Ev Blog Səhifə 7

Qeyri-adi tur: Pul müqabilində həbsdə yatırlar – FOTO

0
Şepton-Mollet

İngiltərənin Somerset qraflığında qədim “Şepton-Mollet” həbsxanasında bir gün müddətinə məhkum olmaq və həbsxana həyatı ilə tanış olmaq təklif edilir. Belə “zövq” 49 funt sterlinqə (təxminən 108 AZN) başa gəlir.

Şepton-Mollet

Bu barədə “The Sun” xəbər verib.

Turda məhkumun həyatı ilə əlaqəli təcrübələr təqdim edilir. İştirakçılara müvafiq menyu təqdim olunur, səhər yeməyində mütləq yulaf əzməsi verilir. Bir nəfərlik kamerada gecə qalmaq da planın tərkib hissəsidir.

Şepton-Mollet

“Şepton Mollet” – əvvəllər Krey əkizləri kimi təhlükəli cinayətkarların saxlanıldığı ən məşhur həbsxanalardan biridir. İlk məhbuslar 1626-cı ildə bura gətirilib. O vaxtdan 1945-ci ilə kimi sözügedən həbsxanada bir çox edamlar həyata keçirilib.

Şepton-Mollet

“Şepton Mollet” 2013-cü ildən etibarən turizm məqsədiylə istifadə olunur.

“Azərbaycan Hava Yolları” QSC-nin MƏLUMATI

0
Azərbaycan Hava Yolları

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir. Bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəlarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir: “Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”.

Azərbaycan Turizm Bürosu Ermənistanın Azərbaycana növbəti təcavüzü ilə bağlı xarici tərəfdaşlara müraciət ünvanlayıb

0
Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm Bürosu beynəlxalq turizm tərəfdaşlarına Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzü və Dağlıq Qarabağ konflikti ilə bağlı məlumat xarakterli müraciət ünvanlayıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, müraciət cəbhə xəttində əks-hücum əməliyyatları keçirildiyi müddətdə xarici tərəfdaşların düzgün məlumatlandırılması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məqsədini daşıyır.
Müraciətdə qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzunmüddətli münaqişələrindən biri olaraq 30 ildən çoxdur davam edir. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları və etnik təmizləmə siyasəti ilə başlayan münaqişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələndi.
İşğal nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı öz doğma evlərini tərk etmək məcburiyyətində qalaraq məcburi köçkün və qaçqına çevrildi. Minlərlə insan öldürüldü, yaralandı, şikəst oldu.
Beynəlxalq hüquq normalarına əsasən Azərbaycan əraziləri Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiq edən, eləcə də erməni hərbi qüvvələrinin dərhal və tam olaraq işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə (822, 853, 874 və 884) qəbul edib.
Bir çox beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin zəruriliyi ilə bağlı sənədlər qəbul edilib.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması haqqında atəşkəs müqaviləsi imzalanıb. Münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesi başlanılıb. Təəssüf ki, son 30 il ərzində məsələnin həlli ilə bağlı razılıq əldə olunmayıb və mütəmadi olaraq atəşkəs rejimi pozulub.
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması ilə Azərbaycan tərəfi əks hücum əməliyyatına başlayıb.
Hazırda davam edən silahlı qarşıdurma turizm bölgələrindən və turizm dəhlizlərindən kənarda baş verməkdədir. Silahlı toqquşmalar nəticəsində ölkənin turizm infrastrukturuna heç bir ziyan dəyməyib.
Bütün bu illər ərzində Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, ölkə turizminin inkişaf etdirilməsini uğurla həyata keçirərək dünya turizmində Azərbaycanın yeni turizm destinasiyası kimi tanıdılmasına nail olub.
Ümidvarıq ki, yaxın zamanlarda hərbi münaqişə öz həllini tapacaq və Azərbaycan yenidən turistlərin üz tutduğu populyar istiqamətlərdən birinə çevriləcək.

ATAA: Dövlətimizin atdığı addımları dəstəkləyir və xalqımızın yanında olduğumuzu bildiririk

0

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası hazırkı durumla bağlı bəyənat yayıb.

Gezmeli.az bəyənatı olduğu kimi oxucularına təqdim edir.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad edilməsi istiqamətində dövlətimizin atdığı addımları dəstəkləyir və xalqımızın yanında olduğumuzu bildiririk.

Münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll ediləcəyinə və bölgədə sülh və sabitliyin bərpa olacağına inanırıq.

Ulu Tanrı vətənimizi və xalqımızı qorusun!”

Hava Limanımızda yeni dezinfeksiya avadanlığı sərnişinlərin istifadəsinə verilib

0
Hava limanı

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yeni quraşdırılmış baqajın dezinfeksiya avadanlığı sərnişinlərin istifadəsinə verilib.

Gezmeli.az hava limanına istinadən xəbər verir ki, uçuşdan əvvəl və sonra sərnişinlərin baqajları yoxlanılır. Xüsusi ultrabənövşəyi şüalarla təchiz edilən avadanlıqlardan istifadə edilir bu vasitə ilə dezinfeksiya olunur.

Sizi Kubaya aparacaq viza – Kuba turist vizası

0
Kuba
   Dünyada həm idarəetmə sisteminin fərqliliyinə görə, həm də Atlantik okeanda özünə yer tapmış və turizm üçün ideal hesab olunan coğrafiyası ilə tanınan Kuba. Bu ölkədə keçirəcəyiniz bir həftə sizə geridə qoyduğunuz bütün səyahətlərinizdən daha fərqli hislər yaşada və səfərinizi unudulmaz edə bilər. Bu unikal adaya getməyin yolu isə sadə bir turist vizasından keçir. Kuba turist vizası haqda ətraflı məlumatı bu məqalədən əldə edə bilərsiniz.

   Kuba Viza Növləri

   Kubaya planladığınız səyahətinizi Kuba turist vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.
   Qeyd edək ki, Kuba turist vizası əksər hallarda müraciətçilərə 30 günlük müddətə və təkgirişli olaraq verilir.

   Kuba Vizası Müraciəti üçün Sənədlər Toplusu

   Kuba vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
2 ədəd 3×4 ölçüdə, ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
İngilis dilində doldurulmuş ərizə forması
Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

   Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

   Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Kubada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

   Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti yetərlidir) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

   Qeyd edək ki, VÖEN və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

   Viza Proseduru

   Azərbaycan vətəndaşları Kuba vizası üçün Kubanın Bakıdakı səfirliyinə müraciət etməlidirlər. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

   Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 09:00 – 12:00 / 13:00 – 16:00 aralığında (səhər saatlarında əlaqə saxlamaq məsləhətdir) Kuba səfirliyinin telefon nömrələri ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüşlər, adətən, səhər saatlarına (təqribən, 09:30-10:00-a) təyin olunur. 

   Viza, adətən, viza etiketinin pasporta yapışdırılma tarixindən etibarən 2 ay etibarlı olur.  

   Viza rüsumu 55 EUR-dur. Kuba səfirliyi müraciətçinin şəxsi iştirakını tələb etmir. Müraciətçinin əvəzindən onun təyin etdiyi hər hansı bir şəxs sənədləri təqdim edə bilər. Lakin, bu halda müraciətçi viza rüsumuna əlavə olaraq 25 EUR (ümumi 80 EUR) ödəniş etməlidir. Konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir. 

   Sənədlərlər bağlı hər şey qaydasında olduğu təqdirdə nəticə, adətən, 1-2 iş gününə bəlli olur. 

   Kuba Vizası Alma Ehtimalı

   Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Kubada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Kuba vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Kuba səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Kuba vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Suqovuşanın azadlığa qovuşması xəbəri Ankarada böyük coşqu ilə qarşılanıb

0
Suqovuşan

Ankarada Qarabağın işğaldan azadlığı naminə haqq mübarizəsi aparan Azərbaycan Ordusuna dəstək və xalqımızla həmrəylik məqsədilə konserti keçirilib. Şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Ağdərə rayonunun Suqovuşan bölgəsinin işğaldan azad olunması xəbəri tədbirdə böyük izdiham yaradıb.

AZƏRTAC xəbər verir ki, tədbir ərzində “Bir millət, iki dövlət!” şüarı ilə başlanan birlik və həmrəylik çağırışları səslənib.

“Türkiyə-Azərbaycan dostluq konserti” adlandırılan bədii proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Xalq Çalğı alətləri ansambllı tərəfindən birgə təşkil olunub. Təşkilatçı ansamblın bədii rəhbəri Cem Gurdal bildirib ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyinə töhfə vermək, Azərbaycanın müzəffər Ordusunu alqışlamaq və uğurlar diləməkdir.

