Ev Blog Səhifə 61

Dünyanın ən böyük adası turistik bir məkana çevrilir

0
turizm

Bu uzaq və soyuq bölgənin yaşıl bir adı var – Qrenlandiya. Şimali Atlantikada yerləşən bu ada tundra və nəhəng buzlaqlarla örtülüb. Çox da mehriban olmayan iqliminə baxmayaraq, Qrenlandiya sürətlə populyar yeni bir turizm məkanına çevrilir. Əriyən aysberqləri ilə ada qədim Viking diyarını xatırladır.

Ens.az xəbər verir ki, buzdan azad olan əsrarəngiz Arktika görüntüləri turistləri cəlb etməyə başlayır və əriyən buzlaqların özləri də möhtəşəm bir mənzərə hesab olunur. Bir çox səyahətçi yaxınlıqdakı İslandiyanı turistlərin sıxlığının müşahidə olunduğu çox populyar bir turist mərkəzi hesab etməklə yanaşı, Qrenlandiyanı sakit və hüzur dolu bir məkan kimi dəyərləndirirlər.

ABŞ prezidenti Donald Trump-ın 2019-cu ilin avqustunda Qrenlandiyanın satın alınacağı ilə bağlı verdiyi açıqlamada da adanın xeyrinə işləyib. Bu bir növ reklam rolunu oynamış, insanların uzaq bir ada haqqında daha çox bilmək istəmələrinə səbəb olmuşdur. Ens.az bildirir ki, Qrenlandiyada 56 minə yaxın insan yaşayır. 2019-cu ildə buraya gələn turistlərin sayı daimi sakinlərin sayını üstələyib. Qeyd edək ki, Qrenlandiyada Arktikada vəhşi təbiət qoruğu da mövcuddur.

Adaya üz tutanlar əsasən Qrenlandiya buz təbəqəsinin yaxınlığında olan vəhşi təbiətə can atırlar. Burada qayıqla balıq ovuna gedə, balinalara və aysberqlərə baxa bilərsiniz. Şərq sahili dünyanın ən böyük fjordu – Skorsbinin gözəlliyi ilə təəccübləndirəcəkdir. Burada qütb ayıları, arktik tülkü, arktik dovşan, balinalar və hətta narvalları görmək mümkündür.

Qrenlandiyanın 70 məskunlaşmış şəhərindən yalnız 13-də uçuş-enmə zolaqları var. Vertolyotla aysberqlərə bir tura çıxa bilərsiniz. Qrinlandiyada səyahət mövsümü qısa, cəmi iki aydır. Sonra ada qütb gecəsinə qərq olur.

Şimal işıqlarını müşahidə etmək turistlərin görmək istədiyi ən məşhur hadisələrdən biridir. Bunu etmək üçün təxminən sentyabr və oktyabr aylarında oraya getmək lazımdır. Digər bir seçim mart və aprel aylarında şansınızı sınamaqdır. Səfər, əlbəttə ki, cazibədardır, lakin qiyməti elə də ucuz başa gəlmir. Düzdür, burada mağazalar və supermarketlər var, amma qiymətlər çox yüksəkdir. Turistlərin axını səbəbindən bir çox otellər altı ay əvvəlcədən sifariş olunur.

“The Peninsula” qəzetində Azərbaycan-Qətər əlaqələri ilə bağlı müsahibələr dərc olunub

0
The Peninsula

Qətərin “The Peninsula” qəzetində baş redaktor Xalid Mubarak Əl Şafinin Azərbaycanın Fövqəladə Hallar naziri, Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ilə geniş müsahibələri dərc olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, X.Əl Şafi ötən ilin noyabrında Azərbaycana səfər edərək müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən qəbul edilib. Ölkəmizin siyasəti, iqtisadiyyatı, turizm imkanları, eləcə də Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri ilə yaxından tanış olmaq məqsədilə müsahibələr götürüb.

Qətər-Azərbaycan münasibətlərinin ən müxtəlif aspektləri ilə bağlı fikirlərin yer alıb. İkitərəfli siyasi, iqtisadi, ticarət və mədəni əlaqələr, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ölkəmizin turizm imkanları tanıdılıb. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, investisiya mühiti, vergi güzəştləri və s. ilə bağlı geniş məlumatlar təqdim olunub.

