QİYMƏTƏ DAXİLDİR:
Hotelin daxilində xidmətlər qiymətə daxildir:
Toplanış: 06:30 – 07:00
• 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer və oteldə əlavə çarpayı verilməzsə)
XI sinif şagirdi: “Şahdağ” Turizm Mərkəzi dağlar qoynunda salınan çox gözəl məkandır
Azərbaycanın şimal rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya edirik. “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya bizim yaddaşımızda silinməz izlər buraxdı. Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq hər bir şagirdin tanımalı olduğu yerlərdir. Ümid edirəm ki, şimal bölgəsinə yenidən gələcəyəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Zallar Zalov söyləyib.
Kəlbəcər rayon 55 saylı tam orta məktəbin 11-ci sinif şagirdi tur-aksiyanın bölgələrlə tanış olmaq üçün gözəl imkan yaratdığını bildirib. “Dağlıq ərazilər çox xoşuma gəldi. “Şahdağ” Turizm Mərkəzi dağlar qoynunda salınan çox gözəl məkandır. Kanat yollarında da gəzdik. Məlumat verildi ki, buradakı otellər yüksək səviyyəli xidməti ilə seçilir. Qar yağandan sonra da Şahdağda olmaq istəyirəm. Ekskursiya zamanı xeyli yeni dost qazandım”, – deyə Z.Zalov bildirib.
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.
Tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsindən danışıb. Xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.
Azərbaycanda turizm sektorunun inkişafına dövlət tərəfindən ciddi diqqət ayrıldığını və böyük investisiya qoyulduğunu bildirib. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinə daxil olan Atəşgah kompleksi, Şəki Xan Sarayı, Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələrlə zəngin olduğunu qeyd edən L.Qəndilov eyni zamanda ölkəmizin Şərqlə Qərb arasında təbii körpü olduğunu söyləyib. Azərbaycan xalqı tarixən tolerant olub. Təsadüfi deyil ki, ölkəmiz həm şərq, həm də qərb mədəniyyətini özündə cəmləşdirir.
Səfir, ölkəmizdə yeni hotellərin, əyləncə mərkəzlərinin, dağ xizəkçilik komplekslərinin tikildiyini və lazımi infrastrukturun qurulduğunu söyləyib. Qısa müddət ərzində Qəbələ və Qusarda dünya standartlarına uyğun Qış turizmi mərkəzləri yaradılıb. Yay turizminin imkanlarından tam istifadə olunması üçün yeni obyektlər tikilib və marşrutlar salınıb.
Azərbaycan və Belarus əhalisinin bir-birlərinin ölkələrinə olan maraqları və yaxın isti münasibətləri turizm potensialının tam istifadə olunmasını vacib edən məqamlardan olduğunu bildirib. L.Qəndilov belaruslu turistlərin daha rahat və münasib qiymətə Azərbaycanın gözəlliklərindən həzz almaları üçün qrup şəklində çoxlu sayda turların da təşkil olunmaq imkanının mövcudluğunu qeyd edib.
Səfir iki ölkə rəhbərlərinin dostluğunun xalqlarımız arasında münasibətlərin simvoluna çevrildiyini bildirib. Bu baxımdan müstəqillik dövründə yetişmiş yeni nəslin bir-birini yaxından tanımasına böyük ehtiyac var. L.Qəndilov eyni zamanda qeyd edib ki, iki ölkənin əhalisi arasında qurulacaq bu əlaqələri xalq diplomatiyası da adlandırmaq olar.
L.Qəndilov sonda iki ölkə arasında turizm münasibətlərinin inkişaf etdirilməsindən danışıb. Tədbirdə iştirak edən Belarus turizm şirkətlərinin böyük rol oynaya biləcəklərini qeyd edib. Təqdimat zamanı Azərbaycanın gözəlliklərini və turistlər üçün yaradılmış şəraitlə yaxından tanış olmağı məsləhət görüb.
Səfirlik tərəfindən tədbirdə iştirak etmək üçün “Belavia” Hava Yolları şirkətinin marketinq və xarici iqtisadi fəaliyyət xidmətinin rəhbəri Radişevskaya Yekaterina və Belarus turizm assosiasiyasının rəhbəri Filip Burıy dəvət olunub.
Radişevskaya Yekaterina tədbirdə çıxışında Minsk-Bakı-Minsk reysinin son 9 ayda digər istiqamətlərə olan səfərlərlə müqayisədə sərnişinlərin sayının çoxaldığını söyləyib. Sözügedən reysə artan marağı və turistlərin sayının artacağını nəzərə alaraq, “Belavia” Hava Yolları 2020-ci ildən başlayaraq bu istiqamətdə hər gün uçuşların həyata keçiriləcəyini bildirib.
Filip Burıy isə Azərbaycan xalqının çox mehriban və xoşxasiyyətli olduğunu qeyd edərək, bütün məsələlərin şəxsi münasibətlər əsasında həll olunduğunu və bəzi xidmətlərə görə hətta ödəniş istənilmədiyini də söyləyib. O, tədbirdə iştirak edən turizm şirkətinin nümayəndələrini ölkəmizə səfərlərin təşkil olunmasında aktivlik göstərməyə çağırıb. Azərbaycanlıların rus dilində sərbəst danışdıqları üçün ora səfər edən belaruslu turistlərin ünsiyyət probleminin də olmayacağını qeyd edib.
