Ev Blog Səhifə 8

Çində turizm məkanında yanğın baş verib

0
turizm məkanı

Çinin Şensi vilayətində turizm məkanında baş verən yanğında 13 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökuməti məlumat yayıb. Bildirilir ki, Tayyuan şəhərinin Taytayşan buz heykəllər salonunda baş verən yanğın nəticəsində 15 nəfər də yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Hazırda hadisə yerində axtarış işləri aparılır.

Qeyd edək ki, Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan Ay festivalı münasibətilə ölkədə 8 günlük tətil başlayıb. Çinlilər bundan istifadə edərək turizm məkanlarına axın edir. Çinin əsas onlayn səyahət platforması olan “Trip.com” tətil günlərində ölkə daxilində 600 milyondan çox turist səfərinin qeydə alınacağını proqnozlaşdırıb.

Antalya “Qızıl portağal” film festivalına hazırlaşır

0
Antalya

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 57-ci “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 3-də başlayacaq.

Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan festivalın açılış mərasimi üçün hazırlıq işləri görülür. Festivalda yer alan milli və beynəlxalq filmlər “Ulduzlar altında” adı verilən üç açıq hava səhnəsində nümayiş olunacaq. Sosial məsafə qaydalarına riayət olunacaq.

Festival oktyabrın 10-dək davam edəcək.

Hərbi xidmətə çağırılan vətəndaşların aviabiletləri cəriməsiz qaytarılacaq – THY

0

Azərbaycan Respublikasının qismən səfərbərlik elan etməsini nəzərə alınıb. Türk Hava Yolları hərbi xidmətə çağrılan sərnişinlərin biletlərinin təmamiylə cəriməsiz qaytarılması haqqında qərar qəbul edib.

Gezmeli.az Turizmplus.az saytına istinadən bildirib ki, çağırış vərəqəsi ilə səfərbərlik çərçivəsində Milli Orduya cəlb olunacaq olan, ancaq önümüzdəki günlərə uçuş bileti sahibi sərnişinlər aviabilet aldıqları şirkətlərə müraciət edə bilərlər.

Ödənişin qaytarılması, PNR’a baxılaraq TK Bakı ofisinin xüsusi icazəsi ilə yerinə yetiriləcək. “No Show” olmaması üçün yerlərin çıxardılması və çağırış vərəqəsinin kopyasının THY-ə göndərilməsi mütləqdir.

Mərakeş ÜDM-in 10 faiz azalması nəticəsində 10 milyard dollar itirəcək

0
Mərakeş

Mərakeş hökuməti COVID-19 pandemiyası səbəbindən yaranan böhran nəticəsində 2020-ci ildə iqtisadiyyatda 5,8 faiz geriləmə baş verəcəyini gözləyir.

AZƏRTAC xəbər verir ki, ölkənin İqtisadiyyat, Maliyyə və İnzibati islahatlar naziri Məhəmməd Bençaabun bu fikrini Nümayəndələr Palatasının maliyyə və iqtisadi inkişaf üzrə komitəsinin iclasında bəyan edib. 5,8 faiz həcmində iqtisadi geriləmə ÜDM-in təqribən 10 faiz aşağı düşməsinə gətirib çıxaracaq. Bu da 100 milyard dirhəm (təqribən 10 milyard dollar) təşkil edir. Lakin bu, Krallıqdakı epidemioloji vəziyyətin necə dəyişəcəyindən asılıdır.

Nazir qeyd edib ki, bir sıra turizm şəhərləri bu il yay mövsümündə zərərə düşdüyünə görə turizm sektorundan gəlirlər 50 faiz azalıb (gözlənilən 27 faiz əvəzinə).

Nəqliyyat sektorunda azalma gözlənilən 9,6 faiz əvəzinə 12 faizə bərabər olub, ticarət sektorunda geriləmə isə daha əvvəl gözlənilən 8 faizlə müqayisədə bu rəqəm 9,1 faiz təşkil edib.

İşsizlik səviyyəsinə gəlincə isə bu göstərici 13 faizə bərabərdir. M.Bençaabunun sözlərinə görə, işsizliyin artması əsasən koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, karantinin bir günü təqribən 10 min nəfər üçün iş yerinə təhlükə yaradır.

Çinə “Qızıl həftə”də 600 milyon səfər gözlənilir

0
Çin səddi

Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan “Payızın ortası” (Ay festivalı) münasibətilə 8 günlük tətildə ölkə daxilində 600 milyondan çox turist səfərinin qeydə alınacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin əsas onlayn səyahət platforması olan “Trip.com” məlumat yayıb. Çində epidemik şərait yaxşılaşandan sonra ilk böyük tətilin pandemiyadan xeyli ziyan çəkmiş turizm sektorunun dirçəlməsinə böyük təkan verəcəyi güman olunur. Bayram günlərində ölkə üzrə 1500-dən çox turizm məkanı daha çox müştəri cəlb etmək üçün endirimli qiymətlər təklif edir. Bu dəfə əvvəlki illərdən fərqli olaraq, məlum səbəblərə görə xaricə turist səyahətləri olmayacaq.

