Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı olub. Onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq.
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
Noyabrın 28-də Moskvada “National Geographic Traveler” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2019” müsabiqəsində Azərbaycan İtaliya və Böyük Britaniyanı qabaqlayaraq “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Nat-geo.ru” saytı vasitəsilə onlayn səsvermə əsasında aparılan müsabiqədə 450 mindən çox insan iştirak edib.
Səsvermə bu il iyun ayının 29-dan oktyabrın 31-dək davam edib. Ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb.
Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.
Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir. Həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.
Məlumat üçün bildirək ki, “National Geographic Traveler” jurnalı “National Geographic Partners” korporasiyası tərəfindən Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkəsində dərc olunur və jurnalda səyahət mövzuları üzrə məqalələr dərc olunur.
“Əl-Cəzirə” TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb
“Əl-Cəzirə” media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin “Əl-Cəzirə müsafir” proqramında yayımına başlanılıb.
Filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələrini yaşadır. Yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. Bu ilin 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan sözügedən proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər hər şənbə günündən ardıcıl olaraq proqram vasitəsi ilə göstərilir. Bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-nin prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, dünyaya təqdim edən beynəlxalq sənədli filmdir. “Əl-Cəzirə müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə film hazırlanıb. Çəkiliş üzrə direktoru Nikolas Libersaledir. Qeyd edək ki, bu möhtəşəm ekran əsəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin və şəxsən Əli Həsənovun böyük dəstəyi ilə ərsəyə gəlib.

BAMF, “Əl-Cəzirə” media şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Umud Mirzəyev “Bu layihənin meydana gəlməsində “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”, – deyə bildirib. Umud Mirzəyev Azərbaycana həsr edilmiş bu möhtəşəm ekran əsərinin təqdimatının planlaşdırıldığını deyib. Azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb.
TRABZON SHOPPING Turu
ILIN SON VE 70% ENDIRIMLI
TRABZON SHOPPING Turu
Cəmi- 125 azn
✅ Tarix:
20-23 DEKABR
3-gun 2-gece
TRABZONUN butun brend dukanlari Bakidan 50-70 %-dək ashaqi qiymete !!!
50-70% endirimli aliş veriş turuna Sen de qoşul !!!
??Qiymətə Daxildir :
?Nəqliyyat Xidməti
?Gecələmə – 2 gecə 3 gün NAZAR OTEL 3* (MEYDANDA)
Tam Merkezde
?Qidalanma BB
(Səhər yeməyi – 2 dəfə.oteldə)
?Tur rəhbər xidməti (yol boyu )
Asude vaxda :
*Trabzon Forum
*Trabzon Cavahir bazarı
✅Qiymətə Daxil deyil :
1. Nahar və Şam yemekleri
✔Trabzonda meydan merkez gezintisi ve şopinq
??BAKIDAN CIXIŞ:
20-DEKABR saat 14:00 da
28 Moll qarşısından
??Bakıya gelib çatmaq :
24-DEKABR 07.00 sübh tezden
✅Ətraflı məlumat üçün:
070-264-60-30
Xarici turistlərin sayındakı artım Naftalanda yeni turizm mərkəzlərinin yaradılmasını zəruri edib
Şəfaverici təsirinə görə dünyada bənzəri olmayan Naftalan neftinin imkanlarından faydalanmaq istəyən yerli turistlər var. Xüsusən də xarici turistlərin sayındakı artım dinamikası bu şəhərdə yeni turizm-sağlamlıq və istirahət mərkəzlərinin yaradılmasını zəruri edib.
Hazırda şəhərdə yeni yaradılan 5 turizm mərkəzindən biri də “Naftalan Hotel & SPA” mərkəzidir.
Şəhərin Habil Əliyev küçəsində yerləşən mərkəzdə 78 otaq, 172 yer, SPA mərkəzi, oyun otağı, fitnes klubu, sauna, konfrans zalı, açıq və qapalı restoranlar, bar, mini market, (tibb mərkəzi – ginekoloq, dermatoloq, uzi, uroloq, kardioloq, analiz laboratoriya, inqalyasiya, ozon terapiya, çoxsaylı fizioterapiya bölmələri, iqla terapiya) yaradılıb. Mərkəz fəaliyyətə başladıqdan sonra 70 nəfər burada işlə təmin ediləcək.
Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində keçirilir. Ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. Burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.
Tam ferqli Qış Nağıllı istəyənlərə möhtəşəm tur
YENİ İL BAYRAM PROQRAMI Qubada Qusar Shahdag- Bagcali otelde
2gecə / 3 gün
31.12.2019 – 02.01.2020
Qiyməti: 177.00 azn (1 nəfər üçün)
Qiymətə daxildir:
• Oteldə gecələmə
• Gündə 3 dəfə qidalanma (Ziyafət gecəsi şam yeməyi daxil)
• Otel aktivitələri
• Əylənce
Paket Proqramı:
31.12.19 saat 08.00 Bakidan cixish
31.12.19 saat 10:00 da seher yemeyi
31.12.19 saat 14:00 – 19:00 Cenlibel gölü. Qecresh meshesi
31.12.19 saat 20: 00 da Ziyafət gecəsi
01.01.20 saat 8:00 – 12:00 səhər yeməyi
01.01.20 saat 13:00 Shahdag kompleksine girish
01.01.20 saat 15.00 da Shahdagda gunorta yemeyi
01.01.20 saat 17:00 da otele donush
01.01.20 saat 19.00 da axsham yemeyi
02.01 20 saat 8.00–11.00 seher yemeyi
02.01 20 saat 14.00 da otelden cixish
* 02.01 20 saat 17.00 Bakiya donush
ZİYAFƏT GECƏSİ PROGRAMI
• Ziyafət süfrəsi:
Soyuq qəlyanaltı – 15 çeşid
İsti qəlyanaltı – 7 çeşid
Spirtsiz içkilər – 5 çeşid
Spirtli içki – 1 çeşid (Şampan şərabı)
Desert – 5 çeşid
• Ulduzlarla konsert proqramı
• Şaxta baba və qar qız
• Viktorinalar və hədiyyələr
• Animasiya qrupu
• Atəşfəşanlıq
OTEL AKTİVİTƏLƏRİ:
• SPA Mərkəzi
• Fitnes zalı
• Türk hamamı
• Qapalı hovuz
• Bilyard
• Tennis masası
• Playstation otağı
• Uşaq əyləncə mərkəzi
• Professional futbol meydançası
• Balıq ovu
Əlaqə nömrəsi 070-264-60-30
Azərbaycan Mətbəxi Festivalı ikinci dəfə italyanları heyran edib
Romanın “Westin Excelsior Rome” otelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada ikinci Azərbaycan mətbəxi festivalının təntənəli açılışı keçirilib.
Tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə açıb. O bildirib ki ötən illərdə olduğu kimi, bu il də ölkəmizin mədəniyyətinin İtaliyada tanıdılması istiqamətində çoxsaylı tədbirlərlə yadda qalıb. İtaliyada ikinci dəfə keçirilən Azərbaycan mətbəxi festivalının təşkilində məqsədin ölkəmizin zəngin mədəniyyətinin tərkib hissəsi və xalqımızın əsrlərboyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılması olduğunu deyib. Səfir qeyd edib ki, 2017-ci ildə keçirilmiş festival da yerlilərin və qonaqların həddən artıq xoşuna gəlmişdir. Bu il də tədbirə maraq olduqca böyükdür.
Vurğulanıb ki, 2020-ci il İtaliyada keçiriləcək Azərbaycan Mədəniyyət ili çərçivəsində tədbirlər təşkil olunacaq. Tədbirlər zamanı ölkəmizin milli dəyərləri, tarixi, mədəniyyəti italyan xalqına təqdim olunacaq.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, adət və ənənələrinin, habelə qonaqpərvərliyinin bariz nümunəsi kimi dəyərləndirib. Eyni qonaqpərvərliyi hazırda Azərbaycanda keçirilən İtalyan Mətbəxi Həftəsi çərçivəsində həmvətənlərinin də gördüyündən əminliyini ifadə edən xanım Traldi iki ölkə arasındakı dostluğu yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan brendlərinə maraq İtaliyada gündən-günə artır.
