Ev Blog Səhifə 64

Koronavirus və dünya iqtisadiyyatı – Mərkəzi banklar təşvişdədir…

0
Koronavirus

Epidemiyanın Çinlə birlikdə Avropanın bir çox ölkəsində yayılması ehtimalı istehsal, ixrac, idxal, e-ticarət, nəqliyyat və turizmə mənfi təsir göstərəcək…

Epidemiyanın Çinlə birlikdə Avropanın bir çox ölkəsində yayılması ehtimalı istehsal, ixrac, idxal, e-ticarət, nəqliyyat və turizmə mənfi təsir göstərəcək…

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 27 fevral 2020-ci il

Koronavirusun günü-gündən artması və ölüm hallarının çoxalması bu virusun qlobal təhlükəyə çevrildiyini göstərir. Çində ortaya çıxan və və dünyanın bir çox ölkəsində görülən bu virus həm iqtisadiyyatlar, həm də insan sağlamlığı üçün ciddi bir təhlükəyə çevrilib.

Artıq dünyanın bir çox ölkəsində görülən koronavirus qlobal iqtisadi artım istiqamətli mərkəzi banklar və beynəlxalq iqtisadi qurumlar tərəfindən diqqətlə izlənilir.

Koronavirusun yayıldığı ölkələr

Asiya qitəsində Çin və İranda görülən koronavirusun Avropada və dünyanın bir çox ölkəsində görülməsi bu gün qlobal iqtisadiyyatlar üçün vacib bir risk daşıyır.

Koronavirus Asiya qitəsində Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Honkonq, Tayland, Tayvan, Malayziya, BƏƏ, Livan, Nepal, Rusiya, Hindistan, Filippin, Misir, İsrail, İraq, Şri-Lanka, Kamboca və Vyetnamda görülüb.

Amerika qitəsində ABŞ və Kanadada görünərkən, Avropa qitəsində İtaliya, Fransa, İngiltərə Belçika, Finlandiya, Yunanıstan, İsveç, Almaniya və İspaniyada ortaya çıxıb. Avstraliya qitəsində isə Avstraliyada görülüb. Buna görə də, geniş diapazonda və təxminən 35 ölkədə görülən koronavirusun bu baxımdan iqtisadiyyatlara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

Qlobal iqtisadiyyatda böyük bir daralmaya səbəb ola bilərmi?

Koronavirus qlobal iqtisadiyyat üçün böyük bir təhlükə yaradır və onun qlobal iqtisadiyyatda böyük daralma yaratması həm əhatə edəcəyi ölkələrin sayından, həm də yayılmanın nə qədər davam edəcəyindən asılıdır.

Mövcud vəziyyətdə koronavirusun təsirli olduğu Çinin dünyada ikinci ən böyük ÜDM-yə sahib olmasını və Çin iqtisadiyyatının dünya iqtisadiyyatındakı payını nəzərə aldıqda, koronavirusun qlobal iqtisadiyyata olan təsiri gözlənildiyindən daha çox ola bilər.

Epidemiyanın Çinlə birlikdə Avropanın bir çox ölkəsində yayılması ehtimalı istehsal, ixrac, idxal, e-ticarət, nəqliyyat və turizmə mənfi təsir göstərəcək. Başqa sözlə, bir çox sahədə daralma ehtimalı bütün nəzərlərin yenidən mərkəzi banklara yönəlməsinə səbəb olacaq.

Mərkəzi banklar nə edə bilər?

Mərkəzi bankların pul siyasətini təyin edən qeyri-müəyyən sahələrdən ən vacibi artıq koronavirus epidemiyasıdır. Koronavirusun iqtisadiyyata necə və nə qədər təsir göstərəcəyi qeyri-müəyyən vəziyyətdə yaranacaq təsirlərlə birbaşa əlaqəlidir.

Koronavirus təhlükəsinin Fed iclasının protokollarında qeyri-müəyyən şəkildə əks olunmasü hadisənin şiddətindən xəbər verir. Koronavirus epidemiyasının qlobal iqtisadi artım üçün yeni bir risk olduğu, bu epidemiyanın ortaya çıxması ilə iqtisadi vəziyyətlə bağlı qeyri-müəyyənliyin meydana gəldiyi və buna görə də, epidemiyanın genişlənərək davam etdiyi bildirilib.

Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri­n səbəb olduğu düşünülən iqtisadi daralma ilə yanaşı, 2008-ci ildəki qlobal iqtisadi böhranda olduğu kimi mərkəzi bankların üzərinə çox iş düşəcək.

