Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan və Çindən olan turoperatorlarla yerli turizm şirkətləri arasında tanışlıq görüşləri baş tutub.
turizm
BƏƏ turoperatoru ilə görüşdə Azərbaycanı təmsil edən 80 turizm şirkəti iştirak edib. İkitərəfli müzakirələr çərçivəsində qonaqlara turizm üzrə ətraflı məlumat verilib.
turizm
Hindistanda 50 yerli turizm şirkətinin iştirak etdiyi turoperatorları ilə görüş keçirilib. Görüş çərçivəsində ölkəmizin turizm potensialından danışılıb. Xüsusilə bu ölkə vətəndaşlarının maraq göstərdiyi toy turizmi üzrə yerli imkanları əks etdirən təqdimat nümayiş olunub. Əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Çindən olan turizm şirkətləri ilə görüş zamanı isə Azərbaycan və onun turizm imkanları, mövcud infrastruktur, hotellər, milli mətbəx, turizm marşrutları barədə geniş məlumat verilib. 60 yerli turizm şirkətinin iştirakı ilə B2B (Biznesdən-biznesə) formatlı müzakirələr baş tutub.
B2B xarakterli görüşlərin təşkil edilməsində məqsəd yerli turizmin inkişafıdır. Qonaqpərvərlik sənayesinin nümayəndələrini hər üç ölkənin turizm şirkətlərinin təmsilçiləri ilə bir araya gətirməkdir. İkitərəfli əməkdaşlığa şərait yaratmaqdır.
Hər üç ölkədən olan turizm şirkətləri nümayəndələrinin regionlarda yerləşən hotellər, turizm və xidmət obyektləri, eləcə də tarixi məkanlara səfərləri təşkil ediləcək.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən BƏƏ-nin Dubay, Hindistanın Mumbay, Çinin Pekin şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Azərbaycanın 2019-cu ildə Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində (The Travel and Tourism Competitiveness Report 2019) 140 ölkə arasında tutduğu yer açıqlanıb. Ölkəmiz turizm sektorunun bir çox tanınmış liderini qabaqlayaraq 71-ci yerdə qərarlaşıb. Reytinqlərin yekun variantı Beynəlxalq İqtisadi Forumunun rəsmi saytında yerləşdirilib. Məhz bu forum hər iki ildən bir müxtəlif ölkələrin bazarlarının təhlilini aparır. Azərbaycan ümumi siyahıda İordaniya, Tunis, Dominikan Respublikası, Filippin, həmçinin regionun bir çox ölkələri – İran, Qazaxıstan, Ukrayna, Ermənistan və digərlərini geridə qoyub. Reytinq cədvəlinin önündə İspaniya və Fransa, sonunda isə Çad və Yəmən qərarlaşıblar.
Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində turizm sektorunun dayanıqlı inkişafını təmin edən, ölkənin tərəqqisinə və rəqabətqabiliyyətliliyinə şərait yaradan bir sıra amil və şərtlər qiymətləndirilir.
Ümumi təsnifatla yanaşı, ixtisaslaşdırılmış sahələr üzrə reytinqlər də təqdim edilib. Məsələn, “Biznes-mühit” siyahısında Azərbaycan 7 mümkün baldan 5,1-ni toplayaraq 28-ci yeri tutub. Bu göstərici üzrə ölkəmiz Avstriya, İspaniya, Türkiyə, Rusiya və regionun əksər ölkələrini geridə qoyub. Siyahının əvvəlində Honkonq, sonunda isə Venesuela yer alıb. “Təhlükəsizlik” reytinqində Azərbaycan 38-ci yerdədir. Bu siyahıya Finlandiya başçılıq edir, sonuncu – 140-cı yerdə isə El-Salvador qərarlaşıb.
Azərbaycan ən yüksək – 23-cü yeri “qiymətlərin rəqabətqabiliyyətliliyi” reytinqində tutub. Bu siyahıya İran liderlik edir, sonuncu yerdə isə Böyük Britaniya yer alıb.
Reytinqin nəticələri maraqlı tərəflərə imkanların qiymətləndirilməsi və turizm sektorunda problemlərin proqnozlaşdırılması üzrə imkanlar verir.
