Ev Blog Səhifə 94

“Skal Baku” 2020-ci il prioritetlərini açıqlayıb

0
“Skal Baku”

Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun ənənəvi illik toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, 24-cü dəfə toplanan Azərbaycan skalçıları klubun birillik fəaliyyətinə nəzər salıblar, eyni zamanda növbəti ildə həyata keçirəcəkləri layihələr barədə toplantı iştirakçılarına məlumat veriblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Turizm və Menecment Universitetinin, Milli QHT Forumunun, turizm agentlikləri və hotellərin nümayəndələrinin də qatıldığı tədbirdə “Skal Bak”nun sədri Ceyhun Aşurov bildirib ki, 1934-cü ildə yaradılan “Skal İnternational” turizm peşəkarları təşkilatı dünyada ən uzunömürlü qurumlardan biri hesab olunur. Onun sözlərinə görə, hazırda təşkilatın 80 ölkədə 315 klubu və 15 mindən çox üzvü var. “Skal İnternational” turizmin bütün istiqamətlərini özündə birləşdirir.

“Skal Baku”

Qurum sədri qeyd edib ki, 2009-cu ildə yaradılan “Skal Baku” klubu MDB-də yaradılan ilk və yeganə klubdur və özündə 50-yə yaxın peşəkar turizm işçisini birləşdirir. Fəaliyyəti Azərbaycan turizminin inkişafına və təbliğinə həsr edilmiş klub il ərzində bu istiqamətdə bir çox işlər görüb. Klub üzvləri beynəlxalq tədbirlərdə iştirak edərək ölkəni layiqincə təmsil ediblər. Bunun nəticəsidir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ruslan Quliyev Beynəlxalq Sağlıq Turizmi Təşkilatına ötən il ərzində rəhbərlik edib, bu nüfuzlu qurumun növbəti toplantısı 2018-ci ilin aprelində Bakıda baş tutub.

Skal İnternational”ın tanıtımına həsr olunmuş videorolikin nümayişindən sonra çıxış edən AHTTSA-nın sədri Ruslan Quliyev “Spa turizmi – 4 problem və həlli yolları” barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı dövlətin prioritetləri sırasındadır. Sağlamlıq turizmi inkişafı daha çox diqqət mərkəzində olan istiqamətlərdəndir, çünki ölkəmizin bu baxımdan olduqca böyük imkanları mövcuddur. Turizm peşəkarı qeyd edib ki, 2025-ci ilə qədər dövlət və özəl sektorun birgə fəaliyyəti ilə bu sahədə ciddi nəticələr əldə olunmalıdır.

“Skal Baku”

Ruslan Quliyev növbəti 2020-ci ildə sağlıq turizmi ilə bağlı maraqlı layihələrin olduğunu deyib. BAunların sırasında İstanbulda keçiriləcək EMİTT beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan sağlıq turizmi zirvəsinin baş tutacağını xüsusi vurğulayıb.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov çıxışını Naftalan neftinin möcüzəvi xüsusiyyətləri üzərində qurub. O deyib ki, sovet dövründə Naftalana ildə 70 mindən çox insan gəlib. İndi bu rəqəm 35 min nəfər təşkil edir. Akademik xarici turistlərin adıçəkilən məkana sonsuz marağı olduğunu deyib. Bunun üçün bütün sahələri təmsil edən insanların bir yerdə, əlaqəli şəkildə işləməli olduğunu söyləyib.

AHTTSA sədrinin müavini Tərlan Quliyevin HATTUŞA -Vacation Termal klubunun təqdimatından sonra AHTTSA ilə “Skal İnternational Baku” arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZAL səmanı bütün aviaşirkətlər üçün açıb

0
Hava limanı

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq ediləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2020-ci il yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi. Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar. Bu, xarici aviaşirkətlərin Azərbaycana uçuş marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq. Həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılmasına imkanı yaradacaq. Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq. Sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

Yanvarın 1-dən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.

Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Niderland, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Koreya Respublikası, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.

Bundan başqa, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100 faiz endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70 faiz, üçüncü ilində 50 faiz, dördüncü ilində isə 30 faiz təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər (airport.az).

“Bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır. Prezident İlham Əliyevin ölkənin mülki aviasiyasına göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılıb. Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə çağırıb. Xarici bazara çıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək. Sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək. Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi qərarı iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul olacaq. Eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanda beynəlxalq statusa malik altı hava limanı fəaliyyət göstərir. Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılıb.

Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaq ilə ICAO kateqoriyalarına malikdir. Müasir avadanlıqlarla təchiz olunub, burada yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə görə seçilir. Aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı “Skytrax World Airport Awards” versiyasına görə maksimal “5 Ulduz” statusuna layiq görülüb, həmçinin ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

Bu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. Cari ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərib. Bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6 faiz çoxdur.

Qədim diyarımız Naxçıvanda ekoturizm sürətlə inkişaf edir

0
turizm

Təbiətin və insan əlinin yaratdığı möcüzə

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar var. Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Bu da qədim diyarın turizm potensialının artmasına öz töhfəsini verir.

Qədim diyarın ərazisində olan flora və faunanın nadir növlərinin Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 27 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər isə burada turizmin bir çox növünün inkişafına şərait yaradıb.

Muxtar respublikada kənd turizmi sürətlə inkişaf edir

Son illər muxtar respublikada kənd turizmi sürətlə inkişaf edir. Bunun əsaslı səbəbləri var. Qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. Bu gün Naxçıvanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilib. Muxtar respublikanın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Onu da deyək ki, 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təərrüfatları ili” elan edilməsi, verilmiş subsidiyalar, ailə təsərrüfatlarına göstərilən dövlət qayğısı bu sahənin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib. Bu səbəbdən muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olurlar.

Naxçıvan fotoovçuluq üçün ən gözəl məkandır

Muxtar respublikaya səfər edən ekoturizm həvəskarları son dövrlərdə populyarlıq qazanmış fotoovçuluqla da məşğul ola bilərlər. Fotoovçuluğu bədii dillə “sakit ov” da adlandırırlar. Bu, turistlərə təbiətə ziyan vurmadan istirahət etmək şəraiti yaradır. Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri bu istiqamətdə də öz bəhrələrini verməkdədir. Belə ki, həmin tədbirlər əvvəllər sayı xeyli azalan bezoar dağ keçilərinin, muflonların sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması üçün münbit şəraitin formalaşmasına stimul verib. Güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb. Son illərdə muxtar respublika ərazisində dünyada nadir növlərdən olan bəbirlər müşahidə edilir. 2016-cı ildə Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin qədim diyarın ərazisində mövcudluğunun sübutudur.

Muxtar respublikada qış turizmi inkişaf edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamının uğurlu icrası dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətlərdən kompleks şəkildə istifadəsinə də zəmin yaradır.

Qeyd edək ki, müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrinin turizmin inkişafı istiqamətində mübarizə apardıqları ən böyük problem mövsümilikdir. Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü tədbirlər və yaradılmış infrastruktur mövsümilik probleminin tam həllinə hesablanıb. Statistikaya nəzər saldıqda muxtar respublikamıza ilin bütün fəsillərində turistlərin gəldiyini müşahidə edirik. Bu isə digər ölkələrin aradan qaldırmağa çalışdığı mövsümilik probleminin Naxçıvan Muxtar Respublikasında artıq həllini tapdığının əyani sübutudur. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi isə muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək, yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaqdır.

Güclü infrastruktura malik olan Naxçıvanın təhlükəsiz diyar olması onu turizmin çiçəkləndiyi məkana çevirir

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla yanaşı, həm də sabitliklə, təhlükəsizliklə birbaşa bağlıdır. Hər iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanınması turistlərin bura gəlməsi üçün daha bir üstünlük yaradır. Bu gün muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur dünyanın istənilən ölkəsi üçün nümunədir. Bu isə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Naxçıvan modelinin formalaşdığının xəbərçisidir.

“Qarabağ” muğam qrupu Ankarada musiqisevərlərin qəlbini fəth edib

0
Ankara

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Qrupu Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil olunan konsertdə Azərbaycanı “Qarabağ” muğam qrupu təmsil edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tamaşaçılar “Qarabağ” muğam qrupunun ifasını alqışlarla qarşılayıblar.

Konsertə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Abdullah Qurban dirijorluq edib.

