Ev Blog Səhifə 67

Yaponiyada koronavirus səbəbindən kruiz laynerlərin limanlara 200-dən çox girişi ləğv edilib

0
Kruiz

Yaponiyada yeni koronavirusun yayılması kruiz laynerlərinin bu ölkənin limanlarına 200-dən çox girişinin ləğvinə səbəb olub.

Bu barədə araşdırmanın nəticələrini fevralın 22-də Kyodo agentliyi yayıb.

Turistlər və operator şirkətlər arasında narahatlığın əsas səbəbi kimi artıq iki həftədən çox müddətdə Yokohama limanında dayanmış “Diamond Princess” kruiz laynerindəki vəziyyət göstərilir. Həmin layner Çindən kənarda koronavirusun ən çox yayıldığı ikinci məkan kimi qeyd edilir. Son məlumatlara görə, həmin gəmidə olanlardan 634 nəfər bu virusa yoluxub. Onlardan ikisi xəstəxanada dünyasını dəyişib.

Agentliyin araşdırmasına görə, fevral ayında 121 halda beynəlxalq kruiz laynerləri Yaponiya limanlarına girişdən imtina ediblər. Bu, il ərzində Yaponiya limanlarından keçən kruiz laynerlərinin ümumi sayının 16 faizini təşkil edir. Eyni zamanda, sərnişin gəmilərinin operator şirkətlərini Yaponiya limanlarına martda 53, apreldə 23, mayda isə daha 9 girişi ləğv etməsi barədə məlumatlandırdıqları bildirilir.

Maliyyə baxımdan hər bir imtina ümumilikdə 270 min dollardan 360 min dollaradək məbləğin itirilməsi deməkdir. Yaponiyanın hər bir limanına yaxınlaşan kruiz laynerlərinin sərnişinləri bu şəhərlərdə təqribən həmin məbləğdə pul xərcləyirlər.

Turizm sahəsinin mütəxəssislərinin bildirdiyinə görə, yayadək yeni koronavirusla əlaqədar vəziyyət sabitləşməzsə, həmin sahəyə çox böyük zərər dəyəcək.


“Swiss International” Misirin turizm sektoruna 450 milyon dollar sərmayə qoyacaq

0
Misir

Yaxın Şərqdə “Swiss International” şirkətini təmsil edən Səudiyyə Turizmin İnkişafı Qrupu Misirin turizm sektoruna 450 milyon dollar sərmayə qoyacaq. Fevralın 21-də qrup Misirin “Taravat Investment” firması ilə müvafiq kontrakt imzalayıb.

Kontraktda qarşıdakı iki il ərzində Misirdə İsveçrə brendi ilə səkkiz otelin tikilməsi nəzərdə tutulur. Yeni və ən yüksək standartlara cavab verəcək otellər paytaxt Qahirə, Hurqada, Şarm əl-Şeyx, Marsa Alam, habelə tarixi abidələrin olduğu Luksor və Asuanda tikiləcək. Misirin paytaxtında yerləşəcək otelin hazırda inşaat işlərinin davam etdiyi Yeni Qahirədə olacağı bildirilir.

Qeyd olunub ki, “Swiss International” şirkəti Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində 2020-ci ilin sonundan etibarən 30 otelin tikilməsi üzrə layihə hazırlayıb. Qarşıdakı 5 ildə Misirdə şirkət tərəfindən 20 otel istifadəyə veriləcək. Bundan başqa, Əlcəzair, Tunis və Mərakeşdə də turizm obyektləri tikiləcək.

1982-ci ildə fəaliyyət başlayan “Swiss International” şirkəti 2014-cü ildən bəri Yaxın Şərqdə turizm sektoruna sərmayə qoyur.

Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir

0
Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqət mərkəzindədir.

Fevralın 21-də keçirilmiş İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş işıqlandırılıb. Məqalələrdə qeyd olunur ki, İtaliya tərəfi bu forumdan böyük nəticələr gözləyir. Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Azərbaycanın kənd təsərrüfatı, infrastruktur, turizm, tekstil, şərabçılıq, nəqliyyat və digər sahələrinə yatırılan italyan sərmayələri artacaq.

