Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan olunan bayram günlərində Azərbaycanın milli parklarına 2000-ə yaxın turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.
A.Səmədovanın sözlərinə görə bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti və turistlərin Şahdağ milli parkındakı zubrları və yeni dünyaya gəlmiş zubr balasını görmək istəmələri ilə bağlıdır. Eyni zamanda, digər milli parklarda da turistlərin sayında artım qeydə alınıb. Buna səbəb son dövrlərdə Azərbaycanın milli parklarında ekoturizmin təbliği ilə bağlı həyata keçirilən layihələr var. Müxtəlif yaş qruplarını əhatə edən əyləncəli guşələrin yaradılmasıdır.
Məlum olduğu kimi, Ermənistan tərəfi ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil etməklə qondarma rejimi təşviq etmək və turizmdən gəlir əldə etmək kimi məqsədlər güdür. Hər nə qədər doğru, ya da yalan olsa da Qarabağda yaradılmış “qondarma rejim”rəhbərliyi 2019-cu ildə işğal alıtndakı Azərbaycan torpaqlarına 44 min turistin gəldiyini bildirib.
Maraqlıdır, əzəli və əbədi olaraq bizə məxsus olan Qarabağa turist axının qarşısını almaq üçün Azərbaycan hansı işləri görməlidir?
Məsələ ilə bağlı Modern.az-a danışan deputat Səməd Seyidov turistlərin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinin tamamilə yalnış olduğunu bildirib:
“Təbii ki, bəzi ölkələrdən turistlərin Dağlıq Qarabağa getmək imkanı var. Lakin onların o ərazilərə səfər etməsi tamamilə yalnışdır. Bizim gördüyümüz işlərin də bi istiqaməti, bir qolu Qarabağa qeyri-qanuni olan gedişlərinin qarşısının alınmasıdır. Ümumi olaraq biz bu məsələni təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə də müzakirəyə çıxarırıq və çıxaracağıq. Beynəlxalq təşkilatlarda da bu məsələ qaldırılmalıdır”.
Azərbaycan Turizm Agentlikləri Assosasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov dəfələrlə xarici ölkələrdə ermənilərin Dağlıq Qarabağa turist cəlb etdiklərinin şahidi olduğunu deyir:
“Assosasiya olaraq biz belə halların şahidi oluruq. Məsələn, xaricdə turizm sərgisinə gedəndə ermənilərin Dağlıq Qarabağın görüntülərini əks etdirən stendlərin qoyduğunu görürük. Bu halda biz təşkilatçılarla ünsiyyətə keçib bu halın qarşısını alırıq. Demək olar ki, hər dəfə biz danışıqlar apardıqdan sonra təşkilatçılar bu məsələnin qarşısını alıb. Turizm Agentliyi də bizimlə eyni səviyyədə bu problemin qarşısını almağa çalışır. Biz daimi olaraq öz partnyorlarımızla, turizm şirkətləri ilə adanışıqda vəziyyəti izah edirik. Belə hallar da olur ki, bəzən turizm şirkətləri bizə müraciət edir ki, hansısa xarici turizm şirkətinin saytında ermənilərin Qarabağla bağlı yayımladığı reklamlar, ümumi görüntülər gedir. Biz də öz imkanlarımızdan istifadə edərək həmin reklam çarxalarının hamısını saytlardan sildirməyə müvəffəq oluruq. Xarici İşlər Nazirliyi də həmin ərazilərə səfər edənləri siyahıya alır və gələcəkdə onların Azərbaycanın digər ərazilərinə girişi qadağa olunur. Bu problemlə tək dövlət qurumu yox, hər bir vətəndaş məşğul olmalıdır. Bu sahədə təbliğetmə güclü olmalıdır. Hər bir azərbaycanlı istər xaricdə, istərsə də ölkə daxilində həmin torpaqların Azərbaycana məxsus olması və qondarma separatçı rejim ilə bağlı təbliğat işləri aparmalıdır”.
İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərlərini yasaqlayır.
Yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfərlər edir.
Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə deputat Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə layihə müzakirəyə çıxarılmadı.
Hakimiyyət islahat adı ilə turistlərin qeyri-populyar regionlara marağını cəlb etmək, həmçinin “narkomanlar üçün cənnət” imicindən qurtulmaq niyyətindədir.
Hollandiya 2020-ci ilin 1 yanvarından rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.
Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.
Bildirilir ki, yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.
