Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində ikitərəfli sənədlər imzalanıb.
Azərbaycan ilə Rusiya hökumətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Sazişi Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya tərəfindən imzalanıb.
Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya – Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik turizm sahəsində əməkdaşlıq edib. Turizm alyansınin təsis olunmasına dair Saziş imzalayıblar.
Azərbaycan Turizm Agentlikləri Asosiasiyası ilə “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlığa dair Saziş imzalanıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və təşkilatın vitse-prezidenti Eduard Ömərov tərəfindən imzalanıb. Həmçinin “Opora Rossii” ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında da əməkdaşlığa dair Memorandum imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə “Gazprombank” arasında tərəfdaşlığa dair Saziş AzPROMO-nun prezidenti vəzifələrini icra edib. Yusif Abdullayev və Bankın vitse-prezidenti Andrey Savçenko tərəfindən imzalanıb.
Forumun plenar iclasında həmçinin “Azərmaş” ASC ilə “Rosselmaş” kombayn zavodu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. “Gəncə Avtomobil Zavod“u ilə “Ural Avtomobil Zavod”u arasında 7,8 milyon dollar məbləğində “Ural” yük avtomobilin tədarükünə dair çərçivə sazişi imzalanıb. Bundan başqa Azərbaycanın “Nabucco” şirkəti ilə Rusiyanın “Neopark” MMC arasında danışıqlar gedir. Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma əldə edilib.
“Azproduct” MMC ilə “Velrıbprom” MMC arasında saziş imzalanıb. Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində 3 min ton dondurulmuş balıq Rusiyaya ixrac olunacaq.
“Ultra Technologies” şirkətilə Rusiyanın “Digital Design” QSC arasında əməkdaşlığın perspektivinə dair Bəyannamə imzalanıb. “Karvan-L” MMC ilə Dərbənd şəhər meriyası arasında sərmayə layihəsinin yerinə yetirilməsinə dair Saziş imzalanıb.
Forumun plenar iclasında Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası “Business Dialogue Media” nəşriyyat və kommunikasiya qrupu ilə də əmədaşlığa dair sənədi imzalanıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Moskvada keçirilən X Rusiya – Azərbaycan Regionlararası Forumunda iştirak edib.
Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq edilib. Əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.
Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair razılıq əldə olunub.
Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsindən danışılıb. Partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə Rusiyanın Turizm Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cuilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min olub. 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 29,8 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım olan ölkələr var. Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-oktyabr aylarında statistika dəyişib. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq 121,5 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq 974,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,0 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Cari ilin on ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olub. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz, Gürcüstana gedənlərin sayı 12,9 faiz olub. Rusiya Federasiyasına gedənlərin sayı 6,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayındada dəyişiklik olub. 82,3 faizi dəmir yolu və avtomobil, 17,0 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.
Sizləri “Black Friday” həftəsində olacaq möhtəşəm “Batumi – Trabzon – Kapadokya” turuna dəvət edirik.
Turun tarixi: 25.11.19 – 01.12.19
? NƏQLİYYATDA YERLƏŞMƏ QEYDİYYATDAN KEÇMƏ TARİXİNƏ GÖRƏ YAZILIR.
?Turun qiyməti: 179$
● Qiymətə daxildir:
✅Tur boyu xidmət göstərən transfer ( Nəqliyyat )
✅Oteldə gecələmə (1 gecə Trabzon, 2 gecə Kapadokya)
✅ Səhə yeməyi (Oteldə)
✅ Yol boyunca ( Çay, Kofe ) .
✅ Fotossesiya
✅ Tur rəhbər
✅Ekskursiya:
? TRABZON
⚜ Trabzon mərkəz
⚜ Trabzon Forum AVM ( Black Friday endirimləri )
⚜ Uzungöl
? KAPADOKYA
⚜ Hava şarları
⚜ Göyərçinlik vadisi
⚜ Yeraltı şəhər gəzintisi ( 20 tl )
⚜ Peri bacaları .
⚜ Kapadokya-Üçhisar ( 10 tl ) .
⚜ 3 Peri bacası
⚜ Avanos
⚜ Hayal Vadisi
⚜ Asmali Konak ( 10 tl )
⚜ Kapadokia Mall Shopping
⚜ Aşk və mavi konağı ( 10 tl )
Qiymətə daxil deyil:
Muzeyə giriş biletləri
Günorta yeməyi
Axşam yeməyi
Uzun göl turu əlavə ( 10 $ )
Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək ) şərti ilə
Qeyd 3: Ödənişlər yalnız günün məzənnəsinə uyğun olaraq qəbul edilir. .
