21 yaşında 196 ölkəyə səyahət etmiş ən gənc insan statusunu alan Leksi Alford səyahətsevərlər üçün 7 məsləhətini bölüşüb.
Leksi Alford kimdir?
Publika.az xəbər verir ki, Leksi ilk vaxtlar yalnız fərqli yerləri görmək və dünyanı tanımaq məqsədilə səyahətlərə çıxıb. Daha sonra ətrafındakı insanlar, xüsusilə, gənc qadınlara ilham verdiyini görüb.
ABŞ-ın Kaliforniya ştatında turizm agentliyi işlədən ailəsi Leksini Misir piramidalarından Dubayın bahalı hotellərinə, Kambocanın üzən kəndlərinə qədər göndərərək həyatın müxtəlif baxış bucaqlarını ona göstərib.
O, dünyanın mediada təqdim edildiyi kimi qorxunc bir yer olmadığını və yaxşılığın hər yerdə olduğunu hər kəsə göstərməyi qarşısına məqsəd qoyub. Daha sonra dünya onun rekordunun izinə düşüb. Alford 31 may 2019-cu ildə Şimali Koreyaya addımını atanda bir dünya rekordu qırıb.
Turizm məsləhətçisi işləyərək öz səyahətlərinin xərcini çıxaran Leksi arada sponsor razılaşmaları da edir. O, təcrübələrini şəxsi bloqunda paylaşır, bununla yanaşı, kitab da hazırlayır.
Evi ABŞ-ın Kaliforniya ştatında olan Alford təyyarə ilə hər il 320-400 min km yol qət edir. Qatar və avtobus da tez-tez istifadə etdiyi nəqliyyat vasitələri arasındadır.
Leksinin səyahətsevərlərə 7 məsləhəti:
1- Eyni ölkənin 2 pasportunu eyni anda istifadə edə bilərsiniz
Az səyahat edilən yerlərə gedirsinizsə, vizasını almaq üçün uzun müddət gözləyəcəyiniz ölkəyə müraciət edirsinizsə, ya da bir-birilə münaqişədə olan ölkələr planınızda varsa, iki pasporta sahib olmaq çox əhəmiyyətlidir. Məsələn, Yaxın Şərq və ya Qərbi Afrika. Pasport ofisinə gedib səyahət planlarınızı tək pasportla davam etdirməyinizin mümkünsüzlüyünü izah edə bilsəniz, sizə daha bir pasport veriləcək. Rusiyaya gedəcəyinizi və pasportunuzu səfirliyə göndərəcəyinizi deyin. Bu, 6 həftə vaxt tələb edir. Amma bəlkə qarşıdakı günlərdə İndoneziyaya gedəcəksiniz. Sadəcə adınızdakı rezervasiyalarla üst-üstə düşən təyyarə reyslərinin sübutlarını göstərməyiniz kifayətdir.
Unutmayın: geri qaytarıla bilən biletləri səyahət sübutu olaraq qeyd edə bilər, pasport ofisinə göndərə bilər və daha sonra ondan imtina edə bilərsiniz. O zaman gələcəkdəki səyahətlərinizdə tıxaca düşdüyünüz zaman rahat bir pasportunuz olacaq.
2- Yeni ölkəyə səyahət edirsinizsə, yola çıxmazdan əvvəl bir mesaj göndərməlisiniz
Qalacağınız hotelə poçt qutusundan mesaj göndərib hoteldən hava limanına qədər taksinin nə qədər pul tutacağını soruşun. Bu bəsit mesaj illər ərzində yüzlərlə dollar qənaət etməyimi təmin etdi. Çünki taksi sürücülərinin şişirdilmiş qiymətlərinə aldanmadım. Hotelə gəlib çatanda taksimetr yüksək məbləğ göstərirsə, bunu ödəməkdən imtina edin. Hotelə girib yardım istəyin. Bu, işə yaramasa, polisə zəng etmələrini söyləyin. Bunu istəsəniz, taksi sürücüsü inadından dönəcək.
3- Əl yükü haqqınız düşündüyünüzdən daha comərddir
Mən ancaq əl yükü ilə səyahət edirəm. Bəzi hava limanlarının sərt qaydaları olur. Onlar əl yüklərini də ölçürlər. Yunanıstanın Zakintos adasında kobud bir işçi vardı. Həm əl yükümü, həm də bel çantamı ölçmüşdü. Mən hər zaman qoyulan limiti keçirəm. Çünki yanımda kompüter, fotoaparat və dron olur. O zaman çəki 5 kq çox çıxmışdı. Geyinə bildiyim qədər paltarlarımı üzərimə geyindim. Sonra yolun qarşısındakı mağazadan ucuz idman çantası alıb əşyalarımı içinə yığdım. Çünki əl yükünüzlə birgə alış-veriş çantası boyda çanta apara bilərsiniz.
