Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib. Sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanış olub. Sərgi zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.
erməni təxribatı
Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan GroosCom Travel və Niderland Krallığının Kaukasus Reisen Plus turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işqal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.
Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənqlə göstərildiyi, həmin ərazilərin “Nagorno Krabakh Republic” və “Artsakh” kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.
erməni təxribatı
Təxribat əməli mübahisəyə səbəb olub. Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib. Onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.
erməni təxribatı
Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa müxanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər. Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib. O, təşkilatçılara bildirib ki, yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəyik. İsrarla tələb edirik ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın.
Səudiyyə Ərəbistanında yeni avtodromun layihəsi təqdim edilib. Nəzəri baxımdan, bu avtodrom ilk Formula 1 yürüşlərini 2023-cü ildə qəbul edə biləcək. Layihənin rəhbəri Mayk Rayninqer “BBC Sport” nəşrinə müsahibəsində bildirib ki, tras 2023-cü ildə Qran-pri keçirilməsinə hazır olacaq. O deyib: “Ümid edirik ki, kontrakt bağlanacaq və Səudiyyə Ərəbistanında Formula1 yürüşləri keçiriləcək. Lakin formal məsələlərin nizamlanması prosesinə bizim aiddiyyətimiz yoxdur. Bu məsələ bizim layihənin çərçivəsindən kənara çıxır. Biz dünya səviyyəli yarışları qəbul edə biləcək avtodrom tikirik və 2023-cü ildə onu açacağıq”.
Səudiyyə Ərəbistanında Qran-pri keçirilməsi barədə saziş hələ bağlanmayıb, lakin tərəflər arasında prinsipial anlaşma əldə edilib. Formula 1 yarışlarının rəhbərliyi bu məsələni şərh etməkdən boyun qaçırıb.
Yanvarın 17-də mətbuat nümayəndələri və gələcək avtodromun təqdimat mərasiminə dəvət edilmiş qonaqlar avtodromun kompüter modeli ilə tanış olublar. 1996-cı ildə dünya çempionu olmuş Deymon Hill, digər keçmiş və fəaliyyətdə olan yürüşçülər, o cümlədən Niko Hyulkenberq, Roman Qrojan və motoyürüşlər üzrə keçmiş dünya çempionu Loris Kapirossi də qonaqlar arasında idi.
2020-ci il mövsümündə 22 yürüşün vaxtı artıq məlumdur. Lakin 2021-ci il üçün təkcə İspaniya qran-prisinin təşkilatçılarının kontraktı hələ yoxdur.
Bütün bunlar beynəlxalq dairələrdə tənqidə səbəb olub, çünki Səudiyyə Ərəbistanının tarixən formalaşmış özünəməxsus qaydaları insan haqları barədə Qərbdə üstünlük təşkil edən təsəvvürlərdən çox fərqlənir. Son vaxtlar bu ölkənin neqativ imicinin dəyişməsi üçün səy göstərilir, krallıq beynəlxalq biznes və turizm üçün daha açıq olur. Yeni idman layihələri də bu siyasətə uyğunlaşdırılır.
Alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalında Azərbaycan üçün əsas istiqamətlər külək və günəş elektrik stansiyalarının tikilməsidir.
Azərbaycanın alternativ enerji sahəsində əldə etdiyi nailiyyətlər, taarif siyasəti, ölkədə energetika sahəsində görülən işlər investorlar üçün Azərbaycanı cəlbedici edir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovun sözlərinə görə, Azərbaycanın Xəzər dənizində külək elektrik stansiyasının tikintisi ilə bağlı layihəsinə maraq xüsusilə böyükdür: “Pirallahı Dəniz Külək Parkı” layihəsi ilə bağlı artıq ilkin araşdırmalar aparılıb. Xüsusilə Çin şirkəti tərəfindən bu layihəyə böyük maraq var. Nə qədər investisiya qoyulacağı isə layihənin digər parametrlərindən, bizim bu layihəni nə qədər genişləndirmək niyyətimizdən asılıdır. Çünki layihə çərçivəsində Pirallahı və Çilov adaları arasında körpü tikilməli, bu körpü vasitəsilə bir neçə kiçik adalar birləşdirilməli, estakadalar qurulmalıdır. Bu ərazidə həm də böyük turizm infrastrukturunun – otellərdən, restoranlardan tutmuş əyləncə mərkəzlərinə, yaxtalar üçün limanlara qədər qurulması nəzərdə tutulur. Layihə çərçivəsində görüləcək işlərin həcmi hələ məlum deyil. Layihə Nazirlər Kabinetinə təqdim olunub. Ümid edirik ki, digər dövlət qurumları tərəfindən razılaşdırıldıqdan sonra layihənin reallaşdırılmasına başlanacaq”.
“Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.
FED.az xəbər verir ki, bunu “Trend”-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.
Onun sözlərinə görə, “Turizm haqqında” qanun layihəsi hələ qüvvəyə minmədiyindən bələdçilərə sertifikatlar və şəhadətnamələr onlar üçün keçirilən təlimin nəticəsi olaraq verilir:
“Lakin “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu sertifikatların həm də hüquqi qüvvəsi olacaq. Həmin sertifikatlara əsasən, onlar Azərbaycan daxilində turizm bələdçisi kimi fəaliyyət göstərə biləcəklər”.
ATBA həmtəsisçisi bildirib ki, həmin sertifikatların 5 il ərzində hüquqi qüvvəsi olacaq:
“Hazırda bələdçilər bizim təlimlərdən peşə biliklərini təkmilləşdirmək üçün keçirlər və sertifikat almaq onlar üçün məcburi deyil”.
Roma Papası Fransisk Vatikanın dövlət katibinin müavini vəzifəsinə (xarici işlər naziri) Françeska Di Ciovannini təyin edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Vatikanın Dövlət Katibliyində (hökumətində) ilk dəfədir bir xanıma belə yüksək vəzifə verilir.
Qeyd edək ki, inzibati hüquqi məsələlər üzrə mütəxəssisi olan 66 yaşlı Françeska Di Ciovanni 30 ilə yaxındır Vatikanda çalışır. 1993-cü ildən katibliyin əməkdaşı qismində qaçqınlar və beynəlxalq humanitar hüququ məsələləri, əqli mülkiyyət, turizm, qadın hüquqları kimi məsələlərlə məşğul olub.
Katolik kilsəsində qadınlara daha geniş fəaliyyət meydanı verilməsinin zərurətini dəfələrlə vurğulayan Papa Fransisk dövründə Vatikan muzeylərinin rəhbəri vəzifəsinə ilk dəfə olaraq bir xanım – Barbara Yatta irəli çəkilib. Həmçinin Vatikanın məşvərət qurumlarında da qadınlara mühüm vəzifələr verilir.
“Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib: “Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq, bütövlükdə, nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda, bütövlükdə, 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır”.
Danılmaz faktdır ki, Azərbaycan turizmi artıq inkişaf dövrünü yaşayır. İstirahət üçün ölkəmizi seçən xarici vətəndaşların sayı günü-gündən artır. Təbii ki, turist sayının bol olması ölkəyə daxil olacaq valyutanın həcminin artmasına səbəb olur.
Ancaq Ermənistanda isə vəziyyət turizm baxımından bərbaddır. Erməni mətbuatı bu günlərdə Ermənistanın turist həsrətində olması haqqında məqalə hazırlayıb. “News.am” saytı qeyd edir ki, Ermənistanın turizm sektorunda geriləmə yaşanır. “Artıq bu sahədə də ciddi geriləmə var – Ermənistana gələn turistlərin sayında ciddi azalma müşahidə edilir”.
Sevindirici haldır ki, Azərbaycan turizmin inkişafına görə qonşu ölkələri qabaqlayıb. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda, bütövlükdə, 4,3 milyard manat pul xərcləyiblər.
Qeyd edək ki, Azərbaycanın turizmdən götürdüyü gəlir Ermənistanın dövlət büdcəsindən çoxdur. Məlumat üçün bildirək ki, regionda ən az büdcə Ermənistana məxsusdur. Ermənistanın dövlət büdcəsi 1 trilyon 822 milyard dram təşkil edəcək. Bu, 6 milyard 455 milyon manata bərabərdir. Bu isə o deməkdir ki, işğalçı ölkənin büdcəsi Azərbaycandakından 4 dəfədən də çox azdır.