☛Turun başlama tarixi : 25 Noyabr Toplaşma yeri: 28 Mall-ın qabağı. Toplanış – 18:00 Çıxış – 18:30 ☛Turun bitmə tarixi : 1 Dekabr Əlavə məlumat və suallarınız üçün: ? 070 264-60-30
Üç milyon il yaşı olan “Oylat” Türkiyənin ikinci ən böyük mağarasıdır. Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda yerləşən mağaranı hər gün onlarla turist ziyarət edir.
AZƏRTAC xəbər verir ki, uzunluğu 750, eni isə 95 metr olan mağarada bütün fəsillərdə havanın temperaturu hər zaman 18 dərəcə olaraq qalır. Burada rütubət 90 faiz təşkil edir.
Mağaranın əvvəli ilə sonu arasındakı hündürlük fərqi təxminən 40 mərtəbəli binaya bərabərdir. Bu tarixi yerin ən vacib xüsusiyyətlərindən biri isə astma və bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin nəfəs almasında rahatlıq yaratmasıdır. Belə ki, adi şəraitdə bir neçə pilləkən çıxmaqda çətinlik çəkən şəxslər buradakı 500 pilləkəni rahatlıqla çıxa bilirlər.
Xüsusi rənglərlə işıqlandırılan mağara kino effektini xatırladır.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019” sərgisində iştirak edir. Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği və ölkəyə daha çox turistin cəlb olunmasına dəstək göstərməkdir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə dörd turizm şirkəti və bir hotellər qrupu ilə təmsil olunan Azərbaycan stendi ilk gündən etibarən çoxsaylı ziyarətçilərin marağına səbəb olub. Onlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumatlar verilib.
Azərbaycan stendini ölkəmizin Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib və nümayiş olunan təbliğat materialları ilə tanış olub.
Noyabrın 23-dək davam edəcək sərgi çərçivəsində maraqlı tərəflərlə işgüzar görüşlər keçirilir. Gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılır.
“TT Warsaw 2019” hər il təşkil olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir. Bu il sərgiyə 53 ölkədən 450-dən çox iştirakçı, 20 mindən çox ziyarətçi qatılıb.
Polşanın İdman və Turizm Nazirliyi, Polşa Turizm Təşkilatı və Polşa Turizm Palatasının dəstəyi ilə təşkil olunan və dünya üzrə aparıcı turizm nümayəndələrini bir yerə toplayan bu sərgi çərçivəsində, həmçinin müxtəlif seminar və digər tədbirlər keçirilir.
2019-cu il İtaliya üçün turizm baxımından elə də uğurlu olmayıb və son hadisələr də bu uğursuzluğu davam etdirir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın ən çox turist qəbul edən şəhərlərindən olan Venesiyanı sel basandan sonra bura gələnlərin sayı kəskin azalıb.
Şəhərin meri Luidji Brunyaro açıqlamasında bildirib ki, turistlər şəhərin əsas gəlir mənbəyidir və seldən yaranan fəsadların nəticələri tezliklə aradan qaldırılmasa ciddi problemlər yaranacaq.
Uğursuzluqlar İtaliyanı yaydan bəri təqib edir. Belə ki, ötən yay həddindən artıq isti və quraq keçdiyi üçün şəhərlərdə gəzmək qeyri-mümkün olub. Şəhər bələdiyyələri turistlərə küçələrdə pulsuz su paylasa da, bu vəziyyəti dəyişə bilməmişdi. İtaliya turizmi yalnız çimərlik ərazilərində yüksək səviyyədə qalmışdı.
Hazırda ölkənin qış turizmi sahəsində ixtisaslaşmış ərazilərində də uyğun şərait yoxdur. Havalar isti keçdiyi üçün süni qar aparatları belə çatdıra bilmir.
Dünya Turizm Təşkilatının rəsmi məlumatına əsasən, İtaliyaya ötən il 62 milyon turist gəlib. Bununla ölkə turist sayına görə Fransa, İspaniya, ABŞ və Çindən sonra 5-ci yeri tutub. Qonaq sayının azalması isə İtaliya iqtisadiyyatına ciddi zərbə vuracaq.
