Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə bu ölkənin məşhur otelləri ilə əməkdaşlığın inkişafı və şəhər turizminin tanıdılmasına dair işçi görüş keçirilib. Tədbirdə iki ölkənin otellərinin təmsilçiləri iştirak ediblər.
Səfirliyin müşaviri İrfan Cifçi
Azvision.az -a bildirib ki, görüş Türkiyə Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutub.
Onun sözlərinə görə, Bakıya Türkiyədən 100-ə yaxın tanınmış otelin nümayəndələri gəlib: “Məqsədimiz otelləri Azərbaycanın turizm agentliklərinə tanıtmaqdır. Onların bir-birilərini daha yaxşı tanıması turizm əlaqələrinin inkişafına təkan verəcək”.
İ.Ciftci əlavə edib ki, tətil turlarında Antaliya, Alaniya və digər məşhur tətil istiqamətləri təqdim olunmur. Əsasən İstanbul, Kayseri, İzmir və digər bölgələrdəki otellərin nümayəndələri görüşdə təmsil olunublar. Bu, daha çox şəhər turizminin inkişafına yönəlib.
Müşavir qeyd edib ki, turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı səylər göstərilir: “İl ərzində Azərbaycandan Türkiyəyə 2 milyona yaxın turist gəlirsə, biz istəyirik ki, daha çox olsun. Əvvəl Türkiyəyə gedənlərin sayı daha az idi, son 2-3 il ərzində 60-70 faiz artım olub. Ümid edirik ki, gələn il bu sahədə artıma nail olunacaq”.
Kataloniya hakimiyyəti turist vergi dərəcəsini 2020-ci ildən artırmağı planlaşdırır.
Trend-in məlumatına görə, Barselonada dörd ulduzlu oteldə gecələdikdə ödəniş 1,10 avrodan1,70 avroya, beşulduzlu otellərin qonaqları üçün isə 2,25-dən 3,5 avroya qədər artacaq.
Kataloniyanın paytaxtında 12 saatdan az qalan kruiz sərnişinləri üçün vergi dərəcəsi 2,25 avrodan 3 avroya qədər, şəhərdə daha çox vaxt keçirənlər üçün isə 0,65 avrodan 1 avroya qədər artacaq.
Bölgənin digər şəhərlərində dörd ulduzlu oteldə gecələmək, indi olduğu kimi, 0.9 avroya deyil, 1,2 avroya başa gələcək. Beş ulduzlu oteldə bir gecənin qiyməti də dəyişəcək: 2.25 avro əvəzinə vergi 3 avro olacaq.
Şəhər rəhbərliyinin bildirdiyinə görə, Barselonada qeydiyyatlı yerləşmə məntəqələrində gecələyənlərin sayı ildə 30 milyona, kruiz sərnişinlərinin sayı isə 2,2 milyona çatır. Bu şəraitdə Kataloniya paytaxtına şəhər infrastrukturunu qorumaq üçün daha çox vəsait lazımdır. Turistik vergilər bölgənin xəzinəsinə 21 milyon avro gətirəcəyi gözlənilir.
??? ?Yeni il sonrasi ILK ENDIRIMLI TBILISI TURU????
