Bölgələrimizdə yemək festivalları keçiriləcək. Hər bölgə öz mətbəxini geniş təbliğ edib turistlərdə maraq oyadacaq
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda qastronomiya turizmi və onun inkişaf yolları müzakirə olunub. Tədbirdə qastroturizmlə bağlı “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə, həmtəsisçisi Kəmalə Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak ediblər.
Azər Allahverənov bildirib ki, Azərbaycanda son illər turizmin inkişafı istiqamətində əməli addımlar atılır. Turizmin bir sıra növləri inkişaf və təbliğ olunur. A.Allahvəronov artıq ölkəmizdə qastronomiya turizminin təbliği ilə bağlı da tədbirlər keçirildiyini, Göyçayda Nar, Balakəndə Xurma festivallarının buna bir nümunə olduğunu söyləyib. O bildirib ki, Azərbaycanın zəngin mətbəxi ölkəmizdə qastronomiya turizminin inkişafına zəmin yaradır.
Fəxrəndə Həsənzadə də qastronomiya turizminin inkişafı ilə bağlı bir sıra tədbirlərə start verildiyini qeyd edib. O bildirib ki, turistlər Azərbaycan mətbəxinə böyük maraq göstərirlər. Hətta xarici ölkələrdən sırf Azərbaycan mətbəxindən dadmaq üçün gələn turistlər var. F.Həsənzadə bəzi məkanlarda qastroturizmin inkişafı üçün ustad dərslərin keçirildiyini, buraya Azərbaycanın ən məşhur aşpazlarının cəlb edildiyini söyləyib. K.Məmmədova isə çıxışında qeyd edib ki, qastronomiya turizmin inkişaf konsepsiyasında aparıcı xətlərdən biri olmalıdır: “Çünki bizim mətbəximiz çox zəngin və dadlıdır. Biz nəzərdə tutmuşuq ki, hər üç aydan bir bölgələrdə belə festivallar keçirək. Bu festivallar barədə turoperatorlara məlumat verməklə ölkəmizdə qastroturizmə marağı artıraq. Biz Dövlət Turizm Agentliyinə də təşəkkür edirik ki, bizə bu cür festivalların təşkilində böyük dəstək verir”.
A.Allahverənov qastronomiya turizminin inkişafı üçün ustad dərslərin və festivalların açıq məkanlarda keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib. O bildirib ki, İçərişəhərdə və turistlərin cəmləşdiyi digər məkanlarda belə festivalların keçirilməsi Azərbaycana gələn turistlərdə milli mətbəximizin zənginliyinə maraq yarada bilər. O, qastronomiya turizminin inkişafı və təbliği üçün medianın da dəstəyinə ehtiyac olduğunu bildirib. Tədbirdə qeyd edilib ki, Azərbaycanda qastroturizmin təbliği elə yerli turistlərdə də maraq yarada bilər. Çünki elə yeməklərimiz var ki, onların adından və dadından xəbərsizik. Məsələn, “tünbəki dolması” haqda çox az paytaxt sakini eşidib: “Elə yeməklərimiz var ki, onlar məhz spesifik bölgələrimizin mətbəxinə daxildir. Məsələn, qaxac yemək üçün Qax zonasına, ləvəngi yemək üçün cənub bölgəsinə üz tutmaq daha məqsədəuyğundur. Ona görə də biz bölgələrin mətbəxinin təbliği üçün həmin regionlarda festivalların keçirilməsini nəzərdə tutmuşuq”.
Birləşmiş Ştatlarda dünyaya uşaq gətirən əcnəbi qadınlar avtomatik olaraq Amerika vətəndaşlığı alırlar. Doğum hüququ əsasında vətəndaşlığın verilməsi ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin edilir.
Ağ Ev dünyaya uşaq gətirmək üçün ABŞ-a gələn əcnəbi qadınlara viza verilməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı prezident administrasiyasının nümayəndələrinə istinadən yayıb.
Bildirilir ki, Birləşmiş Ştatlarda dünyaya uşaq gətirən əcnəbi qadınlar avtomatik olaraq Amerika vətəndaşlığı alırlar. Doğum hüququ əsasında vətəndaşlığın verilməsi ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin edilir.