Bu baxımdan, mərkəzi banklar gözləmə rejimi tətbiq etməklə bu epidemiyanın hara çatacağını və iqtisadiyyata nə dərəcədə təsir göstərəcəyini müşahidə edəcəklər.


Şəki – Qəbələ – Oğuz turu

0
Şəki-Oğuz-Qəbələ

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək. (H.Cavid)
? Gülüş mənbəyimiz olan Əziz Xanımlarımıza Beynəlxalq Qadınlar gününü Qəbələdə keçirməyi təklif edirik ?
? Əsrarəngiz 1 gecə / 2 günlük Şəki – Qəbələ – Oğuz turu
Qiymət 59 Manat
Tarix 8-9 Mart
???????
Qiymətə Daxildir:
▶ Vip nəqliyyat
▶ Oteldə Gecələmə ( City Hotel Gabala)
▶ Gülərüz tur rəhbəri
▶ Foto Çəkiliş
▶ Səhər yeməyi ( 2 dəfə yolda və Oteldə)
▶ Çay süfrəsi və Disco
▶ Yol boyu əyləncəli oyunlar
Ekskursiyalar:
▶ Qəbələ, Tufandağ
▶ Qəbələnd Əyləncə mərkəzi ( Lunapark)
▶ Əvəzsiz görüntüsü olan – Nohurgöl
▶ Şəki Şəki Xan sarayı
▶ Karvansaray
▶Əlövsət şirniyyat evi
▶Oguz Xalxal Şəlaləsi
???????
QEYD1: Oteldə yerləşmə 2-3 nəfərlik Otaqlarda nəzərdə tutulub.Turist otaqda tək qalmaq istəsə əlavə olaraq 30 AZN ödəməlidir.
QEYD2: 0-5 yaş uşaqlar heç bir xidmətdən istifadə etməsə tur paket ödənişsizdir. ( Maşında Yer, Otelde Yer)
???????

Ətraflı məlumat və suallarınız üçün :

070-264-60-30

Azərbaycanda 6-cı tədbir baş tutacaq

0
Tədbir

Martın 3-ü “Prime Consulting” şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə 6-cı “Prime Travel Market” tədbiri baş tutacaq. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunacaq və bir neçə hissədən ibarət olacaq. Hər biri turizm nümayəndələrinə kommunikasiya platforması kimi xidmət edəcəkdir.

Tədbirdə Rusiya, Ukrayna, Çexiya, Belarusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri Fransa Amerika, Böyük Britaniya, Maldiv adaları və Şri –Lanka ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edəcək. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlər qurulacaq. Eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparacaqlar.
“Prime Travel Market”in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edəcəkdir.
Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır.

Tədbir zamanı qonaqlar üçün 20-yə yaxın dəyərli hədiyyələrin uduşu təskil olunacaq.

“Prime Travel Market” ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır. Ölkəmizdə daxili və xarici turizmin davamlı inkişafı üçün bir platformadır.

Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq

0
Koronavirus

Biz düşünürük ki, koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalması prosesi gedir. İnsanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər: “Bu vəziyyət Azərbaycana da təsir edəcək. Durum gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə İran, Italiya və digər ölkələrdə də aşkar edilib”.

K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini bağlayırlar. Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir: “Lakin bizim krizislə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişləndirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək. Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik”.

Agentlik rəsmisinin sözlərinə görə, turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənləri, həm də ordan gələnləri təlimatlandırmaq tapşırılıb.

Hotellərə ulduzların verilməsi qaydaları açıqlandı

0
Otel

Bu gün Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilib. Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb. Təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu haqqında məlumat veriblər.

Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sistemindən danışılıb. Xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bu haqda danışıb. O bildirib ki ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

O, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verib.

G.Sağlam deyib ki, bu növ təlimlər ilk olaraq Bakıda keçirilib. Daha sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

“Avro 2020” üçün ideya: Bakıya yollanmaq olar

0
Avro 2020

Yeni stadion, qonaqpərvər insanlar və dəniz…

Bu il futbol üzrə Avropa Çempionatının oyunları Sankt-Peterburqdan tutmuş, Bilbaoya qədər – düz 12 şəhərdə keçiriləcək. Təbii ki, rusiyalıların Avro-2020-yə baxa biləcəyi ən yaxın nöqtə Sankt-Peterburqdur. Lakin çempionatın təşkilat komitəsi ilə yanaşı, bizim də tövsiyə etdiyimiz daha bir variant var – Azərbaycan.