Hökumətin fikrincə, bu qərar yenidən ölkəyə turizm axınını şaxələndirəcək. İndi səyahətçilərin çox hissəsi məhz Amsterdam, Harlem və Haaqa şəhərləri ilə tarixi Hollandiyaya baş çəkir. Bu şəhərlər çətinliklə turizm axınının öhdəsindən gəlirlər.
Hakimiyyət islahat adı ilə turistlərin qeyri-populyar regionlara marağını cəlb etmək, həmçinin “narkomanlar üçün cənnət” imicindən qurtulmaq niyyətindədir. Eyni zamanda “qırmızı fənərlər kvartalı” üzrə ekskursiyalar demək olar, tamamilə ləğv edilib və qanuni əxlaqsızlıq yuvalarının sayı azalır.
Hakimiyyət orqanları ad islahatına 200 min avro vəsait ayırıb.
FED.az xəbər verir ki, Assosiasiya turizm, ekologiya və təbii sərvətlərin mühafizəsi sahələrində çalışan bir qrup peşəkar tərəfindən təsis edilib.
«Turizm, ekologiya və təbii sərvətlərin mühafizəsi sahələrində də biz islahatların aparılmasını müşahidə edirik. Bu sahələrdə gündəmə çıxmış yeni çağırışlara dəstək olmaq niyyətilə, o cümlədən illər ərzində qazanılmış təcrübələrə dayaqlanaraq, adı gedən sahələrdə çalışan və hər birisi öz apardığı fəaliyyətlərdə müvafiq uğurlar əldə etmiş bir qrup peşəkarlar Azərbaycan Ekoturizm Assosiasiyasının yaranması təşəbbüsü ilə çıxış etmiş və təşkiatı təsis etmişlər»-deyə Assosiasiyanın ilk açıqlamasında bildirilir.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılması təşəbbüsü haqqında bir sıra yerli və xarici mütəxəssislər və təşkilatlarla məsləhətləşmələr aparılıb. Təşkilatın İdarə Heyətinə dəvət olan və digər ekspertlərin fikirləri öyrənilib və onların dəstəyi əldə edilib.
Bunlar sırasında TİES (The İnternational Ecotourism Society/Beynəlxalq Ekoturizm Cəmiyyəti), WWF (World Wide Fund for Nature/Ümümdünya Təbiəti Mühafizə Fondu, Qafqaz Regional Ekologiya Mərkəzi, DAİR Hotellər və Restoranlar Assosiasiyası, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti kimi təşkilatların mütəxəssislərini qeyd etmək olar.
Assosiasiyanın əsas məqsədləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən ibarətdir.
Bunun üçün Assosiasiyanın görəcəyi işlər arasında ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermək və onlarda iştirak etmək var.
Bunlarla yanaşı, ekoloji mədəniyyəti, ekoturizm, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliq etmək, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqro-turizm, kənd turizmi, eko otellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmaq niyyətindədir.
O cümlədən, ekologiya və turizm sahələrində elmi-praktiki araşdırmalar, statistika və sair bu kimi fəaliyyətləri həyata keçiriləcəyi gözlənilir. Assosiasiya sıralarında müxtəlif sahələr üzrə mütəxəssisləri birləşdirmək və adı gedən sahələrdə güclü elmi-praktiki “beyin mərkəzi” yaratmaq nəzərdə tutulur.
Və ekoloji mədəniyyət, ekorekreasiya, o cümlədən mədəni irs, aqro təcrübələr, dərketmə turizmi, balneoloji resurslar, elmi turizm kimi istiqamətlərdə inkişafa yardım etmək, bu sahələrin inkişafını təşviq və təbliq etmək.
Qeyd olunanlar Azərbaycan Ekoturizm Assosiasiyasının Nizamnaməsində öz əksini tapmışdırlar.
Assosiasiyanın təsisçiləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmin inkişafına yardımçı olmaq üçün içtimaiyyətə müraciət edirlər. O cümlədən, gəncləri bu yolda daha aktiv olmaqa, təcrübəli peşəkarları əməkdaşlıqa cağırırlar. Assosiasiyanın təsisçiləri ümid edirlər ki, növbəti illərdən biri “Ekologiya və Turizm İli” kimi qəbul ediləcək. Bu ekoloji mədəniyyətin və ekoturizmin inkişafına əvəzedilməz töhfə gətirəcək.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılmasının təşəbbüskarları və təsisçiləri aşağıdakılardır:
Samir Dübəndi, DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri, ATMU-nin “Mehmanxana və restoran biznesi” kafedrasının baş müəllimi.
