Virusla da bağlı Rusiyada pik nöqtə hələ qabaqdadır – hələ də 107 min Rusiya vətəndaşı xaricdən ölkəyə qayıtmağı gözləyir. Əksəriyyəti də virusun çox yayılmış ölkələrdən gəlirlər. Rusiyanın ənənəvi başıpozuqluğu, rusiyalıların intizamsızlığı hələ virusun nə qədər yayıldığını real rəqəmlərlə deməyə imkan vermir. Məncə, Rusiya virusun ən gec yayıldığı, beləliklə də ən gec virusdan qurtulacağı ölkə olacaq. Belə olsa, əgər Avropa və Çin virusa daha tez qalib gəlsələr bir müddət Rusiyanı izolyasiyada saxlayıb o ölkə ilə turist mübadiləsini saxlayacaqlar. Hətta iqtisadi münasibətlər də minimuma endirilə bilər – bunun üzərinə hələ uzun zaman aşağı səviyyədə qalacaq neft-qaz qiymətlərini də gəlsək Rusiyanın vəziyyəti çox ağır olacaq.
Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb
Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyininn mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının turizm sektoruna təsirlərinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm agentliklərinin, Dövlət Məşğulluq Xidmətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında keçirilmiş müzakirələrdə turizmin də koronavirus pandemiyasınının neqativ təsirlərinə məruz qalan sahələrdən olduğu, o cümlədən daxili və xarici turist axınının azalması, əvvəlcədən sifariş verilmiş turların və otel sifarişlərinin ləğv olunması və digər müxtəlif tədbirlərin təxirə salınması səbəbindən sahibkarların itkilərlə üzləşdiyi qeyd edilib. Bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.
Sahibkarlara koronavirus infeksiyasının özəl sektora, o cümlədən turizmə təsiri minimuma endirilməsi üçün görülən işlərdən danışılıb. Nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib. Müvafiq təkliflərin hazırlandığı bildirilib. Sahibkarlarla müzakirələr aparılıb. Özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.
Çində iqtisadiyyatı dirçəltmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq
Çində 2,5 günlük həftəsonu tətilinin tətbiqinə başlanılacaq.
Yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etməkdir. Bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2,5 günlük həftəsonu tətili tətbiq ediləcək.
Ciansu vilayəti hökuməti istehlakın təşviqi məqsədilə plan da hazırlayıb. Bura bəzi turizm məkanlarına biletlərin qiymətində 50 faizlik endirimlərin tətbiqi, habelə müxtəlif təşkilatlar və şirkətlərin öz işçilərinə pulsuz səyahət vauçerləri verməsi də aiddir.
Vilayət hökumətinin açıqlamasında qeyd olunur ki, 2,5 günlük həftəsonu tətili işçilərə qısa müddətə səyahətə getməyə imkan yaradır. Bu da öz növbəsində turizm sektorunda istehlakı stimullaşdıracaqa. Nəticə etibarı ilə iqtisadiyyatın canlanmasına şərait yaradacaq.
Cıcian və Qansu vilayətlərinin rəhbərliyi də 2,5 günlük həftəsonu tətilinin iqtisadiyyatın dirçəlişinə dəstək olacağını düşünür.
Qeyd edək ki, Çin ictimaiyyətində, xüsusən də sosial şəbəkələrdə xeyli vaxtdır 2,5 günlük həftəsonu tətilinin tətbiqi ilə bağlı müzakirələr aparılırdı. COVID-19 infeksiyasının yayılması ölkədəki müəssisələrin, o cümlədən turizm və iaşə obyektlərinin, ticarət mərkəzlərinin böyük əksəriyyətinin bağlanmasına, nəticədə turizm və nəqliyyat da daxil olmaqla bir çox sektorda tənəzzülə səbəb olmuşdu. Son günlər Çində epidemioloji vəziyyətin yaxşılaşmasından yararlanan hökumət müxtəlif addımlarla iqtisadiyyatın dirçəlişinə dəstək verməyə çalışırlar.
Çin Turizm Akademiyasının hesabatına əsasən, ilin ilk rübündə daxili turizm dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70, bütün il üçün isə 20,6 faiz azalmaq qeydə alınacaq.
Çində panda qoruqları turistlər üçün açıq elan edilib
Çinin Çendu şəhərində yerləşən Böyük Pandanın Çoxaldılması üzrə Araşdırma Bazası turistlərin ziyarəti üçün açıq elan olunub.
Dünyada turistlərin pandaları görməsi üçün ən böyük məkanlardan olan Çendu bazası yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar yanvarın 24-dən bəri ziyarət üçün bağlı idi. Çində son günlər virusa yoluxanların sayının azalması və xəstələrin böyük əksəriyyətinin sağalması epidemioloji vəziyyətin tədricən yaxşılaşmasına səbəbə olub. Panda qoruğunun yerləşdiyi Siçuan vilayətinin rəhbərliyi COVID-19 epidemiyası ilə əlaqədar fövqəladə hazırlıq vəziyyətinin səviyyəsini endirib ki, bu da bir çox turizm obyektinin açılmasına imkan yaradıb.
Çendu panda bazasında işçilərin və ziyarətçilərin sağlamlığının qorunması üçün turistlər müvafiq profilaktik və nəzarət tədbirlərinə əməl etməldirlər. Belə ki, turistlər bilet almazdan əvvəl onların COVID-19 xəstəsi olub-olmaması QR kod vasitəsilə elektron məlumat bazasında yoxlanılır və ya onlardan sağlamlıq haqqında arayış tələb olunur. Bundan başqa, kütləvilik olmaması üçün əraziyə buraxılan turistlərin sayı gündəlik 5 min nəfər müəyyən edilib.