Azərbaycanın Xalq artisti, türk dünyasının sevimli müğənnisi Azərinin ifasında zəfər mahnıları ifa olunub. Azərbaycan-Türkiyə qardaşlığına, müzəffər Ordumuzun qalibiyyətinə dair şüarlar səslənib. Konsertdə Azərbaycan və Türkiyə başda olmaqla digər türk xalqlarının da mahnıları, rəqsləri ifa olunub.

Rəsmi şəxslər, diplomatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri tədbir iştirakçılar arasında yer alıblar.

Səyyahların ən çox yol verdiyi 10 səhv

0
səyyah

1. Səyahəti lap xırdalıqlarına kimi planlaşdırmaq


Bütün işlər kimi, səyahəti də planlaşdırmaq əlbəttə ki, lazımdır. Amma burada bütün xırdalıqları nəzərə alıb, hər addımı əvvələdən yazmaq, əsində, yeni hisslər gətirməli oan səyahəti protokola çevirə bilər. Belə etsəniz səyahətə çıxmazdan əvvəl daha çox zövq alacaqsınız, nəinki səyahətin özündə. Səyahətin ləzzəti isə buradakı yeniliklər, bilmədiyiniz sürprizlərdir. Ona görə də planlaşdırmada o qədər də dərinə getməyin.

2. Ölkədən böyük gözləntilərinizin olması


Əsas odur ki, internetdə gördüyünüz hər şeyi reallıq saymayasınız. Hər şey orada göstərilən kimi deyil. Bunu əvvəlcədən qəbul etsəniz səyahət zamanı dilxor olmayacaqsınız. Çünki əgər internetdə ağ qumları olan əla çimərlik görürsünüzsə, bilin ki, bu şəkilin görünməyən tərəfləri də var.

3. Banka səyahətiniz barədə məlumat verməmək


Təsəvvür edin, xaricdəsiniz, kartınızda pul var, amma onu çıxara bilmirsiniz, çünki bank onu bloklayıb — bundan pis vəziyyət fikirləşmək olmazdı. Ona görə də həmişə telefonunuzun balansında bir az pul saxlayın ki, banka xəbər verib problemi həll edəsiniz. Kartın üstündə zəng etmək və sms göndərmək üçün telefonlar göstərilib. Amma ən yaxşısı odur ki, belə vəziyyətə düşməmək üçün – əvvəlcədən bankı xaricə getməyiniz barədə xəbərdar edəsiniz.

4. Sənədləri hazırlamamaq


Aeroportun girişində, registrasyada, pasport kontrolunda və sair yoxlama yerlərində, bilet, pasport, elektron viza, hotel bronu vıə sair vacib sənədlər üstünüzdə olmalıdır. Həm çap olunmuş, həm də planşet və telefonda baxıla bilən elektron formada. Hərçənd aeroport işçiləri bildirir ki, kağızda olan sənədlərə daha rahat baxmaq olur, ona görə də çap variantını nəzərdən qaçırmayın. Eləcə də pasportun üzünü də çıxarmaq lazımdır ki, pasportu itməmək üçün hoteldə saxlayanda lazım olan vaxt (məsələn polis sizdən pasport istəyəndə) onun göstəriciləri əlinizin altında olsun.



5. Çemodanları artıq əşyalarla doldurmaq


Bütün yeni səyahətçilərin problemidir. Belə çemodanla səyahət etmək fiziki cəhətdən də çətindir – ağır əşyanı bütün səyahət boyunca daşımalı, qaldırmalı, düşürtməlisən. Üstəlik artıq çəkiyə görə ödəniş də tələb olunur. Ona görə də özünüzlə yalnız ən vacib əşyaları götürmək lazımdır.


6. Şəbəkəyə qoşulmaq üçün universal adapter götürməmək

Təsəvvür etmək belə çətindir ki, adaptersiz xaricdə nə edərik. Əvvəllər bu ehtiyac yalnız noutbukla səfər edənlərə aid idi – yəni adapter hamıya lazım olmur. İndi isə üstümüzdəki telefon və smartfonlar enerjini fasiləsiz olaraq «yeməklə» məşğuldur. Xaricdə isə həm şəbəkələr fərqlidir, həm də onlara giriş. Bəzən gərginliklərdəki ərqlər aparatın xarab olmasına səbəb olur. Ona görə də, problem yaranmaması üçün universal adapter götürmək lazımdır.

