Ev Blog Səhifə 111

Qış mövsümündə Dubayda turistlər üçün əyləncələrin reytinqi tərtib edilib

0
Dubay

Ekspertlər Dubayın “Gulf News” nəşrində yerli qış əyləncələrinin reytinqini təqdim ediblər. AZƏRTAC “Turprom” saytına istinadla xəbər verir ki, onlar Dubay səhrasına safarini bu qış mövsümünü unudulmaz edəcək əyləncələr siyahısına daxil ediblər. Ekspertlərin fikrincə, belə marşrutlar nəinki turistlərin Dubay landşaftını tədqiq etmələrinə, həm də bədəvi ərəblərin mədəniyyəti və irsi ilə yaxından tanış olmalarına imkan verir.

Turistlərə narıncı rəngli qum təpələrindən xizəklə sürüşmək də tövsiyə olunur ki, bu da hər hansı Amerika təpəciyindən daha maraqlı əyləncədir. Dəvə belində safari, ənənəvi bədəvi evləri tipində düşərgələrə getmək, şam yeməyinə ərəbsayağı barbekyu yemək də qış əyləncələrindəndir.

Dou qayığında şam yeməyinin daxil edildiyi gəzinti bu siyahıda ikinci yeri tutur. “Dubai Marina” və “Dhow Cruise Creek” təklif edilən ən maraqlı marşrutlardır. Cəmi iki saat sürən və turistlərin Dubay tarixinə nəzər salmalarına imkan verən hər iki marşrut insana həm mənəvi, həm də fiziki güc verir.

Yeri gəlmişkən, gəmi səyahətinə daha uzun müddətə də çıxmaq olar. Ekspertlər bunun üçün yaxta icarəyə götürməyi tövsiyə edirlər. Onlar Dubayda yaxta üçün seçim imkanlarının geniş olduğunu bildirirlər. İmkanlı adamlar yaxtanı heyəti ilə birlikdə icarəyə götürə bilərlər. Balıq tutmaq istəyənlərə isə balıqçı qayıqları təklif olunur.

Ekspertlər quruda əyləncələr arasında “Global Village” səfərini xüsusi vurğulayırlar. Burada 20 ölkənin pavilyonu yerləşir. Hər bir pavilyonda öz ölkəsinin mədəniyyətini təcəssüm etdirən əl işlərindən tutmuş firma məhsullarına qədər müxtəlif çeşiddə mallar satılır.

Dubai Miracle Garden” qış əyləncəsinin daha bir variantıdır. Dünyanın ən böyük bağlarından biri məhz burada – Dubayın səhralıq guşəsində yerləşir. “Dubai Miracle Garden”də 50 milyondan çox gül bitir.

Bundan əlavə, turistlərə səhrada at və ya dəvə minməyi, kvadratsikl sürməyi öyrənmək təklif edilir. Əlbəttə, bütün bu əyləncələrlə yanaşı, çimərlikləri yaddan çıxarmamaq tövsiyə olunur.

TBILISI – SIGNAXI – ZAQATALA – QAX

0
turizm

▪Qiymet: 99 AZN

Turun marşrutu:
▪5 Dekabr – 8 Dekabr – 2gecə / 3gün

Qiymətə daxildir:

● Transfer (VİP)
● Qidalanma: BB (səhər yeməyi)
● Gecələmə: “GRATA” HOTEL ZAQATALA
● Profesional Bələdçi (Azəri və gürcü)
● Yol Boyu Sərinləşdirici içkilər
● Viktorinalar, Hədiyyələr
● Diskoteka, və Hədiyyəli “MAFİA”
● Limitsiz Fotoçəkiliş (Profesional Fotograf)

● Canl musiqi və ifaçılar

Ekskursiyalar,
● Zaqatala Şəhər Turu
● Hope Lake Gölü

● Asma Körpü

● Tbilisi Şəhər turu

● Signaxi Şəhər Turu

● Mamırlı şəlaləsi

● Ulu Körpü •Sumuq Qala •İlisu kəndi, •İlisu Şəlaləsi

▪ Qiymətə daxil deyil:
● Şəlalələrə qalxış

● Botanika bağına və digər muzeylərə giriş

▪ 5 Dekabr 23:00-Toplaşma.
● Gənclik Metrosu T.Bəhramov stadionun qarşısı.
● Çıxış 8 Dekabr 18:00 Bakıya varış.

