Ev Blog Səhifə 66

Uğursuz partlayış şəhərə turizm möcüzəsi bəxş etdi – FOTO

0
turizm

Dallas (ABŞ-ın Texas ştatı) sakinləri zarafat edirlər ki, artıq Piza şəhərinə getməyə ehtiyac yoxdur, çünki onalrın şəhərində yeni aşan bina peyda olub.

“Dallas Evening” xəbər verir ki, şəhərdə köhnə binanı yerlə-yeksan edəcək partlayış uğursuz baş tutub.

Nəticədə binanın bir hissəsi əyri formada qalaraq aşmayıb.

Bina dağılacağı istiqamətdə əyildiyi üçün heç bir təhlükənin olmadığı bildirilir.

Hal-hazırda partlayışı həyata keçirən şirkət binanı mexaniki üsul ilə aşırtmaq niyyətindədir.

Lakin şəhər sakinləri bunun əleyhinədir. Onlar mütəmadi olaraq bura gəlib binaya tamaşa edir və onun fonunda şəkil çəkdirirlər.

Sakinlərdən bəziləri yeni yaranmış turzim möcüzəsini qorumaq üçün hətta petitisya hazırlayır.

Lakin binanın yerləşdiyi yer bahalı layihə üçün nəzərdə tutulub və “möcüzə” yaxın günlərdə məhv ediləcək.

Niyə ruslar Türkiyədə daha çox mənzil alırlar? – Çin mediası

0
Türkiyə

Türkiyə ruslar arasında çox məşhur bir ölkədir. Yalnız tətil edə biləcəkləri bir yer kimi deyil. İlk dəfə olaraq ruslar Türkiyənin daşınmaz əmlakında ən fəal alıcı olublar.

KONKRET.az xəbər verir ki, Çinin “Sohu” nəşri bu haqda araşdırma aparıb.

Nəşr bunun səbəbini yumşaq iqlim və dənizlə əlaqələndirmir.

Ruslar Türkiyədə daşınmaz əmlakın ən fəal xarici alıcıları siyahısında ilk beşliyə daxildir. Türk Statistika İdarəsinin (TurkStat) məlumatına görə, ötən il Türkiyədə təxminən 1,35 milyon ev satılıb. Bunun 45 mini xaricilərin payına düşüb. Bu da əvvəlki illərə nisbətən 14,7% çoxdur.

Ruslar ilk dəfə Türkiyədə daha çox daşınmaz əmlak alanların cərgəsinə qoşulub. 2019-cu ildə ruslar 2893 dəfə daşınmaz əmlak alğı-satqı müqaviləsi bağlayıb. Onları yalnız iraqlılar (7596) və iranlılar (5423) qabaqlayıb.

Daşınmaz əmlak üzrə ekspertlər bunu münasib qiymətlərlə əlaqələndirirlər. Devalvasiya bir çox rusiyalılara rahat şəkildə daşınmaz əmlak almağa imkan verir.

Prian.ru saytının daşınmaz əmlak üzrə analitiki Anastasiya Faleyin sözlərinə görə, ruslar adətən bir kvadrat metri 1000 dollardan aşağı olan və dəniz sahilində yerləşən mənzillər seçirlər.

O, bu haqda “Al-Monitor” nəşrinə belə deyib:

“Bu pulla onlar keyfiyyətli hovuzu, idman zalı və uşaq oyun meydançası olan yeni kompleksdə yaşayış əldə edə bilirlər. Türkiyə yeni tikililər Rusiyadakından çox fərqlənir. Əlbəttə, rahatlıq rusiyalı alıcıları çox cəlb edir. Bundan başqa, Türkiyədə nisbətən aşağı qiymətə evlər də mövcuddur”.

Rusiyalıları Türkiyənin isti və mülayim iqlimi cəlb edir. Onlar hesab edirlər ki, dəniz mövsümü Türkiyə kurortlarında may-noyabr aylarında davam edə bilir. Türkiyənin iqlimi hər il milyonlarla rusiyalı turisti cəlb edir, ona görə də burada daşınmaz əmlak almaq qərarı məntiqlidir. Ən əsası odur ki, ruslara Türkiyəni ziyarət etmək üçün viza tələb olunmur. Bundan əlavə, həmişə bir çox Rusiya şəhərlərindən Türkiyəyə ucuz uçuşlar mövcuddur.

Türkiyə Rusiya turizminin əsas istiqamətlərindən biridir. Ötən ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərində hər iki ölkə 2019-cu ili “Turizm ili” elan edib.