7. Maye və qayçıları əl yükündə daşımaq


Birdəfəlik yadda saxlayın, bu əşyaları onsuz da təyyarəyə buraxmayacaqlar. Ona görə də əsas yükünüzü yük yerinə verməzdən əvvəl əl yükündəki kəsici alətləri və 100 qramdan artıq tutumu olan bütün mayeləri əsas yükün içərisinə yerləşdirin. Yoxsa onları sadəcə itirəcəksiniz.

8. Telefon üçün enerji doldurma qurğusu götürməmək


Yuxarıda dediyimiz kimi, istənilən vaxt üstümüzdə olan smartfonlar bizim bütün dünya ilə əlaqəmizi təmin edir. Onların enerjisi bitərsə, biz bütün əlaqələrdən məhrum olacağıq. Ona görə də enerji qurğusu daim üstümüzdə olmalıdır. Onları yük yerinə versəniz aeroportdakı saatlarla gözlədiyiniz zaman smantfonsuz qalacaqsınız. Eyni hal yüklərinizi hələ açmadığınız avtobusda da davam edəcək.

9. Bahalı əşyaları yük yerinə vermək


İlk baxışdan bu etibarlı variantdır. Amma yaddan çıxarmayın ki, bütün çemodanlara təhlükəsizlik xidməti baxır, özü də sizin iştirakınız olmadan. Bəli, qanuna görə onlar oğurluq etməməlidirlər, amma belələrinin arasında pis fikrə düşənlər də ola bilər. Nəticədə sizin əşyanız itir və siz heç nə sübut edə bilmirsiniz. Ona görə də bahalı əşyaları yalnız əl yükündə aparmaq məsləhətdir.

10. Həddən artıq kiçik gözləmə vaxtı seçmək


Aeroportda saatlarla uçuşunu gözləmək əməlli-başlı əziyyətdir. Amma uçuşa gecikmək ondan da pisdir. Adətən biz bilet alanda elə reysləri seçirik ki, aeroportda çox vaxt itirməyək. Amma əgər biz səyahətimizi ikinci reyslə davam etdirəcəyiksə, hökmən elə vaxt seçməliyik ki, bir təyyarədən düşüb, yeni reys üçün qeydiyatdan keçməyə və lazım olarsa, təhlükəsizlik nəzarətindən keçməyə də vaxtımız qalsın. Özü də hələ bu yalnız o hala aiddir ki, reyslərin hər ikisi eyni aeroportda kəsişsin. Söhbət bir şəhərdəki başqa başqa aeroportlardan gedirsə, ehtiyat vaxt daha böyük olmalıdır.

