Xocalı soyqırımı ilə əlaqədar Koreya Respublikası parlamentinin üzvlərinə müraciət ünvanlanıb
Koreya Respublikasında yaşayan həmvətənlərimiz bu ölkənin parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıblar.
Məqsəd ötən əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının Koreya Milli Assambleyası tərəfindən tanınmasına və onu törədənlərin cəzalandırılmasıdır. Bu istiqamətdə səylərin artırılmasına nail olmaqdır. Müraciətlərdə Xocalı soyqırımının tanıdılmasında azərbaycanlıların məqsədinin intiqam alınması deyil, heç bir günahı olmayan mülki şəxslərə qarşı yalnız etnik mənsubiyyətinə görə törədilmiş həmin cinayət üzrə ədalətin yerini tapması olduğu vurğulanıb.
Qeyd edək ki, Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində “Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!” başlıqlı petisiyalar yerləşdirilib. Petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb. Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb. Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb. Hazırda nəzərdən keçirilir.
Lənkəran-Lerik-Novruz turu
Novruz bayramınız mübarək olsun əziz xalqımız ??. Bu Novruz süfrənizə bərəkət gətirsin. Hər gününüz bayram kimi gözəl olsun . Bu Novruzu Azərbaycanımızın dilbər guşələrində qarşılamaq üçün elə indi bizə müraciət edin!☺
Tarix : 22-23 Mart və 23-24 Mart
? Qiymət:75 azn
3 dəfə yeməklə 85 AZN
?Qiymətə daxildir:
✔ VİP Nəqliyyat xidməti
✔ Tur rəhbər
✔ Fotosessiya (Şəkillər turdan 3 gün sonra link formasında pulsuz olaraq göndərili)
✔ Oteldə gecələmə (Palıdlı Sahil Oteli )
https://palidli.az
✔ Qidalanma: Səhər yeməyi (2 dəfə)
✔ Oteldaxili xidmətlər
✔ Oteldə şou proqram( 10 AZN ödəniş)
?Ekskursiyalar:
✔ Lənkəran Samovarı
✔ Lənkəran Xanbulan gölü
✔ Uzunömürlülər diyarı Leriki gəzmə şansı
✔ Relax ailəvi istirahət mərkəzi
✔ Meşə gəzintisi , həmçinin, şəlaləyə ekskursiya
✔ Qayıdışda çay fasiləsi
– Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub(2 günlük turlarda)
Qeyd:
– 0-5 yaş uşaqlar pulsuz (1 uşaq) avtobusda və oteldə yer tutmazsa
Ətraflı Məlumat üçün
“Hər il Novruzda Ermənistana 20 min iranlı gəlir”- Koronavirus erməniləri iranlı turistlərdən məhrum edib
Koronavirus təhlükəsi səbəbindən Ermənistan İranla sərhədi iki həftəlik müddətə bağlayıb. Və epidemiyanın yayılıması dinamikasından asılı olaraq, bu müddət uzadıla bilər.
“AzPolitika.info” xəbər verir ki, hazırda erməni mətbuatında əsas müzakirə mövzularından biri İrandan gələn koronavirus təhlükəsi və bu “mehriban qonşu” ilə sərhədin bağlanmasının Ermıənistan iqtisadiyyatına vurduğu zərbədir.
Ermənistanda iqtisadçılar artıq sərhədin bağlanmasının vurduğu ziyanı hesablamağa başlayıblar. Məsələ ondadır ki, sərhədin bağlanması təkcə İran deyil, Ermənistanla iqtisadi əlaqələri olan digər müsəlman Yaxın Şərq ölkələrilə də ticarət dövriyyəsinə mənfi təsir göstərir. Doğrudur, əhalinin gediş-gəlişi dayandırılsa da, yük daşımalarına hələ ki, məhdudiyyət qoyulmayıb. Lakin epidemiya güclənərsə, bu istiqamətdə də qadağalar gözlənilir.