Qış turizmindən ən çox qazanan ölkələr: SİYAHI

0
turizm

Qış mövsümünün bitməsinə sayılı günlər qalıb.

Məlumdur ki, dünya ölkələrində hər bir fəsilə uyğun olaraq gəlir əldə etmək üçün müxtəlif təkliflərlə turistləri ölkələrinə cəlb etməyə çalışır. Qış turizmi də gəlir gətirmək üçün əlverişlidir.

Cebhe.info qış turizmindən ən çox gəlir əldə edən 10 ölkənin siyahısını təqdim edir. Qış turizmindən ən çox gəlir edən ölkələrə 220 milyard dollarla Amerika Birləşmiş Ştatları (ABŞ) başçılıq edir. Sıralamanın ikincisi isə 80 milyard dollarla İspaniyadır.

İlk üçlüyü isə 70 milyard dollarla Fransa tamamlayıb. Siyahını 65 milyard dollarla Tayland, 52 milyard dollarla İngiltərə, 49 milyard dollarla İtaliya, 44 milyard dollarla Avstraliya, 41 milyard dollarla Almaniya, 40 milyard dollarla Yaponya və 40 milyard dollarla Çin tamamlayıb. Qeyd edək ki, Azərbaycanın qış turizmindən əldə etdiyi gəlirlərlə bağlı rəsmi məlumat yoxdur.

Lənkəran Lerik turu

0
Lənkəran Lerik turu

Yaz turlarımız başladı ???
Yaz fəslində Cənub bölgəmiz çox gözəl olur ?
“”””””””””””””””””””””””””””””””””
Lənkəran Lerik turu
Qiymət: 25 AZN
Tarix: 21 Mart
Müddət 1 gün
“””””””””””””””””””””””””””””””””””
✳ Qiymətə daxildir ⤵
✅ komfortlu nəqliyyat.
✅ Gülərüz tur rəhbəri.
✅ Səhər yeməyi.
✅ Çay süfrəsi.
✅ Fotosesiya.
✅ Yolboyu əyləncəli və hədiyyəli oyunlar (Qaliblərə yay turlarımızdan Batumi turuna böyük endirimlər)
“””””””””””””””””””””””””””””””””””””
✳ Ekskursiyalar ⤵
✅ Lənkəran Qala qapıları.
✅ Lənkəran Samovarı.
✅ Lənkəran Xanbulan gölü.
✅ Lerik Relax istirahət mərkəzi
“”””””””””””””””””””””””””””””””””””””
Qeyd:⬇
ℹ 5 yaşa qədər uşaqlar pulsuz iştirak edə bilər. (avtobusda yer tutmadığı halda)
ℹ Nəqliyyatda siqaret çəkmət qəti qadağandır
ℹ Tur zamanı spritli içkilərin qəbulu qəti qadağandır.
“”””””””””””””””””””””””””””””””””
Toplanış:⬇
Saat 06:30 Gənclik Mall-ın qarşısında.
Yola düşmə 07:00 -da.
Bakıya dönüş 23:00-dək.
“””””””””””””””””””””””””””””””””””
Əlavə məlumat və qeydiyyat üçün⤵

070-264-60-30

Özbəkistan koronavirusa görə 1 milyard dollar itirə bilər – ekspert

0
Özbəkistan

2020-ci ilin sonuna qədər koronavirus epidemiyası səbəbindən Çin və digər ölkələrlə qarşılıqlı ticarətin azalması səbəbindən Özbəkistan iqtisadiyyatı 960 milyon dollardan çox itirə bilər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu sözləri iqtisadiyyat elmləri doktoru, ekspert Sergey Voronin “Review.uz” nəşrinə müsahibəsində bildirib.

Ekspertin fikrincə, ölkə büdcəsi bir neçə cəhətdən zərər çəkə bilər.

Beləliklə, əlavə dəyər vergisi daxilolmaları 2,9% -dən 1.5% -ə, gömrük rüsumları üçün – 0.4% -dən 0.2% -ə, aksiz vergiləri üçün isə 0.1% -dən 0.05-ə düşə bilər.