Bir tərəfdən ən maraqlı matçların məhz Bakıda keçəcəyi gözlənilir, digər yandan isə ¼ finalda Rusiyanın da oynayacağı istisna deyil.

Biz bu bloqu ta çempionat başlayanadək aparacaq, Azərbaycanda rus dili, qiymətlər, futbol olmayan günlərdə şəhərdə nə etmək və s. kimi bir çox maraqlı məqamlardan söhbət açacağıq. İndi isə ikigünlük səfərimiz zamanı Bakıda gördüklərimiz və AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətimizdən danışmaq istərdik.

Hərçənd, biraz haşiyə çıxa bilərik. Məsələn, Rostovdan Peterburq və Bakıya uçuşun qiyməti eynidir. Lakin Piterdə stadiona düşmək çox çətin olacaqsa, Bakıda yerlər hələ var və onlar daha ucuz başa gəlir. Üstəlik, mehmanxana qiymətlərində də qənaət mümkündür. Çempionat həm də turizm mövsümünün qızğın çağına düşür. Odur ki, Peterburq otellərində boş yer tapmaq həqiqətən çətin olacaq.

***

Son onillikdə Bakı bəlkə də MDB paytaxtları arasında ən fəal inkişaf edən şəhərdir: əhali artır, hər yanda göydələnlər ucaldılır, hər bir rayonunun ideyaları yenilənir və s. Məsələn, XIX əsrin neft mədənlərinə görə “Qara şəhər” adlandırılan rayon indi əksinə, Ağ Şəhərə çevrilib – artıq oradan zərərli istehsalat sahələri yığışdırılıb, onların yerində müasir, şüşəli ofis binaları, yaşayış evləri ucaldılıb. “Avro 2020”nin ən böyük fan-zonası da elə Ağ Şəhərdə yaradılacaq. O, düz Xəzər dənizinin sahilində yerləşəcək.

2016-cı ildən Bakı Formula 1-ə ev sahibliyi edir, 2019-cu ildə isə burada Avropa Liqasının finalı keçirilib. Odur ki, şəhər yavaş-yavaş böyük turnirlərin keçirilməsi təcrübəsinə sahib olur. “Birincisi, Avropa Liqası zamanı biz bu qədər adamın oyunlara fan-zonada tamaşa edəcəyini, ikincisi isə, ingilis azarkeşlərinin bu qədər pivə içəcəyini gözləmirdik. Daha doğrusu, onların çox içdiklərini bilirdik, lakin bunun bu qədər çox olduğunu bilmirdik. Bu dəfə bunu da həll edərik”, – deyə Elxan Məmmədov bildirir.

“Avro 2020”nin Bakıda keçiriləcək matçları arasında Uels millisinin qarşılaşması da var. Lakin qrup mərhələsində əsas turist axını Türkiyədən gözlənilir. “Püşkatma zamanı istəyirdik Bakıya həmsərhəd ölkələrdən birinin komandası düşsün. Çünki bu halda azarkeşlərin buraya gəlməsi asan olacaqdı. Rusiya əsas görüşlərini öz meydanında keçirəcək, bu səbəbdən də Türkiyə Azərbaycan üçün ən yaxşı variant idi”, – deyə Elxan Məmmədov qeyd edir.

Çempionatın keçiriləcəyi digər şəhərlərlə müqayisədə Bakının üstünlükləri sırasında ilk növbədə, dəniz göstərilir. Şəhər dəniz sahilində yerləşir. Lakin çimərliklər mərkəzdən 20-40 kilometr aralıdır. İyunda kifayət qədər isti olacağını nəzərə alsaq, çempionat zamanı çimərliklər istənilən turist proqramına daxil edilməlidir. Xüsusən də əgər qonaq bir neçə oyuna gəlib və futbol olmayan günləri də Bakıda keçirəcəksə.

Bakının digər görməli yerləri barədə gələn dəfə ətraflı danışarıq. Yalnız bir şeyi qeyd edək ki, onlar bir neçə gün gəzmək üçün tam kifayət edir. Bu sırada İçərişəhər və bir neçə muzey, müasir incəsənət sərgiləri və 2016-cı ildə açılmış Bakı Oimpiya Stadionu da var. Sonuncunu yəqin ki, çoxunuz Avropa Liqası finalının şəkillərindən tanıyırsız. Canlı isə o, daha böyük görünür. 70 min nəfərdən bir qədər az tamaşaçı tutan bu stadion 80 mindən artıq tutumu olan “Lujniki” stadionunu xatırladır. Kənardan isə o, Münhen “Bavariya”sının oynadığı “Alyans Arena”ya bənzəyir. Bənzərlik onların fasadındadır: stadionun səthi nazik lövhələrlə örtülüb və onlar müxtəlif rənglər alaraq mürəkkəb naxışlara çevrilir. Bu işıqlandırmadan yalnız matçlar zamanı istifadə olunur.

