Yeni “Turizm haqqında” qanun layihəsi turizm sənayesinin üzvləri üzərində ağır öhdəliklər yaratmır.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə turizm sahəsindəki münasibətlər, hüquq və vəzifələr 1999-cu ildə qəbul edilmiş “Turizm haqqında” qanunla tənzimlənir. Ancaq turizm sahəsi daim inkişaf etdiyi üçün müasir turizmin tələblərinə cavab verəcək hüquqi təkmilləşdirilmiş bazanın formalaşmasına ehtiyac yaranır. Müasir turizmin inkişaf tendensiyaları və turistlərin gözləntilərinin qarşılanması zərurəti yeni tənzimləyici mexanizmin – qanunvericilik bazasının formalaşmasını labüd edir.
K.Quluzadə qeyd edib ki, yeni “Turizm haqqında” qanun layihəsi bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədilə hazırlanıb. Burada təkcə turizm sənayesinin tənzimlənmə mexanizmləri deyil, həm də turizm ehtiyatlarından səmərəli istifadə qaydaları və turizm sahəsinin maliyyələşdirilmə mənbələri öz əksini tapıb.
Agentlik rəsmisi hesab edir ki, qanun layihəsi turizm sənayesinin üzvləri üzərində ağır öhdəliklər yaratmır. Əksinə daha səmərəli və düzgün sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə zəmin yaradır. Qanun layihəsi turizm sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün turizm sahəsində dövlətin apardığı siyasətin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir. Layihədə, həmçinin turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin effektiv şəkildə aradan qaldırılması məqsədilə onların hüquq və vəzifələri göstərilib. Eləcə də təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri, həmçinin həyat və sağlamlıqlarının sığortalanması məsələləri əks etdirilib:
“Ümumilikdə qanun layihəsi turizm sahəsində önəmli olan terminlərə hüquqi anlayış verir. Turizmin formalarını, Azərbaycan üçün prioritet hesab edilən və beynəlxalq praktikada aktual olan turizm növlərini müəyyən edir. Layihədə ayrı-ayrı turizm növlərinin paralel inkişafı da öz əksini tapır. Bu da turizmdə mövsümilik probleminin aradan qaldırılmasına hədəflənib. Qanun layihəsində nəzərdə tutulan digər məsələ turizm sahəsinin inkişafının planlı şəkildə həyata keçirilməsi üçün vahid strateji sənədin – milli turizm strategiyası sənədinin hazırlanması və mütəmadi yenilənməsidir”.
Avropa İttifaqı (Aİ) ölkələrinin turizm sektoru zəifləyib. Dünyada, xüsusilə də turist axınının başlıca mənbəyi olan Çində koronavirusun yayılması üzündən ayda 1 milyard avroyadək ziyana düşür.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə daxili bazarlar üzrə Avropa komissarı Tyerri Breton bildirib.
BFM-yə müsahibə verən Aİ rəsmisi bu ilin yanvar ayından etibarən çinli turistlər Avropaya gəlmir. Bunun nəticəsində hotellərdə 2 milyon gecə yerinin boş qaldığını qeyd edib.
Avropa turizm sektoru son iyirmi il ərzindəki Çinin iqtisadi artımından böyük qazanc əldə edib.
TASS xəbər verir ki, T.Breton həmçinin İtaliya hökumətinin koronavirus və onunla bağlı məhdudiyyətlərdən daha çox ziyan çəkən şimal bölgələrini dəstək tədbirləri üçün 3 milyard avrodan artıq vəsait ayırıb. İtaliya və Almaniyada kornavirusla bağlı resesiyanın belə mümkün olduğunu, lakin bu barədə konkret rəqəmlərin hələlik ortaya çıxmadığını açıqlayıb: “Yalnız martın sonunda, birinci rübünün yekunları vurularkən məsələ aydınlaşa bilər”.
“Şahdağ” Yay-qış turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti “Art Zone Week” adlı rəngkarlıq simpoziumu fevralın 28-də start götürüb.
Rəssam
Oxu.Az xəbər verir ki, mədəniyyət və sosial yönümlü bu layihənin məqsədi rəssamların gözü ilə bölgəni, burada yerləşən möhtəşəm turizm kompleksini ölkənin aparıcı turizm bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.
Rəssam
Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olacaqlar. Bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar.
Rəssam
Bununla yanaşı, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiriləcək. İlk Simpoziumda ərsəyə gələn və “Şahdağ” mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olub.