“Naxçıvanda əlverişli biznes mühiti var. Ümidvaram ki, gələcəkdə digər Çin şirkətləri də burada investisiya layihələri həyata keçirəcək”.
“Report” xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirib.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi ilk səfərini Naxçıvana etdiyini deyən diplomat qədim diyarla tanışlığın onda böyük təəssürat yaratdığını vurğulayıb.
“Hazırda bir neçə Çin şirkəti Naxçıvanla əməkdaşlıq əlaqələri qurub. Bunlardan “Huawei” və “Chongqing Lifan İndustry” şirkətlərini göstərmək olar. “Huawei” şirkətinin hələ yenicə fəaliyyətə başladığı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun etimadını qazandığı üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”, – deyə səfir bildirib.
O, iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. “Bizim təhsil, mədəniyyət, turizm, ticarət və iqtisadi sahələrdə yaxşı əlaqələrimiz var və bu əlaqələrin gələcək inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə daha da genişlənəcək”.
Bu gün Asiya nəhəngləri adlandırılan, dünyanın ən çox əhalisinə malik ölkə olaraq birinci və ikinci yerləri bölüşən Çinlə Hindistanın Azərbaycana maraqlarının artan xətt üzrə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verir.
Belə görünür ki, hər iki ölkə qarşıdakı dövr ərzində Azərbaycanla ilk növbədə iqtisadi müstəvidə əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirməkdə maraqıldır. Digər tərəfdən, səslənən fikirlərdən o da bəlli olur ki, hər iki ölkə iqtisadi əməkdaşlığının dərinləşməsi fonunda Azərbaycana müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırılmasına da xüsusi maraq göstərir. Məsələn, Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna qeyd edir ki, Hindistan şirkətləri indi Azərbaycana daha çox maraq göstərməyə başlayıb: “Hindistan şirkətləri Azərbaycanda əməkdaşlıqda maraqlıdır. Hindistan Sənaye Konfederasiyasının təmsilçilərinin Azərbaycana gəlişi də bunun təsdiqidir. Nümayəndə heyətinə turizm, ticarət, təhsil, enerji sahəsində fəaliyyət göstərən şirkətlər daxildir. Azərbaycan Hindistanın ixracında 4-cü ölkədir, ixracımızın 5,5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu rəqəm ilbəil artır. Bu ilin 7 ayında Hindistandan Azərbaycana 33 min turist gəlib”. Səfir bir daha qeyd edib ki, son illər ərzində Azərbaycana səyahət edən turistlərin sayında artım olub.
Hindistanla yanaşı, Çin də Azərbaycana sərmayə qoyuluşuna xüsusi diqqət yetirməyə başlayıb. Çinin “Global Times” qəzetinə müsahibəsində baş nazirin müavini Şahin Mustafayev də bunu xüsusi vurğulayır: “Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük”. Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ona yeni vəzifəsinin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyi həvalə edib:“İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. Azərbaycan və Çin arasında 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi üzrə anlaşma memorandumu imzalanandan bəri iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Çin rəhbəri Si Tszinpin arasında 2019-cu ilin aprelində Pekində keçirilmiş “Bir kəmər, bir yol” ikinci beynəlxalq forumu çərçivəsində keçirilmiş görüş ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib. Bu forum zamanı Azərbaycan Çin şirkətləri ilə dəyəri 800 milyon dollardan çox olan 10 ortaq sənəd imzalayıb. 2019-cu ilin yanvar ayından sentyabr ayına qədər Azərbaycana gələn çinli turistlərin sayı 64% artıb. İl ərzində bu rəqəmin daha da artması gözlənilir. Hindistan və Çinin Azərbaycana diqqətini artıran daha bir mühüm məqam isə beynəlxalq daşımalar sahəsində qurulan əməkdaşlıqdır. Məlumdur ki, Azərbaycan və Hindistan Orta Şərqi Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut, yəni Suveyş kanalı üzrə çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” vasitəsilə 14-20 gün olması gözlənilir. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon ton təşkil edəcək. Müddət və səmərəlilik, eləcə də gəlir baxımından Azərbaycan və Hindistan “Şimal-Cənub”a xüsusi maraq göstərir. Çin üçün isə “Şərq-Qərb” marşrutu, o cümlədən onun əsas tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti böyük önəm kəsb edir. Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, Çin məhsullarının Avropaya ixracında bundan sonra Azərbaycan ərazisindən daha geniş şəkildə istifadə etmək qərarına gəlib. Söhbət ondan gedir ki, Çinin ilk yük qatarı elə bu günlərdə Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya yola salınıb. Çinin Sian şəhərindən yola düşən və Bakı-Tiflis-Qarsla Ankaraya çatan “China Railway Express” yük qatarı Türkiyədən Avropaya çatıb. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır. Bakı-Tiflis-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Məhz bu da Çinin Azərbaycanın nəqliyyat infrastruktuna marağını artırır. Xatırladaq ki, dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Yaponiya da Çindən sonra öz məhsullarını Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa başlayıb. Artıq Yaponiyanın Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsi də imzalanıb. Bütün bu qeyd edilənlər bir daha göstərir ki, Asiyanın iqtisadi nəhəngləri üçün Azərbaycan artıq xüsusi diqqət mərkəzində yer almağa başlayır. Hərtərəfli inkişaf edən əlaqələr isə Azərbaycana yeni böyük iqtisadi dividendlər vəd etməklə yanaşı, onun beynəlxalq miqyasda nüfuzunu da əhəmiyyətli dərəcədə artırır.