Azərbaycanın görməli yerləri, gözəllikləri və bayram tədbirləri barədə videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın “Rayda” turizm şirkətinin nümayəndəsi Veronika Lyubçenko tədbir iştirakçılarına Azərbaycanda olan hotellər və turistik paketlər barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları arasında təşkil olunan lotereya oyunun 7 nəfər qalibinə Azərbaycana səfər paketi hədiyyə edilib. Sonda “Qafqaz əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim olunub və tədbir iştirakçıları ilə birlikdə “Yallı” rəqsi oynanılıb.
Şengen vizası almaq istəyirsizsə… – Səfir
Axar.az Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə müsahibəni təqdim edir:
– Azərbaycan da, Çexiya da mürəkkəb geosiyasi regionda yerləşir. Azərbaycanlılar Cənubi Qafqazda, çexlər isə Mərkəzi Avropada tarixi kəsişmədə yaşayırlar. Çexiyanın keçdiyi mürəkkəb tarixi yol hər kəsə məlumdur. Hazırda isə ölkəniz Avropa Birliyinin üzvüdür və ölkənin inkişafı göz qabağındadır. Çexiya bu mürəkkəb situasiyanı necə balanslaşdıra bilir?
– Həm Azərbaycan, həm də Çexiya hər biri təxminən 10 milyon əhalisi olan orta ölçülü ölkələrdir; ölkəmizin ərazisi 78,9 min kvadrat kilometr, Azərbaycanın sahəsi isə 86,6 min kvadrat kilometrdir.
Müstəqil dövlətlərimiz – Azərbaycan Demokratik Respublikası və Çexoslovakiya Respublikasının varisləridir. Hər iki dövlət 1918-ci ildə qurulub və hər ikisi olduqca çətin, həm də düşmənçilik şəraitində inkişaf edib. Sizin ölkəniz də bizim kimi müstəqilliyini xarici işğal nəticəsində itirib. Çexiya məxməri inqilabından 30 il keçir. Bu dövr bütün Mərkəzi və Şərqi Avropa üçün bir dönüş nöqtəsi oldu və bu bölgələrdə tamamilə yeni bir güc balansı meydana gəldi. Açıq iqtisadiyyatı olan orta ölçülü Çexiyanın təhlükəsizliyi və rifahı 20 il əvvəl NATO-ya və 15 il əvvəl AB-yə daxil olması ilə möhkəmləndi.
– Çexoslovakiya Slovakiya ve Çexiyaya parçalandıqda dünyaya sülh nümunəsi nümayiş etdirdi. Təəssüf ki, dünya ölkələri bu nümunədən ibrət götürə bilmədi. Buna necə nail oldunuz?
– Kommunizmin süqutundan sonra bəzi ölkələr, xüsusən keçmiş Yuqoslaviya millətçi eqoistliyin alovlandırdığı zorakılıq yolu ilə getdi. 1989-cu ildən sonra çexlər və slovakların tutduğu yollar, xoşbəxtlikdən, fərqli idi. Bütün çoxmillətli dövlətlərdə olduğu kimi, 1918-ci ildə Çexoslovakiya dövləti qurulandan bəri təsisçi xalqlar da öz siyasi və iqtisadi paylarından narazı idilər. Slovakiyada insanlar arasında zaman-zaman haqlı olaraq yerinə yetirilməmiş vədlər, Çexiyanın siyasi dominantlığı kimi bəzi narazılıqlar vardı. Çexoslovakiya 1969-cu ildə federativ respublikaya çevrildi, lakin bu, bir neçə ay öncə Sovetin işğalı kimi daha vacib faktın kölgəsində qaldı. 1989-cu ildən sonra demokratiyanın və fikir azadlığının bərpası çexlər və slovaklar arasındakı münasibətlərin şərtlərinin yenidən müəyyənləşdirilməsinə imkan verdi. Slovaklar ambisiyalı idilər və o zamanlar onların tələblərinə böyük rəğbətim var idi. 1992-ci il seçkilərindən sonra ortaya çıxan Praqa və Bratislavadakı siyasi nümayəndəliklər yollarımızın ayrılmasına qərar verdilər və 1993-cü il 1 yanvar tarixində dövlət əmlakının və sərhədlərin yenidən müəyyənləşdirilməsi də daxil olmaqla, iki müstəqil respublikanın yaradılması ilə sona çatan sülhməramlı danışıqlara başladılar. Bu, bir növ, boşanma idi və olduqca ağrılı proses idi, ancaq bu, məsuliyyətlərini anlayan iki yetkin insanın boşanması idi. Sonda Çexiya, eləcə də Slovakiya 2004-cü ildə eyni vaxtda Aİ-yə üzv oldu və bu gün biz yenidən fiziki sərhədlərə bölünməyən ümumi iqtisadi məkanın bir hissəsiyik. Bu gün çexlər və slovaklar arasındakı münasibətlər tarixin ən yaxşı nöqtəsindədir. Bir diplomat kimi bütün fəaliyyətim boyu mənə aydın oldu ki, biz çox yaxşı qonşu və dostuq.
– Azərbaycanla Çexiya arasındakı münasibətləti üç sözlə necə ifadə edərdiniz?
– Əslində, iki sözlə – strateji müttəfiqlər. Bu o deməkdir ki, bir-birimizi başa düşmək üçün bir çox imkanlarımız var. Daha əvvəl qeyd etdiyim kimi, biz orta miqyaslı dövlətlərik. Düşünürəm ki, bu oxşarlıq iki xalqın arasındakı münasibətlərə müsbət təsir göstərir. Əlbəttə ki, aramızda bəzi fərqlər var – məsələn, din… Biz xristian, katolikik, Azərbaycanda isə əhalinin böyük əksəriyyəti islama etiqad edir. Bu, iki fərqli sivilizasiya deməkdir, lakin xalq arasında yaxşı münasibətlərin mövcudluğu üçün maneə deyil.