Hazırda 100-dən çox italyan şirkəti Azərbaycanla əməkdaşlıq edir. İtaliya tərəfdən biznes foruma rəhbərlik edən Xarici İşlər naziri Luiji Di Mayo vurğulayıb ki, bu görüş siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi yolunda atılan növbəti addımdır. Biznes forumda iştirak edən italyan şirkətləri nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına dəstək verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı İtaliya mətbuatında geniş şərh olunub. Dövlət başçısı çıxışında əsas vəzifənin ticarət əlaqələrinin şaxələndirilməsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məhz belə imkanlar yaradacaq. Habelə TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər.

Norveçdə iki alman turist qar uçqunu nəticəsində həlak olub

0
Norveç

Norveç hakimiyyəti cümə axşamı iki alman turistin qar uçqunu nəticəsində vəfat etdiyini bildirib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, qəza turistlərin Qərbi Şpisbergen arxipelaqındakı səyahətləri zamanı baş verib. Şimal qütbündən min kilometr aralıda arxipelaqda cəsədləri tapılan cütlüyün axtarışı üçün xilasetmə dəstəsi təşkil olunub. Xüsusi təlim keçmiş itlərdən ibarət bir helikopter cəlb olunub.

Məlumata görə, turistlər Qərbi Şpisbergenin ikinci ən böyük yaşayış məntəqəsi olan Barentsburqdan təqribən 15-20 kilometr cənubda, bir rus turoperator şirkətinin təşkil etdiyi marşrut üzrə səyahət edib. Öz növbəsində xilasedicilər, gündüz saat 15:00 radələrində iki nəfərin itkin düşməsi ilə bağlı məlumat aldıqlarını və bir neçə saatdan sonra onların cəsədlərinin tapıldığını vurğulayıb.

Qeyd etmək lazımdır ki, Qərbi Şpisbergen arxipelaqı Belçikadan iki dəfə böyük olan bir ərazini əhatə edir. Burada gəlirləri turizm, elmi tədqiqat və mədən işlərindən asılı olan 2900 nəfər yaşayır.

8-Mart gününə Tbilisi – Mtsxeta turu

0
8-Mart gününə Tbilisi - Mtsxeta turu

? 8-Mart GÜNÜNƏ NƏ HƏDİYYƏ ALACAĞINI DÜŞÜNƏNLƏR ÜÇÜN ƏLA TƏKLİF ?????

Tbilisi – Mtsxeta turu

Tarix: 7 Mart

Qiymət – 35 AZN
Qiymətə Daxildir:
?Komfortlu nəqliyyat?
??‍♂Tur rəhbəri??
?Foto çəkiliş?
? Yol Boyu Canlı gitara ifaları
?Canlı Karoki
? Yol boyu maraqlı və əyləncəli oyunlar qaliblərə hədiyyələr
?Ekskursiyalar?⛲?
Ekskursiyalar:
? I love Tbilisi meydanı
?Heydər Əliyev parkı
? Sülfür hamamları
? Sevgililər körpüsü
? Qədim Dzveli Şəlaləsi
? Cümə məscidi
? Narikala qalası
? Məryəm Ana heykəli
? Kanatla gəzinti
? Zippline minmək şansı
? Sülh körpüsü
?Rike parkı
? Gəmi ilə Kür çayında gəzinti
?Tbilisi Mall
?Mtsxeta şəhəri
? Kür və Aragvi çayının qovuşduğu yer
?Svetitskoveli kilsəsi

Qeyd: ? Ekskursiya zamanı ödənişli məkanlara giriş tur paketə daxil deyil. ? 6 yaşa qədər əlavə yer tutmayan uşaqlar üçün tur paket ödənişsizdir.

