Ev Blog Səhifə 60

İlon Mask kosmik turizmə nə zaman start verəcək?

0
kosmik turizm

İlon Maskın SpaceX şirkətinin kosmik turizm layihəsinə start verəcəyi tarix bəlli olub.

TED.az xəbər verir ki, ilk turistik səfər gələn ilin ortlarına planlaşdırılıb.
Qeyd edək ki, SpaceX indiyədək kosmosa insan göndərməyib. Amma İ.Mask bu faktı dəyişdirməkdə, eləcə də sözügedən sahədə Amerika Birləşmiş Ştatlarının Rusiyadan asılılğına son verməkdə israrlıdır.
İşlər yolunda getdiyi təqdirdə qarşıdakı aylarda Crew Dragon kosmik raketi ilə Beynəlxaq Kosmik Stansiyaya (BKS) astronavt göndəriləcək. Daha sonra isə layihə çərçivəsində kosmik turizmə start veriləcək.
Axiom şirkəti ilə ortaq şəkildə aparılan layihədə iştirak edəcək üç nəfərdən biri artıq bəllidir.

Hazırda bu istiqamətdə testlər həyata keçirilir. Əgər layihə aş tutsa ortaq şirkətlər ciddi gəlir əldə edə biləcəklər. Çünki gəzinti hər turist 55 milyon dollara başa gələcək. NASA isə BKS-də keçirilən hər gecə üçün adambaşına 35 min dollar istəyir.
Səfərin 10 gün davam edəcəyi nəzərdə tutulur.

Qusar şəhərinin və Şahdağ Turizm Mərkəzinin yeni turizm xəritəsi hazırlanıb

0
turizm

Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən Qusarda fəaliyyət göstərən turizm sənayesi nümayəndələri üçün yeni turizm xəritələri hazırlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi dizaynda tərtib olunan turizm vəsaitlərində Qusar şəhərinin, Şahdağ Turizm Mərkəzinin, həmçinin Quba-Qusar rayonlarının regional xəritələri, turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb.

İngilis dilində hazırlanan A3 ölçülü xəritələr hər bağlamada 100 ədəd olmaqla hotellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı ziyarət olunmalı məkanlarla bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir.

Bundan əvvəl Quba şəhərinin xəritəsi də istifadə üçün hazırlanıb. Xəritələr ilin sonunadək turizm sənayesi nümayəndələrinə pulsuz veriləcək.

MÖHTƏŞƏM MEGA TURU

0
MÖHTƏŞƏM MEGA TURU

? ?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 4* (Hotel İstanbul Trend)
?Otel 4* (4 gecə – 5 gün)
?Qidalanma (səhər yeməyi 6 gün)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Hotel İstanbul Trend 4*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlaqə nömrəsi 070-264-60-30

Rusiyalı turoperatorlar Azərbaycana turlar satışının xeyli artacağını gözləyirlər

0
Azərbaycan

Rusiya Turoperatorlar Assosiasiyasının (RTA) ekspertlərinin fikrincə, Cənubi Qafqaz ölkələri turoperatorların müştəriləri arasında getdikcə daha çox populyar olur.

AZƏRTAC xəbər verir ki, “Delfin” şirkətinin baş direktoru Sergey Romaşkinin sözlərinə görə, bu gün Rusiya turoperatorları arasında Azərbaycanın mövqeyi Ermənistanla müqayisədə qat-qat güclüdür. “Muzenidis Travel” şirkətinin nümayəndəsi Aleksandr Tsandekidi deyib: “Ermənistan Rusiya bazarında hələlik savadlı və ən başlıcası fəal irəliləyə bilmir, Azərbaycan isə bunu bacarır”. A.Tsandekidi daha sonra vurğulayıb: “Azərbaycan turizm axınının sanballı artımını nümayiş etdirir, bu ölkədə artım dinamikası Ermənistanla müqayisədə daha yüksəkdir”. Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya turizm bazarında çox fəal təbliğ olunur. Ölkənin bu sahədə büdcəsi hələlik çox böyük olmasa da, məsələyə yanaşma düzgündür.