Bu yeni arenanın dərhal nəzərə çarpan yeganə çatışmazlığı isə meydanın ətrafındakı qaçış zolaqlarıdır. Bayaq adını çəkdiyimiz “Lujniki” stadionunda son yenidənqurma zamanı həmin zolaqlardan imtina ediblər. Bakıda isə buna bilərəkdən gediblər ki, stadion çoxfunksiyalı olsun. Axı Avropa Liqası və Avropa Çempionatı hər il burada keçirilməyəcək. “Arsenal”-“Çelsi” matçı zamanı qaçış zolaqları yaşıl örtüklə örtülmüşdü. Lakin indi qış mövsümüdür və zolaqlar əvvəlki rənglərinə qayıdıb.

Olimpiya Stadionuny “Avro 2020” üçün qoruyub-saxlayırlar. Futbol üzrə Azərbaycan çempionatının oyunları burada keçirilmir. Bunun üçün Tofiq Bəhramov adına stadion və nisbətən yeni “Baksel Arena” var. Stadionda konsert və digər idmandan kənar tədbirlər də təşkil edilmir. “Avropa Çempionatından sonra Olimpiya Stadionu inkişaf edəcək: burada basketbol meydançası yaradılacaq. Futzal meydançası və digər idman infrastrukturu isə artıq mövcuddur. Qaçış zolağında biz MMA döyüşlərini qəbul etmişik. Adam əlindən yer yox idi”, – deyə Elxan Məmmədov bildirir.

Bəs Rusya yığması Bakıda olacaqmı?

Bu variant həqiqətən də mümkündür. Reqlamentə görə, “Avro 2020”nin ¼ final oyunlarında biri də Bakıda oynanacaq. Bu, “B” qrupunda ikinci yeri tutacaq komanda olacaq. Rusiya yığması isə məhz bu qrupda yarışacaq. Belçikanı qabağa buraxmaqla, Danimarka və Finlandiyanı udmaq, bununla da ikinci yerə çıxmaq tam mümkündür. Amma bunun üçün səkkizdə bir mərhələsində “A” qrupunda ikinci yeri tutmuş komandanı – Türkiyə, Uels və ya İsveçrə millilərindən birini məğlub etmək lazım gələcək.

Bir sözlə, Rusiyanın məhz Bakıda oynamaq şansı 100 və ya 50% olmasa da, belə şans var və kifayət qədər realdır. Hər halda, ¼ finala biletlərin çoxunu məhz rusiyalı azarkeşlər alıb. Hələlik 38 min bilet satılıb. Yəni, yerlər hələ də var.

Bəlkə bu, elə sizin yerlərdir?

“Koronavirusa görə işgüzar səfərləri ləğv edirlər” – AzTA sədri

0
Nahid Bağırov

“Yanvar-fevral ayı turizm sahəsi üçün o qədər də aktual aylar deyil, yüksək təlabat olmur. Bu aylar həm Azərbaycandan gedən, həm ölkəyə gələn turistlər üçün “ölü aylar” sayılır”.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, koronavirusun turizmə iqtisadi təsiri hələlik hiss olunmur.

“Koronavirusun Azərbaycan turizminə təsirini Novruz bayramı ərəfəsində biləcəyik. Bu, İrandan gələn turistlərin sayında hiss olunacaq. Başqa ölkələrdən gələn turistlərdən qlobal səviyyədə rezervasiyalarını ləğv edənlər hələ yoxdur. Yerli turistlərin də xaricə səfərlərindən böyük maştabda imtina etməsi baş verməyib. Azərbaycanlılar əsasən Türkiyə və Dubaya istirahət üçün gedirlər, bu ölkələrdə də koronavirusla bağlı problem yoxdur”.