Türkiyə KİV-in məlumatına görə, ölkə rekord sayda turisti 2019-cu ildə cəlb edib. 51 milyondan çox xarici turist Türkiyəyə səfər edib və onların arasında Rusiya turistləri birinci yeri tutur (7 milyon).

Rusiya ev və mənzilləri Antalya və Alanya şəhərlərində, Aralıq dənizi sahilində alırlar. Böyük şəhərlər rusiya alıcıları arasında heç də məşhur deyil. İstanbul və ya Bursada isə daşınmaz əmlakları digər xarici alıcılar əldə edirlər.

Faleyin sözlərinə görə, rusiyalı alıcılarının yaşı 35-50 il arasındadır:

“Ən çox uşaqları olan ailələrdir. Onlar adətən Rusiyanın böyük şəhərlərinin sakinləridir. Bu rusiyalı müştərilər hesab edirlər ki, Türkiyədə öz uşaqları və qohumları ilə yay mövsümünü keçirmək üçün ev almaq lazımdır”.

İqor və Yelena otuz yaşındadırlar və keçən il Moskvadan Türkiyəyə köçüblər. Onların hər ikisi informasiya texnologiyaları sahəsində işləyirlər və gələcəkdə Türkiyədə daimi iş tapmağı planlaşdırırlar.

“Hazırda Alaniyada dördotaqlı mənzil kirayələyirik”, — deyə cütlük bildirib. – Amma biz hesab edirik ki, gələn il mənzil və ya ev almaq lazımdır. Türkiyədə bütün il boyu isti və xoş iqlim var. Dadlı yeməklər və təzə meyvə- tərəvəzi olan gözəl bir ölkədir”.

Bir çox rus iş adamları Türk pasportlarını almaq istəyirlər. Henley & Partners şirkətinin PR meneceri Polina Kuleşova deyir ki, Türkiyə vətəndaşlığının iki əsas üstünlüyü var. Türkiyə pasportları Yaponiya və Sinqapura vizasız girişi təmin edir, buna görə də Asiya bazarına çıxmaq istəyən rus iş adamları Türkiyə vətəndaşlığına maraq göstərə bilərlər. Türkiyə vətəndaşlığı ABŞ-ın e-2 investor vizası almağa imkan verir ki, bu da öz növbəsində ABŞ vətəndaşlığının alınmasına gətirib çıxara bilər.

Əvvəlcə ruslar İspaniya, Bolqarıstan və ya İtaliyada ev almağa üstünlük verirdilər. Lakin Avropada daşınmaz əmlaka maraq azalır, Türkiyəyə isə artıb.

Bu haqda “Forbes” nəşri də informasiya yayaraq bildirib ki, rusiyalıların ispan daşınmaz əmlakına maraqları əhəmiyyətli dərəcədə azalıb.

Daşınmaz əmlak üzrə ekspertlər deyirlər ki, 2015-ci ilin noyabrında də bir çox ruslar Türkiyədə mənzil almaq planlarını ertələmişdilər. İndi Rusiya-Türkiyə münasibətlərinin normallaşması ilə onların bir çoxu yenidən Türkiyəni seçir.

Bununla yanaşı, iki ölkə arasında artan siyasi gərginlik, xüsusilə də Suriyanın İdlib əyaləti ilə bağlı problem rusiyalı investorları və mənzil sahiblərini seçimlərinin düzgün olub-olmaması haqda düşünməyə vadar edir.

Həmid Cahadi: “İranlı turistlər artıq Azərbaycana putyovka alıblar” EKSKLÜZİV

0
İranlı turistlər

KİV-də koronavirus təhlükəsi ilə əlaqədar Türkiyənin İranla sərhədi bağladığı barədə yalan məlumat yayılıb. Bu sərhəd açıqdır, sadəcə hər iki tərəfdə keçid məntəqəsindən keçən insanlara tibbi və epidemioloji nəzarət mövcuddur.

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

“İranlılar diplomatik nümayəndəliyin vizası ilə Azərbaycana əsasən, Bakıdan tranzit olaraq üçüncü ölkələrə getmək üçün gəlirdilər. Bu cür turistlər Azərbaycana gələn iranlı turistlərin ümumi sayının bir faizindən azını təşkil edirlər. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur”,-deyə şirkət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, indiyədək 600-ə yaxın iranlı Bakıda və Naxçıvanda keçiriləcək Novruz Bayramına turlar alıb. Müxtəlif səbəblərdən yalnız 6-7 ailə Azərbaycana səyahətini ləğv edib. İranlı turistlərin Azərbaycan tərəfi ilə qəbulunda problem yoxdur. Otellər, tur masaları və istirahət bölgələri iranlı qonaqları qəbul etməyə hazırdırlar.