“Turist keyfiyyət və gözəlliyə önəm verir, ancaq Ermənistanda bu sahədə vəziyyət bərbaddır”
Məsələ ilə bağlı fikir bildirən turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, hazırda dünyanın bir çox ölkəsində turizmdən gələn gəlir ölkə büdcəsinin əsasını təşkil edir. Ona görə də dünya dövlətləri arasında turizmin inkişafı xüsusi əhəmiyyət kəsb edir: “Daşınmaz tarix və mədəniyyət abidələri hər bir ölkənin tarixinin və mədəniyyətinin əyani sübutudur. Bu abidələrin mühafizə edilməsi və qorunması nəinki ölkənin tarixinin və mədəniyyətinin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir, eyni zamanda, bu abidələr məxsus olduğu ölkə büdcəsinin gəlir mənbəyinə çevrilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda Azərbaycan turizmi inkişaf dövrünü yaşayır. Bunu ölkəmizə gələn turistlər təsdiq edir. Ancaq düşmən ölkənin turizm sektoru çöküş səviyyəsindədir. Çünki bu ölkənin infrastrukturu, tarixi məkanları, həmçinin, istirahət mərkəzləri və otellər də turistlərin diqqətini cəlb etmir: “Bəllidir ki, turist keyfiyyət və gözəlliyə önəm verir. Ancaq Ermənistanda bu sahədə vəziyyət bərbaddır”.
Qəbələdə turizmin inkişafına dair mətbuat konfransı keçirilib. Konfransda iştirak edən Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun Böyük Məsləhətçisi Könül Nuriyeva, “Gabala Hotel Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman və “Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin Direktoru Elvin Rəhimov jurnalistlərin suallarını cavablandırıb.
İlkin olaraq Dövlət Turizm Agentliyinin əməkdaşı Könül Nuriyeva Qəbələnin 2020-ci il İslam Turizm Paytaxtı seçilməsi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən 2020-ci ili əhatə edən tədbirlər planının artıq hazır olduğunu, tezliklə mətbuata geniş məlumat veriləcəyi bildirib.
Tədbirlər planı çərçivəsində Qəbələyə həm texniki, həm də təşkilati dəstəyin göstərilməsi, o cümlədən regiondakı turistlərlə əlaqəli iş yerlərində, bilavasitə otellərdə, informasiya mərkəzlərində, restoranlarda və digər xidmət sahələrində çalışan əməkdaşlara təlimlərin keçirilməsi nəzərdə tutulub.
Könül Nuriyeva bildirib ki, 2019-cu ildə Qəbələyə 250 mindən çox turist gəlib. Dövlət Turizm Agentliyinin və həmçinin “Gabala Hotel Group”un məqsədi bu sayı daha da artırmaqdır.
Daha sonra “Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin Direktoru Elvin Rəhimov çıxış edib. Bildirib ki, beynəlxalq sərgilərdə iştirakın və təbliğat-təşviqat kampaniyalarının nəticəsi olaraq artıq Qəbələyə ənənəvi olmayan Hindistan, Çin, Malaziya kimi ölkələrdən də turist axını başlayıb.
2020-ci il üçün hədəf həm bu ölkələrdən, həm də Avropa ölkələrindən gələn turist sayında artıma nail olmaqdır. Bununla bağlı qış mövsümün açılışı ilə birlikdə həm otellərdə, həm də Tufandağ Qış Yay Turizm İstirahət Kompleksində qiymətlərə endirimlər tətbiq olunub.
Yay mövsümündə olan turist axınını qış mövsümü üçün də intensivləşdirmək, həmçinin xizək mədəniyyətini inkişaf etdirib. Yerli və xarici turistlərdə daimi maraq yaratmaq məqsədilə keçən illə müqaisədə qrupdaxili bütün xidmətlərə minimum 20% endirim tətbiq olunub.
Onun sözlərinə görə, Qəbələ qış mövsümündə yalnız xizək sürənlər üçün deyil. Bütün turistlər üçün cəlbedici edən etnoqrafik, tarixi, həm də infrastruktur baxımından zəngin turizm potensialına malikdir.
Konfrans zamanı Elvin Rəhimov jurnalistlərə Qəbələnd istirahət parkı, Qəbələ Atıcılıq Klubu, Qəbələ Dövlət Tarix Bədii Qoruğu, turistlər üçün müxtəlif turlar təşkil edən Savalan Şərab Zavodu, həm yerli, həm xarici turistlərin maraqlı zaman keçirdikləri Yeddi Gözəl Şəlaləsi, Nohur Göl və tarixi, etnoqrafik əhəmiyyəti olan Nic qəsəbəsiylə bağlı da məlumatlar verib.
Daha sonra “Gabala Hotel Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman jurnalistlərin 2020-ci il üçün qrupun planlarıyla bağlı suallarını cavablandırıb. O bildirib ki, qrup 1 oktyabr 2019-cu ildən fəaliyyətə başlanılıb. Qrupun tərkibinə Qafqaz otellər şəbəkəsinə aid altı otel və Tufandağ Qış Yay Turizm İstirahət Kompleksi daxildir.
