2020-ci ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1% artaraq 226 min nəfərə çatıb.
Dövlət Turizm Agentliyindən APA-ya bildirilib ki, ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min olub. Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.
Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5% və ya 5 min artım) və Küveytdən (73.7% və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.
İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5% artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43% və 18.4% artaraq hər biri 8 minə çatıb.
Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2%) və Pakistandan (3 min; artım 15.6%) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.
Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5% artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8% artım müşahidə olunub.
Azərbaycan dövləti Lvov şəhərinin simvolu sayılan fontanın yenidən bərpasına maliyyə yardımı ayırıb. Bu, bir daha Azərbaycan və Ukrayna arasında əməkdaşlığın dostluq prinsiplərinə xidmət etdiyinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Lvov şəhər meri Andrey Sadovoy söyləyib. Mer bildirib ki, azərbaycanlı iş adamlarının Lvov şəhərinə investisiya yatırımı üçün hər cür şərait yaradılıb. “Biz azərbaycanlı iş adamlarının Lvovun inkişafı üçün infrastruktur, yol və turizm sahəsinə investisiya yatırımında maraqlıyıq. Qarşılıqlı layihələrin həyata keçirilməsi üçün səylər artırılmalıdır”, – deyə o əlavə edib.
Səfir A.Xudiyev, öz növbəsində, bildirib ki, bu günlərdə Naxçıvan şəhəri və Lvov vilayəti arasında əməkdaşlığa dair sazişin imzalanması iki ölkənin strateji münasibətlərinə daha bir örnəkdir. Bu sazişə görə, iki şəhər arasında birgə mədəni, iqtisadi layihələr həyata keçiriləcək. Yaz aylarında azərbaycanlı iş adamlarının Lvova səfərinin planlaşdırıldığını deyən səfir yaxın gələcəkdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılacağının əsas hədəf olduğunu vurğulayıb.
A.Xudiyev meri Azərbaycana səfərə dəvət edib və bildirib ki, birgə layihələrin həyata keçirilməsi üçün səylər gücləndirilməlidir.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib.
Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni çıxış edərək İran İnqilabının tarixinə nəzər salıb. Ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini diqqətə çatdıran baş konsul qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam İnqilabının 41-сi ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib. İran dövlətinə inkişaf və tərəqqi arzulayıb. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İran ilə Azərbaycan arasındakı əlaqələrin çox zəngin tarixi vardır. Biz Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr inkişaf edəcəkdir” fikirlərini xatırladaraq deyib: “Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq ilbəil möhkəmləndirilir. Ölkə prezidentlərinin qarşılıqlı səyləri, həyata keçirilən rəsmi səfərlər dövlətlərarası münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib”.
Sözsüz ki, ikitərəfli əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq xüsusi yer tutur. Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülmüş, enerji, nəqliyyat, təhsil, turizm, iqtisadi-ticarət və səhiyyə sahələrində əməkdaşlıq üçün hərtərəfli zəmin yaradılmışdır. 2019-cu il dekabrın 1-dən etibarən muxtar respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının giriş və viza tələbindən azad olunması isə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri səmimi dostluq və qardaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Bir daha İran xalqını İslam İnqilabının ildönümü münasibətilə təbrik edib.
Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1 faiz artaraq 226 min nəfərə çatıb.
Ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5 faiz artıb. Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6 faiz artaraq 64 min olub. Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8 və 12,1 faiz artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5 faiz və ya 5 min artım) və Küveytdən (73.7 faiz və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.
İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5 faiz artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43 və 18.4 faiz artıb. Hər biri 8 minə çatıb.
Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2 faiz) və Pakistandan (3 min; artım 15.6 faiz) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.
Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5 faiz artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8 faiz artım müşahidə olunub.
Misir parlamentinin fevralın 11-də keçirilən iclasında deputatlar turizmin təbliği üçün xüsusi dövlət televiziya kanalı açılması təklifi ilə çıxış ediblər. Ölkə rəhbərliyinin bu təklifə müsbət cavab verdiyi də bildirilir.
