Ev Blog Səhifə 62

Karadeniz Novruz tur

0
Karadeniz Novruz turu

Yazın gəlişini Qaradənizin sahilində Ziqana daglarının ətəklərində qarşılayaq!!
?Tarix:19.03.2020-24.03.2020
?3 gecə/4 gün(ümumi 5 gecə 6 gün )
?Qiymət: 129?
?İlkin Ödəniş 40?

?Son qeydiyyat tarixi 01.03.2020

Qiymətə Daxildir:
?Komfortlu nəqliyyat ilə Gediş Dönüş
?Səhər yeməyi (Oteldə) ? Su və şirniyyat (yol boyu)
??‍♂Bələdçi Xidməti
?Qrup Şəklində Fotosesiya
?1 gecə Batumi 2 gecə Trabzonda (ümumi 3 gecə 4 gün) otelde gecələmə

?Yol boyu maraqlı oyunlar və Novruz hədiyyələri( Supriz?)

?Gəzintilər:
?BATUMİ:
?Batumi Bulvari Gəzintisi
?Batumi Əli ve Nino Heykəli
?Batumi Delfinariya ( 20 lari ) ———————————
?TRABZON:
▪Trabzon Mall shopping
▪Trabzon meydanı
▪Uzungöl
▪Ayder yaylası(Rize) ———————–
?QEYD : Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır!
Toplanış:
19 Mart 22:00 Gənclik Metrosu Atatürk parkinın qarşısı
Yola düşmə:
23:00
Əlavə məlumat və əlaqə üçün:

070-264-60-30

Dahran şəhərində keçirilən “Xalqların yürüşü” adlı tədbirdə Azərbaycan da təmsil olunub

0
Dahran

Səudiyyə Ərəbistanı Krallığının Dahran şəhərində “Xalqların yürüşü” adlı tədbir keçirilib. 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi tədbir ölkənin milli neft şirkəti olan “Saudi Aramco” şəhərciyində təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, vətənimizi tədbirdə şirkətin azərbaycanlı əməkdaşları və onların ailə üzvləri təmsil ediblər. Altı azərbaycanlı ailənin təşkil etdiyi Azərbaycan guşəsində üçrəngli dövlət bayrağımız, müxtəlif süvenirlər və milli mətbəximizin şirniyyat nümunələri təqdim olunub. Milli geyimli soydaşlarımız iştirakçılara ölkəmizin tarixi, çoğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, turizm potensialı barədə ətraflı məlumat veriblər. Qonaqları milli mətbəx nümunələrimizə qonaq ediblər.

Qeyd edək ki, hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti hesab olunan “Saudi Aramco” Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağına nəzarət edir.

“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib

0
RİA Novosti

“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Ye, gəz, tamaşa et. Azərbaycan paytaxtı üzrə bələdçi” sərlövhəsi altında Azərbaycan paytaxtının müxtəlif guşələrindən 13 fotoşəkil nümayiş etdirilir. “Bakını bəzən “Şərqi Paris” də adlandırırlar. Minillik tarixə malik bu şəhər sovet kinofilmlərində həm İstanbul, həm Buenos-Ayres rolunu yerinə yetirib. Azərbaycan paytaxtında nəyə tamaşa etmək, nə yemək və nə almaq? Bunların hamısı “Ria Novosti” fotolentində”, – deyə fotolentin təqdimatında deyilir.

Agentlik turistlərə Bakıya səfər etməyi, şəhərin “Alov qüllələri”, Şirvanşahlar Sarayı, İçərişəhər, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, Dənizkənarı Bulvar və s. kimi görməli yerlərlə tanış olmağı təklif edir.

Misir Asuanda yerləşən qədim abidələri turistlərin üzünə açacaq

0
Misir

Misirin Qədim Abidələr Nazirliyi Asuan vilayətində yerləşən sərdabaları turistlərin üzünə açacaq.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, Cəbəl Əbu Həva adlanan məkanda yerləşən bu qədim abidələr 130 metr hündürlüyü olan dağda yerləşir. Dağda olan 10 qədim sərdabadakı 85 məzar və divar rəsmləri qədim Misirin müxtəlif dövrlərinə aiddir. Divar rəsmlərinin bir neçəsi orijinal rəngini qoruyub saxlayıb. Sərdabaların dağılmış aşağı hissələrində bərpa işləri başa çatmaq üzrədir.

