Ev Blog Səhifə 71

Avropaya səyahət etmək istəyənlərin NƏZƏRİNƏ: Yeni viza qaydaları qüvvəyə minib

0
Avropa

2 fevral 2020-ci ildən etibarən qısa müddətlik səyahət vizası ilə bağlı Avropa İttifaqının (Aİ) yeni qaydaları qüvvəyə minib.

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən qanuni yolla səyahət edənlər Avropaya gəlmək üçün daha asan və daha sürətli viza prosedurlarından yararlanaraq turizm, ticarət və biznesin inkişafına şərait yaradacaq. O cümlədən qeyri-müntəzəm miqrasiya riskləri və daxili təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün daha çox resurs təmin edəcəklər.
Bu dəyişikliklər Azərbaycan daxil olmaqla Aİ-yə səfər etmək üçün viza alması tələb olunan bütün ölkələrin vətəndaşlarına şamil olunur.
Hal-hazırda Aİ-yə üzv olmayan 105 ölkə və ya qurumdan olan vətəndaşların viza alması tələb olunur.
Sözügedən qaydalar, Şengen zonasına daxil olan 22 Aİ ölkəsinə (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lyuksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakia, Sloveniya, İspaniya və İsveç) daxildir. Eləcə də assosiasiya sazişi imzalayan dörd ölkəyə (İslandiya, Lixtenşteyn, Norvec və İsveçrə) giriş üçün qısamüddətli vizaların alınmasına tətbiq edilir.

Özbəkistan mətbuatında Yanardağ qoruğu haqqında məqalə yerləşdirilib

0
Yanardağ

Özbəkistanın UzA milli informasiya agentliyi və ekolog.uz portalında Bakı şəhəri yaxınlığındakı Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında özbək dilində məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, UzA agentliyinin müxbiri Ozoda Bekmurodova məqaləsində belə yazır: “Bakı şəhərindən 27 kilometrlik məsafədə olan Yanardağ bu gün də dünya səyyahlarını özünə cəlb edir. Belə möcüzəli məkan dünyanın 3 yerində qeydə alınıb. İraqda “Baba Qurqur”, Türkmənistanda “Duzax darvozası” və Yanardağ”.

Yazıda vurğulanır ki, Yanardağ haqqında dünya şöhrətli səyyahlar Aleksandr DümaMarko Polo öz əsərlərində məlumat veriblər. Bildirilir ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb.

Ekolog.uz portalı da Nərgiz Qasımovanın bu mövzuda məqaləsini çap edib.

Müəllif yazır ki, 2007-ci il mayın 2-də bu məkan Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. 2018-ci il iyulun 18-də isə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. 2019-cu il iyunun 12-də qoruq səyahətçilərin ixtiyarına verilib.

Məqalədə bildirilir ki, qoruq 64,55 ərazini əhatə edir.

İndoneziyanın Qərbi Yava əyaləti Azərbaycan ilə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır

0
İndoneziya

İndoneziyanın Qərbi Yava əyaləti azərbaycanlı sahibkarlarla əməkdaşlıq əlaqələri qurmaqda və qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır.

Bu fikri əyalətin qubernatoru Ridvan Kamil Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevlə görüşdə ifadə edib.

Görüş zamanı Azərbaycan səfiri ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, iqtisadi inkişafı, aparılan islahatlar, regiondakı əlverişli strateji-coğrafi mövqeyi, irimiqyaslı regional və trans-regional enerji və infrastruktur layihələrində rolu, habelə Azərbaycan–İndoneziya münasibətləri barədə danışıb. Qubernatora, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında ətraflı məlumat verilib.

Azərbaycandakı əlverişli investisiya mühiti barədə danışan diplomat Qərbi Yava əyalətinin iş adamlarını ölkəmizdə kənd təsərrüfatı, turizm və digər sahələrə yatırım etməyə dəvət edib. O, iki ölkə arasında münasibətlərinin möhkəm zəmində inkişaf etdirilməsi məqsədilə regionlar arasında əlaqələrin inkişafının zəruriliyini bildirib.

