Ev Blog Səhifə 51

Hələlik, arzum, xoş gördük, pulum: baş tutmayan səfərlərlə bağlı təskinlik

0
Yay turları

Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir

Gezmeli.az Sputnik-ə istinadən xəbər verir ki koronavirusun yayılmasına görə Azərbaycandan xaricə və əks istiqamətə erkən rezervasiyalar 100 faiz ləğv edilir.

Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Əhməd Qurbanov məlumat verib. O bildirib ki, azərbaycanlılar xarici səyahətlərini təxirə salmağa başlayıblar. Xaricdən Azərbaycana tur paket alanlar da ləğv üçün müraciət edirlər: “Hal-hazırda turizm şirkətləri, otellər erkən rezervasiyaların ləğvi ilə məşğuldurlar. Bizdə olan məlumata görə, bütün erkən rezervasiyalar ləğv edilir. Artıq ləğvetmə 100 faizə çatıb. Turizm şirkətləri və otellər ödənilən vəsaitin geri qaytarılması ilə məşğuldurlar. Koronavirusun yayılması təhlükəsi davam edir. Məlum olduğu kimi, əksər ölkələrlə sərhədlər bağlanıb, uçuşlar, quru və su nəqliyyatı dayandırılıb. Bu vəziyyətin nə vaxtadək davam edəcəyi sual altındadır. Ona görə də hətta avqust ayına olan rezervasiyalar da ləğv edilir. İnsanlar virusa yoluxmadan ehtiyat edərək səyahət planlarını təxirə salırlar”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov da erkən rezervasiyaların ləğv olunduğunu söyləyib. Ekspert deyir ki, turizmin inkişaf etdiyi xarici ölkələrdə hər il qış mövsümündə yay turizminə endirimlər edilirdi: “Bu isə erkən rezervasiyalara marağı artırırdı. Azərbaycandan da xeyli sayda insan bu endirimlərdən yararlanırdı. Virusun yayılmasına görə artıq həmin şəxslər erkən rezervasiyalarını ləğv etdiriblər. Ölkəmizdə isə erkən rezervasiyalar əsasən beynəlxalq idman yarışlarına görə edilirdi. İdman yarışları dayandırıldığından, bizdə də erkən rezervasiyalar artıq ləğv edilir”.

M.Ağakərimovun sözlərinə görə, erkən rezervasiyaların ləğvində ödənilən vəsait fors-major halı olduğundan 100 faiz geri qaytarılır:

“Biri var, zəmanətli rezervasiya, biri də var, zəmanətsiz. Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir. Fors-major halı olmadıqda pul depozitdən çıxılır. Amma indiki hal fors-majordur. Yəni depozitlə erkən rezervasiyalar ləğv olunduqda pul mütləq tam qaytarılmalıdır”. 

M.Ağakərimov deyib ki, müharibə, terror, epidemiyalar fors-major hesab edilir. Beynəlxalq turizm qaydalarında qeyd olunub ki, belə hallarda turistlərin ödənişi cərimə tətbiq olunmadan geri qaytarılır.

Turizm şirkətlərindən verilən məlumata görə, indiyədək tur almış şəxslərin mütləq əksəriyyəti səyahət planlarını təxirə salmağa başlayıb.

Koronavirusa görə qlobal iqtisadi böhran XƏBƏRDARLIĞI

0
Koronavirus

Beynəlxalq Valyuta Fondu (BVF) rəsmən bəyan edir: qlobal iqtisadiyyat tənəzzülə mərhələsinə girir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, təşkilatın rəhbəri Kristalina Qeorqiyevanın sözlərinə görə, böhran bəşəriyyətin 2008-2009-cu illərdə üzləşdiyindən daha pis ola bilər. Buna səbəb artıq bir çox sahəni, xüsusən turizm sənayesini vuran koronavirus pandemiyasıdır.
BVF-nin rəhbəri istisna etmir ki, yaxınlaşan iqtisadi böhran iflas dalğasına və işsiz vətəndaşların sayının kəskin artmasına səbəb ola bilər. Təhlilçilər hər şeydən əvvəl turizm, ticarət və sənaye sahələrinin zərər görəcəyinə diqqət yetirirlər.
Bu arada, G20 ölkələri yeni bir pnevmaniya növü ilə mübarizə və pandemiyanın təsiri ilə mübarizə üçün 5 trilyon dollar ayırmaq barədə razılığa gəliblər.
Ekspertlərin bəziləri ehtimal edir ki, maliyyə dəstəyi bəzi dövlətlərin mərkəzi banklarına da göstərilməlidir.