Prezident Donald Tramp Konstitusiyanın bu müddəasını “gülünc” adlandırıb.
“Dəyişikliklər milli təhlükəsizlik məsələlərini və “doğuş turizmi” ilə əlaqəli hüquq-mühafizə risklərini, məsələn, bu sahədəki cinayətkarlıq fəaliyyəti ilə əlaqədar məsələləri həll etməyə kömək edəcək”, – Ağ Evdəki mənbə deyib.
Onun sözlərinə görə, turizm və biznes məqsədləri ilə qısa müddətli giriş üçün müraciət edənlərə “B” tipli vizaların verilməsi qaydaları dəyişəcək.
Dövlət Departamentinin əməkdaşları ərizəçinin uşağına vətəndaşlıq almaq üçün ölkəyə girməyi planlaşdırdığını düşünsələr, sənədi verməkdən imtina edə biləcəklər. Tramp administrasiyasında düşünürlər ki, viza verilməsi üzrə mütəxəssislər belə bir niyyəti olan şəxsləri aşkar etmək üçün kifayət qədər peşəkardırlar.
Tramp administrasiyasına yaxın olan İmmiqrasiya Araşdırma Mərkəzinin məlumatına görə, ABŞ-da hər il təxminən 33 min əcnəbi uşaq dünyaya gəlir.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.
AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlərin qurulmasından danışıb. O diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Rodolfo Nin Novoanı təbrik edib.
Məktubda Elmar Məmmədyarov ötən 25 il ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələrdən danışıb. Bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu bildirib. Qeyd olunub ki, 2014-cü ildən etibarən Uruqvayda Azərbaycanın daimi diplomatik nümayəndəliyinin fəaliyyət göstərir. Bu ikitərəfli münasibətlərin daha da inkişafına yardım edib. E.Məmmədyarov Azərbaycanda da Uruqvayın diplomatik nümayəndəliyinin təsis olunmasının müxtəlif sahələrdə uğurlu olacağını bildirib. Xüsusilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın daha çox inkişafına təkan verə biləcəyini vurğulayıb.
Təbrik məktubunda Uruqvayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmin ölkənin Xarici İşlər Nazirliyinin 26 aprel 2019-cu il bəyanatında əks olunmuş mövqeyi yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu ifadə edib.
Nazir Rodolfo Nin Novoa azərbaycanlı həmkarına məktub ünvanlayıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, ötən ilin may ayında Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində həmkarı Elmar Məmmədyarovla keçirilmiş görüşə istinadən fikirlərini bildirib. Hazırkı mərhələdə ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir. Qət olunmuş yol xalqlarımız arasında ortaq dəyər və prinsiplərə əsaslanan və inkişaf edən dostluğu nümayiş etdirir. Eyni zamanda, gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirmək üçün imkanlar açılacaq.
Uruqvaylı nazir, habelə qeyd edib ki, Azərbaycan bundan sonra da xalqlarımızın rifahı naminə konstruktiv, praqmatik və məsuliyyətli fəaliyyətin davam etdirilməsi yoluna Uruqvayın sadiq qalacağına əmin ola bilər.
Qeyd edək ki, Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 11-də qurulub.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyir ki, Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur
“Azərbaycan Türizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz çalışacağıq ki, turistlər daha çox ölkə ilə vizanı rahat ala bilsinlər”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid ölkəmizin 2019-cu ildəki turizm nəticələri haqqında danışarkən deyib.
O bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib: “Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar. Bu il turizm sahəsində təxminən 10 faiz artım gözlənilir. Daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır. Cari ildə Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada yeni nümayəndəliklər açılacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq – bütün bunların turizmin inkişafına böyük təkan verdiyini bildirib.
Məşğul olduğu sahədə ciddi işləri ilə seçilməyən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Milli Məclisin deputatı olmaq iddiasına düşüb…
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üzrə dövlət strategiyasında turizm sektoru xüsusi yer tutur. Ölkənin füsunkar təbiəti, ümumdünya mədəni irsinə daxil çox sayda tarixi abidə və məkanlar, o cümlədən, digər bənzərsiz cəhətləri Azərbaycanı regionun turizm mərkəzinə çevirməli idi.