Solistlərin ifasında səslənən “Almaz”, “Hay-hay”, “Mən aşiq”, “Ay Laçın”, “Aman ovçu”, “Ey nur” və s. məşhur mahnılar iştirakçıların zövqünü oxşayıb.

Mixail Qusman: Mən istəyirəm ki, Vətənim Azərbaycan çiçəklənsin

0
Mixail Qusman

Dünya 2020-ci ili gözləyir. Yaranmış ənənəyə görə, təbii ki, başa çatan ilə ailələrdə, ölkələrdə, eləcə də dövlətlərarası münasibətlərdən söhbət gedəndə yekun vurulur. Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlincə isə uzun illər ərzində əlaqələr, müxtəlif tədbirlər, praktiki işlərlə bu dərəcədə zəngin il xatırlamıram. İlk növbədə, ölkələrimizin prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında çox intensiv dialoq qeyd edilməlidir.

Bu sözləri Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O bildirib ki, dövlət başçıları arasında intensiv dialoq sadəcə formal görüşlərdən ibarət deyil. Bu dialoqun harada – Rusiya ərazisində, Azərbaycanda və ya beynəlxalq müstəvidə keçirilməsindən asılı olmayaraq, onların hər birinin məzmunu çox dərindir. Y.Qusman deyib: “Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri beynəlxalq tədbirlərdə görüşəndə, demək olar, hər dəfə ikitərəfli danışıqlar üçün vaxt tapırlar. Bu, heç də hamıya nəsib olmur və hər kəsdə alınmır. Son vaxtları götürsək, belə görüşlər Aşqabadda, Valdayda, Sankt-Peterburqda keçirilib. Bütün bunlar sadəcə bir zəncirin halqaları deyil, bir görüşün digərini tamamladığı çox mühüm siyasi pazldır. Hər belə görüşdən sonra impulslar, müvafiq strukturlar yaranır, dövlət orqanları bu və ya digər istiqamətdə daha fəal işləməyə başlayırlar. Statistikaya baxsaq, onun öz dolğunluğu, yüksələn xətt üzrə getməsi ilə güclü təəssürat oyatdığını görərik. Bütün istiqamətlərdə – iqtisadiyyatda, mədəniyyət və turizm sahələrində, insani münasibətlərdə əlaqələrimiz genişlənir. Bu gün ölkələrimiz arasında belə əlaqələrin olmasına biz yalnız sevinə bilərik”.

Mixail Qusman Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb.

Xatırladaq ki, Mixail Qusman Birinci vitse-prezident Mehriban Əliyevadan Rusiyaya səfərinin yekunlarına dair böyük müsahibə götürüb.

O deyib: “İlk növbədə, bu fürsətdən istifadə edib, mənim üçün doğma olan TASS agentliyinə, Rusiya televiziyasına müsahibə verdiyinə görə Mehriban xanıma təşəkkür etmək istəyirəm. Onun Moskvaya səfəri son dərəcə məzmunlu, Moskvada olduğu müddətdə keçirilən tədbirlərin, görüşlərin cədvəli inanılmaz dərəcədə gərgin idi. Bu cür gərgin cədvələ davam gətirmək olduqca çətin idi. Buna görə də həmin fürsətə görə ona bir daha təşəkkür etmək istəyirəm. Bu, bir növ onun səfərini yekunlaşdıran son nöqtə idi, o baxımdan ki, Mehriban xanım Moskvaya səfərinin nəticələrinin aspektlərini düzgün müəyyənləşdirmişdi. O, diqqətəlayiq məqamlardan çox obrazlı şəkildə danışdı. Biz bu səfər barədə danışmaqdan yorulmuruq, çünki onun əhəmiyyəti protokol xarakterli rəsmi səfər çərçivəsindən çox kənara çıxır. Qonşu və qonşu olmayan ölkələrdə müşahidə etdiyimiz müxtəlif siyasi vəziyyətlər fonunda Azərbaycanın rəhbərlərindən birinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlamətdar səfəri, onun Rusiyada keçirdiyi görüşlər ölkələrimizin saysız-hesabsız bədxahlarını müəyyən mənada qıcıqlandırıb. Rusiya Azərbaycana münasibətini çox dəqiq, çox açıq və səmimi nümayiş etdirib. Rusiya rəhbərliyi, ilk növbədə, Prezident Vladimir Putin bu ölkənin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti göstərib”.