«İcarə haqqını vermirsənsə, obyekti boşalt» – ENDİRİM EDƏN VƏ ETMƏYƏN OBYEKTLƏR

0
icarə

Azərbaycanda koronavirusdan ən çox mənfi təsirə məruz qalmış sahələr turizm, hotel, iaşə, əyləncə, nəqliyyat və ticarət mərkəzləridir. Sahibkarlıq subyektlərinə müəyyən güzəştlərin edilməsi barədə dövlətin çağırışları oldu.

FED.az hələ də icarə haqqını azaltmayan, sahibkarlara güzəşt etməyən obyekt sahibləri, ticarət mərkəzləri və şirkətlərin olub-olmaması ilə bağlı sorğu keçirib.

Sorğu iştirakçılarının böyük əksəriyyəti çalışdıqları obyektlərin adlarının qeyd etməsələr də, amma şərtlərini yumşaltmayan obyekt sahiblərinin çox olduğunu görmək mümkündür.

«Khalili plaza»nın adını çəkən soğru iştirakçısı Tarlan Qulamov hesab edir ki, adıçəkilən plaza heç bir güzəşt haqqında düşünəcək qədər biznes düşüncəyə malik deyil: «Hətta plazanın 20-21martda dezinfeksiya etmək üçün icarədə olan sirkətlərdən pul istəyirdilər».

Mağazası 28 May Keçid Ticarət Mərkəzində olan sahibkar Gunduz Cahangirovun sözlərinə görə, icarədar heç bir qərara məhəl qoymur:

«Məndən 1500 AZN icarə haqqını tam şəkildə tələb edir. Əgər verməsəm, obyektimi boşalt deyir, hədə-qorxu gəlir. Boşaltdığım halda da biznesimi itirməli olacam. Xahiş edirəm köməklik göstərəsiniz”.

Eyni vəziyyətdə olduğunu deyən Narmin Z. Haciyeva adlı istifadəçi də obyekt sahibi ilə razılaşa bilmədiyini bildirib: « Sumqayıtda işlətdiyim mərkəzin sahibi icarənin 200 manatını keçir, bilə-bilə ki, 2 aydır iş dayanıb. Aprelin 1dək mərkəzi boşaltmağımı tələb edir. Mən də məcburam bütöv mərkəzi bağlayım. Artıq mallarını satışa çıxarmışam. Mağazanın işçiləri də işsiz qalib. Onların içində tək yaşayanlar da, başqa yerdən köməyi olmayanlar da var”.

Sabunçuda paltar satılan bazarda da oxşar vəziyyətin sürdüyünü deyənlər də oldu. Sorğu iştirakçısının sözlərinə görə, bazar bağlansa da, rəhbərlik pul tələb edir: “İşə çıxdınız-çıxmadınız icarə haqqı verecəksiz deyirlər”.

“Ramal” ticarət mərkəzində çalışan sahibkar Nurlana Ceferova da olunan güzəştdən narazılığını gizlətməyib:

“Aylıq 3000 manat icarə haqqı verənlər 2000 manat verəcək. Yəni 10 günlük icarə haqqından keçiblər. Bu güzəşt də oradakı sahibkarların yığılıb rəhbərliyin yanına getməsindən sonra mümkün olub. Deyirlər ki, “mənim də verdiyim yerlər var”. Məgər bu mübarizə 10 günlükdür?”.

Sumqayıtda mağaza işlədən sahibkar da eyni vəziyyətdən şikayətlənib:

“Mağaza sahibi aprelin 1-nə kimi obyekti boşaltmağımı tələb edir. İcarə haqqının yalnız 200 manatını güzəşt edir. Bilir ki, 2 aydır iş dayanıb. Məcburam ki, bütöv mərkəzi bağlayam, işçilər də işsiz qala”.

Sorğuda plazalardakı vəziyyətə haqq qazandıranlar da olub. Adil Abdullayev adlı istifadəçi bildirib ki, plazalar da bir biznes subyektidir, daxilində çalışan şirkətlər kimi onların da öhdəlikləri var: «İlk öncə onların öhdəliklərinə güzəşt olunmalıdır ki, onlar da güzəşt etməyi bacarsınlar. Düşünürəm ki, öz çətinliklərimizi onun bunun üstünə paylamaqla problemin həll etmək mümkün deyil. Birdən elə bilərsiniz plazam var, özüm 11 ildir şəhərdəki plazalardan birində kirayəçiyəm».