Rəssam
Sərgidəki möhtəşəm əsərləri satın almaq istəyən qonaqlar təəssüf ki, istəklərini həyata keçirə bilməyəcəklər . Simpoziumun qaydalarına görə əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.
Artıq ikinci dəfə reallaşan “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, “Abşeron Hotels Group” və “ASPİ Winery”nin təşkilati dəstəyi ilə həyata keçirilir.
Rəssam
Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edib. O bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.
Qeyd edək ki, Simpoziumda Azərbaycanın əməkdar rəssamları
Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edir.
Rəssam
Simpozium mart ayının 3-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə başa çatacaq. Əsərlər mart ayının sonuna kimi “Şahdağ” mehmanxanasında sərgilənəcək.
Tacikistanın sugdnews.com portalı müxbir Salimaxon Vaxobzadenin Azərbaycanda keçirilən parlament seçkiləri, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı rus dilində geniş məqaləsini verib.
AZƏRTAC xəbər verir ki, materialda fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri barədə ətraflı məlumat verilir, bu böyük siyasi kampaniyada dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlərin iştirak etdiyi bildirilir.
Jurnalist məqalədə Bakı şəhərinin tarixi, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Dənizkənarı park, buradakı müasir otellər haqqında məlumat verir, Azərbaycanda turizmin inkişafından danışır. Yazıda Bakı metrosunun nadir memarlıq abidəsi olduğu vurğulanır. Qeyd edilir ki, “yeraltı şəhər”in dizaynında ölkənin tarixi və mədəniyyəti əks edilib. Diqqətə çatdırılır ki, hazırda ümumi uzunluğu 37 kilometr olan metronun 25 stansiyası fəaliyyətdədir, bu yaxınlarda daha üç stansiya istifadəyə verilməlidir.
Yazıda Bakıdakı muzeylər haqqında da söhbət açılır, burada çəkilən məşhur filmlər sadalanır. Şəhərdən 30 kilometr məsafədə yerləşən “Atəşgah” abidəsi barədə oxuculara məlumat verilir, “Yanardağ” möcüzəsindən danışılır.
Müəllif, həmçinin Azərbaycanın milli təamlarından söhbət açır. Xalqımızın qonaqpərvərliyinin onu valeh etdiyini vurğulayır.
Fevralın 28-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə quruma üzv olan 25 şirkətin nümayəndəsi üçün təlim keçirilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin rəhbəri Rüfət Hacıyev öz çıxışında bu növ təlimlərin turizm şirkətlərinin peşəkarlığının artırılmasından danışılıb. Vətəndaşlara keyfiyyətli turizm xidmətlərinin göstərilməsində vacib rol oynadığını diqqətə çatdırıb.
Peşəkar təlimçilər Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev və “SMART Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov “Sosial davranışların xidmətdə rolu”, eyni zamanda “Turoperator və turagent fəaliyyəti” mövzuları üzrə iştirakçıları maarifləndiriblər.
Təlimin əsas məqsədi turizm sektoru nümayəndələrinin maarifləndirilməsi, bu sahədə peşəkarlıq səviyyəsinin formalaşdılmasıdır. Turizm məhsullarının və servis xidmətlərinin keyfiyyətinin artırılması, eyni zamanda xidmət mədəniyyəti anlayışının təbliği, kadrların hazırlığı və ixtisaslaşmasıdır.
İnteraktiv şəkildə keçirilən təlimdə turizm nümayəndələrinin sualları da cavablandırılıb.
Sonda iştirakçılara Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub.
Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə keçirilən bu növ təlimlər il ərzində hər ay olmaqla müxtəlif mövzular üzrə təşkil olunacaq
Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu ölkənin nüfuzlu “Nil-Mədəniyyət” dövlət televiziya kanalının canlı yayımında “Bütün dillərdə” proqramının qonağı olub. Verilişin əsas mövzusu alimin Azərbaycan ilə Misir arasında tarixi əlaqələri özündə ehtiva edən “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri” mövzusunda doktorluq dissertasiyası olub.
AZƏRTAC xəbər verir ki, S. Nəsirov Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd edib.
Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd edilməsini, ölkəmizdə çoxlu sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözün işlənməsini iki xalq arasında tarixən mövcud olmuş sıx əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib.
Aparıcının suallarını cavablandıran azərbaycanlı alim qeyd edib ki, onun 337 səhifədən ibarət elmi işində 146 mötəbər ərəb mənbəsinə istinad edilib. 150-dən çox azərbaycanlı alim haqqında məlumatlar yer alıb. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqlarından geniş bəhs edilib.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışan S.Nəsirov vurğulayıb ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib.
Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.
Ölkəmizin turizm potensialından danışan təşkilat rəhbəri son illərdə çoxlu sayda ərəb turistin ölkəmizə səyahət etdiyini bildirib.
Azərbaycanla bağlı 45 dəqiqəlik veriliş misirli tamaşaçılarda böyük maraq doğurduğundan, o, təkrar nümayiş etdirilib. Bundan başqa, mövzunun aktuallığı nəzərə alınaraq, Qahirə Universitetində xüsusi simpoziumun keçirilməsi barədə qərar qəbul edilib.
“Koronavirus sərhədi keçərsə, bunun Azərbaycaniqtisadiyyatına birbaşa təsirləri olacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusunAzərbaycana keçəcəyi təqdirdə ölkə iqtisadiyyatına vura biləcəyi təhlükələrədndanışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovdeyib:
“Dolayı təsir ondan ibarətdir ki, dünyaiqtisadiyyatı zəifləyir və Azərbaycanınixrac bazarlarında da imkanlar zəifləyir. Bu isə növbəti dövrlərdə Azərbaycanınixrac gəlirlərinin azalmasına gətirib çıxaracaq. Mövcud vəziyyətdə neftin qiymətidə azalıb. Neftin 1 dollar ucuzlaşmasının Azərbaycanın ixrac gəlirlərinə təsiri600-650 min dollardır. Koronavirus başlayandan bu günə qədər isə neftin qiyməti11 dollar ucuzlaşıb. Bu isə o deməkdir ki,gündəlik ixracdan zərərimiz 6,5-7 milyon dollar civarındadır”.
Ekspert hesab edir ki, virusun sərhədi keçəcəyitəqdirdə manata təzyiqlər daha kəskin xarakter alacaq, qiymətlər bahalaşacaq:”Virusla bağlı proses orta və uzun müddətli dövrə qədəm qoyacaqsa manatın məzənnəsinətəzyiqlər artacaq. Tədiyyə balansında risqlər yaranacaq. Azərbaycana idxal olunan mal və məhsulların əhəmiyyətlihissəsi Çin və İrandan gətirilirdi. 2010-cu ildə 13 milyard dollarlıq idxalolunub ki, bunun da 18 faizini Çin və İran bazarlarından gətirilən məhsullar təşkiledib. İndi bu məhsulların gətirilməsində məhduddiyyətlər tətbiq olunur ki, buqiymətlərin sürətlə artmasına gətirib çıxaracaq”.
R. Həsənov düşünür ki, Azərbaycaniqtisadiyyatı indiki halda belə bir çətin sitiuasiyalara hazır deyil: “Çatışmazlıqlarıkompensasiya etmək üçün yerli istehsal yoxdur. Odur ki, prosesin uzanması qiymətlərinkəskin artımı və ciddi qıtlıqla müşaiyyət oluna bilər. Sərhədyanı bölgədəyaşayan və gündəlik dolanışığı İrandan gətirilən xırda ticarət fəaliyyətindənasılı olan insanlar üçün də ciddi çətinliklər yaranacaq. Virusun turizmsektoruna da təsiri olacaq. Bütövlükdə götürdükdə, virusun yayılması domino effektilə iqtisadiyyatımızı iflichalına sala bilər”.
Prezident İlham Əliyev fevralın 27-də İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlanıb. Həyata keçirmək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Xarici İşlər nazirliklərinə tapşırılıb.
Sərəncamda qeyd edilir ki, İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.
Bildirilir ki, İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb. 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.
Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisi olub. Eyni zamanda, Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verib. Ötən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılıb, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilib. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülüb. Yeni muzey ekspozisiyaları açılıb, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənib.
Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Qazaxıstan turizm sahəsində Azərbaycan təcrübəsindən istifadə etmək istəyir.
Qazaxıstanın “Qazax Turizm” Milli Şirkətinin sədr müavini Kayrat Sadvakasov AZƏRTAC-a bildirib ki, ölkəsində Azərbaycana böyük maraq var. Son illər iki ölkə arasında sürətlə inkişaf edən və strateji xarakter alan münasibətlər turizm sahəsinin inkişafına da təsirsiz ötüşməyib. Statistik məlumatlara görə təkcə ötən iki il ərzində Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 50 faizədək artım qeydə alınıb. Qazaxıstanda ölkənizi daha çox əlverişli coğrafi mövqeyinə, hər mövsümə uyğun turizm imkanlarına, dəniz və çimərlik turizminə, tarixi məkanlarına, milli mətbəx və ev sahibliyi etdiyi Avroviziya, Avropa Oyunları, Formula 1 kimi kütləvi yarışlarla xatırlayırlar. Elə bu üstünlüklər Azərbaycana marağın artmasının əsas səbəbləri kimi göstərilir.
