də görüşəndə bir biri ilə əl sıxır, qohumlar, dostlar isə öpüşüb görüşürlər. Qadınlar isə əksər vaxtlarda hər iki yanaqdan da öpürlər. Bu tək bizdə deyil təbii ki, əksər Avropa ölkələrində də belədir. Əsas da Fransa və İtaliyada. İngiltərədə isə yox.

İngiltərədə kimsə sizinlə salamlaşarkən sadəcə “how do you do?” deyə bilər və ya bir az yaxınsınızsa “you all right?”. Hər iki suala cavab verməyə tələsməyin çünki bu iki sualın da cavabı yoxdur, daha doğrusu cavab sualın özünü olduğu kimi geri qaytarmaqdır.

Yalnız çox yaxın insanlar öz aralarında “How are you?” işlədirlər, həmin halda “I’m fine, thank you” və ya daha ingilis tərzində “Not too bad, thanks” cavabını verə bilərsiniz.

İngilislər ancaq rəsmi görüşlər zamanı əl sıxıb görüşürlər. Ya da birinci dəfə kiminləsə görüşəndə əgər kimsə özünü rəsmi təqdim etmək istəyirsə. Qadınlar arasında öpüşərək görüşmək ənənəsi isə əsasən yüksək təbəqə arasındadır.

İngilislər heç vaxt ilk görüşdə sizə adlarını deyib özlərini təqdim eləmirlər. Eləyənlərə də qəribə baxırlar. Əsasən Amerikalılar özlərini belə təqdim eləyirlər deyə gəlin məsələyə bir Amerikalı qadının gözündən baxaq: “You say your name and they sort of wrinkle their noses, like you’ve told them something a bit too personal and embrassing. What the hell is so private about a person’s name for god’s sake?”

Əksər vaxtlarda elə ola bilər ki, bir ingilislə 5-6 saat bir ortamda olarsınız, danışıb gülərsiniz filan, amma o, ancaq görüşün sonunda sağollaşarkən “Oh, by the way my name is filankes” deyər.

İngilislərdə ad, peşə, iş yeri, yaşayış yeri, ailə vəziyyəti və s. detallar şəxsidir. Kimdənsə hansı işi gördüyünü birbaşa soruşmaq tərbiyəsizlikdir. Nə qədər qazandığını soruşmaq isə yolverilməzdir. Ümumiyyətlə ingilislər şəxsi həyat haqqında yad adamlarla danışmağı xoşlamırlar. Amma illah da ki, kiməsə şəxsi suallar vermək istəyirsinizsə bunun öz qaydaları var.

Dediyim kimi, ingilislər heç nəyi qısa konkret demirlər, dolanbacdan dolandırırlar söhbəti. Məsələn, kiminsə harada işlədiyini bilmək istəyirsinizsə ondan soruşa bilmərsiniz ki, nə işə baxırsan. Niyə? Çünki mədəniyyətsizlikdir. Başqa yollar axtarmaq lazımdır. İngilislər arasında belə bir qayda, yazılmamış oyun var. Adı Guessing name-dir. Oyunun şərtləri belədir: siz hansısa sualın cavabını tapmaq üçün tamam başqa sual verirsiniz, guya ki, hansı sualın cavabını istədiyinizi bildirmirsiniz (Məsələn, qarşıdakının nə iş görməyi). Qarşı tərəf də sizin hansı sualın cavabını axtardığınızı bilir, amma birbaşa demir, ipucları atır sizə. Məsələn, tamam dəxlisiz bir sual verirsiniz ki, “Traffic is a nightmare these days, do you drive to work?”, qarşı tərəf də artıq söhbəti tutur və sizə ipucu verir “Yes, but I work at the hospital, so at least I don’t have to get into the town centre” və s. bu tip cavablar.

Adamın harada işlədiyini biləndən sonra peşə axtarmaq fəsli gəlir. Adam xəstəxanada təmizlikçi də işləyə bilər, tibb bacısı və qardaşı da, həkim də. İngilis mədəniyyətində belə qəbul olunub ki, siz ən yüksək mövqedə olanı deyirsiniz. Məsələn: “Oh, you are a doctor then?” Öz peşəsini demək isə artıq qarşı tərəfə qalır. Bu üsulla insanların harada yaşadığını, nə iş gördüyünü, evli olub olmadıqlarını həmin suallardan verərək öyrənə bilərsiniz.