Eyni zamanda, ölkənin iqtisadi imkanları xaricdən ilboyu turist axınını təmin edəcək dayanıqlı infrastrukturun yaradılması üçün tələb olunandan da yüksək səviyyədədir. Ancaq təəssüf ki, bu potensialdan doğru istifadə olunmaması Azərbaycanın nəinki turistik ölkəyə çevrilməsinə imkan vermir, hətta qonşu və iqtisadi imkanları qat-qat aşağı olan Gürcüstanla rəqabətdə xeyli geri salır.
Doğrudur, dövlət ölkədə turizmin inkişafı üçün mümkün addımları atır. Azərbaycanda həyata keçirilən köklü dəyişikliklər dalğasında Dövlət Turizm Agentliyinin yaradılması hakimiyyətin bu sahəyə diqqətinin bariz göstəricisi sayılır. Lakin bazar iqtisadiyyatı şəraitində turizmin inkişafına görə məsuliyyəti dövlətin üzərinə atmaq doğru olmazdı.
Qeyd edildiyi kimi, dövlət turizmin inkişafını stimullaşdırmaq istiqamətində lazım olan addımları atır. Problem özəl sektorun yaradılan bu imkanlardan düzgün istifadə edərək, özlərinin qazanması və dövlət büdcəsinə iri həcmdə vəsaitin daxil olmasına imkan verən effektli fəaliyyəti qura bilməməsindədir.
Azərbaycanda dövlətin müvafiq strukturundan başqa, turizm sahəsi ilə məşğul olan müxtəlif qurumlar da fəaliyyət göstərir. Onların əsas prioriteti ölkənin turizm potensialının artırılmasına töhfə vermək, bu sahənin inkişafına təkan verməkdir. Lakin real vəziyyətə nəzər saldıqda həmin dövlətdənkənar qurumların mövcudluğunun sadəcə, statistik əhəmiyyət daşıdığı görülür.
Bu fəaliyyətsiz qurumlar sırasında Azərbaycan Turizm Assosiasiyası adlı birlik xüsusi fərqlənir. Təqribən 10 il əvvəl yaradılan bu Assosiasiyanın ölkə turizminin inkişafına hansı dəstəyi verdiyini söyləmək çətindir. Hər halda, ortada nəticəli bir fəaliyyət olsaydı, bu barədə konkret nümunələr gətirməyə çətinlik çəkməzdik.
Adıçəkilən Assosiasiyanın rəhbəri Nahid Bağırovun da turizmin inkişafına yönəlik “fəaliyyət”i rəhbərlik etdiyi qurumun işlərinə adekvatdır. Təşkilatına təmtəraqlı ad seçməklə, özünü bu sektorun “dominant”ı olaraq görən Bağırovun fəaliyyətinə nə ölkə ictimaiyyəti şahiddir, nə də internet resursları. Adamın indiyə qədər gündəmə gəldiyi tək bir təklif olub, o da birmənalı qarşılanmayan “turizm polisi”nin yaradılması ilə bağlı… Vəssalam.
Amma belə anlaşılır ki, fəaliyyətsizliyi özünə titanik əmək sərfi kimi görünən Bağırov turizm sektoru üçün bu faydasızlığını millət vəkilliyinə iddia etməkdən ötrü tam yetərli sayıb. Belə olmasaydı, “ümumi axın”a düşərək, 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməzdi. Tamam, ölkə Konstitusiyası müəyyən tələbləri nəzərə almasaq, bütün vətəndaşların seçmək və seçilmək hüququnu tanıyır. Lakin insan da özünə hesabat verməlidir ki, mən bu iddiaya düşmək üçün nə iş görmüşəm? Seçicilər bu sualı Bağırova mütləq ünvanlayacaqlar.
Maraqlı olan nədir? Nahid Bağırov təşviqat kampaniyasının başladığı 17 yanvarda mətbuata verdiyi müsahibədə deputatlıq iddiasını Prrezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlarla əlaqələndirməyə cəhd göstərib. Dediklərindən belə təəssürat yaranır ki, ölkə miqyaslı dəyişikliklərin tək səbəbi Nahid Bağırovun özünü Milli Məclisin deputatı görmək niyyətindən qaynaqlanır…
Onun digər spekulyasiyası isə ölkənin Aran bölgəsində yerləşən Saatlını turizm mərkəzinə çevirmək iddiasıdır. Hər hansı bir namizəd diqqəti cəlb etmək üçün populist vədlər verə bilər. Dünya təcrübəsində də buna normal yanaşılır. Təbii, Saatlıda və bütün bölgələrimizdə turizmi inkişaf etdirə bilərik. Amma bu, Nahid Bağırovun görəcəyi iş deyil axı… Adam bu 10 ildə öz “faydalılığını” artıqlaması ilə isbatlayıb.
