Ev Blog Səhifə 99

Azərbaycanlılar bu ölkəni 25 il sonra “kəşf etməyə” başlayıblar

0
turizm

2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Yeni qaydaya əsasən, hazırda 30 günədək səfər üçün viza tələb olunmur

Qətərin Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah əl-Hinzab ölkəsinin keçdiyi tarixi inkişaf yolundan söz açıb. Onun sözlərinə görə, Qətər qısa müddətdə regionda özünə layiqli yer tutub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək, bildirib ki, Qətər təhsil, mədəniyyət və iqtisadi sahələrdə uğurlar qazanıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikası və Qətər Dövləti arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur.

“Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə söykənən bu münasibətlər sürətlə inkişaf edir. Dövlət başçılarının son illərdə reallaşdırılmış qarşılıqlı səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə xüsusi təkan verib. Bu kontekstdə, 2016-cı ildə dövlət başçılarının qərarı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafı və sosial-iqtisadi həyatın müxtəlif sferalarını əhatə etməsi baxımından müdrik uzaqgörənliklə atılmış addımdır”, – deyə o xatırladıb.

Nazir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıqdan bəhs edərək, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlayıb. Bu gün Qətərdə təxminən 350 azərbaycanlı yaşayır. Hansı ki, ölkəmizin Dohadakı səfirliyinin konsulluq şöbəsində 81 azərbaycanlı qeydiyyatdan keçib. Qətərdə yaşayan həmvətənlərimiz, əsasən neft və qaz, tibb, turizm və digər biznes sahələrində fəaliyyət göstərirlər. Azərbaycanlılar əsasən paytaxt Dohada yaşayırlar.

2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Yeni qaydaya əsasən, hazırda 30 günədək səfər üçün viza tələb olunmur.

Azərbaycan Turizm Bürosu müsabiqə elan edib

0
turizm

Azərbaycan Turizm Bürosu 2020-ci ilin aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbiri çərçivəsində tələbələr və son 2 ilin məzunları arasında suvenir dizaynı müsabiqəsi elan edib.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin formalaşdırılması və nəticədə yeni turizm məhsulunun ərsəyə gətirilməsidir.

Qeyd edək ki, tələbələr tərəfindən dizayn olunacaq suvenirlər “Travel Business Azerbaijan 2020” tədbiri çərçivəsində iştirakçılara hədiyyə ediləcək.

Müsabiqədə 1-ci yeri qazanmış iştirakçı sertifikat, qrafik planşet və Azərbaycan Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə proqramı əldə edəcək. 2-ci və 3-cü yerə layiq görülmüş iştirakçılar isə sertifikat və qrafik planşetlərlə mükafatlandırılacaqlar.

Xatırladaq ki, müsabiqə qalibləri martın 1-də elan olunacaqlar.

Yanvarın 12-dək davam edəcək müsabiqədə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://bit.ly/38eKjgG

Bakı Dəmir Yolu Vağzalında sərgi keçirilir

0
Bakı Dəmir Yolu Vağzalı

Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərginin açılışı olub.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, səhmdar cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Belə ki, 2019-cu il Macarıstanın dəmir yolları üçün əlamətdar tarixdir. 150 il bundan əvvəl məşhur macar mühəndis, elektrik mühəndisliyi üzrə alim, elektrik yükünün dartı qüvvəsi üzrə pioner hesab edilən Kando Kalman Peşt şəhərində dünyaya gəlib. 1894-cü ildə Kando Kalman elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək, “Elektrik qatarın atası” kimi məşhurlaşıb. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərəvə bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır. Çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.

Qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları”nın sədr müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərini vurğulayıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Zaman Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı vağzal və stansiyaların tikintisi və bərpası da daxildir. Qeyd olunub ki, Bakının simvolik binalarından olan Bakı Dəmir Yolu Vağzalı artıq infrastruktur binası olmaqla yanaşı, Bakının mədəni mərkəzlərindən birinə çevrilib. Sərnişinləri, şəhərimizin sakinləri və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.

Macarıstanın Azərbaycandakı Səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli ifrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu dedi. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarının Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdə yerləşın dəmir yolu infostrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.

Sərgidəki fotoların müəllifi Aydın Sadıqov sərginin təşkilatçılarına təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzüylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində çəkildiyini nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.

Sərgi dekabrın 25-nə qədər açıq olacaq.

Turizm şirkətləri ilə birgə işləyərək bu sayı daha da artırmaq istəyirik – Leyla Məmmədova

0
turizm

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” adlı dəyirmi masa keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə kənd turizminin inkişaf istiqamətlərini müzakirə etmək, şəhər əhalisi və xarici turistlər üçün alternativ səyahət imkanı yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsində pay sahibi olmaq və “Şəhərdən Kəndə” layihəsinin ölkə üzrə əhatə dairəsini genişləndirməkdir.