4- “Skyscanner” – ehtimal edilən uçuş axtarış tətbiqiniz olmalıdır
“Skyscanner”, şübhəsiz, son dəqiqə rezervasiyalarında ən yaxşıdır. Ən etibarlısıdır və bir çox fərqli variant göstərir. Ən sürətli, ən ucuz və s. Neçə dayanacaq gedəcəyinizi seçə bilərsiniz. Əlavə olaraq, təbiəti qorumaq məqsədilə təkmilləşdirilmiş alternativi də var. Məsələn, “bu uçuş orta hesabla çıxan rəqəmdən 32 qat daha az karbon-dioksid yandırır”.
5- Tək hissədən ibarət geyim hər şeydən daha rahatdır
Qadınlar üçün bu, zərif, uzunqollu köynək ola bilər. Ehtiyacınız varsa, yüngül pencək də götürə bilərsiniz. Şort geyinirsinizsə, daha mühafizəkar bir ölkədə özünüzü narahat hiss edirsinizsə, belinizə pencək bağlaya bilərsiniz.
6- Uzunmüddətli səyahətlərdə 3 gün qaydasını tətbiq edin
Adətən, eyni şəhərdə, eyni hoteldə 3 gün qalmaq qaydasını tətbiq edirəm. Bunun bir neçə səbəbi var. Birincisi, paltar yumaq məcburiyyətində olsanız, bu, 3 gün çəkəcək. İlk gün camaşırxana tapmaq üçün, ikinci gün onları yumaq və üçüncü gün toplamaq. Çox yeri sürətlə gəzirsinizsə, yorulacaqsınız. Hər həftə 3 günlük dayanacaq sizə istirahət şansı verir. Çanta hazırlayıb boşaltmaq çox az insanın ağlına gəlir. Amma həqiqətən də yorucudur.
7- Ziyarət etdiyiniz hər yerdən bir xatirə almaq istəsəniz…
Hər getdiyim yerdən bir az yerli pul alıram. HonqKonq dollarının qəribə rəngi var. Kosta Rika valyutasının isə vəhşi həyat tərzi təsviri çox gözəldir…
Bakıda keçirilən “İtaliya mətbəxi həftəsi” çərçivəsində noyabrın 21-də “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə markası. İtaliya-Azərbaycan dialoqu” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari son illər İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıqdan söz açıb.
Səfir qeyd edib ki, İtaliya Azərbaycanla kənd təsərrüfatı, o cümlədən sağlam qida və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır.
İtaliyanın dünyada öz mətbəxi ilə məşhur olduğunu deyən A.Massari bildirib ki, ölkəsi Azərbaycanla aqro və ekoturizm sahəsində təcrübəsini bölüşə bilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəşad Fərəcov isə İtaliya mətbəxinin çox zəngin tarixi ənənələrə malik olduğunu qeyd edib.
Azərbaycanın qonaqpərvərliyindən və gözəl mətbəxindən danışan R.Fərəcov məhsullarımızın İtaliya kulinariya ənənələrini zənginləşdirəcəyini söyləyib. Bu isə özlüyündə həm italya mətbəxini, həm də yerli məhsullarımızın keyfiyyətini nümayiş etdirəcək.
Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan “İtaliya mətbəxi həftəsi”nin məqsədi bu ölkənin mətbəxini və qida məhsullarını dünyada tanıtmaqdır.
Sputnik Azərbaycan bildirir ki, noyabrın 25-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə “5. Türk Filimləri Həftəsi – Bakı”nın açılış mərasimi keçiriləcək.
Mərasimə AKP-nin Ordudan millət vəkili və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya İşıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksonqur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla İrmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP baş katibi Ahmet Edebali, SETEM baş direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət üzrə redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və Türk Filmləri Həftəsinin baş koordinatoru Öner Kılıç qatılacaqlar.
Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək. Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq.