Yaponiyada özəl araşdırma şirkəti tərəfindən həyata keçirilən sorğu nəticəsində məlum olub ki, keçən il rekord sayda şirkət işçi çatışmazlığına görə iflas edib.
Yaponiyada fəaliyyət göstərən “Shoko Research” adlı şirkətin həyata keçirdiyi araşdırma Yaponiyadakı işçi gücü probleminin yaratdığı son durumu ortaya qoyub. 426 firma çalışdıracaq işçi tapa bilmədiyi üçün 2019-cu ildə iflas edib. Bu rəqəm bundan əvvəlki illər müqayisədə 10 faiz artıb. Bu ilki rəqəmin sözügedən sahədə məlumatların toplanmağa başladığı 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olduğu qeyd edilib.
Yerləri doldurula bilmir
Milli.Az musavat.com-a istinadən bildirir ki, araşdırmaya mövzu olan şirkətlərin 270-i və ya yüzdə 60-dan artığında üst səviyyə təmsilçiləri təqaüdə çıxandan sonra yerinə keçəcək birini tapa bilmədikləri üçün qapılarını bağladıqları üzə çıxıb. Təxminən 80 şirkət isə işçi tapmaq üçün elan və reklam yoluna müraciət etsə də, lazımi nəticə əldə edə bilməyib. 40-dan artıq şirkət isə təqaüdə çıxan və ya iş yerini dəyişdirən işçilərin yerinə çalışacaq heç kimi tapa bilməyib. 30-dan artıq şirkət də artan işsizliklə mübarizə apara bilməyib.
Yaponiyada aşağı doğum faizi və orta yaş həddinin uzun olmasına görə gənc insanların sayı da gedərək azalır. Buna müvafiq olaraq iş gücü krizi getdikcə böyüyür. İnşaat və xidmət sektorları durumu ən pis halda olan iş sahələri sayılıb. İşçi sayına görə iflasa uğrayan sektorların yarısı da onlardan ibarətdir.
Yaşlılar yaşlıdır, gənclərinsə sayı azdır
BBC-in xəbərinə görə, Yaponiyada getdikcə yaşlanan əhali əmək bazarında böyük bir boşluğun yaranmasına səbəb olub. Hazırda xarici işçilərə tətbiq edilən maneələri aradan qaldırmaq istiqamətində addımlar atılır. Paytaxt Tokio da daxil olmaqla 10 il əvvəl Yaponiyada xaricilərə rast gəlmək olmazdı. Lakin artıq bu vəziyyətin dəyişdiyini görürük. Yaponiya sürətlə beynəlxalq mərkəzə çevrilir. Bunda demoqrafik dəyişikliyin təsiri də böyükdür. Yaponiyanın əhalisi sürətlə yaşlanır və azalır. Bundan başqa xarici turizm inkişaf edir.
2020-ci ildə Tokio Yay Olimpiadasına hazırlıqlar da sürətlə davam edir. Beləliklə də ölkənin əmək bazarında yaranmış boşluğu doldurmaq üçün işçiyə ehtiyac var.
əmək miqrantları ile ilgili görsel sonucu
Yaponiya on illərdir əhali azalması probleminin fərqindədir. Ancaq hökumət bu istiqamətdə köklü addımlar atmaqdan çəkinir.
