Ev Blog Səhifə 85

AZƏRTAC-ın müxbirinin Türkiyə saytlarında Naxçıvanla bağlı məqaləsi yerləşdirilib

0
sayt

Türkiyənin nüfuzlu “Milliyət” qəzetinin bloq səhifəsində (blog.milliyet.com.tr), eyni zamanda, bulturk.net, kesinkarar.com saytlarında AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Türk qapısı”, Oğuz yurdu Naxçıvan” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Azərbaycanın qədim diyarı olan Naxçıvanın Türk dünyası üçün mühüm geostrateji əhəmiyyətə malik olduğunu vurğulayır. Qeyd edir ki, bu gün üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan ölkəmizin qardaş dövlətlə yeganə torpaq sərhədinin olduğu məkan, Türk dünyasına açılan qapıdır. Məhz buna görə də böyük siyasi xadimlər “Şərqin qapısı”nı həm də “Türk qapısı” adlandırıblar.

Məqalədə bildirilir ki, milli məsələlərlə bağlı tarixi-siyasi proseslərdə daim aparıcı mövqedə dayanan bu qədim oğuz yurdu qədim dövlətçiliyimizin saxlanc yeridir. Burada tarixə iz qoyan mühüm dövlətlər yaradılıb ki, onlardan biri də Türkiyənin İğdır və Qars vilayətlərini əhatə edən Araz-Türk Cümhuriyyətidir. Qardaş ölkənin düşməndən azad olmasına yol açan Milli Qurtuluş Savaşının qabaqcıl nümayəndələrinin də tövsiyəsi ilə yaradılan bu dövlət həm də daha böyük miqyasda milli mücadilənin aparılmasının əsas strategiyasının hazırlanmasında xüsusi rola malik olub.

Naxçıvanın muxtariyyət məsələsinə də toxunan müəllif yazır ki, qədim diyarın bu statusu qazanması Behbud ağa Şahtaxtinski və Əli Səbri Qasımovun yorulmaz fəaliyyəti, iki qardaş ölkənin birgə səyi nəticəsində mümkün olub. Beynəlxalq Moskva və Qars müqavilələri onun muxtar respublika kimi Azərbaycanın tərkibində qalmasını şərtləndirməklə yanaşı, həm də ərazi bütövlüyünü təmin edib. Bu, ölkələrimizə qarşı torpaq iddiaları səsləndirən ermənilərə də hər iki dövlətin sarsıdıcı zərbəsi olub.

Məqalədə vurğulanır ki, qədim diyarın qurucu rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamına əsasən ötən il muxtariyyətin 95 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib. Ötən il həm də Naxçıvan Sazişinin 10 illiyi bir sıra ölkələrdə qeyd olunub, bu diyarın adı qürurla çəkilib. Bu sazişlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyulub. Beləliklə, “Türk qapısı” olan Naxçıvan türk birliyinin möhkəmlənməsinə də öz tarixi töhfəsini verib. İki il bundan əvvəl Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Muxtar respublikada elmin və təhsilin inkişafında əldə edilən nailiyyətlər imkan verir ki, gələcəkdə burada ilk Türk Universiteti yaradılsın.

Müəllif yazır: “Türk dünyasının bu strateji məkanının işğaldan qorunması və inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1990-cı ildən başlayaraq məhz dahi şəxsiyyətin həyata keçirdiyi tədbirlər nəticəsində Naxçıvan işğal təhlükəsindən xilas olub. Ulu Öndərin layiqli davamçıları ötən illər ərzində muxtar respublikanın inkişafı üçün bütün lazımi tədbirləri həyata keçiriblər”.

Sonda məqalədə qeyd edilir ki, bu gün güclü infrastruktura, turizm potensialına malik olan Naxçıvan beynəlxalq tədbirlərin keçirildiyi məkandır. İslam dünyasında özünəməxsus yerə malik olduğuna görə Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, eyni zamanda, burada aparılan uğurlu gənclər siyasətinin nəticəsi olaraq Azərbaycanın Gənclər Paytaxtı olub. Müəllif əminliklə vurğulayıb ki, önümüzdəki illərdə Naxçıvan Türk Dünyasının Mədəniyyət Paytaxtı adına da layiq görüləcəkdir.

Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi yaradılıb

0
turizm

Yanvarın 15-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi ictimaiyyətə təqdim olunub.

10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb.

turizm

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib.

Qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb.

turizm

Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb.

Rüfət Hacıyev, eyni zamanda turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb.

O bildirib ki, tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.

turizm

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Florian Zenqstşmid səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunub. Bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib. O, bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edib.

Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edib. Öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əməkdaşlarına üzvlük sertifikatları da təqdim olunub.

Milli parklar və qoruqlarda rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edilib

0
Orxan Məhərrəmli

Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.

Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O qeyd edib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək. “Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər gözlənilir. Ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur”.

Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək.

“Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 30-dək sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”, – deyə O.Məhərrəmli bildirib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz. http://eco.gov.az/az/nazirlik/elan?newsID=10549

Azərbaycan-İtaliya Biznes Şurası yaradılacaq

0
Azərbaycan-İtaliya

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Romada İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında təmsil edilib.

İki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Qeyd olunub ki, Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafından danışılıb. Hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi aparılıb. Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, müəssisələrə baxış və təlimlərin təşkili, birgə innovativ layihələrin həyata keçirilib Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətli olacaq.

Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sergio Arzeni və baş katibi Giovanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, INSME və İtaliyanın digər müvafiq qurumları ilə əməkdaşlığ qurulub. Maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvlüyünə dair müzakirələrində görüş aparılıb. Həmçinin INSME-nin tədbirlərində agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, potensial layihələr barədə məlumat mübadiləsi aparılıb. Digər mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Florian Zenqstşmid: Turistlərin Azərbaycan haqqında daha çox məlumatlı olmasına çalışmalıyıq

0
Florian Zenqstşmid

Yola saldığımız ildə Azərbaycana rekord sayda – 3.2 milyon nəfərə yaxın turist gəlib. Bu da 11.4 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Experience Azerbaijan” jurnalının təqdimat mərasimində deyib.

“Biz artıq marketinq strategiyalarımızda yeni yollar tapmalıyıq və başa düşməliyik ki, turistlər daha etibarlı, qeyri-kommersiya orqanlarını seçirlər. Bu il Qazaxıstan, Ukrayna, Cənubi Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərimizi açmağı düşünürük. Bu strategiya ilə yanaşı, turistlər üçün yeni broşürlər, materiallar dərc olunmalıdır ki, onlar Azərbaycan haqqında daha çox məlumatlı olsunlar. “Experience Azerbaijan” jurnalı tamamilə Azərbaycan məhsuludur. Əgər kiminsə deyəcək sözü varsa, o zaman biz onunla əməkdaşlıq etməyə hazırıq. Jurnal bütün dünya üzrə yayımlanır və son səhifədəki QR kod vasitəsilə nəşrdəki məqalələrlə tanış olmaq olar”, – deyə F.Zenqstşmid bildirib.

Moskvada “MDB+DÜNYA” Beynəlxalq İqtisadi Forumu keçiriləcək

0
Moskva

Martın 13-də Moskvada, Beynəlxalq Ticarət Mərkəzində MDB İcraiyyə Komitəsinin dəstəyi ilə Birliyin iştirakçısı olan dövlətlərin “MDB+DÜNYA” Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hökumət başçılarının müavinləri, MDB ölkələrinin nazirləri, MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının rəhbərləri, dövlət və icraiyyə hakimiyyətinin, sahə və bank birliklərinin nümayəndələri, yaxın və uzaq ölkələrin turizm sənayesi ittifaqları və assosiasiyalarının, IT strukturlarının sahibkarları, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici qonaqlar və tərəfdaşlar iştirak edəcəklər.

Forumun məqsədi MDB ölkələrinin strateji iqtisadi əməkdaşlığını bundan sonra da inkişaf etdirmək, sabitliyi möhkəmləndirməkdir. Qlobal dünya və tərəqqi naminə çoxtərəfli konstruktiv dialoqu durmadan genişləndirməkdir.

Forum çərçivəsində “MDB+DÜNYA 2020” Beynəlxalq Turizm Konqresi keçiriləcək. Konqres çərçivəsində beynəlxalq turizm sahəsində qarşılıqlı fəaliyyətin yeni innovativ potensialı nümayiş etdiriləcək. Burada iştirakçılar özləri üçün MDB İqtisadi İnkişaf İşgüzar Mərkəzinin Turizm Komitəsi tərəfindən işlənib hazırlanmış “MDB+DÜNYA” beynəlxalq proqramının yeni iqtisadi, sosial və ekspert imkanlarını kəşf edə biləcəklər.

Qəbələnin otel və mehmanxanaları ötən il 120 mindən çox əcnəbi turistə xidmət göstərib

0
Qəbələ

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin ölkəmizə böyük axınla səfər etməsinə geniş yol açıb.

Qəbələ

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını vurğulayaraq deyib: “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir. Bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər”.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün, həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Müasir tələblərə cavab verən yeni otel və istirahət mərkəzlərinin istifadəyə verilib. Münasib qiymətlər, yenilənmiş yol infrastrukturu Qəbələyə turist axınının artmasını şərtləndirən başlıca amillərdəndir. Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.