Azərbaycan – Rusiya və Rusiya – Azərbaycan işgüzar şuraları turizm əməkdaşlığı və turizm alyansı təsisi barədə saziş imzalayacaq.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə X Rusiya – Azərbaycan regionlararası forumunun açılışında Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.
“Bu fikir Peterburq forumundakı işgüzar dialoq zamanı səsləndirilib. Bu da fikirləri gerçək layihələrə çevirmək üçün əlimizdə nə qədər çevik və səmərəli mexanizmlərin olduğunu bir daha ortaya qoyur. Bu sazişin və yeni yaradılacaq alyansın həm mühüm iqtisadi, həm də mədəni əhəmiyyət kəsb edən qarşılıqlı turizmin inkişafına töhfə verəcəyinə əminəm. Nəticədə hər iki ölkədə daha çox insan o biri ölkənin tarixi, mədəni mirası ilə tanış ola biləcək. Son iki ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı xeyli artıb”, – deyən Şura rəhbəri 2020-ci ildə birgə fəaliyyətə dair hazırlanan proqramda işgüzar missiyaların, sahəvi sərgilərin, iri iqtisadi tədbirlər çərçivəsində işgüzar dialoqların təşkil olunmasının nəzərdə tutulduğunu dilə gətirib.
S.Qurbanov iki ölkənın regionları arasındakı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı da diqqətə çatdırıb: “Rusiyanın 80-dək inzibati bölgəsi Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həmin əlaqələrin inkişafına bugünkü forumun da töhfə verəcəyinə şübhə etmirəm. Aramızda həm dövlət səviyyəsində, həm də Rusiyanın subyektləri ilə Azərbaycanın ayrı-ayrı rayonları arasında təmas nöqtələri az deyil. Əlbəttə ki, potensial artım mənbələrini üzə çıxarmalı, həmçinin irəli getməyimizi əngəlləyən məsələləri də müzakirə etməliyik. Aramızdakı koperasiyanın yüksək səviyyəsinə baxmayaraq, müxtəlif sahələrdə geniş inkişaf potensialının olduğuna əminliyim tamdır”.
Azərbaycanda regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarının icrasını qeyd edən İdarə Heyətinin sədri bildirib ki, ötən ilin sonunda Azərbaycanın regionlarının 2014-2018-ci illərdəki iqtisadi sosial inkişafına dair III dövlət proqramının icrası uğurla başa çatdırılıb: “Bu ilin əvvəlində də ölkə Prezidenti İlham Əliyev tərəfindən 2019-2023-ci illər üçün nəzərə tutulmuş sayca dördüncü belə proqram təsdiq olunub. Proqramda qeyri-neft sektorunun təşviqi, regionlarda infrastrukturun inkişaf etdirilməsi, sərmayələrin artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Sənəd rusiyalı həmkarlarımız üçün də yönləndirici vasitə olacaq. Şübhəsiz ki, şuralarımızın bugünkü iclasında iki ölkənin regionları, işgüzar dairələri arasında daha səmərəli dialoq, daha sıx əlaqələr qurmağa yardım edəcək”.