Baş nazir Shinzo Abe ölkəyə az maaşlı xarici işçi axınını artırmaq istəyir. Lakin 2025-ci ilə qədər yüz minlərlə mavi yaxalı işçi almağı nəzərdə tutan təklif, ənənəvi olaraq, miqrasiyaya müsbət yanaşmayan ölkədə mübahisəyə səbəb olub. Təklif dekabr ayında parlamentdə qəbul edilib. Beləliklə, aprel ayından başlayaraq növbəti 5 il ərzində 300 min xarici işçi işə qəbul olacaq. Bu, gələcəkdə ölkədə böyük dəyişikliklərə səbəb olacaq addım kimi qəbul edilir. Əmək miqranlarının sayının aşağı olmasının səbəbi yaponların adalar ölkəsi kimi mühacirliyə müsbət baxmamasıdır. 1800-cü illərin ortalarına qədər ölkəyə giriş-çıxışlar ölümlə cəzalandırıla bilərdi. İndi isə Yaponiya özünü güclü bir mədəni şəxsiyyətə sahib hegemon bir ölkə olaraq görür. Mühacirlərə qarşı olmağın arxasında iş itirmək, mədəni həyatın pozulması və cinayət nisbətinin artması kimi qayğılar dayanır. Lakin ən böyük narahatlıq qaynağı ölkədə yaponların azalmasıdır.
Onlar nə qədər qazanır – bu puldan kim imtina edər?
Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 2018-ci ildə minimum əmək haqqı saatda 848 yen (təqribən 6,4 avro) təşkil edib. Prefekturadan asılı olaraq bu rəqəm saatda 737-958 yen (təqribən 5,6-7,2 avro) arasında dəyişir. Yaponiyada orta illik əmək haqqı təqribən 3 milyon 857 min 628 yen (təqribən 29 min 155 avro) və ya ayda 321 min 469 yen (2 min 430 avro) təşkil edir.
Yaponiya iqtisadiyyatının əcnəbilər üçün ən çox iş yeri təklif edən sahələri isə avtomobilqayırma, informasiya texnologiyaları, elektronika, tikinti, təhsil, qida sənayesi, maliyyə və bank işidir.
Bir çoxları çətinlik çəkmədən ingilis dili müəllimi ixtisası üzrə iş tapa bilərlər. Qızlar isə modelçilik biznesində və ya televiziyada da işləyə bilərlər. Avropa görünüşlü rəqqaslara və müğənnilərə də böyük ehtiyac var.
Yapon və beynəlxalq kadr agentliklərinin məlumatına görə, bu gün Yaponiyada ən çox tələbat duyulan peşələrin siyahısına bu ixtisaslar daxildir – həkim, incəsənət xadimi, mühəndis, avtomobilqayırma sahəsi üzrə mütəxəssis, satış üzrə menecer, model, xidmət sahələri üzrə işçilər, tərcüməçi, proqramçı, ali məktəb müəllimi, tikinti mütəxəssisi, alim, ingilis dili müəllimi, maliyyəçi və bank işçisi.
Bu ölkələrin işçilərə daha çox ehtiyacı var
İş imkanları və yüksək əmək haqqı perspektivlərinə sahib olan ölkələrə hər il çoxlu beyin axını gedir.
Son illərdə ən çox beyin axını olan və iş standartlarının yüksək olduğu 1o ölkəni təqdim edirik:
1) Norveç
Avropanın şimalında yerləşən inkişaf etmiş ölkələrindən biri olan Norveçdə sosial hüquqlarla bərabər yüksək əmək haqları ilə də iş tapa bilərsiniz. Ancaq, Norveçdə iş tapmağın ən önəmli kriteriyası hər hansı bir sahədə mütəxəssis olmaqdır.
2) Kanada
Çox mədəniyyətli quruluşu ilə Kanada fərqli ölkələrdən gələnlərə iş imkanları qapısını açan ölkələrdən biridir. Kanadanı cazibə mərkəzi edən inkişaf etmiş standartları və sosial hüquqların çoxluğudur.
3) ABŞ
Ədalətli işləmə şərtləri ilə bərabər işsizliyin aşağı həddi və saat hesabı işləyə bilmək kimi üstünlükləri ilə ABŞ yaxşı bir alternativdir.
4) Avstraliya
Həyat standartlarının yuxarı səviyyədə olduğu Avstraliya güclü iqtisadiyyatı ilə də diqqət çəkən bir ölkədir. Həmçinin, işsizliyin ən az olduğu ölkələrdən biridir.
5) İsveçrə
İnkişaf etmiş iqtisadiyyatı olan ölkə deyilən zaman ağıla gələn ilk ölkələrdən biri də İsveçrədir. Burada işdən çıxarılma son dərəcə aşağıdır.