– Azərbaycan və Çexiya tarixi əlaqələrə malikdir. Həm iqtisadi, həm də siyasi baxımdan bu əlaqənin hazırkı vəziyyəti necədir? Rəsmi Praqa bu münasibətlərdən razıdırmı?
– Cavab çox sadədir. Əgər burada səfirliyimiz varsa, deməli, burada bəzi maraqlarımız var. Bu da birbaşa Praqanın, Çexiyanın maraqları deməkdir. Çoxsaylı turistlər Çexiyaya, məsələn Praqaya, Karlovı Varıya tez-tez səyahət edir, Çexiyada bir çox Azərbaycan vətəndaşının əmlakı var. Biz turistlərə açığıq və onların ölkəmizə səyahəti üçün şərait yaradırıq. Çexiyanın yeganə çatışmazlığı dənizimizin olmamasıdır, Azərbaycan kimi gözəl təbiətə sahib deyilik. Bizdə doqquz iqlim tipi yoxdur.
Maraqlara gəldikdə isə düşünürəm ki, birinci əsas məsələ bizim nəqliyyatımızdır. Bilirsiniz ki, çex neftinin üçdəbiri Azərbaycandan gəlir. Deməli, Çexiyadakı hər üç maşından biri Azərbaycan yanacağı ilə işləyir.
Həm də düşünürəm ki, Çexiyadan Azərbaycana turist axını ilə bağlı bir şey etməliyik. Heç kimin Azərbaycan haqqında kifayət qədər məlumatı yoxdur. Çexiyada Azərbaycan dili haqqında məlumatı olanlar çox azdır, digər tərəfdən, Azərbaycanda da çox az adam çex dilini bilir. Düşünürəm ki, bu, gələcək üçün çox vacib bir məsələdir.
– 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artaraq 1 milyard ABŞ dollarını ötüb. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollardan çox olan dövlət layihələrində podratçı kimi də iştirak ediblər. Sizcə, çex şirkətlərinin Azərbaycana yatırımlarını artırmaq üçün hansı addımlar atılmalıdır?
– Biz Azərbaycanın “Top 10” iqtisadi tərəfdaşı arasındayıq. Bir tərəfdən, illik təxminən 1 milyard dollar dəyərində yüksək keyfiyyətli Azərbaycan neftinin idxalı iqtisadiyyatımız üçün vacibdir. Digər tərəfdən, Azərbaycana ixracatımızın həcmi cəmi 70 milyon dollardır. Bu gün qazax həmkarımla görüşdüm və o, mənə bildirdi ki, onların da Azərbaycana idxal həcmi cəmi 220 milyon dollardır. Bir az təəccübləndim, çünki bunun xeyli çox olacağını düşünürdüm. Çexiyaya gəlincə, bəzi böyük layihələr başa çatır – daha da önəmlisi, bu layihə Çexiya tərəfindən sığortalanan və çex şirkəti olan “Moravia Steel” tərəfindən Bakı-Tiflis-Qars dəmir yolu dəhlizində aparılan inşaat işlərini əhatə edir. Mən fəxr edirəm ki, Çexiyanın Vysoke Myto şəhərində istehsal olunan yüksək keyfiyyətli “Iveco” avtobusları Bakıda ictimai nəqliyyat sistemində istifadə olunur. Nəqliyyat, infrastruktur və enerji sahələrinə xeyli sərmayələr qoyulub və Çexiya indi də Azərbaycanda modernizasiya prosesinin bir hissəsi olmağa can atdığı üçün yeni bir şey axtarırıq. Azərbaycanda ekologiya sahəsində neft hasilatı ilə çirklənmiş məkanların sağlamlaşdırılması ilə məşğul olan layihələrdən birinə Çexiya Respublikası da daxil edilib. Çexiya Azərbaycanda ekoturizmin inkişafını da dəstəkləyir. Ölkəmizdə tarixi 1889-cu ilə gedib çıxan turist yollarının işarələnməsinin olduqca praktiki bir sistemi mövcuddur. Bu il çexlər tələbələr, dağ bələdçiləri və Milli Park işçiləri daxil olmaqla, Azərbaycan xalqının müxtəlif nümayəndələrinə müxtəlif pilot layihələrdə Hirkan Milli Parkındakı Xanbulan su anbarı ətrafında, Talıstandan Qaranohur dağ gölünə və Şahdağ Milli Parkının İsmayıllı hissəsindəki Cavanşir qalasına qədər turizm yollarını işarələmək üçün təlimlər keçdi. Çexiya Respublikasında turist yollarını qeyd etmək üçün dörd rəng – sarı, qırmızı, mavi və yaşıl istifadə olunur. Sistemi Azərbaycanda tətbiq edərkən yerli tərəfdaşlarımızla rənglərinizi milli bayrağınıza uyğun olaraq qırmızı, mavi və yaşıl rənglərlə məhdudlaşdırmaq barədə razılaşdıq. Çexiya Sənaye və Ticarət, Xarici İşlər nazirlikləri, habelə səfirliyimiz və “CzechTrade”in Bakı ofisi Çexiyanın biznes missiyalarını asanlaşdırmağa kömək edir.