✔1 Gunluk qonşu ölkenin paytaxt şeherini gezmek şansi (geceleme yoxdur)
‼Qiymet cemi : 35 AZN‼
☑Çıxış tarixi- 1 Yanvar (saat 22:00)
☑Dönüş tarixi – 3 Yanvar (10-12:00)
☑Qiymətə Daxildir☑ ☑VİP Nəqliyyat vasitəsi?? ☑Tur rəhbəri ☑Professional foto çəkiliş ?? ( Yeni ille elaqader olaraq shardeni kucesinde mohtesem sekiller cekdirme shansi? ) Ekskursiyalar: ☑ Şəhər gəzintisi ? (Qədim şəhəri yaxından tanımaq fürsəti) ☑ Sevgililər Körpüsü ? ( Körpüyə sevgilisi olmayanda çıxa bilər ) ☑Kanat ? ( 5 lari) ☑ Qədim Tbilisi Şəlaləsi ? ☑ Tbilisi Mall ? ( Xanımların sevimli məkanı, Shopping üçün qaçınılmaz fürsət ??? ) ☑Shardeni street ☑Narikala ✔Qeyd: ? ( Nəzarət Məntəqəsində (Tamojni) Gecikmə olarsa Müddət nə qədər olur olsun Turizim şirkəti cavabdeh deyil ? Ekskursiya zamanı ödənişli məkanlara giriş tur paketə daxil deyil. ? 4 yaşa qədər əlavə yer tutmayan balaca qonaqlarımız ? üçün Tur paket ödənişsizdir. ? Tur boyu spirtli içkilərdən istifadə etmək qəti qadağandır! ??? (Əks halda istifadə edən şəxs məkandan asılı olmayaraq turdan kənarlaşdırılacaq) ? Tur boyu çəkilən şəkillər 3 gün ərzində link vasitəsilə sizə göndəriləcək ? Toplaşma yeri: Gənclik Mall qarşısı, 1 Yanvar saat 21:30. ? 22:00 da nəqliyyat vasitəsi yola düşəcək. Bakıya çatma vaxtı: 3 Yanvar saat 10:00 – 12:00 bu saatlar arasında çatır (gecikmə olsa bu halda nəqliyyat gecikir) Ətraflı məlumat və suallarınız üçün : 070-264-60-30
Azərbaycanda aqrar turizmə daha çox Asiya və Avropa ölkələrindən gələn turistlər müraciət edir.
Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, avropalıları uzun illər əvvəl də Azərbaycanın regionlarında görmək mümkün idi:
“Statistika onu göstərir ki, bu günəcən bizim səfərlərin heç birində ərəb turistlər olmayıb. Mühaşidələrimizə görə, ərəb turistlər Azərbaycanın şimal bölgələrində hotel şəraitində qalmağa daha çox üstünük verirlər. Avropalılar isə, hətta 15 il öncəyə də nəzər salsaq görərik ki, turizmin inkişafda olmayan vaxtında Lahıcda istirahətə gedirdilər. Ümumiyyətlə avropalılar və asiyalılar təbii istrahəti daha çox sevirlər. Ona görə də Azərbaycanda aqroturizmə həmin şəxslər daha çox müraciət edirlər”.
L.Məmmədova qeyd edib ki, son vaxtlar aqrar turizmə hindistanlılar da müraciət etməyə başlayıblar:
“Düzdür onların sayı çox olmasa da, ümid edirik ki, gələcəkdə bu say kifayət qədər artacaq”.
Fəslindən, zamanından aslı olmayaraq heç birimiz istirahətə, tətilə yox demərik. Bizə mane olan səbəblərsə ya qiymətlər, ya xidmət səviyyəsi olur. Bəs Azərbaycanda kənd təsərrüfatı turizmi hansı səviyyədədir?
Turistləri ölkəyə cəlb etməklə iş bitmir. Gələn turistləri ölkəyə yenidən qaytarmaq üçün çalışmaq lazımdır. Bəs buna nə dərəcədə nail ola bilirik? “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Baku Tv-yə müsahibəsində bu barədə danışıb:
“Azərbaycanın regionlarındakı restoranlarda təklif olunan yemək bahadır. Bəzən müştərilərə elə qiymətlər deyirlər ki, o məbləğə paytaxtda yaxşı bir məkanda qidalanmaq olar. Ölkədə qısamüddətli deyil, uzunmüddətli turizm yaratmaq lazımdır. Biz hər zaman bizimlə çalışanlara düzgün qiymət təyin etməyi məsləhət görürük. Əgər qiymətləri düzgün hesablamasalar, rəqiblərinin qiymətlərini, Bakı, Sumqayıt kimi böyük şəhərlərdəki qiymətlərlə tənzimləməsələr, kənd təsərrüfatı turizmi turistlər üçün az maraqlı olacaq”.
Ölkəyə daha çox turist cələb etmək, eyni zamanda onların məmnun geri qayıtmasında əsas yük turizm şirkətlərinin üzərinə düşür. Ancaq bəzi hallarda turizm şirkətləri digəri şirkəti üstələmək üçün qeyri-sağlam rəqabət aparmağa çalışır.
Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyir:
“Bəzi hallarda bir turizm şirkəti digərini üstələmək üçün qarşı tərəfi aşağı salmağa çalışır. Bu, yolverilməzdir və bu gedişlə inkişaf əldə etmək olmaz. Bazarda rəqabətə davamlı turizm şirkətləri yaranması üçün bir birimizə dəstək olmalıyıq. Agentlik turizm məhsulları yaratmaqda bəzi hallarda çətinliklərlə üzləşir”.
Ölkəyə gələn turistlərə hər bölgənin özünəməxsus ənənələrindən, təamlarından ibarət festivallar təşkil etmək olar. Bu yolla gələn turistlərə həm münasib qiymətə restoranlarda milli yeməklər təklif olunar, həm də turistlər ənənərimizlə, tariximizlə tanış olar.
Ekspert Rəhman Quliyev məsələyə belə yanaşır:
“Bölgələrdə bu tip festivalların sayı artarsa, o zaman buradan həm də sahibkarlar qazanar. Çünki festivalda nümayiş etdirmək üçün gətirdiyi məhsul turistə sataraq həm də pul qazanmış olacaq. Bununla da ölkəyə həm turist gələcək, həm də regionlarda insanların sosial rifahına müsbət təsir edəcək.
Azərbaycanda Nar, Sitrus, Xurma festivalları artıq bir neçə ildir keçirilir. Belə mədəni tədbirlərin sayı nə qədər çox olsa, aqroturizmin inkişafına xidmət etmiş olar.
“Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşıdır və birgə həyata keçirilən layihələrlə ölkələr arasındakı əlaqələr daha da dərinləşir.”
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
Səfir bildirib ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan iqtisadi və biznes forum ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcək: “Azərbaycan Gürcüstan üçün həm siyasi, həm də iqtisadi sahədə əsas tərəfdaş ölkədir. Ölkələr arasında iqtisadi əlaqələr birgə həyata keçirilən layihələrlə daha da dərinləşdirilir. Bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan və Gürcüstan rəsmiləri arasında bir sıra ali səviyyəli görüşlər baş tutub. Bunlar arasında Gürcüstan Baş naziri ilə, ölkə prezidentinin səfərləri, eləcə də nazirlər səviyyəsində keçirilən bir sıra görüşlər var. Təbii ki, 2020-ci ildə də görüşlər planlaşdırılır. Qeyd etmək istəyirəm ki, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan arasında iqtisadi və biznes forumu keçiriləcək”.
Diplomat qeyd edib ki, turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 2020-ci ildə Azərbaycan və Gürcüstanı əhatə edən vahid turpaketlər hazırlanıb turistlərə təqdim ediləcək: “Bilirsiniz ki, Azərbaycan Gürcüstana ən çox turist göndərən ölkədir. 2019-cu ilin ilk 9 ayı ərzində Gürcüstana Azərbaycandan 1 milyondan çox qonaq gəlib. 2020-ci ildə tərəflər üçüncü ölkələrdən olan turistlər üçün vahid turizm paketlərinin hazırlanmasını planlaşdırılır. Bu paketlərlə turistlər hər iki ölkənin ərazisində yerləşən istirahət zonalarını asanlıqla gəzə biləcək. Bundan başqa Azərbaycan tərəfi ilə Bakı-Tbilisi-Batum istiqamətində həyata keçirilən uçuşlarla bağlı danışıqlar aparılır”.
Bu ilin 11 ayı ərzində Azərbaycana 3 milyondan çox əcnəbi vətəndaş gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 18-də Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.
Xidmət rəisinin müavini qeyd edib ki, Azərbaycanda miqrantların sayı artır. Bu, ölkəmizin iqtisadiyyatının inkişafı, eləcə də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bütün bunlar Azərbaycanı əcnəbilər üçün cəlbedici ölkəyə çevirib. Eyni zamanda, ölkəmizdə əcnəbilərə göstərilən tolerant münasibət, onların hüquqlarının qorunması miqrasiya prosesinin sürətlənməsinə və əcnəbilərin Azərbaycana gəlməsinə təkan verən başlıca amillərdəndir. Bu ilin 11 ayı ərzində 2500-dən artıq miqrantın ölkə ərazisində yaşaması leqallaşdırılıb. Hazırda 110 mindən artıq əcnəbi vətəndaş Azərbaycanda yaşayır və işləyir.