RTA-nın saytında yerləşdirilmiş materialda qeyd edilir ki, 2018-ci ildə Azərbaycanda Dövlət Turizm Agentliyi yaradılıb. Bu yaxınlarda Otelyerlər Assosiasiyası da təsis olunub. Gidlər Assosiasiyasında sertifikatlaşdırma sistemi tətbiq edilir. Cari ilin may ayında isə Azərbaycanda otellərin milli təsnifat sisteminin işə salınması nəzərdə tutulur. Bu sistem müvafiq xidmətləri dünya səviyyəsinə çatdırmağa imkan verəcək.

Ölkədə müxtəlif turizm məhsulları fəal inkişaf etdirilir. Məsələn dağlarda piyada marşrutlar təşkil olunur, ölkədə çoxlu genişmiqyaslı tədbirlər, o cümlədən dünya səviyyəli “JARA” musiqi festivalı keçirilir. Bu il Azərbaycanda Avro-2020 matçları və F-1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Aleksandr Tsandekidi deyib: “Bütün bunlar onu göstərir ki, ölkədə turizmin inkişafına çox ciddi yanaşırlar. Əlbəttə, biz bu bazarda fəal iş aparırıq. Ötən ildən Azərbaycanda bizim turistləri qəbul edən ofisimiz fəaliyyət göstərir. Cari ilin yanvar ayında Bakıda iki “Bomo Hotel” açılıb. Ola bilsin ki, bu otellər Azərbaycanda “Mouzenidis Group” mehmanxanalar şəbəkəsinin sonuncu otelləri olmayacaq. Biz ilk dəfə olaraq, Azərbaycanın çimərlik otellərinə qabaqcadan bronlama aksiyası keçirmişik”.

TUİ şirkətində də Azərbaycana böyük ümid bəsləyir, tələbatın artacağını gözləyirlər. Turoperatorun mətbuat xidmətində bildiriblər: “Biz bu istiqaməti təbliğ edəcək, o cümlədən seminarlar və vebinarlar keçirəcəyik. Azərbaycana turlar satışını dinamik paketlərin bronlanması sisteminə daxil edəcək, otellərin siyahısını genişləndirəcəyik”.

“ANEX Tour” şirkətində də Azərbaycana turlar satışının artacağını gözləyirlər. Şirkətin mətbuat xidmətindən deyiblər: “Ötən ilin yekunlarına görə, bu istiqamətdə 35 faiz artım olub. Bronlama yaxşı gedir. Belə güman etmək üçün tam əsas var ki, bu il də artım olacaq”.

Şirkətdən qeyd ediblər ki, Azərbaycana Rusiyadan gələn turistlərin sayını hər il artırmaq üçün bütün zəruri şərait var. Ölkənin şərq koloriti, ləzzətli mətbəxi, memarlığı, qonaqpərvərliyi, yay fəslində dənizdə istirahət etmək imkanı səyahətçiləri cəlb edir. Ölkədə müalicəvi turizm də inkişaf edib, turistlər neftlə müalicə kimi nadir imkandan bəhrələnə bilərlər. Azərbaycanda mövcud olan dil mühiti də böyük üstünlükdür, çünki əhalinin çox hissəsi rus dilində danışa bilir.

“ANEX Tour” şirkətinin təmsilçisi deyib: “Bizim təkliflər çeşidində təkcə otellərdə yaşamaq paketləri deyil, tamdəyərli ekskursiya turları da var və belə turlara tələbat az deyil”.