Sorğuda iştirak edən bəzi sahibkarlar hesab edir ki, banklar kreditlərin ödəniş müddətini uzatması ilə bağlı qərar qəbul edərsə, daha doğru olardı:

“Sahibkarların əksəriyyətinin banklarda kreditləri var. Qeyri-iş günləri qurtaran kimi, “nə olacaq?” deyə, düşünürlər. Ancaq obyekt sahibləri ilə birbaşa görüşmək imkanımız olduğundan mövcud vəziyyəti anlayışla qarşılayanlar az olmayacaq. Bu banklarda keçərli olacaqmı fəaliyyətə başlayanda”.

Problemi tək bank kreditlərində görməyənlər də var:

“Əsas problem kirayədir. Sahibkar 20 işçi işlədir, 1 milyona yaxın pul qoyur, hələ qazanc etməmiş icarədar götürür. İcarədar görürü ki, qazanc var, kirayəni qaldırır. Sağ olsun, hələ ki, bizim icarədar 70 % endirim edib”.

Hansı mərkəzdə işlədiyini qeyd etməyən başqa bir iştirakçı isə, işlər dayansa da, amma sahibkardan icarə haqqını tələb edən obyekt sahibibnin olduğunu deyib. Onun sözlərinə görə, obyekt sahibi heç bir güzəştə getməyəcəyini bildirib.

Bəzi iş adamları bildirir ki, obyekt sahibləri onlara güzəştə gediblər: «Bizim icarəçi bu aya görə icarə haqqı almaycaq».

Amma güzəştə getməyənlər də var: «Mağazanın sahibi 2000 manat tələb istəyir. 200 manata da mağazaya televizor alacağını deyib. Vermirsənsə də, gedəni saxlamazlar deyir. Artıq bu cür adamla işləməyin yeri yoxdur. Buna görə mağazanı bağlayıb çıxıram. Yəqin ki, 2-3 aya yer taparam. Pərdə satışı ilə məşğul olurdum”.

Sorğu iştirakçıları Bakıdakı «Caspian Plaza» biznes mərkəzinin mövqeyindən də narazı qalıblar. İstifadəçilər qeyd edib ki, kurslar martın 3-dən işləmədiyi halda, Plazanın rəhbərliyi onlardan martın 15-dək olan müddətin pulunu tələb edir. «Caspian Plaza» istifadəçilərdən aprel ayının da icarə haqqının yarısını tələb edib, baxmayaraq ki, şirkətlərin fəaliyyətini nə vaxt bərpa edəcəyi bilinmir.

Sorğuda məlum olub ki, bir qədər əvvəl yanğın hadisəsi baş verən «Euro Home» ticarət məokəzi icarəçilərə endirim edib: «Euro home» endirim edib, amma yenə də ödəməkdə çətinlik çəkirik»- deyə Kamran Recebli bildirir.

Amma sorğuda iştirak edən bəzi istifadəçilər, o cümlədən Ali Bexluli bu dövrlərdə kiçik mağazaların dövriyyəsinin artacağını bildirib: “Qərar kiçik ticarət obyektlərinə aid deyil. Həm də iri ticarət mərkəzləri bağlandığı üçün kiçik mağazalar daha fəal işləməlidir. Belə obyektlərin sahibləri də icarə hesabına dolanır».

Maraqlıdır ki, Oruc Hummetov kimi bəzi obyekt sahibləri də icarəçilərə endirim edilməsini dəstəkləyib.

“Mən də obyekt sahibiyəm, amma həqiqətən də getdim maqazinlərə baxdım, içəri girən yoxdur. Güzəşt etmək, vəziyyətdən çıxmaq şərtdir. Onsuz da sənin obyektin boş qalsa, indi heç kim götürməyəcək”.

Sorğuda bütün bu güzəşt tələblərinə qarşı çıxanlar da olub. Belə ki, Farid Brmzd adlı iştirakçısı deyir ki, «Sahibkar yaxşı qazanan vaxtlarında icarəyə verənə daha çox pul veribmi? Deyibmi ki, ay icarəyə verən, bu ay yaxşı qazancım olub, gəl bu ay çox pul verim?!»

Sorğu iştirakçılarının bəzisi də düşünür ki, icarədar icarədən keçə bilməz:

“Hər kəs özünü düşünür, icarədar da ailəsini obyektdən gələn gəlir hesabına dolandırır. Böyük ticarət mərkəzlərini demirəm, amma dövlət həmin icarədarları düşünməlidir”.