“Təəssüf ki, xarici KİV-lər hipertrofiyaya meyillidirlər və bəzən İrandakı koronavirus ilə bağlı məlumatları təhrif edirlər. İranın bütün sərhədləri, İraqla bir neçə keçid məntəqəsindən biri istisna olmaqla, Türkiyə və Pakistan ilə açıqdır. İranın quru yolu ilə əsas turizm çıxışı Türkiyə və Azərbaycanadır. Şirkətimiz, həmçinin iranlılar üçün Türkiyənin Van, Trabzon və başqa bölgələrinə də turlar təşkil edir. Türk turoperatorları və rəsmi qurumlar sərhədin hər zamankı kimi açıq olduğunu bildirirlər”,-deyə Cahadi vurğulayıb.

Onun sözlərinə görə, İranın özündə, ölkəyə gələn və ölkədən gedənlərin hamısı dünya miqyasında standart koronavirus müayinəsindən keçirlər.


Koronavirus Azərbaycan turizminə də təsir göstərir

0
turizm

“Koronavirusun Çində aşkarlanması və dünyaya sürətlə yayılması təkcə Azərbaycan turizminə deyil, dünya turizminə mənfi təsir göstərir”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib. Onun sözlərinə görə, dünya turizmində böhran mərhələsi yaranıb.

İranda koronavirusun yayılması ilkin mərhələdədir. Dövlət tərəfindən hər hansı qadağa qoyulmayıb. Sərhəd-keçid məntəqələrində gücləndiriliş tədbirlər keçirilir, sərhədin bağlanmasına dair rəsmi qadağa yoxdur. Turizm şirkətlərinin atacağı addım dövlətin, Xarici İşlər, Səhiyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsinin hansı qərar verməsindən asılıdır. Burada psixoloji məsələ də var. Virus dünyada yayılandan sonra insanların psixologiyasında fikir formalaşıb ki, heç hara getməsin, öz ehtiyat tədbirlərini görsün, özünü qorusun”. 


O.Bədəlov bildirib ki, dövlət qurumlarının İranla bağlı qərarı, sərhəd-keçid məntəqələrinin bağlanıb-bağlanmaması Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayına təsir edə bilər:

“Novruz bayramında Azərbaycana ən çox turistin gəldiyi ölkə İrandır. Ötən illərdə İrana sanksiyaların tətbiq olunması və digər faktorlarla bağlı iranlı turistlərin kənara çıxmasında fərqli yanaşma sərgilənirdi. 2019-cu ildə İrandan Azərbaycana 255 min turist gəlib. 2018-ci illə müqayisədə turist sayında 6,3 faiz artım olub. 2019-cu ilin mart ayında İranda baş verən siyasi proseslərlə əlaqədar 35 mindən artıq turist gəlib. 2018-ci ilin martında 71 mindən çox turist gəlmişdi. Bu ilin yanvar ayında İrandan Azərbaycana gələnlərin sayış 13 min olub. Hər şey qaydasında getsəydi, yəni sanksiyalar artırılmasa, koronavirus olmasaydı, İrandan Azərbaycana gələn vətəndaşların sayında ötən illə müqayisədə 20 faiz artım olacağı proqnozlaşdırılırdı”.

