Ev Blog Səhifə 82

Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanıb

0
Quba-Xınalıq

Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olurdu. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometrlik Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq agentlik tərəfindən bir müddətdir başlanılan tikinti işləri sürətlə davam etdirilir. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq, yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib.

Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.

Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometrlik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılıb. Bu işlər çərçivəsində Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb. Növbəti mərhələdə yol əsasının inşası, asfalt-beton örtüyün döşənməsi işlərinin görülməsi nəzərdə tutulub.

Bundan başqa, layihə üzrə sel sularının və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək. Hazırda tikinti işləri dəniz səviyyəsindən 1,4-1,5 kilometr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Azərbaycan regionun ən böyük turizm tədbirinə start verir

0
turizm

Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri keçiriləcək.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində reallaşacaq tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq.

Tədbirə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla, dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Həmçinin “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır.

Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün paytaxtın və regionların turizm məkanlarına səfərlər təşkil olunacaq.

Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytında əldə etmək mümkündür.

Pul da getdi, istirahət də – Turizm şirkəti müqavilədən asanlıqla imtina edə bilər

0
turizm

“Dövlət Turizm Agentliyi mexanizm hazırlasa, ölkədə fəaliyyət göstərən bütün turizm şirkətləri bu qaydaya əməl edər. Amma tövsiyə xarakterli bir sənədin icrası real görünmür”

Azərbaycanda turizm şirkətləri ilə müştərilər arasında ikitərəfli müqavilə imzalanacaq. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev məlumat verib.

“Arvad-kişi” məsələsi turizmə də sızdı: yeni kodeksdə nələr var?O bildirib ki, turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün Assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacaq. Tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.

Sputnik Azərbaycan turizm şirkətləri ilə müştərilər arasında imzalanacaq ikitərəfli müqavilələrin tətbiqinin fayda verib-verməyəcəyini araşdırıb.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 20-30 şirkətin yığışıb belə bir qərar verməsi turizm sektorunda fayda verməyəcək: “Bir iş ki könüllüdürsə, burada 100 faiz nəticə gözləmək mümkün deyil.

Hazırda ölkəmizdə 3 mindən çox turizm şirkəti var. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına isə 20-30 şirkət daxildir. Bir qisim şirkətlər, ola bilsin ki, öz müştəriləri ilə belə bir müqavilə bağlasınlar. Amma hələ onların da nə qədərinin tövsiyə edilən bu işi edəcəkləri sual altındadır.

Biz bazarda qayda-qanun yaratmaq istəyiriksə, dövlət tərəfindən mexanizm hazırlanmalıdır. Belə bir mexanizmi Dövlət Turizm Agentliyi hazırlaya bilər. Bu halda ölkədə fəaliyyət göstərən bütün turizm şirkətləri bu qaydaya əməl edərlər. Amma tövsiyə xarakterli bir sənədin icrası real görünmür”.

N.Bağırov deyir ki, Azərbaycanda turizm sektorunda lisenziya aradan qaldırıldıqdan sonra bu sahədə də işbazlar peyda olub: “Yay fəslində müştərilərin turizm şirkətləri tərəfindən aldadılması faktları bunun sübutudur. 

Bəh-bəh deyib çağırırlar, amma üz qarasına çevriliblər – Təklifləri də tələbə uyğun deyil. Bu cür hadisələrin yaşanmaması üçün müqavilələrlə bağlı mexanizm müəyyən edilməlidir. Nə qədər ki belə rəsmi sənəd yoxdur, turizm şirkətləri arasında ikitərəfli müqavilələrə əməl edənləri də olacaq, etməyənləri də…”

Turizm eksperti Ruslan Quliyev deyir ki, turizm sahəsində qanunvericilik bazası üzərində təkmilləşdirilmə işləri aparılır. Bu işlər başa çatanadək turizm sahəsində nöqsanların aradan qaldırılmasına yönəlik tövsiyə xarakterli sənədlərin qəbulu vacibdir. R.Quliyevin sözlərinə görə, 50-dək tur şirkətinin üzv olduğu Assosiasiyanın turizm sahəsində etik normalar hazırlaması müsbət addımdır: “Bu sənədə bütün turizm şirkətləri əməl etməsə belə, 50 tur şirkətinin dəstəkləməsi müsbət dəyərləndirilməlidir. Turizm sahəsində qəbul edilən bu sənədlər ölkəmizdə tur şirkətlərinin peşəkarlığının artırılmasına, onların standartlara uyğun xidmət göstərməsinə yönəlmiş bir addımdır. Sözsüz ki, həm də ölkəmizə gələn turistlərin Azərbaycanda turizm xidmətlərindən razı getməsi, bununla da yeni turistlərin ölkəmizə axını aspektindən də bu cür sənədlərin qəbulu vacibdir”.