Sahibkarlardan biri isə tək icarə haqqında deyil, eyni zamanda vergi və digər sosial ödənişlərdə güzəştlərin olunmasının vacibliyini qeyd edib:

“Sahibkarlar illərdir vergi və sosiala ödənişlər edirlər. İndi hökumət tərəfindən qərar verilməlidir ki, icarə haqları 2 aylıq yarıya endirilsin, vergi və sosial ödənişlər 2 aylıq dayandırılsın. Hər sahibkara ən azı son 3 ayın ödənişləri qədər məvacib ayrılsın. Yoxsa, sahibkarlığa böyük zərbə olacaq ölkədə işsizlik daha da artacaq, vergi ödəyicilərinin sayı minimuma enəcək, nəticədə iqtisadiyyat zəifləyəcək. Bunu ciddiyə alıb təcili qərar vermək lazımdır”.

COVID-19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

0
Yaxın Şərq

Bəşəriyyətin, o cümlədən Yaxın Şərq və Körfəz ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda ekspertlər bu pandemiyanın fonunda regionda baş verən geosiyasi prosesləri, iqtisadi və siyasi vəziyyəti təhlil edirlər. Ən aktual problem isə sözügedən ölkələrdə yaranan sosial-iqtisadi fəsadlar və onların aradan qaldırılmasıdır.

Regionun ən varlı dövləti olan Səudiyyə Ərəbistanı ciddi iqtisadi problemlərlə üzləşib. “Atlantik Council”in analitik məqaləsində qeyd olunur ki, ötən ilin avqustunda ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra Çinə neft nəqlini gündəlik 2 milyon barelə çatdıran “Aramco” şirkətinin ixracının həcmi 500 min barelə qədər azalıb. Dünya bazarlarında “OPEC+” təşkilatının qiymətlərin tənzimlənməsi üzrə siyasətinin iflasa uğramasından sonra vəziyyət daha da pisləşib. Martın 27-də Səudiyyə Ərəbistanının Energetika Nazirliyi neft-qaz bazarının tarazlığı istiqamətində Rusiya ilə danışıqlar aparıldığı xəbərlərini də təkzib edib. Digər tərəfdən, Ümrə ziyarətinin ləğv edilməsi, qarşıdan gələn Ramazan ayında və Həcc ziyarətində yarana biləcək problemlər də 20 milyondan çox turist qəbul edən Ər-Riyada iqtisadi və sosial sahədə ciddi çətinliklər vəd edir. Bununla yanaşı, martın 26-da keçirilən G20 ölkələri liderlərinin virtual sammitində çıxış edən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz inkişaf etmiş dövlətləri pandemiyaya qarşı mübarizədə səylərini birləşdirməyə və yoxsul ölkələrə yardım etməyə çağırıb.

Körfəz Əməkdaşlıq Şurasının daha bir nüfuzlu üzvü – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də pandemiyanın fəsadları ilə üz-üzə qalıb. Bu ölkənin neft-qaz, turizm sektorları və maliyyə bazarı da iflic vəziyyətə düşüb. Ən başlıcası, oktyabrda açılışı nəzərdə tutulan “Dubai Expo- 2020” sərgisi təxirə salına bilər. Belə ki, hər il 17 milyon turist cəlb edən Əmirliklər sərgidə 20 milyon insanın iştirakını nəzərdə tuturdu. BƏƏ-də əhalinin 90 faizi viza əsasında çalışan əcnəbilərdir. Onların əhəmiyyətli bir hissəsi də öz vətənlərinə qayıdıb. Eyni zamanda, Əbu-Dabi və Dubay əmirliklərinin turizm sektoru da fəaliyyətini tamamilə dayandırıb. Bütün bunlar göstərir ki, cari ildə maliyyə itkiləri astronomik məbləğə çata bilər.

Sosial-iqtisadi fəsadlar Oman, Bəhreyn, Qətər, Küveytdə də hiss olunur. Bu ölkələrin ümumi daxili məhsulunun artmasında, həmçinin iqtisadi inkişaf proqnozlarının yerinə yetirilməsində çox ciddi problemlər gözlənilir. Məsələn, CNBC-nin ekspertləri qeyd edirlər ki, neft ixracının 53 faizini COVID-19 virusunun daha çox yayıldığı ölkələrə həyata keçirən Oman bu il ciddi böhranla qarşılaşacaq.