İkinci bir üsul isə Reciprocal Disclosure Strategy adlanır. Bu oyunun şərtləri dahə sadədir. Siz özünü haqqında bir “sirr” deyirsiniz söz arasına salıb, qarşı tərəf də eyni çəkidə olan bir “sirr”lə cavab verir, siz stavkanı artırdıqca o da artırır. Amma diqqətli olmalısız, birdən birə çox şəxsi bir şey demək də tərbiyəsizlik sayıla bilər.

“Qeybət mədəniyyəti”
İngilislər qeybət eləməyi çox sevən millətdirlər. Son araşdırmalar göstərir ki, ingilislərin söhbətlərinin 3də 2si “kim harada kiminlə nə edir” tipli söhbətlərdən, yəni qeybətdən ibarətdir. Bizdə qeybət ancaq kiminsə həyatı haqqında mənfi müzakirələr sayılır, İngiltərədə isə qeybətlərin təxminən cəmi 5%-i mənfi söhbətlər üzərində qurulub. Qeybət dostlar, tanışlar haqqında da ola bilər, siyasətçilər və şoumenlər haqqında da. Ən populyar qeybət mövzusu isə kraliyyət ailəsinin həyatıdır. İlahi, bircə dəfə görsəni kaşki, ailədən kimin nə geyindiyindən tutmuş kiminlə görüşdüyünə qədər hər şey çox önəmlidir bu millət üçün.

Bu qədər qeybət eləyən millətdə qeybətə normal baxıldığını düşünürsünüz? Təbii ki, yox. Başqalarının şəxsi həyatını müzakirə eləmək və burnunu soxmaq hələ də tərbiyəsizlik sayılır. Hətta ingilis dilində belə adamları ifadə eləmək üçün yaxşı bir söz də var – Nosy Parker. Məşhur yazar George Orwell bu ad haqqında belə yazır: “The most hatefull of all names in an english ear is Nosy Parker”

Sağollaşmaq fəsli isə tamam ayrı bir aləmdir. İngilislərlə sağollaşmaq ən az yarım saat çəkir. “Nice to meet you”lar, “Well, goodbye then”lər, “See you then”lər, “Take care”lər havada uçuşur amma heç cür sağollaşmaq qurtarmaq bilmir ki, bilmir. Tam sağollaşıb qurtarana yaxın qonaqlardan kimsə “You must come round to us next” tərzi bir cümlə ortaya atacaq və bütün bu söhbət bir kruq yenə gedəcək. Odur ki, səbrli olun

Gəzməli yerlər Lyublyana

0
Lyublyana

Lyublyana – Sloveniya’nın paytaxtı olub, əhalisi 280 minə yaxındır. Sava çayının hövzəsində yerləşən bu şəhəri bənzərliyi baxımından “kiçik Praqa” da adlandırırlar.

May ayında edəcəyim Balkan turunda bu şəhərə də gedəcəyim üçün tarixi və görməli yerlərini araşdırdım. Gəldikdən sonra təəsüratlarımı ayrıca yazacağam, indilik isə özüm üçün qeyd etdiyim siyahını sizlərlə də paylaşım.

1) Ljubljana Castle (slovencə Ljubljanski grad) – turistlərin ilk ziyarət etdiyi bu qala şəhərin mərkəzində təpədə yerləşir, XII əsrdə inşa edilib. XVI əsrə kimi müdafiə obyekti kimi, ondan sonra isə həbsxana kimi istifadə edilib. Kompleksin daxilində tarix muzeyi yerləşir, həmçinin şəhərə çox gözəl mənzərə açılan qülləsi var. Funiklyorla gediş qiyməti və qalaya giriş üçün bilet qiyməti 10Avro, tələbələr üçün isə 7 Avrodur.

Ljubljana Castle

2) Presernov Square – şəhərin mərkəzi sayıla biləcək əsas meydan buradır. Meydanın adı Sloveniyalı şair Frans Preşern’in şərəfinə qoyulub, abidəsi də burada yerləşir.

Presernov Square

4) Triple Bridge (slovencə Tromostovje) – bir növ yelpiyə bənzər, fərqli bir konstruksiyaya malik piyada körpüsüdür, içəri şəhər ilə Preşern meydanını birləşdirir.