Məlumatda qeyd olunub ki, ən böyük sərdaba fironların Amenhotep sülaləsinə aiddir. Onun divar rəsmləri ilə bəzədilmiş fasadı isə 12 metrdir. Digər sərdabaların kimlərə aid olduğu məlum deyil.

Nazirlik bu qədim və əsrarəngiz abidələrin turist axınına səbəb olacağını ehtimal edir.

İran mətbuatı: Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir

0
İran portalı

Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir. Bu mənada, onun alış-veriş mərkəzlərilə tanışlıq hər bir turist üçün əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın nüfuzlu İSNA xəbər agentliyinin saytında dərc olunub. Qeyd olunub ki, Bakıda saysız-hesabsız ticarət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyətində məşhur markalara rast gəlmək mümkündür.

Nizami küçəsi

Əslində alış-veriş səyahətin ən cazibədar hissələrindən biridir. Bakıya səyahət zamanı suvenir almaq eşqinə düşsəniz, Nizami küçəsi ən uyğun yerdir. Odur ki, bu küçəni gəzməyi unutmayın. Çoxsaylı alış-veriş mərkəzlərinin, brend mağazalarının yer aldığı bu küçə həm də paytaxtın ən gözəl küçələrindəndir. Onun adı Nyu-Yorkun, Parisin dəbdəbəli küçələrilə yanaşı çəkilir. Bəzən ona “Bakının Şanzelize prospekti” belə, deyilir.

“Sədərək” Ticarət Mərkəzi

Bakıdakı “Sədərək” Ticarət Kompleksi iranlı turistlər üçün ən uyğun ticarət mərkəzlərindən biri hesab olunur. Burada satılan məhsulların demək olar ki, hamısı xaricdən gətirilir. Lakin “Sədərək”də qiymətlər daha sərfəlidir. Bura pərakəndə satışla yanaşı, həm də ən böyük topdansatış mərkəzlərindəndir.

Beləliklə, keyfiyyətli xarici mal axtaran səyahətçi üçün “Sədərək” Ticarət Mərkəzi yaxşı seçim ola bilər.

“AF Center”

Bakının ən gözəl alış-veriş mərkəzlərindən biri 28 May küçəsində yerləşən “AF Center Baku” ticarət mərkəzidir. Mərkəz metro stansiyasının yaxınlığında yerləşdiyindən, oraya getmək çox asandır. Şəhərin istənilən nöqtəsindən bu mərkəzə rahatlıqla çata bilərsiniz.

Ticarət mərkəzinin sahəsi 16 min kvadrat metrdir. Burada dünyaca məşhur markalara aid məhsullara rast gəlinir. Zövqlü insanlar üçün bu mərkəz ideal alış-veriş məkanıdır.

“Aygün City”

“Aygün City” alış-veriş mərkəzi də münasib qiymətlərilə tanınır. Əgər istəyiniz məhz münasib qiymətlərdirsə, bura ən optimal seçimlərdəndir. Onun fərqli cəhətlərindən biri isə gecə saat 01:00-dək işləməsidir. Burada əyləncə məkanları da fəaliyyət göstərir.

Tacikistan 35 ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edir

0
Tacikistan

Tacikistan dünyada yeni növ COVID-19 koronavirusunun yayılması səbəbindən 35 ölkənin vətəndaşları üçün ölkəyə girişi qadağan edir.

Trend-in məlumatına görə, bu barədə teleqramı Tacikistanın Mülki Aviasiya Agentli yerli və xarici aviaşirkətlərə göndərib.

Agentliyinin rəhbərinin müavini Əziz Nəbizoda bildirib ki, bu barədə turizm şirkətlərinə də xəbərdarlıq edilib.

Onun sözlərinə görə, bir sıra ölkələrin vətəndaşları üçün Tacikistana girişin qadağan edilib. Ölkədə koronavirusun yayılmasının qarşısını almağa və vətəndaşların təhlükəsizliyini təmin etməyə yönəlib.

Vətəndaşlarının Tacikistana girişinə müvəqqəti qadağa qoyulan ölkələrin siyahısı: Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tailand, Nepal, Şri-Lanka, Hindistan, Finlandiya, İtaliya, Böyük Britaniya, İspaniya, İsveç, Belçika, İsrail, Avstriya, Xosvatiya, İsveçrə, ABŞ, Kanada, BƏƏ, Misir, İran, Livan, Küveyt, Bəhreyn, Oman, Əfqanıstan, İraq Əlcəzair.

Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr

0
turizm

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib.

Müşavirənin ilk günü panel iclasında “Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr” mövzusunda məruzələr dinlənilib.