Erməniləri ən çox narahat edən məqamlardan biri İrandan turist axınının azalmasıdır. Ermənistan Turizm Agentliyinin rəhbəri Mexak Apresyan mətbuata açıqlamasında deyib ki, koronavirusla bağlı sərhədlərin bağlanmasının Novruz Bayramı ərəfəsinə düşməsi ölkənin turizm sektoru üçün ciddi itki hesab oluna bilər: “Ənənəvi olaraq, hər il Novruzda Ermənistana 20 min iranlı gəlir. Bu turist axınından məhrum olmaq yaxşı perspektiv vəd etmir. Ancaq reallıq bundan ibarətdir”.
Bununla yanaşı, Apresyan qeyd edib ki, bu il iranlılar bayramda Ermənistana gələ bilməsələr də, növbəti illərdə yenidən buraya üz tutacaqlarına şübhə etmir.
Xatırladaq ki, rəsmi rəqəmlərə görə, artıq İranda bu epidemiyadan ölənlərin sayı 12 nəfərdir. Lakin müstəqil mənbələrin məlumatlarında daha böyük rəqəmlər göstərilir.
Prezidentin İtaliyaya səfərinin əhəmiyyəti: Ölkələr arasında əlaqələr yeni müstəviyə keçdi
“Prezident İlham Əliyevin İtaliya səfəri xarakter etibarı ilə olduqca ali və yüksək səviyyəli hesab olunur. Çünki yalnız ölkə başçısı dövlət səfərlərini edir. Rəsmi səfərlərə isə həm dövlət, həm də hökümət başçısı gedə bilər. Bu nöqteyi nəzərdən cənab Prezidentin İtaliyaya səfəri olduqca yüksək dəyərləndirilməlidir”.
Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Prezidentin İtaliya səfəri Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter kəsb etdiyini göstərdi:
“Hər iki ölkə arasında münasibətlər olduqca inkişaf edib. Cənab Prezidentin də söylədiyi kimi, bu inkişaf müttəfiqilik münasibətlərinə şərait yaradıb. İki dövlət arasında mühüm sənədlər imzalandı ki, bu da rəsmi Bakı və Roma arasındakı hüquqi-normativ bazanı daha da möhkəmləndirdi və əlaqələrimizin bundan sonrakı inkişafı üçün yeni bir səhifə açmış oldu. Səfər çərçivəsində imzalanmış sənədlərin içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi vurğulamaq istərdim. Bu sənəddə faktiki olaraq İtaliya-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafının əsas istiqamətləri öz əksini tapıb.
Elman Nəsirov: “Ən mühüm məqamlardan biri odur ki, hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlardan çıxış edərək bir-birini müdafiə etməyə razılaşıblar”
Fikrimcə, ən mühüm məqamlardan biri odur ki, hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlardan çıxış edərək bir-birini müdafiə etməyə razılaşıblar. Bu, o deməkdir ki, Azərbaycanla bağlı hansısa məsələ müzakirə olunduqda, İtaliya bizi müdafiə edəcək. Eyni zamanda İtaliya ilə bağlı hər hansı mövzu müzakirə olunarsa, Azərbaycan İtaliyanı dəstəkləyəcək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə böyük aidiyyəti var. Bu o deməkdir ki, Qarabağ münaqişəsinin müzakirə olunduğu istənilən platformada İtaliya bizi dəstəkləyəcək. Nəzərə alsaq ki, İtaliya həm də münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Həmçinin Minsk Qrupu yardılarkən ona sədrlik edən ilk diplomat italiyalı idi”.
