“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri bu il 23 layihə reallaşdıracaq.
Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçıları 2019-cu ildə həyata keçirdikləri fəaliyyətlərinin yekun icmalını hazırlayıblar.
“Caspian Event Organisers” (“CEO”) və “Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, ötən il ərzində bu 2 şirkət tərəfindən hər il keçirilən 21 ticarət-sənaye sərgisi, eləcə də 3 konfrans təşkil olunub. Həmçinin Azərbaycanın ilk qeyri-neft sərgiləri – “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri öz 25 illik yubileyini, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini uğurla qeyd edib. Bununla yanaşı, “CEO” şirkəti 12 beynəlxalq səviyyəli tədbirə təşkilati dəstək göstərib. Onların arasında IOI 2019 – 31-ci Beynəlxalq İnformatika Olimpiadasi, Ümumdünya Gömrük Təşkilatinin İnformasiya Texnologiyaları/Texnologiya və İnnovasiyalar konfrans və sərgisi, BMI Beynəlxalq Forumu, Azərbaycan Nevrologiya Həftəsi və digər beynəlxalq tədbirlər yer alıblar.
2019-cu ildə Bakıda keçirilən beynəlxalq sərgilər 53 ölkədən 986-sı xarici şirkət olmaqla 1838 iştirakçını bir araya gətirib. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya, Türkiyə və Belarus müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sərgilərin iştirakçı-ölkələri sırasına Monqolustan da qatılıb. Müxtəlif sərgilərdə 21 ölkə tərəfindən 33 milli ekspozisiya, eləcə də 24 regional stend təqdim edilib.
Ümumilikdə isə sərgilərdə 75 ölkədən 50 min 537 ziyarətçi qeydiyyatdan keçib. Keçən il ziyarətçilərin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib və 3 ölkə – Türkiyə, Rusiya və İran ziyarətçilərin sayına görə öz lider mövqelərini qoruyub saxlayıblar.
Ölkə rəhbərliyi Azərbaycandakı sərgi fəaliyyətinə diqqət göstərir və bu baxımdan, 2019-cu il də istisna olmayıb. Belə ki, Prezident İlham Əliyev “Xəzər Neft və Qaz” (“COG”), “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Bakutel” sərgilərini ziyarət etməklə yanaşı, iştirakçı və ziyarətçilərə salamlama məktubları ünvanlayıb. Ölkə rəhbərliyinin sərgilərə göstərdiyi diqqət, eləcə də aidiyyəti dövlət strukturlarının dəstəyi tədbirlərə olduqca müsbət təsir göstərir və sərgilərin uğurunun təminatıdır. Azərbaycan Prezidentinin sərgiləri ziyarət etməsi sektorun inkişafına həmişə güclü təkan verir, bazar iştirakçılarına qayğı və diqqətin mövcud olduğunu nümayiş etdirir.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp da “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayıb. Öz növbəsində Böyük Britaniyanın Beynəlxalq ticarət üzrə Dövlət katibi Liam Foks da sərginin iştirakçı və qonaqlarına video-müraciət göndərib. Ümumdünya Turizm Təşkilatının (ITU) Baş katibi Zurab Pololikaşvili isə “AITF” turizm sərgisinə salamlama məktubu ünvanlayıb.
Sərgilər xarici sənaye nazirlikləri və beynəlxalq strukturlar arasında da populyardır. Belarusun Baş Nazirinin müavini İqor Vasilyeviç Lyaşenko, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Jao, ABŞ-ın Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini Kent D.Loqsdon, İranın Neft nazirinin müavini Əmir Hüseyin Zamaniniya, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan və digər xarici qonaqlar sərgiləri ziyarət ediblər.
“Caspian Event Organisers” və “Iteca Caspian” tərəfindən təşkil olunmuş sərgi və konfranslar dövlət strukturları tərəfindən dəstəklənir. 2019-cu ildə keçirilən müxtəlif sərgilərdə stend ilə çıxış edən Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, SOCAR, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Memarlar İttifaqı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “E-GOV” strukturu, IDEA İctimai Birliyi, “ABAD”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi də öz fəaliyyətlərini fəal şəkildə təqdim ediblər. Bütün sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 6 sərgidə – “WorldFood Azerbaijan”, “Gift and Promo”, “Eduexpo”, “BakuBuild”, “Caspian Ecology”, “Bakutel”də mikro, kiçik və orta biznesi təmsil edən sahibkarlar üçün stend təşkil edərək 100-dək KOB subyektinin bazara çıxmasına kömək edib. KOB-lar bu dəstək çərçivəsində öz məhsul və xidmətlərini çoxminlik auditoriyaya təqdim edərək satış imkanlarını genişləndirib və yeni işgüzar münasibətlər qurub.