Qeyd edək ki, film həftəsi ərzində noyabrın 26-da saat 17:00-da “Locman” filmi, 19-00-da “Kapan”; noyabrın 27-də saat 17:00-da “Annem”, 19:00-da “Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da “Çakallarla dans 5”, 19-00-da “Kapan”; noyabrın 29-da saat 17:00-da “Rafadan Tayfa”, 19:00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Bu il Naftalan şəhərinə həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı açıqlanıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan “Marja”ya verilən məlumata görə, 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı 35 min nəfər təşkil etmişdir ki, onlardan 10 min 453 nəfəri xarici ölkələrdən gələnlərdir.
2018-ci ildə şəhərin turizm obyektlərində 37 min 623 nəfər turist istirahət etmişdi ki, onun da 11700 nəfəri dünyanın 57 ölkəsindən gələn turistlər olmuşdu.
Şəhərdə turist axınının müsbət dinamikası burada yeni turizm obyektlərinin tikilməsi zərurətini yaradır. Hazırda şəhərdə müasir standartlara cavab verəcək yeni turizm obyektləri inşa olunur və iki obyektdə isə işlər yekunlaşmışdır.
Hazırda şəhərdə 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Sözügedən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində ümumilikdə 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otelçilik və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. İşləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi əhalinin 15 faizini təşkil edir.
Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək portal yaradılır.
Bunu “APA-Economics”ə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov deyib. Onun sözlərinə görə, hazırda portal sınaq rejimindədir və onun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, portal vasitəsilə aqroturizm sahəsi üzrə turpaketlər təklif olunacaq. Portala bütün fermer təsərrüfatları qoşulacaq. Turistlər seçdikləri turpaketin ödənişini elektron qaydada apara biləcəklər.
“Aqroturizm layihəsinin inkişafı istiqamətində işlərə artıq bir neçə aydır ki, başlanılıb və uğurla davam etdirilir. Bizim üçün bu sahədə italilı fermerlərin təcrübəsi çox maraqlıdır. Bu gün bizim İtaliya tərəfi ilə əməkdaşlığımızın istiqamətlərindən biri də məhz aqroturizmdir ki, biz hazırda onların təcrübəsinin öyrənilməsi istiqamətində proqram üzərində işləyirik. Bildiyiniz kimi, agroturizm İtaliyada kifayət qədər inkişaf edib və biz də Azərbaycanda dövlət dəstəyi ilə bu sahənin inkişafı üzərində çalışırıq”,- deyə V.Namazov qeyd edib.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərgidə Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur.
Noyabrın 19-dan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.
İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaqdır. Təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.
Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri hesab olunur. Işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi istiqamətində aktiv iş aparılır.
Həmçinin, ölkəyə böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl qurumlarla əməkdaşlıq edilir.
Yeni İli harda qarşılayacaqınıza hələdə qərar verməmisiniz? O zaman sizə bir təklifimiz var.2⃣0⃣2⃣0⃣ni birlikdə,Avropa və Asiya qitəsində ,Türkiyənin ulduzu ??İstanbul?? şəhərində qeyd edək???Özüdə ??şooook??qiymətə cəmi 199??
?Tarix : 28.12.2019-04.01.2020
?4 gün /3 gecə (ümumi 8 gün 7 gecə)
?Qiymət: 199?( 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub )
İlkin ödəniş : 50 ?(1 nəfər üçün)
Qiymətə daxildir:
? Komfortlu Nəqliyyat
? Oteldə (4 gün/3 gecə) gecələmə .
? Ekskursiya
? Səhər yeməyi (oteldə)
? Qrup şəklində fotosesiya
??♂Tur rəhbər
?Yol boyu əyləncəli və hədiyyəli oyunlar
Ekskursiyalar ?İstanbul gəzintisi ?Çukur və Cənnət mahellesinin çəkildiyi yer ?Şərifiyyə Sarıncı ?Yerbatan Sarıncı ?Dolmabahçe Sarayı ?Madame Tussauds ?Sultanahmed ?Ayasofya ?Top Kapı ?Gülhanə parki ?Mısır Çarşı ?Eminönü balıq yeməyi ?İstanbul İstiklal Caddesi ?Laleli Pazar ?Kapalı çarşı ?Taksim meydanı ?Vapur gəzintisi ( 45 TL) ? Böyük Ada (30 TL) ?İstanbul akvarium ( 100 TL) * ?Batumi gəzintisi ?Ali və Nino ?Batumi bulvari * Ekstra gəzintilər ?Trabzon Uzungöl ?Trabzon Ayderi Yaylasi ❎Qiymətə daxil deyil: ? Giriş biletləri ?Trabzon Uzungöl və Ayderi Yaylasına gediş dönüş.( 20 ?) ?Qala gecəsi ( 40 ?)Gəmidə Keciriləcək. Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək). Ətraflı məlumat və qeydiyyat üçün: ? Tel: 070 264 60 30 Zəng və ya whatsapp
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun ingilis dilində “Religious Tourism Destinations in Azerbaijan” (Azərbaycanda dini turizm destinasiyaları) adlı kitabı nəşr olunub.