Təbəssümlər diyarı – Tailand

0
Tayland
Uzaq Şərq incəsənətinin, dininin və fəlsəfi məktəblərinin fərqli cəhəti — dinclikdir. Bu cəhət yaşından və ictimai statusundan asılı olmayaraq Uzaq Şərqdə yaşayan bütün insanlara xasdır. Və məhz həmin xüsusiyyətin sayəsində bu insanlar gündəlik həyatın çətinliklərinə sinə gərə bilirlər. Taylanda gələn turistlər çox vaxt təəccüblənirlər: axı nə üçün rastlarına çıxan hər kəs — stüardessa, satıcı, biznesmen, küçədəki piyadalar gülümsəyir?
Bəzən bu yersiz gülümsəmə hətta adamı əməlli başlı əsəbiləşdirir də! Görüm sizə baqajınızın səhvən başqa ölkəyə getməsi, reysinizin bilinməyən vaxtacan təxirə salınması, oteldə boş yer olmamasını gülümsəyərək xəbər versələr neyləyərsiz. Avropalı ən azı fikirləşər ki, onu dolayırlar, halbuki yazıq «bədxəbərin» yeganə istəyi verdiyi məlumatın mümkün qədər az xoşagəlməz effekt yaratmasıdır, vəssalam. Bir sözlə, yerli camaatın gülümsəməsi — ənənəvi nəzakət davranışlarına riayət etməkdən başqa bir şey deyil. Bununla belə, çətin ki, qanı qara olan adamı gülümsəməyə məcbur edəsiniz. Tayca bir balaca başa düşənlər danışıq dilində tez-tez işlənən «mai pen arai» («ürəyinə salma») ifadəsinə mütləq diqqət yetirəcəklər.
Bu ifadə həyatınızın ən müxtəlif vaxtlarında dadınıza çata bilər. Doğrudan da, boş şeylərə görə qan qaraltmağa, onsuz da problemlərlə dolu həyatı qəlizləşdirməyə dəyərmi? Mai pen arai! Və əgər hansısa bir taylandlı yaxın adamının ölümü haqqında təbəssümlə danışırsa, bu heç də o demək deyil ki, bu taylandalının ürəyi daşdandır. Sadəcə, o, bütün yer üzündəki insanların faniliyini bir daha təsdiqləyir və bu səbədən də artıq yerə qanınızı qaraltmır. Axı həyat, əslində, oyundur.
Tailand üçün səciyyəvi olan bu cəhət, hətta deyrədik, həyat fəlsəfəsi (XX əsrin əvvəllərində Siamı «təbəssümlər diyarı» adlandırırdılar), Şri-Lankadan tutmuş Laosacan, Bali adasından Yaponiyayacan bütün Uzaq Şərq ölkələrinə aid edilə bilər. Qərbi yapon mədəniyyəti ilə tanış edən ingilis yazıçısı Lafkadio Xirn keçən əsrin əvvəllərində yapon təəbəəliyini qəbul edib yapon təbəssümü haqqında hətta bir kitab da qələmə almışdı.
Hər şey ötəridir: cavanlıq da, gözəllik də, məhəbbət də, xoşbəxtlik də, bədbəxtlik də, həyat da… Dəyişkənlik, fanilik — budur isan varlığının iç üzü, Kainatın böyük oyunu. Uzaq Şərq ölkələrinin həyatı və incəsənəti dəyişkənliyin sezilməz qanunları üzərində qurulub. Gözəlliyin və xoşbəxtliyin də nadir anlarının məhz ona görə görüb qiymətləndirmək lazımdır ki, onlar keçici və müvəqqətidir, amma bununla belə onların əsirinə də çevirilmək olmaz. Bir yapon xokkusunda deyilir: Ləpə gəlir və qayıdır/ Mən suya toxunmaq istəyirəm/ Mənim qoltuğum yam-yaşdır (göz yaşından nəzərdə tutulur).
Şairin demək istədiyi odur ki, eşqə oyun kimi baxan axır-əvvəl ürək sarsıntısı keçirəcək. Amma sarsıntı özü də oyunun bir hissəsidir. Bəlkə də, estetik hissin təməlində dünyanın müvəqqəti olmasının dərki durur və bu hiss ən çox VII əsrdə çin və yapon incəsənətinə təsir göstərən dzen-buddizmdə öz əksini tapır.
«Ötəri təəssüratın bütü» saray alimlərinə olduğu qədər, qara camaata da eyni dərəcədə təsir göstərmişdir. İndinin özündə belə sakuranın çiçəkləndiyi vaxt Tokio və Kiotonun minlərlə gənc sakini şəhər parklarına axışıb yeni açılan albalı çiçəklərinə tamaşa etməkdən doymurlar. Nə deyəsən!