? Toplaşma yeri: 7 Mart Gənclik Mollun qarşısı
saat:22:30
23:00 – da nəqliyyat vasitəsi yola düşəcək.
Bakıya Çatma vaxtı: 9 Mart
~~~

——————
Ətraflı məlumat və qeydiyyat:

070-264-60-30

Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində və beynəlxalq turnirlərdə 18 medal qazanıblar

0
Beynəlxalq turnirlər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə iş, eləcə də idmanın kütləviliyinə nail olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən tədbirlər idmançıların uğurlu nəticələrini artırıb. Ötən ay onlar Azərbaycan birinciliyində 4, beynəlxalq turnirlərdə 14 medal qazanıblar.

Yanvar ayında gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” milli intellektual oyunu, kitab müzakirələri, “Beynəlxalq turizm modeli Naxçıvanda” adlı seminar keçirilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlara animasiya filmi nümayiş olunub. Muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması tədbiri, Şərur rayonunda futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil edilib.

Ötən ay gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə şahmat, sərbəst güləş, voleybol, basketbol üzrə birinciliklər, yoldaşlıq görüşləri baş tutub. Naxçıvan Futzal Liqasında 13-cü turun oyunları keçirilib.

Restoranların yeni fırıldağı – şişirdilmiş menyular, “sürpriz” hesablar, pozulan hüquqlar…

0
Restoran

Azərbaycanda bəzi restoran sahibləri əcnəbi müştərilər üçün əlavə menyular hazırlayır. Bu məsələ müxtəlif sferalarda dəfələrlə müzakirə mövzusu olur. Sahibkarlar bir çox hallarda nəinki əcnəbi müştərilərin, eləcə də yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar.

Oxu.Az xəbər verir ki, sözügedən problemlə qarşılaşan bir neçə müştəri sosial şəbəkədə bu məsələ ilə bağlı paylaşım edib. Təəssüf ki, bu kimi faktlar müxtəlif restoranlarda indi də baş verir.

Görünən odur ki, restoranlar əlavə qazanc əldə etmək üçün yeni fırıldaqlara əl atırlar. Xüsusilə də şəhərin mərkəzində fəaliyyət göstərən bəzi restoranlar belə “xidmət”lə ad çıxarıb.

Müştərilər şikayət edirlər ki, restoranlar onların seçmədiyi əlavə xidmətlərə görə ödəniş tələb edirlər. Məsələn, sifariş götürərkən müştəriyə təklif etmədən menyuya əlavələr edib, yekunda müştəriyə “sürpriz” hesab təqdim edilir. Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb edilir. Bu isə bir çox hallarda mübahisəyə səbəb olur.

İstehlakçıların hüquqları nə üçün pozulur? Müştəri öz cibinə uyğun sifariş verdiyi halda niyə iki və ya üç dəfə artıq pul ödəməlidir? Çıxış yolu həmin restoranları boykot etməkdir, yoxsa?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov cavablandırıb.

O bildirib ki, AİB-ə məsələ ilə bağlı kifayət qədər şikayətlər daxil olur:

“Təəssüf ki, bu problem nəinki turistləri, yerli camaatı da narahat edir. Sahibkarlar başa düşmürlər ki, bu birinci növbədə turizm sektoruna zərbədir. Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Aparılan monitorinqlər, ictimai qınaq müəyyən qədər bu problemlərin aradan qaldırılmasına kömək etsə də, paytaxtın mərkəzində fəaliyyət göstərən restoranların 60 faizində hələ də eyni problem qalır”.

O sonra qeyd edib ki, Sumqayıt şəhərində, Novxanı qəsəbəsində yerləşən restoranlardan da bu məsələ ilə bağlı şikayət gəlib: “Vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir. Sifariş edilən çayın yanında verilən istənilən təam barədə müştəriyə sual verilməlidir. Təbii ki, əgər bu, menyuda qeyd edilən çayın qiymətinə daxil deyilsə. Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində müvafiq qanun layihəsi hazırlamadığı üçün bu problemlə qarşılaşan şəxslər kimə şikayət edəcəklərini bilmirlər.