Azərbaycanda aparılan islahatları böyük diqqətlə izlədiyini vurğulayan həmvətənimiz daha sonra deyib: “Əlbəttə, bütün bunlar Azərbaycana biganə olmayan hər kəsdə böyük maraq doğurur. İlham Əliyevin elan etdiyi islahatlar, Azərbaycanın inkişafına dinamika vermək kursu, şübhəsiz, komandanın yenilənməsi ilə bağlıdır, çünki İlham Heydər oğlu və Mehriban xanım öz böyük liderlik keyfiyyətləri ilə birlikdə komandaya arxalanmalıdırlar. Bu, öz liderlərini başa düşən, Azərbaycan Prezidentinin barəsində danışdığı islahatlara istiqamət götürmüş mütəşəkkil və vahid komanda olmalıdır. İlham Əliyev ölkəyə başçılıq etdiyi illərdə artıq dünyaya parlaq nəticələr nümayiş etdirib, lakin bu, yetərli deyil. Müasir çağırışlar yeni nəticələr, yeni nailiyyətlər tələb edir və zənnimcə, İlham Əliyev və Mehriban Əliyeva ölkəni məhz buna yönəldirlər. Düşünürəm ki, həmin islahatları diktə edən də məhz budur. Hesab edirəm ki, yeni kadrlar arasında Azərbaycanın müasir dövlət xadimlərinin görkəmli nümayəndələri var. Bütün bunlar o deməkdir ki, ölkə qarşısında duran vəzifələri birlikdə, mütəşəkkil şəkildə yerinə yetirmək lazımdır və hamı bunu gözləyir”.

Rusiyadakı Azərbaycan diasporundan danışan Mixail Qusman vurğulayıb ki, Rusiyada xeyli sayda həmvətənimiz yaşayır. O deyib: “Bəzi hesablamalara görə, söhbət müxtəlif səbəblərdən burada yaşayan milyonlarla insandan gedir. Mən, xüsusən, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Moskvada keçirilən tədbirlərdə tez-tez öz dostlarımı, həmvətənlərimi görürəm. Yeri gəlmişkən, səfir Polad Bülbüloğlu həmvətənlərimizi Azərbaycanın tarixi günləri ilə bağlı müxtəlif tədbirlərə toplamağa çox böyük diqqət yetirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov bu yaxınlarda Moskvaya səfər edib. Düşünürəm ki, o, səfər çərçivəsində keçirilən görüşlərdə çox mühüm məsələlərdən xəbərdar oldu. Mənə belə gəlir ki, xüsusən Rusiyada həmvətənlərlə bağlı işdə yeni addımlar, yeni qərarlar və bəlkə də yeni insanlar tələb olunur. Zənnimcə, Rusiyada həmvətənlərin birləşməsinə böyük əhəmiyyət verilməlidir ki, ünsiyyət üçün daha geniş məkanlar olsun, daha çox tədbirlər keçirilsin. Bizim hamımızı bir məqam – tarixi Vətənə məhəbbət hissi, bu ölkənin inkişaf etməsi istiqamətində səylər birləşdirir. Bu, vaxtilə Con Kennedinin dahiyanə şəkildə dediyi kimi əbədi formuldur. C.Kennedi deyib: “Demə ki, vətən sənin üçün nə edə bilər, de ki, sən vətən üçün nə edə bilərsən”. Mən də müxtəlif səbəblərdən öz tarixi evindən uzaqda yaşayan həmvətənlərə demək istəyirəm: “Demə ki, Azərbaycan sənin üçün nə edə bilər, de ki, sən Azərbaycan üçün nə edə bilərsən!”.

Mixail Qusman Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdıraraq deyib: “İnsan təbiətən hər şeyin yaxşı olacağına ümid bəsləyir. Hər dəfə yeni ildən çox yaxşı, fərəhli və işıqlı nə isə gözləyirsən. Balaca uşaqlar Yeni ilin birinci günü yuxudan oyananda yolkanın altında valideynlərinin, nənə-babalarının onlara bağışladıqları hədiyyələri tapırlar. Onlar belə bir ümidlə yaşayırlar ki, bütün il onun birinci günü kimi bayram əhval-ruhiyyəli olacaq. Tanrıdan uşaqlara da, böyüklərə də xoşbəxt və fərəhli bir il diləyirəm. Lakin problem bundan ibarətdir ki, – Mehriban xanım bunu çox düzgün qeyd etdi, – fərəhli günlər istər-istəməz o qədər də xoş olmayan, bəzən də kədərli günlərlə əvəzlənir və həyat da məhz bundan ibarətdir”.