Ötən il sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2019-cu ildə tərəfdaş qismində SOCAR, BP, “NB Group”, “Azercell”, “TPAO”, “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “RussNeft”, “SOCAR Polymer”, “Tekfen Construction”, “Royal IHC”, “Kapital Bank”, “Pasha Bank”, “Equinor Azerbaijan”, “Gazprombank”, “Petronas Azerbaijan”, “Inpex Corporation”, “ABB Limited”, “Baker Hughes”, “Caspian Pipe Coatings”, “Dentons Europe AARPI”, “Huawei”, “Hewlett Packard Enterprise”, “Lamor Corporation”, “McDermott”, “Nobel Upstream”, SOCAR AQŞ, “Tenaris Connections B.V.”, “Total E&P Absheron”, “Zenith Aran Oil Company LTD”, “Prior Leasing”, “Mətanət A”, “AIMC”, “Holcim Azerbaijan”, “Mitto”, Dominikan Respublikası Turizm Nazirliyi, Bakı Konqres Mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “Shokki Mokki” brendi, “Halliburton”, “ACE Group Consultants”, “British School in Baku”, “Green Light” Autizm Mərkəzi, “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzi, “Art Trio”, “Credo”, “CityTaxi”, “CTS Translation”, “Caspian Energy International Media Group” çıxış ediblər.
Keçən il “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin rəsmi tərəfdaşları qismində Bakı Ekspo Mərkəzi, “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel Baku” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Caspian Freight Services” yer alıb. “Uşaq zonası” üzrə tərəfdaş – “Bağçam” Uşaq Bağçaları Şəbəkəsidir.
2019-cu sərgi ilini haqlı olaraq “Sərgilər+” ili də adlandırmaq mümkündür. Belə ki, təşkilatçılar 45 əlavə tədbir planlaşdıraraq həyata keçiriblər. Hər sərgi çərçivəsində yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün xüsusi “Təqdimat zonası” yaradılıb. Belə tədbirlərdən biri isə artıq sərgilərin ənənəsinə çevrilmiş “B2B” formatlı işgüzar görüşlərdir. Ötən il “B2B” formatlı görüşlərdə 300-dən çox şirkət iştirak edib və bu şirkətlər 848 beynəlxalq görüş keçiriblər.
“CEO” şirkətinin tədbirlər portfelinə daxil olan yeni “Bizimkilər” brendi dərhal populyarlaşıb və 2019-cu ildə bu sessiya “Bakutel Tech Talks” ilə yanaşı, “Xəzər Neft və Qaz” və “Medinex” sərgiləri çərçivəsində də keçirilib. Xaricdə təcrübə toplamış həmvətənlərimizin çıxışları sərgi ziyarətçilərinin daim marağına səbəb olur.
Sərgilər çərçivəsində ilk dəfə olaraq şəbəkələşmə üçün əlavə imkanlar yaradan yeni formatlar, tədbirlər ərsəyə gətirilib. Onların arasında Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və “chefs.az” internet resursunun təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar Çempionatı, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans, “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya, məşhur sloveniyalı futuroloq Blaz Qolobun “Enerji baxımından səmərəli və “Ağıllı” şəhərlər”: əsas hərəkətverici mexanizmlər və onların inkişafında energetika sektorunun rolu” adlı aktual mövzusunda çıxışı, “Tullantıdan sənətə” ekspozisiyası, energetika sahəsində nailiyyətlər qazanmış qadınlara həsr olunmuş “Women in Power” sessiyası, Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş, sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi, “Bakutel” sərgisinin xüsusi qonağı, “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskov və sərgilərin daimi tərəfdaşı, “1news” xəbər agentliyinin direktoru Rəhman Hacıyevin iştirakı ilə unikal işgüzar dialoq formatında diskussiya paneli və digər maraqlı tədbirlər var idi.
