Ev Blog Səhifə 119

2020-ci ilin əvvəlində Dubayda ən çox gözlənilən tədbirlər

0
Dubay

Dubay dünyanın ən dinamik və maraqlı şəhərlərindən biridir. Sizin əsl sənət xiridarı və ya idman həvəskarı olmağınızın, yaxud sadəcə bu şəhəri məzuniyyət üçün seçərək vaxtınızı ailənizlə birlikdə şən keçirmək istəməyinizin heç bir fərqi yoxdur, çünki Dubayda, sözün həqiqi mənasında, darıxmaq fürsətiniz olmayacaq. Dubayda idman tədbirləri“Omega Dubai Desert Classic” qolf turniri

Omega Dubai Desert Classic” qolf turniri BƏƏ-də qolf üzrə ən populyar tədbirdir və qolf dünyasının ən çox gözlənilən hadisələrindən biridir. Hər il tədbir ən yaxşı qolfçuları və idmanın bu növünün ən sadiq pərəstişkarlarını cəlb edir. Turnirin təşkilatçıları qolf üçün mükəmməl meydan təqdim edirlər. Yanvarda qolf yarışları 31-ci dəfə keçiriləcək. 

Nə vaxt: 2020-ci il yanvarın 24-27-də

Yer: “Emirates Golf Club” qolf klubu

Tədbirin saytı: https://www.omegadubaidesertclassic.com/ 

Qadınlar arasında “Al Marmoom Women’s Cycling Challenge 2020” velosiped yürüşü

Qadınlar arasında “Al Marmoom Women’s Cycling Challenge 2020” yürüşü istənilən hazırlıq səviyyəsi olan velosiped idmanı həvəskarları üçün açıq yarışdır. Əl-Qudra velotrası boyunca yerləşən trekin Al-Marmum qoruğunun gözəl mənzərələrinin yanından keçir. İştirakçılara 10, 20 və 70 kilometr məsafələrə yürüşlər təklif olunur.

Nə vaxt: 2020-ci il fevralın 28-də

Yer: Əl-Qudra velotreki

Tədbirin saytıhttp://womenscycling.ae/

Dubai World Cup 2020” at yarışı

“Dubai World Cup” dünyanın aparıcı at yarışıdır. Ən yaxşı qaçağan atların yarışdığı illik turnirin yüksək mükafat fondu var. Bu möhtəşəm tədbirə həm Dubayın nüfuzlu şəxsləri, həm də xarici qonaqlar tamaşa edirlər.

Nə vaxt: 2020-ci il martın 28-də

Yer: Meydan ippodromu

Tədbirin saytı: http://www.dubairacingclub.com/visit/racing-season/dubai-world-cup 

Dubayda “Ironman 70.3” triatlon yarışı

Uzun məsafələri sevən hər kəsə hər il Dubayda keçirilən “Ironman 70.3” turnirini əldən verməməyi tövsiyə edirik. Yarışda iştirak etmək və təbiət ünsürlərini fəth etmək üçün fevralda bura dünyanın ən yaxşı atletləri gələcəklər. Məsafə Ərəb körfəzi sularında başlayacaq, sonra qum təpələri arasında davam edəcək, sonda meqapolisin küçələrindən keçəcək. 

“Ironman 70.3” seriyasından yarışlar ötən il Dubayda uğurla keçirilib və idmançılar ağır sınaqlara meydan oxumaq üçün yenidən starta çıxmağa hazırdırlar. Marafon 1,9 kilometr məsafəyə üzgüçülük yarışlarından başlayacaq, sonra 90 kilometr məsafəyə velosiped yürüşü olacaq və yarış qum təpələri arasından 21,1 kilometr məsafəyə qaçışla başa çatacaq.