Mən sadəcə arzu edirəm ki, fərəhli günlərin sayı çox olsun, cansağlığı olsun, Vətənim Azərbaycan inkişaf etsin və Azərbaycanda görülən işlər insanlara fayda gətirsin. Mən Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident və birinci xanım Mehriban Əliyevaya müvəffəqiyyət arzu etmək istəyirəm, çünki onlar öz ölkələri, öz xalqı üçün çox işlər görürlər. Arzu edirəm ki, Azərbaycanın bütün vətəndaşları öz ölkələri naminə öz liderlərinin ətrafında sıx birləşsinlər. “

Naxçıvanın tanınmış rəssamları əsərlərini muzeylərə hədiyyə ediblər

0
turizm

Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli müəllifi olduqları rəsm əsərlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərib. Muzeylərə və Turizm Departamentinin Milli Dəyərlər Muzeyinə hədiyyə ediblər.

Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimat mərasimində çıxış edib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan rəssamlıq məktəbinin layiqli davamçıları olan rəssamlarımızın son illər öz dəyərli sənət əsərlərini muzeylərə təqdim etmələrinin ənənə halını aldığını bildirib.

Rəssamların həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Nazir çıxışının sonunda göstərilən qayğıya görə mədəniyyət sahəsində çalışan insanlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Rəssamlar Telman Abdinov və Əli Səfərli çıxışları zamanı hədiyyə etdikləri rəsm əsərlərindən danışıb. Tarix və mədəniyyətimizin saxlanc yeri olan muzeylərdə layiqincə mühafizə olunub. Gələcək nəsillərə çatdırılacağına əmin olduqlarını bildiriblər.

Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Turizm Departamentinin sektor müdiri Həsən Kərimov əsərlərini hədiyyə edən rəssamlara minnətdarlıq ediblər.

Sonda hədiyyə olunmuş rəsm əsərlərinin sərgisinə baxış keçirilib.

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 1 milyona yaxınlaşır

0
türkiyə

Azərbaycandan Türkiyəyə ildə təxminən 800 min nəfər turizm məqsədilə səfər edir. Bu rəqəmin qısa vaxt ərzində 1,5 milyon turistə çatacağı ehtimal olunur.

Virtualaz.org xəbər verir ki, bunu Türkiyə Otelçilər Birliyinin (TÜROB) rəhbəri Müberra Eresin bildirib.

Onun sözlərinə görə, qardaş ölkə vətəndaşları turizm üçün ən çox Türkiyəni seçirlər. Artıq Azərbaycan turizm bazarı Türkiyənin ən böyük turizm bazarları sırasına daxil olmağa başlayıb.

M. Eresin iki ölkənin turizm bazarlarının böyük potensiala malik olduğunu və qarşılıqlı iş birliklərinə açıq olduqlarını ifadə edib: “Türkiyəyə hər il təxminən 800 min azərbaycanlı gəlir. Türkiyədən də təxminən 300 min nəfər Azərbaycana gedir. Azərbaycanlı turistlər Türkiyəyə tətil, alış-veriş, səhiyyə və təhsil məqsədli gəlirlər. Onlar xərcləməsi də orta səviyyədən yuxarıdadır. Biz daha yüksək nəticələr əldə etmək üçün turizm sahəsindəki əməkdaşlığı və tanıtım fəaliyyətini genişləndirməliyik”.

Vüsal Qasımlı: “Gələn il Azərbaycanda 3% iqtisadi artım gözlənilir”

0
turizm

“2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı son 5 ildə ilk dəfə 2%-i ötüb. Qeyri-neft ÜDM-nin artımı isə 3,5% təşkil edib. Dünya üzrə iqtisadi artım tempindən çox olub”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, eləcə də idarəetmə islahatları, inqilabi sosial paket var. Dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayəıərin artımı iqtisadi böyüməni sürətləndirir. “2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9%, bitkiçilikdə 11,3%, informasiya və rabitə xidmətlərində 15,9%, turizmdə (turistlərin say artımı) 11,1% artım olub.