Təşkilatçılar demək olar ki, hər bir sərginin iştirakçılarını tədbir başlamazdan əvvəl işgüzar səhər yeməyinə dəvət edib və burada eksponentlərə bir-birləri ilə tanış olmaq, təşkilatçıları yaxından tanımaq və ən əsası da əldə edilmiş bilik və imkanlar hesabına iştirakın səmərəliliyini artırmaq üçün imkan yaradıblar. Əgər təşkilatçılar 2019-cu ilə qədər belə təlimlər üçün xaricdən mütəxəssis dəvət edirdilərsə, artıq şirkətlər öz təcrübələrini yerli iştirakçılar ilə bölüşən yerli mütəxəssislər yetişdiriblər.
Həmçinin şirkət nümayəndələri “WorldFood Azerbaijan”, “BakuBuild” və “Caspian Ecology” sərgilərinin yubiley tədbirlərində də bir araya gəliblər. Sərgi iştirakçıları Mərkəzi Nəbatat Bağında nar və badam ağacları əkib, quşlar üçün yuvalar və yem qabları quraşdırıb, Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində isə sərv ağacları əkiblər.
“Xəzər Neft və Qaz” və “Bakutel” sərgiləri çərçivəsində “kağızdan kənar” olmağa, yəni heç bir sənədi çap etməmək imkanı verən xüsusi mobil tətbiq işə salınıb. Mobil tətbiqi yüklədikdən sonra ziyarətçilər “hands free” olaraq sərgi haqda məlumatları telefonlarında əldə edə bilərlər. Tətbiqin rahat və asan naviqasiyası lazım olan məlumatları tez bir zamanda tapmağa imkan verir. Bundan əlavə, həm iştirakçılar, həm də ziyarətçilər sərgi və konfransların proqramına uyğun olaraq tədbirlərin başlaması barədə “bildiriş” (“push notifications”) ala bilirlər. Tətbiq vasitəsi ilə ziyarətçilər həmçinin sərgi iştirakçıları ilə birbaşa görüşlər təyin etmək mümkündür. QR kodları skan edib bütün lazimi məlumatları elektron ünvanlarına göndərə bilərlər. Həmçinin tədbirlərdə fərdi marşrutu müəyyən etmək, planı e-poçt vasitəsi ilə göndərmək və digər xidmətlərdən istifadə üçün sərgilərin interaktiv planı quraşdırılıb.
Təşkilatçılar tərəfindən davam etdirilən “Təbiəti qoru” kampaniyasına uyğun olaraq, istifadə edilmiş bütün kağız məmulatlar ofisdən çıxarılaraq emal və təkrar istifadəyə verilir. Sərgilərdə plastik “beyc” və paketlərdən imtina edilir. Əvəzində isə təkrar emal edilmiş kağızdan hazırlanan paketlərdən istifadə olunur. Bu baxımdan, yeni addım reklam məqsədləri ilə bannerlərdən istifadənin məhdudlaşdırılması olacaq. Bunun əvəzində parça üzərində çap məmulatlarından istifadə olacak. Sərgilərin rəsmi ziyafət gecələri üçün sifariş edilmiş yeməklərin qalan hissəsi ehtiyacı olan insanlara göndəriləcək. Həmçinin bütün qıda tullantılarının heyvan sığınacaqlarına verilməsi də planlaşdırılır.
Hazırda bir-birindən maraqlı tədbirlərlə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq gedir. 2020-ci ildə “CEO” və “Iteca Caspian” şirkətləri tərəfindən 23 layihə həyata keçiriləcək. Yeni sərgi mövsümü isə fevralın 15-də “Autizm spektr pozuntusu” (ASP) mövzusuna həsr olunmuş və fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlərini, eləcə də mütəxəssisləri, pedaqoq və metodistləri, habelə psixoloq və psixoterapevtləri bir araya gətirəcək. 2-ci Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar “Fərqli Fərdlər” Konqresi ilə açıq elan olunacaq. 2020-ci ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında “www.iteca.az” və “www.ceo.az” tanış olmaq mümkündür.
İndoneziyanın Coqcakarta Xüsusi Regionu və Şərqi Yava Əyaləti Azərbaycan şəhərləri ilə regionlararası əməkdaşlığın qurulmasında maraqlıdır.
Bunu hər iki əyalətin rəhbərləri Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin həmin bölgələrə səfəri zamanı onunla görüşlərdə bildiriblər.