E.Nəsirov qeyd edib ki, bu gün Azərbaycan-İtaliya münasibətlərləri strateji xarakter kəsb edir:
“Məlum oldu ki, hər iki ölkə arasında münasibətlərin yalnız enerji deyil, qeyri-enerji sahəsinin də inkişafına böyük diqqət ayrılıb. Yəni, siyasi, iqtisadi, humanitar, mədəni, kosmik, sənaye, hərbi-texniki əməkdaşlıq, turizm və digər sahələrdə İtaliya ilə əlaqələrin inkişafı ilə bağlı mühüm sənədlərə imza atıldı. Bu da münasibətlərin bundan sonrakı inkişafı üçün olduqca vacibdir. Unutmamalıyıq ki, İtaliya bu gün iqtisadi gücünə görə, Avropada 3-cü, dünyada 8-ci, hərbi gücünə görə isə dünyada 12-ci yerdədir. İtaliya 37.7 milyardlıq hərbi büdcəyə malikdir. Bütün bunlar onu göstərir ki, Avropanın aparıcı dövlətlərindən olan İtaliya ilə Azərbaycan əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaranacaq. Məlumdur ki, bu gün İtaliya özünün neftə olan tələbatının 17 faizini Azərbaycan hesabına ödəyir. Hazırda ölkəmizin ticarət dövriyyəsi 6 milyard dolları ötüb və son 10 il ərzində 55 milyard dollardan artıq ticarət dövriyyəmiz formalaşıb. Bunlar onu göstərir ki, münasibətlərimizin bütün spektorlarının inkişafı üçün unikal imkanlar var. Xüsusilə, qeyri-neft sektorunun inkişafında həm İtaliya, həm də Azərbaycan maraqlıdır. İtaliyanın kiçik və orta biznesinin Azərbaycan iqtisadiyyatına cəlb edilməsi əsas hədəflərdən biridir”.
E.Nəsirov həmçinin bildirib ki, birinci vitse-prezident Mehriban xanım Əliyeva İtaliya ilə humanitar əlaqələrinin inkişafı üçün böyük töhfələr verib:
“Xüsusilə Romada katakombaların bərpasında Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir. Məhz bu xidmətlərinə görə, Mehriban xanım yüksək ordenlə təltif edildi. Bütün bunlar bir daha təsdiqlədi ki, Azərbaycan-İtaliya münasibətləri çox yüksək səviyyədə inkişaf tempinə malikdir. Bu inkişaf ilk növbədə regionda sülhə, təhlükəsizliyə xidmət edir və hər iki tərəfin maraqlarına tamamilə cavab verir”.
Bu ölkəyə turist olaraq gedənlərin nəzərinə: heç kimlə danışmaq olmaz! – FOTOLAR
Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya bir çox məsələdə digər dövlətlərdən fərqlənir.
Primetime.az xəbər verir ki, səyahət etmək və turistlər üçün nəzərdə tutulan ərazilərdən kənarda foto çəkmək çox çətin olan ölkənin bu baxımdan çox böyük bir sirri var.
Xaricdən gələn insanların yalnız əvvəlcədən təyin edilmiş yerləri görə bildikləri Şimali Koreya, tez-tez paytaxtı Pxenyanın memarlığı ilə gündəmə gəlir. Şimali Koreyanın paytaxtı, böyük göydələnləri və geniş bulvarları, demək olar ki, heç bir tıxacı olmayan Pxenyan, turistlərin görə biləcəyi bölgələrdən biridir.

Koreya əsrlər boyu mövcud olmuş və zaman-zaman işğal edilmiş bir ölkə idi. İkinci Dünya Müharibəsindən sonra baş verən müharibədə Cənubi və Şimala bölünmüş yarımadada gərginlik azalmadan davam edir.
Təxminən 3,5 milyon insanın yaşadığı Şimali Koreyanın paytaxtı Pxenyan geniş küçələri və hündür binaları ilə diqqət çəkir. Taedong çayının ikiyə bölündüyü Pxenyan geniş bir düzənlik üzərində qurulub.
Cənubi Koreya vətəndaşlarının Şimali Koreyaya girişi də praktiki olaraq qadağandır. 1953-cü ildə müharibə başa çatdıqdan sonra pərən-pərən düşən ailələrin dramı bu gün də davam edir.
Paytaxt Pxenyanın olduğu və müharibə baş verən yerlərin ziyarət edildiyi Şimali Koreyada icazəsiz foto çəkmək böyük problemlərə səbəb ola bilər.