– Qarşıdan Yeni il gəlir. Azərbaycanlıların istirahət üçün üstünlük verdiyi ölkələrdən birinin Çexiya olmasına baxmayaraq, bir çoxları səfirlikdən viza ala bilməməsi ilə bağlı şikayətlənir. Çexiya səfirliyindən viza almaq çətindirmi?
– Çexiya həm azərbaycanlı turistlər, həm də ölkəmizə işləmək və ya təhsil almağa gəlməyi seçən insanlar arasında çox populyar bir yerdir. Bu o deməkdir ki, viza üçün müraciət edən çox sayda insan var. Etiraf edirəm ki, proses bəzən uzun çəkir, xüsusən də söhbət qərar vermə prosesinin Çexiya Daxili İşlər Nazirliyinin əlində olduğu uzunmüddətli vizalardan gedirsə. Vətəndaşlar bəzən bütün lazımi sənədlər olmadan görüşə gəlir, bəziləri azərbaycancadan başqa bir dil bilmir, buna görə də anlaşılmazlıqlar yaranır. Buna görə viza üçün müraciət etmək istəyən bütün insanlara yaxşı hazırlaşmağı məsləhət görürəm – çox vaxt səfirliyin veb saytında məlumatı ətraflı oxumaq və bəzi suallar qaldıqda Konsulluq Bölməsinə zəng etmək kifayətdir. Həqiqi imtinalara gəldikdə, rəqəmlər tamamilə aydındır: keçən il səfirliyimiz 4787 Şengen vizası verib və Şengen viza üçün 241 müraciətə mənfi cavab verib. Düşünürəm ki, həddən artıq sərt deyilik.
– Ümumiyyətlə, hansı hallarda konsulluq vətəndaşa viza verməkdən imtina edir?
– Ümumi imtinaya gəlincə, düşünürəm ki, əsas problem tamamlanmamış və ya saxta sənədlərlə bağlıdır. Konsulluq bölməsində çalışanlar sadəlövh deyil, onlar öz işlərini bilirlər. Bəzən bir sənədin fərqli səhifələri üst-üstə düşmür. Belə olduğu halda suallar ortaya çıxır. Sənədləri hazırlayarkən insanlar dürüst olmalıdırlar.
– Çexiya Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra bir neçə il bu sahədə çalışmısınız. Necə oldu ki, siyasətə, diplomatiyaya gəlmək qərarına gəldiniz?
– Bu çox maraqlı yol 1989-cu ildə start götürüb. Mən o zaman çox gənc idim. Bir çox insan ictimai sahəyə gedirdi. Mən 1948-1989-cu illər arasında prioritet olan Sosial Demokrat Partiyasının həmtəsisçisi idim. Bu mənim qanımda idi, atam babamın da sosial-demokrat olduğunu deyir. O dövrdə ictimai həyat çox dinamik idi. 1989-cu ildən parlamentə seçildim və ordakı fəaliyyətim 10 il davam etdi. Həm də doğulduğum yerdə şəhər məclisinə seçildim. Bu, olduqca maraqlı, eyni zamanda da çətin dönəmlər idi. Bu dövr Çexiya xalqının dəyişikliklər dövrü idi. Siyasi həyat çox dinamik idi. NATO-ya üzv olmaq, parlamentdə səs vermək kimi həqiqətən də maraqlı məqamların bir hissəsi idim, AB-yə üzv olma prosesinin də şahidi oldum.
Həmçinin bir müddət AB parlamentində məsləhətçi kimi də fəaliyyət göstərdim. 2006-cı ildə yeni bir şey axtarmaq qərarına gəldim. Və bu yeni sahə diplomatiya oldu. Mən parlamentlərarası birliyin sədri kimi fəaliyyət göstərirdim. Yeni təcrübəm zamanı dünyanın hər yerindən bir çox insanla tanış oldum, yeni məlumatlar qazanmaq mənim üçün çox faydalı oldu. Məsələn, Kipr prezidenti ilə görüşdüm, o bu nümayəndə heyətinin tərkibində idi, ancaq o dövrdə yeganə parlament üzvü idi. Cənab Andreotti ilə, Bundestaqın rəhbəri ilə görüşdüm. Bunlar çox maraqlı hadisələr idi və öz təcrübəmlə qürur duyuram.
– Sizcə, səfirin əsas missiyası nədir? Səfirin adi gününün necə keçdiyini bizim üçün təsvir edə bilərsinizmi?
– Maraqlı sualdır. Deputat olduğum dövrdə mənim üçün də maraqlı idi. Mən bir çox təhsil ocaqlarında olmuşam və siyasət üzrə təhsil alan gənclərin çoxu bu sualı mənə verib. Bütün diplomatlar üçün ən başlıcası dövlətlər arasında yaxşı münasibətlərin qurulmasına nail olmaqdır. Bu hər bir diplomatın əsas missiyasıdır. Çünki diplomatlar susanda silahlar danışır. Mənim üçün yeni ölkələr tanımaq, yeni məlumatlar əldə etmək, bu barədə düşünmək, hər iki tərəfdən olan insanlar arasında yeni əlaqələr qurmaq çox maraqlıdır. İstənilən ölkə haqqında daha çox məlumat toplamaq və bunu öz xalqıma ötürmək mənim üçün əsas vəzifədir. Mən Belarusiyada və ya Ukraynada fəaliyyət göstərəndə bir çox insan mənə sual verirdi: Rusiya haqqında nə düşünürsünüz? Mənsə cavabında deyirdim ki, mən indi Rusiyada deyiləm. Lakin Bakıya gələndə çaşıb qaldım. Azərbaycanın Ukrayna və Belarusdan çox fərqli olduğunu gördüm. Azərbaycan dili tamamilə fərqli bir dildir və mən yeni gələndə heç nə başa düşmürdüm. Olduqca çətin idi. Hazırda Azərbaycan dilini öyrənmək istəyirəm, lakin bunun çətin olacağını bilirəm. Diplomat üçün dünyanın tamamilə fərqli bir ölkəsinə gəlmək, fərqliliklərə öyrəşməyə çalışmaq olduqca maraqlı prosedir.