Qeyd edək ki, Beynəlxalq İqtisadi Forumun gələcək mobilliyin müəyyən edilməsi Platforması çərçivəsində olan indeks, aviasiya, səyahət və turizm proqramları sənayesi kontekstində işlənib hazırlanıb. O, Bloom Consulting, STR Global, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Beynəlxalq Təbiəti Mühafizəsi Təşkilatı (IUCN), Dünya Turizm Təşkilatı (UNWTO) və Dünya Səyahət və Turizm Şurası (WTTC) kimi təşkilatlar ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Sizləri “Black Friday” həftəsində olacaq möhtəşəm “Batumi – Trabzon – Kapadokya” turuna dəvət edirik. Turun tarixi: 25.11.19 – 01.12.19 ? NƏQLİYYATDA YERLƏŞMƏ QEYDİYYATDAN KEÇMƏ TARİXİNƏ GÖRƏ YAZILIR. ?Turun qiyməti: 179$ ● Qiymətə daxildir: ✅Tur boyu xidmət göstərən transfer ( Nəqliyyat ) ✅Oteldə gecələmə (1 gecə Trabzon, 2 gecə Kapadokya) ✅ Səhə yeməyi (Oteldə) ✅ Yol boyunca ( Çay, Kofe ) . ✅ Fotossesiya ✅ Tur rəhbər ✅Ekskursiya: ? TRABZON ⚜ Trabzon mərkəz ⚜ Trabzon Forum AVM ( Black Friday endirimləri ) ⚜ Uzungöl ? KAPADOKYA ⚜ Hava şarları ⚜ Göyərçinlik vadisi ⚜ Yeraltı şəhər gəzintisi ( 20 tl ) ⚜ Peri bacaları . ⚜ Kapadokya-Üçhisar ( 10 tl ) . ⚜ 3 Peri bacası ⚜ Avanos ⚜ Hayal Vadisi ⚜ Asmali Konak ( 10 tl ) ⚜ Kapadokia Mall Shopping
⚜ Aşk və mavi konağı ( 10 tl )
Qiymətə daxil deyil: Muzeyə giriş biletləri Günorta yeməyi Axşam yeməyi Uzun göl turu əlavə ( 10 $ )
Qeyd 1: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd 2: 0-3 yaş uşaqlar pulsuz (avtobusda oturmamaq və oteldə çarpayı istifadə etməmək ) şərti ilə
Qeyd 3: Ödənişlər yalnız günün məzənnəsinə uyğun olaraq qəbul edilir. .
☛Turun başlama tarixi : 25 Noyabr Toplaşma yeri: 28 Mall-ın qabağı. Toplanış – 18:00 Çıxış – 18:30 ☛Turun bitmə tarixi : 1 Dekabr Əlavə məlumat və suallarınız üçün:
Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
MM-in Mətbuat Xidmətindən “Report” verilən məlumata görə, Milli Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.
MDB PA-ın Şura iclasında plenar sessiyada müzakirəyə çıxarılacaq. Məsələlər nəzərdən keçiriləcək. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili olacaq. Qazaxstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Təşkilatın fəaliyyətinin maliyəşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Qurumun plenar sessiyasında Normativ hüquqi aktlar, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması və MDB PA-ın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılacaq. Milli Məclisin Sədri MDB PA-ın Şura və plenar iclaslarında müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.
Nümayəndə heyətinin üzvləri təşkilatın Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək daimi komitələrinin iclaslarında iştirak edəcək. Gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini ifadə edəcəklər.
Parlamentin Sədri Oqtay Əsədov səfər çərçivəsində tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Xəritədə səyahət üçün ən təhlükəli hesab edilən ölkələrin adları açıqlanıb…
Beynəlxalq turizm ekspertləri 2020-ci il üçün xəritə hazırlayıb. Xəritədə səyahət üçün ən təhlükəli hesab edilən ölkələrin adları açıqlanıb.
İnterAz-ın oxu.az-a istinadən xəbərinə görə, bu siyahıda əsas yeri Afrika və Yaxın Şərqdə yerləşən dövlətlər tutur.
Mütəxəssislər 2020-ci ildə səyahət üçün ən təhlükəli ölkələrin İraq, Suriya, Livan, Yəmən və Əfqanıstan olduğunu deyiblər.
Onlar, eyni zamanda, turistlərin virus infeksiyalarına asanlıqla yoluxa biləcəyi ölkələrin də adlarını qeyd ediblər.
Bunlar Mərkəzi Afrika respublikaları, Cənubi Sudan, Eritreya, Liberiya, Qvineya və Nigeriyadır.