Kayrat Sadvakasov deyib: “Bizim vətəndaşları daha çox çimərlik, qastronom turizmi maraqlandırır. Bu səbəbdən də daha çox buna uyğun özlərinə istirahət axtarırlar. Amma tədricən tendensiya dəyişir və indi macəra turizmi önə çıxmağa başlayıb. Qazaxıstandan hər il 11 milyondan artıq insan səyahət edir. Onlardan çoxu biznes səyahətidir. Yaxşı ki, indi Azərbaycan Hava Yolları bizim ən böyük şəhərimiz olan Almataya uçuşlar təşkil edir və bu gələcək inkişaf üçün stimuldur. Ən çatışmayan cəhət isə yəqin ki, bir-birimiz haqqında informasiya qıtlığıdır”.
Ekspertin qənaətinə görə, informasiya çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, qarşılıqlı şəkildə məlumatlandırma tədbirləri görmək lazımdır.
“Hesab edirəm ki, biz öz turoperatorlarımızı Azərbaycana göndərməli, sizin turopeatorlar isə bizim ölkəyə gəlməlidir. Eyni zamanda, mediaturlar təşkil etmək, turizm sahəsindən yazan bloqqerləri dəvət etmək lazımdır. Biz informasiya turlarına qatılmaq istəyən Azərbaycan turoperatorlarını dəstəkləməyə hazırıq. Ötən il Azərbaycanda olduq və Bakını çox sevdik. Həm iqlimi əlverişlidir, həm də tarixi yerləri və Xəzər sahili çimərlikləri var. Bu dənizsevərlərə də yaxşı imkanlar açır. Həmçinin Naftalan haqqında eşitmişəm və bizim qazaxıstanlı turistlərə səhiyyə turizmi, Naftalan çox maraqlıdır. Hazırda Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində turizm sahəsində Qazaxıstanın Azərbaycanla sıx əməkdaşlığı var. Düşünürəm ki, bu ideyanı davam etdirmək lazımdı. Biz Azərbaycanla və digər türkdilli ölkələrlə işləməyə hazırıq. İpək yolu üzərində 34 ölkə var. Bu, İndoneziyadan tutmuş İtaliyaya qədə geniş bir arealı əhatə edir”,-deyə “Qazax Turizm” Milli Şirkətinin sədr müavini deyib.
Onun sözlərinə görə, ortaq tarixi köklər, mədəniyyətin və milli adət-ənənələrin bənzərliyi də qazaxıstanlı turistləri Azərbaycana cəlb edən amillər sırasındadır. Ekspertin qənaətinə görə, Azərbaycan turizm baxımından digər qonşularına nisbətən daha böyük potensiala sahibdir.
Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı vizasız rejim haqqında sazişə dəyişikliklər barədə protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Qazaxıstan vətəndaşları bu ölkələrin ərazisində 30 gün ərzində qeydiyyatsız qala, 90 gün ərzində isə vizasız yaşaya bilərlər.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın “Profi+travel” portalında təşkil olunmuş təlim layihəsində qalib gələn turagentlərin Azərbaycana infoturu təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla tanışlıq səfərində layihə müddətində ölkəmizə turlarının aktiv satışını həyata keçirən 10 ən aktiv turagent statusunu qazananlar iştirak ediblər.
Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər var. Eləcə də qış turizmi imkanları barədə məlumatlandırılması məqsədilə Bakı, Qobustan, Quba və Qusara səfərlər təşkil edilib.
Fevralın 28-də qalib turoperatorlarla yerli turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Tolyatti, Saratov, Samara və Yaroslavl şəhərlərini təmsil edən turoperatorlarla 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında görüşlər zamanı əməkdaşlıq imkanları qiymətləndirilib.
Qeyd edək ki, onlayn təlim layihəsinin “Profi+travel” portalında 6 ay davam edib. Təlimin sonunda rusdilli ölkələri təmsil edən turagentlər Azərbaycanın turizm potensialı, hotellər və turizm marşrutları haqda yerləşdirilən materialları mənimsəyiblər.
Tematik vebinarları dinləyən və sonda test mərhələsini uğurla adlayan qaliblər Azərbaycan Turizm Bürosu tərəfindən sertifikatla təltif ediliblər.