Sonra C.Mirzəyev indoneziyalı turistlərin, xüsusilə zəvvar-turistlərin Ümrə ziyarətindən əvvəl Azərbaycana səfərlərinin təşviqi istiqamətində iş aparılıb. Azərbaycan ilə İndoneziya arasında birbaşa uçuş olmadığı üçün alternativ marşrutların nəzərdən keçirildiyini bildirib. C.Mirzəyev ölkəmizin İndoneziyanın halal turizm sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu da qeyd edib.

Qubernator R.Kamil Qərbi Yava əyalətinin iqtisadi baxımdan sürətli inkişafı, əlverişli coğrafi mövqeyə malik olması və ixrac potensialı haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, əyalətdə investisiya üçün ən əlverişli sahələrin turizm, ictimai nəqliyyat, tikinti, biotermal enerji və s. infrastruktur sahələridir. O, həmçinin rəhbərlik etdiyi əyalətin ötən il buraya qoyulmuş 10 milyard ABŞ dollarına yaxın investisiya ilə Cakarta, Mərkəzi Yava və Şərqi Yava əyalətlərindən irəlidə olduğunu vurğulayıb.

Hər il 650 mindən çox indoneziyalı zəvvar-turistin “Ümrə+” turistik paketindən istifadə etdiklərini bildirən qubernator indoneziyalı zəvvarların Azərbaycana cəlb edilməsi istiqamətində səfirlik tərəfindən aparılan işi yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın turizm agentliklərinin bu prosesdə iştirakı hər iki tərəf üçün faydalı ola bilər.

Qubernator, həmçinin azərbaycanlı investorları Qərbi Yava əyalətinə sərmayə qoymağa dəvət edib. Bunun üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. R.Kamil ilkin olaraq kiçik və orta sahibkarlar səviyyəsində əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Görüş zamanı səfir tərəfindən Bandunq şəhərindəki küçələrdən birinə Azərbaycan adının verilməsi təklif edilib.

İndoneziya, Yaxın Şərq və Cənubi-Şərqi Asiyada bir çox məşhur məscidlərin dizayn müəllifi olan R.Kamil Azərbaycanda inşa ediləcək məscidlərdən birinə dizayn verməyi təklif edib. Qərbi Yava əyalətindəki küçələrdən birinə Azərbaycan adının verilməsi məsələsini dəstəkləyəcəyini vəd edib.

Görüşdə, həmçinin bu il İndoneziyada keçiriləcək. Azərbaycan mədəniyyət günlərinin bir neçə tədbirinin Qərbi Yava əyalətinin mərkəzi olan Bandunq şəhərində təşkil edilməsi barədə razılıq əldə olunub.

Diplomat qarşı tərəfin azərbaycanlı investorların regiondakı layihələrdə iştirakı ilə bağlı çağırışını yüksək qiymətləndirib. Görüşə görə təşəkkürünü bildirib.

Qəbələnin otel və mehmanxanalarında qalan turistlərin sayı 41,6 faiz artıb

0
Qəbələ

Azərbaycanda digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür.

Qəbələ

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkəmizdə olan sabitliyin turizmin inkişafına böyük təkan verdiyini vurğulayaraq deyib: “Mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim. Son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək”.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün, həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Geniş turizm infrastrukturuna malik olan Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin yanvar ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 15 min 707 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 905-i və ya 63,1 faizi Azərbaycan, 5 min 802-si və ya 36,9 faizi xarici ölkə vətəndaşı olub. Yanvarda otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 min 619 nəfər və ya 41,6 faiz artıb. O cümlədən yerli turistlərin sayında 85,5 faiz artım qeydə alınıb.

Qəbələ

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, bu ilin yanvarında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən ay bu ölkənin 1837 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1300 nəfərə çatıb. Ümumiyyətlə, yanvarda Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya və Hindistandan olanlar üstünlük təşkil edib.