Otellərdən üçü premium olan “Qafqaz Riverside”, “Qafqaz Tufandağ Mountain Resort” və “Qafqaz Resort” otelləri, həmçinin beş ulduz otel olan “Qafqaz Sport” otel və iki dörd ulduz otel “Qafqaz Karvansaray” və “Qafqaz Thermal and SPA” otelləridir.
Şəbnəm Fərman vurğulayıb ki, “Gabala Hotel Group”un 2020-ci il üçün olan strategiyasınının əsası Qəbələ otellərini və Tufandağ Qış Yay Turizm İstirahət Kompleksini yerli və xarici turistlər üçün dörd fəsil cəlbedici etməkdir. Bu hədəfə nail olmaq məqsədilə qrup Qəbələ regionunun ümumi inkişafı və təbliğatı yönümlü işlərdə yerli idarəetmə orqanları fəaliyyət göstərir. Həmçinin Dövlət Turzim Agentliyi ilə sıx əməkdaşlıq edir. 2020-ci il üçün birgə tədbirlər planı həyata keçirir.
Bundan əlavə yeni turizm məhsulları və xidmətləri yaradılacaq. Eləcə də mövcud xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması qrupun strategiyasının əsas istiqamətlərindəndir.
Şəbnəm Fərman əlavə edib ki, Qəbələdə 2020-ci ildə turizmin bir çox istiqaməti üzrə proyektlərin yekunlaşdırılması nəzərdə tutulub. Bunlara tarixi və etnik turizmin inkişafı istiqamətində tarixi Nic kilsələrindən daha birinin restovrasiya işlərinin yekunlaşdırılması, eko-turizmə dəstək verəcək. Planların tərkib hissəsindən biri olan kəndlərə yol və körpü tikintilərinin tamamlanması nəzərdə tutulub.
Turizmin inkişafına dəstək olaraq yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında Qəbələnin 2500 illik tarixinə, etnoqrafiyasına və folkloruna həsr olunan toplunun təqdimat mərasimi keçirilib. 2020-ci ildə toplunun rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub. Bu da tarixi turizmin inkişafı üçün çox əhəmiyyətli resurs mənbəyi olaraq turizm sektorunda istifadə olunacaq. Həmçinin, yekunlaşmaqda olan Bakı-Qəbələ dəmir yolu xəttinin bu ilin yay movsümündə fəaliyyətə başlanacaq. Qəbələyə gələcək turist sayının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Daha sonra jurnalistlər Tufandağ Qış Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev
Turizm sahəsində kadr hazırlığının aparılması, ölkənin turizm imkanlarının tanıdılması, infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində aparılacaq. İşlər 2020-ci ildə ölkədə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq.
Bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi turizm sahəsinin də inkişafı dövlətin diqqət mərkəzindədir: “Prezident keçirdiyi müşavirələrdə də qeyri-neft sektorunun ən prioritet sahəsi kimi turizmin inkişafı məsələlərinə toxunur. Biz görürük ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onların xərclədikləri vəsaitin məbləğində, gecələmə sayında da böyük artım müşahidə edilir”.
R.Quliyev əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub: “Ölkədə ənənəvi və qeyri-ənənəvi bazarlara sirayət etmə istiqamətində böyük işlər görülür. Bu sahədə turizm sektorunun təmsilçilərinin də üzərinə çox böyük məsuliyyət düşür”.
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ölkəmizə səfər edən turistlərin sayının rekord həddə çatdığını, ölkəmizə 3 milyon 170 min xarici qonaq gəldiyini söyləyib.
Prezident İlham Əliyev bildirib ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.
Dövlət başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını nəzərə çatdırıb.
Kadrlara baxanda fikrimdə 3 ölkə təbiətinin harmoniyası canlanır: İsveçrənin əyləncəli soyuğu, qışda Kosta Rikanın can isidən günəşi və Çilinin əzəmətli görünüşə malik dağları.
APA TV-nin məlumatına görə, bura 2020-ci il üçün İslam Turizm paytaxtı seçilən Qəbələnin 4 kilometrliyində, 4191 metr hündürlükdə yerləşən və “Qəbələ Hotellər Qrupu”na daxil olan Tufandağ Qış-Yay Turizm Kompleksidir.
Yəni Azərbaycanın ən böyük turizm obyektlərindən biri və əyləncədə “tufan qoparmaq” istəyənlərin məkanı. Turizm məkanında müxtəlif növ ekstrim idman növləri qonaqların ixtiyarındadır.
Deyirlər, əyləncənin yaşı yoxdur. Böyüklü-kiçikli hər kəs adrenalin yaşamaq, istirahətin dadını çıxarmaq üçün bura gələrək əylənir.