Pandemiya Yaxın Şərq və Körfəz regionlarında geosiyasi vəziyyətə də təsirsiz ötüşməyəcək. Doğrudur, Yəməndə silahlı münaqişə davam edir. Ümumilikdə Yaxın Şərq və Körfəz ölkələrinin xarici siyasət kursunda sülh və sabitliyə meyillər daha çox sezilir. Yəməndə Hutsi qiyamçılarına qarşı mübarizə aparan ərəb koalisiya qoşunlarının, habelə Şimali Afrika ölkəsi olan Liviyada vətəndaş müharibəsinə cəlb olunmuş tərəflərin də əvvəlki fəallığı hiss olunmur. Martın 28-də isə ABŞ koronavirus pandemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanından özünün qoşun kontingentini çıxaracağını açıqlayıb. Görünən odur ki, pandemiya artıq ötən ilin sonlarında özlərini İranla hərbi-siyasi münaqişənin bir addımlığında hiss edən və Pentaqondan kömək gözləyən ölkələr üçün də bütün problemləri arxa plana keçirib. Vaşinqtonun Küveytdən də qoşun hissələrini geri çağıracağı, NATO koalisiyasının isə İraqdan öz əsgərlərini çıxaracağı istisna edilmir. Artıq bəzi Avropa ölkələri bu istiqamətdə ilk addımlar atırlar.

Koronavirus pandemiyası ilə əlaqədar Körfəz ölkələrinin İranla münasibətlərində də yumşalma hiss olunur. BƏƏ və Qətərin Tehrana tibbi ləvazimatla yardım etmələri, həmçinin “Qatar Airways” aviaşirkətinin İrana göndəriləcək bütün humanitar yükləri təmənnasız daşıyacağı barədə bəyanatı, Küveytin bu ölkəyə 10 milyon dollar məbləğində yardım etməsi Yaxın Şərqin mühüm ölkəsi olan İranla Körfəz ölkələri arasında yumşalmanın əlaməti sayıla bilər. Hazırda Ər-Riyadla Tehran arasında münasibətlərdə də nikbin tendensiya görünməkdədir.

Xarici Əlaqələr üzrə Avropa Şurası və “Atlantik Council”in ekspertləri sözügedən regionlarda formalaşan yeni geosiyasi şəraitin yaxın gələcəkdə dövlətlərarası münasibətlərə də ciddi təsir edəcəyini proqnozlaşdırırlar. Hər halda, bunu koronavirus pandemiyasından sonrakı dövr göstərəcək.

Bəzi otellərdən karantin rejimi üçün istifadə olunur

0
Otel

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Müraciətdə bir çox sənaye nümayəndələrinin hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq Dövlət Turizm Agentliyinin çağırışına müsbət cavab verirlər. Diqqətə çatdırılıb ki, hazırda Bakıda və regionda bir sıra otellər xaricdən qayıdan vətəndaşlarımızın karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Biz karantin rejimində vətəndaşlara xidmət göstərən otellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla kollektivinə təşəkkür edir. Bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin əməkdaşları aidiyyəti dövlət qurumları ilə birlikdə koronavirusla əlaqədar qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücü ilə çalışır. Ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək. Dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq. İnanırıq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdikləri turizm sahəsi bundan sonrakı dövrdə daha sürətlə inkişaf edəcək.

Gücümüz birliyimizdədir və məhz birgə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik.

“Vogue Hotel Nabran” Operativ Qərargahın istifadəsinə verildi

0
Vogue Hotel Nabran

Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə “Vogue Hotel Nabran” dəstək olur. Müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilir.

Trend-in məlumatına görə, hotel müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib.

Qeyd edək ki, koronavirus infeksiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Vogue Hotel Nabran” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

Deputat koronavirusun təsirlərindən danışdı

0
Koronavirus

“Sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir” – Tahir Mirkişili

Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib. Nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır. Verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

Millət vəkili Tahir Mirkişili bildirib ki, hökumətin koronavirusla mübarizə üçün qətiyyətli və vaxtında atılan addımları nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub. İnsanların sağlamlığını qorumaq üçün atılan sosial təcrid tədbirləri təbii olaraq, ölkədə iqtisadi fəaliyyətə də təsir etməkdədir. Bu baxımdan, dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsait ayırıb. Bununla bağlı imzaladığı Sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların dövlət başçısının diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlanılıb. Bu onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcəkdir.

İndiki şəraitdə fiziki və hüquqi şəxslərin, vətəndaşların yaranmış şərait nəticəsində müqavilə öhdəlikləri yerinə yetiriləcək. Digər tərəfdən alternativ, müasir, təmassız xidmətlərin də stimullaşdırılması zəruridir.

Dövlətin də atacağı addımların əsasən bu istiqamətlərdə olacağını düşünürəm. Ölkəmizdə aparılan iqtisadi islahatlar, çevik iqtisadi siyasət bu tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.

Əminəm ki, həyata keçiriləcək tədbirlər nəticəsində iqtisadi subyektlərimiz böhrandan daha az təsirlənəcək.