Panel iclasda çıxış edən “Şirvan şərabları” MMC-nin satış üzrə meneceri Nizami Əliyev “Şərab yolları” marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi haqqında məlumat verib.

Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 ha sahədə üzümçülük və şərabçılıq kompleksinin yaradılması, yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarının salınması, dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edərək sahəsi 4398 kvadratmetr olan zavodda orqanik bioşərabın istehsalı, eləcə də kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına da töhfə verib. İstehsal olunan şərablar qısa müddətdə bazarda öz layiqli yerini tutub.

Həmçinin, üzümün yetişdirilməsindən şərab məhsullarının istehsalına kimi bütün mərhələlərdə kimyəvi vasitələrdən, süni konservantlardan, boyaq maddələrindən, aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar “Meysəri” markası və “Sədəf”, “Mərcan”, “Məxməri”, “Bülluri”, “Sənəm” və “İnnabı” adları ilə satılmaqdadır. Təqdirəlayiq haldır ki, istehsal olunan məhsullar Fransanın “Ecosert” şirkəti tərəfindən sertifikatlaşdırılıb. Eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, müəssisə isə ISO 22000 – Qida Təhlükəsizliyi Sistemi sertifikatına layiq görülüb.

2019-cu ilin 30-31 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb. Hazırda kompleks yerli və xarici turistlərin tərcih etdiyi, turizm şirkətləri tərəfindən mədəni turların təşkili olunduğu turistik məkanlardan biridir.

İclasda həmçinin, “Absheron Olive Garden” şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsini təqdim edib. Bildirib ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Portuqaliyanın “Vinomatos” şirkətinin Azərbaycana müvəqqəti gətirdiyi xüsusi texnika və mütəxəssislərin iştirakı ilə 610 ha sahədə zeytun bağı salınıb. Layihəyə İtaliya, İspaniya, Türkiyədən də mütəxəssislər cəlb olunub. Müəssisə tərəfindən istehsal olunacaq zeytun yağları və süfrəlik zeytun növləri yerli və xarici bazarlarda satılacaq.

“Yəhudi irsi üzrə Avropa marşrutu” humanitar təşkilatının direktor müavini – Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxış edərək diqqətə çatdırıb. Yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar.

Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən dağ, Avropa və gürcü yəhudiləri icmaları Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğində aktiv iştirak edirlər. Bu həqiqətlərin dünyaya çatdırılmasında İsrail hər zaman Azərbaycanın yanındadır.

Z.İsayev yəhudilərin kompakt yaşadığı Qubadakı Qırmızı Qəsəbədə bu xalqın nümayəndələri üçün hər cür şəraitin mövcud olduğunu deyib. Bildirib ki, Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev “Qədim qayaüstü incəsənət izləri” marşrutu barədə məlumat verib. Vurğulanıb ki, UNESCO-nun Dünya irs siyahısında yer alan Qobustan qoruğundakı qayaüstü təsvirlərdə ovçuluq, fauna, flora və həyat tərzinə aid simvollar mövcuddur. “Termal şəhərlər” marşrutu üzrə “Qalalatı Hotel and SPA”nın satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzinin xidmətləri və qeyd edilən marşrutda mövqeyi ilə bağlı məruzə edib. Bildirib ki, bənzərsiz memarlıq üslubuna və istirahət formasına sahib olan mərkəz Bakıdan 120 kilometr aralıda, Şabran rayonunda fəaliyyət göstərən tibb və rekreasiya kompleksidir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni “neftli su” deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. “Qalaltı” kurortu 2016-cı ildə Avropa Şurasının “Termal şəhərlər” marşrutuna üzv qəbul olunub.

“Grand Agro” MMC-nin direktor müavini İlqar Məhərrəmov “Zeytun ağacları” marşrutu üzrə məruzə edib. Bildirib ki, bu marşrut Azərbaycanda zeytun mədəniyyətinin inkişafında yeni mərhələdir. O, təmsil etdiyi MMC-nin fəaliyyəti haqqında məlumat verdi. Layihənin əhəmiyyəti, bağların yerləşməsi, köhnə bağların bərpası və yenilərinin salınması, zeytun mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təkliflər səsləndirib.

Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanlı turistlərin Gürcüstandakı orta xərcləri artdı

0
turizm

2019-cu ildə Azərbaycandan olan ziyarətçilərin Gürcüstanda orta xərcləri 395,5 lari (240,70 manat) təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının illik araşdırmasında bildirilib.