Yerli camaatla yanaşı, xarici turistlər də istirahət mərkəzinə gələn qonaqlar sırasındadır.
Ən yüksək yerdən təbiətin gözəlliyini görmək və adrenalin yaşamaq istəyənlər isə kanatlara üz tutur. Elə bizim kimi…
Kanat xətlərinin uzunluğu 6 kilometrə bərabərdir. Bunlar Riverside, Qəbələ, Duruca və Yatmış Gözəl kanat yollarıdır. 4 stansiyadan ibarət olan kanatın ən uzun xətti 2 kilometrdir.
Üz tuturuq növbəti yerə. Qapılar bağlanır, növbəti stansiya “Yatmış gözəl”.
Məkan çox səs-küylü olsa da, bu, “Yatmış gözəl”in yuxusuna mane olmur.
Bundan başqa, Tufandağ Qış-Yay Turizm Kompleksində 15 kilometr uzunluqda xizək yolu mövcuddur.
Bu cür adrenalin dolu əyləncələrdə təhlükə qaçılmazdır. Xüsusi xilasetmə qrupları həmin təhlükələri dəf etmək üçün iş başında ayıq-sayıq vəziyyətdədirlər.
Keçək istirahət və əyləncə üçün məkan axtarışında olanları maraqlandıran qiymətlərə.
Ötən ilə nisbətən bu il qiymətlər ucuzlaşıb. Xizək biletinin qiyməti keçən il 30 manat idisə, bu il 25 manatdır. Bundan əlavə, kompleksdəki xizəkçilik mərkəzi digər ölkələrdəki mərkəzlərdən ucuzdur. Gürcüstanda 20 dollar, Avropada 10 avroyadırsa, Azərbaycanda 20 manatadır.
O ki, qaldı gələn istirahət mərkəzinə gələn qonaqlara…
Ötən il Qəbələyə 250 mindən çox turist gəlib. Bunların da 26 122-si yerli qonaqlardır.
Dövlət Turizm Agentliyi bu il Qəbələ mərkəz olmaqla ətraf 4 rayonu – Şamaxı, İsmayıllı, Oğuz rayonlarını əhatə edən destinasiya menecment təşkilatının yaradılmasını da nəzərdə tutur.
“Qəbələ Hotellər Qrupu” isə qonaqların əyləncəsini daha yaxşı təmin etmək üçün yeni addımlar atmağı planlaşdırır.
Belə… Çalışdıq istirahət mərkəzi haqqında sizə ətraflı olaraq məlumat verək. Qaldı sizin həmin məkana üz tutub, əyləncənin dadını çıxarmağınız.
Böyük Britaniyanın “Hybrid Air Vehicles” şirkəti dünyanın ən böyük hava gəmisi olan “Airlander 10” adlı perspektivli hibrid uçuş aparatının seriyalı versiyasını təqdim edib. Aparatın uçuş sınaqlarına və sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, 2000-ci illərin ortalarından hazırlanan “Airlander 10” aparatının prototipi ilk uçuşu 2012-ci ildə həyata keçirib. O vaxtdan aparat bir neçə dəfə havaya qalxıb, iki uçuş isə qəza ilə nəticələnib. 2017-ci ildə baş verən insidentdən sonra “Hybrid Air Vehicles” şirkəti prototipin sınaqlarının başa çatmasını açıqlayaraq “Airlander 10” hava gəmisinin seriyalı versiyasının hazırlanmasına başlayıb.
Seriyalı “Airlander 10” xarici görünüşünə görə öz prototipi kimi dirijabla bənzəyir. Lakin havadan ağır uçan aparatlar kateqoriyasına aid edilir. Helium ilə doldurulmuş tutumlar uçuş və havada qalma üçün lazım olan qaldırıcı gücün 40 faizini, onun qalan hissəsini isə hava vintli elektromotorlar yaradır.
“Airlander 10” aparatının seriyalı versiyası prototipdən korpusun formasına və eni 6 metr, uzunluğu 46 metr olan daha böyük qondolaya görə fərqlənir. Bundan başqa, aparat yığılan şassi və yerlə sürülüb . Gətirilən ön qurğu ilə təchiz edilib. Əsas elektromotorların hərəkətvericiləri isə halqaşəkilli ön müqavimət sipərlərinə malik deyil.
“Hybrid Air Vehicles” artıq turizm şirkətlərindən on ədəd “Airlander 10” aparatının tədarükü üçün sifariş alıb. İlk belə uçuş aparatının sifarişçiyə 2024-cü ildə çatdırılması nəzərdə tutulur.