Ekspertlərin sözlərinə görə, ümumiyyətlə bu il tur satışlarının xeyli artacağı gözlənilir. Məsələn, Sergey Romaşkin əmindir: “Yaz mövsümü üçün Azərbaycana bronlama göstəriciləri keçən ilin müvafiq göstəricilərindən yüksəkdir. Hələlik bu artım 10 faizdir. Lakin tezlikdə satışın daha da fəallaşacağı gözlənilir”.

Ekspertlər turizmin bu istiqamətinin perspektivləri barədə söhbət açaraq gözləntilərin çox yaxşı olduğunu bildirib, lakin onu da qeyd ediblər ki, müntəzəm reyslərin yüksək tarifləri və ölkə daxilində transferlərin dəyəri turların kütləvi satışını bir qədər zəiflədir.

Əbu-Dabi limanında insan müdaxiləsi olmadan və özü idarə olunan gəmi marşrutları olacaq

0
Əbu-Dabi

Əbu-Dabi limanında turistlər və iş adamları üçün daha bir yenilik tətbiq ediləcək. Qlobal gəmiçilik dizayneri və yaxtaların istehsalı üzrə ixtisaslaşmış “Robert Allan Ltd” şirkəti Əmirliyin limanında insan müdaxiləsi olmadan və rəqəmsal texnologiya vasitəsilə özünü idarə edən kiçik gəmi marşrutları açacaq.

AZƏRTAC xəbər verir ki, texnologiyanın ən son nailiyyətləri ilə təchiz ediləcək yaxta marşrutlarının açılmasına dair Əbu-Dabi limanı ilə şirkət arasında anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, geniş tutumlu və dünya standartlarına uyğun yüksək xidmət təqdim edəcək gəmi marşrutları tezliklə yerli və əcnəbi turistlərin sərəncamına veriləcək. Kiçik gəmilər hava şəraitinə uyğun təhlükəsizlik sistemi ilə də təchiz olunacaq. İstehsalçı şirkət bəyan edib ki, avtomatik idarəetmə sistemi sərnişinlər üçün daha təhlükəsiz olacaq.

Əbu-Dabi limanı bu populyar biznes sahəsini genişləndirmək məqsədilə Kanadanın “Naval Architecture-Marine Engineering” firması ilə də sıx əməkdaşlıq edir. Limanın rəhbəri Məhəmməd Əhbabi bildirib ki, imzalanan sənəd kiçik gəmilərdən ibarət səyahət marşrutlarının rəqəmsal transformasiyasında məhək daşı rolunu oynayır. O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri dənizçilik sahəsində yeni texnologiyaların tətbiqində lider dövlətə çevrilmək arzusundadır.

Turizmlə yanaşı, Əbu-Dabi limanının rəhbərliyi yük və böyük sərnişin gəmilərinin marşrutlarında da rəqəmsal texnologiyaların tətbiq edilməsini nəzərdə tutur.

Hindistan yaşlı vətəndaşların və qadınların rifahının təmini üçün Qanunlarını təqdim edir

0
Hindistan

Hindistan Səfirliyinin mənbələrə əsasən, Hindistan Parlamenti və Hökuməti bu yaxınlarda valideynlərin, yaşlı vətəndaşların və qadınların rifahını təmin etmək üçün müxtəlif qanunlar tətbiq edib.

11 Dekabr 2019-cu ildə Lok Sabha’da təqdim edilən Valideynlərin və Yaşlı Vətəndaşların təminatı və Rifahı (Düzəliş) Qanunu 2019, Konstitusiyanın təmin etdiyi hüquqlara əsasən valideynlərin və yaşlı vətəndaşların xidmətlərini və rifahını təmin etmək niyyəti ilə idarəetməkdir. Müəssisə və xidmətlərin tənzimlənməsi, onların əsas ehtiyaclarını, təhlükəsizliyini, inkişafını təşkil etmək məqsədini təmin edir. Qanun layihəsi, həmçinin 2007-ci il Valideynlərin və Yaşlı Vətəndaşların Baxımı və Rifahı Qanununa də düzəliş etmək məqsədi daşıyır. 80 yaşdan yuxarı yaşlı vətəndaşların müraciətlərinə baxılması üstün tutulur. Yaşlı vətəndaşlara baxım (qayğı) evlərində və ev baxımı xidmət orqanlarında qeydiyyata alınmaqları təklif olunur. Eyni zamanda yaşlı vətəndaşlar üçün baxim evlərində minimum standartların olmasını təmin edir.