Nə vaxt: 2020-ci il fevralın 7-də

Yer: Cümeyra çimərliyində qaçış treki

Tədbirin saytı:

https://eu.ironman.com/triathlon/events/emea/ironman-70.3/dubai.aspx#axzz63l07f27NDubayda mədəniyyət tədbirləri“Arab Fashion Week”

Ərəb Moda Şurasının keçirdiyi “Arab Fashion Week” (AFW) “Ready-to-Wear-Couture” xəttinin, habelə Dubayda və bütün ərəb dünyasında yüksək modanın inkişaf vektorunu müəyyən edən ilkin kolleksiyaların irəlilədilməsinə həsr edilmiş yeganə rəsmi moda həftəsidir. Region dizaynerlərinin, habelə aparıcı beynəlxalq brendlərin təmsil olunduğu “Arab Fashion Week” Nyu-York, London, Milan və Parislə bərabər, beş ən iri moda həftəsindən biri sayılır. 

Nə vaxt: 2020-ci il martın 11-16-da

Yer: Dubay Beynəlxalq Ticarət Mərkəzi (DWTC)

Tədbirin saytı: http://arabfashionweek.org/Alış-verişi və güzəştli qiymətləri sevənlər üçünDubay Ticarət Festivalı (Dubai Shopping Festival, DSF)

Dubay Ticarət Festivalı atəşfəşanlıq, oyunlar, mükafatlar və ən nəhayət sərfəli aksiyalarla müşayiət olunan ənənəvi bayram atmosferidir. Dünyanın ən iri şoppinq festivalı bir ay davam edir. Festival günlərində hər yerdə maraqlı tədbirlər keçirilir, ticarət mərkəzlərinə gələnlərin unudulmaz mükafatlar almaq imkanı olur. 

Nə vaxt: 2019-cu il dekabrın 26-dan 2020-ci il fevralın 1-dək.

Yer: bütün Dubay şəhəri

Tədbirin saytı: https://www.visitdubai.com/en/dsf

Bu il Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb

0
Florian Zenqstşmid

Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm imkanlarından danışarkən bildirib.

O deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir. Misal üçün UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi və turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır.

Mütəxəssis qeyd edib ki, Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək.

Buyurub gəlin, Paris sizi sevir!

0
Paris

Mənim Parisə bu dəfə payızda növbəti səfərim uğurla başa çatdı. Payızın ortalarında Fransa paytaxtına getmək ideyası məndə çoxdan yaranmışdı. Payızı sevirəm, Paris isə ilin hər fəslində gözəldir. Budur viza və biletlə bağlı qayğıları həll etdikdən sonra, oktyabr ayının son günlərində səfər yoldaşlarımla bərabər Parisin Şarl de Qoll aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təyyarəsindən endik. Bakıdakı günəşli havadan sonra tutqun və rütubətli mühitə düşmək qeyri-adi təəssürat idi. Qeyd edim ki, payız və qış aylarında buludluluğun və yağıntının çox olması səbəbindən Parisdə günəşli günlərin sayı az olur.

Paris

Aeroportun divarında yazılmış “Paris vous aime” (”Paris sizi sevir”) sözləri məni riqqətə gətirdi. Mən də bu şəhəri sevirəm. Soruşa bilərsiniz ki, nəyə görə? Yəqin ki, burada hökm sürən xüsusi ab-havaya, zəngin tarixi keçmişlə müasirliyin, hər bir çətin vəziyyətdə yardıma tələsən parislilərin xeyirxahlığının və mehribanlığının inanılmaz vəhdətinə görə.

