Ev Blog Səhifə 95

TBİLİSİ – MTSXETA – BAKURİANİ Turu

0

?Qruplara güzəşt olunacaq⛄
?ŞOK KOMPANİYA !!!? TBİLİSİ – MTSXETA – BAKURİANİ Turu

Qiymət cəmi : 89 USD

TARİX:
02.01.2020 saat 22:00-da Bakıdan çıxış

05.01.2020 saat 23:00-da Bakıya dönüş

Qiymətə daxildir:
▫?Nəqliyyat Xidməti (VİP Avtobus)wifi ▫?Hotelde 2 gecə 3 gün gecələmə
▫? Səhər yeməyi hoteldə
▫??‍♂Tur rəhbər
▫?Fotosessiya
▫?Ekskursiyalar:
▫⛄Mtsxeta şəhəri?Jvari Kilisəsi
▫⛄Tbilisi şəhəri
▫⛄Tbilisi MALL
▫⛄Şəlalə
▫⛄Sülh körpüsü
▫⛄Kanat xətti
▫⛄Şarden küçəsi
▫⛄Heydər Parkı
▫⛄Azərbaycanlılar məhəlləsi və s..
▫⛄BAKURİANİ Dağ Xİzək kompleksi
▫⛄Tbilisi Mall alış veriş mərkəzi ;?
⚠ QEYD: ☑ 1 nəfər otaqda tək qalmaq istəsə əlavə 50$ ödəniş edəcək!
☑ 5 yaşa qədər uşaqlar ödənişsizdir (avtobusda yer verilməzsə). Əgər yer tutarsa əlavə 40$ ödəniş ediləcək!

Qeyd.Turda Nəqliyyatda Spirtli içkilər qadağandır!

Əlaqə və qeydiyyat üçün:
+994 70 264-60-30

Azərbaycanda rusiyalı turistlər üçün müsabiqə keçirilir (FOTO)

0
Müsabiqə

Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın məşhur https://sletat.ru onlayn platforması ilə birgə onlayn kampaniyaya start verilib.

Dövlət Turizm Agentliyindən Trend-ə bildirilib ki, kampaniya çərçivəsində məqsəd Azərbaycanın turizm potensialını tanıtmaqdır. Müsabiqə rusiyalı turistləri mövcud turizm imkanları ilə tanış etmək məqsədilə keçirilir.

Müsabiqəyə əsasən paytaxtın əsas turizm məkanları, xizək kurortları, sağlamlıq turizmi mərkəzləri və qastronomik turizm nümunələrinin hər birindən ən azı birini seçməklə individual turizm marşrutu hazırlamaq mümkündür.

Müsabiqə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən turistik mərkəzlər təqdim olunur. Məsələn Şahdağ və Tufandağ kimi xizək kurortları, Zaqatala və Göy göl qoruqları, Hirkan Milli Parkı, Batabat gölü kimi təbiət turizmi nümunələri, Milli Xalça Muzeyi, İçərişəhər, Atəşgah, Nizami küçəsi, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi paytaxtın turistik məkanları, Naftalan, Qalaaltı, Duzdağ, həmçinin Qəbələ, Lənkəran və Lerikdə yerləşən müalicəvi turizm imkanları seçimə daxildir.

Yanvar ayının 31-nə kimi davam edəcək müsabiqədə iştirak etmək üçün əsas şərt https://sletat.ru/special/azerbaijan/ səhifəsinə daxil olaraq qeyd olunan məkanlar arasında seçim etmək lazımdır. Turizm marşrutu hazırlamaq və sosial şəbəkələrdə paylaşmaqdır. Müsabiqənin sonunda 3 təsadüfi qalib seçiləcək. Aviabilet, hotel, transfer, xizək keçid bileti daxil olmaqla Azərbaycana səfər ilə mükafatlandırılacaq.

Martdan etibarən Bakının 3 yerində küçə sənətçiləri fəaliyyət göstərəcək – EKSKLÜZİV

0
küçə sənətçiləri

“Turist mövsümü yaxınlaşdıqca, yəni Novruz bayramı ərəfəsindən etibarən şəhərin turistlərin daha çox cəmləşdiyi yerlərdə müxtəlif formatlı küçə sənətkarlarının iştirakını planlaşdırmışıq. Bunlar, əsasən, Dənizkənarı bulvar, “Tarqovı” adlandırdığımız Nizami küçəsi və İçəri şəhər ərazisidir”.

 Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, dünyada küçə sənətçiləri ilə bağlı işlər hər zaman koordinasiyalı şəkildə aparılıb: “Biz də bu işə başlamamışdan öncə, dünya təcrübəsini öyrənmişik, çünki bu prosesin hansısa formada koordinasiya olunması vacibdir”:

K.Qasımov hesab edir ki, məqsəd, sadəcə, bu sahəni koordinasiya olunmasından və turistlərin marağını cəlb edə biləcək işlərlə bağlı yaradıcılıq kollektivlərinin qurulmasından ibarətdir: “Artıq, demək olar ki, bununla bağlı işlər yekunlaşıb, şəhərdə bu işlərin görülə biləcəyi yerlər müəyyənləşib, həmçinin digər aidiyyəti qurumlarla razılaşdırılıb. Artıq müraciət edənlər var və onlar arasında seçimlər həyata keçirilib”.

Dövlət Turizm Agentliyinin rəsmisi gələcəkdə bu məqsədlə həm paytaxtda, həm də regionlarda əlavə yerlərin ayrılması mümkünlüyünü də qeyd edib: “Turizm daim inkişaf etdiyi, dəyişdiyi üçün biz sabah müəyyən etsək ki, buna daha fərqli yerdə ehtiyac var, o zaman əlavə yerlər də ayrılacaq. Bu, Bakı ilə yanaşı, rayonlara da aiddir. Bu, təbii prosesdir. Təbii şərait yarandıqda tələb və təklif bir birini tamamlayacaq. Bu zaman ortaya çıxan məhsul da cəlbedici olur”.

Prezident Əlcəzairin Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB

0
Əlcəzair Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, səfir Salima Abdelhak fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Əlcəzairin Azərbaycanda ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət sahəsində uğurlar əldə etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırıb. O bildirib ki, Bakının əsrarəngiz gözəlliyi buraya gələn turistləri valeh edir və buradakı çox böyük inkişaf prosesləri dərin təəssürat doğurur.

Səfir, eyni zamanda, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edib.

Salima Abdelhak qadın səfir olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın inkişafı naminə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayıb. 

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, elm-təhsil, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. 

Azərbaycan britaniyalıların səyahət etmək istədikləri ölkələr sırasındadır

0
Səyahət

Böyük Britaniyanın Kürək Çantalıları Cəmiyyəti (British Backpackers Society) təkbaşına hərəkətli səyahət həvəskarları üçün 2020-ci ildə mütləq səyahət olunmalı ölkələrin reytinqini dərc edib.

“Report”un xəbərinə görə, cəmiyyətin açıqlamasında deyilir ki, bu təşkilatın dünyadan üzvü olan bütün macəraçı turizm ekspertləri arasında keçirilən sorğu nəticəsində tərtib olunub. Reytinqdə Azərbaycan sözügedən mənada ən maraqlı ölkələr arasında 10-cu yeri tutub.

“Avropa ilə Asiyanın qovşağında, Xəzərin sahilində yerləşən Azərbaycan səyahətçilər üçün əsl xəzinədir. Şimalında füsunkar dağlar, cənubunda maraqlı palçıq vulkanları, qərbində cazibədar mədəniyyəti, şərqində Qafqazın ən diqqətəlayiq paytaxtı Bakı olduğu bu ölkə səyahətçilərə addımbaşı rəngarəng təəssüratlar bəxş edir”,- açıqlamada bildirilir. 

Həmçinin ölkəmizdə turizm marketinqinin səmərəli milli strategiya həyata keçirilir. Qarşıdakı on il ərzində turizmin “intəhasız artımı” baş verəcəyi də göstərilir.

Qeyd edək ki, 2009-cu ildə yaradılan cəmiyyət 2010-cu ildən mütəmadi olaraq hər il macərapərəstlər üçün belə reytinqlər tərtib edir.

Antalya idman turizmində rekord qıracaq

0
idman turizmi

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışları üçün 200 futbol meydançası hazırlanıb.

Bu barədə İdman Turizmi Birliyi Dərnəyinin rəhbəri Recep Şamil Yaşacan bildirib. Onun sözlərinə görə, komandalar Antalyaya dekabrın 20-dən gəlməyə başlayıblar. 2020-ci il aprelin sonlarınadək davam edəcək toplanışlara Uzaq Şərqdən şimali Avropayadək olan ölkələrin klubları qatılacaqlar. Onların arasında Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 komanda da var. Bu kollektivlərin qış toplanışı gələn ay olacaq.