Hindistan Parlamenti, 1971-ci ildə Hamiləliyin Tibbi Dayandırılması Qanununa dəyişiklik edilməsi üçün 2 Mart tarixində, 2020-ci il Hamiləliyin Tibbi Dayandırılması Müddəti (Dəyişiklik) Qanununu təqdim etdi. Qanunun məqsədi qadınların terapevtik, gigiyenik, humanitar və ya sosial əsaslarla təhlükəsiz və qanuni abort xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.Təklif olunan qanun layihəsi hamiləliyin təhlükəsiz dayandırılmasını təmin edəcək. Qadınlara öz üzərində reproduktiv hüquqlar verəcək. Qanun, həmçinin xüsusi kateqoriyaya daxil olan qadınlar üçün hamiləliyin dayandırılması vaxtının 20 həftədən 24 həftəyə qədər uzadılmasını təmin edir. Qüvvədə olan hər hansı bir qanunla səlahiyyətli şəxs istisna olmaqla, hamiləliyi sona yetirilən bir qadının adı və digər məlumatları aşkar edilmir.

Qadınların reproduktiv hüquqlarını qorumaq üçün Nazirlər Kabineti fevral ayında 2020-ci ilin Yardımçı Reproduktiv Texnologiya Tənzimləmə Qanununu təsdiqlədi. Qanunun əsas faydası ondan ibarətdir ki, ölkədə Yardımçı Reproduktiv Texnologiya xidmətlərini tənzimləyəcəkdir. Beləki sonsuz cütlüklər ümidlərini itirməyəcəklər. Qanun layihəsi ilə Milli Şura, Dövlət Şuraları, Milli Qeydiyyat və Dövlət Qeydiyyat orqanları müvafiq reproduktiv texnologiya klinikalarını və köməkçi reproduktiv texnologiya banklarını tənzimləyəcək və nəzarət edəcəklər. In-Vitro Mayalanma (IVF) daxil olmaqla Yardımçı Reproduktiv Texnologiya (ART), sonsuzluqdan əziyyət çəkən bir çox insanlara ümid verdi. Eyni zamanda bir çox hüquq, etik və sosial mövzulara müraciət etdi. Hindistan reproduktiv tibbi turizmin əhəmiyyətli bir fəaliyyətə çevrilməsi ilə qlobal məhsuldarlıq sənayesinin əsas mərkəzlərindən birinə çevrildi.

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək

0
turizm

Martın 17-dən 19-dək Rusiya paytaxtında 27-ci Moskva Beynəlxalq Turizm Sərgisi (MİTT) keçiriləcək.

“Report” xəbər verir ki, sərgidə Azərbaycan 25 şirkətlə təmsil olunacaq. Həmçinin ölkəmizin turizm potensialı barədə də məlumatlar veriləcək.

Qeyd edək ki, turizm mövsümü ərəfəsində keçirilən MİTT beynəlxalq turizm liderlərinin görüşdüyü, bazardakı yeniliklərin nümayiş olunduğu ən böyük beynəlxalq tədbirdir. Bu il 65 min kvadratmetrdən artıq sahəni əhatə edəcək sərgidə 65 ölkənin nümayəndələri iştirak edəcək. Tərəfdaş ölkə qismində Yunanıstanın iştirak edəcəyi sərginin birinci günü “Yunanıstanın bölgələrinin turizm imkanları” adlı tədbir başlayacaq, bu ölkənin turizm naziri Haris Theoharisin mətbuat konfransı keçiriləcək.