N.Bağırov, həmçinin bildirib ki, koronavirus yalnız Azərbaycana deyil, dünya turizmi üçün böyük zərbədir. “Dünyada turizmi ilə tanınmış ölkələrin hər birinə ziyan dəyəcək. Bu gün insanlar evlərindən, ölkələrindən çıxmaq istəmirlər, yoluxmadan qorxurlar. İnsanlar artıq işlə bağlı səfərlərini də ləğv edirlər. Biz Azərbaycan vətəndaşlarına müraciət edirik ki, işgüzar səfərlərini müəyyən müddətə təxirə salsınlar, xüsusilə epidemiya yayılan ölkələrə getməkdən çəkinsinlər”.

ZAQATALA – QAX – ŞƏKİ – OĞUZ – QƏBƏLƏ – TUFANDAĞ TURU

0
ZAQATALA - QAX - ŞƏKİ - OĞUZ - QƏBƏLƏ - TUFANDAĞ

Novruz bayramına özəl möhtəşəm 5* QAX EL RESORT HOTELİNDƏ gecələməklə ZAQATALA – QAX – ŞƏKİ – OĞUZ – QƏBƏLƏ – TUFANDAĞ TURU

● Tarix : 21 – 22 – 23 Mart (2 gecə/ 3 gün)

Qiymət – 159 AZN

Tura daxildir:
✔ Nəqliyyat xidməti
✔ Qax El Resort Hotelində Gecələmə (5) (2 gecə/ 3 gün)
✔ Qidalanma: 3 dəfə Səhər yeməyi
✔ Hoteldaxili Fitness və SPA xidmətləri, Sauna və Türk hamamı, Qapalı Hovuz, Fitness zalı, Tennis masası, Bilyard, Cinema Club
✔ Ekskursiyalar:

  • Zaqatala – Hope lake, Zaqatala ekskursiyası
  • Qax – İlisu şəlaləsi, Ulu körpü, Sumuq qala
  • Şəki – Xan Sarayı, Karvansaray, Şirniyyat evi,
  • Oğuz – Xalxal istirahət mərkəzi
  • Qəbələ – Tufandag Yay Qış İstirahət Kompleksi, Nohurgöl
    ✔ Qayıdışda çay fasiləsi
    ✔ Fotoçəkiliş
    ✔ Tur Rəhbəri

✔ Yolboyu Əyləncəli Oyunlar

Qiymətə daxil deyil:

  • Muzey və komplekslərə giriş biletləri

– İlisu şəlaləsinə qalxmaq üçün Niva markalı maşınlar

Qeyd:

  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
  • 0-4 yaş uşaqlar pulsuz (1 uşaq, nəqliyyat və hoteldə yer tutmazsa)
  • Hava şəraitinə uyğun olaraq proqramda dəyişiklik ola bilər

Ətraflı Məlumat üçün:

070-264-60-30

Xaricilər Azərbaycanı öyrənir: Yeni innovativ platforma hazırlanıb

0
innovativ platforma

Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma olacaq. Öyrənmə platforması istifadəyə veriləcək.

“E-öyrənmə” platforması Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verir. Bundan başqa, platforma ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq.

Burada Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. bu kimi məlumatlar yalnız yazı şəklində deyil. Həmçinin audio və video formatda istifadəçilərə təqdim olunacaq.

Kursun sonunda öyrənilmiş biliklərin yoxlanılması məqsədilə verilən suallara müəyyən vaxt limiti çərçivəsində uğurla cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar.

Onlayn platformanın təqdimatı aprel ayının 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir.

Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək.

Hazırda 150-dən çox yerli turizm şirkəti, hotellər, aktiv növ istirahət turizmi (atçılıq, qolf, xizəkçilik, “off-road” turları və s.) təşkilatçıları daxil olmaqla Azərbaycan turizm sənayesinin nümayəndələrinin qeydiyyatı təsdiqlənib.

Tədbirdə öncədən təyin olunmuş görüş cədvəli çərçivəsində B2B (Biznesdən biznesə) görüşlər keçiriləcək. Şirkətlərə öz xidmətlərinin təqdimatını etmək üçün imkan yaradılacaqdır.

Forumda iştirak etmək üçün qeydiyyat həm yerli, həm də xarici şirkətlər üçün onlayn şəkildə hazırlanıb. Https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir.

İlk dəfə keçirilən “Travel Businness Azerbaijan” eyni zamanda gələcəkdə ölkənin turizm imkanlarının tanıdacaq. Bu mühüm platforma kimi çıxış edəcək.

Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

0
turistlər

2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 16,83 faiz çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,07 faiz təşkil edib.

2020-ci ilin yanvarında Türkiyəyə 1,787 milyon turist səfər edib. Bu da ötən ilin yanvarı ilə müqayisədə 16,11 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.