Ekspertlərin gəldiyi nəticəyə görə, yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrə Dominikan Respublikası, Səudiyyə Ərəbistanı, Tayland, Vyetnam və Venesuela daxildir.
Səyahət üçün etibarlı hesab edilən ölkələrin Finlandiya, İslandiya və Norveç olduğu bildirilib.
Mütəxəssislərin gəldiyi nəticəyə əsasən, ən təhlükəsiz ölkələr Sloveniya, Danimarka, Lüksemburq və İsveçrə qəbul edilib.
Yantszı çayının deltasında yerləşən Şanxay Çinin biznes və maliyyə mərkəzi hesab olunur. Çinin müasir iqtisadiyyatının qalası hesab edilən Şanxay dünyanın ən iri liman şəhərlərindən biridir. Belə ki, Şanxay dəniz limanı konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur. Dünyanın ən iri və tanınmış şirkətlərinin demək olar ki, hamısının Şanxayda ofisi fəaliyyət göstərir. Başqa sözlə, Şanxay Çin iqtisadiyyatının giriş-çıxış “qapı”sıdır.
Şanxay
Tarixi məkanları, müasir göydələnləri, nadir memarlıq nümunələri, o cümlədən “Şərq mirvarisi” televiziya qülləsi (hündürlüyü 468 metr), dünyada ən hündür ikinci bina olan “Şanxay qülləsi” (632 metr), özünəməxsus mətbəxi, şopinq məkanları ilə Şanxay dünyada tanınmış turizm mərkəzlərindən biridir.
Şanxay
Ötən il Şanxayı 8,93 milyon əcnəbi turist ziyarət edib. Turizm sektorunda dövriyyə isə 30 milyard dollara çatıb. Şanxayın ortasından keçən Xuanpu çayı, onun üzərindəki körpülər, sahil bulvarı, Avropa memarlıq üslubundakı binalar Şanxaya xüsusi gözəllik verir.
Şanxay
Çində ən sıx metro şəbəkəsinə sahib olan Şanxay dünyada yeraltı dəmir yolu nəqliyyatı ən sürətlə inkişaf edən şəhərdir. Hazırda 17 xətti və 420-dən çox stansiyası fəaliyyət göstərən Şanxay metrosunun gündəlik sərnişindaşıma qabiliyyəti təxminən 10 milyon nəfərə çatır.
İsveçrənin ən nüfuzlu təşkilatlarından biri kimi 78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırmışdır. Əsasən cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır. Xarici ölkələrin rəsmiləri ilə müsahibələrə olduqca nadir hallarda yer verilir. Belə hallardan biri kimi, “Müsahibə” bölməsinin bu dəfəki qonağı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov olmuşdur. Nazir müsahibədə Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsindən danışıb. Görülən işlər barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir.
Nazir qeyd etmişdir ki, İsveçrə şirkətləri Azərbaycanın nəqliyyat-tranzit, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından yararlana bilər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər.
Nazir öz müsahibəsində vurğulamışdır ki, prioritet sahələrdən biri də İsveçrədən ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Müsahibədə Azərbaycanın turizm imkanlarından geniş söz açılmışdır. 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilmişdir.
Nazir Azərbaycanın İsveçrə ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edib. O bildirib ki Azərbaycan və İsveçrə qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək. Tədbirlər xalqların bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edəcəkdir.
Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığıilə “III Çay, Çəltik, Sitrus Festivalı” keçiriləcək.
Lənkəran
Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və günboyu davam edəcək.
Lənkəran
Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək. Parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi – Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq. Bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksəkkeyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Lənkəran
Festivalda bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edəcək. Rəngarəng müsiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.
Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, cənubi koreyalılar tərəfindən Azərbaycana marağın artmasına ölkənin nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və populyar “Battle Trip” səyahət verilişinin Bakıda çəkilən proqramı səbəb olub.
Veriliş efirə getdikdən və “Youtube” kanalında yayımlandıqdan sonra Azərbaycan haqda onlayn axtarışların sayı çoxalıb.
Belə ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Battle Trip” səyahət verilişi oktyabr ayında Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıb.
Azərbaycan mətbəxi ilə də yaxından tanış olan qonaqlar Bakıdakı yerli və xarici restoranlarda da çəkilişlər aparıblar. Milli mətbəx nümunələri ilə tanış olublar.
Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri “Battle Trip” əyləncəli səyahət şousu efir’ gedir. Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.
Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir.
Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq həyata keçirilir.
2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8830 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 20.3 faiz artım deməkdir.