Turistlər üçün Bakıda salınan mərkəzi rayon bu ərazidə ola bilər

0
turizm

Prezident İlham Əliyevin tapşırığına əsasən yaxın zamanlarda Bakıda mərkəzi rayon yaradılacaq.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da ötən gün çıxışı zamanı mərkəzi rayonun yaradılacağından danışıb.

O, bildirib ki, mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: “Nəinki yeni binalar, köhnə binaların da bərpası gedir. Mərkəzi rayon yaradılandan sonra bu cür problemlər siyahıdan çıxarılacaq”.

Bakıda mərkəzi rayonun yaradılacağı ilə bağlı səslənən fikirlər hansı dəyişikliklərin olacağı, iqtisadi artım və turist axını ilə bağlı sualları gündəmə gətirib. Turizm üzrə ekspert Bəhman Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkə rəhbərliyi Azərbaycana turist axınını mütəmadiləşdirmək üçün silsiləvi tədbirlər planı həyata keçirir: “Paytaxtın mərkəzində mərkəzi rayonun yaradılması həm Bakının imicinə müsbət təsir edəcək, həm də şəhərə gələn turistlərin mərkəzdə gəzintilərini tam nəzarətdə saxlmağa imkan verəcək. Mərkəzi rayonun yaradılması ilə turistlər üçün hər bir şərait yaradılacaq və onların ixtiyarına veriləcək.

Layihə gündəmdə varsa, ölkə rəhbərliyi aidiyyatı qurumlar üzərində bu tələbi qoyubsa, təbii ki, bu kağız üzərində qalmayacaq, simvolik ad daşımayacaq və mühüm tədbirlər planı həyata keçiriləcək. Mərkəzi rayonda turistlər üçün müvafiz obyektlər yaradılacaq, çağrı mərkəzlərindən tutmuş məlumat bürosuna kimi hər bir şərait yaradılacaq. Azərbaycanda turizm axınına təkan vermək üçün adiyyatı qurumlar vəhdət şəklində tədbirlər planı həyata keçirəcək”.

Ekspert əlavə edib ki, bu gün ölkədə ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması Azərbaycana turist axınına böyük şərait yaradır: “Turizm şirkətlərinə müraciət zamanı da turistlər üçün həm paytaxt, həm də digər bölgələrdə qalmaq heç bir problem olmur. Onlar bilavsitə soruşmurlar ki, Azərbaycanın hansı bölgəsində yaşayacaqlar. Birmənalı olaraq Bakı və digər bölgələr ictimai asayişin yüksək səviyyətə təmin olunan ərazilər etimadını qazanıb. Hesab edirəm ki, Bakıda mərkəzi rayonun yaradılması layihəsi zəruridir. Burada müxtəlif infrastruktur layihələri həyata keçiriləcək, mərkəzi rayona ayrılan xüsusi diqqət isə turistləri məmnun edəcək.


Paytaxtda mərkəzi rayon salınacağı təqdirdə təbii ki, bu mərkəzi rayonların ərazisində olacaq. Mərkəzi rayon Əmircan və ya Xırdalana aparıla bilməz. Çünki bunun üçün çox vəasit xərclənəcək və tələblərə uyğun gəlməyəcək. Mərkəzi rayon yaradıldığında onun əhatə dairəsi çox geniş olmaya da bilər. Lakin həmin ərazidə yaradılacaq infrastruktur diqqəti cəlbedən qədər ətraflı və nəzarətdə olmalıdır. Düşünürəm ki, bu rayon ölkə başçısının nəzarətində olacaq, hər zaman diqqət ayrılacaq. Mərkəzi rayona təyin ediləcək məmur da qoyulacaq tələbləri layiqincə yetinə yetirəcək. Bütün turistlərin mərkəzləşmiş rayonda yerləşən otellərdə rahat qalmaqları və istirahət etməkləri üçün müvafiq şərait yaradılacaq.

Turizm Bürosunun direktoru: Rusiya Azərbaycan üçün ən prioritet bazarlardan biridir

0
turizm

Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə strateji tərəfdaşlığa start verib.

Dövlət Turizm Agentliyindən Milli.Az-a verilən məlumata görə, məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.

“Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq.

Bu müsabiqənin iştirakçıları 12 fevral – 9 mart tarixlərində https://azerbaijan.aviasales.ru/ vebsaytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.

Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya vətəndaşları iştirak edə bilərlər.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir:

“Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. Biz “Aviasales” ilə birlikdə turistləri Azərbaycanın nə təklif etməsi barədə maarifləndirmək və ölkəyə bir daha baxmağa dəvət etmək istəyirik”.

“Aviasales” tərəfindən keçirilən araşdırmalara əsasən Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60%, Moskva şəhərindən isə 20% artım müşahidə olunub.
Eyni zamanda, Kalininqrad, İrkutsk, Samara və Novosibirsk kimi şəhərlərdən gələn qonaqların sayında 70-75% artım qeydə alınıb.

Şirkətin yeni destinasiyaların inkişafı üzrə direktoru Yaroslav Stepanyuk qeyd edib ki, Azərbaycan rusiyalı turistlərin ən sevimli istirahət məkanlarından biridir:

“Biz bu bazarla yaxından tanışıq. Keçən ilin payızında komandamız “Aviasales” platformasının Azərbaycan versiyasını istifadəyə verib. Bununla da biz azərbaycanlı səyahətçilərə xidmət göstərməklə yanaşı, xarici bazarlarda Azərbaycanın turizm potensialını tanıdırıq”.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir.
Bu ilin yanvar ayında isə Azərbaycana 67884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5% artım hesab olunur.

Azərbaycan Turizm Bürosu “Aviasales”lə anlaşdı

0
Turizm

Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə strateji tərəfdaşlığa start verib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.

“Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq. Bu müsabiqənin iştirakçıları 12 fevral – 9 mart tarixlərində https://azerbaijan.aviasales.ru/ vebsaytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.

Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya vətəndaşları iştirak edə bilərlər.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir:

“Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. Biz “Aviasales” ilə birlikdə turistləri Azərbaycanın nə təklif etməsi barədə maarifləndirmək və ölkəyə bir daha baxmağa dəvət etmək istəyirik”.

“Aviasales” tərəfindən keçirilən araşdırmalara əsasən, Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60%, Moskva şəhərindən isə 20% artım müşahidə olunub.

Eyni zamanda Kalininqrad, İrkutsk, Samara və Novosibirsk kimi şəhərlərdən gələn qonaqların sayında 70-75% artım qeydə alınıb.

Şirkətin yeni destinasiyaların inkişafı üzrə direktoru Yaroslav Stepanyuk qeyd edib ki, Azərbaycan rusiyalı turistlərin ən sevimli istirahət məkanlarından biridir:

“Biz bu bazarla yaxından tanışıq. Keçən ilin payızında komandamız “Aviasales” platformasının Azərbaycan versiyasını istifadəyə verib. Bununla da biz azərbaycanlı səyahətçilərə xidmət göstərməklə yanaşı, xarici bazarlarda Azərbaycanın turizm potensialını tanıdırıq”.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında isə Azərbaycana 67884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5% artım hesab olunur.

KOBİA Almaniyanın BVMW assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq

0
KOBIA

Yaxın müddətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyası (BVMW) arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənəd imzalanacaq.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Almaniyada BVMW-in Bavariya üzrə nümayəndəsi Akim Mişel ilə görüşüb. Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək barədə məlumat verilib. Assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Qeyd olunub ki, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında Azərbaycanın mövqeyinin yüksəlməsi alman şirkətlərini ölkəmizə investisiya qoyuluşu və birgə layihələrin reallaşdırılması üçün daha da təşviq edir.

Görüşdə KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin təşkilinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, yaxın müddətdə KOBİA və BVMW arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənədin imzalanmasına, Almaniyanın KOB-ların maliyyələşdirilməsi sahəsində uğurlu təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Almaniyanın “BioM Biotech” Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə ilə bağlı müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur. KOBİA bu sahədə təsdiqedici sənədi verən səlahiyyətli qurumdur. Almaniya tərəfi isə Bavariyada əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyini diqqətə çatdırıb.

Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.

Ərəb baharı” niyə qışa çevrildi ? – xalqları aldatdılar…

0
ərəb

Şərq xalqlarını yenə aldatdılar. Ərəb-müsəlman dünyasını inandırmışdılar ki, tiranlardan qurtuluş üçün məhşər günləri başlayıb, nicat 30-40 illik irticalara son qoymaqdır, sonrası günəş doğacaq, demokratiya gələcək.

Elə buna görə ərəb yarımadasındakı siyasi çevrilişlər “ərəb baharı” adlanırdı, “əvəzolunmaz” diktatorlar domino daşı kimi bir-bir aşırılırdılar.

Tunisdə göyərti satanın özünü yandırması ilə başlanan inqilab bin Əlinin 30 illik hakimiyyətinin sonu oldu. Mühacirətdə olan müxalifət liderləri vətəninə qayıdaraq diktaturaya qəbir qazdılar.

Tunis tayfa-qəbilələr olmayan, müasir və dünyəvi ərəb ölkəsi idi. Ona görə bin Əlinin devrilməsi genişmiqyaslı qan-qadaya səbəb olmadı.

Sonra 9 il əvvəl Qahirədə Hüsnü Mübarək rejiminə qarşı etirazlar başladı. Bir zamanlar “hər dörd nəfərdən birinin xüsusi xidmətlərə işlədiyi” iddia olunan ölkədə birdən-birə hər şey dəyişdi.

Tunisdəki inqilabdan ruhlanan misirlilər yanvarın 25-də ilk dəfə kiçik qruplar şəklində, sonrakı günlərdə isə Qahirənin “Təhrir” (Azadlıq) meydanında milyonluq aksiyalara toplaşmağa başladılar. Hüsnü Mübarək hökuməti cəmisi üç həftə tab gətirə bildi.

Ardınca, Liviyada 42 illik Müəmmar Qəddafi rejimi laxladı. Bu ölkədə dirəniş və vətəndaş müharibəsi böyük oldu. Əgər qərbi Liviya qəbilələri Qəddafini dəstəkləməkdən imtina etməsəydilər, üsyançılar uğur qazana bilməzdi.

Tripolinin tutulması üsyançıların hərbi qüvvəsindən daha çox Benqazidəki Milli Keçid Şurasının Qərb qəbilələrinin son həftə və günlərdə apardığı gərgin danışıqların nəticəsi idi.

Bu inqilab dalğası Yəmən, Bəhreyn, İordaniyaya qədər yayıla bilərdi. Lakin Suriyada Bəşər Əsəd rejiminə qarşı ümumxalq mitinqlərini terrorçuların ölkəyə soxulması əvəzlədi və proses tormozlandı.

Bəs əvəzində nə baş verdi? Ərəb xalqları heç də gözlənildiyi kimi, ağ günə çıxmadılar. Əslində “ərəb baharı”ın bir proje olduğu, ölkələrin sərvətini sümürmək, sabitliyi pozmaq niyyəti daşıdığı aydınlaşdı.

Tunis istisna olmaqla (çünki neft-qaz sərvətləri yoxdur – E.S) bu günə kimi nə Liviya, nə Misir, nə Suriya demokratiyaya nail olub, xalqlar azadlığa çıxıblar.

Liviyada hələ də iki hökumət var, siyasi böhran davam edir, BMT-nin Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qətnamə qəbul edib.

Qadağalar həmçinin silahlara, neft məhsullarının idxalı və ixracına da şamil edilir. Yəni post-Qəddafi dövründə nə təbii sərvətlər, nə demokratiya Liviya xalqına nəsib oldu.

Misirdə də oxşar mənzərədir: hakimiyyəti generallar götürüb, xalqın sosial-iqtisadi vəziyyəti Mübarək dövründə olduğu kimi acınacaqlıdır, turizmdə inkişaf getmir, əhalinin işsizlik problemi qalır, insan hüquq və azadlıqları bu ərəb ölkəsinə də qismət olmayıb.