Təsəsvvür edin ki, restoran sahibləri o qədər harınlayıb ki, dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur, künc masalarda içildikdə isə bir az ucuz təklif olunur. Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bu hansı qanunda yazılıb? Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmaqda davam edəcək. Bu gün onların başına gələn haqsızlıq, sabah sizin və bizim də başımıza gələ bilər”.

KOBİA ilə sahibkarların birgə sərgisi

0
Sərgi

Keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunur. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər sərgilənir.

Sərgidə həmçinin, KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

Bu ilki sərgiyə iyirmiyə yaxın yeni fəaliyyətə başlamış şirkətlərdə qatılıb ki onlarada maraq kifyət qədər yüksək idi.

Fevralın 22-dək davam edecək sərgi çərçivəsində əmək münasibətləri, məşğulluq, biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəzində qanunvericilik, effektiv satış texnikaları kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, məsləhət xidmətləri göstəriləcəkdir.

Naftalan turizm brendinin yaradılması ilə bağlı seminar təşkil edilib

0
turizm

Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Naftalan brendinin markasının ilkin hazırlığı ilə bağlı seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, aparatın məsul nümayəndələri, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin koordinatoru Müsalim Əfəndiyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək şəhərin mövcud turizm potensialı barədə mütəxəssislərə ətraflı məlumat verib. Şəhər rəhbəri Naftalan brendinin formalaşması ilə bağlı müzakirələr aparılıb. Veriləcək təkliflərin Naftalanda turizmin gələcək inkişafı baxımından müsbət və faydalı olacağını qeyd edərək seminarın işinə uğurlar arzulayıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid seminarda mövzu ilə bağlı çıxış edib. Naftalan şəhər turizm brendinin yaradılmasını yüksək qiymətləndirib.

Seminarda Naftalan şəhər turizm brendinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.

Novruz Bayramında Moskva turu

0
Moskva turu

Unudulmaz Novruz Bayramı Moskvada
18-25 mart
? 4Gün/3Gecə (ümumi 7Gün Avtobusla)
CƏMİ –259 usd

İLKİN ÖDƏNİŞ 60$ (1nəfər üçün) ödəyərək qalan məbləği gediş gününə 2 həftə qalmış ödəyə bilərsiniz.

Qiymətə Daxildir :
✅ Komfortlu avtobusla gediş-dönüş
✅ Səhər yeməyi (oteldə)
✅ Çay və su yol boyu
✅ Sığorta
✅ Azərbaycan dilli bələdçi
✅ Ekskursiyalar
✅ Qrup şəklində fotosessiya
✅ (3 Gecə/4 Gün) oteldə gecələmə

✅ Yol boyu maraqlı oyunlar və hədiyyələr

Ekskursiyalar:
-Qırmızı Meydan, Kreml Sarayı(500 rubl), Aziz Vasil Katedrali (500 rubl), Lenin Mavzoleyi, GUM, Dövlət Tarix Muzeyi (400 rubl)
-Zaryadye parkı
-Bolşoy Teatrı (1500 rubl), Tverskaya küçəsi
-VDNX, Ostankino Tv Qülləsi (1000 rubl), Kosmonavtika muzeyi
-Vorobyovı Qorı parkı
-İzmaylovskiy Kreml
-Arbat küçəsi
-Tsaritsino parkı
-Tretyakov Dövlət Galeryası(500 rubl)
-Moskva Zooparkı (500 rubl)

-Moskva Siti

✍Qeyd:
Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün hesablanmışdır .
1 yaşdan 5 yaşına kimi uşaqlar ödənişsizdir xidmət tələb olunmursa.

5 yaşdan yuxarı tam ödəniş (xidmətlər tam göstəriləcək )

?Qiymətə daxil deyil:
1.Muzeylərə və ödənişli yerlərə Giriş bileti (Qiymətləri proqramda qeyd olunub)
2.Nahar və Şam yeməyi
3.Novruz Şənliyi (+40 $)

4.2-nəfərlik otaqda tək qalmaq istəyən əlavə 100$ ödəniş etməlidir.

?YERLƏR ÖDƏNİŞ GÜNÜNƏ GÖRƏ VERİLİR.

?ÖDƏNİŞLƏR GÜNÜN MƏZƏNNƏSİNƏ GÖRƏ MANATLA QƏBUL OLUNUR.

Toplanış: Gənclik m/s, 18 Mart, 10:00

Bakıya çatma vaxtı: 25 Mart

Ətraflı məlumat üçün:⤵

070-264-60-30