Təcrid olunma və oyun


Əsl oyun yalnız onda mümkündür ki, ona çox da əhəmiyyət verməyəsən. Oyun öz-özlüyündə təcrid olunmaya, insanı özünü unutmağa imkan yaradır. Əslində, oyun — müdriklik və zövqün qaynağıdır. Əgər ümumiləşdirmələrdən qorxmayıb Şərqlə Qərbi müqayisə etsək, görərik ki, avropalıdan daha az eqosentrik olan şərq adamının surəti həqiqətdən bir o qədər də uzaq deyil. Kosmopolit və intellektual dairələrdə oturub-duran adamları bir kənara qoysaq, görərik ki, Uzaq Şərqdə gənclərin «bir şəxsiyyət kimi özünütəsdiqə» ümumiyyətlə ehtiyacı yoxdur. «Mən»i bir xülya sayan əsl buddist bu haqda heç düşünmür də…
Əlbəttə, Uzaq Şərqin sakinləri bütün qalan dünya insanları kimi cəmiyyətdə müəyyən rollarını oynayırlar, amma bir dəqiqə də olsa unutmurlar ki, bu, sadəcə roldur. Bəlkə də onlar bu rollarını daha arxayın oynayırlar, çünki ifa etdiklərinin süniliyini dərk edirdər. Biz də rolumuzun şərtiliyini nə qədər yaxşı başa düşsək, yaşımıza, cinsimizə, ictimai statusumuza uyğun oyun maskalarını da daha rahat taxmış olarıq.
Diqqətini şəxsiyyəti üzərində avropalılardan daha az cəmləşdirən Uzaq Şərq sakinləri insan və qalan dünya-aləm, ələlxüsus da insan və heyvan aləmi arasında böyük fərq qoymurlar. Çünki təxminən belə düşünürlər: «Biz anlayırıq ki, heyvanlardan fərqlənirik. Amma daha o qədər yox ki, özümüzü onlardan təcrid edək. Avropalılardan fərqli olaraq biz hevanlarla xeyirhaq davranmırıq, amma avropalılarla müqayisədə heyvanlara yuxarıdan aşağı da baxmırıq. Bunu anlamaq üçün yapon uşağının hevanxanada ceyrana sörək uzadarkən qarşısında baş əydiyini göstərmək kifayətdir. Nəzakət qaydalarına riayət Uzaq Şərqdə oyunun ayrılmaz bir hissəsidir. Məşhur antropoloq Qreqori Beytson deyirdi ki, oyun — müxtəlif məxluqların, məsələn: it və meymunun, adam və delfinin, o cümlədən, ayrı-ayrı nəsillərin nümayəndələrinin, ictimai səviyyələrə və mədəniyyətlərə mənsub adamlar arasında ən yaxşı ünsiyyət formasıdır. Uşaq və pişik oynayanda insan xisləti nəticəsində parçalanan Kainatın bütövlüyü bərpa olunur.
Taylandlıları asket adlandırmaq olmaz. Amma onlar belə bir qənaətə gəliblər: həyat və ölüm, azadlıq və köləlik, sevinc və kədər, xoşbəxtlik və bədbəxtlik ayrılmaz məfhumlar olub həmişə yanaşı addımlayırlar. Məhz buna görə də Uzaq Şərq sakinləri həyatı olduğu kimi qəbul edib ötəri sevinclərlə yaşayırlar. Sanuk dee («Nə yaxşı!») ifadəsi məişət dilində yuxarıda misal gətirdiyimiz mai pen arai ifadəsindən heç də az səslənmir. Yaxşı bir şey baş verəndə taylandlılar: «Sanuk dee» — deyə gülümsəyirlər, bədbəxtlik üz verəndə isə: «Mai pen arai» — deyib yenə də gülümsəyirlər…
Bəlkə daimi oyun olan həyatın əsas qanunları elə bunlardır?

Gəzməli yerlər – Xınalıq

0
Xınalıq
Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.
Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.
Azərbaycanı özünəməxsus gözəlliyi, zəhmətkeş insanları, dili, milli etnoqrafik və memarlıq abidələri ilə şöhrətləndirən kəndlər, şəhərlər az deyil. Baba dağ, Şahdağ,Tufan dağı və Qiblə kimi yüksək dağlar arasında qərar tutan Xınalıq belə tarixi məkanlardandır. Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
Xınalıq sözünün mənşəyi haqqında müxtəlif rəvayətlər mövcuddur. Belə rəvayətlərdən birində bildirirlir ki, guya haçansa çox qədimdə bu torpaqda insanlar xına bitkisi becərməklə məşğul olublar. Kəndin adı da söylədiyimiz məsələ ilə bağlanıb.
Xınalığın dağın zirvəsidə salınması bir vaxtlar onun müdafiəsi üçün əhəmiyyət kəsb edib. Deyilənlərə görə, qədim Xınalıq qala divarları ilə əhatə olunub və köçəri tayfalar kəndə hücum edərkən həmin qala divarlarını aşa bilməyiblər.
Hazırada Xınalıq bütövlükdə özünəməxsus memarlıq strukturu olan yaşayış massividir. Burada küçələr o qədər geniş olmasa da hər biri əhalinin istifadəsi üçün kəsə və əlverişlidir…

Dağ yolları Xınalığa aparır


Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır.
Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir.
Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir. Bu gün ölkəmizə gələn turistlər də Xınalığa rahat səfər edə bilirlər. Bu isə ölkə rəhbərliyinin xınalıqlılara qayğısının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə bu kənddə olarkən deyib: “İndi Qubadan Xınaliğa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatina sevinc gətirdi”.

