Ev Blog Səhifə 88

Kütləvi miqrant axını Azərbaycan iqtisadiyyatına necə təsir göstərər? – RƏYLƏR

0
Immiqrant

Müasir dövrümüzdə dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində miqrasiya prosesləri rekord həddə çatıb. Aparılmış qlobal hesablamalara əsasən, ötən il dünyadakı beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb ki, onların da üçdə ikisini əməkçi miqrantlar təşkil edib. Bu göstərici hər il artsa da, hazırda miqrantlar dünya əhalisinin yalnız 3,5%-ni təşkil edir. Dünya ölkələrinin bir neçəsi miqrant axınlarından öz mənafeləri istiqamətində istifadə etsələr də, çox zaman planlaşdırılmayan miqrant axını istənilən ölkənin iqtisadiyyatı üçün böyük risk yaradır. Bəs, görəsən, Azərbaycana qəfil və kəskin miqrant axınları baş verərsə, bu proses ölkəmizin iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

İqtisadçı-ekspert Samir Əliyev bu barədə “Report”a verdiyi açıqlamada bildirib ki, kütləvi miqrant gəlişi Azərbaycandan xaricə valyuta axınını sürətləndirə bilər: “Miqrantlar məsələsi ABŞ və Avropa ölkələrində də aktualdır. Miqrant axınının həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, xüsusilə də ABŞ və Avropa ölkələrində nəsil qocalması prosesi gedir və dövlətin yeni, cavan işçi qüvvəsinə ehtiyacı yaranır. Mənfi tərəfi odur ki, miqrantlar yerli sakinləri bazardan sıxışdırıb çıxardır. Çünki miqrantlar yerli sakinlərlə müqayisədə daha az maaşa qane olurlar.

Azərbaycana gələn miqrantları iki hissəyə bölmək olar. Birinci hissəyə nisbətən elit təbəqəni təmsil edən və əsasən, İndoneziya, Malayziya, Avropa ölkələrindən gələn ingilisdilli miqrantlar aiddir. Lakin bu miqrantların ölkəyə gəlişi azdır. İkinci qrup isə Türkiyədən, Gürcüstandan, Orta Asiya ölkələrindən gələnlərdir ki, onlar birinci qrupa nisbətən çoxluq təşkil edirlər. Amma onların da sayı bir o qədər çox hesab oluna bilməz. Ümumiyyətlə, bizdə miqrant problemi başqa ölkələrdəki kimi deyil. Məsələn, Rusiyada bu problem daha aktualdır.

Azərbaycanda iqtisadiyyat digər ölkələrdəki qədər işçi qüvvəsinə ehtiyac duymur. Kiçik və orta sahibkarlığın inkişaf etməsinin nəticəsində bizdə boş iş yerləri azdır. Ölkəyə qəfil və kəskin miqrant axınının baş verməsi isə iş yerlərinin sayını daha da məhdudlaşdıra bilər. Təhlükəsizliklə bağlı problemlər yarana, kriminal hadisələrin sayı arta bilər.

Ötən il Yaponiyanı ziyarət edən turistlərin sayı rekord həddə çatıb

0
Yaponiya

Yaponiyanı 2019-cu ildə ziyarət edən turistlərin sayı rekord sayda artıb. 31 milyon 880 min nəfər təşkil edib.

Bu barədə yanvarın 10-da Yaponiyanın Torpaq Ehtiyatları, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Kazuyoşi Akaba deyib. Nazir yeddi ildir ki, fasiləsiz olaraq bu göstəricinin artdığını bildirib. Ötən illə müqayisədə həmin rəqəmin 2,2 faiz çoxaldığını da deyib.

Xatırladaq ki, bu, 2020-ci ildə Yaponiya hökumətinin əcnəbi turistlərin sayını 40 milyona çatdırmaq barədə qarşıya qoyduğu vəzifəni həyata keçirə bilməyəcəyi deməkdir. Buna baxmayaraq, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı əcnəbi turistlərin sayının artacağı ehtimal olunub. Əvvəlki illərin təcrübəsi həmin vaxt bu yerlərdə insanların sayının həddindən artıq çoxalması və qiymətlərin kəskin artması səbəbindən bu şəhərlərə can atanların sayının azaldığını təsdiq edir.

Yaponiyanın ən böyük turizm şirkətlərindən biri olan “JTB Corp.” agentliyinin proqnozlarına görə, cari ildə Yaponiyanı ziyarət edəcək turistlərin sayı 34,3 milyona çatacaq.