Pərviz Musayev bildirib ki, Azərbaycanda turizmin inkişafı, əcnəbilərin respublikamıza gəlmələrinin daha da sadələşdirilməsi, onların ölkəmizdə yaşamaları və işləmələri üçün münbit şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncam imzalanıb. Ümumiyyətlə, miqrantların ölkəmizdə hüquqların qorunması istiqamətində DMX tərəfindən də müvafiq işlər həyata keçirilib. Qanunvericiliyə dəyişikliklər olunub, Xidmətin istifadəsində olan Vahid Miqrasiya Məlumat Sisteminin təkmilləşdirilməsi işi başa çatdırılıb, müraciətlərin qəbulu elektronlaşdırılıb və DMX tərəfindən cari ildə MİGAZ mobil tətbiqi istifadəyə verilib. Bütün bunlar əcnəbilərin müraciətlərinə operativ cavab verilməsinə, onların problemlərinin həllinə xidmət edir. Bundan başqa, əcnəbilərin hüquqlarının qorunması ilə bağlı DMX-də strategiya hazırlanıb.
Bayram səyahəti də ölkəyə yox, Gürcüstana xeyir verir…
Yeni il bayramı münasibəti ilə bir çox insan istirahət üçün t xarici ölkələrə səyahət edirlər.
Azərbaycanlılar ölkəxarici turlarda ən çox Türkiyə, Rusiya, Gürcüstan, Dubay, nisbətən də Ukrayna kimi ölkələri seçir.
Cebhe.info-nun əməkdaşı bir neçə turizm şirkətlərinə baş çəkib, turpaketlərlə maraqlanıb.
“Comfort Travel Azerbaijan” turizm şirkətinin nümayəndəsi Ceyhun Fərəcov Cebhe.info-ya açıqlamasında vətəndaşların ən çox Tükiyə və Gürcüstana marağı olduğunu deyib:
“Vətəndaşlar ən çox Türkiyə və Gürcüstana səyahət edirlər. Türkiyəyə biletlər çox baha olduğu üçün vətəndaşlar avtobusla Gürcüstana gedib, oradan təyyarə ilə Türkiyəyə səyahət edirlər. 1 adam Azərbaycandan Gürcüstana avtobusla 20 manata gedir. Oradan da Türkiyəyə 350 manata gedib qayıdır. Təsəvvür edin ki, Azərbaycandan birbaşa İstanbula gedib qayıtmaq 600 manata başa gəldiyi halda, Gürcüstandan isə eyni yerə gedib gəlmək 350 manata başa gəlir. Yəni Azərbaycanda təyyarə biletləri çox bahadır. Bu sadaladığım yalnız biletin qiymətidir. Əlavə tur xidmətlərinə isə hotel və gəzinti, səhər yeməyi daxildir ki, ona da ayrıca məbləğ ödənilir. Müştərinin qaldığı hoteldən asılı olaraq bilet pulu və tur xidmətləri də daxil olmaqla İstanbula gedib qayıtmaq minimum 800-900 manata başa gəlir”.
“MIRVARI TRAVEL” turizm şirkətindən Cebhe.info-ya verilən açıqlamada ən çox Türkiyə, Dubay, Rusiya və Ukraynaya üstünlük verildiyi deyilib:
“Ən çox Türkiyə və Dubay turlarına üstünlük verilir. Rusiya və Ukraynaya da gedənlər var. Rusiyaya əsasən müalicə məqsədi ilə gedirlər. Azərbaycandan İstanbula gedib 4 gecə qalıb qayıtmaq üçün turpaket də daxil olmaqla 1 nəfər üçün 420 dollar, 2 nəfər üçün isə 750 dollar təşkil edir. Paketə aviabilet, səyahət sığortası, səhər yeməyi, üçulduzlu hoteldə qalmaq daxildir. Yəni iki nəfər üçün tur ucuz başa gəlir. Dubaya getmək üçün isə viza lazımdır. Viza da daxil olmaqla 1 nəfər üçün səyahət pulu 630 dollar təşkil edir. Burda da turpaket var. Paketə ikiulduzlu hoteldə 4 gecə qalmaq, viza haqqı daxildir. İki nəfərlik eyni qayda ilə səyahət haqqı 1040 dollar təşkil edir”.