Səfir Cəlal Mirzəyev əvvəlcə Coqcakarta Xüsusi Regionunun qubernatoru X Hemenqkubuvono ilə görüş keçirib. Azərbaycanlı diplomat ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, iqtisadi inkişafı, aparılan islahatlar barədə qarşı tərəfi məlumatlandırıb. Qubernatora Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə də ətraflı məlumat verilib.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu, turizm sektorunda əməkdaşlıq, təhsil sahəsində əlaqələrin genişləndirilib. Azərbaycanın və İndoneziyanın regionları arasında əlaqələrin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli əməkdaşlığın perspektivlərindən danışan X Hemenqkubuvono rəhbərlik etdiyi regionun əsasən təhsil və turizm sektoru üzrə ixtisaslaşdığını, Azərbaycan ilə bu sahələr üzrə əməkdaşlıq qurmağa hazır olduğunu bildirib. Qubernator, həmçinin regionlararası əlaqələrin əhəmiyyətini vurğulayaraq, regionların və şəhərlərin qardaşlaşması fikrini alqışladığını ifadə edib.
Səfir Cəlal Mirzəyev İndoneziyanın Şərqi Yava Əyalətinin qubernatoru xanım Xofifa İndar Paravansa ilə də görüşüb.
Görüşdə ölkəmizin tarixi, iqtisadi inkişafı və torpaqlarımızın Ermənistan tərəfindən işğalı haqqında ətraflı məlumat verən C.Mirzəyev Azərbaycan-İndoneziya münasibətlərindən bəhs edib. Habelə turizm, qarşılıqlı investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlıq, iki ölkənin regionları arasında əlaqələrin qurulması, həmçinin birgə mədəni tədbirlərin, biznes forumların, turizmlə bağlı sərgi və konfransların keçirilməsi imkanları barədə danışıb.
X. Paravansa rəhbərlik etdiyi əyalətin iqtisadi baxımdan sürətli inkişafı, ölkədə ən əlverişli strateji mövqeyə malik olması və ixrac potensialı haqqında ətraflı məlumat verib. O, investisiya üçün İndoneziyanın ən əlverişli regionlarından biri olan Şərqi Yava Əyaləti ilə Azərbaycanın regionları arasında iqtisadi və mədəni sahədə əməkdaşlıq qurula biləcəyini vurğulayıb. Qeyd edib ki, dini turizm səyahətlərinə böyük maraq göstərən yerli əhalinin “Ümrə+” turist paketindən istifadə zamanı Azərbaycana da yönləndirilməsi istiqamətində iş aparılması vacibdir.
Səfər çərçivəsində səfir C.Mirzəyev İndoneziya Respublika Radiosuna canlı yayımda müsahibə verib.
Müsahibədə ölkəmizdə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, habelə iki ölkə arasındakı münasibətlər və beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlıq barəsində ətraflı danışılıb. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişafı fonunda energetika, habelə qeyri-neft sektoruna qarşılıqlı investisiya qoyuluşu olub. Ticarət, turizm, təhsil və mədəniyyət kimi bir sıra vacib sahələrdə əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.
Səfər İndoneziyanın digər yerli mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılıb.
Dünya Turizm Təşkilatının (DTT) yaydığı məlumatda bildirilir ki, Misirin turizm sektoru inkişaf yoluna qədəm qoyub. Ötən il bu ölkəyə 13 milyona yaxın turist səyahət edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, DTT-nin iqtisadi məsələlər üzrə müşaviri və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının üzvü Səid əl Batuti Misirin turizm sektorunda inkişafın əsas səbəbinin ölkədəki sabitlik olub. Turizm sektorunda əlverişli paketlərin təklif edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Misir hökuməti müxtəlif ölkələrdən turistlərin cəlb olunmasına xüsusi əhəmiyyət verir. Bu ölkələrin arasında İspaniya və İtaliya xüsusi yerə malikdirlər. Həmin ölkələrdə turizm sektorunun güclü inkişaf etməsinə baxmayaraq, ispan və italyan turistlər Misiri ucuz qiymətlərə və Qırmızı dənizin mənzərəsinə görə üstün tuturlar. Eyni zamanda, Misir dini turizm sahəsini də inkişaf etdirir.
DTT-nin müşaviri onu da əlavə edib ki, bu il açılışı olacaq Böyük Misir Muzeyi Avropadan, xüsusən Almaniyadan turist axınına səbəb olacaq. Ötən il 2,5 milyon alman turist Misirə səyahət edib.