Triple Bridge

5) Town Hall (slovencə Ljubljanska mestna hisa) – 1484cü ildə bu bina gotik stildə tikilsə də 1717-19cu illərdə barokko stilində rekonstruksiya edilib. Hal-hazırda bina öz birbaşa təyinatı üzrə istifadə edilir.

Town Hall

6) The Fountain of Three Carniolan Rivers (slovencə Vodnjak treh kransjkih rek) – Robba Fontanı (Robb Fountain) adı ilə də bilinir. Müəllifi Françesko Robb olan bu fontan 1751-ci ildə açılıb, əsas simvolu Lyublyana, Sava və Krku çaylarını simvolizə edən 3 su Tanrısıdır.

The Fountain of Three Carniolan Rivers

7) Dragon Bridge (slovencə Zmajski Most). Ümumiyyətlə, əjdahalar bu şəhərin simvollarından biri hesab edilir, bu körpüdə sayı 4 ədəd olsa da, şəhərin müxtəlif digər hissələrində də rast gəlmək olur. Deyilənə görə, əgər bu körpüdə foto çəkdirmədinsə, Lyublyana’nı görmüş hesab edilə bilməzsən.

Dragon Bridge

Dragon Bridge-dən Triple Bridge-yə qədər çayın sahili boyunca xeyli sayda ticarət köşkləri yerləşir ki, suvenirlər, hədiyyəlik əşyaları və s. buradan almaq olar.

8) The Tivoli Park – şəhərin ən böyük və ən məşhur parkıdır. Adətən şəhəri gəzdikdən sonra gəlib dincəlmək üçün yaxşı məkandır.

The Tivoli Park

Lyublyana’da bu qeyd etdiklərimlə yanaşı bir sıra önəmli muzeylər (National Gallery, National Museum of Slovenia) də vardır ki, onları rahat gəzmək üçün 1 gün kifayət etməyəcək. Əgər Lyublyana’da 2-3 və ya çox qalacaqsınızsa, bu məqalədən görüləsi və maraqlı vaxt keçiriləsı məkanlar, festivallar ilə tanış ola bilərsiniz.






Avropada Koronavirus səssizliyi

0
Avropa

Dünyada yayılan koronavirus (COVID-19) hallarının sayı Avropada artmaqda davam edir. İnsanların çölə çıxmaması qadağası tətbiq olunduğu bir çox ölkədə küçə və meydanlar boş qalıb.

Unikal.org məlumat verir ki, Serbiya, Monteneqro, XorvatiyaBosniya Herseqovinada epidemiya ilə mübarizə tədbirləri çərçivəsində insanların çölə çıxmaması qadağası həyata keçirilməyə davam edir. Eyni zamanda insan və nəqliyyat vasitələrinin hərəkəti olan bir çox turizm yerləri də virusla əlaqədar olaraq dayandırılıb.

Qeyd edək ki, bi çox Avropa ölkəsində virusa yoluxma və həyatını itirənlərin sayı gündən-günə artır.

Bir sıra digər Avropa ölkələrində baş verən yoluxmaların və itkilərin sayı belədir:

İsveçrə 18 min 117/505, Rumıniya 2 min 738/94, Danimarka 3 min 355/104, Finlandiya bin 518/17, Estoniya 858/11, Macarıstan 585/21, Slovakiya 426/1, Kosovo 125/1, Şimali Makedoniya 354 / 10, Albaniya 277/16. Bolqarıstan 449/10.

Böyük Giza ehramından insanlara “Evdə qal” mesajı

0
Misir

Misirin Turizm və Hotellər Holdinqi yeni növ koronavirus qurbanları ilə həmrəylik əlaməti olaraq Böyük Giza ehramında – ehramların və sfinksin fonunda gecələr qırımızı rəngə bürünmüş “Evdə qal” mesajı olan işıqlandırma sistemi quraşdırıb.

Gezmeli.az\ AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin Qədim Abidələr və Turizm Nazirliyi yerli sakinlərə və turistlərə səyahətlərini təxirə salmaq və evlərində qalmaqla bağlı çağırış edib. Nazir Xalid Anani qeyd edib ki, ehramların mesajı gələcək günlər naminə insanları öz sağlamlığını qorumağa səsləyir. Böyük Giza ehramının üzərində ingilis və ərəb dillərində sözlər yazılıb. Yazılmış “Evdə qal”, “Özünü qoru” “Bizim təhlükəsizliyimizi qoruyanlara eşq olsun” sözləri bir-birini əvəz edir.