AZƏRTAC “Egyptindependent” nəşrinə istinadla xəbər verir ki, parlamentin üzvü Suad Almasri qeyd edib ki, dövlətin maliyyə ayıracağı televiziya kanalı Misirin zəngin turizm məkanlarını turistlərə tanıtmaq məqsədilə müxtəlif dillərdə yayım aparmalıdır. O əlavə edib ki, bu təcrübə turizm sektorunun inkişaf etdiyi bir neçə ölkədə var, halbuki, onların əksəriyyətində Misirdə olduğu kimi çoxlu qədim abidələr yoxdur. Deputatın sözlərinə görə, yeni təklif turizmin tezliklə ölkə büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilməsi baxımından da əhəmiyyətlidir.
Deputatlar, həmçinin təklif ediblər ki, turizm telekanalı dövlətdən maliyyə vəsaiti almaqla yanaşı, otellərin reklamından da külli miqdarda pul qazana bilər. Vəsaitin bir hissəsi isə Misirin tarixi abidələrinin və arxeoloji məkanların bərpasına yönəldiləcək.
YURDUMUZA BAHAR GƏLİR ? ⚘☘?????
Əziz turistlərimiz Novruz Bayramını daha fərqli aurada və məkanda unudulmaz keçirmək istəyirsinizsə o zaman Novruz Bayramını xususi qarşılamağı ilə seçilən Cənub bölgəmizdə keçirməyi sizlərə tövsiyə edirik ?
“””””””””””””””””””””””””””””””””””””””””
Cənubun mirvariləri ?
LƏNKƏRAN ASTARA LERİK Turu
Tarix: 20-21 Mart
Müddət: 1 gecə 2 gün
Qiymət: 139 Azn
✅ Qiymətə daxildir:⤵
?Komfortlu nəqliyyat (49 yerlik)
?Relaxda gecələmək (Relax villalarda)?
?Turun ilk günü restoranda səhər yeməyi
?Turun ikinci günü (Relaxda səhər yeməyi)
?Novruz axşamı (Bayam süfrəsi yemək daxil) yeməkdən sonra papaq atdı ?
?Axşam canlı musiqi tanınmış muğənnilərin ifaları (Relaxda 7-8 saat ərzində davam edəcək)?
?Şou proqram (Relaxda) ???
?Bakıya qayıdışda axşam çay süfrəsi
?Fotosesiya (link 3 iş günü müddətində təqdim olunur)
?Tur rəhbər
“””””””””””””””””””””””””””””””””””””””
Ekskursiyalar:⤵
? Lənkəran qala qapıları
? Lənkəran samovarı
? Xanbulan gölü
? Lerik Relax gəzintisi
? Astara bulvarı
“”””””””””””””””””””””””””””””””””””””””
Qeyd:⤵
ℹ Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanmışdır
ℹ 0-5 yaşlı uşaqlar tam ödənişsiz
ℹ Nəqliyyatda siqaret çəkmək və spritli içki qəbul etmək qədi qadağandır
ℹ Turun start verildiyi tarixdən finiş tarixinə qədər etik qaydalarına riayət etməyinizi xaiş edirik
Turun başlama və bitiş tarixləri və saatları:⤵ Toplaşma vaxtı 06:30 Toplaşma yeri Gənclik M/S Yola düşmə 07:00 Bakıya geri dönüş 21 Mart axşam saatlarında Bakıya çatmaq 23:00 Finiş Gənclik M/S “””””””””””””‘””””””””””””””””””””””””” Qeydiyyat və əlavə məlumat üçün:⤵
Rusiyada dünyanın ən seksual şəhərlərinin hansılar olduğu ilə bağlı sorğu keçirilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, rusların böyük əksəriyyəti bu siyahıda birinci sırada Braziliyanın Rio de Janeyro səhərini gördüklərini deyiblər.