Tədbiri giriş sözü ilə açan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova “Şəhərdən Kəndə” layihəsi barədə məlumat verib. O, layihə çərçivəsində artıq bir neçə turizm şirkəti ilə əməkdaşlıq edildiyini bildirib: “Biz istəyirik ki, bu layihə təkcə dövlət qurumları tərəfindən deyil, eyni zamanda özəl şirkətlər tərəfindən də dəstəklənsin, inkişaf etdirilsin. Bizim çağırışımıza artıq bir neçə turizm şirkəti səs verib, bir neçə şirkətlə əməkdaşlıq etmişik və bu əməkdaşlığımız hələ də davam edir. Məqsədimiz ölkəmizdə kənd turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə daha da sıx əməkdaşlıq etməliyik. Bu günə qədər bir neçə regionda fermer təsərrüfatlarına əlavə gəlir imkanı yaratmışıq, onlarda yenidənqurma işləri aparmışıq. Artıq o fermer təsərrüfatları 100-dən artıq turisti qəbul edib. Turizm şirkətləri ilə birgə işləyərək bu sayı daha da artırmaq istəyirik. 2021-ci ilə qədər layihə çərçivəsində 500-ə qədər fermerlə əməkdaşlıq etməyi qarşımıza məqsəq qoymuşuq. Biz layihəyə qoşulan fermerlərə təlimlər keçirik və bu təlimlər gələcəkdə də davam edəcək”.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Bu işi biz turizm şirkətləri ilə birgə həyata keçiririk. Biz təkcə Bakı ilə yekunlaşmaq istəmirik, kənd yerlərində də turizm üçün infrastruktur yaratmağa çalışırıq. Hazırda bütün dünyada kənd turizmi trendə çevrilib. “Şəhərdən Kəndə” layihəsi bu mənada ölkəmizin nümunəsidir. Bu layihə sayəsində fermerlər və kəndlər ictimaiyyətə təqdim olunur. Biz turizm şirkətlərinin və yerli fermer təsərrüfatlarını inkişaf etdirmək istəyirik. Düşünürük ki, bir-birimizə dəstək olaraq inkişaf etsək, inkişafımız o qədər də dayanıqlı olacaq”.

Tədbirdə, həmçinin İsmayıllı rayonundan olan fermer Ramtiq Əlizadə və Şamaxı rayonunun Qonaqkənd kənd sakini, fermer Ceyhun Nuriyev də çıxış ediblər. Onlar “Şəhərdən Kəndə” layihəsi ilə əməkdaşlıqlarından, layihə çərçivəsində təsərrüfatlarında görülən işlərdən və onlara verilən təlimlərdən bəhs ediblər.

Çıxışlardan sonra isə tədbir müzakirələrlə davam edib. Turizm şirkətlərinin “Şəhərdən Kəndə” layihəsinə cəlb edilməsi, turizm fəaliyyətinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatlarının tapılması, fermelərə təlimlərin verilməsi və digər sahələrdə əməkdaşlığın qurulması əsas müzakirə mövzuları olub.

Səmərqənddə “Şərq təranələri” festivalının azərbaycanlı qaliblərinin qala-konserti olub

0
festival

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində qədim Səmərqənd şəhərində “Şərq təranələri” festivalında müxtəlif illərdə qalib gələn Azərbaycan xanəndələrinin qala-konserti keçirilib.

Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, bu qədim şəhərdə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Səmərqənd vilayət hakiminin müavini Rüstəm Kobilov Özbəkistan dövlətinin ölkənin qədim tarixi və təkrarsız abidələri və musiqisini dünyada tanıtmaq məqsədilə keçirilib. 1997-ci ildən başlayaraq iki ildən bir “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalını keçirdiyini bildirib, bu tədbirin əhəmiyyətindən söhbət açıb.

R. Kobilov Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələri, xalqlarımız arasında dil, din birliyi, mədəniyyətimizin yaxınlığı haqqında danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti, musiqi ənənələrindən söhbət açıb, Azərbaycan musiqiçilərinin müntəzəm olaraq festivalın yüksək mükafatına layiq görüldüklərini bildirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Azərbaycan muğamlarının dünyaya tanıdılıb. Bu sahədə çoxsaylı istedadların üzə çıxarılması və dəstəklənməsi sahəsində Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

S.Abbasov xalqlarımız arasındakı dostluq əlaqələri, dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin Bakıda Türk Şurasının Zirvə görüşü çərçivəsindəki görüşü haqqında söhbət açıb. Əlaqələrimizin inkişafından danışıb.