Paris

Payızda Parisin küçələrində gəzib-dolaşmaq mənə xüsusi zövq verdi. Şəhərdə böyüklərin və uşaqların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılan çoxlu park var. Parklarda bənzərsiz təbii gözəllik yaradan müxtəlif ağaclar və kollar şəhərin ekoloji tarazlığının keşiyindədir. Bağ və parkların çoxunda bəzi ekzotik heyvan növlərinin, məsələn, uzaq Avstraliyadan gətirilmiş kenqurunun saxlanılması üçün zonalar yaradılıb, habelə memarlıq irsi nümunələri qayğı ilə bərpa olunur. Şəhərdəki tarixi binaların çoxunda müxtəlif muzeylər, məsələn, tarix, zoologiya, nəbatat muzeyləri yerləşir. Ayrı-ayrı fənlər üzrə biliklərini artırmaq istəyən məktəbli və tələbələr tez-tez bu muzeylərə gəlirlər.

Paris

Xüsusi qeyd edim ki, Fransa paytaxtının Site adasında yanğından zərər çəkmiş Notrdam kilsəsinin ətrafındakı bütün ərazi hasarlanıb. İndi həmin ərazidə kilsədə çalışan əməkçilərin istirahəti üçün müvəqqəti tikililər quraşdırılıb. Rəsmi informasiyaya görə, bərpa işləri beş il davam edəcək.

Parisin qədim Monmartr rayonu və onun ən uca nöqtəsində yerləşən “Sacré Cœur” (Müqəddəs ürək) kilsəsi xüsusilə diqqətəlayiqdir. Kilsə Qərb və Şərq üslublarını özündə birləşdirən qeyri-adi arxitekturası və yerləşdiyi məkan ilə təəccübləndirir. Təpənin üstündə kilsə ucaltmağı XIX əsrin ortalarında qərara alıblar. Kəskin siyasi ixtilafların tüğyan etdiyi o dövrdə Parisin hakimiyyət orqanları şəhərin bu təpədə qoyulmuş topdan atəşə tutulacağından ehtiyat ediblər. Kilsənin tikintisi 30 il çəkib.

Paris çoxmillətli şəhər, tolerantlıq və multikulturalizm nümunəsidir. Nəhəng meqapolisin ərazisində müxtəlif irq və millətlərin nümayəndələri yaşayır. Burada müxtəlif mədəniyyətlərin və dinlərin təmsilçiləri mehribanlıq şəraitində dinc yanaşı yaşayır, dostluq edir, çoxsaylı xudmani kafelərin masaları arxasında görüşüb söhbətləşirlər. Binaların bayırında, düz küçədə cərgə ilə masalar düzülüb. İlin soyuq vaxtlarında qızdırıcı sistem işə salınır ki, müsafirlər üşüməsin və özlərini rahat hiss etsinlər.

Parisin unikallığı bundadır ki, bu şəhərdə heç kəs darıxmır və özü üçün maraqlı nəsə kəşf edir. Paris kimisi üçün zəngin arxitektura, tarixi abidələr, incəsənət əsərləri, kimisi üçün şoppinq, moda sənayesi, kosmetika və ətriyyat malları, kimisi üçün isə müxtəlif ekzotik yeməklər, sadəcə, onun küçələrində gəzib-dolaşmaq fürsəti deməkdir.

Böyük Amerika yazıçısı Ernest Heminquey vaxtilə deyib: “Paris həyat üçün bayramdır”. Yazıçının bu şəhərdə onun və ailəsinin həyatına həsr olunmuş romanı da məhz belə adlanır. Mən isə belə düşünürəm: Parisin rəmzi, hər axşam alışıb yanmağa başlayan Eyfel qülləsi hər kəsin qəlbinə işıq saçır. Düşünürəm ki, Eyfel qülləsinin sayrışan işıqları nəinki adi günlərdə bayram əhval-ruhiyyəsi yaradır, həm də gündəlik qayğıların ağırlığı altında əzilən insanları ruhlandırır, onlarda gələcəyə inam hissi yaradır.

Ölkəmiz Yunanıstanda turizm sərgisində təmsil olunub

0
sərgi

Yunanıstanın Saloniki şəhərində “Philoxenia” 35-ci Turizm Sərgisi keçirilib.