Sorğunu Avialles şirkəti aparıb və 10 min nəfərin fikri alınıb. Seçim meyarlarına tətil, yerli mətbəx, gözəl insanlar və ya gözəl danışan insanlar və s. salınıb. Amma respondentlər Rionu əsasən festivallarına və insanların geyimlərinə görə birinci ediblər. İştirakçıların 20 faiz buna səs verib.
İkinci sırada 16 faiz səslə Amsterdam, üçüncü sırada isə dünyanın seks turizminin paytaxtı hesab edilən Tailandın Pattaya şəhəri qərarlaşıb.
Çində koronavirusla bağlı baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük təsiri olmayacaq. Bu sözləri ADA Universitetinin Biznes Fakültəsinin təlimçisi Çi Han Lay SİA-ya Çin və Azərbaycan arasındakı münasibətləri şərh edərkən bildirib. Universitetin vergi və mühasibət üzrə mütəxəssisi əvvəlcə hazırda Çində koronavirusla bağlı baş verən iqtisadi proseslərə toxunub:
“Heç şübhəsiz ki, Çin iqtisadiyyatına bu proses çox pis təsir edir. Əhali hal-hazırda orada kilidlənib. Milyonlarla insan normal iqtisadi münasibətlərə qoşula bilmir. Öz fəaliyyətlərini davam etdirə bilmirlər. Bu Çin Xalq Respublikasının Ümumi Daxili Məhsul göstəricilərində növbəti il öz əksini tapacaq”.
Çin Han Laya Şindəki bu proseslərin Azərbaycan iqtisadiyyatına nə cür təsir göstərə biləcəyini soruşduq. O isə bildirdi ki, bu məsələyə ticarət və turizm cəhətdən yanaşsaq Azərbaycan iqtisadiyyatına təsiri bir o qədər böyük deyil:
“İki ölkə arasındakı münasibətlərə yalnız iqtisadi və turizm cəhətdən yanaşa bilərik. Mövcud münasibətlər bundan ibarətdir. Lakin bu da Azərbaycan üçün bir o qədər də əhəmiyyətli olmayacaq. Çünki Azərbaycan və Çin arasında qarşılıqlı ticarət və turizm əlaqələri o qədər də geniş deyil”.
Özbəkistanda qraffiti sənətinə rəsmi olaraq icazə veriləcək.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, görüntülər milli üsluba uyğun olmalıdır.
Prezidentin “Özbəkistan Respublikasında turizm xidmətlərinin daha da şaxələndirilməsi tədbirləri haqqında” sərəncamının layihəsini dərc edən Turizm İnkişafı Dövlət Komitəsi turistləri cəlb etmək üçün qrafitdən istifadə etməyi təklif edir.
Turist obyektlərinə aparan küçələri milli rəngdə olan graffiti ilə bəzəmək qərara alınıb. Bu cür hər rayonda ən azı bir oxşar küçə olmalıdır.
Küçələr üç ay ərzində təşkil edilməli və “azad” sənətçilərin, musiqiçilərin, sənətkarların və digər yaradıcı insanların işləyə biləcəyi xüsusi zonalar olmalıdır. Eyni zamanda, turist küçələrinin ərazisində çalışmaq üçün heç bir icazəyə ehtiyac olmayacaq. Mədəniyyət və yaradıcılıq sahəsindəki təhsil müəssisələrinin tələbələrinin turist küçələrində işləmək hüququ qazanması da nəzərdə tutulur. Bu fəaliyyət təhsil praktikası olaraq qəbul ediləcək və əmək kitabçalarına yazılacaq.
Qraffitinin 2020-ci ilin avqust ayına qədər qurulması planlaşdırılır və layihənin həyata keçirilməsinə cavabdeh Qaraqalpaqstan Respublikası Nazirlər Şurası, bölgələr və Daşkənd rəhbərliyi, Özbəkistan Gənclər Birliyi və Turizm Dövlət Komitəsi olacaq.