– Səfir olduğunuz müddətdə üzləşdiyiniz ən böyük çətinlik nə olub?
– Düzü, belə halla iki dəfə rastlaşmışam. Birincisi, Belarusun dövlət borcu ilə bağlı problemin həlli idi. Və sonda Belarusiya ilə Çexiya arasında bir razılaşma əldə olundu. Olduqca çətin proses idi. Sözün düzü, prosesin əvvəlində bu problemin həlli yolunun mümkün olmayacağını düşünürdüm. Ancaq sonda problemin yaxşı həllini tapdıq və hər iki tərəf bundan məmnun qaldı. Minskdə yeni bir binada çalışırdım. Belarusun Çexiyaya olan dövlət borcunu bu binaya kirayə haqqı ödəməməklə aradan qaldırdıq.
İkincisi isə səfir olduğum dönəmdə deyil, gənc diplomat olduğum zaman başıma gəlib. Mən 2010-cu ildə AB Şurasına sədrlik etdiyimiz zaman Ukrayna, Rusiya və Avropa Birliyi arasındakı danışıqlar prosesinin içində idim. Bu sədrlik dönəmimiz heç də asan keçmədi – Fələstin böhranı, Avropaya gedən Ukrayna qazının böhranı və sairə. Mən də Ukrayna ilə Rusiya arasındakı razılaşmanın kuryeri idim. Tərəflərin razılaşması ilə bağlı sənədlərlə birlikdə gələndə insanlar Vladimir Putinə bu razılaşma haqda çoxsaylı suallar verməyə başladı. Cənab Putinsə dedi: Kuryer Brüsselə gedir! Bu kuryer isə mən idim. Əlimdə razılaşma və həyəcanlı bir halda Borispol hava limanına getdim, təyyarə isə gecikirdi. Dərhal Frankfurt hava limanına üz tutdum. Brüsselə gedən təyyarəyə çatmaq üçün cəmi 20 dəqiqəm var idi. Lakin sonu yaxşı qurtardı. Mən Brüsselə çatanda artıq məni orda gözləyirdilər.
– Artıq bir ildir Azərbaycanda səfirsiniz. Ölkəmizə gəldikdən sonra gözləntilərinizlə qarşılaşdıqlarınız üst-üstə düşdümü?
– Deməliyəm ki, Azərbaycan çox heyrətamiz təbiətə malik, gözəl bir ölkədir. Burda çox maraqlı yerlər var. Mən təkcə Bakıda yox, Şəki, Qəbələ, Lənkəran, Astara, Gəncədə olmuşam. Daha öncə də qeyd etdiyim kimi, başlanğıc mənim üçün asan olmadı, amma indi irəliləyirik və düşünürəm ki, burada görüləsi çox işimiz var.
Məsələn, Qaravallı kəndində gözəl bir layihəmiz var. Orada enerji səmərəliliyi ilə bağlı bir məktəb təsis etmişik. Sözügedən məktəbi ötən il təhsil nazirinin müavininin köməyi ilə yaratdıq. Qaravallıdakı layihəmiz Təhsil Nazirliyinin nəzarətindədir. Bu ilin iyul ayında UNESKO-nun 33-cü iclası keçirildi. Növbəti sessiyasının Bakıda olacağına ümid edirik.
Bakıda Beynəlxalq Ekoloji sərginin açılışı olub – Nazirlik iş adamlarını texnologiyalarla tanış olmağa çağırdı
Bakıda “Caspian Ecology” 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olub.
Atv.az xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 10 ölkədən 60 şirkət iştirak edir. Sərginin açlışında məktəblilər tərəfində flaşmob nümayiş olunub. Daha sonra plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, vulkan püskürmələri, meşələrin salınması üçün 50-dən çox yerli toxum sortu və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunub. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin şirkətlərinin nümayiş etdirdiyi məhsullarla tanış olub. Qeyd edilib ki, sərgidə nümayiş olunan bütün yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib.
Firdovsi Əliyev- Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini: “Bizim üçün ən maraqlı məslələrdən biri xəzərin mühafizəsində önəmli rol oynayan çirkab suların təmizlənib sonradan dənizə axıdılmasıdır. Bununla da bağlı şirkətlər burda qabaqcıl texnologiyalarını nümayiş elətdirirlər. Fürsətdən istifadə edib bütün iş adamlarınasəslənirəm ki, 3 gün ərzində onlar sərgiyə gəlib baxsınlar. Yeni texnologiyalaral tanış olub və onu tətbiq eləsinlər. Bütövlükdə bu sağlam mühitin təşkil olunmasında böyük rol oynayır”.
Bir sıra ölkələrdə tətbiq olunan “turizm vergisi”…
Bu vergidən gələn gəlirlər necə xərclənir?