18-25 mart
? 4Gün/3Gecə (ümumi 7Gün Avtobusla)
CƏMİ -259 usd
İLKİN ÖDƏNİŞ 60$ (1nəfər üçün) ödəyərək qalan məbləği gediş gününə 1 həftə qalmış ödəyə bilərsiniz.
Qiymətə Daxildir :
✅ Komfortlu avtobusla gediş-dönüş
✅ Səhər yeməyi (oteldə)
✅ Çay və su yol boyu
✅ Sığorta
✅ Azərbaycan dilli bələdçi
✅ Ekskursiyalar
✅ Qrup şəklində fotosessiya
✅ (3 Gecə/4 Gün) oteldə gecələmə
✅ Yol boyu maraqlı oyunlar və hədiyyələr
Ekskursiyalar: -Qırmızı Meydan, Kreml Sarayı(500 rubl), Aziz Vasil Katedrali (500 rubl), Lenin Mavzoleyi, GUM, Dövlət Tarix Muzeyi (400 rubl) -Zaryadye parkı -Bolşoy Teatrı (1500 rubl), Tverskaya küçəsi -VDNX, Ostankino Tv Qülləsi (1000 rubl), Kosmonavtika muzeyi -Vorobyovı Qorı parkı -İzmaylovskiy Kreml -Arbat küçəsi -Tsaritsino parkı -Tretyakov Dövlət Galeryası(500 rubl) -Moskva Zooparkı (500 rubl)
-Moskva Siti
✍Qeyd:
Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün hesablanmışdır .
1 yaşdan 5 yaşına kimi uşaqlar ödənişsizdir xidmət tələb olunmursa.
5 yaşdan yuxarı tam ödəniş (xidmətlər tam göstəriləcək )
?Qiymətə daxil deyil:
1.Muzeylərə və ödənişli yerlərə Giriş bileti (Qiymətləri proqramda qeyd olunub)
2.Nahar və Şam yeməyi
3.Novruz Şənliyi (+40 $)
4.2-nəfərlik otaqda tək qalmaq istəyən əlavə 100$ ödəniş etməlidir.
?YERLƏR ÖDƏNİŞ GÜNÜNƏ GÖRƏ VERİLİR.
?ÖDƏNİŞLƏR GÜNÜN MƏZƏNNƏSİNƏ GÖRƏ MANATLA QƏBUL OLUNUR.
Hindistanın məşhur aktyoru Avinaş Saçdevin bayram günlərini şimal bölgəsində, ən əsası “Şahdağ” turizm bölgəsində keçirməsi yerli turistlərin böyük marağına səbəb olub
Leyla Abdullayeva
Dünya Azərbaycanlıların həmrəyliyi və Yeni ilin gəlişi ilə əlaqədar olaraq 7 günlük tətildə “Şahdağ”a gələn turistlərin sayı 30 mini ötüb. Bu barədə Sputnik Azərbaycan-a “Şahdağ” turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov məlumat verib. Onun sözlərinə görə, 7 ildir fəaliyyət göstərən turizm mərkəzində ilk dəfədir ki, belə rəqəm qeydə alınıb.
“Əslində, bu rəqəm bütün şimal bölgəsinə səyahət edən turistlərin ümumi sayına bərabərdir. Həqiqətən də sevindirici haldır ki, tətilin bitməsinə baxmayaraq, bölgəyə turist axını davam edir və göstərici yüksəkdir. Bayram günlərində kompleksə gələnlər arasında yerli turistlərin çoxluğu diqqəti çəksə də, xarici ölkələrdən gələnlərin də sayı həddindən artıq çoxdur”, – deyən Cahangirovun sözlərinə görə, ən çox Rusiya, Qazaxıstan, Türkiyə, BƏƏ-dən, Avropa və Asiya ölkələrindən gələn turistlər üstünlük təşkil edib.
Şahdağ
Rauf Cahangirov “Şahdağ” turizm bölgəsində hətta sıxlığın da qeydə alındığını bildirib.
“Ən çox sıxlıq yanvar ayının 1-i və 2-də müşahidə olunub. Yanvar ayının 2-də qəfil başlayan qar və yolun sürüşkən olması, üstəlik də gələn turistlərin həddən çox olması Şahdağ-Aladaş yolunda əməlli-başlı tıxac yaradıb. Qusar rayon Polis Şöbəsinin və Şahdağ Polis Bölməsinin əməkdaşları sıxlığın aradan qaldırılmasına çox kömək ediblər”.