2019-cu ildə respublikanın ÜDM-nin 58,3 milyard dollar olacağına əsaslanaraq, itkilərin 960 milyon dolları (ÜDM-in 1.65%) keçəcəyi gözlənilir.

Qısa müddət ərzində, yerli istehsalçıların ələ keçirə biləcəyi məhsul bazarlarında formalaşmış “boşluqları” müəyyən etmək məsləhət görülür.

Voronin qeyd edib ki, müvafiq qurumlar bütün sahibkarlıq subyektləri üçün ədalətli rəqabət yaratmaq üçün səy göstərməli və onlara lazımi dəstək verməlidirlər.

Koronavirus səbəbindən Özbəkistan çinli turistlərin bir hissəsini itirə bilər. 2019-cu ildə respublikaya 61,9 min çinli səfər edib və bu göstərici ilə Çin xarici ölkələr arasında Türkiyədən sonra ikinci yerdədir. Epidemiya ilə əlaqədar olaraq Çin hakimiyyəti yerli turoperatorlara və turizm agentlərinə xaricdə tur satmağı qadağan edib və Qoskomturizm yerli şirkətlərə Çinə turların satışını dayandırmağı tövsiyə edib. Çinli turistlərin itkisi otellərin, restoranların, kafelərin, bələdçilərin, aviaşirkətlərin, daxili marşrutlardakı nəqliyyat şirkətlərinin gəlirlərinə mənfi təsir göstərə bilər.

Çində məcburi tətil Özbəkistanın idxal və ixrac həcminə təsir göstərə bilər, çünki bir neçə ildir Çin ölkəmizin əsas ticarət tərəfdaşıdır.

2019-cu ilin sonunda Çin öz mövqeyini möhkəmləndirib. Bu ölkə ilə ticarətin həcmi 7,6 milyard dollar təşkil edib. Bundan ixrac 2,9 milyard dollar, idxal isə 5.1 milyard dollar olub. Çinin Özbəkistanın ümumi xarici ticarətindəki payı 18.1% -ə yüksəlib. Çin ilə ticarət onsuz da Rusiya ilə ticarətdən 1 milyard dollar çoxdur.

Özbəkistan Çinə enerji və neft məhsulları (917 milyon dollar), tekstil (437,6 milyon dollar), xidmətlər (694 milyon dollar) ixrac edir.

Özbəkistan əsasən Çindən maşın və avadanlıq alır (2019-cu ildə 3,2 milyard dollar). Bu, ölkədən gətirilən bütün idxalın yarısından çoxunu təşkil edir. İkinci yerdə kimya məhsulları və ondan hazırlanan məhsullardır – 768,2 milyon dollar.

2019-cu ildə Çin Özbəkistanda yaradılan yeni şirkətlərin sayına görə birinci yeri tutub. Keçən il Çin kapitalı ilə 531 şirkət meydana çıxıb və ümumilikdə ölkədə 1652 şirkət fəaliyyət göstərir.

Azərbaycan Rostova 39 mln. manatlıq propilen ixrac edəcək

0
Azərbaycan Rostova

Azərbaycanın “SOCAR Polimer” şirkəti Rostov vilayətinə 1,5 mlrd. rubl (38,9 mln. manat) dəyərində propilen ixrac edəcək.

“APA-Economics”in məlumatına görə, “SOCAR Polymer” və “Voterfoll Pro” şirkətləri arasında əməkdaşlığa dair razılıq olub. Bu gün Bakıda keçirilən Azərbaycan və Rostov vilayəti arasında iqtisadi-ticari və humanitar sahədə əməkdaşlığa dair biznes-forum çərçivəsində imzalanıb. Xammal biaksial plyonka istehsalı üçün nəzərdə tutulur.

Ümumilikdə, biznes-forum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığa dair 10 sənəd imzalanıb.