Gələn ildən Türkiyədə də “turizm vergisi”nin tətbiqi nəzərdə tutulur. Otelin ulduz kateqoriyasından asılı olaraq bir sutka qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklif olunur. 2019-cu ilin 9 ayının nəticələrinə əsasən, Türkiyəyə 41 milyon turist səfər edib. Turizm sektorunun gəliri isə 27 milyard dolları ötüb. Yeni verginin tətbiqindən sonra Azərbaycan vətəndaşlarının da istirahət etmək üçün ən çox səfər etdiyi ölkələrdən olan Türkiyədə turizm xidmətlərinin bahalaşacağı gözlənilir.
Turizm eksperti Ruslan Quliyevin sözlərinə görə, sahibkarlar çalışacaq ki, turistlər qiymət artımını çox hiss etməsinlər: “Bir turpaketin və ya xidmətin maya dəyəri hesablanan zaman qiymətlərdəki artım sadəcə turistin üzərinə qoyulmayacaq. Kompromis variant kimi sahibkarlar da öz gəlirlərindən müəyyən qədər pay verəcək. Bununla da əvvəlki qiymətlər saxlanılmış olacaq. Turizm vergisindən əldə olunan vəsaitlər isə yenidən turizm sektorunun inkişafına yönəldiləcək. Ona görə də bu verginin tətbiqindən sonra Türkiyədə turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən geniş təşviqat işləri görüləcəyi nəzərdə tutulur”.
Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, dünyanın bir sıra ölkələrində turistlərdən vergi tutulur. Bu cür vergi Azərbaycanda da tətbiq olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyənin hesabına ödəniş etməldir. Lakin bir sıra Avropa ölkələri var ki, orada turistlərdən tutulan vergi bizdəkindən 6-7 dəfə çoxdur:
“Barselona, Amsterdam kimi şəhərlərdə bu vergilər xeyli müddətdir tətbiq olunur. İspaniyanın bir sıra kurortlarında hər turistə görə sutkalıq 3 avro “kurort yığımı” var. Bundan əlavə, gələn ildən yerləşmə müəssisəsindəki qiymətin 7 faizi miqdarında əlavə vergi tutuması da təklif olunur. Bəzi ölkələrdə isə turistlərdən eko-vergi tutulur. Bu vergi turistlərin ekologiyaya, ətraf mühitə vurduğu zərərləri aradan qaldırmaq üçün nəzərdə tutulub. Dünyada daha çox yayılmış təcrübə belədir ki, bu cür vergilər bələdiyyələrin hesabına toplanır”.
Bəzi Avropa ölkələrində isə turistlərə vergilərin tətbiq olunmasında əsas məqsəd dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaratmaq və turistlərin sayını bir qədər azaltmaqdır. Onlar çalışır ki, ölkəyə az, amma çox pul xərcləyən turistlər gəlsin. Nə qədər qəribə səslənsə də, məsələn, Amsterdamda turistlərin sayını azaltmağa çalışırlar. Cəmi 900 min əhalisi olan bu şəhərə ildə 18 milyondan çox turist səfər edir ki, bu da yerli əhalinin narazılığına səbəb olur. Turizm sektorunun illik gəliri 90 milyard dolları ötsə də, həddindən çox olan turist axını amsterdamlıların həyatına bəzən mənfi təsir göstərir. Bundan başqa, turistlər şəhərin infrastrukturuna, tarixi binlarına və ekologiyasına da mənfi təsir göstərirlər. Ona görə də gələn ildən Amsterdamda turistlərə tətbiq olunan vergi bir qədər artırılacaq. 2020-ci ildən Hollandiyanın paytaxtına səfər edən turistlər bir otel otağının dəyərinin 7 faizi məbləğində, üstəlik hər gecəyə görə adambaşına 3 avro vergi ödəməli olacaqlar. 16 yaşa qədər uşaqlar isə vergidən azaddır. Toplanan vəsaitlər tarixi binaların və mədəni irs obyektlərinin bərpasına, şəhərin park və çay kanallarının təmizlənməsinə, ətraf mühitə dəyən ziyanın aradan qaldırılamsına xərclənəcək.
TIFLIS – BORJOMI – BAKURIANI turu
★★HÖRMƏTLİ İSTİRAHƏTİ SEVƏNLƏR, SİZLƏRƏ ŞOK QİYMƏTƏ MÖHTƏŞƏM YENİ İL TURU★★
☛ TIFLIS – BORJOMI – BAKURIANI – BORJOMI (avtobus turu) ☛ Tarix: 30.12.2019 – 03.01.2020 (3 gecə / 4 gün)
İndi al hissə hissə ödə!
VAKE 3★ HOTEL – 99 $ ( 25.11.2019 tarixinə dək )
1MÖHTƏŞƏM YENİ İL TURU★★★
Qeyd: Qeydiyyatdan keçmək üçün ümumi məbləğin 50%-ın ödəyə bilərsiniz və məbləğin qalan hissəsini 28.12.2019 tarixinədək hissə-hissə ödəyə bilərsiniz.
● Qiymətə daxildir :
✔ Tur boyu xidmət göstərən transfer (VİP Avtobus)
✔ Canlı musiqi , Diskoteka , Karaoke
✔ Oteldə 3 gecə gecələmə
✔ Qidalanma (səhər yeməyi)
✔ Tiflis şəhər ekskursiyası
✔ Bakurianidə gəzinti (Kanat yolu və xizək meydançası)
✔ Borjomi gəzinti
✔ Pulsuz fotosessiya
✔ Belədçi xidməti
✔ Kollektiv oyunlar
✔ Yeni il QALA gecəsi ( əlavə 40 usd )
Qeyd :
➊ Uşaqlar 0-5 yaş pulsuz , 5-10 yaş isə 10% endirim.