Həmçinin bu il Türkiyə Səyahət Agentlikləri Asosiasiyasının (TürSAB – Türkiye Seyahat Agentaları Birliği) da iştirak edəcəyi sərginin ikinci günü, martın 18-də bu ölkə ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 100 illiyinə həsr olunan Türkiyə Günü keçiriləcək.

Mingəçevir – Göygöl-Maralgöl

0
Mingəçevir - Göygöl-Maralgöl

Baharı Mingəçevir – Göygöl-Maralgöl turumuzda birgə qarşılayaq
Mövsümün açılışını müxtəlif adət ənənələrlə yaddaqalan edək?

Tarix: 21-22,24-25 MART
Müddət: 1 gecə-2 gün

Qiymət : 75 AZN

Turun qiymətinə daxildir:

?Nəqliyyat xidməti
?River Side 4* ? gecələmək…
?Hoteldaxili xidmetler:
Hovuz , uşaqlar üçün əyləncə parkı, trinajor zalı, bilyard və tennis daxildir.
?Qidalanma: səhər yeməyi – 2 dəfə
? Keçəl və kosanı kölgədə qoyan tur rəhbəri
? Gəmi ilə gəzinti? (Kür çayında)
?Kür çayı sahilində açıq havada diskoteka ve əyləncəli oyunlar???(hava şəraiti ve proqrama uyğun olaraq)
? Göygöl gəzintisi
? Maralgöl gəzintisi
❌Qiymətə daxil deyil:
Göygöl Milli parkına giriş, Maralgölə gediş
?Qayıdışda çay süfrəsi
?Qeyd:Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Baharın ilk günlərində hava dəyişikliyi olacağı üçün turun proqramında dəyişiklik ola bilər.

Toplaniş: 06: 30 Nerimanovda Mcdonaldsın qarşısi
Daha ətraflı məlumat və rezervasiya üçün:

070-264-60-30

Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçirilir

0
forum

Martın 5-də Tbilisidə Azərbaycan-Gürcüstan iş adamlarının biznes forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının təşkil etdiyi tədbirdə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Yekaterine Mikabadze, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, BP, SOCAR, “PAŞA Bank”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, diplomatik korpusun nümayəndələri də iştirak edirlər.

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ), qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkət və iş adamları da forumda təmsil olunurlar.

Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburadze, nazir müavini Y.Mikabadze, səfir D.Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları çıxış edərək forumun əhəmiyyətindən danışıb. Bu cür tədbirlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

Tədbirdə Azərbaycanın və Gürcüstanın iqtisadi imkanları, turizm, biznes və investisiya mühiti barədə məlumat veriləcək. İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf perspektivlərinə dair təqdimatlar olacaq.

Qırğızıstanlı jurnalist: Azərbaycan özünəyetərli, zəngin və təhlükəsiz ölkədir

0
turizm

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Qırğızıstan nümayəndə heyətinin üzvü, “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporova “Odlar Yurdunda” sərlövhəli məqaləsində Milli Məclisə seçkilər prosesi, ölkəmizin paytaxtı Bakı şəhəri və onun sakinləri barədə təəssüratlarını bölüşüb.

Məqalə müəllifi yazır: “Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəhbərinin, Prezidentin Joqorku Keneşdə (Parlament) nümayəndəsinin, Qırğızıstan Xalq Assambleyası sədrinin, deputatların və jurnalistlərin daxil olduğu nümayəndə heyəti Bakıya Azərbaycan tərəfinin dəvəti ilə Milli Məclisə seçkilərin necə təşkil olunduğunu və necə keçirildiyini müşahidə etmək üçün, bir sözlə, təcrübə toplamaq üçün gəlmişdi. Axı tezliklə bizdə də parlamentə mandatlar uğrunda bu cür mübarizə olacaq. Yeri gəlmişkən, müxtəlif ölkələrdən və qitələrdən – Avstraliyadan ta Amerikaya qədər müxtəlif guşələrdən dəvət edilənlər çox idi. Mətbuat nümayəndələri üçün ayrılmış onmərtəbəli oteldə səhərdən başlamış axşamdan xeyli keçənə qədər jurnalistlərin səsi eşidilirdi. Parlament seçkiləri yalnız müşahidəçilərin, ekspertlərin və reportyorların bu cür izdiham şəklində toplaşdığı halda açıq və şəffaf hesab edilir. Demək istəyirəm ki, Bakıda hər şey beynəlxalq normalara və tələblərə uyğun idi.