Novruz Bayramı ilə yanaşı, «Formula-1» və Euro 2020-yə – GƏLƏNLƏR DƏ AZALACAQ

0
İran

Dünyada və Azərbaycana qonşu ölkələrdə koronavirusun yayılması Azərbaycana gələn turistlərin sayını kəskin azalda bilər.
Bu barədə FED.az-a turizm sektoru üzrə ekspert, Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, qarşıda hələlik ən yaxın turizm tədbiri sayılan Novruz Bayramı ilə bağlı iranlı turistlərin Azərbaycana gəlməsi gözlənilir. Bununla bağlı bir neçə ay əvvəllər otellər də rezerv olunub, amma artıq qarşı tərəfdə müəyyən tərəddüdlər var: «Doğrudur, rezervlər ləğv edilməyib, çünki biz adətən depozitlə rezerv edirik. Amma artıq hiss olunur ki, qarşı tərəfdə narahatıq var. Hətta gəlmək istəsələr də, ola bilsin, iranlı turistlərin ölkəyə gətirilməsi ilə bağlı problem yaransın. Bu sərhədlərə nəzarət edən qurmların qərarlarından asılı olacaq».
Qeyd edək ki, Novruz Bayramı günlərində Azərğaycana gələn xarici turistlərin yarıdan çoxu İran vətəndaşlarıdır. Ötən illə müqayisədə bu il onların sayının artacağı gözlənilirdi.
C.Aşurovun sözlərinə görə, virusun təsiri ilə təkcə İranda və Azərbaycanla deyil, bütün ölkələrdə turizm sahəsində durğunluq müşahidə edilməyə başlayıb. «Artıq insanlar səyahət etməyə meylli deyillər və virus təhlükəsindən narahatdırlar».
Ekspert bildirir ki, virusun təsiri özünü təkcə Novruz Bayramında deyil, Azərbaycanda keçirilən digər turizm tədbirində – o cümlədən «Formula-1»«Euro-2020» matçlarında da göstərə bilər. Artıq həmin tədbirlərdə iştirakla bağlı da bəzi tərəddüdlər var.

Azərbaycandan İrana ziyarət turları davam edirmi?

0
İran

Çin Xalq Respublikasında aşkar edilən və son günlər qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dünyanın bir çox ölkələri – Pakistan, Əfqanıstan, Türkiyə, İordaniya, İraq, Gürcüstan və Ermənistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəd məntəqələrini bağlayıb. Eyni zamanda Azərbaycan da İranla gömrük sərhəd keçid məntəqələrində müəyyən məhdudiyyətlər tətbiq edib.

Bəs, görəsən, Azərbaycandan İranın müqəddəs şəhərlərinə ziyarət turları təşkil edən şirkətlər səfərlərini davam etdirirmi?

Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, müqəddəs şəhərlərə ziyarət turları turizm şirkətləri tərəfindən həyata keçirildiyindən Dövlət Komitəsinin ziyarət səfərlərinə hər hansı məhdudiyyət qoymaq kimi səlahiyyəti yoxdur.

“Report”un araşdırması nəticəsində məlum olub ki, Azərbaycanda bəzi turizm şirkətləri İrana ziyarət turlarını təxirə salmayıb, bəziləri isə səfərləri ləğv edib.

“Salam Tour” şirkətindən “Report”a bildirilib ki, hazırda İrana ziyarət səfərləri mart ayı üçün nəzərdə tutulub: “Novruz bayramı ərəfəsində İrana ziyarət turlarımız var. O zamana qədər əgər koronavirusla bağlı problemlər dəf olsa, səfərlərimiz baş tutacaq. Əks halda, turlar təxirə düşəcək. Səfərlər təxirə düşdüyü təqdirdə bizim turların iştirakçısı olmaq üçün müraciət edən şəxslərin etdikləri ödənişlər də geri qaytarılacaq”.

“Furqan Travel” şirkətindən isə “Report”a bildirilib ki, hazırda şirkət İrana ziyarət turlarını həyata keçirir:

“İranla gömrük-sərhəd-keçid məntəqələrimiz tam bağlanmayıb. Gediş-gəlişlər müəyyən saatlarda həyata keçirilir. Sadəcə olaraq, sərhəddə insanlara zəruri deyilsə, İrana səfər etməmələri barədə tövsiyələr verilir. Fevralın 23-də Birləşmiş turizm şirkətləri tərəfindən Azərbaycandan İrana ziyarət səfərlərinə qruplar çıxıb. Onlar sağ-salamat İrana çatıblar. Heç bir problem də yoxdur. Bu gün də yeni qruplar çıxmalıdır. Sadəcə olaraq ziyarətlər zamanı Qum şəhərinə və ətrafına gedişlər dayandırılıb”.

“Peak Travel” şirkətindən də “Report”a verilən məlumata görə, şirkət sentyabrın 22-də İrana ziyarət turları təşkil etsə də, səfərlər koronavirus epidemiyasının yayılması şübhəsi ilə təxirə düşüb:

“Biz mütəmadi olaraq İranla əlaqə saxlayırıq. Bizə dedilər ki, gediş-gəliş bağlanıb. Ona görə də səfərlərimizi təxirə saldıq. Buna görə də ziyarətə getmək üçün bizə müraciət edənlərin etdikləri bütün ödənişləri geri qaytarıldı. Həmin şəxslərə real vəziyyəti izah edib başa saldıq. Problemlər aradan qaldırılandan sonra turlara yenidən start veriləcək”.