➋ Yeni il şənliyində iştirak etmək istəyənlər əlavə 30$ restorana ödəməlidir. Şənliyə Qala şam yeməyi və Şou proqram daxildir.
➌ Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.
Bir sözlə Unudulmaz YENİ İL turu təşkil olunacaq.
Əlaqə nömrəsi 070-264-60-30
Uçuş zamanı baqajı necə qorumalı?
Aeroportun yükvuran əməkdaşları hansı baqajla necə gəldi rəftar edildiyindən, hansı baqaja ehtiyatla yanaşıldığından və nə üçün köhnə birkanın baqajın itirilməsinə səbəb ola biləcəyindən danışıblar.
Baqajın itirilməsi, eləcə də çamadandakı bəzi dəyərli əşyaların zədələnməsi və ya oğurlanması məzuniyyətin başlanmasının, yaxud başa çatmasının heç də xoşagələn variantı deyil. Əfsuslar olsun ki, biz əşyalarımızın təyyarənin baqaj bölməsinə necə yükləndiyinə nəzarət edə bilmirik, lakin biz yükvuran işçilərin və təcrübəli səyyahların baqajımızı qoruyub saxlamağa imkan verən, onun başqa istiqamətdə uçmasının qarşısını alan məsləhətlərindən istifadə edə bilərik.
AZƏRTAC “Яндекс Дзен”ə istinadla həmin məsləhətləri oxuculara təqdim edir.
Baqajı zədələməmək üçün, ilk növbədə, əvəzləyici dəstəyi olan çamadan alın, çünki çamadanın konstruksiyasında ən zəif element elə məhz onun dəstəyidir və digər elementlərlə müqayisədə o, fiziki təzyiqə daha çox məruz qalır.
Yükləri təyyarəyə adətən insanlar yerləşdirirlər və rastlarına çəkisi 20-25 kiloqram olan çamadan çıxanda, səliqəli işləmək barədə düşünmürlər, ağır yükdən can qurtarmaq üçün onu necə gəldi yük bölməsinə tullayırlar. Məlumdur ki, böyük şkaf aşanda daha çox gurultu qoparır. Çamadanın içi nə qədər dolu olsa, onun korpusuna və dəstəyinə bir o qədər çox güc düşür. Kövrək əşyaları çamadanın ortasına qoyun, yumşaq əşyaları isə onların ətrafına düzün.
Aviaşirkətlərin xidmətlərindən heç olmazsa bir dəfə istifadə edən şəxs, yəqin ki, baqaja verilən çamadanların üzərinə bərkidilən birka deyilən aksesuara diqqət yetirib. Bəzi səyyahlar, xüsusən də istirahətə ilk dəfə təyyarə ilə yollananlar aeroporta gələn kimi çamadandan birkanı açmağa tələsmir. Hətta özlərinə əziyyət verib birkanı əvəzləməmək üçün onu növbəti reysə saxlayırlar. Bunu etmək tövsiyə olunmur, çünki baqajdakı köhnə birka aeroport xidməti işçilərini yanılda bilər. Bu isə o deməkdir ki, baqajınız naməlum istiqamətdə uçacaq.
Ünvanınızı və əlaqə məlumatınızı bir kağıza yazıb çamadanın içinə qoyun ki, çamadanınız itsə, aeroport xidməti sizi asanlıqla axtarıb tapa bilsin.
Sərnişinlərin baqajlarından qiymətli əşyaların yoxa çıxması da tez-tez təsadüf edilən hallardandır. Səyahət etməyi sevən bəzi insanlar əmindirlər ki, bu deyilənlər mifdən başqa bir şey deyil, çünki səyahət etdikləri uzun illər ərzində bir dəfə də olsun oğurluqla üzləşməyiblər. Amma elələri də var ki, elə ilk səyahətdəcə onları soyurlar. Balaca bir qıfıl çamadanın qarət edilməsinin qarşısını almır. Təcrübəli oğrunun bu qıfılı açması çətin iş deyil. Üstəlik, çamadanın içindən oğurluq edildiyi dərhal üzə çıxmaya da bilər.
Çamadanı dolamaq üçün tövsiyə edilən adi plyonka onun qorunması üçün ən səmərəli vasitədir. Potensial oğru, çox güman, elə bir çamadan seçəcək ki, ondan oğurluq etmək problem yaratmasın və qıfılın sındırılması izləri görünməsin. Yeri gəlmişkən, plyonkaya alternativ təklif edilən çamadan çexolları bu işə yaramır. Çünki çexolu çıxarıb-geydirmək də çətin iş deyil.
İtkinin qarşısını almaq üçün daha bir dəyərli məsləhət: qiymətli əşyalarınızı əl yükündə daşıyın!
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.
Tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsindən danışıb. Xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.

Azərbaycanda turizm sektorunun inkişafına dövlət tərəfindən ciddi diqqət ayrıldığını və böyük investisiya qoyulduğunu bildirib. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinə daxil olan Atəşgah kompleksi, Şəki Xan Sarayı, Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələrlə zəngin olduğunu qeyd edən L.Qəndilov, eyni zamanda, ölkəmizin Şərqlə Qərb arasında təbii körpü olduğunu söyləyib. Azərbaycan xalqı tarixən tolerant olub. Təsadüfi deyil ki, ölkəmiz həm şərq, həm də qərb mədəniyyətini özündə cəmləşdirir.