Qeyd edək ki, Çendu bazası böyük pandanın çoxaldılması üzrə elmi-tədqiqat və turistik mərkəz olaraq tanınır. Heyvanların süni çoxaldılması üzrə dünyanın ən böyük mərkəzində 2400-ə yaxın bambuk ayısı yetişdirib ki, onların 140-dan çoxu böyük pandadır. Hazırda mərkəzdə 150-dən çox böyük panda saxlanılır.
Pandaların qorunması və nəsli kəsilmiş heyvanlar siyahısına düşməməsi üçün Çin hökuməti elmi mərkəz və qoruqlar yaradıb. Hazırda Çində həmin məqsəd üçün yaradılan 40 qoruq var ki, onların çoxu Siçuan vilayətində yerləşir. Çin qanunlarına görə, pandanı öldürəni ən ağır cəza – ölüm hökmü gözləyir.
Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 800 min manat vəsait toplanıb
26 mart 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. Hazırda fondun hesabında 2020-ci il 26 mart tarixə ümumilikdə 1 milyon 658 min 520 manat vəsait vardır.
AZƏRTAC-ın Naxçıvan bürosu vəsait ödəyən təşkilat və qurumların, eləcə də fiziki şəxslərin siyahısını təqdim edir:
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi 7215 manat
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin kollektivi 3146 manat
Naxçıvan Qızlar Liseyinin kollektivi 4645 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollektivi 2 950 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollektivi 3955 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi 35332 manat
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) kollektivi 1865 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi 7712 manat
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi 7333 manat
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbinin kollektivi 793 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi 2421 manat
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin kollektivi 888 manat
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Turizm İnformasiya Mərkəzinin kollektivi 288 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin kollektivi 2505 manat
Naxçıvan Şəhər Peşə Liseyinin kollektivi 648 manat
“Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsin kollektivi 1361 manat
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin kollektivi 1913 manat
Qızıl Aypara Komitəsinin kollektivi 767 manat
Hesablama Palatasının Naxçıvan Muxtar Respublika İdarəsinin kollektivi 3640 manat
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin kollektivi 772 manat
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivi 2763 manat
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivi 1477 manat
Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi 2525 manat
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi 23464 manat
Heydər Əliyev adına tam orta məktəbin kollektivi 6905 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin kollektivi 12657 manat
Naxçıvan Dövlət Film Fondunun kollektivi 484 manat
Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin kollektivi 585 manat
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının kollektivi 917 manat
Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin kollektivi 538 manat
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin kollektivi 185 manat
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi 10985 manat
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi 12543 manat
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin kollektivi 2408 manat
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 1823 manat
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun kollektivi 472 manat
Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin kollektivi 2000 manat
Məmmədov Ziyafəddin Məcid oğlu 5000 manat
Bəyalı Kiçik Müəssisəsi 5000 manat
“Biznes İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 400 manat
Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri İctimai Birliyinin kollektivi 220 manat
Qasımov Adil Müseyib oğlu 10000 manat
Araz-3 Məhdud Məsuliyyətli Cəmiyyəti 1045 manat
“Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 702 manat
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 2266 manat
“Şərq Qapısı” qəzeti redaksiyasının kollektivi 1114 manat
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin kollektivi 3500 manat
Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun kollektivi 2000 manat
“Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti 6000 manat
Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi 55707 manat
Qasımov Hüseyn Əhəd oğlu 10 min manat
“Danyeri” AVM 10 min manat
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 389 manat
“Nur Qida” Məhdud Məsuliyyətli Cəmiyyəti 4000 manat
Həşimov Ələsgər Nəsir oğlu 200 manat
Babayev Mehdi Həsən oğlu 500 manat
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əlizadə Əli Fikrət oğlu 2000 manat
“Almalı Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti 500 manat
Şahbuz Rayon İcra Hakimiyyətinin kollektivi 13000 manat
“Şahənşah” Məhdud Məsuliyyətli Cəmiyyəti 10000 manat
“Aki Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyəti 40000 manat
Əhmədova Aytac İlyas qızı 250 manat
Məmmədova Günel İntizam qızı 200 manat
Niyazi Palaslıoğlu 1000 manat
Serkan Özer 2000 manat
Mücahit Ucar 5000 manat
Emin Ucar 10000 manat
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş Konsulluğunun kollektivi 2000 manat
Eyyubov Teymur Tərlan oğlu 350 manat
Ağayev Elşən Akif oğlu 25 manat
Talıbov Ümüd Sabir oğlu 25 manat
Məmmədov Fail Məcid oğlu 5 manat
Əliyev Aqil Etibar oğlu 10 manat
Ələsgərov Vüqar Maksim oğlu 1 manat
Mirzəyev Elşən Həsən oğlu 500 manat
Abdullayev Abdulla Süleyman oğlu 2000 manat
Quliyev İmran Şaban oğlu 1 manat
Xudizadə Seymur Sabir oğlu 1 manat
Əsədullayev Anar Mircəlal oğlu 500 manat
Tarverdiyev Rəşad Əli oğlu 50 manat
Naxçıvan Şəhər Baytarlıq İdarəsinin kollektivi 575 manat
Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının kollektivi 580 manat