Ehramların ən nəhəngi olan və dünyanın yeddi möcüzəsindən biri hesab edilən Böyük Misir ehramıdır. Həmçinin Xufu ehramı adı ilə də tanınır.

Hindistanın simvolu Tac Mahal

0
Tac Mahal

Dünyanın hər yerindən minlərlə turistin Hindistana axın etdirən möhtəşəm tikili Tac Mahal. Tikintisinə 1631-ildə başlanmış bu minarə Hindistan şahı Cahan xanı tərəfindən yoldaşı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün inşa edilmişdir.

Tac Mahal

Rəvayətə görə Cahan xan hələ 16 yaşındaykən kasıb bir qıza aşıq olub onunla ailə qurur. Onlar 17 il birlikdə ömür sürürlər. Lakin Mumtaz Mahal 14-cü uşağı dünyaya gətirərkən vəfat edir. Cahan xan yoldaşını itirməklə barışa bilmir və sevdiyi xanımın gözəlliyini, onların sevgisini təcəssüm edəcək minarə tikdirmək qərarına gəlir və ən yaxşı memarları cəlb edir. 1631-ci ildə başlanan tikinti 20 il davam edir.

Tac Mahal

Tac Mahal sevgi rəmzi olmaqla yanaşı zərgərlik incisidir. Tikili əsasən zümrüd, müxtəlif növ əqiq və digər dəyərli daşlar, qızıl və gümüş ilə bəzənmişdir. Bunlardan əlavə Tacmahal divarlarını 74 sapfir, 625 almaz, 144 rubin və 97 topaz daşları ilə bəzənmişdir.

Tac Mahal


Ağ mərmərlər inşa edilən Tac Mahal 4 əsrə yaxın yaşına baxmayaraq ona baxanları özünə heyran edir. Türbənin gözəlləşdirən daha bir səbəb türbənin görünüşdə rənginin dəyişməsidir. Yağış zamanı türbə şəffaf görünüşə sahib olur, səhərlər günəş çıxarkən cəhrayı, gün batımında isə qızıl suyuna salınmış kimi parıldayır.
1983-cü ildə Tac Mahal UNESCO-nun Dünya İrsi Siyahısına daxil oldu. Əlavə olaraq, məqbərəm Dünya Yeni Yeddi Möcüzələrinin beynəlxalq siyahısına daxil edilmişdir. Hər il bu gözəl memarlıq incisini bir neçə milyon turist ziyarət edir.

Tac Mahal

İş vaxtı:
Tac Mahal iş günləri Gün çıxandan Gün batımınadək açıq olur.
Cümə günləri əraziyə heç kim buraxılmır

Giriş biletinin qiyməti:
Böyüklər üçün 16 usd
15 yaşadək ziyarətçilər ödənişsizdir




Praqada gəzməli yerlər

0
Praqa

Çexiyanın paytaxtı öz adına səfalı iqliminə, dağ havasına, təbii sərvətlərinə görə sahib olub. Vlatva çayı üzərində yerləşən şəhərə hər il milyonlarla insan axın edir. Heyranedici şəhərə səyahət etmək istəyənlər üçün Praqanın 7 gəzməli-görməli yerlərini təqdim edirik.

1. ÇARLZ KÖRPÜSÜ

ÇARLZ KÖRPÜSÜ

Çarlz körpüsü, bəlkə də, Praqa şəhərinin ən əlamətdar yeridir. Bu körpünün təxminən 700 yaşı var və Praqa qalası ilə Köhnə şəhəri birləşdirən bir keçiddir.

2. KÖHNƏ ŞƏHƏR MEYDANI (OLD TOWN MEYDANI)

OLD TOWN

Köhnə Şəhər Meydanı Praqanın mədəniyyət mərkəzidir və turistlərin gəzintisinə səbəb olur. Old Town Meydanında gözəl barok memarlığından və küçə musiqiçiləri və ifaçıları ilə bir bayram atmosferi uzun müddət sizin yadınızda qalacaq.

3. PRAQA QALASI

PRAQA QALASI


Praqa Qalası ən populyar turistik məkandır və çayın üstündən bir təpənin üstündə yerləşir. Bu gün Çexiya prezidentinin rəsmi iqamətgahıdır.
Bu zərif və füsunkar quruluşa baş çəkmək və heyran olmaq üçün mütləq bu gözəl Qalaya gəlməlisiz.