Zurab İsrafilov, “Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti”-nin sədri, ekologiya sahəsində ekspert.
Rüfət Qocayev, “Qartal” Dağ İdman Klubunun təsisçisi, peşəkar dağ turizm marşrutları üzrə ekspert.
Vüqar Dərgahov, BDU-nin “Xarici ölkələrin iqtisadi-siyası coğrafiyası və turizm” kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, kənd turizmi, ekoturizm kimi sahələrdə tətqiqatçı-ekspert.
Ümumrusiya Elmi Araşdırmalar İnstitutunun mütəxəssisləri tezliklə robotların insanları əvəz edə biləcəyi peşələri açıqlayıb.
Mütəxəssislərin rəyinə əsasən, ilk növbədə robotlar sənədləşdirmə və xidmət satışı ilə məşğul olan bank, sığorta şirkəti, turizm agentlikləri əməkdaşlarını əvəz edə bilər. Artıq bu gün onlayn rejimdə bank hesabı açmaq, təyyarə bileti almaq mümkündür. Robotlaşma həm də informasiya daxil edilməsi və işlənilməsi ilə məşğul olan administrator, köməkçilər, yoxlanış və nəzarət sahələrində də insan əməyini sıxışdırıb çıxara bilər. Belə ki, kassir, nəzarətçi, satıcı və mühafizəçilərin funksiyaları artıq avtomatlaşdırılmış sistemlər tərəfindən həyata keçirilir.
Lakin mütəxəssislərin rəyinə əsasən, bu sahələrin çalışanları işsiz qalmayacaqlar. Yalnız insanların öhdəsindən gələ biləcəyi daha mürəkkəb peşələr yaranacaq.
Azərbaycanda artıq 7 ildir fəaliyyət göstərən”Şahdağ” istirahət mərkəzi turistlərə dağ-xizək və digər qış idman növləri üzrə xidmət edir. Bu xidmət, rəqəmlərdən də göründüyü kimi, öz ətrafına geniş insan kütləsi toplaya bilib. Bu barədə danışan marketinq direktoru Rauf Cahangirov açıqlama verib ki, mərkəzin ərazisində dünya standartlarına cavab verən restoran və SPA mərkəzlərilə var. Həmçinin 4 növdə 15 ədəd kanat xətti-asma buraz yolları, xizəkçilik, snoubord mərkəzi fəaliyyətdədir. Kanat yolları turistlərə bir neçə formada-oturacaqlı, budel, xalça və qondola formasında təklif olunur. Effekt göz qabağındadır. Gələn qonaqlar idmanın bu növünə xüsusi maraq göstərirlər.
Bayram tətili günlərində həm yerli, həm də əcnəbi turistlər dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən Şahdağda hər növ qış əyləncələrindən bəhrələniblər. Mövsüm ərzində bu əyləncələr gələn qonaqların istifadəsində olacaq. Turistlər həmçinin 2351 metr hündürlükdə yerləşən və ölkənin ən hündür nöqtəsində yerləşən dünya standartlarına cavab verən restoranın xidmətindən və digər qış əyləncələrindən istifadə ediblər.
“Şahdağ“da qiymətlər həmişə maraqlı olub. Aldığımız məlumata görə, otellərdə qiymətlər 1 gün üçün 2 nəfərlik səhər yeməyi daxil olmaqla 110 manatdan başlayır. Kanat yola giriş 1 nəfər üçün həftəiçi 10, uşaqlar üçün 7, həftəsonu isə böyüklər üçün 15, uşaqlar üçün isə 10 manat təşkil edir. Xizəklə sürüşmək həftəiçi 1 nəfərə 25, sonu isə 30 manata başa gəlir. Müşahidələrimiz onu da göstərir ki, “Şahdağ“da restoran və kafelərdə qiymətlərin bahalığı turistlərin əsasən Qusar şəhərindəki istirahət mərkəzləri və restoranlara ayaq açmasına gətirib çıxarıb. Bayram günlərində Qusarın restoran və turizm mərkəzlərində yaşanan insan sıxlığı belə deməyə əsas verir. Ümumiyyətlə, şimalda yerləşən bu dağ kurortu bölgədə sosial-iqtisadi durumun daha da yaxşılaşmasına səbəb olub.
Müasir dünya iqtisadiyyatında mühüm yer tutan turizm gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan diqqəti cəlb edir. Ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da böyük potensialı olan dini-ziyarət turizmi belə səyahət növlərindəndir.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, Rusiya Federasiyasının Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov deyib.