● 00:00- 01:00 Bakıya gəlib çatmaq

▪ Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün:

070-264-60-30

Dekabrda Bakıda gənc sahibkarlar forumu keçiriləcək

0
Forum

Dekabrın 10-da Bakıda gənc sahibkarlar forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentlik yanında İctimai Şuranın bir illik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib. Tədbirdə KOBİA-nın nümayəndələri, İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiyaların rəhbərləri iştirak ediblər.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə dair hesabatı dinləmək olur. Növbəti il üçün şuranın planları barədə müzakirələr aparmaq, şuranın agentlikdən gözləntilərini və təkliflərini öyrənmək olduğunu qeyd edib. O, İctimai Şuranın 2020-ci ildə agentliyin fəaliyyəti və dəstək xidmətləri barədə sahibkarların məlumatlandırılmasında və maarifləndirilməsində daha aktiv iştirakının, iqtisadiyyatın müxtəlif sektorlarında sahibkarların qarşılaşdıqları məsələlər və biznes assosiasiyaların fəaliyyətinin gücləndirilməsi üçün KOBİA ilə sıx əməkdaşlığının, bu istiqamətdə təklif və təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib ki, şura 2018-ci ilin noyabrında agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentliklə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Ötən müddətdə İctimai Şuranın təşkilatçılığı ilə təhsil, maliyyə bazarlarına çıxış, tibb, turizm, KOB-ların inkişafında ictimai şuraların rolu mövzularında ictimai müzakirələr keçirilib. Növbəti ictimai müzakirə – gənc sahibkarlar forumu dekabrın 10-da təşkil olunacaq. Belə tədbirlərin effektivliyi nəzərə alınaraq davamlı təşkil olunması nəzərdə tutulur. Bundan başqa, şura agentliyin KOB sahəsində qanunvericiliyə dəyişikliklər, sahibkarların maarifləndirilməsinə dair tədbir və layihələrində iştirak edib. KOBİA-ya bir sıra təkliflər təqdim olunub.

İclasda KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti barədə müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib.

O.Məmmədov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən narçılıqla məşğul olan fermerlərə və assosiasiyanın fəaliyyətinə göstərdiyi dəstəyə görə “Azərbaycan narı” döş nişanı ilə, İctimai Şuranın üzvləri isə şuranın işində aktiv iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.

Tokioda Azərbaycanın və Yaponiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

0
Turizm

Tokioda Azərbaycanın və Yaponiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

H.Ueyama qeyd edib ki, ötən il ərzində iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edib. Bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. Vurğulayıb ki, Azərbaycan-Yaponiya XİN-lər arası siyasi məsləhətləşmələr ölkələrimiz arasında siyasi dialoqun dərinləşməsi, müxtəlif məsələlər üzrə fikir mübadiləsinin aparılması üçün yaxşı zəmin yaradır. Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir ki, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olmasından, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar edilməsində mühüm rol oynamasından irəli gəlir.

R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılmasında və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində mövqelərin uyğunlaşdırılması məqsədilə dialoqun davam etdirilməsində Azərbaycanın maraqlı olduğu qeyd edib.

Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən R.Həsənov bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğunu nəzərə alıb. Kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin artırılmasının zəruriliyini qeyd edib.

Nazir müavini Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. Problemin həlli ilə bağlı görülən işlər barədə də qarşı tərəfi geniş şəkildə məlumatlandırıb.

R.Həsənov BMT Təhlükəsizlik Şurasının münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb edən müvafiq qətnamələrinin yerinə yetirilir. Beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, məsələnin həll olunmamasına Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi var. Yüksək səviyyəli danışıqlar zamanı əldə edilmiş razılaşmalara əməl etməməsi və Azərbaycana qarşı ikili standartların tətbiq olunması maneçilik törədir.

R.Həsənovun BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinin yerinə yetirilməməsi məsələsinə toxunulub. Yaponiya tərəfinin mövqeyinə dair sualına cavab olaraq H.Uyama BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinin vacibliyini bildirib.

H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu bildirib. Bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib. Məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzulayıb.

Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə də iştirak ediblər.

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

0
şəki

Noyabrın 26-da Şəki “ASAN Həyat” kompleksində ASAN Könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində təşkil olunan işgüzar inkişaf təlimlərinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qadınların işgüzar inkişaf platforması olan “AIM–W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsidir. Onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər professor Bülent Himmetoğlu, İşıl Keskin Şahan və Soner Şahan iştirak edirlər.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir və Qubada təlimlər keçirilib. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt iqtisadi zonalarını da əhatə edəcək.

Rumıniyanın “AmosNews” xəbər agentliyi “ASAN Viza” sistemi barədə məqalə yayıb

0
TURİZM

Rumıniyanın “AmosNews” xəbər agentliyi AZƏRTAC-a istinadən rumın dilində “ASAN Viza” sistemi barədə məqalə yayıb.

Məqalədə ölkəmizin turizm sahəsində mühüm nailiyyətlər əldə olunduğu qeyd olunub. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrıldığı bildirilib. Rəqabət qabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı ölkəyə giriş-çıxışın sadələşdirilməsi turizmə dəstək verən ən mühüm addımlardan biridir. Bununla da, Azərbaycana gəlmək istəyən əcnəbi turistlər tez bir zamanda viza əldə edib, ölkəmizin gözəl guşələri ilə tanış olmaq imkanı əldə ediblər.

Məqalədə “ASAN Viza” sistemindən istifadə qaydaları, rahatlığı barədə geniş məlumat verilib.

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm toplantısında təmsil olunur

0
turizm

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm sahəsində iclas keçirilib. Əməkdaşlıq üzrə işçi qrupları iclasda iştirak edib.

Toplantıda Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv iştirak edib. Ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri də burada olub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, birgə toplantıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də qatılıb.

Tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq edilir. Beynəlxalq film festivallarında iştirak, QDİƏT üzv ölkələrində turizm tədbirləri və yarmarkaları, təşkilata üzv dövlətlərin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilolma və namizədlik siyahısı kimi məsələlər müzakirə edilir.

Azərbaycanlı aşpazlar beynəlxalq qastronomiya festivalından diplom və medallarla qayıdıblar

0
turizm

Noyabrın 26-da Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) Türkiyədə Dənizli Gənc Aşçılar Dərnəyi tərəfindən təşkil olunan “Gastro World Master Chefs” adlı beynəlxalq qastronomiya festivalı çempionatı ilə bağlı mətbuat konfransı keçirib.

AMKM-nin baş direktoru Tahir Əmiraslanov festival barədə məlumat verib. Bildirib ki, festivalda 15 ölkədən (Azərbaycan, Rusiya, Almaniya, Israil, Suriya, Sloveniya, Serbiya, İsveç, Fələstin, İraq, Türkiyə, Yunanıstan, Qana, İsveçrə, Makedoniya) 400 aşpaz iştirak edib.

turizm

Qeyd edib ki, ölkəmizi Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü aşpaz Ruslan Şıxıyevin rəhbərliyi altında “Qafqaz” otellər şəbəkəsinin işçiləri təmsil edib.

T.Əmraslanov vurğulayıb ki, AMKM-nin komandası ümumilikdə 7 qızıl, 2 gümüş, 2 bürünc medalı qazanıblar. Qara qutu yarışmasında komanda qızıl medal əldə edib. R.Şıxıyev münsiflər heyətində iştirak edib.

Bildirib ki, Türkiyədə Dənizli şəhərində keçirilən bu kulinariya çempionatında, eyni zamanda, Azərbaycan Aşpazlar Gildiyasının komandası da iştirak edib. Ölkəmiz ümumilikdə bu çempionatdan 11 qızıl, 3 gümüş, 6 bürünc medal 1 kubokla geri dönüb.