İllik müqayisədə azərbaycanlı turistlərin orta xərcləri 10,5 lari (6,39 manat) artıb.

Hesabat ilində Gürcüstanda əcnəbi ziyarətçilərin xərclədikləri orta məbləğin ən az həcminə görə Azərbaycandan olan turistlər birinci yeri tutub. Azərbaycanlı turistlər qonşu ölkədə ən qənaətcil ziyarətçi adını 2015-ci ildən qoruyub saxlayır.

Ötən il Gürcüstanda ən çox pul xərcləyən turistlər arasında birinci yeri Rusiya (1 282,4 lari) tutub.

2019-cu ildə qonşu ölkədə səfərdə olan xarici ziyarətçilərin ümumi xərcləri 8,5 mlrd. lari (3,1 mlrd. ABŞ dolları) olub. Turistlərin bir səfər ərzində xərcləri isə orta hesabla 1 102 lari (392 dollar) təşkil edib.

Hesabat ilində Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 7,2% artaraq 1 526 619 nəfər təşkil edib. Azərbaycandan olan turistlərin 94,6%-i qonşu ölkədə təkrar, 4%-i isə ilk dəfə səfərdə olub.

Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 1,8 gün təşkil edib.

Koronavirus bir ay ərzində Avropada turizmə bir milyard avro zərər vurub

0
Korona virusu

COVID-19 koronavirusu iqtisadiyyatın bir çox sahəsinə, xüsusilə də turizm və onunla bağlı olan xidmət sahələrinə ciddi zərər vurub.

Koronavirus yayıldığı ilk gündən etibarən Avropada turizm sahəsində dövriyyəyə aylıq bir milyard avro zərər yetirib. Bu məlumatı Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Terri Breton təsdiqləyib.

Virus təhlükəsi ümumilikdə dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, beynəlxalq reyslər üzrə ixtisaslaşmış aviaşirkətlər epidemiya ilə əlaqədar hazırkı göstəricilər əsasında bu il təxminən 1,5 milyard ABŞ dolları itirəcəklər.

Aviaşirkətlərlə yanaşı kruiz turizmində də vəziyyət ürəkaçan deyil. Yaponiyanın kruiz səyahətləri üzrə ixtisaslaşmış “Luminous Cruis” şirkəti artıq müflisləşdiyini elan edib. Virus təhlükəsi ümumi dəyəri 46 milyard ABŞ dolları olan və bu sahədə liderlik edən ”Carnival”, “Royal Caribbean” und “Norwegian Cruise Line” şirkətlərini çətin vəziyyətə salıb.

Turizm sahəsində dünyanın aparıcı Berlin Beynəlxalq Turizm Birjası (İTB), avtomobil sənayesi üçün böyük nüfuza malik Cenevrə Avtosalonu və digər sərgi və yarmarkaların təxirə salınması ilə uzunmüddətli perspektivdə dəyən iqtisadi zərərin həcmini müəyyən etmək isə mümkün deyil. (AZƏRTAC)

Braziliya karnavalı gələnlərin sayına görə rekord vurur

0
karnaval

Braziliya dünyada baş alıb gedən koronovirus epidemiyasına görə illik karnavalı təxirə salmayıb, əksinə budəfəki karnaval gələnlərin sayına görə rekord vurub.

AZƏRTAC Braziliya Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, karnaval günlərində Pernambuku, Baiya ştatları 22,1 milyon qonaq qəbul edib. Bu da indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Otellərdə nömrələrin orta hesabla 98 faizi tutulub.

Baiya ştatı hökumətinin məlumatına görə, karnaval dövründə nəzərdə tutulan turizm gəliri 2,5 milyard real (təqribən 2,5 milyon avro) təşkil edib.

Braziliya Əmtəə, Xidmət Ticarəti və Turizm Milli Konfederasiyasının hesablamalarına görə, karnaval ölkə iqtisadiyyatına 8 milyard real gəlir gətirəcək. ki, bu da ötən illə müqayisədə 80 milyon real çoxdur və 2015-ci ildən etibarən ən böyük məbləğdir.

Dünyanın ən iri bayramlarından biri olan Braziliya karnavalı bu ölkənin ümummilli bayram festivalıdır. Karnaval 1928-ci ildən etibarən hər il Pasxa bayramına 7 həftə qalmış, fevral ayının sonuncu şənbə günü başlayır. Dörd gün ərzində ölkədə işgüzar və siyasi həyat dayanır. Şəhərlərin küçələrində fantastik paltarlarda və baş geyimlərində olan insanlar əlindən tərpənmək olmur.