Sonra tamaşaçıların alqışları ilə səhnəyə Azərbaycanın Xalq artisti, 1997-ci ildə bu qədim şəhərdə keçirilən “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalında “Qran-pri” qazanan Simarə İmanova, Xalq artisti, 2003-cü ildə keçirilən festivalın ikinci mükafatını alan Zabit Nəbizadə, 2017-ci ildəki festivalda “Qran-pri”ni yenidən Azərbaycana aparan Əməkdar artist, tarzən Sahib Paşazadə, 2019-cu ilin yayında baş tutan musiqi bayramında birinci mükafatı qazanan gənc xanəndə Pərviz Qasımov dəvət ediliblər.

Xanəndələrimiz Azərbaycan xalq mahnıları, muğam və təsniflərimizi səsləndiriblər. Onları Əməkdar artistlər Malik Mansurov (tar), Elnur Mikayılov (kamança), Ramin Rzayev (tar) və Kamran Kərimov müşayiət ediblər. Eyni zamanda, səhnədəki böyük ekranda ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, son illər əldə olunan uğurlarla bağlı videoçarx nümayiş olunub.

Sonda Pərviz Qasımov Özbəkistanın Əməkdar artisti, Bakıda keçirilən Beynəlxalq Muğam Müsabiqəsində birinci yeri tutan Yulduz Turdiyeva ilə birlikdə “Qarabağ şikəstəsi”ni ifa edib. Konsert tamaşaçıların alqış sədaları ilə başa çatıb.

Konsertdən sonra Azərbaycan xanəndələri Səmərqənd vilayət televiziyasında qonaq olub. Yerli mətbuat bu haqda geniş materiallar verib.

Azərbaycan Turizm Bürosu suvenir dizaynı müsabiqəsi elan edir

0
turizm

Azərbaycan Turizm Bürosu 2020-ci ilin aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbiri çərçivəsində tələbələr və son 2 ilin məzunları arasında suvenir dizaynı müsabiqəsi elan edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin formalaşdırılması və nəticədə yeni turizm məhsulunun ərsəyə gətirilməsidir.

Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər “Travel Business Azerbaijan 2020” tədbiri çərçivəsində iştirakçılara hədiyyə ediləcək.

Müsabiqədə birinci yeri qazanmış iştirakçı sertifikat, qrafik planşet və Azərbaycan Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə proqramı əldə edəcək. İkinci və üçüncü yerə layiq görülmüş iştirakçılar isə sertifikat və qrafik planşetlərlə mükafatlandırılacaqlar.

Müsabiqə qalibləri martın 1-də elan olunacaqlar.

Yanvarın 12-dək davam edəcək müsabiqədə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://bit.ly/38eKjgG.

“Şəhərdən Kəndə” layihəsinə cəlb edilən turizm şirkətlərinin sayı artır

0
Şəhərdən Kəndə

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə kənd turizminin inkişaf istiqamətlərini müzakirə etmək, şəhər əhalisi və xarici turistlər üçün alternativ səyahət imkanı yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsində pay sahibi olmaq və “Şəhərdən Kəndə” layihəsinin ölkə üzrə əhatə dairəsini genişləndirməkdir.

Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova “Şəhərdən Kəndə” layihəsi barədə məlumat verib. O, layihə çərçivəsində artıq bir neçə turizm şirkəti ilə əməkdaşlıq edildiyini bildirib: “Biz istəyirik ki, bu layihə təkcə dövlət qurumları tərəfindən deyil, eyni zamanda, özəl şirkətlər tərəfindən də dəstəklənsin, inkişaf etdirilsin. Bizim çağırışımıza artıq bir neçə turizm şirkəti səs verib, bir neçə şirkətlə əməkdaşlıq etmişik və bu əməkdaşlığımız hələ də davam edir. Məqsədimiz ölkəmizdə kənd turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə daha da sıx əməkdaşlıq etməliyik. Bu günə qədər bir neçə regionda fermer təsərrüfatlarına əlavə gəlir imkanı yaratmışıq, onlarda yenidənqurma işləri aparmışıq. Artıq o fermer təsərrüfatları 100-dən çox turisti qəbul edib. Turizm şirkətləri ilə birgə işləyərək bu sayı daha da artırmaq istəyirik. 2021-ci ilədək layihə çərçivəsində 500-dək fermerlə əməkdaşlıq etməyi qarşımıza məqsəq qoymuşuq. Biz layihəyə qoşulan fermerlərə təlimlər keçirik və bu təlimlər gələcəkdə də davam edəcək”.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Bu işi biz turizm şirkətləri ilə birgə həyata keçiririk. Biz təkcə Bakı ilə yekunlaşmaq istəmirik, kənd yerlərində də turizm üçün infrastruktur yaratmağa çalışırıq. Hazırda bütün dünyada kənd turizmi trendə çevrilib. “Şəhərdən Kəndə” layihəsi bu mənada ölkəmizin nümunəsidir. Bu layihə sayəsində fermerlər və kəndlər ictimaiyyətə təqdim olunur. Biz turizm şirkətlərinin və yerli fermer təsərrüfatlarını inkişaf etdirmək istəyirik. Düşünürük ki, bir-birimizə dəstək olaraq inkişaf etsək, inkişafımız o qədər də dayanıqlı olacaq”.