Məcburi deyil, tövsiyə olunur – Amma gördüyünüz işi bilsəniz, sizə tələbat da artacaq

0
turizm

“Bələdçilik elm deyil. Bu peşəni seçən şəxs o zaman uğurlu olur ki, peşəni praktik öyrənir. Yəni, dörd divar arasında bu peşə üzrə kadr hazırlamaq mümkün deyil”

 Bu ildən Azərbaycanda turizm bələdçilərinin attestasiyasına başlanacaq. Bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, bu ildən ATBA-nın məlumat bazasında qeydiyyatdan keçmiş ölkə üzrə 300 aktiv bələdçinin attestasiyası aparılacaq. Bununla bağlı elan fevral ayında veriləcək: “Attestasiyadan uğurla keçən bələdçilərə turizm bələdçisi kartı veriləcək. Biz bütün bələdçiləri attestasiyadan keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, son illər ölkəmizdə turizmin inkişafı bələdçilərə olan tələbatı da artırıb. Dil biliyi olan, peşəkar bələdçilər turizmin aparıcı qoluna çevrilib.

Bəs görəsən, attestasiyadan keçən bələdçilərin hansı üstünlükləri olacaq? Ümumiyyətlə, bələdçi kartı olanları digər həmkarlarından fərqləndirən peşə bacarıqları hansılardır?

Səkinə Əsgərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində lisenziyalar ləğv olunanadək bu attestasiya keçirilirmiş. Attestasiyadan keçmək məcburi olmasa da, bələdçilər öz biliklərini artırmaq üçün kurslarda iştirak edirmişlər.

S.Əsgərova deyir ki, bələdçilərlə bağlı əsas tələblərdən biri ölkə daxilində işləmək icazəsinin və ən azı bir xarici dil biliyinin olmasıdır. Digər keyfiyyətlər isə ünsiyyət bacarığı, sosial biliklərlə bağlıdır: “Bu gün bizə bələdçi kartı almaq üçün müraciət edənlərin əksər hissəsi dəqiq elmlərə yiyələnənlərdir. Amma təcrübə göstərir ki, humanitar bilikləri olanlar bu sahədə daha uğurlu olurlar. Seçim zamanı müraciət edən şəxsin ünsiyyət qabiliyyəti də öyrənilir, buna rəy verilir”.

Həmsöhbətimiz deyir ki, bələdçilik peşəsində tələb olunan keyfiyyətlərdən biri də vətənpərvər olmaq, öz ölkəsini tanıtmaq istəyinin olmasıdır. Amma Ş.Əsgərova peşə biliyinin olmasının da vacibliyini vurğulayır: “Əksər bələdçilər özləri bu peşəni görə-görə öyrəniblər. Loru dildə desək, professional şəkildə dərs almayıblar. Biz də o boşluqlar üzərində işləyirik. Biz onlardan tələb edə bilmərik ki, gəlib bizim təlimlərdə otursunlar. Onlar ailə başçılarıdır, işləyib pul qazanmalıdırlar. Ona görə də biz onlarla tələbə kimi münasibət qura bilmərik. Bunun üçün hədəf nöqtələri tapmışıq. Biz bələdçilərə həmin boşluqlar üzrə yardım edirik ki, öz sahəsi üzrə daha da püxtələşsinlər”.

Ş.Əsgərovanın sözlərinə görə, artıq bələdçi peşəsi üzrə kadr hazırlığına da başlanılıb. Bununla belə, beynəlxalq təlimçi bələdçiliyin texniki peşə biliyi tələb etdiyini deyir: “Bələdçilik elm deyil. Bu peşəni seçən şəxs o zaman uğurlu olur ki, peşəni praktik öyrənir. Yəni, dörd divar arasında bu peşə üzrə kadr hazırlamaq mümkün deyil”.

Onun sözlərinə görə, hazırda ölkəmizdə 600-700 aktiv bələdçi var. Onların hamısının attestasiyadan keçib-keçməyəcəyinə gəlincə, Ş.Əsgərova attestasiyanın məcburi olmadığını söyləyir. Amma o, attestasiyadan keçənlərin turizm bazarında üstünlükləri olduğunu da gizlətmir: “İşə götürülərkən bələdçi kartının üstünlüyü var. Tur operatorlar da attestasiyadan keçən bələdçilərə üstünlük verirlər. Amma bələdçilərdən bu kart şərt kimi tələb olunmur”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bələdçilərin attestasiyadan keçirilməsinin müsbət addım olduğunu bildirib. Onun sözlərinə görə, ekskursiya bələdçiləri turizmin inkişafında önəmli yer tuturlar. M.Ağakərimov deyir ki, bələdçi tarixini, mədəniyyətini bilən şəxs olmalıdır: “Eyni zamanda Azərbaycanın iqtisadi-siyasi həyatını da bilməlidir”.