İqtisadi artımın 2020-ci ildə son 6 ildə ilk dəfə %-ə çatması, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1% və 2023-cü ildə 3,2% olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3%, 2020-ci ildə isə 2,5% (qeyri-neft ixrac çəkili) olacağı gözlənilir. Proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”.

TÜROB sədri: “Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 1 milyona çatır”

0
Türkiyə

Türkiyə Hotelçilər Birliyi (TÜROB) hər il Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı təxminən 800 min nəfər təşkil etdiyini açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, TÜROB-dan verilən məlumatda iki ölkə arasındakı turist sayının yaxın gələcəkdə artırılmasının mümkünlüyü bildirilib.

TÜROB sədri Müberra Eresin deyib ki, Azərbaycan Türkiyəni turizmlə bağlı ən çox seçən ölkələr siyahısına daxil olmaqla “bir millət, iki dövlət” prinsipinə bir daha sadiq qaldığını sübut edir.

TÜROB sədri turizm bazarını qarşılıqlı olaraq inkişaf etdirmənin vacibliyini vurğulayıb. Türkiyədən hər il Azərbaycana 300 minədək turistin səfər etdiyini qeyd edib. “Bizdə olan rəqəmlərə görə, 10 milyon əhalisi olan Azərbaycandan, ildə 5,8 milyonu ölkə xaricinə çıxır. 800 minə qədəri Türkiyəyə gələn turistlərdir. Qardaş Azərbaycanla turizm sahəsindəki əməkdaşlığı və qarşılıqlı olaraq təbliğat fəaliyyətini daha da artırmaqla bu rəqəmi hər iki tərəf üçün qısa zamanda ikiqat artıra bilərik”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5,095 mln. nəfər olub. Bunun da 11,5%-i və ya 585 925 nəfəri Türkiyənin payına düşüb.

Bakıdan Santa-Klausun vətəninə getmək neçəyədir?

0
Santa Klaus

Bakıdan Santa-Klausun vətəni sayılan, nağıllar diyarı Laplandiyaya Yeni İl turu var imiş.

Axar.az-ın yerli turizm saytlarına istinadən verdiyi məlumata görə, 2020-ci ili Skandinaviya ərazisində qarşılamaq istəyənlər adambaşı azı 2200 manat xərcləməlidir.

Bu məbləğə 8 gün dördulduzlu oteldə gecələmək, aviabilet, qidalanmaq, viza dəstəyi daxildir.

Lakin viza rüsumunun xərci ayrıdır.

Beşulduzlu oteldə qalmaq istəyənlər 4000 manata yaxın xərc çəkməlidir.

Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir.

Bakıdan Laplandiyaya birbaşa uçuş yoxdur. Moskva-Helsinki reysindən istifadə etməlisən. Helsinkidə isə bileti özün almalısan.

Burada qış mövsümü oktyabrın əvvəllərindən başlayır. Ayın sonunda isə hər tərəfi ağ qar bürüyür. Qışda soyuq 30 dərəcədən yuxarı olur. Amma şaxta çox da sərt deyil.

Qışda hava səhər saat 11.00-da işıqlanır; 15.00-dan sonra isə yavaş-yavaş qaralmağa başlayır. Bütün gün alatoranlıq olur.

Meşələrdə gəzmək qorxulu deyil. Hər şey nağıllardakı, cizgi filmlərindəki kimidir. Heyvanlar insanlardan qorxmur. Meşədə gəzişdikcə dovşan, tülkü, başqa vəhşi heyvanlar yanından keçir…

Laplandiya əhalisi iki hissəyə bölünür: şəhər və kənd camaatı. Kənd əhalisinin ən böyük məşğuliyyəti fermalarda işləməkdir. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirirlər.

Laplandiyada insanlar avtomobildən çox maral və it qoşqularından istifadə edirlər. Buna görə də yollarda avtomobili sürətlə idarə etmək qadağandır.

Əfsanələrə görə, Santa Klaus Laplandiyada, Rovaniemidən 170 kilometr aralıda, Kopke Korvatunturi kəndində doğulub.