Yaşacan bildirib ki, hazırlıq proseslərində futbolla yanaşı, tennis, qolf, üzgüçülük, velosiped idmanı ilə məşğul olanlar da iştirak edəcək. Ümumilikdə Antalyada 3000 toplanış nəzərdə tutulub. Bu isə rekord göstəricidir.

Qeyd edək ki, 2019-cu ildə Anyalyanı 15 milyon turist ziyarət edib.   

Hoteldə istirahət etməkdən yorulanlar üçün: Kruiz səfərləri

0
Kruiz səfərləri

Çoxumuzun sevimli bayramı Yeni il yaxınlaşır. Növbəti il üçün planlar və hədəfləri müəyyənləşdirməyin vaxtıdır. Yeni il həm də yeni başlanğıclar, yeni təcrübələr deməkdir. İş, ailə, gündəlik həyat qayğıları arasında mütləq tətil planı da indidən müəyyənləşməli və gələcək illərə 2020-ci ildən xoş xatirələr toplanmalıdır.
Tətil elə bayram qədər insanların həyatına həyəcan qatır, lakin monoton tətillər maraqsızlaşır və cəlbediciliyini itirir. Belə olan halda isə tətil sözü “əlavə xərc və ya əziyyət” təəssüratı yaradır. Tətillərin yenidən əvvəlki həyəcanını geri qaytarmaq üçün tətil marşrutunda və tərzində yenilik etmək lazımdır.

Trend-in məlumatına görə, Yeni ilin tətili üçün kruiz səyahəti seçə bilərsiniz. Növbəti ildə həyatınıza qatacağınız bu yenilik sizə böyük sevinc və bol təəssürat qazandıracaq.

Kruiz səyahəti Avropa və ABŞ vətəndaşları üçün tanış tətil növu olsa da, Azərbaycanda bu prestijli tətil növü yenidir.

Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Kruiz səfərinin müddəti sizin seçəcəyiniz istiqamət, marşrut xətti və gəmi şirkətinin proqramına uyğun olaraq 3 gündən 180 günə qədər davam edə bilir. Ən çox müraciət olunan kruiz səfərləri isə 5-10 gün müddətində nəzərdə tutulan səfərlərdir. Hər gəminin öznəməxsus səyahət proqramı mövcuddur. Lakin, bir qayda olaraq gündə 3 dəfə zəngin və bol çeşidli menyu ilə qidalanma təşkil olunur. Gəmi daxilində müxtəlif əyləncə proqramları, musiqili tamaşalar, akrobatların çıxışları, hovuz, SPA və digər xidmətlər mövcuddur. Gəmi portda dayansa belə, gəmidə fəaliyyətlər davam edir. Siz istəsəniz gəmidə qala və ya liman şəhərə düşüb ekskursiyalara qoşula bilərsiniz.

Azərbaycandan kruiz səfərlərinə qoşulmaq üçün burada fəaliyyət göstərən Cruises.az-a müraciət etmək kifayətdir. Cruises.az Azərbaycanda yeganə turizm şirkətidir ki, Beynəlxalq Kruiz Asosasiyasının (CLIA) akreditasiya olunmuş üzvüdür. Bundan əlavə Cruises.az sərnişinləri fikirləşərək, onların doğru səyahəti həyata keçirməsini təmin etmək üçün lazımi bazaya və sırf kruiz səyahətlərinin təşkili ilə məşğul olduğu üçün kruizlə bağlı xüsusi təcrübəyə sahibdir. Buradan kruiz səfərlərinin satışı ilə yanaşı, səyahətlə bağlı məlumat, tövsiyə və məsləhətlər də əldə edə bilərsiniz.