Seçkilər sivil ölkələrdə qəbul edilmiş demokratik qayda üzrə keçirildi. Ötən çərşənbə günü seçkilərə tam yekun vurulub. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri daha çox deputat mandatı qazanıblar. Əlbəttə, müxalifət seçkilərin yekunlarından narazı idi. Bu da aydındır, çünki heç kəs uduzmağı xoşlamır. Lakin müxalifətin mənfi emosiyaları küçələrdə etirazlara və mitinqlərə çevrilmədi. Prezidentin Joqorku Keneşdə nümayəndəsi deyib: “Seçkilərdə təcavüz olmadı. Ölkədə daha çox pozitiv hiss olunur”.

Jurnalist Azərbaycanın paytaxtı, Dənizkənarı Bulvar, şəhərin rəmzləri, qədim İçərişəhər və başqa görməli yerlər barədə təəssüratlarını bölüşüb. O yazır: “Azərbaycanın özünəyetərli, zəngin və təhlükəsiz ölkə olduğunu hiss etmək üçün bir neçə gün orada olmaq kifayətdir. Keçmiş prokurorluq işçisi olmuş bir tanışım hələ Bişkekdə mənə demişdi ki, Bakının küçələrində hətta gecə vaxtı, üstündə bir kiloqram brilyant olduğu vəziyyətdə rahat gəzə bilərsiniz, heç kəs onları əlinizdən almayacaq. Bu sözləri bizə Bakıda da təsdiq etdilər.

Daha bir məqam. Bakıda turizm üçün münasib sayılmayan bir vaxtda da hara baxsan, turistləri görərsən. Fevralda hava o qədər də xoş keçmir. Biz gələn gün hava bir qədər yumşalmışdı, amma sonra Xəzərdən sözün həqiqi mənasında buz kimi külək əsdi. Əlcəksiz adamın əlləri donurdu.

Lakin azərbaycanlılara xas olan emosionallıq, üzügülərlik və səxavət küləkdən daha güclü oldu. Biz rəsmi dairələrin nümayəndələri ilə görüşlərdən əlavə, bazarlara, mağazalara da baş çəkir, xalqın sıravi nümayəndələri ilə də görüşürdük. Yerli alverçilərin heç biri sənə pis mal sırımaq istəməyəcək, heç kəs bunu ağlına belə gətirməyəcək. Amma “malın qiymətini öldürmək” qafqazlılara xas olan bir ənənə və ünsiyyət vasitəsidir.

Azərbaycanlılar ünsiyyəti xoşlayan xalqdır. Əlbəttə, dövlət dilinə daha çox üstünlük verilir, lakin yaşlı və orta nəslin nümayəndələri rus dilini də əla bilir, cavanların əksəriyyəti isə ingilis dilində daha yaxşı danışır. Biz Qırğızıstandan gəldiyimizi deyəndə gənclərin reaksiyasından hiss olunurdu ki, onların ölkəmiz barədə məlumatı azdır. Yaşı 40-dan yuxarı olanlar isə Qırğızıstan barədə, bizim inqilablar, onların hakimiyyət dəyişikliyi ilə başa çatması barədə bilirlər.