Suriyanı qeyd etməyə ehtiyac yoxdur, Rusiya, Türkiyə, ABŞ, İran və Avropa bu regionda müharibə aparırlar. Yəni siyasi çevrilişlər ərəb dünyasına işıqlı sabah gətirmədi.

Üstəgəl, Yaxın Şərq və Şimali Afrikada baş qaldıran ümumxalq üsyanları regiona 50 milyard dollara başa gəldi. Misir, Suriya və Liviya bu üsyanlarda böyük pullar xərcləməli olub.

Hikmət Hacızadə: “Bu hadisələr Rusiyadakı 1905-ci il inqilabına oxşayır”

Faktiki olaraq, xalqlar diktatorlardan yaxalarını qurtarsalar da, azadlığa çıxmadılar, sivil cəmiyyət, sabitlik qura bilmədilər.

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, diktatorlar və xalqlar sonluğun belə olacağını başa düşürdülər. Onun fikrincə, demokratiya doğrudan da gediləsi uzun yoldur.

“Mən bir ərəb analitikin məqaləsini oxuyurdum. O yazır ki, ”ərəb baharı” Rusiyadakı 1905-ci il inqilabına oxşayır. Rusiyada inqilab məğlub olmuşdu. Amma 1917-ci il inqilabı üçün ciddi təsirləri olmuşdu.

Eynilə “ərəb baharı” da olacaq növbəti inqilablar üçün bir cığır açdı. Amma etiraf etmək lazımdır ki, Misir, Liviya, Suriya xalqları ağ günə çıxmadılar. Burada ərəblərin öz dünyagörüşü, toplumların səviyyəsi amili də var. Ancaq bundan sonra həmin ölkələrdə diktaturalar olmayacaq”, -deyə, H.Hacızadə qeyd etdi.

Politoloq yaxın gələcəkdə Yaxın Şərqdə və bu ərəb ölkələrində demokratiya gözləmir: “Lakin tələsik proqnoz vermək də olmaz. Əgər beynəlxalq qüvvələr, supergüclər vaxtında bir araya gəlsəydi, ”ərəb baharı” olan ölkələr yeni bir dövrə qədəm qoyardılar. Ancaq Rusiya və Çin fərqli mövqedədir və müsbət dəyişikliyə imkan vermirlər.

Suriyanı Putin dəstəkləyir və Moskva olmasaydı, orada demokratiya qurulardı. Əgər Suriya böhranı həll olunsa, bu region tədricən düzələr”.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, “ərəb baharı” daxili qanunauyğunluqlara görə meydana gəlməmişdi: “İnqilab üçün şərait yaranmamışdı. Amerikanın Yaxın Şərq projesi varıydı və kənardan təsir diktaturalara xalq etirazlarını körüklədi. Sonra inqilabçı qüvvələr iqtidara gəldilər. Amma bu ölkələrdə tayfa-qəbilə münasibətləri qurulmuşdu. Diktatorlar güc və silah hesabına siyasi şüurun, siyasi mədəniyyətin aşağı olduğu bu ölkələri saxlayırdılar. İnqilablardan sonra yeni iqtidarlar saxlaya bilmədilər, yenə tayfalar arasında mübarizə başladı, vətəndaş müharibəsi getdi.

Beləliklə, sabitlik içində olan ərəb ölkələri qan gölünə çevrildi, insanlar keçmişə şükür etməyə başladılar, nostalji ilə yaşadılar”.