Muxtar respublika geniş turizm imkanına malikdir
Əli Cabbarov qeyd edib ki, Naxçıvan zəngin turizm ehtiyatları – qədim tarixi və müasir inkişafı, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə-rekreasiya məkanları, yaradılmış müasir sosial-mədəni infrastrukturu ilə geniş turizm imkanına malikdir. İl ərzində 400 mindən çox turistin səyahət etdiyi muxtar respublikaya gələn qonaqlar buradan dərin təəssüratlarla ayrılır. Bütün bunlar Şərqlə Qərbin qovuşuğunda yerləşən Naxçıvanın ümumi inkişafına mühüm təsir göstərir. Eyni zamanda, Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün də yaxşı fürsətdir.
Rusiya Federasiyasının Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü bildirib ki, hazırda dünya üzrə dini-ziyarət turizmi geniş inkişaf edib. İl ərzində təqribən 1 milyard turistin 200 milyona yaxını məhz ziyarət məqsədilə səyahət edir. Müxtəlif din və inanc sahibləri olan insanlar bir çox dini-ziyarət mərkəzlərinə səyahətlər etməklə hər bir insan üçün zəruri olan mənəvi zənginləşmə və rekreasiya tələbatının ödənilməsinə çalışırlar. Bu da, öz növbəsində, turizm sektorunun inkişafına və iqtisadiyyatın digər sahələrinin canlanmasına səbəb olur. İnanc turizminin bahalı xidmətlərlə zəngin olması bu gəlirliyin daha da artmasına gətirib çıxarır. Belə ki, dini-inanc turizmi kruiz və işgüzar turizmdən sonra ən sərfəli turizm növlərindən biridir. Başqa sözlə, qədimdə zəvvarlar, varlı insanlar at və dəvələrlə səyahətə çıxırdısa, hazırda da onların böyük əksəriyyəti hava yolu və bahalı kruiz marşrutlarını seçir. Naxçıvanın beynəlxalq hava və quru yolları və yaxın gələcəkdə istifadəyə veriləcək. Dəmir yolu imkanları dünyanın bir çox ölkəsindən buraya ziyarət məqsədilə gələn turistlərin qarşılanıb yola salınması üçün çox əlverişlidir.
Naxçıvan inanc sahiblərinin ziyarət məkanıdır
“Qeyd edək ki, dini-turizm marşrutları bəzi ölkələrdə mövsümi olsa da, muxtar respublikada ərazisində bu turizm növünün inkişafı üçün həmin problem yox səviyyəsindədir. Mövsümilik isə turizm üçün ənənəvi problemdir. Bu, xüsusən Qurban bayramı ərəfəsində Həcc ziyarəti zamanı özünü göstərir. Ancaq muxtar respublikamıza gələn zəvvarlar üçün mövsümilik problemi yoxdur. Ona görə də ilboyu ölkəmizin digər yerlərindən və xarici ölkələrdən qədim diyarımıza gələn zəvvarlar Naxçıvanın ziyarətgahlarına baş çəkiblər. Burada niyyətlərinin qəbulu üçün dualar edir, qurbanlar kəsdirirlər”, – deyən Əli Cabbarov vurğulayıb ki, muxtar respublikadakı ziyarətgahlar haqqında danışarkən ənənəvi olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahını, Nuh Peyğəmbərin türbəsini, imamzadələri, qədim tarixi məscidləri, müxtəlif pirləri sadalaya bilərik. Naxçıvanda, demək olar ki, hər kəs bu yerlərdə olub, onların yeri və tarixçəsi ilə tanışdır. Xüsusən müqəddəs Əshabi-Kəhf ziyarətgahı ilboyu ziyarətçiləri özünə çəkməkdədir. Amma insan inancının dərinliyinin sirridir ki, hər dəfə bu yerlərə ziyarətə gələnlər bir daha burada olmağı arzulayır, özü üçün əvvəlkilərdən fərqli yeni təəssüratlar əldə edirlər. Çünki bu müqəddəs məkan dünyanın elə bir nöqtəsində yerləşir ki, o, sanki bütün inanc sahiblərini həyatın əbədi olaraq varoluşuna bir daha inandıra biləcək gücdədir. Daş mağarada Uca Haqqın ədalətinə sığınıb, ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığın şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün beşminillik Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı, bu mənada, hamının ziyarət etmək istədiyi bir yerdir.