“Biz Azərbaycanın paytaxtı Bakıdayıq. Seçkilər təkcə İsraildə deyil, həm də Azərbaycandadır. Dünyanın 38 ölkəsindən, o cümlədən İsraildən olan 850 beynəlxalq müşahidəçi Azərbaycan parlamentinə növbədənkənar seçkiləri izləmək üçün buradadır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirindəki “Azərbaycanda parlament seçkiləri” adlı süjetdə növbədənkənar parlament seçkiləri ilə bağlı Bakıda səfərdə olan proqramın aparıcısı və redaktoru Boris Belodubrovski deyib.
“Məsələ ondadır ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkiləri iki səbəbə görə elan edib. Bunlardan biri sosial-iqtisadi, ikinci səbəb isə parlamentin cavanlaşdırılmasıdır, yəni gənc və perspektivli siyasətçilərə yol verməyin əsl zamanıdır. Azərbaycanda seçkilərdə təqribən 20 partiya iştirak edir və İsraildəki seçkilərdə də təxminən 20 partiya mübarizə aparır. Bizdə 125 parlamentari 4 il müddətinə, Azərbaycanda isə 125 parlament üzvü 5 il müddətinə seçilir. Bunlar bizim ölkələri və xalqları birləşdirən amillərdir”, – deyə Boris Belodubrovski qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail televiziyasına müsahibəsində deyib: “Prezident İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildiyi zaman onun siyasətinin başlıca istiqamətlərindən biri əsaslı islahatların keçirilməsi oldu. Biz bunu kadr islahatlarının həyata keçirildiyi icra hakimiyyətlərində, Nazirlər Kabinetində və Prezident Administrasiyasında hiss edirik. Növbədənkənar parlament seçkiləri də islahatlar prosesinin bir hissəsidir. Biz Azərbaycan cəmiyyətində ruh yüksəkliyi, enerji və müsbət meyillər hiss edirik, bu islahatlar prosesində xeyli sayda namizədlər, xüsusən gənclər iştirak edir”.
Azərbaycan-İsrail strateji əməkdaşlığının perspektivlərindən danışan Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı anlaşma, tolerantlıq və etimada əsaslanan ənənəvi dostluq telləri mövcuddur. “Azərbaycan ilə İsrail arasında dost və pozitiv münasibətlər bu müsbət meyillər əsasında mövcuddur. Bu münasibətləri strateji əməkdaşlıq kimi səciyyələndirmək olar. Azərbaycan və İsrail hər sahədə bir-birini dəstəkləyir. Siyasət, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahə, hərbi-texniki əməkdaşlıq məsələləri ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərdir. İsrail azərbaycanlılar üçün əsas turizm, o cümlədən tibbi turizm istiqamətlərindən biridir. Eyni zamanda, bizim ölkəmizin İsrail turisti üçün əsas istiqamətlərdən biri olması və turist axınında artım müşahidə edilməsi bizi sevindirir.
Azərbaycan həmişə özünün xarici siyasətinin inklüzivliyi və xarici siyasət oriyentirlərinin ikitərəfliliyindən çıxış edir. Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirir və bizim xarici siyasət konsepsiyamızda İsrail Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir. Azərbaycan-İsrail tərəfdaşlığı həm İsrail xalqının, həm də Azərbaycan xalqının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlıqdır”, – deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib.
“Yəhudilərə hörmətlə yanaşan, dostluğa dəyər verən İsrail üçün dost ölkə olan Azərbaycan İsraildə səfirliyinin olmamasına baxmayaraq, israilli turistləri qəbul edir, İsraillə turizm, enerji, siyasət və digər sahələrdə sıx əlaqələr qurmaqda davam edir. Tamamilə aydındır ki, Azərbaycan İsrail Dövlətinin strateji tərəfdaşıdır”, – deyə sonda İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirində aparıcı və redaktor Boris Belodubrovski bildirib.