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Qonşu İranda isə bu xəstəlikdən ölənlərin sayı 18 nəfərə çatıb. Ümumilikdə, bu ölkədə koronavirusa 28 yoluxma halı qeydə alınıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi koronavirusun yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edib. Qeyd olunub ki, hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

Batumi-Trabzon-Tbilisi turu

0
Batumi-Trabzon-Tbilisi

????Novruz tətilində Möhtəşəm 3-lük?
?Batumi-Trabzon-Tbilisi turu?
✅ Qiymət:159 USD
✅ Tarix:19.03.2020
✅ Bakıya çatma:25.03.2020
?İlkin ödəniş 50$,qalan hissəsini gedişə 15 gün qalmış tam ödəniş etmək şansı !
Qiymətə Daxildir⤵
✅ Komfortlu Nəqliyyat (Monitorlu və razetkalı VİP Travego).
✅ Gecələmə – 1gecə Batumi, 2 gecə Trabzon, 1 gecə Tbilisi.
? İberia Hotel 3*
https://www.booking.com/hotel/ge/iberia.ru.html
? Sanlı Hotel Hamam & Spa 3*
https://www.booking.com/hotel/tr/sanli-hotel-hammam-spa.ru.html
? Avangard Hotel 3*
https://www.booking.com/hotel/tr/sanli-hotel-hammam-spa.ru.html
✅ Qidalanma BB (4 Səhər yeməyi oteldə).
✅ Gülərüz Tur Rəhbəri.
✅ Foto çəkiliş qrup şəkilində.
✅ Yol boyu əyləncəli və intellektual oyunlar,və qaliblərə dəyərli hədiyyələr!
✅ Wifi.(Wifi haqqında məlumatı qeyd bölməsində ətraflı oxumağınız xahiş olunur.)

✅ Hostes və nəqliyyatda içkilər (su,çay,kofe,)

Ekskursiyalar
???Batumi
?Batumi Bulvar Gəzintisi.
?Batumi Əli ve Nino Heykəli.
?Batumi Delfinariya ( 20 lari ).

?Batumi İtalyan Şəhəri.

???Trabzon
?Trabzon Forum shopping.
?Trabzon meydanı.
?Uzungöl.

?Ayder yaylası.

???Tbilisi
?Tbilisi şəhər gəzintisi.
?Qədim Tbilisi şəlaləsi.
?Sevgililər Körpüsü.
?Arzular Körpüsü.
?Heydər Əliyev parkı.
?Abantubani hamamları.
?Gürcü Anası (Kartlis Deda).
?Tblisi Kanat gəzintisi Narikala-5 lari.
?Qədim Tbilisi şəhər gəzintisi.

?Tbilisi Mall shopping.

Qeyd⤵
❇ Qiymət iki nəfərlik otaqda 1nəfər üçün nəzərdə tutulub.
❇ 5-yaşa qədər hər ailədən 1-uşaq ödənişsizdir (Əgər oteldə və avtobusda yer verilmərsə).
❇ Kanat və Muzeylərə giriş bilətləri turun qiymətinə daxil deyil.
❇ Wifi haqqında məlumat.(Provayderə ən çox 10-telefon qoşula bilər.Məlum məsələdirki nəqliyyat üçün nəzərdə tutulmuş provayderlər kiçik ölçüdə olduğundan ən çox 10-nəfər qoşulur).
❇ Toplanış: 19-Mart saat 18:00-da Gənclikdə.
❇ Bakıya çatma: 25.03.2020 Səhər saat:8-9 iradələrində (gömrükdən asılı olaraq)
Əlavə suallarınıza WhatsApp nömrələrimizdə cavab tapa bilərsiniz.

070-264-60-30

Yanvarda Azərbaycana 1183 çinli turist gəlib

0
çinli turistlər

2020-ci ilin yanvar ayında Azərbaycana 1183 çinli turist gəlib. 2019-cu ilin müvafiq dövründə isə ölkəyə gələn çinli turistlərin sayı 767 olub. Ümumilikdə isə Azərbaycana gələn çinli turistlərin sayında 54,2 faiz artım qeydə alınıb.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn çinli turistlərin sayında artım yanvar ayının 20-ə qədər müşahidə olunub: “Çinli turistlərin sayındakı artım yanvarın son 10 günlüyünə qədər olub. Yanvarın 20-dən sonra bu rəqəmlərdə azalma müşahidə edilir. Bu da Çində yayılan koronavirusla əlaqədardır. Çinli turistlərin sayında azalmanı daha çox fevral ayında müşahidə edəcəyik”.