Turistlərin sayının azalması səbəblərindən biri kimi Yaponiya ilə Koreya Respublikası arasında davam edən gərginlik göstərilir. Belə ki, ötən ilin avqustundan başlayaraq bu ölkədən gələn turistlərin sayı 65 faizə enib. Ümumiyyətlə, Koreya Respublikasından gələnlərin ümumi turistlərin 20 faizini təşkil etdiyi bildirilir. Buna baxmayaraq, viza məhdudiyyətlərinin azalması, Çindən və Asiyanın digər ölkələrindən Yaponiyaya gələn təyyarə reyslərinin sayının artırılması keçən ilin yanvarından noyabrınadək bu ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub.

Eyni zamanda, ötən il Yaponiyada keçirilən Reqbi üzrə Dünya çempionatı Böyük Britaniya, Rusiya və digər ölkələrdə keçirilib. Bu Yaponiyaya gələn turistlərin sayına təsir edib.

Alman portalı “Chenot Palace Qəbələ” istirahət və sağlamlıq mərkəzindən yazır

0
"Chenot Palace Qəbələ"

Almaniyanın “Redspa” internet portalında “Chenot Palace Qəbələdə müalicə” sərlövhəli məqalə yerləşdirilib. Burada Azərbaycanın Qəbələ rayonunda yerləşən “Chenot Palace Qabala” istirahət və sağlamlıq mərkəzindən söz açılır.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycana gələn turistlərə ilk öncə paytaxt Bakı şəhərinin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər ilə tanış olmaq tövsiyə edilir. Azərbaycanda gəzməli-görməli yerlərin Bakı şəhəri ilə məhdudlaşmadığı görünür. Şəhərdən cəmi üç saatlıq məsafədə öz təbiətinin gözəlliyi ilə buraya gələn qonaqları heyran edən Qəbələ şəhərinin yerləşdiyi qeyd olunur.

2016-cı ildə burada istifadəyə verilən “Chenot Palace Health und Wellness Hotel” sağlamlıq və istirahət mərkəzinin 6 min kvadratmetrlik sahəsi, 72 qonaq otağı, üç villa və xüsusi ozon vannası olan fərdi Spaya malik olduğu bildirilir. Turistlərin istirahət mərkəzindən kənarda yerləşən Qəbələ rayonu və Qafqaz dağlarının təbii gözəllikləri, şəlalələri ilə tanış olmaq imkanının olduğu da vurğulanır.

Məqalədə “Chenot” mərkəzləri haqqında məlumat verilir. İlk “Chenot” mərkəzinin 1974-cü ildə Kann şəhərində açıldığı diqqətə çatdırılır.

MÖHTƏŞƏM MEGA TURU ilk dəfə bizdə

0
Mega turu

?MÖHTƏŞƏM MEGA TURU ? ?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 4* (Hotel İstanbul Trend)
?Otel 4* (4 gecə – 5 gün)
?Qidalanma (səhər yeməyi 6 gün)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Hotel İstanbul Trend 4*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı

3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş

6⃣- ci gün – Futbol Turu
☕Səhər yeməyi – Hotel İstanbul Trend 4*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlavə məlumat üçün
ƏLAQƏ: 070-264-60-30 (WHATSAPP ZƏNG )

Turizmə yeni nəfəs gəlir: Bahalı otellərə daha ucuz əvəz tapılacaq

0
otellər

Kənd qonaq evlərinin inkişafı üçün infrastrukturların yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin aparılması istiqamətində iş görülür.

 Turizm zonalarında istirahət qiymətlərinin yüksək olmasına təsir edən daha bir amil qonaqların qalması üçün otellərin sayının az olmasıdır. Bundan bir çıxış yolu turizmin inkişaf etdiyi bölgələrdə otel sayını artırmaqdırsa, digər əlverişli üsul həmin ərazilərdə kənd turizmini inkişaf etdirməkdir. Artıq Türkiyə, Gürcüstan kimi turizmin inkişaf etdiyi ölkələrdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Bəs görəsən, bizdə bu istiqamətdə hansı işlər aparılır?

Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a bildirib ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini turizmə cəlb etmək üçün öncə turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə infrastruktur qurulmalıdır. M.Ağakərimov deyir ki, görüləcək ilk iş kənd yollarının təmir olunmasıdır: “Turizmin inkişaf etdiyi ərazilərdə kəndlərin yolları abad olmalıdır. Əks halda, otel baha olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və kanalizasiya xətlərinin çəkilişidir. Unutmaq olmaz ki, turisti ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır. Hər evi kənd turizminə cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə sanitar gigiyenik və qida təhlükəsizliyi məsələlərini də diqqətdə saxlamaq lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə təklif edilən qidaların keyfiyyəti vacib məsələdir”.