Bənzərsiz dil, bənzərsiz məkan


Burada evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çoxğunlu çağlarda mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.
Xınalıqlıların öz dili var və bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru — dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var. Bu kəndin məşhur bir yazarı vardı — Rəhim Alxas. Rəhim müəllim ömrü boyu doğma yurdu dünyaya tanıtmağa çalışırdı. O, Xınalığın söz sərvətini sinədəftər ağsaqqallardan, nənələrdən toplayır, azəri türkcəsinə çevirib çap etdirirdi. Rəhim Alxas Xınalıq haqqında yazırdı: “Deyirlər ki, Xınalıq qədim vaxtlarda Qiblə dağının arxasında yerləşib. Neçə yüz illər boyu Xınalıq camaatı burada özünə yurd-yuva qurmuş, ocaq isitmişdi. Amma bir gün güclü zəlzələ baş verdi. Xınalıq yerlə-yeksan oldu, tamam dağıldı. Adamlardan ölən oldu, salamat qalanı da Qudyal çayının bu tərəfinə keçib bir təpənin üstündə özlərinə kənd saldılar, evlər tikdilər. Ona görə də bəzi adamlar deyirlər ki, “Kətiş” adı Qiblə dağına tuş gələn yer mənası verdiyi üçün xınalıqlılar öz kəndlərini belə adlandırırlar”. Bu da Xınalıq haqqında başqa bir rəvayətdi. 
Şair Rəhim Alxas özünün “Xınalıq” poemasında doğma yurda sevgisini belə şeirə çevirib:
“Bahar çağı Xınalığım
Girən zaman dondan-dona,
Dəyişmərəm bir kəndimi
Yüz Parisə, min Londona”
Xınalıqlılar Qafqaz Albaniyasinin qədim tayfalarindan sayılırlar. Tarixçilərin söylədiklərinə görə, Xınalığın 5000 illik tarixi var. Qədim yunan tarixçisi Strabon öz əsərlərində bu yurdun əcdadları haqqında məlumatlar verib… Ümumiyyətlə, bir çox qədim mənbələrdə bu yerin adı, bu ərazidə yaşayan tayfanın adı çəkilir.
Bu kənd Quba xanlığı dövründə Xınalıq mahalının, sovet hakimiyyəti illərində Xınalıq kənd sovetliyinin mərkəzi olub, hazırda isə Xınalıq bələdiyyəsini əhatə edir. Son illər Xınalığın sərhədləri tarixi məkanı aşmışdır. Belə ki, Xınalıq çayının kənarında yeni məhəllə salınmışdır. Kəndin köhnə məhəllələrində təxminən 150 ev salamat qalıb. İndi bu kənddə 2 minə yaxın insan yaşayır. 2011-ci ilin əvvəlinə olan məlumata görə, Xınalıqda 370 təsərrüfat mövcud olub. 
Dağların sinəsində gözəl torpaq örtüyünün, otlaqların, gözəl hava və su ehtiyatlarının olması ilboyu Xınalıqda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar açır. Xınalıqlılar da dədə-babadan əsasən heyvandarlıqla, ovçuluqla və müəyyən qədər də əkinçiliklə məşğul olublar. Burada sənətkarlıq da müəyyən qədər inkişaf edib. Xüsusilə dəmirçilik, xalçaçılıq əhalinin sosial həyatında əhəmiyyətli yer tutur. Kəndə asfalt yolu çəkildikdən sonra turizm də inkişaf etməkdədir.
Təmiz havası, ətirli bulaq suyu, özlərinin əkib-becərdikləri nemətlər burada yaşayan insanlara da saflıq bəxş etmişdir. Buna görə də Xınalıq həm də uzunömürlülər məskəni sayılır. Burada yaşı yüzü ötmüş və yüzü haqlamış insanlar çoxdur. Onlar ahıl çağlarında da elin-obanın inkişafına kömək etməyə çalışırlar.

Xınalıq açıq tarix-etnoqrafiya muzeyidir


Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, das kitabələr, kitablar və daha bir çox əsyalar var. Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Pir Comərd və ya Əbu Müslüm məscidi Xınalığın ən qədim və əsas piri sayılır. Belə bir fikir var ki Xınalıqlılar İslam dinini ilk dəfə elə bu Pir Comərddə qəbul ediblər. Kənddə İslam dinini ilk yayan isə Əbu Müslüm olub. Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri və şixsalburuz baba, Xıdır Nəbi piri və Qüllə pirləri vardır.