Kitabda qədim dövrlərdən indiyədək ölkəmizdə mövcud olan, Azərbaycanın mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən, müxtəlif dini konfessiyalara məxsus məbədlər haqda müfəssəl məlumatlar verilib. Kitabın ilk səhifələrində müsəlman Şərqində ilk parlamentli dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışılıb. Kitabın istifadə məqsədi və ölkədəki dini mənzərəyə qısa nəzər salınıb. Eramızın I əsrində, eləcə də yeni dövrdə inşa edilmiş, Azərbaycanın 8 bölgəsində yerləşən 51 dini ibadət ocağının ünvanları söz açılıb. Onların tarixi, memarlıq xüsusiyyətləri, eləcə də ölkəmizdə yaşayan dini və etnik qrupların adət-ənənələri və milli-dini dəyərləri barədə informasiya verilib. Ölkəmiz üçün əlamətdar sayılan hadisələr və məlumatların yer aldığı kitabda müqəddəs məkanların fotoşəkilləri də öz əksini tapıb.
Dini turizm barəsində ilk olan bu nəşr daxili və xarici auditoriyada müvafiq sahə ilə maraqlanan, din və turizm sahəsində çalışan, oxuyan, bələdçilik edən, müstəqil fəaliyyət göstərən şəxslərdən danışılıb. Habelə ölkəmizin dini turizm potensialını öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı, həmçinin ölkə daxilində dini tur və ziyarətlər zamanı faydalı məlumat kitabçası kimi də istifadə etmək mümkündür.
Qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi ilə çap olunub. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu, Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub
“Turstat” turizm portalı 2019-cu ilin payızında MDB ölkələrinin sağlamlıq və müalicəvi istirahət üçün nəzərdə tutulmuş kurortlarının reytinqini tərtib edib.
Sputnik Azərbaycan turizm portalının istinadla xəbər verir ki, MDB ölkələri arasında Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və Moldova ən populyar ölkələr olub.
Reytinq, MDB ölkələrinin iqlim və müalicəvi kurortlarının populyarlıq nəticələrinin təhlili əsasında hazırlanıb.
Müalicəvi istirahət üçün ən yaxşı dövr payız və yaz mövsümüdür.
Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu siyahıda yerv alıb. Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub.
“Turstat”-ın məlumatına görə, turistlər MDB-nin kurort ölkələrində 10-14 gün istirahət edirlər.
Qiymətlərə gəlincə isə ən ucuz gecələmə yeri, qidalanma, müalicə orta hesabla Belarusda 3 min rubl (80 manat) olur. Azərbaycan, Qazaxıstan, Moldova və Ermənistanda isə 3500 rubla (93.70 manat) başa gəlir.
Florida Beynəlxalq Universitetində təhsil həftəsi keçirilib.
Open.az Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin qatıldığı tədbirdə Azərbaycanı Florida Beynəlxalq Universitetinin tələbələri Aydın Eminov və Elmar Orucov təmsil ediblər.
Qeyd edək ki, diaspor fəalı olan hər iki gənc Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyasının üzvüdür.
Təqdimat zamanı Azərbaycanın mədəni irsi, tarixi, coğrafiyası, turizmi barədə ətraflı məlumat verilib. Burada yaradılmış Azərbaycan guşəsində ölkəmizə həsr olunmuş müxtəlif kitablar, jurnallar, bannerlər, broşürlər, mətbəx nümunələri və s. nümayiş olunub.
Ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, mətbəxi, musiqisi, həmçinin turizm imkanları ilə tanışlıq sərgi iştirakçılarında xöş təssürat yaradıb. İştirakçılar və qonaqlar arasında ölkəmizin ünvanına xoş fikirlər söyləyənlər də olub. Onlar Azərbaycanı çox sevdiklərini, dəfələrlə ölkəmizə gəldiklərini, xalqımıza heyran olduqlarını, milli mətbəximizi çox bəyəndiklərini vurğulayıblar.