6) İngiltərə
İşsizliyin az olduğu ölkədə fərqli mədəniyyətlərdən gələn insanlar rahatlıqla iş tapa bilirlər.
7) Çin
Dünyanın ən çox əhalisinə sahib olan Çində işini bilən mütəxəssislərə ehtiyac duyulur. İş və sosial haqların zəngin olduğu ölkədə iqtisadiyyat hər il güclənməkdə davam edir.
8) Almaniya
Avropanın güclü iqtisadiyyatlarından birinə sahib olan Almaniya xarici işçiyə ehtiyac məsələsində çoxlu iş yerləri olan ölkələrdən biridir. İş və sosial standartların qənaətbəxş olduğu ölkədə təhsil səviyyəsi də yüksəkdir.
9) İrlandiya
Dünyadakı önəmli texnologiya şirkətlərinin fəaliyyət göstərdiyi bir ölkədir. Gəlir baxımından da Avropadakı ən yaxşı ölkələrdən biridir.
10) Qətər
İnşaat, mühəndislik və tibb sahələrində iş yerləri olan Qətərdə əmək haqqı və sosial haqların yüksək olduğu bir iş tapmaq çox da çətin deyil.
Əmək miqranları hara gedirlər?
Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır.
Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir.
İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.
Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər. Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.
İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir. Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir. İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.
Niyə qərbə üstünlük verilir?
Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır. Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir. İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.
Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər.
Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.
İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir. Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir. İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.
əmək miqrantları ile ilgili görsel sonucu
Dünyada dörddə bir milyarddan çox miqrant var, onlardan yalnız 7 faizi qaçqındır.
Miqrantların demək olar ki, 60 faizi əmək miqrantlarıdır, yəni xaricə iş tapmaq dalınca gələn və ya artıq işləyən insanlar. Əvvəlki sorğudan bu yana dörd il ərzində dünyada əmək miqrantlarının sayı təxminən 10 faiz artıb.
Dünya əmək təşkilatı niyə xəbərdarlıq edir?
Miqrant işçilərin 90 faizi 25-64 yaş arası insanlardır. “Bu, bəzi ölkələrin işləyən əhalinin ən məhsuldar hissəsini itirməsi deməkdir və bu hal onların iqtisadiyyatlarına mənfi təsir göstərə bilər”, – Dünya Əmək Təşkilatı xəbərdarlıq edir.
Digər tərəfdən, miqrantlar qazandıqları pulu tez-tez vətənlərinə göndərirlər. Bununla da onlar kasıb ölkələrə sosial yardıma görə kəskin pul çatışmazlığının və qida, yanacaq və digər kritik idxal mallarının alınması üçün valyuta azlığınnın öhdəsindən gəlməyə yardım edirlər.
Miqrantları qəbul edən ölkələr üçün tərəzinin bir gözündə işləyən, səmərəli, ağıllı və qabiliyyətli miqrantlardan gələn fayda, digər gözündə isə əcnəbilərə görə yerli əhali və hakimiyyət arasında narazılığın tədricən artması var.
Bundan, əsasən, inkişaf etmiş ölkələrdəki yerli əhali narahat olur. Statistikaya ötəri nəzər bunun niyə baş verdiyini izah edir.
Yüksək gəlirli ölkələrdə miqrantlar işçi qüvvəsinin 18,5 faizini təşkil edir, digər qruplarda isə onların payı 1,4 faizdən – 2,2 faizə qədərdir.
Eyni zamanda, miqrantların iş əldə etmə ehtimalı daha yüksəkdir: gələnlərin 70 faizdən çoxu iqtisadi cəhətdən fəaldır. Yerli əhali arasında isə bu rəqəm 60 faizdən aşağıdır.
İranın ANA.ir portalında Bakı haqqında məqalə yayılıb. Məqalədə qeyd olunur ki, Bakı Asiyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. O, Təbrizlə qardaşlaşmış şəhərdir. Bəs Bakının özəllikləri nədir? Gəlin bu şəhərlə tanış olaq. Bakı Təbrizə çox bənzəyir. Bakının tarixi Paleolit dövrünə gedib çıxır. Abşeron bölgəsində qədim insanlar hələ o dövrdə yaşayıb. Arxeoloji tapıntılar Bakı şəhərinin çox qədim olduğunu təsdiqləyir.