M.Ağakərimov deyir ki, bələdçilərlə yanaşı, onları attestasiyadan keçirənlərin də bu sahə üzrə peşəkar olması vacib amildir: “Attestasiyanı keçirdən ekspert qrupunda bilikli şəxslər olmalıdır. Onlar özləri ekskursiya işini daha yaxşı bilməlidir. Qiymətləndirən şəxslərin biliyi bir neçə pillə üstün olmalıdır ki, onlar seçimi düzgün edə bilsinlər”.

Turizm üzrə ekspert bələdçilərlə bağlı sadalananlarla yanaşı, xarici dil biliyinin də əsas tələb olduğunu deyir: “Bələdçi hansı dildə ekskursiya keçirəcəksə, o sahədə də dil biliyi yaxşı olmalıdır. Azərbaycan ədəbi dili səviyyəsində ekskursiya keçirdiyi əcnəbi dildə danışa bilməlidir. Həmçinin nitq mədəniyyəti olmalıdır. Attestasiya zamanı bələdçilərdə bu amillər mütləq şəkildə nəzərə alınmalıdır”.

Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb

Qeyd edək ki, bələdçilərin attestasiyası 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə fənlər üzrə test imtahanı keçiriləcək. İkinci mərhələdə bələdçi bilet çəkərək Attestasiya Komissiyasının üzvlərinin qarşısında şifahı imtahan verəcək. Üçüncü mərhələdə isə bələdçilər üçün imtahan keçiriləcək, onların avtobus və gəzinti turları ilə praktik peşə bilikləri yoxlanılacaq.

Azərbaycan MDB-də müəllif turları üçün ən populyar üçlüyə daxildir

0
Azərbaycan

Azərbaycanda Bakı, Qobustan, Şəki və Qəbələ MDB ölkələrində müəllif turları üçün ən populyar istiqamətlər siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” turizm portalı rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısını təqdim edib.

Bu siyahıya, Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.

“Turstat”ın məlumatına görə, müəllif turları turizmin ən populyar növlərindən birinə çevrilir. Travel-bloggerlər tərəfindən təqdim edilən müəllif turları və ekskursiyalar daha çox populyarlaşır.

Müəllif turları dedikdə, travel-ekspertlə 5-15 nəfərlik kiçik qruplarda səyahət və turlar nəzərdə tutulur.

Müəllif qastronomik turlarına, ekskursiya turlarına, trekinq-turlara və ekspedisiyalara, cip-turlara, həmçinin fototurlara daha çox tələbat var. Bir həftəlik müəllif turuna turistlər iki adama 1000-1500 dollar xərcləməyə hazırdırlar.

Reytinq müəllif turları və istirahət təklifləri bazarının analizinin nəticələri əsasında tərtib edilib.

Misirdə tapılmış qayaüstü rəsmlər ölkənin turizm xəritəsinə daxil ediləcək

0
Misir

Misirin Cənubi Sinay əyalətində tapılmış qayaüstü rəsmlər ölkənin turizm xəritəsinə daxil ediləcək. AZƏRTAC Misirin Turizm və Qədim Abidələr Nazirliyinə istinadla xəbər verir ki, qədim mağarada olan bu rəsmlər Sarabit əl-Xademin 60 və Şimali Müqəddəs Katerinanın 30 kilometrliyində aşkar edilib.

Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, mağara Zəranij adlanan və çətin relyefi olan ərazidə yerləşir. Qədim bədəvi tayfalarının yaşadığı bu mağaranın dərinliyi 3 metr, hündürlüyü 3,5 metr, diametri isə 22 metrdir. Onun sözlərinə görə, bu, Cənubi Sinay bölgəsində aşkar edilən ilk bu cür tarixi abidədir.

Arxeoloqların ehtimalına görə, mağarada qədim insanlar eramızdan əvvəl 5,500 – 10 000 il əvvəl yaşayıblar. Qum qayalarının üzərində onların istifadə etdikləri uzunqulaq, qatır, dəvə, habelə qadın təsvirləri var. Misirin rəsmi qurumları qədim mağaraya turist səfərləri təşkil etmək üçün ətraf ərazilərin abadlaşdırılması planı hazırlayacaqlar.

Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

0
Daxili bazar

2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxili bazar araşdırmaları üzrə KOB subyektlərindən daxil olmuş 8 müraciətə müsbət qərar verilib.

Müraciətlər daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq prosedurdan sonra konsaltinq şirkətlərinə yönləndirilib. Daxili bazar araşdırmaları birdəfəlik plastik və kağız qabların, alüminium folqadan qapaqların, fındıq və quru meyvə batonlarının, kağız məmulatların və termal kağızların, mühafizə üçün texnoloji avadanlıqların istehsalı həyata keçirilib. Eləcə də süd və süd məhsulları üçün avadanlıqlar, çörək istehsalı, turizm sektorunda nəqliyyat xidməti sahələrini əhatə edir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar bu barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılır. Bu məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

Azərbaycan da ilk dəfə və yalnız bizdə olan möhtəşəm MEGA turu

0
Möhtəşəm MEGA turu

?MÖHTƏŞƏM MEGA TURU ? ?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

✅Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 5* (Retaj Royale İstanbul)
?Otel 5* (4 gecə – 5 gün)
?Qidalanma : səhər yeməyi (6 gün) şam yeməyi (4 gün)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Retaj Royale İstanbul 5*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlavə məlumat üçün
ƏLAQƏ: 070-264-60-30 (WHATSAPP VƏ ZƏNG )

Azərbaycanda bu şəxslər attestasiyadan keçiriləcək

0
Azərbaycan

Bu ildən Azərbaycanda turizm bələdçilərinin attestasiyasına başlanacaq.
Bu ildən ATBA-nın məlumat bazasında qeydiyyatdan keçmiş ölkə üzrə 300 aktiv bələdçinin attestasiyası aparılacaq. Bununla bağlı elan fevral ayında veriləcək:

“Attestasiyadan uğurla keçən bələdçilərə turizm bələdçisi kartı veriləcək. Biz bütün bələdçiləri attestasiyadan keçirməyi planlaşdırırıq”.

S.Əsgərova qeyd edib ki, attestasiya 3 mərhələdən ibarət olacaq: “Birinci mərhələdə fənlər üzrə test imtahanından keçiləcək. İkinci mərhələdə bələdçi bilet çəkərək Attestasiya Komissiyasının üzvlərinin qarşısında şifahı imtahan verəcək. Üçüncü mərhələdə isə bələdçilər üçün imtahan keçiriləcək, onların avtobus və gəzinti turları ilə praktik peşə bilikləri yoxlanılacaq”.

Dünyanın ən böyük hava gəmisinin seriyalı versiyası təqdim edilib

0
Hybrid Air Vehicles

Böyük Britaniyanın “Hybrid Air Vehicles” şirkəti dünyanın ən böyük hava gəmisi olan “Airlander 10” adlı perspektivli hibrid uçuş aparatının seriyalı versiyasını təqdim edib. Aparatın uçuş sınaqlarına və sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq planlaşdırılır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2000-ci illərin ortalarından hazırlanan “Airlander 10” aparatının prototipi ilk uçuşu 2012-ci ildə həyata keçirib. O vaxtdan aparat bir neçə dəfə havaya qalxıb, iki uçuş isə qəza ilə nəticələnib. 2017-ci ildə baş verən insidentdən sonra “Hybrid Air Vehicles” şirkəti prototipin sınaqlarının başa çatmasını açıqlayaraq “Airlander 10” hava gəmisinin seriyalı versiyasının hazırlanmasına başlayıb.

Seriyalı “Airlander 10” xarici görünüşünə görə öz prototipi kimi dirijabla bənzəyir. Havadan ağır uçan aparatlar kateqoriyasına aid edilir. Helium ilə doldurulmuş tutumlar uçuş və havada qalma üçün lazım olan qaldırıcı gücün 40 faizini, onun qalan hissəsini isə hava vintli elektromotorlar yaradır.

Airlander 10” aparatının seriyalı versiyası prototipdən korpusun formasına və eni 6 metr, uzunluğu 46 metr olan daha böyük qondolaya görə fərqlənir. Bundan başqa, aparat yığılan şassi yerlə sürülüb. Gətirilən ön qurğu ilə təchiz edilib. Əsas elektromotorların hərəkətvericiləri isə halqaşəkilli ön müqavimət sipərlərinə malik deyil.

“Hybrid Air Vehicles” artıq turizm şirkətlərindən on ədəd “Airlander 10” aparatının tədarükü üçün sifariş alıb. İlk belə uçuş aparatının sifarişçiyə 2024-cü ildə çatdırılması nəzərdə tutulur.