Ev Blog Səhifə 96

Qəbələ Yeni ilə çağırır: məkanlar, əyləncə və qiymətlər

0
Qəbələ

Ən təzadlı əyləncələri Qəbələdə tapmaq mümkündür – istər dağ başına çıx, istər klubda güllə at, istər oteldə müğənniləri dinlə, istər də xudmani villaya çəkilib kənd həyatının dadını çıxar.

Yeni ilə sayılı günlər qala respublikanın bir çox dilbər guşələrində olduğu kimi Qəbələdə də, xüsusilə burada fəaliyyət göstərən otellərdə və turizm mərkəzlərində canlanma müşahidə olunur.

Sputnik Azərbaycan Qəbələdə Yeni il bayramını harada və necə keçirmək imkanlarını araşdırıb.

Azərbaycanın turizm cənnəti sayılan Qəbələ rayonunda ümumilikdə 25-dən artıq otelin olması həm burada turizmin inkişafına təkan verir, həm də respublikaya gələn əksər turistlərin Qəbələyə səfərinə imkan yaradır. Bir çox otellər şərait və xidmət baxımından heç də dünyanın adlı-sanlı mehmanxanalarından geri qalmır.

Yeni il bayramı ilə bağlı qonaq cəlb eləməkdə irili-xırdalı otellər bir-birilə bəhsə girib: yəni bayram ərəfəsində buralara gələnləri müxtəlif tanınmış müğənnilərin çıxışları, əyləncə proqramları feyziyab edəcək. Təbii ki, bayramın atributları Şaxta baba və Qar qız da olacaq. Bir qaçılmaz əmma var ki, otellərdə səhnə alacaq müğənnilərin sayı, eləcə də proqramın zənginliyi bir gecə üçün ödəniləcək məbləğdən asılıdır.

`Məsələn, rayonun kəndlərində olan kiçik otellərdə adam başına orta hesabla 35 AZN-dən başlayan qiymətlərlə 31 dekabrı əyləncəli proqramla qeyd eləmək mümkündür. Ancaq maraqlı burasıdır ki, insanlar daha çox adam başına 100 AZN civarında olan tədbirlərə üstünlük verirlər.

`Rayonda fəaliyyət göstərən otellərlə əlaqə saxladıqda məlum oldu ki, əksəriyyətinin 70%-i dolub. Ancaq bu faizin hava şəraitindən asılı olaraq dəyişəcəyi güman edilir. Əslində, qiymətləndirmələrə görə, Yeni il ərəfəsi üçün bu göstərici keçərlidir. Bütün otel və restoranlarda doluluq, demək olar ki, eyni səviyyədədir.

`Ucuz ətin şorbasını bəyənməyənlər üçün Qəbələdə bir gün beşulduzlu oteldə Yeni il şənliyində iştirak eləmək, eləcə də iki nəfər üçün standart otaqda gecələmək orta hesabla 670 AZN-dən başlayır. “Ərəb şeyxlərindən nəyimiz əskikdir” fikirləşənlər qış gecəsi bir az möhkəm “tərləməli” olacaqlar: ən mənzərəli oteldə qalmaq, hər xidmətdən limitsiz istifadə etmək üstəgəl bayram əyləncəsi üçün gərək 5000 manatından keçəsən.

`Otellərlə yanaşı, rayonda fəaliyyət göstərən əyləncə, istirahət, mədəniyyət mərkəzləri, muzeylər və digər xidmət məkanları da bayramla əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyəcək.

`Qəbələnin əyləncə mərkəzləri və müxtəlif attraksionlarında, restoran və xırda kafelərdə gözəl vaxt keçirmək mümkündür. Attraksionlarda qiymətlər 2 manatdan 35 manata kimi dəyişir. Bundan başqa, boulinq zalı, mini kinoteatr, üzgüçülük zalı, eləcə də qapalı hovuzlar tətilə gələn qonaqlar üçün əvəzedilməzdir.