Qədimdə Bakı qala divarlarının əhatəsində olub. Şəhəri qorumaq üçün divarın ətrafında xəndək də qazılıbmış. Məsələ ondadır ki, bu şəhər hələ o dövrdə inkişaf etmiş liman idi. Burada aşkarlanmış daş kitabəyə görə, o dövrdə şəhər romalıların hakimiyyəti altında olub. Daha sonra Azərbaycan ərəblər tərəfindən işğal edilib. Bakı, Şamaxı, Dərbənd və digər Azərbaycan şəhərlərini özündə birləşdirən bu diyar Şirvanşahlar adlanıb.
Zaman keçdikcə Bakı Xəzərin əsas ticarət limanına çevrilib. Tarixboyu bura dəfələrlə rusların hücumuna məruz qalıb. Rusların Bakıya hücumlarından biri 1030-cu ildə baş verib. O zaman rus qüvvələri Şirvanşahlar hakimiyyətini məğlub edərək bəzi əraziləri ələ keçirib, lakin cəmi 1 il sonra oradan qovulub.
XI əsrdə Bakı Səlcuqların nəzarətinə keçib. 1220-ci ildə Azərbaycan monqolların hücumuna məruz qalıb. Bakı monqollara son anadək müqavimət göstərən yeganə Azərbaycan şəhəri olsa da, sonda təslim olmaq məcburiyyətində qalıb. Bununla da Şirvanşahlar sülaləsinin hökmdarları monqol padşahların rəiyyəti olub. Bakı isə monqol hökmdarlarının qış iqamətgahına çevrilib.
XIV əsrdə monqol dövləti süquta uğrayıb və nəticədə Şirvanşahlar müstəqillik uğrunda mübarizəyə qalxıb. Bununla da Şirvanşahlar dövləti və Bakı xarici qüvvələrdən tamamilə müstəqil şəkildə idarə olunmağa başlayıb. Həmin dövr Bakının tarixində yeni mərhələnin başlanğıcıdır. Bakıda bu gün də qalan məşhur Şirvanşahlar sarayı məhz həmin dövrdə inşa olunub, şəhərdə abadlıq işləri aparılıb, çoxlu sayda karvansara və körpü tikilib.
Şəhərin fəthinin yeni mərhələsi isə İranda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ilə başlayıb. 1501-ci ildə Şah İsmayıl Səfəvi Bakını fəth edib və onu Səfəvi dövlətinin tərkibinə qatıb. Lakin İranla Osmanlı türkləri arasındakı müharibə nəticəsində Bakı türklərin nəzarətinə keçib və uzun illər onların nəzarətində qalıb. Amma sonda İran qüvvələri onları geri çəkilməyə məcbur edə bilib.
XVIII əsrin ortalarında Bakı ilk dəfə (1796-cı ildə) rus qüvvələri tərəfindən işğal olunub və nəhayət, 1805-ci ildə tamamilə Rusiyanın nəzarətinə keçib. Sonda Sovet İttifaqının dağılması ilə müstəqil dövlətə çevrilmiş Azərbaycan paytaxtı Bakı bu gün bir çox turistin sevimli şəhəridir. Oraya üz tutan turistlərin sayı ildən-ilə artır.
Bakının turistik məkanlarından biri İçərişəhərdir. İçərişəhər sanki Bakının əsasını təşkil edir. İçərişəhərin əsas tarixi abidələri Qız qalası ilə Şirvanşahlar sarayıdır.
“Alov qüllələri” bu gün Bakının ən uca göydələnləri sırasındadır. Kompleks 161, 165 və 182 metr hündürlüyündə 3 binadan ibarətdir. Onların hər birinin təyinatı fərqlidir. Binalardan biri yaşayış binasıdır, digəri ofislərin yerləşdiyi məkandır. Üçüncü bina beşulduzlu oteldir. Qüllələrin dizaynı Azərbaycanın mədəni köklərinə əsaslanır. Azərbaycan türkləri tarixən alova xüsusi dəyər verib, onu pak ünsür sayıb. Bu səbəbdən qüllələr alov formasındadır.