Quba Destinasiya Menecment Təşkilatının direktoru Heybət Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq kənd qonaq evlərinin bazası yaradılır. Onun sözlərinə görə, kənd qonaq evlərinin inkişafı üçün infrastrukturların yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin aparılması istiqamətində iş görülür. Amma H.Vəliyev kənd evlərinin turizmə cəlb edilməsi istiqamətində işlərin 2020-ci ildən daha geniş xarakter alacağını söyləyir. O bildirir ki, infrastruktur, xidmətlərin səviyyəsi, qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi baxımından müzakirələr də aparılır.

Bu günlərdə kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib: “Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir”.

Azərbaycana gələn turistlərin sayında ciddi dəyişiklik var

0
Turizm

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib. Bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Sputnik Azərbaycan-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3% artım), Almaniya (20 min nəfər və ya 19.4% artım), İtaliya (12 min nəfər və ya 10.8% artım) və Fransadan (9 min nəfər və ya 15.2% artım) təşkil edib. Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8% 12.9% artım qeydə alınıb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Qazaxıstandan gələnlərin sayı da 26.1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28.3% artaraq 23 min nəfərə çatıb. Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7% artım göstərib. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4% artım müşahidə olunub. Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9%, Ukrayna üzrə isə 2.4% artım müşahidə edilib.

Azərbaycan dünyanın 10 məşhur “macəra turizmi” ölkəsi sırasında…

0
Bakı

Qeyri-neft sektorunun ən mühüm qollarından biri sayılan turizmin inkişafı istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verir. Məhz bunun nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında dinamik artım qeydə alınır. Təbi ki, bu hal ölkə iqtisadiyyatına, xüsusən də xidmət sektoruna mühüm təsirlər göstərir.

Hesab olunur ki, növbəti illər ərzində də turizm Azərbaycan iqtisadiyyatının ən vacib inkişaf istiqamətlərindən biri olaraq qalacaq. İlk növbədə o baxımdan ki, bu məqam dünya iqtisadiyyatının özünün prioritetləri sırasında yer alır. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti çoxdur. Bu mənada, Azərbaycan yeni turizm mərkəzlərindən biri kimi getdikcə turistlərin diqqətini daha çox cəlb edir. Xüsusən də Bakıda, eləcə də son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması xarici turistlərin ölkəmizə marağını artırıb. Bundan əlavə, ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, mədəni-tarixi irsi və digər belə məqamlar da turizmin inkişafı üçün böyük perspektivlərə yol açan amillərdəndir. Bunun nəticəsidir ki, ötən il Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur. Bu arada bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan macəra sevənlər üçün on ən yaxşı ölkənin siyahısına daxil edilib. Belə ki, Britaniya Səyahətçilər Birliyinin mütəxəssisləri 2020-ci ildə macəra turizminin inkişafı üçün ən böyük potensialı olan ölkələrin adlarını açıqlayıb.

Birinci yerdə Əlcazair qərarlaşıb. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina, Rusiya və Həbəşistan daxil edilib. Qeyd edilir ki, reytinq hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən az sayda turist, məscidlər, Şərq bazarları, Roma, Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri kimi parametrlər nəzərə alınıb. Bu vəziyyətdə Azərbaycanın ilk onluqda yer alması ölkəyə tursit marağını daha da artırır. Eyni zamanda, yaranmış durum Azərbaycan iqtisadiyyatının tərəqqsinə öz təsirini göstərir və bu hal regionlarda da özünü qabarıq surətdə büruzə verməyə başlayır. Kənd turizminin son illərdə sürətli inkişafı da elə bunun nəticəsidir. İndi ölkəmizdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Amma təbii ki, bu istiqamətdə hələ də müəyyən addımların atılması vacibdir. Turizm üzrə ekspert Müzəffər Ağakərimov da bildirir ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini turizmə cəlb etmək üçün öncə turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə infrastruktur qurulmalıdır. O vurğulayır ki, görüləcək ilk iş kənd yollarının təmir olunmasıdır:”Turizmin inkişaf etdiyi ərazilərdə kəndlərin yolları abad olmalıdır. Əks halda, baha olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və kanalizasiya xətlərinin çəkilişidir. Unutmaq olmaz ki, turisti ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır. Hər evi kənd turizminə cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə sanitar gigiyenik və qida təhlükəsizliyi məsələlərini də diqqətdə saxlamaq lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə təklif edilən qidaların keyfiyyəti vacib məsələdir”. Artıq Dövlət Turizm Agentliyi bu istiqamətdə işlər görür. Bu günlərdə kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib. Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərmək olub. Bundan əlavə, regionlarda otellərin sayının artması, hostellərin yaradılması da prosesə müsbət təsir göstərir. Belə vəziyyət regionlarda işsizlik amilinin daha sürətlə aradan qalxmasına mühüm təkan verir. Digər tərəfdən, turizmin dinamik inkişafı Azərbaycanın valyuta gəlirlərinin yüksəlməsinə də öz töhfəsini verir. Qiymətləndirmələr göstərir ki, turistlərin Azərbaycanda xərclədiyi vəsaitin həcmi artıq milyardlarla dollar həcmində ölçülür. Turist sayının artması isə bu vəsaitin miqdarının daha da çoxalacağı anlamına gəlir.