4. ASTRONOMIK SAAT

ASTRONOMIK SAAT

Astronomik Saat tam olaraq: böyük, mexaniki bir saat adlanır. Hər gün, Astronomik Saatı hərəkətdə izləmək üçün bu saat ətrafında çoxlu sayda turist toplaşır.
1410-cu ildə yaradılan Astronomik Saat dünyanın ən qədim astronomik saatlarından biridir.


5. MÜQƏDDƏS VITUS KATEDRALI

MÜQƏDDƏS VITUS


Müqəddəs Vitus Katedrali Praqa Qalası meydanında yerləşir. Yüz illərlə tikilməyə davam etməyinə baxmayaraq, bu Katedral yalnız 1929-cu ildə tamamlandı.
Bu Katedraldə yüz illərə aid mozaika, məzar və vitraj işlərini tapacaqsınız. Bu şah əsərlər bu Katedrali Praqada dəyərli bir ziyarət ocağına çevirir.
—–
6. VITKOVDAKI MILLI ABIDƏ

VITKOVDAKI MILLI ABIDƏ


Vitkovdakı Milli Abidə, bir gözlü döyüşçü Jan Žižka ilə birlikdə Praqa şəhərini qürurla seyr edən kütləvi tunc heykəli olan bir abidədir. Vitkov təpəsinin üstündəki xatirə binası çexoslovakiyalı legionerlərin şərəfinə qoyulmuşdur.
Çexiyanın mədəni qəhrəmanları haqqında daha geniş bir fikir əldə etmək üçün bu abidəyə gəlin.

7. JOHN LENNON DIVARI

John Lennon Divarı

John Lennon Divarı Beatles’in pərəstişkarları üçün mükəmməl bir ziyarət məkanıdır. Bu məkana baş çəkmədən Praqanı tərk etməyin.
Əsl Beatles tərəfdarısınızsa, gəlib bu divarın bir neçə şəklini çəkməlisiniz və sonra içki üçün yaxınlıqdakı Beatles Cafe-yə keçməlisiniz.





Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb

0
Turizm

Koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır. Yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq

Dünya miqyasında koronavirus (COVİD-19) pandemiyası bir çox iqtisadi sahələrə mənfi təsir göstərmişdir. Bunlar sırasında ən çox ziyan çəkmiş turizm, otelçilik və restoran biznesi sahələri xüsusilə qeyd olunurlar.

Turizm və qonaqpərvərlik (HORECA) sahələri üzləşdikləri iqtisadi-sosial çətinliklər multiplikasiya effekti yaradıb. Sənayedə fəaliyyət göstərən biznes subyektlər arasında habelə nəqliyyat, ekskursiya xidmətləri, əyləncələr, ticarət, suvenirlər və digər əlaqəli sahələrlə zəncirvari neqativ təsirlərə gətirib çıxarıb.

Koronavirus pandemiyasının sahibkarlığa, xüsusilə də kiçik və orta biznes subyektlərinə vurduğu neqativ təsirləri minimuma endirmək lazımdır. Bu məqsədilə dövlət, ictimai qurumlar və özəl sektor nümayəndələri arasında artıq bir sıra real və virtual görüşlər keçirib. Fikir mübadiləsi və müzakirələr aparılıb. Bu barədə Hotellər və Restoranlar Assosiasiyasından məlumat verilib.

Verilən məlumatda aparılan təhlillər və özəl sektoru, o cümlədən turizm və qonaqpərvərlik sahələrində çalışan vətəndaşları dəstəkləyən tədbirlərin realizə edilməsindən danışıb. Müzakirələri nəticəsində əldə edilmiş məlumatlara və təcrübələrə istinadən onlar aşağıdakı kimi təsnif olunub:

–       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əməkhaqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsidir. O cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması;

–       Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmişdir. Şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

–       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

–       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin  kommunal, rabitə və internet xərclərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılmasıdır. O cümlədən dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi;

–       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması;

–       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması;

–       Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar güzəştlər təklif olunub. Eyni zamanda “startup” lar üçün zaminsiz və aşağı faizlə biznes kreditlərin təklif edilib;

–       Gələcəkdə böhranların neqativ təsirlərindən sığortalanmaqdır. O cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondunun yaradılması;

–       Gələcəkdə sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması, nəğsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi, ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümü çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşağı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi.