İmzalanan sənədlər sırasına 1 mlrd. rubl (26 mln. manat) dəyərində yüksək texnoloji avadanlıqların (istilik sistemləri üçün radiatorlar) tədarükünə dair razılıq, qarşılıqlı tədarükü artırmaq üçün Rostov vilayəti və Azərbaycan şirkətləri arasında əməkdaşlıq haqqında saziş, turizm, təhsil, aviareyslərin təşkili, ilkin dəyəri 35 mln. rubl (909 min manat) təşkil edən istehsalı “Rostselmaş” şirkətinin olan kənd təsərrüfatı texnikasının alınması barədə müqavilə və s. yer alıb.

Növbəti CEO Brunch – KEÇİRİLİB

0
CEO Brunch

Caspian European Club Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradzenin və Batumi şəhərinin meri Laşa Komaxidzenin fəxri qonaq qismində iştirak etdikləri növbəti CEO Brunch Baku təşkil edib.

FED.az məlumat verir ki, Gürcüstanın səfiri CEO Brunch Baku iştirakçılarını salamlayaraq Gürcüstan və Azərbaycanın həyata keçirtdiyi çoxsaylı birgə layihələr barədə danışıb. “Gürcüstanda baş investorun məhz Azərbaycan olması bizim üçün çox xoşdur. Gürcüstan ərazisində çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Biz Gürcüstan şirkətlərinin də Azərbaycan bazarında təmsil olunmasını istərdik”, – deyə o bildirib. Batumi barədə danışan səfir Acarıstanda yaradılmış turizmin inkişafı üçün olduqca cəlbedici şərtlərin olduğunu qeyd edib. Səfir həmçinin Bakı ilə Batumi arasındakı tarixi əlaqələri vurğulayıb və CEO Brunch Baku iştirakçılarına Nobel qardaşlarının ilk nefti Batumi limanı vasitəsilə nəql etdiklərini xatırladıb.

Batumi şəhərinin meri investisiya imkanlarının geniş təqdimatını keçirib və Batuminin yeni inkişaf strategiyası haqqında danışıb. Batumini bütün mövsümlərdə kurort zonaya çevirən Macarıstanda qış turizmi üçün imkanlar barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb. Baş plan əsasında yaradılmış həmin layihənin regionda ilk xizək kurortu olduğu, bunun isə öz növbəsində turistlərə yarımçıq infrastrukturdan narahat olmadan tam istirahət mühitinə köklənmələrinə imkan verdiyi vurğulanıb.

“CEO Brunch Baku çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri onları maraqlandıran suallar ünvanlamaq və Gürcüstanda, xüsusilə Batumidə biznes layihələr həyata keçirmək imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

CEO Brunch Baku-nun sonunda şirkətlər ikitərəfli formatda Batuminin meri lə ünsiyyət qurmaq imkanından yararlanıblar”, – deyə Telman Əliyev söyləyib.

CEO Brunch (gec səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət yaratmağa və partnyorlarını daha yaxından tanımağa imkan verir. CEO Brunch Bakı ilə yanaşı, hər ay Tbilisi və Almatıda da təşkil olunur.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

AzTA rəhbəri həyəcan təbili çalır

0
Azərbaycan

“Azərbaycana gəlməyi planlaşdıran turistlər koronavirus epidemiyasına görə hotellərimizdən rezervi ləğv edirlər”. 

Bunu Oxu.Az-a açıqlamasında Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı vəziyyət qənaətbəxş deyil:

“Bu problemin tək Azərbaycanın turizm sahəsinə deyil, bütün dünyaya təsiri var. Bu virusa görə insanlar nəinki öz ölkəsindən, hətta evlərindən kənara çıxmağa çəkinirlər. Bu zaman hansı turizmdən söhbət gedə bilər? Bu ərəfədə ölkələrdə turizmlə bağlı artım olacağına inanmıram”. 

Ekspert bildirib ki, koronavirus epidemiyasının aşkarlanması Azərbaycanın da turizminə təsir edəcək:

“Hər il Novruz bayramında ölkəmizə çox turist gəlirdi. Onların əksəriyyətini iranlılar təşkil edirdi. Vəziyyət koronavirusla bağlı ürəkaçan olmadığı üçün Azərbaycana turistlərin gələcəyinə inanmıram. Biz də istəmirik ki, virusun yayıldığı ölkədən bizə turistlər gəlsin. İlk növbədə vətəndaşlarımızı qorumalıyıq”.