“Dünya pul içində üzür”- Virusun çökdürdüyü iqtisadiyyat nə vaxt ayağa qalxacaq? – BÖHRAN

0
Koronavirus

Keçən ilin son ayında Çində ortaya çıxan koronavirus pandemiyası dünya iqtisadiyyatını böyük təhlükə ilə üz-üzə qoyub.

Belə ki, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva dünya iqtisadiyyatının artıq resissiyaya (ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması, ÜDM və ÜMM-in səviyyəsinin azalması) qədəm qoyduğunu bildirib. O, vəziyyətin pis olduğunu vurğulayaraq, “Biz artıq 2009-cu ildəki kimi, yaxud daha pis olan resissiyaya daxil olmuşuq”,- deyib.

Maraqlıdır, post-koronavirus dövründə dünya doğrudanmı, böyük iqtisadi böhranla üz-üzə qalacaq?

Cebhe.info-nun bu sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünya artıq resissiya dövründədir, uçuşların və istehsalın dayanması, zavod və fabriklərin işələməməsi, qeyri-ərzaq istehlakının sıfıra düşməsi iqtisadiyyata ciddi fəsadlar yaradacaq:

“Yəni dünya iqtisadi böhranla üz-üzədir. 2008-2009-cu il böhranları maliyyə bazarlarının böhranı idi və o böhranı aradan qaldırmaq daha asandı. Çünki dünya mərkəzi bankları, o cümlədən Amerikada Federal Ehtiyatlar Sistemi bütün dünyada trilyonlarla dollar maliyyə sisteminə dəstək oldu. Çox qısa müddətdə, cəmi 1 il ərzində maliyyə sistemində olan böhran dayandırıldı və yüksəlişə keçdi. Dünya iqtisadiyyatı 1 il ərzində özünə gələ bildi. İndiki böhran maliyyə sektorunun deyil, əksinə indi pul daha çoxdur, obrazlı dildə desək, dünya pul içində üzür. Bütün mərkəzi banklar və dünya ölkələrinin hökumətləri iqtisadiyyata trilyonlarla dollar vəsait buraxırlar. Ancaq indiki dövrdə bu, iqtisadiyyatın real və istehlak sektorunun böhranı olduğu üçün daha uzunmüddətli olacaq və tələbin bərpa olunması daha uzun zaman alacaq”.

Ekspert bildirib ki, ən pisi virus təhlükəsinin nə zaman bitəcəyini bilməməkdir:

“Buna görə də daha ciddi fəsadların olması ehtimalı çox yüksəkdir. Hətta düşünsək ki, ən yaxşı ssenari kimi yay aylarında dünya virusa qalib gələcək, tələbin bərpa olunması, istehsal zəncirlərinin yaradılması, insanların köhnə vərdişlərinə dönməsi, turizm sektorunun canlanması ən azı 1 il alacaq. Bu 1 il ərzində dünya iqtisadiyyatı resissiyada qalmağa davam edəcək. Bu isə insanların kütləvi şəkildə işsiz qalması, gəlir mənbəyindən məhrum olması deməkdir. Yəni bu böhran 2008-2009-cu il böhranından köklü şəkildə fərqlənir”.

İqtisadçılar koronavirusun nəticələri barədə: kim və nə qədər kasıblayacaq?

0
Koronavirus

Koronavirus dünya iqtisadiyyatını böhran həddinə gətirib. Virus artıq dünyaya on milyardlarla dollara başa gəlib və iqtisadçılar bunun yalnız başlanğıc olduğunu deyirlər.

BBC-nin yazdığına görə, Avropa və ABŞ karantininin bağlanmasından, maliyyə və əmtəə bazarlarının çökməsindən əvvəl mütəxəssislər dünyada sərvət artımının yavaşlamasını ehtiyatla proqnozlaşdırmışdılarsa, indi əksəriyyət dünyanın yoxsullaşacağı ilə həmfikirdir.

Koronavirus birjaları çökdürdü: investorlar artıq hər şeyin ötüb keçəcəyinə inanmırlar.

“Dünya maliyyə sisteminin və avrozonanın böhranlarından sonra hazırlanmış antiböhran vasitələri tamamilə fərqli xüsusiyyətli problemlərin öhdəsindən gəlmək üçün nəzərdə tutulmuşdu. Bu dəfə hər şey fərqlidir” deyən iqtisadçılar açıq bir məktubda koronavirusun təkcə Avropa iqtisadiyyatına deyil, eyni zamanda birliyinə də təhlükə yaratdığını xəbərdar edib.