Dövlət qurumları ilə aparılan müzakirələr zamanı söylənmiş fikirlər və son günlərdə KİV vasitəsilə yayılan xəbərlər onu göstərir ki, koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır. Yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq.

DAİR Hotellər və Restoranlar Assosiasiyası yaranmış vəziyyətdə hamını təmkinli olmağa çağırıb. Korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etmələrinin vacibliyini bildirib. Həmçinin sənayenin bu çətin sınaqlardan tezliklə çıxmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olmağa çağırıb.

Assosiasiyanın İdarə Heyətinin 30 Mart, 2020-ci il tarixində keçirilən növbədən kənar və onlayn iclasında yuxarıda qeyd edilmiş məsələlər bir daha müzakirə edib. O bildirib ki böhrandan sonrakı dövrdə sənayenin daha da sürətlə inkişafına nail olmaq məqsədilə ictimai qurumların və peşəkar birliklərin fəaliyyətinə dəstək olmaqdır. Onun diversifikasiyası istiqamətində işləri və layihələri birgə görməyin olduqca vacibliyi qeyd edilmişdir.

Assosiasiyanın İdarə Heyəti və işçiləri pandemiyanın yayılmasına qarşı mübarizə aparan insanlardan danışıb. Bu gün ön cəbhədə fədakərcasına işləyən həkimlər, hüquq mühafizə orqanlarının işçiləri, karantin üçün istifadə edilmiş otellərin heyəti və bu sahədə əməyi keçən hər kəsin qarşısında baş əydiyini bildirib. Onların qəhrəmanlığının layiqincə fərqləndirilməsini arzulayır. Assosiasiyanın mütəxəssisləri ümid edirlər ki, səhiyyə və elm pandemiyanın öhdəsindən tezliklə gələcək. Turizm və qonaqpərvərlik sənayesi bundan sonra daha da sürətlə inkişafa doğru addımlayacaq.

Korona xaosu: tur-paket alanlar nə etməlidir? – Ekspert

0
turizm

Koronavirus infeksiyasının yayılması ilə ölkələrarası bütün səfərlər dayandırılıb. Bu da ən çox turizm sektoruna təsir edib. Hazırda dünyada əksər prestijli otellər bağlıdır. Lakin koronavirusun hələ geniş yayılmadığı aylarda (yanvar, fevral) müxtəlif şəhərlərdəki otelləri rezerv edən vətəndaşlar da var. Bununla yanaşı, bəzi turizm şirkətləri yay ayları üçün xarici ölkələrə turlar təşkil etməyə davam edir.

Mövzu haqda Axar.az-a danışan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, infeksiyanın dünyada yayılması ilə ən böyük zərər turizm sahəsinə dəyib. O vurğulayıb ki, bu pandemiyanın nə qədər çəkəcəyi məlum deyil və bu da ciddi problem yaradır:

“Çünki heç kəs gələcək üçün nə isə proqnozlaşdıra bilmir. Bəzi tur-şirkətlər pandemiyaya əhəmiyyət vermədən hələ də istirahət zonalarına səfərlər təşkil edirlər. Ancaq bu, bir qədər risklidir, çünki hələ heç kəs infeksiyanın təsirini nə vaxt itirəcəyini bilmir. Ümumdünya Turizm Təşkilatı “səfərlərinizi təxirə salın, ancaq ləğv etməyin” çağırışı ilə çıxış edib. Təbii ki, hər bir şirkət bu çağırışa əməl edə bilmir. Hazırda bütün beynəlxalq turizm əlaqələri pozulub. Bu da zəncirvari problemlər yaradıb. Belə ki, infeksiyanın əlaqələri pozması səbəbindən turizm şirkətləri otellərə, bəzi hallarda isə otellər turizm şirkətlərinə borclu qalıb. Həmçinin aviaşirkətlərin də turizm şirkətlərinə borcu yaranıb. Bu səbəbdən indiki halda yay üçün hansısa xarici səfər, tur rezerv etmək bir qədər risklidir”.

S.Dübəndi qeyd edib ki, əgər təyyarə reysləri açılmasa və tur baş tutmasa, bu zaman turistin ödədiyi vəsait geri qaytarılır. Ancaq turist özü turdan imtina etsə, cərimə olunacaq. Yəni ödədiyi məbləğin bir hissəsi tutulacaq.