Azərbaycan Respublikasının İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov Andorraya səfəri çərçivəsində həmin ölkənin Xarici İşlər naziri Maria Ubaç Font və Turizm naziri Veronika Kanals ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilərək, bu baxımdan siyasi məsləhətləşmələrin baş tutmasının vacibliyi vurğulanıb.
Son zamanlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, irimiqyaslı layihələr, bütün sahələrdə əldə olunan uğurlar barədə həmsöhbətlərinə ətraflı məlumat verən səfir A.Məhərrəmov Azərbaycanın bu gün regionun lider dövlətinə, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsini diqqətə çatdırıb.
Səfir A.Məhərrəmov tərəfindən andorralı nazirlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər yaranıb. Ermənistanın mütəmadi olaraq cəbhə xətti boyunca törətdiyi təxribat əməlləri, ümumiyyətlə Ermənistanın münaqişənin həlli üzrə tutduğu qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilib.
Andorra tərəfi münaqişənin sülh yolu ilə, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib. Bu məsələdə tezliklə ədalətin bərqərar olacağına ümid etdiyini bildirib.
Görüşlərdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və bir sıra beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
Turizm, xüsusilə qış turizmi sahəsində Andorranın təcrübəsini və əldə etdiyi nailiyyətləri nəzərə alıb. Bu sahədə Azərbaycan ilə Andorra arasında mövcud olan əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Andorra tərəfi iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. Andorra şirkətlərinin Azərbaycanla əməkdaşlıqda, həmçinin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğunu deyib.
Andorranın Turizm naziri Veronika Kanals vaxtilə Şahdağ zonasında qış turizminin infrastrukturunun yaradılmasında bilavasitə iştirak edib. Bu baxımdan ölkəmizi yaxından tanıdığını, turizm sahəsinin daha da inkişafı üçün ölkəmizdə münbit şəraitin və böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Andorra tərəfi 2020-ci ildə Knyazlıqda keçiriləcək İbero-Amerika ölkələrinin dövlət və hökumət başçılarının 27-ci zirvə görüşü ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verib, Andorra Hökumətinin tədbirin uğurlu keçməsi üçün ciddi hazırlıq işləri gördüyünü qeyd edib.
Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2021-ci ilədək 500-ə yaxın fermerin aqroturizm sektoruna cəlb olunması nəzərdə tutulur.
“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” mövzusunda Bakıda keçirilən dəyirmi masada çıxış edən “Dövlət Aqrar Ticarət Şirkəti“nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı turizmi çox yenidir və bu sahədə nəinki fermerlərdə, həmçinin əhalidə də anlayış mövcud deyil.
“Sahə üzrə birgə əməkdaşlıq imkanı yaradılacaq ki, bu problemlər aradan qaldırılsın. 2019-cu ildə biz əsasən kiçik qrup fermerlərə işləyirdik. Çalışdıq anlayaq ki, prosesin gedişatı zamanı nələr ortaya çıxa bilər. Bu, bizə növbəti illərdə uyğun strategiyamızda düzəlişlər etməyə imkan yaradıb. Düşünürük ki, “PASHA Holding“in bizə ayırdığı maddi vəsait hesabına 2021-ci ilədək qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik. Onu da qeyd edim ki, 500 heç də az rəqəm deyil və seçim apararkən biz çalışırıq Bakı şəhərinə yaxın regionlar olsun. Çünki təcrübə onu göstərir ki, bu gün Bakı şəhərinin sakinləri və yaxud xarici vətəndaşlar əsasən həftəsonu istirahət üçün regionlara gedirlər”, – deyə L. Məmmədova qeyd edib.