Şirvanşahlar sarayı Bakının ən qədim rəmzlərindən sayılır. Şirvanşahlar sarayı XV əsrdə, Bakı Şirvanşahlar imperiyasının paytaxtı elan olunan zaman tikilib. Bakının ən qədim tikililərindən olan bu saray 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. O, Bakının ən yaxşı turistik məkanlarından hesab olunur. Şirvanşahlar sarayından metronun “İçərişəhər” stansiyasına piyada 5 dəqiqəlik məsafə var.
?İLKİN ÖDƏNİŞ 50$ (1 nəfər üçün) ÖDƏYƏRƏK QALANI TUR ZAMANINA Qədər ödəyə bilərsiniz.
Müddəti : 3 gecə 4 gün (ümumi 7 gün )
?Qiymət: 199 USD
QİYMƏTƏ DAXİLDİR?:
?Komfortlu Avtobusla gediş və dönüş (Mercedes Travego 54 nəfərlik)
?3 gecə 4 Gün oteldə gecələmə ( https://www.booking.com/hotel/tr/white-monarch.ru.html#)
?Oteldə Səhər yeməyi 3 dəfə
?Tur Rəhbər
?Yolboyu qazli,qazsiz,şirin sular
?Wifi 24/7
♥Sevgililərə özəl HƏDİYYƏLƏR♥
?EKSKURSİYALAR?
?Sultanahmet meydani
?Ayasofya
?Topkapi
?Yerebatan sarıncı
?Laleli pazar
?Kapali çarsi
?Cevahir AVM
?Eminönü
?Vapurla Boğaz turu (əlavə ödənişlə 20TL)
?Taksim meydanı
?İstiklal caddesi
?Qalata küllesi
?Batumi şəhər gəzintisi (Havadan asılı olaraq)
?QEYD : Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır!
?QEYD : Muzeylərə giriş bileti qiymətə daxil deyil.
Küveytdə böyük oxucu auditoriyasına malik və gündəlik ərəb dilində nəşr olunan “Əl-Qabas” qəzetində məlumat verilib. Qazet “Lonely Planet” saytına istinadən xeber verir ki “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda “Lonely Planet”in 15-ci təsnifatında 2020-ci ildə turistlərin sərfəli qiymətlər və gözəllik baxımından səfər edəcəkləri yerlər haqqında məlumat verilib. Dünyanın 10 ən gözəl şəhərləri arasında paytaxtımız Bakı şəhəri 5-ci yerdə qeyd olunub.
Məlumatda, neft və qazla zəngin olan ölkəmizə turistlərin səfəri zamanı bənzərsiz təcrübə təqdim edən unikal bir təyinat var. Eyni zamanda, ucuz qiymətə yüksək səviyyədə yaşayışın şahidi olacaqları və ləziz yeməklər yeyəcəkləri qeyd edilib. Həmçinin Bakı şəhərinə səfər zamanı orada bir neçə mühüm tarixi yerləri ziyarət etmə imkanlarının olacağı bildirilib.
ABŞ-ın “US News and World Report” jurnalının tərtib etdiyi reytinqdə Azərbaycan iqtisadi göstəricilərinə görə 61-ci pillədə qərarlaşıb. Ölkəmiz əvvəlki reytinqlə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.
AZƏRTAC “US News and World Report”a istinadla xəbər verir ki, reytinqin tərtibatçıları siyasi, iqtisadi, sosial, mədəniyyət, turizm və digər sahələr olmaqla 20 parametr üzrə təhlillər aparıblar.
Azərbaycan “Biznesə başlamaq” reytinqində 5 pillə irəliləyərək 57-ci yerə çıxıb. “Sahibkarlığın inkişaf səviyyəsi” üzrə siyahıda isə 11 pillə yüksələrək 64-cü yerdə qərarlaşıb.
Reytinq “US News & World Report”, “BAV Consulting” konsaltinq şirkəti və Pensilvaniya Universiteti tərəfindən tərtib olunub.
Xatırladaq ki, 2016-cı ildəki reytinqdə Azərbaycan 60 ölkə arasında 53-cü, 2017-ci ildə 80 ölkə arasında 69-cu, 2018-ci ildə 64-cü, ötən il isə 70-ci yeri tutub.