Azərbaycanlılar ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə səmimi hörmət bəsləyirlər. Heydər Əliyev bu insanlar üçün ideal olub və bu gün də belədir, çünki ölkə üçün, onun xalqı üçün çox iş görüb, xalqın şad günündə də, çətin günlərində də onun yanında olub. Heydər Əliyevin həyat və fəaliyyəti sözün ən yüksək mənasında hakimiyyət və vətənpərvərlik etalonu olub. Öz keçmiş rəhbərlərinə Azərbaycandakı qədər hörmət və ehtiram bəslənilən başqa bir ölkə yadıma düşmür. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun adını daşıyan mədəniyyət mərkəzi tikilib. Bu qeyri-adi bina əsl memarlıq incisi, müasir Bakının ən görməli yerlərindən biridir.

Mərkəzin layihəsinin memarı Zaha Hadid nüfuzlu Pritsker mükafatına layiq görülmüş ilk qadındır. Qədim məscidlərin divarlarındakı ərəb hərflərinin yazılışında olduğu kimi, bu mərkəzin xarici görkəmində də iti bucaqlar və düz xətlər yoxdur. Bu binaya baxanda, xüsusən onun daxilində olanda insan sanki gerçəklikdən uzaqlaşır, gələcəyə – 100 il sonrakı dövrə düşür. Bina bu dərəcədə qeyri-adidir. Deyilənə görə, bu mərkəzə yuxarıdan baxanda onun cizgiləri Heydər Əliyevin imzasını xatırladır.

Mərkəzin daxilində böyük, ağ zallar, hər şey Heydər Əliyevlə bağlıdır – onun maşınları, Prezident kabinetindəki mebel, sənədlər, fotoşəkillər, onun paltarları, təltifləri, hədiyyələri toplanıb. Bizə dedilər ki, burada həmişə çoxlu adam, o cümlədən gənclər və uşaqlar olur. Vətən sevgisi, vətənpərvərlik hissləri belə tərbiyə olunur. Burada həm də müxtəlif konsertlər və sərgilər təşkil olunur.

Bakı haqqında söhbət etdiyim adamların çoxu mənə deyirdi ki, azərbaycanlılar neftdə çimirlər, ona görə belə varlıdırlar. Lakin Allah bizdən də təbii sərvətlərini əsirgəməyib. Amma… Ölkənin indiki lideri İlham Əliyevin fikrincə, “Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik, bir də öz resurslarına güvənməkdir. Prezident kimi mənim bir məqsədim Azərbaycanı özünəyetərli və heç kəsdən asılı olmayan ölkəyə çevirməkdir. Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet olub, çünki bu, siyasi müstəqillik üçün təməldir”.

Neft isə, obrazlı şəkildə desək, bu hədəfi və ideyanı yalnız qidalandırır. Amma neft həqiqətən çoxdur. Şəhərdən 10 kilometr məsafədə də buruqlar görünür. Paytaxtın yaxınlığında yerin təkindən çıxan qaz isə, deyilənə görə, min ildir ki, yanır. Bura Yanardağdır. Doğrudur, hazırda alov yalnız Yanardağın ətəyində görünür. Çoxsaylı turistlər təbiətin bu möcüzəsini öz gözləri ilə görmək üçün buraya gəlirlər. Əlbəttə, biz də onlara qoşulduq.

Azərbaycanda İpək yolu ilə bağlı tarixi yerlər çoxdur. Məsələn, Atəşgah. Xalça Muzeyi, Müasir İncəsənət Muzeyi, teatrlar, bənzərsiz şərablar və milli mətbəx. Azərbaycanda üzüm, xurma və avokadodan da şoraba hazırlayır, ət və balıq xörəklərinə əlavə edirlər.

Əlbəttə, dörd gündə bütün tarixi yerləri görmək, bütün ləziz nemətləri dadmaq mümkün deyil. Buna görə çox istərdim ki, xalq arasında “Odlar Diyarı” adlanan Azərbaycanla tanışlığımız davam etsin”.