Qəbələ

Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ildə rayon ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2353 yerdir. Ötən il otel və mehmanxanalarda 27 min 129 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 85,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

2019-cu ildə rayondakı otel və mehmanxana tipli müəssisələrə 186 min 431 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 65 min 592-si və ya 35,2 faizi Azərbaycan, 120 min 839 nəfəri və ya 64,8 faizi xarici ölkə vətəndaşı olub.

İdarə rəisinin sözlərinə görə, statistik məlumata yalnız mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşən turistlərin sayı daxil edilib. Fərdi evlərdə qalan turistlər də nəzərə alınarsa, qeyri-rəsmi statistikaya əsasən, 2019-cu ildə Qəbələyə gələn turistlərin ümumi sayı 314 min nəfərdən çox olub.

A.İsgəndərov bildirib ki, keçən il Qəbələnin otel və mehmanxanalarında yerləşən yerli turistlərin sayı əvvəlki illə müqayisədə 10 min nəfərdən çox artıb.

2019-cu ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. İl ərzində bu ölkənin 34 min 894 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, ötən il Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qətər, Oman, Rusiya, Hindistan, Çin və İraqdan olanlar üstünlük təşkil edib.

Otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub.

Ötən dövrdə turizm obyektlərində 1225 işçi çalışıb. Onlardan 238 nəfərini qadınlar, 105 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.

Naftalanda Yeni Sanatoriya Kompleksi tikilir

0
Naftalan

İqtisadiyyatı turizmdən gələn gəlirlər əsasında formalaşan Naftalanın son illərdə bu sahənin inkişafı, xüsusən də xəstələrə şəfa, yaralara məlhəm olan unikal tərkibli palçıq neftinin dünyada tanıdılması istiqamətində gördüyü işlərdən sonra bu şəhərdə fəaliyyət göstərən sağlamlıq mərkəzlərində itirilmiş sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin sayında ildən-ilə müsbət dinamika qeydə alınır.

Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmışdır. Bu artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.

Hazırda şəhərdə tikintisi aparılan 5 turizm mərkəzindən biri də şəhərin Nizami Gəncəvi, 11 ünvanında yerləşən Yeni Sanatoriya Kompleksidir.

Kompleksin tikinti aparılan ərazisi 0,63 hektar, ümumi sahəsi 4628 kvadratmetr və tikinti altı sahəsi 880 kvadratmetrdir. Dördmərtəbəli sanatoriya binası 88 otaqlı, 192 yerlikdir. Sanatoriyanın zirzəmi mərtəbəsində texniki otaqlar, idman zalı, masaj otaqları, anbar otaqları olacaq. 1-ci mərtəbədə yeməkxana, personal otaqları, həkim otaqları, çamaşırxana, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə 67 yataq otağı, mansard hissədə isə 21 yataq otağı olacaq.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3 min 800-ə yaxın turistə müasir standartlara uyğun restoran olacaq. Otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. Həmin müəssisələrdə işləyənlərin sayı 1500-ə çatacaq. Bu, ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.

MÖHTƏŞƏM MEGA TURU

0
Mega turu

MÖHTƏŞƏM MEGA TURU ? ?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

✅Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 4* (Hotel İstanbul Trend)
?Otel 4* (4 gecə – 5 gün)
?Qidalanma (səhər yeməyi 6 gün)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Hotel İstanbul Trend 4*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlavə məlumat üçün
ƏLAQƏ: 070-264-60-30

Misirdə XIV əsrə aid daha bir mədəniyyət abidəsi bərpa edilib

0
turizm

Misir turizminin xəritəsinə daha bir obyekt əlavə olunub. AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, XIV əsrə aid daha bir mədəniyyət abidəsi – İskəndəriyyə şəhərindəki sinaqoqun bərpa işləri başa çatıb.

Eliyahu Hənəvi sinaqoqunda XIX əsrin ortalarında italyan memarları tərəfindən əlavə olunmuş rəngli şüşələri olan pəncərələr, mərmər sütunlar əvvəlki görkəminə qaytarılıb. Bu məbəd 1798-ci ildə Napoleon Bonapartın qoşunlarının Misirə hücumu zamanı dağıdılmışdı. Misirin Qədim Abidələr Nazirliyi və ordunun köməyi ilə 4 milyon dollar xərclənən 3 il davam edən bərpa işləri yanvarın 11-də yekunlaşıb.

Sinaqoqun binasını ziyarət edən İskəndəriyyə yəhudiləri Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təşəkkürlərini bildiriblər. Qeyd olunur ki, vaxtilə İskəndəriyyədə 40 mindən çox yəhudi yaşayıb, lakin İsrail dövlətinin yaranmasından sonra onların əksəriyyəti şəhəri tərk edib. Misirin dövlət başçısı bəyan edib ki, yəhudilərin və koptik xristianların qədim ibadət yerlərinin bərpa olunması hökumətin prioritetlərindən biridir.