Cruises.az-ın rəhbəri Azər Quliyev deyir ki, Azərbaycanın okeanlara və digər dənizlərə böyük həcmli kruiz gəmiləri ilə çıxışı olmadığı üçün səfərlər İzmir, Dubay, Peterburq, Barselona və ya digər şəhərlərə təyyarə ilə səfər edib, bu liman şəhərlərdən kruiz səyahətinə başlaya bilərlər. Kruiz səfəri səyahət paketi halında alınsa, gəmi səyahəti ilə yanaşı, təyyarə bileti, liman şəhərə transfer və geri dönüş xidmətləri təmin edilir:
“Gəmi səfərləri standart tətil otellərindən daha sərfəlidir. Çünki, oteldə təkcə səhər yeməyi və qalacaq yer təmin edilir, yaxşı halda isə hovuz və sauna var. Kruiz gəmisində isə qidalanma tam təmin olunur və oteldə mövcud olmayan digər istirahət fəaliyyətləri və əyləncələri təşkil edilir. Gəmi səyahəti Azərbayanda geniş yayılmadığı üçün səfərə çıxmaq istəyənləri maraqlandıran suallar da olur. Bəri başdan deyək ki, son illərdə istehsal olunan kruiz gəmiləri innovativ texnologiyaya əsaslanır. Bunun sayəsində hazırda kruiz gəmiləri ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Gəmi hərəkətə başlamazdan əvvəl, bütün sərnişinlərə praktiki olaraq təhlükəsizliklə bağlı təlim keçirilir. Sərnişinləri maraqlandırır ki, görəsən gəmi çox yırğalanırmı?! Müasir və innovativ gəmilərin əyilmə dərəcəsinin 8 dərəcədən artıq olmamasına diqqət edilir və bu dərəcə daim nəzarətdə saxlanılır. Gəmilərin hər iki yanında dalğaqıranlar və xüsusi sabitləyici texnika quraşdırılıb. Həmin alətlər vasitəsilə gəmi tarazlıq və müvazinətini maksimum qoruyur.”

Adətən, ailələr uşaqlarla adi qaydada səyahət etməyin çətinliyindən şikayətlənir, lakin kruiz səfərində belə narahatlıqlar yoxdur. Çünki, ilk növbədə uşaqlar üçün nəzərdə tutulan liman vergisindən əlavə ödəniş edilmir. Bundan əlavə uşaqlar üçün də gəmidə ayrıca istirahət proqramı nəzərdə tutulub və valieynlər öz istirahətini rahat formada keçirə bilir.

Sonda onu da qeyd edək ki, Cruises.az vasitəsilə səfərlərin alışı əvvəlcədən və hissə-hissə ödəmək imkanı ilə həyata keçirilə bilir. Səyahətə çıxmaq istəyənlər viza müddətini nəzərə alaraq səfər paketlərini almalıdır. Səfərlər ilboyu təşkil olunur. Səyahət istəyinizə uyğun olaraq istər Uzaq Şərq (Sinqapur, Maldiv, Yaponiya, Bali), istər Avropa (Aralıq dənizi, Şimali Avropa, Yunan adaları və s.), istərsə də Şimali və Cənubi Amerika (Nyu York, Mayami, Braziliya və s.) üzrə yay tətilinə çıxa bilərsiniz.

Vizasız səyahət etmək istəyənlər üçün də sərfəli təkliflər var. Belə ki, hər il ənənəvi olaraq İzmirin Kuşadası portundan və ya İstanbuldan başlayaraq Yunanıstanda Krit, Mikanos, Afina və Santorinini özündə birləşdirən kruiz marşrutları fəaliyyət göstərir. Bu marşrut ötən illərdə ən çox müraciət olunan səyahətlərdəndir. Bu kimi vizasız səfərlərdən yararlanmaq üçün isə əvvəlcədən Cruises.az-a müraciət etmək lazımdır.
Bundan sonra isə sizi bu günə qədər yaşamadığınız səyahət, bol təəsürat və bütün il sizə bəs edəcək enerji gözləyir.

Şamaxıda “Sakura bağı” salınıb

0
turizm

Dekabrın 24-də Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Keisuke Yamanakanın başçılıq etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Tahir Məmmədov qonaqlara Şamaxının tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib.

Sonra qonaqlar Yaponiyadan Şamaxıya gətirilən 1000 ədəd Sakura ağacının əkildiyi bağın ərazisinə gələrək ağacəkmədə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Şamaxıda salınan “Sakura bağı” Yumi Azuma, Takuya Hamaguchi, Masaki Komatsu, Hiromichi Katayama, Toru Araki, Kəmalə Novruzəliyeva və digərlərinin təşəbbüsü ilə reallaşıb. Ölkələrimiz arasında münasibətlərin mədəni səviyyədə daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Qonaqlar Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramına da qatılıb. Daha sonra rayonun tarixi, maddi-mədəni abidələri və müasir turizm kompleksləri ilə tanış olublar.

İSTANBUL Novruz bayramı Turu

0
İSTANBUL Novruz bayramı Turu

?? İSTANBUL Novruz bayramı Turu ??
? Tarix : 19.03.2020 – 25.03.2020
⚪ 4 gün /3 gecə (ümumi 7 gün 6 gecə)
⚫ Qiymət: 199$ ( 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub )

? İlkin ödəniş : 50$ (1 nəfər üçün)

. Qiymətə daxildir: .
? Komfortlu Nəqliyyat .
? Oteldə gecələmə 4*
(Trabzon – 1 gecə 2 gün)(İstanbul – 2 gecə 3 gün)
? Səhər yeməyi (Oteldə)
☕ Yol boyunca ( Çay, Kofe )
? Wifi internet
? Limitsiz fotosesiya
??‍♂ Tur rəhbər
? Ekskursiya

? Yol boyu əyləncəli və hədiyyəli oyunllar

? Ekskursiyalar ?
~ Trabzon mərkəz
~ Boztəpə
~ İstanbul gəzintisi
~ Sultanahmed
~ Ayasofya
~ Top Kapı
~ Gülhanə parki
~ Mısır Çarşı
~ Eminönü balıq yeməyi
~ İstanbul İstiklal Caddesi
~ Laleli Pazar
~ Kapalı çarşı
~ Qalata Kulesi
~ Taksim meydanı
~ Bursa şəhər ekskursiyası .
~ Vapur gəzintisi ( 45 TL)
~ İstanbul akvarium ( 100 TL)


Ekstra gəzintilər
?Ali və Nino
?Batumi bulvari


❎Qiymətə daxil deyil:
?Muzeylərə Giriş biletləri
? Günorta yeməyi
? Axşam yeməyi


Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək )


✔ Çıxış yeri: 28 May- metrosunun qarşısı.
✔ Bakıdan çxış: 19 Mart saat 19:00.
✔ Bakıya çatış: 25 Mart saat 13:00


Ətraflı məlumat üçün Şərhdə ➕ qoya vəyaxud bizə zəng edə bilərsiniz. . .
Bizimlə surətli əlaqə?? 7/24

Əlaqə nömrəsi 070-264-60-30

Turizmin inkişafı istiqamətində yenilik gəlir

0
turizm

“Aqroturizmin inkişafı, kənd həyatı təcrübəsi, aktiv turizmin inkişafı və s. fəaliyyətlər kimi turizm məhsullarının inkişafı, marketinq funksiyasının fəaliyyəti yönündə müxtəlif çap və onlayn məhsulların hazırlanması və paylanılması işləri aparılacaq”

 Azərbaycanın şimal bölgəsində gələn ildən aqroturizmin və kənd həyatı təcrübəsinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Quba Destinasiya Menecmenti Təşkilatının (DMT) direktoru Heybət Vəliyev məlumat verib.

H.Vəliyev bildirib ki, Quba DMT 2020-ci il üçün Quba və Qusar rayonlarında turizmin inkişafı yönündə 3 əsas funksiyaya əsaslanaraq fəaliyyətini davam etdirəcək: “Xüsusilə aqroturizmin inkişafı, kənd həyatı təcrübəsi, aktiv turizmin inkişafı və s. fəaliyyətlər kimi turizm məhsullarının inkişafı, marketinq funksiyasının fəaliyyəti yönündə müxtəlif çap və onlayn məhsulların hazırlanması və paylanılması işləri aparılacaq. O cümlədən, insan resursları və onun standartları funksiyasına əsaslanaraq turizmin işıqlandırılması yönündə müxtəlif təlimlərin verilməsi və tədbirlərin keçirilməsini təmin edəcək”.

Qeyd edək ki, Quba Turizm İnformasiya Mərkəzi 2008-ci il tarixindən etibarən fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Quba bölgəsi üzrə turizm məhsulları haqqında məlumatlara dair imkanları araşdırmaqdır. Onların inkişafını təmin etmək və turistlər arasında tanıdılmasını təşkil etməkdən ibarətdir. 2019-cu ilin fevral ayından mərkəzin strukturu dəyişdirilərək Destinasiya Menecmenti Təşkilatı formasında idarəetməyə keçib. H.Vəliyev bildirib ki, Quba Destinasiya Menecmenti Təşkilatının əsas funksiyası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu nəzdində, Quba və Qusar rayonlarında turizmin inkişafı, təşviqi və idarə olunması, eləcə də yerli səviyyədə dövlət sektoru, özəl sektor və icma arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasından ibarətdir: “Buna əsaslanaraq deyə bilərik ki, Quba DMT-nin 3 əsas funksiyası var: insan resursları və onun standartları, turizm marketinqi və kommunikasiyaları, turizm məhsulunun təşviqi”.