İlkin xərclər səhiyyə sahəsinə yönəldiləcək. Bu sahə harda ki, onsuz da böhran içindədir, olanlar üçün koronavirus xüsusən baha başa gələcək.

Bir qrup iqtisadçı hesab edir ki, Aİ ölkələri aylıq karantinin nəticələrini aradan qaldırmaq üçün il ərzində təxminən 350 milyard dollar xərcləməli olacaqlar.

Dövlət dəstəyi həm karantin səbəbindən qazancını itirmiş insanlar üçün, həm də işçi qüvvəsindən, təchizatçılardan və istehlakçılardan məhrum olmuş şirkətlər üçün lazımdır. Büdcə subsidiyaları, vergidən müvəqqəti azad etmə və nağd kompensasiya şəklində verilə bilər.

Biznes artıq həyəcan təbili çalır və kömək üçün ilk qışqırıqlardan aydın olur ki, bu yalnız qazanc itkisi deyil. Milyonlarla insan işini itirəcək, minlərlə şirkət iflasa uğrayacaq. Hökumətlər çətin bir seçimlə üzləşirlər: indi biznesə dəstək versin, yoxsa bir müddət sonra işsizlərə dayaq dursun – özü də vergi daxilolmalarının zəifləməsi səbəbindən xəzinədə getdikcə pulun daha da azaldığı şəraitdə.

Ön planda turizm və aviasiya dayanır. Ümumdünya Turizm və Səyahət Şurası pandemiyanın bu sənayeni 50 milyon iş yerindən məhrum edə biləcəyini və turizm xidməti bazarını dörd dəfə aşağı salacağı barədə xəbərdar edib.

Təkcə İspaniyada, fevral ayında otellərin dolma dərəcəsi keçən ilə nisbətən 20-30% azalıb. Otellərin fəaliyyəti tam dondurulana qədər Madrid otelləri hər dördüncü, Barselona isə hər beşinci qonağını itirmişdi.

Aviaşirkətlər əvvəlcə Asiyaya, sonra ABŞ-a və Avropayaya sərnişin axınını kəskin azaldı. Onlar epitetlərə fikir vermirlər, mülki aviasiya tarixindəki ən pis böhrandan danışırlar və hökumətlərdən milyardlarla kömək istəyirlər, baxmayaraq ki, əksər uçuş qadağaları hələ qüvvəyə minməmişdir.

Bütün xidmət sektoru təhlükə altındadır: restoranlardan və kinostudiyalardan universitetlərə və taksilərə qədər.

Böyük idman, translyasiya və bilet satışından milyardlarla gəlir itirib. Tələbatın və neft qiymətlərinin düşməsi üzündən hətta neftqaz şirkətləri də dotasiya növbəsinə düzülüblər.

ABŞ-da büdcə yardımı paketi yalnız Konqresin aşağı palatasından keçdi və həcmi sadəcə təxmini məlumdur: təqribən 10 milyard dollardan çox, ancaq prezident Donald Trampın dediyi 50 milyard dollardan az.

AB, təxminən 40 milyard avro ayıracağına söz verir. Ən çox təsirlənən İtaliya 25 milyard avroya qədər maliyyə ayırmağı düşünür. İsveçrə və Cənubi Koreya – hər biri 10 milyard dollar, Misir – 6 milyard dollar. Fransa, Avstraliya, Yeni Zelandiya və Yaponiya xəzinə hesabına iqtisadiyyatı dəstəkləmək üçün “mümkün olan hər şeyi” edəcəklərini vəd edirlər. Çin vergi güzəştləri və güzəştli kreditlər vasitəsilə istehsalın stimullaşdırılması üçün genişmiqyaslı proqrama başlayıb.

“Biz qlobal bir iqtisadiyyatda yaşayırıq, bir-birimizi böyütmək üçün qurulmuşuq. Ancaq qəfildən sağlamlığın qorunması sosial ayrılığı, bölünməyimizi və təcrid olmağımızı tələb etdi. Bu, iqtisadi böyüməni, firavanlığı və maliyyə sabitliyini şərtləndirən hər şeyə ziddir” aparıcı iqtisadçı Mohamed El. -Erian deyir.

Koronavirusun yaranmasından əvvəl iqtisadçılar dünya iqtisadiyyatının 2020-ci ildə təxminən üç faiz artacağını gözləyirdilər. İndi tənəzzül prösesini izləyirlər və yalnız onun müddəti ilə bağlı təxminlərində fərqlənirlər: artıq hər şey pandemiyanın necə inkişaf edəcəyinə bağlıdır.