Tədbirdə, həmçinin İsmayıllı rayonundan olan fermer Ramtiq Əlizadə və Şamaxı rayonunun Qonaqkənd kənd sakini, fermer Ceyhun Nuriyev də çıxış edərək “Şəhərdən Kəndə” layihəsi ilə əməkdaşlıqlarından, layihə çərçivəsində təsərrüfatlarında görülən işlərdən və onlara verilən təlimlərdən danışıblar.

Çıxışlardan sonra isə tədbir müzakirələrlə davam edib. Turizm şirkətlərinin “Şəhərdən Kəndə” layihəsinə cəlb edilib. Turizm fəaliyyətinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatlarının tapılması, fermelərə təlimlərin verilməsi və digər sahələrdə əməkdaşlığın qurulması əsas müzakirə mövzuları olub.

Bu il 1,1 milyard insan turist kimi səyahətə çıxıb

0
turist

2019-cu ilin yanvar-sentyabr aylarında dünyada 1,1 milyard insan turist kimi səyahətə çıxıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon çoxdur. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir. Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, beynəlxalq turizm dünya xidmətlərinin 29 faizini və ümumi ixracın yeddi faizini təşkil edir. Bəzi bölgələrdə bu nisbətlər qlobal orta səviyyədən yüksəkdir, xüsusən Orta Şərq və Afrikada turizm xidmət ixracının 50 faizindən çoxunu və ümumi ixracın doqquz faizini təşkil edir.

Bildirilib ki, ötən il sektor gəlirləri 1,7 trilyon dollar təşkil edib.

Qlobal mobilliyin getdikcə artması, rəqəmsal xidmətlər və rəqabətin xüsusilə endirimli təkliflərə yol açması turist axınının gələcəkdə də davam edəcəyinə dəlalət edir.

Vyetnam Azərbaycan sərmayəsində maraqlıdır

0
Vyetnam Azərbaycan

“Azərbaycan və Vyetnam əməkdaşlığı dərinləşdirmək üçün böyük potensiala malikdir”.

“Report” Vyetnam KİV-inə istinadən xəbər verir ki, bunu Hanoy Xalq Komitəsinin sədri Nquyen Dık Çunq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovla görüşdə deyib.

“Biz ikitərəfli əlaqələrin inkişafında maraqlıyıq. Bundan əlavə, Vyetnam, o cümlədən onun ayrı-ayrı regionları və vilayətləri Azərbaycan sərmayəsində son dərəcə maraqlıdır”, – o bildirib.

Komitə sədri Bakı ilə Hanoyun qardaşlaşmış şəhərlər olacağı təqdirdə bunun iki ölkənin paytaxtları arasında əməkdaşlığın inkişafına fayda verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan səfiri isə bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlərlə möhkəmlənir. O, həmçinin turizm və təhsilin Bakı və Hanoy arasındakı əməkdaşlığın ən maraq doğuran sahələr olduğunu vurğulayıb.

First Class Hospitality şirkəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi

0
Turizm

Prime Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən First Class Hospitality(FCH) şirkəti özünün növbəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi.

FirstClass Hospitality (FCH) 5*- otellərin, turizm şirkətlərinin, kruizlərin və DMC-lərin Azərbaycan turizm marketində ilk və yeganə tanıtımını edən şirkətdir. FCH-nin məqsədi sadə və aydındır: Şirkət hər bir təmsil etdiyi şirkətin kreativ brend hekayəsini yaradır və onu potensial müştəri bazasına təqdim edir.

Dekabrın 14-ü baş tutan tədbir üç hissədən ibarət maraqlı bir konseptlə yadda qalıb. Şəhərimizdə yerləşən məkanlarından biri olan El Portalon restoranında keçirilmiş tədbir ilk olaraq qonaqları maraqlı yoqa dərsi, ikinci hissədə xaricdə yerləşən məhşur 5* otellərini təqdimatı və tanıtımı, ən sonda uduşlu kuponlar və hədiyyələrlə sevindirib. Tədbirdə şəhərin aparıcı şirkətlərinin nümayəndələri iştirak etmişdir. Onlara müxtəlif otellərdə, kruiz şirkətlərində olan xüsusi qiymət təklifləri və yeniliklər haqqında məlumatlar verilib. Bu tipli tədbirlər xaricdəki otellərlə əlaqələrin möhkəmlənməsinə və səyahət edən insanların daha çeşidli seçimlər etməsinə təkan olacaqdır.

First Class Hospitality-nin bu tipli tədbirləri gələcəkdə də fərqli konseptlərdə davam edəcəkdir.