Turistlərin ən çox marağına səbəb burada fəaliyyət göstərən 4 növdə 15 ədəd kanat xətti, asma buraz yolları, xizəkçilik, snoubord mərkəzidir. Kanat yollarının turistlərə bir neçə formada – oturacaqlı, budel, xalça və qondola formasında təqdim olunması onların böyük marağına səbəb olub.
Onu da qeyd edək ki, “Şahdağ” turizm bölgəsində xarici ölkələrin məşhurlarına, iş adamlarına da rast gəlmək mümkündür. Yerli turistlərin ən çox marağına səbəb olan isə Hindistanın məşhur aktyoru Avinaş Saçdevin bayram günlərini şimal bölgəsində, ən əsası “Şahdağ” turizm bölgəsində keçirməsi olub. O, bu barədə özünün Instagram sosial şəbəkəsindəki səhifəsində də paylaşıb.
Şahdağ
Rauf Cahangirovun dediyinə görə, şimalda yerləşən “Şahdağ” dağ-xizək kurortu ümumilikdə bölgədə sosial-iqtisadi durumun daha da yaxşılaşmasına səbəb olub.
Son günlər Gürcüstanın dağlıq turizm bölgələrində baş verən qəzalar bu ölkəyə turist axınının zəifləməsinə və turizmin inkişafına mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Bakuriani və Qudauri dağ-xizək kurort komplekslərində yanvarın 4-dən başlayan içməli su problemi xeyli sayda turistin geri qayıtmasına səbəb olub. Hökumət yaranmış problemin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər görür. Lakin bu bölgələrdə içməli su problemi hələ də tam həllini tapmayıb.
Qudauridə dağ-xizək mövsümünün də açılışı təxirə salınıb. Buna isə həmin ərazilərdə qarın yağmaması səbəb olub.
Gürcüstanın Dağ Kurortlarının İnkişafı Kompaniyası özünün “Facebook” səhifəsində yazır ki, mövsümün açılışı yanvarın 11-nə nəzərdə tutulmuşdu. Lakin bölgəyə gözlənilən səviyyədə qarın yağmaması səbəbindən açılış təxirə salınıb.
Turistləri narahat edən digər səbəb isə Tsxaltubo müalicə-kurort kompleksində baş vermiş yanğın olub.
Tsxaltubo müalicə-istirahət mərkəzindəki “Drujba” sanator- müalicə korpusunda baş vermiş yanğın nəticəsində iki qadın yanaraq ölüb.
Ekspertlərin sözlərinə görə, son günlər Gürcüstan ərazisində baş verən bu cür xoşagəlməz hadisələr turizmin inkişafına ciddi mənfi təsir göstərir. Ölkəyə turist axını zəifləyir.
Ekspertlə hesab edirlər ki, Gürcüstanın Regional İnkişaf və Struktur naziri Maya Tsktişvilinin Bakuriani və Qudauriyə təcili səfər etməsi problemlərin həllinə öz müsbət təsirini göstərəcək. Lakin, bölgələrin inkişafı üçün daha ciddi tədbirlər görülməlidir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” aqroekoturizm turlarına ötən il 800-dən çox turist qoşulub. Onların 100-dən çoxu əcnəbi turist olub.
Bunu AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Aqroekoturizm layihəsinin icrasına ötən ilin avqust ayından başlanılıb. Bu barədə danışan İdarə Heyətinin sədri bildirib ki, ötən müddət ərzində İsmayıllı, Zaqatala, Şamaxı, Göyçay, Lənkəran, Quba, Balakən, Şəki, Hacıqabul istiqamətlərində 40-dan artıq tur həyata keçirilib. “Aqroekoturizm ölkəmizdə yeni turizm sahəsi kimi çox da geniş yayılmayıb. Bu il qarşımıza qoyduğumuz məqsəd turizmin bu növünün ölkə daxilində daha geniş təbliğatının aparılması, layihənin həm əhatə dairəsinin genişləndirilməsi, həm də layihəyə qoşulacaq fermerlərin sayının artırılmasıdır”, – deyə Leyla Məmmədova qeyd edib.
2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11, 4 faiz artım deməkdir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir.
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib. Bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7 faiz artım hesab olunur.
Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3 faiz artım), Almaniya (20 min nəfər və ya 19.4 faiz artım), İtaliya (12 min nəfər və ya 10.8 faiz artım) və Fransadan (9 min nəfər və ya 15.2 faiz artım) təşkil edib.
Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8 faiz və 12.9 faiz artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85 faiz artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26.1 faiz artaraq 47 min nəfər olub. Özbəkistandan gələnlərin sayı isə 28.3 faiz artaraq 23 min nəfərə çatıb.
Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17 faiz artım müşahidə edilib.
Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7 faiz artım göstərib.
Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4 faiz artım müşahidə olunub.
Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9 faiz, Ukrayna üzrə isə 2.4 faiz artım müşahidə edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar sayəsində 2019-cu ildə Azərbaycanda iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub. Profisitli tədiyə balansı strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Azərbaycan hökuməti iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesində mütəmadi olaraq, proqnozlara mühüm önəm verir. Şübhəsiz ki, bu zaman ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyillər və çağırışlar nəzərə alınır.
Onu da xatırladaq ki, belə şəraitdə mövcud sahədə baş verən iqtisadi proseslər daim diqqət mərkəzində saxlanılır. Habelə respublikada görülən işlərə, möhkəm iqtisadi təmələ əsaslanılmaqla, qarşıdakı 2020-ci ildə inkişafın davamlılığının müşahidə ediləcəyi vurğulanır. Bu, eyni zamanda, konkret rəqəmlərlə də ifadə edilir:
-2020-ci ildə ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır; -Makroiqtisadi sabitliyin qorunması və davam edən köklü institusional islahatlarla ölkə iqtisadiyyatında baş verən struktur transformasiyaları 2020-ci ildə də iqtisadi artımın sürətinə və inklüzivliyinə təsir göstərən amillərdən biri olacaq. Həyata keçirilən islahatlar iqtisadi potensialın əsas amilləri olan əmək və kapitalın məhsuldarlığının artmasını, habelə yeni texnologiyaların tətbiqini stimullaşdıracaq; –Bu il dövlət büdcəsi xərclərinin 2019-cu ilə nəzərən 6,8 faiz, o cümlədən cari xərclərin 39,3 faiz artacağı proqnozlaşdırılır; –Bu il qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 4,8 faiz artacağı bildirilir; –Cari ildə xidmətlər sektorunda artımın 3,6 faiz, nəqliyyatda 4,4 faiz, rabitə və informasiyada 8,7 faiz, ticarətdə 4,5 faiz, turizmdə 6 faiz olacağı gözlənilir; –2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payının 65 faizi ötəcəyi proqnozlaşdırılır; –Bu il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəy. Xarici investisiyaların 7,7 milyard manatının neft sektoruna, 10,6 milyard manatının isə qeyri-neft sektoruna yönəldiləcəyi proqnozlaşdırılır; –əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq; –birinci və ikinci rüblərdə neft və kondensat hasilatı gün ərzində 0,77 milyon barel və 0,76 milyon barel, üçüncü və dördüncü rüblərində isə gündə 0,75 milyon barel təşkil edəcək; –2020-ci ildə də dövlət tələbi iqtisadi artımın mühüm amillərindən biri olaraq qalacaq. Büdcədə neftin qiymətinin ötən illə müqayisədə daha konservativ (55 dollar) götürülməsi perspektiv üçün fiskal dayanıqlığı dəstəkləyən amil olacaq; –hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4,6 faiz olacaq. Bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir. Buna nail olmaq üçün Mərkəzi Bank öhdəsindəki bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək. Pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaq; –mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaq. Bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq. Onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaq. –Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq, ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Ani ödəniş sistemi”nin yaradılması olacaqdır. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaq. Bu il ərzində bütün yuxarıda sadalanan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin səmərəli koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaq.
Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub…
Azərbaycan macərasevənlər üçün on ən yaxşı ölkənin siyahısına daxil edilib.
İnterAz-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Britaniya Səyahətçilər Birliyinin mütəxəssisləri 2020-ci ildə məcarə turizminin inkişafı üçün ən böyük potensialı olan ölkələrin adlarını açıqlayıblar.
Birinci yerdə Əlcazair qərarlaşıb. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Hersoqovina, Rusiya və Həbəşistan daxil edilib.
Qeyd edilir ki, reytinq hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən az sayda turist, məscidlər, şərq bazarları, Roma, Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri kimi parametrlər nəzərə alınıb.