`Qəbələ Mədəniyyət Mərkəzi bayram günlərində ruhun qidası sorağında olanlar, həm yerli sakinlər, həm də qonaqlar üçün gözəl proqramlar hazırlayıb. Proqramlara Yeni il şənliyi, uşaqlar üçün nağıllardan səhnəciklər, böyüklər üçün isə teatr tamaşası daxildir.

`Ekstrim sevənlər üçün də Qəbələnin təklifləri var. Tam fərqli istirahət etməyi xoşlayanlar Qəbələ Atıcılıq Klubuna üz tuta bilərlər. Burada stend atıcılığı, tir atıcılığı, oxatma, lazerli atış, snayperdən, eləcə də digər silahlardan atış vərdişlərini nümayiş etdirmək olar. Klubda əsasən qrup şəklində əyləncəli yarışlar təşkil olunur, mərkəzə gələn qonaqların istəyi çərçivəsində öz aralarında yarışlar keçirilərək qaliblər müəyyən edilir. Qiymətlərə gəldikdə isə onların hər cibə uyğun olduğunu demək olar: minimum 5 manatdan başlayır.

`Səs-küydən uzaq idilliya aşiqləri də Qəbələdə öz zövqlərini təmin edə bilərlər. Sakit, mənzərəli guşədə tikilmiş kənd evləri və ya hər şəraiti olan villalarda qonaqlar əsl kənd həyatı yaşaya, qışın gözəlliyindən zövq ala bilərlər. Kənd evlərinin qiyməti bir günə 50 AZN-dən başlayır. Burada qiymətlər əsasən evlərdəki komforta və müştərinin gündəlik tələb etdiyi xidmətə görə dəyişir.

`Bir sözlə, əsl Yeni il ab-havasını yaşamaq istəyənləri Qəbələ peşman etməyəcək.

Rusiyalı turistlər uğrunda rəqabət: Onların bizi seçməsi üçün nə etmək lazımdır?

0
turistlər

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, onlar arasında ən çox üstünlüyü Rusiyadan gələnlər təşkil edib

 Son illər ölkəmizdə turizmin inkişafına ciddi diqqət yetirilir. Azərbaycan, qonşu Gürcüstanla bərabər, bölgənin turizm mərkəzinə çevrilib. Eyni zamanda, iki dövlət arasında daha çox turist qəbul etmək uğrunda elan edilməmiş sağlam rəqabət gedir.

Qeyd edək ki, həm Azərbaycan, həm də Gürcüstana səfər edən turist kontingenti təxminən eynidir. Bölgənin əsas turizm mənbəyi ərəb ölkələri, MDB ölkələri, ilk növbədə isə qonşu Rusiyadır.

Amma ortada bəzi fərqlər də var. Belə ki, digər ölkələrlə problem yaşamayan Gürcüstan bəzən siyasi proseslərin təsiri altında Rusiyadan gələn turistlər üçün arzuedilməz məkana çevrilir və bu ölkənin “qapıları” rusiyalı turistlərin üzünə bağlanır.

Azərbaycanı seçən rusiyalı turistlər isə belə bir problemlə üzləşmirlər. Buna görə də, ölkəmizin rusiyalı turistlər, o cümlədən Gürcüstandan üz çevirən turistlər üçün yarışa girməsi kifayət qədər məqbul və məntiqli variantdır.

Qeyd edək ki, iki ölkə arasında turizm potensialını gücləndirmək üçün bu ay Azərbaycan-Rusiya turizm alyansı yaradılıb. Turizm üzrə ekspert Çingiz İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bu turizm alyansının Azərbaycan üçün töhfələri nə olacağı və iki ölkə arasında turizmin inkişafına hansı nüansların mane olduğundan danışıb: “Azərbaycan turizmi inkişaf edən bir ölkə olduğu üçün potensial turistlərin gəlməsində maraqlıyıq. Belə bir alyansın yaradılması isə Azərbaycanın turizm imkanlarının təbliğində müsbət töhfə verir. Düşünürəm ki, belə bir alyansın yaradılması Rusiyadan ölkəmizə daha çox turistin axınına dəstək verəcək”.

“Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər, hətta hava nəqliyyatı ilə uçuş olmasa da, Azərbaycandan fərqli olaraq Rusiyadan bu ölkəyə turist axını daha çoxdur. Təbii ki, bunun da səbəbləri var. Qara Dəniz, Avropaya çıxışın mövcudluğu, qiymətlərin münasibliyi, servisin yüksək olmasının da Gürcüstana daha çox turist axınının olmasının səbəblərindəndir. Gürcüstan Azərbaycanla müqayisədə rəqabətə daha çox davamlıdır və bu istiqamətdə müəyyən üstünlükləri var. Bundan başqa, bu iki ölkə arasında tarixi, dini və mədəni əlaqələr daha dərindir”, – deyə o əlavə edib

Ç.İsmayılov Rusiyadan ölkəmizə turist axınını daha da artırmaq üçün servisin yüksəldilməsini təklif edir: “İlk növbədə turizm üçün qiymətləri münasib etmək lazımdır. Bundan başqa, Xəzər dənizinin təmizliyi də əsas şərtdir. Ekoloji təmizlik qorunmalı, sahilə yaxın yerləşən turizm mərkəzlərinin dənizə axıdılan çirkab sularına nəzarət olmalıdır. Çünki əksəriyyət dənizdə çimmək üçün müxtəlif ölkələrə üz tutur. Lakin bizim dənizimizin vəziyyəti çox acınacaqlıdır”.

Ekspert bildirib ki, son illər ölkə səviyyəsində görüşlərin təşkili Azərbaycanın imicinə müsbət təsir edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında iki ölkə arasında əlaqələrin son illərdə daha da intensivləşməsinə diqqət çəkib: “Lakin bu əlaqələrə mane olan problemlər də var. Bu problemlərin başlıcası gömrük-keçid məntəqələrində növbələrin yaranmasıdır. Bundan başqa, sürətli keçidlərin təminatında da problemlər var. Sertifikatlaşma məsələsi, gigiyenik sertifkatlaşma ilə bağlı məsələlərdə müəyyən problemlər var. Düşünürəm ki, belə bir alyansın yaranması iki ölkə arasında mövcud texniki problemlərin aradan qaldırılmasına səbəb olacaq. Ən azı iş adamları arasında, iş adamları ilə dövlət qurumları üçün bir körpü rolunu oynaya bilər”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərəcək yeni alyansa “PAŞA Travel” şirkətinin icraçı direktoru Anar Rəhmanov başçılıq edəcək. Azərbaycan-Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının iclası gələn ilin əvvəllərində keçiriləcək.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr aylarında  Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, onlar arasında ən çox üstünlüyü Rusiyadan gələnlər təşkil edib. Belə ki, bu ölkədən gələn turistlər ümumilikdə gələn turistlərin 29,8 faizini təşkil edib.

2019-cu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olub. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib. Bu dövrdə Rusiya Federasiyasına gedənlərin sayı 6,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Nazir müavini: “İxtisaslaşma fermerlərin gəlirlərini artıracaq”

0
turizm

Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə bu Nazirliyin, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, müxtəlif rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, sahibkar və fermerlər iştirak ediblər.

Konfransda regionların inkişafını dəstəkləyən tədbir və layihələr müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyətinin başçısı Tahir Məmmədov rayonda üzümçülüyün və şərabçılığın mövcud vəziyyəti danışılıb. İnkişaf perspektivləri barədə məlumat verib. Bildirib ki, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında üzümçülüyün rolu böyükdür.

Konfransda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkədə üzümçülük və şərabçılığa dövlət dəstəyi, bu sahədə həyata keçiriləcək tədbirlərlə bağlı ətraflı məlumat verib. E.Zeynalov kənd təsərrüfatı məhsullarının istehsalı üzrə rayonların ixtisaslaşdırılması ilə bağlı görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu ixtisaslaşma sayəsində Şamaxı rayonunda əhalinin məşğulluq səviyyəsi və fermerlərin gəlirləri artacaq. Şərab və üzüm məhsullarının ixracı genişlənəcək, üstəlik aqrar turizmin inkişafı üçün əlavə imkanlar yaranacaq. Nazir müavini kooperativləşmə və birgə fəaliyyətin fermerlərə verəcəyi töhfə barədə də danışıb.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrası nəticəsində əldə olunmuş uğurlara toxunub. O, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” layihəsinin əhəmiyyəti və regional inkişafla bağlı Avropa Birliyi ölkələrinin təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti çıxış edib. O, layihənin əhəmiyyəti və regiona verəcəyi töhfələr barədə danışıb.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin nüməyəndəsi və Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkşaf Mərkəzi tərəfindən layihə çərçivəsində hazırlanmış strategiya və investisiya layihələrinin təqdimatı keçirilib. Qeyd olunub ki, “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” proqramının icrasına texniki yardım layihəsinin yerli və xarici ekspertləri tərəfindən Şamaxı rayonu üçün şərab ixtisaslaşması üzrə inkişaf strategiyası işlənib hazırlanıb. Strategiyanın davamlı regional inkişafa töhfə verəcəyinə əminlik ifadə olunub.

Tədbirdə çıxış edənlər ixtisaslaşma strategiyası ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Həmçinin konfransda kənd təsərrüfatı sahəsində fermer və sahibkarların bilik və bacarıqlarının artırılması, Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru üçün marketinq və məhsulların hazırlanması, səyahət yerlərinin menecmenti imkanları istiqamətində müzakirələr aparılıb. 

Si Cinpin Çin və Yaponiyanın bir-birini tərəfdaş kimi görəcəyinə ümid edir

0
Çin və Yaponiya

Çin Xalq Respublikası (ÇXR) və Yaponiya ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətli imkanlar var. Rəsmi Pekin Tokio ilə sıx əlaqələr saxlamağa, siyasi dialoqu möhkəmləndirməyə və münasibətləri iki xalqın mənafeyi naminə yeni səviyyəyə çıxarmağa hazırdır.

Bu sözləri ÇXR Sədri Si Cinpin Pekində Yaponiyanın Baş Naziri Şinzo Abe ilə görüşdə deyib.

O, Çin və Yaponiyanın bir-birini tərəfdaş kimi görəcəyinə, bu istiqamətdə birgə işləyəcəyinə ümid etdiyini bildirib.

Beynəlxalq vəziyyətin davamlı dəyişməsi nəticəsində Çin və Yaponiyanın münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipi əsasında inkişaf etdirməyə ehtiyac duyduqlarını bildirən Si Cinpin, tərəflərin təmas nöqtələri axtarıb tapacağına, fikir ayrılıqlarını bir kənara qoyaraq, yeni dövrdə münasibətlərin inkişafı üçün birgə çalışacaqlarına ümid etdiyini bildirib. “Hər iki tərəf təhlükəsizlik sahəsində qarşılıqlı etimadı möhkəmləndirməli, açıq dünya iqtisadiyyatına daha böyük töhfə vermək üçün çoxtərəfli və azad ticarətin müdafiəsi üçün daha çox məsuliyyəti öz üzərinə götürməlidir”,- deyə Çin lideri bildirib.

Tərəflər üçüncü ölkələrdə bazar əməkdaşlığını inkişaf etdirmək və mədəniyyət, turizm, ticarət və investisiya sahələrində praqmatik əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Yaponiya Baş Naziri regional və qlobal səviyyədə sülhün, sabitliyin və tərəqqinin təminatında iki ölkə arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Çin liderinin gələn ilin yazında Yaponiyaya səfərə gələcəyinə ümid etdiyini bildirən Şinzo Abe ölkəsinin Çin ilə təmasları genişləndirməyi, yeni dövrdə münasibətlərin fəal inkişafını arzuladığını deyib.

Qeyd edək ki, dekabrın 24-də Çinin Çendu şəhərində Çin, Yaponiya və Cənubi Koreya liderlərinin 8-ci görüşü keçiriləcək. Asiyanın bu üç ölkəsi öz iqtisadiyyatları ilə təkcə qitədə deyil, dünyada öncül sıralardadırlar. Tərəflər arasında tarixi və siyasi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları olsa da, əsasən iqtisadi sahədə sıx əməkdaşlıq mövcuddur.

Bakıda rus və ingilisdilli turizm bələdçilərinə təlimlər keçirilib

0
TURİZM

Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) təşkilatçılığı ilə təlimlər keçirilib. Bakıda turizm bələdçiləri üçün keçirilən təlimlər başa çatıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsindən danışılıb. Təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib.

Təlim proqramı rus və ingilisdilli qruplara bölünən 24 iştirakçıya Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilib.

Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli və Yusif Səfərov küçələri üzrə avtobus turundan danışılıb. Azərbaycan Milli Xalça Muzeyində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub.

Təlimlər dekabrın 14-dən start götürüb. Turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə işdən danışılıb. Peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.

Qeyd edək ki, 2019-cu il ərzində ingilis, alman və rus dillərində olmaqla 60 turizm bələdçisini əhatə edən beş qrupa təlimlər keçirilib.

GƏNCƏ – QƏBƏLƏ Tufandağ turu??

0
GƏNCƏ – QƏBƏLƏ Tufandağ

Yeni ilimi mən xarici ölkədə yox, öz ölkəmdə keçirtmək istəyirəm! dediniz? Elə isə biz yenə də sizin yanınızdayıq. ? Ölkəmizin paytaxt şəhərlərindən olan Gəncə şəhərində yeni ili keçirtmək bir başqa gözəl olur. Bu gözəlliyi bizimlə yaşamaq üçün qeydiyyatdan keçməyə tələsin! ?
➖➖➖➖➖➖

??Yeni il GƏNCƏ – QƏBƏLƏ Tufandağ turu??
?ERKƏN REZERVASİYA! İndi al hissə hissə ödə ?
?İlkin ödəniş 49 AZN(1 nəfər üçün) ÖDƏYƏRƏK qalan ödənişi tur zamanına qədər ödəyə bilərsiniz.
▶ Tarix: 31.12.2019-01.01.2020
▶ Müddəti : 1 gecə / 2 gün
? Qiymət: 99 AZN
➖➖➖➖➖➖
Qiymətə daxildir:
☑ Komfortlu nəqliyyat (VİP Transfer)
☑ Oteldə gecələmə – 4*(Deluxe Hotel)
☑ Qidalanma (2 dəfə səhər yeməyi//standart və şvetski stol)
☑ Yeni il axşamı keçiriləcək QALA yeməyi (Şahsaray restoranı)
☑ Qeydinizə qalacaq bələdçi xidməti və tur rəhbərliyi
☑ Professional foto çəkiliş (şəkilləri pulsuz olaraq əldə edəcəksiniz)
☑ Çay qonaqlığı (şirniyyatla)
☑ Əyləncəli oyunlar və qalibə hədiyyələr
☑ Ekskursiyalar:
? Gəncə şəhər ekskursiyası (Gəncə mall, Butulka ev, Nizami türbəsi, Gəncə Parkı)
? Qəbələ şəhər ekskursiyası (Tufandağ turizm kompleksi, Nohurgöl)

Toplaşma yeri və saatı:
• 31 Dekabr saat 06:30 (Gənclik m/st, Tofiq Bəhramov stadionunun qarşısı)
• Yola düşmə saatı 07:00
• Bakıya dönüş 1il sonra 01 Yanvar saat 23:00-dək

Qeyd: 0-5 yaş uşaqlara tur ödənişsizdir (nəqliyyatda və oteldə yer verilməzsə)
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd: 1 nəfər otaqda tək qalmaq istəyənlər turun qiymətindən əlavə 25 AZN ödəməlidir.
➖➖➖➖➖➖
▶ Ətraflı məlumat və əlaqə üçün: 070-264-60-30

Bakı Dəmir Yolu Vağzalında sərgi keçirilir

0
Bakı Dəmir Yolu Vağzalı

Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərginin açılışı olub.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, səhmdar cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Belə ki, 2019-cu il Macarıstanın dəmir yolları üçün əlamətdar tarixdir. 150 il bundan əvvəl məşhur macar mühəndis, elektrik mühəndisliyi üzrə alim, elektrik yükünün dartı qüvvəsi üzrə pioner hesab edilən Kando Kalman Peşt şəhərində dünyaya gəlib. 1894-cü ildə Kando Kalman elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək “Elektrik qatarının atası” kimi məşhurlaşıb. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır. Çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.

Qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları”nın sədr müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərini vurğulayıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Z.Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı, vağzal və stansiyaların tikintisi və bərpası da daxildir.

Qeyd olunub ki, Bakının simvolik binalarından olan Bakı Dəmir Yolu Vağzalı artıq infrastruktur binası olmaqla yanaşı, Bakının mədəni mərkəzlərindən birinə çevrilib. Sərnişinləri, şəhərimizin sakinlərini və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.

Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli ifrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarının Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdə yerləşən dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.

Sərgidəki fotoların müəllifi Aydın Sadıqov sərginin təşkilatçılarına təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində çəkildiyini nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.

Sərgi dekabrın 28-dək davam edəcək.

Bərdədə “Yaradıcı sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası təşkil edilib

0
yarmarka

Bərdə Regional Mədəniyyət İdarəsi yaradıcı və mədəniyyət sənayelərinin inkişafına dəstək məqsədilə “Yaradıcı sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası təşkil edib.

Bərdə şəhər Dövlət Rəsm Qalereyasının qarşısında keçirilən yarmarkada Regional İdarənin Yevlax, Mingəçevir, Tərtər, Bərdə şəhər və rayonları üzrə nümayəndələri də iştirak ediblər. Sərgi-satış yarmarkasında yaradıcı və istedadlı şəxslər tərəfindən hazırlanmış sənətkarlıq, təsviri sənət nümunələri, həmçinin musiqi ənənələri nümayiş olunub. Yarmarkaya gələnlər xalçaçılıq, toxuma və bədii tikmə, bədii oyma kimi dekorativ – tətbiqi sənət nümunələrindən danışılıblar. Eləcə də rəsm əsərləri ilə tanış olmaqla yanaşı, onların alış və satışını da həyata keçiriblər. Yarmarkada nümayiş olunan toxuma və bədii tikmə, ağac üzərində oyma işləri, xalçalar, suvenirlər, təqdim olunan musiqi nömrələri rayon sakinlərinin və qonaqların marağına səbəb olub.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev jurnalistlərə müsahibəsində sərgi-satış yarmarkasının keçirilməsinin əhəmiyyətindən danışılıb. Dövlətimizin dünya təcrübəsini nəzərə alaraq mədəniyyət sahəsinə gətirdiyi yeniliklərdən bəhs edib. Bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. Bu sənaye Azərbaycanda da inkişaf etməyə başlayıb. Dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panel müzakirəsi keçirilib. Əsas məqsəd iqtisadiyyatın mədəniyyətə gətirilməsidir.

“Bərdə şəhərində keçirilən sərgi-satış yarmarkası regionda yaradıcı sənayenin inkişafına yönələn bir addımdır. Yaradıcı sənayenin inkişafı həm yaradıcı vətəndaşların ailə gəlirlərinin artırılmasıdır. Maddi rifahlarının yaxşılaşdırılması, həm də bölgədə turizmin inkişafı baxımından əhəmiyyət kəsb edir”, – deyə idarə rəisi bildirib.

Sözügedən sərgi-satış yarmarkası regional idarənin əhatə etdiyi Yevlax, Mingəçevir şəhərlərində, Tərtər və Bərdə rayonlarında davamlı olaraq keçiriləcək.

Ankarada görkəmli qırğız sənətkarının yubileyi qeyd olunub

0
Ankara

Ankarada görkəmli qırğız balet ustası Çolponbek Bazarbayevin anadan olmasının 70-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Qırğızıstanı təmsil edən rəsmi şəxslər, elm və mədəniyyət adamları, sənətsevərlər iştirak ediblər.

Tədbirlə bağlı Türkiyəyə səfər edən Qırğızıstan Mədəniyyət, Məlumat və Turizm nazirinin müavini Baktıbek Sekimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında olub. Oş şəhərinin 2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması, o cümlədən bu ilin böyük Azərbaycan şairi Nəsimi və Türkiyənin el sənətkarı aşıq Veysəl ili kimi qeyd olunması məmnunluqla xatırlanıb.

Qeyd olunan mövzularda keçirilən tədbirlərin mahiyyətindən bəhs edilib.

Baş katib Düsen Kaseinovun iştirakı ilə keçirilən görüşdə TÜRKSOY ilə Qırğızıstan arasında dinamik inkişaf edən əlaqələr yüksək dəyərləndirilib. Əminliklə ifadə olunub ki, TÜRKSOY bundan sonra da türkdilli ölkələrin mədəniyyətinin təbliği və inkişafı strategiyasını əzmlə irəli aparacaq.

Dubay yubiley şopinq-festivala hazırlaşır

0
Dubay

Dubay dünyada məşhur ticarət festivalının (Dubai Shopping Festival) açılışı astanasındadır. Dekabrın 26-da başlanacaq festival gələn il fevralın 1-dək davam edəcək. Bu, bütün dünyada analoqu olmayan ən davamlı hadisədir. Şəhər sakinlərini və qonaqları qarşıda möhtəşəm endirimlər və yaddaqalan təəssüratlarla dolu 38 gün gözləyir.

AZƏRTAC xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, bu il Dubay ticarət festivalı sayca 25-ci dəfə keçiriləcək. Festival bütün şəhər üzrə 4 min outletdə 1000-dən artıq brendi birləşdirəcək. Burada malları 75 faizədək endirimlə əldə edə biləcək müştərilər yaddaqalan bayram ab-havasını hiss edəcək və brendlər tərəfindən təşkil olunan xüsusi aksiyaların iştirakçılarına çevriləcəklər.

Dubayda ilk ticarət festivalı 1996-cı ildə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun təşəbbüsü ilə keçirilib. Bu hadisə regionda pərakəndə ticarət sektoru üçün dönüş anı oldu. Əmirliyin bütün ailə üçün ilboyu turizm istiqaməti kimi irəliləməsindən ötrü Əmirin Dubayda ticarət sahəsində irimiqyaslı tədbir yaratmaq ideyası da reallığa çevrildi.

Dubayın festivalların və pərakəndə satışın idarə edilməsi departamentinin (DFRE) baş direktoru Əhməd Əl Həccə deyib: “Dubayda ticarət festivalı ötən illərdə keçirilən festivallar zamanı ağlasığmaz hədiyyələr qazanan minlərlə insanın həyatını dəyişib. Qarşıdakı 25-ci festivalda uduş və hədiyyələr ənənəsi daha yeni mərhələyə çıxacaq, qonaqları isə daha böyük hədiyyələr gözləyir. Biz şadıq ki, hər il festival dövründə buraya gələn Dubay sakinlərinin çoxu 1996-cı ildəki həmin ilk bayramı xatırlayırlar. Dubayın mövqeyini turizm istiqaməti kimi möhkəmləndirmək, qonaqlara unudulmaz təəssüratlar bəxş etmək bizim üçün daim ümdə məsələdir”.

Şopinq-festival çərçivəsində planlaşdırılan bəzi tədbirlər xüsusilə diqqətəlayiqdir. “Club Group”dan məxsusi olaraq bu festival üçün işlənib hazırlanmış “Yalla DSF” innovasiyalı interaktiv mobil oyunu onların sırasındadır. Dörd dildə hazırlanmış bu mobil əlavə festivala gələnlərə “Apparel Group” şirkətinin brendlərindən unikal hədiyyələr qazanmağa fürsət yaradacaq.

“City Lights” installyasiyası: 2020-ci il yanvarın 7-dən fevralın 1-dək “Burj Plaza”da valehedici interaktiv işıq installyasiyalarında incəsənət və texnologiyanın vəhdətini görmək mümkün olacaq. Güzgülər və parlaq rəngarəng çıraqbanlıq unudulmaz təəssüratlar vəd edir.

Gündəlik atəşfəşanlıq: hər axşam dünya səviyyəli atəşfəşanlıq “Al Seef”, “La Mer” və “The Beach” çimərliklərinin, həmçinin “Dubai Festival City”, “Dubai Creek”, “The Pointe” və “Dubai Frame” üzərindəki səmanı parlaq rənglərə bürüyəcək.

Dubay ticarət festivalı çərçivəsində, həmçinin promoaksiyalar planlaşdırılıb. Xoş ənənəyə uyğun olaraq, Dubay ticarət festivalı 12 saatlıq eksklüziv endirimlərlə işə başlayacaq. Bu zaman müştəriləri “Mall of the Emirates”, “City Centre Mirdif”, “City Centre Deira”, “City Centre Me’aisem”, “City Centre Barsha” və “City Centre Al Shindagha”da 90 faizədək endirimlər gözləyir. Bundan başqa, həmin gün hər bir müsafir “Majid Al Futtaim Malls” şirkətinin bütün ticarət mərkəzlərində alış-veriş üçün nəzərdə tutulan 10 min dirhəm (2722 dollar) həcmində 25 sertifikatdan birini udmaq şansı əldə edə bilər. Endirim dekabrın 26-da günün ikinci yarısından gecəyədək davam edəcək.

Dubay ticarət festivalının gündəlik sürprizləri: 2020-ci il yanvarın 2-dən 26-dək göz-qulaqda olmağa dəyər. Çünki 25 gün ərzində hər gün xüsusi təkliflər elan ediləcək və bu təkliflər bir brend üçün bir məkanda qüvvədə olacaq.

“Pop-up” marketlər: bu, builki festivalın yeniliyidir. “Last Exit”, “Al Khawaneej” parkında, həmçinin “Al Rigga Street” və “City Walk 2”də yerləşən bir neçə “pop-up” yarmarkası açıq səma altında öz qonaqlarını gözləyəcək.

Ənənəvi “Souk Heritage” şopinqi: “Souk Heritage” – festivalın səs-küylü ərəb bazarlarından ruhlanan mədəni qovşağıdır. Bura qonaqlara ənənəvi bazar ab-havasını hiss etdirir. Müxtəlif mədəniyyətlərlə tanış olmağa və dünyanın hər yerindən olan məhsulları əldə etməyə imkan yaradır. Təqribən 2 kilometr uzunluğunda ənənəvi üslubda ticarət sırası “Dubai Creek” rayonunda öz müsafirlərinin yolunu gözləyir.

Açıq səma altında “Market Outside the Box”: 2020-ci il yanvarın 16-dan fevralın 1-dək açıq səma altında keçiriləcək populyar marketdə yerli brendlərin dəbli məhsullarını əldə etmək mümkündür. Uşaqları isə burada oyun məkanı və 24 oyunçunun eyni vaxtda yerləşəcəyi “Game Zone” meydançası gözləyir.