Qabil Hüseynli: ile ilgili görsel sonucu

Qabil Hüseynli: “Beynəlxalq güclər bilməliydilər ki, xalqların şüur səviyyəsi nə yerdədir”

Ekspert hesab edir ki, inqilabi prosesi körükləyənlər günahkardır: “Bu beynəlxalq güclər bilməliydilər ki, xalqların şüur səviyyəsi nə yerdədir. Onların milli şüuru hesablanmalıydı, nəzərə alınmalıydı ki, millət kimi formalaşıblarmı? Çünki patriarxal və qəbilə münasibətləri hökm sürən yerlərə liberal, demokratik dəyərlərə əsaslanan sistem gətirmək istəyirsən. Bu dəyərləri həmin ölkələrin əhalisi içində az adam anlayırdı. Ona görə asan deyildi. Ərəb ölkələrindən başlamaq düzgün yanaşma deyildi. Ərəb təfəkkürü elə qurulub ki, mifologiyaya, elmdən uzaq dəyərlərə inanır”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə “ərəb baharı”nın uğursuzluğa düçar olmasının səbəbini beynəlxalq güclərin bu bölgə uğrunda mübarizə aparmasında görür: “Liviyaya baxın, sanksiyalarla üzləşib, ölkə ikiyə bölünüb. Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətidir.

Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar isə öz hökumətini yaradıb. İndi dünya bu böhranla məşğuldur. Qəddafi dövründə sabit dövlət var idi. Suriyanı da kənar güclər qarışdırır. Çin, Rusiya və İran anti-Qərb koalisiyası yaradıblar. Misirdə isə islamçılar devrildilər, Sisi kimi avtoritar xarakterə malik general iqtidarı ələ keçirdi. Yəni bu ölkələr həm demokratiyaya tam hazır deyildilər, həm də kənar müdaxilələr seçkilər keçirməyə, sabitlik qurmağa mane oldu”./musavat.com

LƏNKƏRAN ASTARA LERİK Turu

0
LƏNKƏRAN ASTARA LERİK

YURDUMUZA BAHAR GƏLİR ? ⚘☘?????
Əziz turistlərimiz Novruz Bayramını daha fərqli aurada və məkanda unudulmaz keçirmək istəyirsinizsə o zaman Novruz Bayramını xususi qarşılamağı ilə seçilən Cənub bölgəmizdə keçirməyi sizlərə tövsiyə edirik ?
“””””””””””””””””””””””””””””””””””””””””
Cənubun mirvariləri ?
LƏNKƏRAN ASTARA LERİK Turu
Tarix: 20-21 Mart
Müddət: 1 gecə 2 gün
Qiymət: 139 Azn
————————————-
✅ Qiymətə daxildir:⤵️
?Komfortlu nəqliyyat (49 yerlik)
?Relaxda gecələmək (Relax villalarda)?
?Turun ilk günü restoranda səhər yeməyi
?Turun ikinci günü (Relaxda səhər yeməyi)
?Novruz axşamı (Bayam süfrəsi yemək daxil) yeməkdən sonra papaq atdı ?
?Axşam canlı musiqi tanınmış muğənnilərin ifaları (Relaxda 7-8 saat ərzində davam edəcək)?
?Şou proqram (Relaxda) ???
?Bakıya qayıdışda axşam çay süfrəsi
?Fotosesiya (link 3 iş günü müddətində təqdim olunur)
?Tur rəhbər
“””””””””””””””””””””””””””””””””””””””
Ekskursiyalar:⤵️
? Lənkəran qala qapıları
? Lənkəran samovarı
? Xanbulan gölü
? Lerik Relax gəzintisi
? Astara bulvarı
“”””””””””””””””””””””””””””””””””””””””
Qeyd:⤵️
ℹ Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanmışdır
ℹ 0-5 yaşlı uşaqlar tam ödənişsiz
ℹ Nəqliyyatda siqaret çəkmək və spritli içki qəbul etmək qədi qadağandır
ℹ Turun start verildiyi tarixdən finiş tarixinə qədər etik qaydalarına riayət etməyinizi xaiş edirik
————————————
Turun başlama və bitiş tarixləri və saatları:⤵️
Toplaşma vaxtı 06:30
Toplaşma yeri Gənclik M/S
Yola düşmə 07:00
Bakıya geri dönüş 21 Mart axşam saatlarında
Bakıya çatmaq 23:00
Finiş Gənclik M/S
“””””””””””””‘”””””””””””””””””””””””””
Qeydiyyat və əlavə məlumat üçün:⤵️
070-264-60-30