Noyabrın 16-dan 21-dək Rumıniyanın Sibiu şəhərində “Ənənəvi toy süfrəsi” Kulinariya Ənənələri Konqresində iştirak edən AMKM-nin baş direktor müavini Ceyran Əsgərova və Milli Kulinariya Assosiasiyasının üzvü, “Monte Napoleone” restoranının baş aşpazı Hüseyn Quliyev tədbirlə bağlı məlumat veriblər. Qeyd edilib ki, konqresdə C.Əsgərova “Azərbaycan milli toy süfrə mədəniyyəti” adlı məruzə ilə çıxış edib, H.Quliyev isə ənənəvi toy xörəklərini hazırlayaraq milli toy süfrəsi açıb.

turizm

C.Əsgərova söyləyib ki, hazırlanan milli xörəklərimiz tədbir iştirakçılarının böyük marağına səbəb olub. “Ramada” Sibiu otel restoranının baş aşpazı milli mətbəx nümunəmiz olan şah plovun hazırlaması texnologiyasını istəyib və otelin restoranında menyuya salınacağına söz verib.

Qeyd edib ki, tədbirdə 25 ölkənin nümayəndələri tərəfindən toy ənənələrini əks etdirən süfrələr təqdim olunub və cıxışlar dinlənilib. Komandamız diplomlar və qızıl medalla təltif edilib.

Tədbir iştirakçıları göstərilən dəstəyə görə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə və “Monte Napoleone” restoranının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Möhtəşəm Quba Qusar Laza turu

0
Quba Qusar Laza

Həftə sonunuzu gözəl və əyləncəli keçirmək istəyirsizsə Sizlərə möhtəşəm Quba Qusar Laza turu təklif edirik.

● Tarixlər : 30 – 01 / 07 – 08 Noyabr (1 gecə/ 2 gün)

▪ Qiymət – 75 AZN (4 dəfə qidalanma daxil)

QİYMƏTƏ DAXİLDİR:
• Transfer (komfortlu VİP avtobus)
• OLD QUBA Hotel – 4* -də gecələmə (Quba rayonunda)
( https://cloud.mail.ru/public/2yAs/LvzfCwxZ4 )
• Tur Rəhbər – Bələdçi
• Limitsiz fotosessiya (şəkillər CD və ya DVD disklərdə pulsuz olaraq veriləcək)
• Yol boyu əyləncəli və hədiyyəli oyunlar
• Çay süfrəsi – Musiqili əyləncə

Hotelin daxilində xidmətlər qiymətə daxildir:
▪ Sauna
▪ Qapalı hovuz
▪Tennis zal
▪Açıq havada futbol & voleybol meydançası
▪Trenajor zalı

▪Cinema zal

▪Ekskursiyalar

– Quba – Qırmızı qəsəbə (Qədim tağlı körpüsü, Nizami parkı, Tarixi Etnoqrafiya muzeyi, Tarixi hamam muzeyi ), Qəçreş meşəsi, Çənlibel gölü və Şahdağ ekskursiyası

Toplanış: 06:30 – 07:00
Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı
• 07:00 Yola düşmə vaxtı

• 22:00 Bakıya çatmaq

• 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer və oteldə əlavə çarpayı verilməzsə)
• 5 – 12 yaş 20 % ENDİRİM
• Qrup turları üçün minimal say 16 nəfər (ödəniş edən) nəzərdə tutulmuşdur
• Qruplar üçün Tur tarixi seçimi sərbəstdir.
————————————————————————
ℹ: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Daha geniş otel seçimi və suallarınız üçün:

070-264-60-30

Azərbaycan 2020-ci ildə turistlər üçün dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

0
turizm

Yeni ildə səyahət etməyi planlaşdıranlar üçün dünya üzrə illik risk xəritəsi tərtib olunub.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, “International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuş xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb. Risklərin ən az olduğu ölkələr siyahısına əksərən şimal dövlətləri – Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Norveç, Sloveniya, Birləşmiş Krallıq, ABŞ, Kanada, Çin, Lüksemburq və İsveçrə başçılıq edirlər. Daha riskli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriya elan edilib.

Xəritədə Latın Amerikası ölkələri orta risk dərəcəsi olan ölkələr kimi qeyd olunub. Məsələn, Meksika və Kolumbiya səyahətçilərin təhlükəsizliyi baxımından bu qəbildəndir.

International SOS” şirkətinin sözçüsü CNN-ə müsahibəsində bildirib ki, xəritənin hazırlanmasında onun müştərilərinin rəyləri əsas götürülüb. O, turistlərə və turizm şirkətlərinə məsləhət görüb ki, xəritədəki məlumatlardan istifadə etsinlər.