Əshabi-Kəhf ziyarətgahı Naxçıvanın simvollarından birinə çevrilib
Əshabi-Kəhf ziyarətgahının Naxçıvanı dünyada tanıdan simvollardan birinə çevrildiyini vurğulayan Əli Cabbarov diqqətə çatdırıb ki, vaxtilə sovetin dəmir rejiminin qadağalarına baxmayaraq, bu müqəddəs məkana ziyarətlər heç vaxt kəsilməyib. Insanlar ürəyinin hökmü ilə paklığına inandığı nə əməl varsa, onu yerinə yetirmək inadından dönməyiblər. İndi isə ölkəmiz müstəqildir və müqəddəs Əshabi-Kəhf ziyarətgahını bütün dünyanın zəvvarları ziyarət edirlər. Çünki dünyada inanclarla yaşayan tək varlıq kimi hər bir insanın Yaradanına sevgisi, insanların hörmət və məhəbbətini qazanmaq kimi ülvi duyğuları, müqəddəs yerləri ziyarət etmək və bu inancları daha da dərinləşdirmək istəyi vardır.
Bayram günlərində Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. Son dörd gündə – dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb.
“Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirov AZƏRTAC-a bildirib ki, hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb. “Bayram tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlir. Hər gün minə yaxın turist xizək sürmək üçün müraciət edir. Mərkəzimiz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20 növə yaxın qış əyləncəsi qonaqların ixtiyarındadır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır”, – deyə Rauf Cahangirov bildirib.
Hazırda xizək həvəskarları “Şahdağ” Turizm Mərkəzində 7 eniş zolağından istifadə edə bilirlər. Yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün kinoteatr fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.
“Şahdağ” Turizm Mərkəzinə gələn turistlər dəniz səviyyəsindən 2351 metr yüksəklikdə yerləşən “Shahdag 2351” kafesində ləziz təamların dadına baxa bilərlər.
Altı minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanması bir ay ərzində yekunlaşacaq.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tamamilə yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometrdir. Avtomobil yolunu 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələri təşkil edir. Həmçinin 7 kəndin – Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin ümumi uzunluğu 7,7 kilometr olan giriş yolları da yenidən qurulub.
Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Yola yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşmaq üzrədir. Hazırda asfatlanma işləri yolun Ağçay kəndindən keçən ərazisində aparılır.
Tikinti işləri çərçivəsində sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.
Layihəyə uyğun olaraq zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq. Yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu yaşayış məntəqələrində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq. Yük və sərnişin daşınması asanlaşacaq. Bununla yanaşı, Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.
Son günlər Şamaxı rayonuna gələn turistlərin sayında böyük artım müşahidə olunur. Qış tətili ilə əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin 10-20 faiz endirilməsi turistlər üçün əsl bayram hədiyyəsi olub.
Bu günlərdə Şamaxıya gələn turistlərin əksəriyyəti dağ massivində, Pirqulu zonasında yerləşən hotel və istirahət mərkəzlərində dincəlməyə üstünlük verirlər.
Şamaxıda olan turizm və istirahət mərkəzlərinin müasir standartlara cavab verməsi, xidmətlərin yüksək səviyyədə olması, bayramla bağlı endirimlərin edilməsi və qışın əsas rəmzi olan qarın bu günlərdə yağması turist axınının artması ilə nəticələnib.
Aparılan müşahidələr onu göstərir ki, qış tətili günlərində Şamaxıya gələn yerli və xarici turistlərin sayı gözləniləndən daha çoxdur. Rayon ərazisində yerləşən bütün hotel və istirahət mərkəzləri 100 faiz dolub. Bundan əlavə, kənd evlərində qalan turistlər də çoxdur. Onlar əsasən Çuxuryurd, Nağaraxana, Məlhəm, Avaxıl və Dəmirçi kəndlərində qalmağa üstünlük verirlər.
Bayram günlərində Şamaxıya gələn xarici turistlər arasında Rusiyadan, BƏƏ-dən, Türkiyədən, Asiya və MDB ölkələrindən olanlar çoxluq təşkil edir. Tətil günlərində Şamaxıya gələn turistlərin ən çox maraq göstərdiyi və ziyarət etdikləri yerlər Pirqulu zonasında yerləşən Astrofizika Rəsədxanası, Dəmirçi kənd turizm kompleksi, Şamaxı Cümə Məscidi, Yeddi Günbəz abidəsi, Şahxəndan türbəsi və təbiət olub.