Ötən il ölkəmizin cənub bölgəsinə 100 minə yaxın turist gəlib

0
Turizm

Ötən il ölkəmizin cənub bölgəsinə 100 minə yaxın turist gəlib. Bunun 50 minə yaxını Lənkəran rayonunun payına düşür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Lənkəran rayonu üzrə mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı 35 min nəfərdən çox olub. Bu, əvvəlki illə müqayisədə 15 faiz çoxdur. Rayona gələn xarici turistlərin sayında da artım qeydə alınıb.

Lənkəranda turizmin mövsümi xarakter daşıması aradan qaldırılıb. Əvvəlki illərdə Lənkərana turistlər əsasən mart-sentyabr aylarında gəlirdisə və əksər mehmanxanalar oktyabr ayından fəaliyyətini dayandırırdısa, 2018-ci ildən başlayaraq bütün mehmanxanalar ilboyu fəaliyyət göstərir.

Son iki ildə dekabr ayının sonu və yanvarın ilk ongünlüyündə Lənkəranda olan əksər böyük mehmanxana tipli müəssisələrdə boş yer olmur.

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

0
turizm

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kvadratmetr sahəni əhatə edən stendlə təbliğ olunur.

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Sərgi yanvarın 10-dək davam edəcək.

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66.8 faiz artım deməkdir.

Bəyaza bürünən Göygöl Milli Parkı

0
Göygöl Milli Parkı

Təbiəti bəyaza bürüyüb saflaşdıran qar, bəlkə də qışın ən böyük silahıdır əslində. Qışı sevməyimizin ən böyük səbəbidir… Azərbaycanın göz oxşayan təbiəti qışda xüsusilə gözəl olur. Öz əzəmətilə dillər əzbəri olan Kəpəz dağının ətəklərinə isə qar bir başqa yaraşır. Elə bu səbəbəndir ki, bu füsunkar mənzərəni görmək üçün yerli və xarici turistlər ilin bir yox, hər fəslində Göygöl Milli Parkına üz tuturlar.

Göygölün “həyat hekayəsi”ni bilməyən yoxdur yəgin ki… 1139-cü ildə baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hisssəsi uçaraq Ağ su çayının qarşısını kəsir və nəticədə Göygöl yaranır. Göygöl Milli Parkının ərazisində ümumilikdə 13 göl var ki, onlardan 7-si böyük göllər sırasına daxildir.

Göygöl Milli Parkının Elm, Ekoloji maarifləndirmə ve Ekoturizm üzrə direktor müavini Fuad Quliyev Ganjanews.az saytına bildirib ki, Göygöl Milli Parkında 10 istiqamət üzrə Ekoturizm marşrutu təşkil edilir.

Bunlar aşağıdakılardır:

1.Göygöl Milli Parkı: Göygöl – Maral göl marşrutu (14 km)

2.Göygöl Milli Parkı: Göygöl – Göygölün mənsəbi – Qaragöl (9 km)

3.Göygöl Milli Parkı: Göygöl – Quş gölü (10 km)

4.Göygöl Milli Parkı: Göygöl – Ağ su çayı (11 km)

5.Göygöl Milli Parkı: Göygöl – Göz göl (8 km)

6.Göygöl Milli Parkı: Ördək gölü – Göygöl (8 km)

7.Göygöl Milli Parkı: Qara göl 2 – Güzgü göl (6 km)

8.Göygöl Milli Parkı: Şamlıq gölü – Xan yurdu (15 km)

9.Göygöl Milli Parkı: Xan bulağı – Ayıgöl – Kəpəz dağı (20 km)

10.Göygöl Milli Parkı: Zəli göl – Keçi qayası – Gəlinqaya (22 km)