Çin bazarının turizm üçün əhəmiyyətli olduğunu deyən O.Bədəlov qeyd edib ki, 2020-ci ildə Çindən Azərbaycana 40 minə yaxın turistin səfəri gözlənilirdi. Amma koronavirusun yayılması nəinki Azərbaycanın, əksər ölkələrin Çin bazarı ilə bağlı planlarını dəyişdi.

“Bu, Azərbaycan üçün müvəqqəti xarakter daşıyır. Bu günə qədər Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Çinlə bağlanan bütün müqavilələr və sazişlər qüvvədədir. Virus təhlükəsi yox olandan sonra Çinlə turizm sahəsində əməkdaşlıq yenidən bərpa olunacaq”.

İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına dəstək verəcək

0
Azərbaycanın tarixi

“2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan edilir. İlk növbədə Azərbaycan mədəniyyətinin İtaliyada təbliğini nəzərdə tutur”.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeski arasında imzalanan memorandum hazırlanıb. Bu memorandum Azərbaycanda mədəniyyət sahəsinin bir çox istiqamətləri üzrə öz töhfəsini verəcək:

“2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan edilməsi ilə bağlı müvafiq tədbir və fəaliyyətlər həyata keçiriləcək. Azərbaycan mədəniyyətinin İtaliyada təbliği böyük alıcılığı ilə seçiləcək”.

V.Eyvazzadə bildirib ki, İtaliyanın Mədəni İrs nazirliyi ilə imzalanan memorandum hər iki ölkə arasında qarşıdakı illərdə mədəniyyətin bir sıra istiqamətlərində əməkdaşlığı nəzərdə tutur:

“Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılası, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunmasıdır. Eyni zamanda İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə olunmasıdır. Ölkədə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da vacib istiqamətlərdəndir”.

Şöbə müdiri qeyd edib ki, bu memorandumun imzalanması Azərbaycanda kino sənətinin inkişafına da böyük töhfə verəcək:

“Birgə film festivallarının keçirilməsi, Azərbaycanda İtaliya kinosu, İtaliyada Azərbaycan kino günlərinin keçirilməsi, kino istehsalı və onun təbliğində birgə faəliyyət, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi də bir istiqamətdir. Qarşılıqlı əlaqələr, həmçinin teatr sahəsinə də müsbət təsir göstəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır.

Sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.

Assosiasiya rəhbəri: “”Şahdağ” xizək kurortuna dəmir yolunun çəkilməsi qış turizminin inkişafına səbəb olacaq”

0
Şahdağ

“Azərbaycanın regionlarında, o cümlədən Şahdağa sürət elektrik qatarlarının işləməsi turistlərin müxtəlif bölgələrə axınını gücləndirəcək və turizmin inkişafını sürətləndirəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Şahdağ Qış-Yay Turizm Kompleksinə qədər dəmir yolu xəttinin çəkilməsinə münasibət bildirərkən deyib.

“Məncə turizm sənayesi Ləki-QəbələBakı-Yalama-Şahdağ istiqamətlərində dəmir yolu xətlərinin çəkilməsini səbirsizliklə gözləyir. Həmin təyinat məntəqələrindəki turizm kompleksləri bu infrastrukturdan qazanacaq, çünki turistlərin sayı artacaq. Bundan başqa, yeni dəmir yolları xətləri müxtəlif istiqamətlərdə olan turizm destinasiyalarını yaxınlaşdıracaq, yol daha komfortlu və qısa olacaq”, – deyə o, qeyd edib.

S.Dübəndi vurğulayıb ki, regionlara sürətli dəmir yollarının çəkilməsi həm daxili turizmi və eyni zamanda, Bakıya gələn turistlərin regionlara üz tutmasını artırar və ekoturizmın, milli parkların, aktiv, ekstrim və digər açıq hava turizm fəaliyyətlərinin inkişafına da müsbət təsir göstərər.

Xatırladaq ki, Bakı-Yalama dəmir yolu xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır: Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq. Hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir. Eyni zamanda, 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq. Yalamadan Qusar rayonundakı “Şahdağ” dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir. Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb.