Ev Blog Səhifə 97

Qazaxıstan televiziyası Azərbaycanla bağlı veriliş yayımladı

0
Qazaxıstan

Qazaxıstanın “Atameken BusinessTV” televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb.

Axar.az xəbər verir ki, “Sultanlar qürbətdə” adlı verlişdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışılıb. Mehriban dostluq münasibətlərindən bəhs olunub.

Azərbaycan və Qazaxıstan dostluq münasibətlərinin, ortaq dəyərlərinin qeyd edildiyi verilişdə Azərbaycan mətbəxindən söz açılır. Ölkədə kiçik və orta sahibkarlığa dəstəkdən, turizmin inkişafından ətraflı danışılır.

Videosüjetdə qeyd olunur ki, müsəlman şərqində ilk sosialst ölkəsi və Qafqazada iri ölkə olan Azərbaycanı Qazaxıstanla oxşar geostrateji mövqe, nəqliyyat dəhlizi coğrafiyası və zəhgin təbii ressurslar birləşdirir. İqtisadi əməkdaşlıq viza rejiminin olmaması, bir sözlə qardaşlıq münasibətləri birləşdirir.

Verlişdə Şəhidlər xiyabanı, Bakının mərkəzi küçələri və görməli yerlər nümayiş olunur.

Həmçinin, videomaterialda Bakı axşamlarının əsrarəngiz gözəlliyi, qədim sənaye və mədəniyyət mərkəzi sayılan Bakının Asiya və Avropa ilə qovşağında yerləşdiyi və dünyanın ən gözəl şəhərlərindən biri olduğu vurğulanır. Azərbaycan paytaxtının dünya miqyaslı hadisələrin mərkəzinə çevrildiyi, məhz burda UNESKO-nun irs siyahısına daxil olan memarlıq obyektləri və xəzərin ən iri limanının olduğu qeyd edilir.

Dövlət Turizm Agentliyi: Turizm şirkətləri sağlam rəqabət aparmalıdır

0
TURİZM

“Dövlət Turizm Agentliyi yeni turizm məhsullarının yaradılması üzərində işləyir”.

“Report” xəbər verir ki, bunu Agentliyin aparat rəhbəri Kənan Qasımov “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” adlı “dəyirmi masa”da deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi qurumum məqsədi ölkədə peşəkar turizm şirkətlərinin fəaliyyət göstərməsidir.

“Dövlət Turizm Agentliyi kəndlərlə turizm şirkətləri arasında əlaqə yaratmağa çalışır. Şirkətin potensialı olmalıdır və onların rəqabəti bir-birini gücləndirməlidir. Bəzən şahidi oluruq ki, bir turizm şirkəti yüksəlmək üçün rəqibini aşağılamağa çalışır. Lakin rəqabət sağlam olmalıdır”, – K.Qaslmov qeyd edib. 

Turizm və kənd təsərrüfatı sahələri üzrə modul dərsliklər hazırlanıb

0
turizm

“Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə kurikulum proqramı hazırlanıb. Kurikulum proqramına uyğun olaraq 6 yeni modul dərslik çap olunub. Təhsil Nazirliyi tərəfindən nəşr hüququ (qrif) verilən modul dərsliklər artıq tələbələrin istifadəsinə təqdim olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni məzmunlu, praktik tapşırıqlar dərslikdə geniş yer alıb. Həmçinin dərsliklər Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə hazırlanıb.

Qeyd edək ki, sözügedən təşkilat tərəfindən 2018-ci il ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində “Turizm təşkilatçısı”, “Mehmanxana inzibatçısı” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə kurikulumlar tərtib olunub və 16 modul dərslik hazırlanaraq çap edilib.

Moskva və Kiyev arasında qaz tranziti və qarşılıqlı iddialar barədə razılıq əldə olunub

0
Moskva və Kiyev

Moskva və Kiyev Ukrayna vasitəsilə qaz tədarükünün davam etdirilməsi şərtləri barədə razılığa gəliblər. Danışıqlar Minsk yaxınlığındakı “Syabrı” turizm kompleksinin atıcılıq və idman mərkəzinin ərazisində bağlı qapılar arxasında baş tutub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Qazprom”un nümayəndəsi bildirib.

“Rusiya və Ukrayna tərəfləri Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin tənzimlənməsi barədə saziş protokolu imzalayıblar”, – deyə məlumatda bildirilib.

Bununla yanaşı, şirkət rəsmisi yeni qaz razılaşmasının təfərrüatlarına toxunmayıb.

Mavi yanacağın Ukrayna üzərindən tranzitinə dair mövcud müqavilənin müddəti bu ilin sonunda başa çatır. Moskva və Kiyev Avropa Komissiyasının iştirakı ilə ikitərəfli görüşlərdə və üçtərəfli formatda aparılan danışıqlarda sazişin uzadılması imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, bu ərəfələrdə Almaniyada Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin tərəflərin “prinsipcə razılığa gəldiklərini” açıqlaması ilə nəticələnən görüş keçirilib. Danışıqlar Minskdə də davam etdirilib.

Bu arada, Ukrayna prezidentinin ofisi də Avropa Komissiyası, Ukrayna və Rusiya nümayəndələrinin Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti və qarşılıqlı iddiaların tənzimlənməsi barədə yekun razılığa gəldiklərini təsdiqləyib. Bu barədə ofisin mətbuat katibliyi məlumat yayıb.

“Avropa Komissiyası, Ukrayna və Rusiya nümayəndələri bu gün Rusiya qazının Ukrayna ərazisindən Avropa istehlakçılarına tranziti və qarşılıqlı iddiaların tənzimlənməsi ilə bağlı prinsipial mövqelər barədə yekun razılığa gəliblər”, – deyə məlumatda qeyd olunur.

Dünyada maraqlı Yeni il qarşılamaları – gül ləçəkləri olan suda çimmək, bir gilə üzüm, uzun spagetti…

0
Hədiyyələr

Yeni il dünyanın müxtəlif ölkələrində böyük coşğu və sevinclə qarşılanır desək, yəqin ki, yanılmarıq. Hamı bu bayramı möhtəşəm hislərlə qarşılasa da, hər ölkənin bayramı keçirmək adət-ənənəsi fərqlidir.
Modern.az dünya ölkələrinində Yeni ilin necə qarşılanması və qeyd edilməsi ilə bağlı kiçik araşdırma edib.

İNGİLTƏRƏ

İngiltərədə “evə ilk gələn insan” anlayışı çox önəmlidir. Yəni, xalq olaraq ingilislər düşünür ki, Yeni il daxil olan kimi evə kim gəlsə onlara uğur gətirəcək. Buna görə saat 00:00-ı keçən kimi ən gözlənilən qonaq yaraşıqlı bir kişi olur. Onlar düşünür ki, əgər evə gənc, sağlam və yaraşıqlı bir kişi qonaq gələrsə, il uğurlu keçər. Bayram günü uşaqlar səhər tezdən oyanıb küçəlrə çıxır, şən mahnılar oxuyurlar. Uşaqların hava qaralandan sonra küçədə gəzməsini isə ingilislər uğursuzluq kimi qiymətləndirirlər. İngiltərənin bəzi ərazillərində köhnə adət-ənənələr də öz aktuallığını itirməyib. Belə ki, təsərrüfatla məşğul olan bəzi cütlüklər bayram səhəri öz həyətyanı ərazi və ya tarla, bağda yararlı olmayan məhsulu yandırıb, növbəti ilin daha məhsuldar olacağını düşünürlər.

ABŞ

ABŞ-da bayram günü “Hoppin John” adlı maş lobya bişirilir. Ümumiyyətlə, amerikalılar lobyanın tək yeni il bayramında yox, bütün il boyu bişirilməsinin uğur gətirəcəyini düşünürlər. Bayram günün ən məşhur adəti isə Nyu-Yorkda böyük ölçülü kristal topun binanın damından aşağıya doğru atılıb, sındırılmasıdır. Yeni ilin daxil olmasına saylı dəqiqələr qalmış Nyu-Yorkda hündür binanın üzərindən aşağı doğru atılan kristal topu illərdir ki, təkcə internet vasitəsilə milyarddan çox insan izləyir. Normalda amerikalılar 25 dekabr, yəni İsanın doğum gününü xüsusi qeyd etsələr də,Yeni il bayramı günü qonaqlıqlara gedib, axşam sevdikləri komandanın oyununu izləməyə üstünlük verirlər .

YAPONİYA

Yapon xalqı Yeni ilin ilk üç günü yemək bişirməyin uğursuzluq gətirdiyni düşünür. “Ömisoka” adlandırılan 31 dekabrı yaponlar ilin ən önəmli ikinci günü hesab edirlər. İlin ən önəmli günü isə 1 yanvardır. Bayram günlərində bu xalq təmizliyə çox önəm verir, ev, ofis və məktəblərdə təmizlik işləri görünür, axşam ən sevimli yemək bişirilir. Normalda, dünya ölkələrində hind toyuğunun bayram gününün ənənəvi yeməyi olsa da, yaponlar bayram axşamı “toshikoshiudon” adlanan ən uzun spagetti bişirirlər. Uzun spagetti bir ildən digər ilə qədər uzanan ömür yolunu təsvir edir.Yaponiyanın hər yerində bir növ alkoqollu spirtli içki hesab edilən “amazake” gecə yarısına qədər gözləmək üçün meydanlara toplaşan insanlara paylanır.

ARGENTİNA

Dünyanın əksər böyük ölkələrindən fərqli olaraq Argentinada insanlar bayram axşamını klublarda, qonaqlıqlarda və küçədə keçirməyi sevmir. Bayram günü axşam 21:00-da artıq hər kəsi iş yerlərini bağlayıb evə toplaşır. Cənubi Amerikanın bəzi yerlərində olduğu kimi bu ölkədə də əgər bayram axşamı kimsə əlində çamadanla şəhəri gəzməyə çıxırsa, həmin şəxsin ilboyu səyahət edəcəyi düşünülür. Eyni zamanda, Argentinada axşam paxla yeyərək yatmağın il ərzində uğur gətirəcəyinə də inam var.

PERU

Peruda bayram axşamı üzümü çox yeməyin il ərzində uğur gətirəcəyi düşünülür. Ölkənin paytax şəhəri Lima küçələri bayram günü böyük şənliklərə ev sahibliyi etmir. Yaşlı nəsildən fərqli olaraq Peruda gənclər bayram axşamı dəniz kənarında oturmağı, yeni ilə dəniz sahilində girməyi sevirlər. Hətta siz bir qədər geciksəniz, sahildə oturmaq üçün yer də tapa bilməzsiniz. Eyni zamanda, Peruda insanlar bayram günü gül ləçəkləri olan suda çimməyin şans yaradacağını da düşünürlər”.

BRAZİLİYA

Yay-qış Braziliya isti bir ölkə olduğu üçün yanvar ayı burada yayı təmsil edir. Yeni il, bayram kimi qeyd edilməklə yanaşı həm də turizm mövsümününü açılışı kimi xüsusi qeyd edilir. Ölkə bayram çərçivəsində bir çox oyunlara, “Müqəddəs Silvester Marafonunu”na ev sahibliyi edir. Marafon zamanı küçələrdə böyük insan axınına da rast gəlinir. 31 Dekabr axşma saat 00:00 olan kimi ölkədə böyük atəşfəşanlıq təşkil olunur, küçələr işığa qərq olur.

KUBA

Kubada bayram axşamı insanlar evin hər iki qapısını açıq qoyurlar. Onlar bununla köhnə ili yola salıb, Yeni ili qarşıladıqlarını düşünürlər. Kubalıların çoxu bayramı pivəxana və restoranda keçirməyi sevir. Bayram günü ilin hər ayı üçün bir gilə üzüm yemək Kubanın qədim adətlərindəndir. Digər Cənubi Amerika ölkələrində olduğu kimi burada da insanlar bayram günü ən bahalı və gözəl paltarlarını geyinib, əllərində boş bir çamadanla evin ətrafında gəzirlər. Bu üsulla onlar il ərzində edəcəkləri səyahətin ancaq xeyir işlər üçün olacağını düşünürlər.

FRANSA

Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

BOLQARISTAN

Elə ki Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqə işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.

MACARISTAN

Bu ölkədə Yeni il günü uşaq tütəkləri, fit almaq və hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəvanlıq gətirə bilər.

MOLDOVA

Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.

YUNANISTAN

Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər – “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun” deyirlər.

HİNDİSTAN

Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, çəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.

İTALİYA

İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər.Böyüklər köhnə ev əşyalarını küçəyə atmaqda ikən uşaqlar bütün Yeni il gecəsi evin buxarına diqqət kəsilirlər. Məhz buxarıdan evə nağıllardakı sirli-möcüzəli Befan gəlməli və uşaqların ayaqqabılarına çoxdan gözlənilən hədiyyələrini qoymalıdır.

İstanbulu Avropadan tam ayıran böyük gəmi kanalı…

0
körpü

Türkiyə tərəfi Bosfor boğazına alternativ olacaq “İstanbul” kanalının tikintisi üzərində iş aparır. Bu barədə məlumatı Türkiyənin Prezidenti Ərdoğan verib. Prezident deyib ki, yeni layihənin Türkiyənin iqtisadiyyatına və inkişafına böyük təsiri olacaq: “Təsəvvür edin ki, hazırda Türkiyə boğazlardan keçən gəmilərə görə gəlir əldə etmir. Ancaq yeni kanal tikiləndən sonra vəziyyət tamamilə fərqli olacaq”.

Statistik məlumatlarda bildirilir ki, 2019-cü ilin üçüncü kvartalına görə, Dardanel boğazından 32 min 414 gəmi keçib ki, onlardan da 10 min 98-i yük gəmilərinin payına düşür. Eynilə Bosfor boğazından da bu sayda gəmilərin keçdiyi bildirilir. Xatıraladaq ki, kanalın uzunluğu 45 kilometr, eni isə 600 metr olacaq. Dərinliyi 25 metr olacaq kanalın buraxma gücü sutka ərzində 150-160 gəmi həcmindədir. Bu layihə, həmçinin, Bosfor boğazında yaranan sıxlığı da aradan qaldıracaq. Qara dənizlə Mərmərə dənizini birləşdirəcək layihə həm də İstanbulun Avropa hissəsini tam ayırmaqla bir adaya çevirəcək. Yeni kanalın sahilində yeni yaşayış komplekslərinin tikintisi planlaşdırılır. Hətta yeni limanın da tikintisi gözlənir. Kanalın tikintisi 5 il çəkəcək, minimal istismar müddəti isə 100 il olacaq.

Qeyd edək ki, bu layihə Türkiyənin tarixində ən böyük proje sayılır. Bununla Türkiyə həddən-ziyadə yüklənmiş Bosfor boğazına alternativ olaraq, Qara dənizi və Mərmərə dənizini süni su yolu ilə birləşdirmək niyyətindədir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan vəd edib ki, bu əsrin ən iri layihələrindən biri olacaq İstanbul kanalı Panama və Süveyş kanallarını kölgədə qoyacaq.

İstanbulun Avropa hissəsindən çəkiləcək kanal boyunca avtomobillərin hərəkəti üçün körpülər, kanalın sahilində yaşayış binaları, işgüzar zonalar salınacaq, habelə İstanbul üçün sayca üçüncü olan yeni hava limanı inşa ediləcək.

Türkiyədəki son seçkilərdən sonra start götürən bu layihənin eyni zamanda ekoloji fəlakətin qarşısını alacağı da bildirilir. Hazırda bu dar boğazla ildə 140 milyon tonadək neft daşınır.

Bu yaxınlarda İstanbulun hər iki tərəfində 2 yeni qəsəbənin tikintisi planı açıqlanıb. Bundan əlavə, yayda Bosfor körfəzi üzərindən üçüncü körpünün inşası üçün tender keçiriləcək. Yeri gəlmişkən, Türkiyə-Yaponiya konsorsiumu boğazın dibi ilə dəmir yol tunelinin inşasına başlayıb.

Qeyd edək ki, hazırda Bosfor boğazı qələbəliyinə görə dünyada dördüncü su magistralı sayılır. Lakin sahili girintili-çıxıntılı, axını aldadıcı olduğu üçün, burada düzgün istiqamət götürmək çətindir. Türkiyə çoxdan xəbərdarlıq edir ki, neftdaşıyan tankerlərin ölçülərinin artması ilə əlaqədar dəniz daşımalarının artması gec partlayan bombadır. Odur ki, bu ölkə neft kəmərlərinin öz ərazisindən çəkilməsinə üstünlük verir.

Sahillərində dəbdəbəli villalar, restoranlar ucaldılmış, turistlər üçün cəlbedici yerlərlə zəngin Bosfor boğazında 1979 və 1994-cü illərdə tankerlərin qəzaya uğraması nəticəsində müvafiq olaraq 41 və 28 adam həlak olub. Bütün bu faktlar sübut edir ki, yeni kanalın tikintisi həm də böyük zərurətdən irəli gəlib. Bu meqalayihənin Türkiyənin iqtisadiyyatına, ekologiyasına, turizm potensialına, hətta təhlükəsizliyinə də böyük faydası olacaq.

Rusiya-Azərbaycan: mədəni əlaqələr üçün əlverişli zəmin var

0
Nataliya Krasovskaya

Qarşılıqlı mədəni əlaqələr ölkələrin münasibətlərində iqtisadi və siyasi əməkdaşlıqla müqayisədə heç də az rol oynamır. Buna görə də Rusiya və Azərbaycanın humanitar əlaqələri üçün ümumi sivil məkanın genişlənməsi və dərinləşməsi xüsusilə səciyyəvidir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-ın müxbiri ilə söhbətində başa çatmaqda olan ilə mədəni baxımdan yekun vurur.

-Nataliya Rudolfovna, Rusiya-Azərbaycan mədəni əlaqələri sahəsində hansı hadisə şəxsən sizin üçün xüsusilə əhəmiyyətli olub?

-Bu ilin əvvəlində Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və bizim Rusiya-Azərbaycan Dostluq Mərkəzinin təşəbbüsü ilə Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsası kimi” mövzusunda dəyirmi masa keçirilib. Rusiya və Azərbaycan mədəniyyətlərinin Moskvada toplaşmış ən yaxşı nümayəndələri qarşılıqlı humanitar əlaqələr üçün vahid normativ-hüquqi baza yaradılmasının zəruriliyindən, mədəniyyət sahəsində dövlətlərarası strategiyanın vacibliyindən, müştərək layihələrə ehtiyac olmasından danışdılar. Çünki zaman özü mədəniyyətlərarası dialoqa yeni yanaşmalar tələb edir. Mahiyyət etibarilə bu müzakirə il ərzində ən müxtəlif səviyyələrdə çoxsaylı Rusiya-Azərbaycan tədbirləri “mövsümü”nün açılışı oldu. Bütövlükdə builki hadisələrdən danışmalı olsaq, heç şübhəsiz, əsas tədbirlərdən biri Azərbaycanda Rusiya Mədəniyyəti Günləri oldu. Yeri gəlmişkən, 2020-ci ildə Rusiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Yaradıcılıq nailiyyətlərinin bu cür mübadiləsi, sözsüz ki, hər iki tərəfi zənginləşdirir.

-Sizin mərkəz müxtəlif konsert və sərgilərin keçirilməsinə, eləcə də həmin tədbirlərin KİV-lərdə işıqlandırılmasına xeyli vaxt və qüvvə sərf edir. Lakin bu ilin ən əlamətdar trendlərindən biri milli mədəniyyətlər festivalları olub. Sizin fikrinizcə, bu festivalların populyarlığının artması nə ilə bağlıdır?

-Xalq diplomatiyasının bir vəzifəsi də müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma və etimad mühiti yaratmaqdan ibarətdir. Bunun üçün ən yaxşı vasitə isə başqa mədəniyyətin müxtəlif forma və üslubları ilə təmasda olmaqdır. Məsələn, sentyabr ayında keçirilmiş “Nar” Azərbaycan mədəniyyəti festivalına gələn hər kəs bu meyvə ilə bağlı xalq rəvayətləri və ənənələrlə tanış olmaq, üstəlik, nardan istifadə edilməklə yemək hazırlamaq imkanı əldə etmişdi. Başqa bir məkanda azərbaycanlı sənətkarlar mis əşyalar və dulusçuluq məmulatları yaradırlar. Milli mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim edilir. Beləliklə, festivalın iştirakçısı bütün duyğu orqanlarını işə salaraq həm özü üçün çoxlu yeniliklər öyrənir, həm də başqa mədəniyyətdə iştirak etmiş olur, bu isə çox vacibdir. Ona görə festivallar formatı çox maraqlı və cəlbedicidir.

-Bu yaxınlarda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidənqurma işlərindən sonra açılmış “Azərbaycan” Milli pavilyonu bu ölkənin mədəniyyətini öyrənməyə nə dərəcədə imkan verəcək?

-Yenilənmiş pavilyonu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva açdı. Bu fakt respublika rəhbərliyi tərəfindən həmin obyektə verilən əhəmiyyətə dəlalət edir. Orada bütün bərpa işləri Heydər Əliyev Fondunun rəhbərliyi ilə həyata keçirilib. Pavilyonda daimi fəaliyyətdə olan sərgi meydançası, muzey ekspozisiyası, qiraət zalı və çayxana-kafesi olan kitabxana var. Pavilyona gələn hər kəs eyni bir məkanda Azərbaycanın tarixi, onun mədəniyyəti və hətta mətbəxi ilə də tanış ola bilər. Bundan əlavə, Azərbaycandan olan ustaların zəhmət çəkib yaratdığı naxışlar və heykəllər milli pavilyona autentiklik verir. Əslində bu pavilyon özü Azərbaycan mədəniyyətinin Rusiya torpağına köçürülmüş bir abidəsidir.

– Rusiyaya birinci səfəri zamanı Mehriban Əliyeva dövlətin birinci şəxsləri ilə görüşüb və mühüm müzakirə mövzularından biri gənclər forumları olub. Sizin fikrinizcə, bu cür tədbirlər mədəni mübadiləyə nə verir?

-Bizim mehriban qonşuluq münasibətlərində mövcud olan yaxşı cəhətləri qoruyub saxlamaq və çoxaltmaq üçün varislik təmin edilməlidir. Yeni gənc nəsillər yaşlı həyata qədəm qoyurlar və ölkələrimizin ümumi gələcəyi həmin nəsillər arasında dostluğun nə dərəcədə möhkəm olacağından asılıdır. Yaxın vaxtlara qədər Rusiya və Azərbaycan Gənclər forumu birdəfəlik tədbir kimi keçirilirdi, lakin indi onlar müntəzəm keçiriləcək. Forumlar çərçivəsində gənclər yeni dostlar, tanışlar qazanır, işləri uğurla gedən şəxslərin təcrübəsini öyrənir, özlərinin sosial və innovasiya layihələrini təqdim edirlər. Ortaq tarixi yaddaşın, multikulturalizmin və təhsilin qorunub saxlanması mövzusunda diskussiyalar xüsusi maraq doğurur. Bu cür şəxsiyyətlərarası ünsiyyət sayəsində möhkəm humanitar əlaqələr yaranır.

-Turistlər mübadiləsi qarşılıqlı mədəni əlaqələrin mühüm amilidir. Bu gün turizm sahəsində yaranmış vəziyyəti Siz necə qiymətləndirərdiniz?

-Rusiya və Azərbaycan arasında qarşılıqlı turist axını ilbəil artır. Bu, ölkələrimizin bir-birinə marağının artmasına dəlalət edir. Məsələn, keçən il Rusiyadan Azərbaycana 880 min turist səfər edib, bu isə müvafiq göstəricinin 1 milyondan yuxarı olacağı gözlənilir. Turistləri Rusiyaya gələn ölkələr arasında Azərbaycandan olan turistlər dördüncü yeri tuturlar. Cari ilin 9 ayı ərzində bizə 700 min azərbaycanlı səyahətçi gəlib. Bizim həmvətənlərimiz üçün Azərbaycana səfər bu ölkənin görməli yerləri ilə daha yaxından tanış olmaq, milli mətbəx nümunələrinin dadına baxmaq, Azərbaycanda tez-tez keçirilən dünyamiqyaslı tədbirlərdə iştirak etmək imkanı deməkdir. Şəxsi təhlükəsizlik hissi və azərbaycanlılarla ünsiyyətdə dil maneəsinin olmaması da böyük əhəmiyyət kəsb edir. Bu amillər həm milli mədəniyyətin öyrənilməsinə, həm də möhkəm dostluq münasibətlərinin inkişafına kömək edir.

-Məlumdur ki, Azərbaycanda rus dilinə xüsusi münasibət formalaşıb. Siz bu faktı humanitar mübadilə baxımından necə şərh edərdiniz?

-Rus dili xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bir növ açar olub. Bu üstünlükdən istifadə etmək lazımdır, çünki “humanitar” sözü ilk növbədə məhz şəxsiyyətlərarası ünsiyyət deməkdir. Azərbaycandakı rusdilli məktəblərin sayı barədə çoxlu statistik məlumatlar söyləmək, yaxud Rusiya ali məktəblərinin Azərbaycanda fəaliyyət göstərən filialları, Bakıda keçirilən beynəlxalq humanitar forum, azərbaycanlılar üçün səciyyəvi olan çoxəsrlik multikultiralizm ənənələri barədə çox danışmaq olar, lakin ən vacibi budur ki, xalqlarımız sıx mənəvi birlik hiss edirlər. Bu, humanitar sahədə ölkələrimizin əsas nailiyyətidir. Onu durmadan təkmilləşdirmək lazımdır, çünki hər hansı iqtisadi və siyasi niyyətlər yalnız sevgi ilə, xoş niyyətlə, xalq diplomatiyasının ən yaxşı ənənələri əsasında səmərə verə bilər.

Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib

0
turizm

Dekabrın 19-da Şamaxıda İqtisadiyyat Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı Şərab İxtisaslaşması Strategiyasının maliyyələşdirilməsi və həyata keçirilməsi imkanları və potensial layihə ideyaları haqqında fəal müzakirəni təşviq etməkdir. Bu məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə 1-ci Regional İxtisaslaşma Konfransı keçirilib. Konfransda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, 10 rayonun icra hakimiyyətinin, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatların nümayəndələri, KOB agentliyi, sahibkarlar və fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda İqtisadiyyat Nazirliyinin Şamaxı Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığı çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa töhfə verməklə regionların və kənd yerlərinin inkişafına yönələn layihənin həyata keçirilməsi barədə danışılıb. Layihənin əsas məqsədi rəqabət qabiliyyətini artırmaqdır. İş yerləri açmaq və inklüzivliyi genişləndirmək üçün regional, sosial və iqtisadi fərqləri aradan qaldırmaqla, yerli və regional inkişafa dəstək verməkdir. Layihə çərçivəsində rayon icra hakimiyyəti “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” texniki yardım layihəsinin yerli və xarici ekspertlərlə birlikdə Şamaxı rayonu üçün şərab ixtisaslaşması üzrə inkişaf strategiyasını işləyib hazırlayıb.

Konfransda regionun inkişafını dəstəkləyən və regionlar arasında fərqi azaldacaq tədbir və layihələr müzakirə olunub. Habelə kənd təsərrüfatı sahəsində sahibkarların bilik və bacarıqlarının artırılacaq. Eləcə də Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru üçün marketinq və turizm məhsullarının inkişafı üzrə işlər aparılıb. Səyahət yerlərinin menecmenti imkanları istiqamətində dövlət qurumları və donor təşkilatlarla müzakirələr aparılıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxıda üzümçülüyün və şərabçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib. Rayonun sosial-iqtisadi inkişafında bu sektorun rolunun önəmini vurğulayıb.

İqtisadiyyat nazirinin müavinin Sahib Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində regionlarda sahibkarlığın və infrastruktur təminatının inkişafı artıb. Üzüm və şərab məhsullarının ixracına dövlət dəstəyi barədə iştirakçıları məlumatlandırıb. Nazir müavini, habelə çıxışında Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” layihəsinin zəruriliyini və regional inkişaf yanaşmasında Avropa İttifaqı ölkələri təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edib.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək, ölkədə üzümçülük və şərabçılığa dövlət dəstəyi və bu sahədə görüləcək işlərlə bağlı məlumat verib. Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə əlaqədar verdiyi sərəncamlardan, bu sərəncamların kənd təsərrüfatının dinamik inkişafındakı əhəmiyyətindən danışıb. E.Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşma strategiyası barədə də iştirakçıları məlumatlandırıb. Bu ixtisaslaşma sayəsində Şamaxı rayonunda əhalinin məşğulluq səviyyəsi və fermerlərin gəlirləri artacaq. Həmçinin şərab və üzüm məhsullarının ixracı artacaq, aqrar turizmin inkişafı üçün əlavə imkanlar yaranacaq. Nazir müavini, eyni zamanda, kooperativləşmənin və birgə fəaliyyətin fermerlərə verə biləcəyi töhfələr haqqında da ətraflı danışıb.

Konfransda Avropa İttifaqı Bakı ofisinin nümayəndəsi xanım Simona Gatti layihənin əhəmiyyətindən söz açıb. Davamlı regional inkişaf üçün əhatəli planlaşmanın vacibliyini vurğulayıb.

Tədbirdə rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən layihə çərçivəsində hazırlanan strategiya və investisiya layihələri təqdim edilib. Habelə layihə heyəti, regional ixtisaslaşma strategiyası yanaşması və metodologiyası təqdim olunub.

Regional konfransda ölkədə fəaliyyət göstərən donor təşkilatların nümayəndələri çıxış edib. Şamaxıda ixtisaslaşma strategiyasının icrasına verə biləcəkləri töhfələr haqda məlumat veriblər.

Almaniya vizası

0
Almaniya vizası
Almaniya vizası

Almaniya Vizası

Almaniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Almaniya vizası almaq vacibdir.
Vizanın 2 növü var:

  • Qısamüddətli (90 günə qədər, turizm və ya işgüzar səfər)
  • Uzunmüddətli (90 gündən artıq, təhsil, işləmək və ya ailə birləşməsi üçün)

GO Travel Almaniyaya viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin siz Almaniya səfirliyi üçün ərizə formasını postun sonunda səhifəmizdən yükləyə bilərsiniz.

Viza ödənişləri

Viza rüsumu – 35 AVRO
0-12 yaş aralığında olan uşaqlar  və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Şəklin çəkilmə qaydası

  • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
  • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
  • Parlaq olmayan bir fonda çəkilməlidir.
  • Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
  • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.

Əməliyyat müddəti

Almaniya vizası üçün etdiyiniz müraciətin cavabı sizə 3 – 14 iş günü müddətində verilir.

Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. Turpaket alan müştərilərimiz üçün viza dəstəyi pulsuzdur.

Almaniya vizası üçün ərizə forması

YÜKLƏ (AZ)

DOWNLOAD (EN)

Ətraflı məlumat

: +994 12 564 60 30
: +994 70 664 60 30
: İnstagram: @gotravel.az
: Fətəli Xan Xoyski 85, Bakı
info@gotravel.az
www.gotravel.az

Açar sözlər: almaniya vizası, almaniya viza dəstəyi, almaniyaya viza almaq, almaniya səfirliyi, almaniya vizası üçün ərizə forması

Azərbaycanın turizm imkanları: Əldə olunan nəticələr və gələcək perspektivlər

0
turizm

Dünyanın sosial-iqtisadi resursları sırasında yer alan turizm sənayesi, çağdaş dövrün ən dinamik və populyar sahələrindəndir. Beynəlxalq təhlillər göstərir ki, bu sahənin yerləşmə arealı və istifadə imkanları hər zaman əsas götürülür. Turizmdən böyük gəlirlər əldə edən Amerika Birləşmiş Ştatları, Fransa, İspaniya, Türkiyə, İtaliya, digər Avropa və Şimali Amerika ölkələrində bu sənayenin rolu iqtisadi dövriyyə və marketinqdə xüsusi çəkiyə malik olmağı ilə şərtlənir. Ölkələrin istehsal potensialı, gəlirlilik səviyyəsi və məşğulluğunun artırılmasında turizm sektorunun əhəmiyyətli təsiri var. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artacaq. 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti çoxdur. Bütün bunları nəzərə alaraq, turizm sahəsinin dünyanın bir çox ölkələrinin sosial-iqtisadi inkişafının əsas təkanverici qüvvəsi hesab olduğu qənaəti təkzibolunmazdır.

Azərbaycan dünyanın turizm mərkəzlərindən biri kimi…

Bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf yolu seçən ölkəmiz, müstəqillikdən sonra beynəlxalq münasibətlərə inteqrasiya etməklə dünyanın ən aparıcı və inkişaf etmiş ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməyə başlayıb. Bu əlaqələrin inkişaf etdirilməsi fonunda əməkdaşlıq turizm sahəsindən də yan keçməyib. Bu sahədə atılmış ilk addım -1999-cu ildə “Turizm haqqında qanun” və 2002-ci ildə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizminin inkişafı Proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafı üçün zəmin yaradıb. Azərbaycanın turizm sahəsinin inkişaf etdirilməsi, gələcəkdə turist axınının sürətləndirilməsini təmin etmək üçün sonralar bir çox işlər görülüb. Ölkəmiz 2001-ci ildən etibarən Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv qəbul edilib. Bu tarixi hadisədən sonra turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb. Sonrakı mərhələdə çoxsaylı addımlar atılacağı düşünülüb.

Son illər bu sahənin inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Ölkəmizdə turizmin müxtəlif növlərinin formalaşmasına, bu sahədə çalışan kadrların maarifləndirilməsinə dəstək olan “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və 2011-ci ilin “Turizm ili” elan edilməsi, əlbəttə, bu sahənin inkişafında mühüm nəticələr əldə olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Eyni zamanda, 2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, habelə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar. Səmərəli islahatların tərkib hissəsi sayılan Dövlət Turizm Agentliyinin yaradılmasından sonra turizm sənayesinin tərəqqi etməsi, daxili turizm potensialının dünya bazarına çıxarılması, eləcə də maddi-mədəni abidələrimizin turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülməyə başlanılıb.

Bizi dünyaya tanıdan şüar – “Take another look”

Dövlət Turizm Agentliyinin “Bir daha bax” (Take another look) şüarı ilə tanınan Azərbaycanın yeni turizm brendinin ötən ilin noyabrında Londonda “Dünya səyahət bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilməsini böyük uğurların başlanğıcı hesab etmək olar. Bir çox ölkələrdə təqdimatı keçirilən bu brend ölkəmizin qonağı olacaq hər bir xarici vətəndaşa Azərbaycanı daha yaxından tanıtmaq üçün yeni fürsətlər yaradır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gələn brend bütövlükdə xalqımıza məxsus ən ali dəyərləri özündə birləşdirir. Bu gün Dövlət Turizm Agentliyinin nümayəndə heyəti çoxsaylı beynəlxalq görüşlər və danışıqlar vasitəsilə ölkənin turizm potensialının tanıdılması və ölkəyə çoxlu turistin cəlb olunması üçün önəmli görüşlər keçirir. Bu məqsədlə, turizm imkanlarımızın təbliğatı genişləndirilir. Turizm biznesinin gələcək perspektivləri müzakirə olunur. Qarışlıqlı əməkdaşlıq haqqında təcrübə mübadiləsi həyata keçirilir, eyni zamanda, hüquqi sənədlər imzalanır. Hazırda gündəmdə olan turizm haqqında yeni qanun və turizm polisinin yaradılması istiqamətində ciddi iş aparılır. Yaxın aylarda bu sahədə müvafiq irəliləyişlərin şahidi ola biləcəyik.

Ölkəmiz üç milyonuncu qonağını qarşıladı

Dövlət Turizm Agentliyinin turizm strategiyasına uyğun olaraq, Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Gürcüstan, Sinqapur, Latviya, Cənubi Koreya, Almaniya, Hindistan, Vyetnam, Mərkəzi Asiya və Yaxın Şərq Ölkələri ilə turizm sahəsində ikitərəfli əməkdaşlıq üçün qarışlıqlı səfərlər təşkil olunur. Müvafiq danışıqlar aparılır. Ölkəmizin turizm potensialının sürətli təbliği və ondan istifadə imkanlarının təşviq olunması üçün artıq 6 xarici ölkədə turizm nümayəndəliyi fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında ilbəil artım müşahidə edirik. Misal olaraq qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6 faiz artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2 faiz, 46.7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib. Ölkəmizə gələnlərin sayına görə Rusiya (69 min) və Gürcüstan (68 min) ən yüksək göstəricilərə malikdir. Gələnlərin yarıdan çoxunu, yəni 56.7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə, ən yüksək artım tempi müvafiq olaraq 33.5 faiz, 40.1 faiz və 35.5 faizlə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur. Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib. Noyabr ayında Azərbaycanı səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3 faiz artaraq 241 minə çatıb. Sevindirici haldır ki, biz bu ay artıq üç milyonuncu ziyarətçini də qarşılamışıq.

Azərbaycan turistlər üçün risklərin minimum olduğu ölkələr sırasında…

Əlbəttə, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzləri – otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bu gün Dövlət Turizm Agentliyinin gördüyü işlər, Azərbaycan Turizm Bürosu, Qoruqları İdarəetmə Mərkəzi, Turizm informasiya mərkəzləri, Destinasiya Menecmenti təşkilatlarının Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının koordinasiyalı şəkildə fəaliyyəti ölkəmizin turizm imkanlarından səmərəli şəkildə istifadə edilir. Dəstək göstərilməsi ümumi işin xeyrinə atılan ən uğurlu addımlardır. Ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, flora və faunasının zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlərə yol açan amillərdəndir. Odur ki, turizm sahəsində mövcud olan geniş imkanlar bir çox beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq etməyimizi zəruri sayır. Dövlət Turizm Agentliyinin hazırda bir neçə beynəlxalq təşkilat – Ümumdünya Turizm Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatla əməkdaşlıq etməsi turizm imkanlarımızın genişlənməsi və səmərəliliyin artırılmasına təsir göstərən faktorlardandır. Həmçinin agentliyin media qurumları ilə yaratdığı sıx və operativ əlaqələr də turizm imkanlarımızın təbliği və inkişafına müəyyən töhfələr verir. Sevindirici haldır ki, “International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuşdur. Xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb.

Ümumi nəticədən çıxış edib bu qənaətə gəlirik ki, əməkdaşlıq əlaqələri dinamik sürətdə artırılır. Təcrübə mübadiləsinə üstünlük verilir. Turist məmnunluğu təmin edilir. Ölkəmizin turizm strategiyası daha da təkmilləşdirilir, ölkəyə gələn turistin təhlükəsizliyinə diqqət göstərilir. Habelə vətəndaş cəmiyyətinin yardımından faydalanmaqla qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

Ancaq buna baxmayaraq, ölkəmizin turizm potensialı və ondan istifadə imkanının səs-sorağı daha böyük coğrafiyaya yayılmalıdır. Müsbət dinamika daha da güclənməlidir. Çünki ölkəmizin mövcud imkanları daha böyük inkişaf üçün zəmin yaradır.