Səfir ölkəmizdə yeni hotellərin, əyləncə mərkəzlərinin, dağ xizəkçilik komplekslərinin tikildiyini və lazımi infrastrukturun qurulduğunu söyləyib. Qısa müddət ərzində Qəbələ və Qusarda dünya standartlarına uyğun Qış turizm mərkəzləri yaradılıb. Yay turizminin imkanlarından tam istifadə olunması üçün yeni obyektlər tikilib və marşrutlar salınıb.
Azərbaycan və Belarus əhalisinin bir-birlərinin ölkələrinə olan maraqları və yaxın isti münasibətləri turizm potensialının tam istifadə olunmasını vacib edən məqamlardan olduğunu bildirib. L.Qəndilov belaruslu turistlərin daha rahat və münasib qiymətə Azərbaycanın gözəlliklərindən həzz almaları üçün qrup şəklində çoxlu sayda turların da təşkil olunmaq imkanının mövcudluğunu qeyd edib.

Səfir iki ölkə rəhbərlərinin dostluğunun xalqlarımız arasında münasibətlərin simvoluna çevrildiyini bildirib. Bu baxımdan müstəqillik dövründə yetişmiş yeni nəslin bir-birini yaxından tanımasına böyük ehtiyac var. L.Qəndilov, eyni zamanda, qeyd edib ki, iki ölkənin əhalisi arasında qurulacaq bu əlaqələri xalq diplomatiyası da adlandırmaq olar.
L.Qəndilov sonda iki ölkə arasında turizm münasibətlərinin inkişaf etdirilməsində tədbirdə iştirak edən Belarus turizm şirkətlərinin böyük rol oynaya biləcəklərini qeyd edib. Təqdimat zamanı Azərbaycanın gözəlliklərini və turistlər üçün yaradılmış şəraitlə yaxından tanış olmağı məsləhət görüb.
Səfirlik tərəfindən tədbirdə iştirak etmək üçün “Belavia” Hava Yolları şirkətinin marketinq və xarici iqtisadi fəaliyyət xidmətinin rəhbəri Radişevskaya Yekaterina və Belarus turizm assosiasiyasının rəhbəri Filip Burıy dəvət olunub.
Radişevskaya Yekaterina tədbirdə çıxışında Minsk-Bakı-Minsk reysinin son 9 ayda digər istiqamətlərə olan səfərlərlə müqayisədə sərnişinlərin sayının çoxaldığını söyləyib. Sözügedən reysə artan marağı və turistlərin sayının artacağını nəzərə alaraq, “Belavia” Hava Yolları 2020-ci ildən başlayaraq bu istiqamətdə hər gün uçuşların həyata keçiriləcəyini bildirib.
Filip Burıy isə Azərbaycan xalqının çox mehriban və xoşxasiyyətli olduğunu deyib. Bütün məsələlərin şəxsi münasibətlər əsasında həll olunduğunu və bəzi xidmətlərə görə hətta ödəniş istənilmədiyini də söyləyib. O, tədbirdə iştirak edən turizm şirkətinin nümayəndələrini ölkəmizə səfərlərin təşkil olunmasında aktivlik göstərməyə çağırıb. Azərbaycanlıların rus dilində sərbəst danışdıqları üçün ora səfər edən belaruslu turistlərin ünsiyyət probleminin də olmayacağını qeyd edib.
Azərbaycanın görməli yerləri, gözəllikləri və bayram tədbirləri barədə videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın “Rayda” turizm şirkətinin nümayəndəsi Veronika Lyubçenko tədbir iştirakçılarına Azərbaycanda olan hotellər və turistik paketlər barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları arasında təşkil olunan lotereya oyununun 7 nəfər qalibinə Azərbaycana səfər paketi hədiyyə edilib.
Sonda “Qafqaz əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim olunub. Tədbir iştirakçıları ilə birlikdə “Yallı” rəqsi oynanılıb.
Qış mövsümündə Omana səyahət üçün yeddi səbəb
Oman xarici turistlər üçün cəmi 30 il əvvəl açılıb. Bu, ənənəvi turizm istiqamətləri ilə müqayisədə az bir müddətdir. Lakin ekspertlər qeyd edirlər ki, ölkəyə turist axını artır. Sultanlıq onları nə ilə cəzb edir? Omanın İslandiya ilə ortaq cəhəti nədir? Niyə Misirdən ötrü darıxanlar bu ölkəyə səyahət edə bilərlər?

AZƏRTAC tourdom.ru resursuna istinadla bu suallara cavab verməyə çalışacaq.
Populyar ölkələrdən daha təhlükəsiz məkan
Bizim turistlər üçün hələ ekzotik məkan olan Oman sultanlığı 2019-cu ildə dünya ölkələrinin turistləri üçün ən təhlükəsiz ölkələrdən biri elan edilib. Dünya İqtisadi Forumunun versiyasına görə, bu ölkə İslandiya ilə birlikdə ilk iki pilləni bölüşərək fəxri ikinci yeri tutub. Reytinqin tərtibi zamanı cinayətkarlıq və zorakılıq, terror aktları ehtimalı, həmçinin polis xidmətinin fəaliyyətinin effektivliyi kimi ümumi göstəricilər nəzərə alınıb.