İlin nəticələrinə görə, iqtisadiyyat böyüməsə, dünya iqtisadiyyatında təxminən 4 trilyon əskiklik yaranacaq. Bu, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ÜDM-dən çoxdur.

Davranış modelləri iqtisadiyyat üçün problemlər vəd edir: bu gün panika ilə insanlar tualet kağızı alırlar, sabah isə gələcəyə və qurumlara inamlarını itirirlər.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı hələ böyümə yolundadır, eyni zamanda Amerikada iqtisadçılar tədricən proqnozlara yenidən baxmağa başlayır.

Çikaqo Universitetinin mart ayında keçirdiyi sorğuda, onların avropalı həmkarlarına nisbətən daha az pessimist olduqları ortaya çıxdı: onların 62 faizi dünyada kütləvi tənəzzül ehtimalını görür, karantin səbəbiylə evlərində təcrid olunmuş avropalı iqtisadçıların isə 82% -i bu cür düşünür.

ABŞ, Çin və Aİ dünyanın iqtisadi fəaliyyətinin üçdə ikisini təşkil etdiyi üçün Avropadakı tənəzzül və Çindəki əhəmiyyətli bir yavaşlama, bütün dünya iqiqtisadiyyatını ləngitmək üçün kifayət edəcək. Buraya xammal ölkələrinə neftin və metalın qiymətinin düşməsi təhlükəsini əlavə etsəniz, ortaya məyusedici mənzərə çıxır.

Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlandı

0
Turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə müraciət edib.

Assosiasiyadan Gezmeli.az– a verilən məlumata görə, müraciətdə deyilir ki, dünya turizm sənayesi COVID-19-un sürətlə yayılması nəticəsində hazırda ağır dönəmini yaşayır. Turizm sahəsində böyük təcrübəyə sahib olan aparıcı ölkələr belə üzləşdikləri problemin öhdəsindən gəlməkdə çətinlik çəkir və bu böhrandan çıxış yolunu tapmaq üçün mümkün vasitələri nəzərdən keçirir.

“Azərbaycan da son illər sürətlə inkişaf edən turizm ölkəsi kimi COVİD 19 virusunun ölkə ərazisində yayılması səbəbindən çətin günlərini yaşayır. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu çətin dönəmdə Azərbaycanın formalaşan turizm sənayesində mühüm yer tutan turizm şirkətlərinin üzləşdikləri problemləri daim diqqətdə saxlayıb və aparıcı turizm şirkətlərinin rəhbərləri ilə daim təmasda olaraq onların problemləri ilə maraqlanıb”, – deyə o bildirib.

R. Hacıyevin sözlərinə görə, mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin COVID-19 səbəbindən üzləşdiyi çətinlikləri aradan qaldırmaq və pandemiya nəticəsində zərər görmüş turizm şirkətlərinin fəaliyyətini stimullaşdırmaq üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim edib.

Təqdim edilən dəstək mexanizmlərinə aşağıdakılar daxildir:

1. 2020-ci ilin 6 ay müddətinə turizm agentliklərində işləyən muzdlu işçilərin minimum əmək haqlarının subsidiyalasdırılması;

2. Vergi ödəyicilərinin 1 il müddətinə (2020-ci il üçün) hər növ vergi öhdəliklərindən azad edilməsi (DSMF, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ,mənfəət vergisi, sadələşdirilmiş, ƏDV, daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi və s.);

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən icarə haqları üzrə ən az 3 aylıq maliyyə dəstəyinin verilməsi (zərurət olarsa, bu dəstəyin işçilərin ixtisar olunmaması şərti il 6 ayadək uzadılması);

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların açıq məkanda (fasad) reklam yayımına görə rüsumdan ən az 1 il müddətinə azad olunması;

5. Zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların mövcud kredit və bank qarantiya öhdəliklərinin minimum 6 ay müddətinə dondurulması;

6. Kredit faizlərinin subsidiyalaşdırılması və kredit zəmanəti alətlərindən də pandemiyanın zərər vurduğu sahələrdə fəal istifadə olunması(girovsuz kreditlərə zəmanətlərin verilməsi, ilin sonunadək komissiyaların ləğv edilməsi, faiz subsidiyasının zəmanətli olmayan kreditlərə də şamil olunması;

7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində kommunal xidmətlərin ödənişinə dair kompensasiyaların ödənilməsi;

8. Yaxın gələcəkdə turizm fondunun yaradılması prosesinin sürətləndirilməsi və turizm biznesinin sığortalanması zərurətinə yenidən baxılması.