Çinin Mədəniyyət və Turizm Nazirliyi ilin üçüncü rübündə ölkənin turizm sektorunun bərpa olunmağa başladığını açıqlayıb. Bu dövrdə birinci kateqoriyalı turizm obyektlərinin təxminən 70 faizi işini bərpa edib.

Qeyd edək ki, ötən il Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə tətil günlərində 782 milyon daxili turist səfəri qeydə alınmışdı. Bu rəqəm əvvəlki illə müqayisədə 7,8 faiz çox olub.

Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan Ay festivalı bu il oktyabrın 1-nə, ÇXR-in yaranmasının ildönümü gününə təsadüf edib.

“Beşbarmaq dağı” Turizm Agentliyinin tabeliyinə verilib

0
Beşbarmaq dağı

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.

Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bu Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərar qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarındakı dəyişiklikdə yer alıb.

Qərara əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə olunub.

Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

0
Qalata kulesi

Türkiyədə Azərbaycana dəstək məqsədilə İstanbulun simvollarından olan Qalata qülləsi Azərbaycan bayrağı rənglərinə boyanıb.

Türkiyədə Azərbaycana dəstək məqsədilə İstanbulun simvollarından olan Qalata qülləsi Azərbaycan bayrağı rənglərinə boyanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən birlik və bərabərliyi özündə əks etdirən bu proses gecə saatlarına qədər davam edib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib. Cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını alır. Qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

COVID-19 testini harada vermək olar?

0
Covid-19

“Azərbaycan Hava Yolları”nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər Bakı şəhərində yerləşən, adları aşağıda qeyd olunmuş klinika və laboratoriyalarda koronavirus (COVID-19) testindən keçə bilərlər. Qeyd edək ki, aviaşirkətimiz yalnız PCR testi əsaslı arayışları qəbul edir.

Referans Laboratoriyası

Ünvan: Bakı ş., Mirzəbala Məmmədzadə küç. 8A

“Leyla Medical Center” Klinkası

Ünvan: Bakı ş., Yusif Səfərov küç. 19

Memorial Klinikası

Ünvan: Bakı ş., Qara Qarayev pro. 38А

“Bona Dea” Xəstəxanası

Ünvan: Bakı ş., Mehdi Abbasov küç. 2

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi

Ünvan: Bakı ş., Məmmədəli Şərifli küç. 159

Caspian International Hospital

Ünvan: Bakı ş., Badamdar qəs., 1-ci yaşayış massivi 31

“UltraLAB” Laboratoriyası

Ünvan: Bakı ş., Asif Məhərrəmov küç. 156C

İNCİ Laboratoriyası

Ünvan: Bakı ş., Bül-Bül pr. 40

Baku Clinic (Bakı filialı)

Ünvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 493

Baku Clinic (Sumqayıt filialı):

Ünvan: Sumqayıt ş., N. Nərimanov küç.

Necə səyahət edə bilərəm sualına cavab axtaran azərbaycanlı turistlər isə Go Travel turizm şirkətinin 050-664-60-30 və 055-636-63-33 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər bileti ala bilərlər. Həmçinin ən qısa müddətdə sizə verilən kart vasitəsilə Covid-19 testinin cavablarını əldə edə bilərsiniz.

Əcnəbilərin Azərbaycanda kredit kartı ilə apardığı əməliyyatların həcmi avqustda 11,3% artıb

0
Kredit kart

Bu ilin yanvar-avqust aylarında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 328,3 mln. manat təşkil edib.

Gezmeli.az “APA-Economics”istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% azdır.

Avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 25,6 mln. manat təşkil edib. Bu da iyul ayının göstəricisindən 11,3% çoxdur.

Qeyd edək ki, Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib və mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

Rusiya daha bir ölkə ilə uçuşları bərpa edir

0
aviareys

Rusiya hökuməti pandemiya səbəbindən Yunanıstanla dayandırılan uçuşların bərpa olunma ehtimalını nəzərdən keçirir.

Gezmeli.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “TEZ TOUR Greece” turizm agentliyinin direktoru Dimitris Haritidisin Moskva – Afina marşrutu üzrə uçuşların 1 oktyabrdan etibarən başlaya biləcəyini bildirib.

Uçuşların həftədə iki dəfə- birinin Rusiya, digərinin isə Yunanıstan aviaşirkəti tərəfindən, paritet əsasında həyata keçiriləcəyi güman edilir.

Bununla yanaşı Yunanıstanın “Mouzenidis Travel” tur operatorunun baş direktoru Aleksandr Tsantekidi də hava nəqliyyatının bərpası ilə bağlı məsələnin yaxın günlərdə həll olunacağını bildirib. “Rusiya rəsmi olaraq Yunanıstan tərəfinə belə bir təkliflə müraciət edib. Və bəlkə də məsələ yaxın günlərdə həll ediləcək”.

Xatırladaq ki, 20 sentyabrda Rusiyanın Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə uçuşları bərpa etdiyi elan olunmuşdu.