“Koronavirus epidemiyasına görə Azərbaycandan da xarici ölkələrə səfərə gedənlərin sayı azalıb. Bayramda tətil günlərində uzaq səfərə çıxanlar olur. Bununla bağlı da ölkədən getmək üçün bilet alanların sayında azalma müşahidə olunur”, – deyə N.Bağırov qeyd edib.

O əlavə edib ki, Azərbaycanda yerləşən bütün hotellərdə virusa görə imtina var:

“Burada beş, dörd, üç ulduzlu, hostellər, eyni zamanda, turistlərin kirayələdikləri evlərdən də imtina edənlər var”.

Qeyd edək ki, 2019-cu ildə İrandan Azərbaycana 255 min turist gəlib. 2018-ci illə müqayisədə, turist sayında 6,3 faiz artım olub.  

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 89 083 nəfər, ölənlərin sayı isə 3058 nəfər təşkil edir.

Naxçıvana gələn turistlərin sayı 10 il ərzində 84,1 faiz artıb

0
Naxçıvan

Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin və muxtar respublikanın təhlükəsiz region kimi tanınması nəticəsində 2019-cu ildə qədim diyara ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415,9 min turist gəlib.

Naxçıvan

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur.

Ötən müddət ərzində Naxçıvanda turizmin inkişafına yol açan bir sıra mühüm addımlar atılıb. Muxtar respublikanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, mühüm müalicə yerləri – Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafına şərait yaradıb.

Naxçıvan

Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılıb, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində turizm və otelçilik ixtisaslarının açılıb. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd keçid rejiminin sadələşdirilməsi, beynəlxalq marşrutların təşkili turizmin inkişafını sürətləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığını təmin edib.

2019-cu ildə xarici ölkələrdə təşkil olunmuş turizm sərgilərində muxtar respublikanın turizm potensialı geniş şəkildə təbliğ edilib. Naxçıvan Muxtar Respublikasına 15 gün müddətinə səfər edən İran İslam Respublikası vətəndaşları üçün viza rejimi ləğv olunub.

Naxçıvan şəhərində “Saat Meydanı” turizm istirahət mərkəzi, Turizm Departamenti üçün inzibati bina istifadəyə verilib. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan haqqında danışılıb. Naxçıvan şəhərini səyahət edilməli olan 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil ediblər.

Naxçıvan

Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür”.

Turizmin inkişafı bu ilin ötən dövründə də diqqətdə saxlanılıb. Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi, Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin yaradılması hazırda davam etdirilir.

Muxtar respublikada ətraf mühitin qorunması istiqamətində görülən mühüm işlər, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yaradılan müasir şərait turizmin inkişafını daha da sürətləndirəcəkdir.

Azərbaycanın məşhur rəssamlarının əsərləri Şahdağ Turizm Mərkəzində sərgilənir

0
turizm

Şahdağ Turizm Mərkəzində Azərbaycanın məşhur rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

turizm

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mart ayının sonuna kimi davam edəcək sərgidə tanınmış rəssamların Quba Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olduqdan sonra sərbəst mövzularda çəkdikləri rəsm əsərləri nümayiş etdirilir.

Sərgi fevralın 28-dən başlayan “Art Zone Week” adlı rəngkarlıq simpoziumu çərçivəsində təşkil olunub. Mədəniyyət və sosialyönümlü layihənin məqsədi rəssamların gözü ilə bölgənin təbliğidir. Həmçinin Qusarda yerləşən Şahdağ Turizm Mərkəzinin turizm potensialını təşviq etməkdir.

turizm

Artıq ikinci dəfə reallaşan “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, “Abşeron Hotels Group”“ASPİ Winery”nin təşkilati dəstəyi ilə həyata keçirilir. Simpoziumda Azərbaycanın Əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edib.

turizm

Layihə rəhbəri Şakir Eminbəyli bildirib ki, rəsm əsərləri mart ayının sonunadək “Şahdağ” mehmanxanasında sərgilənəcək. Simpoziumun qaydalarına əsasən bu əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Layihə artıq ikinci ildir həyata keçirilir. Qusar rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan şagirdləri üçün “Ustad dərsləri” təşkil olunub.