Sərgidə ölkəmizi Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Milenium” turizm təşkilatı ayrıca stendlə təmsil edib.

sərgi

Turizm sərgisində 22 ölkədən 400-dən çox şirkət qatılıb. Sərgi 20 mindən artıq ziyarətçini qəbul edib. Tədbir zamanı Azərbaycan stendində ölkəmizə aid turizm broşürları, kitablar, suvenirlər, Azərbaycan istehsalı nar şirələri və şərabları, eləcə də milli mətbəximizə aid şirniyyatlar sərgi ziyarətçilərinə təqdim edilib. Ölkəmizin stendi yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Sorğu olunan məlumatlar cavablandırılıb.

Sərgi

Milenium” turizm təşkilatının Yunanıstana səfəri zamanı, Saloniki şəhərinin Bələdiyyə başçısı Konstantinos Zervas, Baş nazirin Saloniki kabinetinin rəhbəri Mariya Anteniou, Dövlət Turizm Agentliyinin prezidenti Angela Gereku, Mərkəzi Makedoniyanın qubernatoru Apostolo Tzitzikostas, Yunanıstanın regionlar assosiasiya prezidenti, Tessalia şəhərinin bələdiyyə başçısı Konstantinos Agorastos, Şərqi Makedoniya və Trakya vilayətinin qubernatoru Xristos Metios, Qərbi Makedoniyanın Bələdiyyə başçısının regional turizm məsələləri üzrə müavini Georgios Vaviararas, Makedoniya və Trakyanın qubernatorunun turizm məsələləri üzrə nümayəndəliyi, Saloniki Bələdiyyə başçısının turizm məsələləri üzrə müavini Maria Karagianni, Yunanıstanın təşviqat məsələləri və investisiyalar üzrə dövlət nümayəndəliyi “Enterprise Greece”, Yunanıstan Respublikasının İnkişaf Fondu “TAİPED” və ən nüfuzlu turizm təşkilatları ilə görüşlər keçirilib. “Milenium” turizm təşkilatı Yunanıstanın ən iri turizm şirkəti- “Mouzenidis”in prezidenti Boris Mouzenidislə cari ilin iyun-avqust ayları ərzində birbaşa uçuşun həyata keçiriməsi barədə razılıq əldə edib. Uçuşun “Mouzenidis Group”a aid “Ellinair” hava yolları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycanda və Yunanıstanda qarışlıqlı olaraq turizm potensialının təşviqatını təmin edəcəklərinə dair razılığa gəliblər.

Sərgi

Milenium turizm təşkilatı” Yunanıstanın 10 ən böyük turizm təşkilatlarından biri olan “Zorpidis turizm”in prezidenti ilə keçirilən görüş zamanı tərəflər ilkin olaraq yeni il tətil günlərində turist qruplarının Bakıya göndərilməsindən danışıblar. Növbəti olaraq yay mövsümü ərzində birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Uçuşların texniki detalları barədə tərəflər qısa zaman ərzində danışıqlar aparacaqlarını bildiriblər. Turizm şirkəti öz internet səhifələrində ölkəmizə aid turizm çarxlarını yerləşdirəcəklərini və qarşılıqlı təşviqat işləri aparacaqdır.

Bundan başqa, Export turizmlə məşğul olan “Smileacademos” turizm operatoru, Yunanıstan turizm və səyahət Assosiasiyanın federasiyası ilə görüşlər keçirib. Görüş zamanı Yunanıstandan “fun qrupların” və media nümayəndələrinin təşviqat işləri ilə bağlı Azərbaycana səfərinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın turizm təbliğatı videoçarxı Qran-Pri ilə mükafatlandırılıb

0
turizm

Noyabrın 12-də Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən müsabiqə keçirilib. Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.

turizm

AZƏRTAC xəbər verir ki, 140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.

“Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir. Hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”, – deyə tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib və hər kəsi ölkəmizi ziyarət etməyə çağırıb.

turizm

Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edirdi.

turizm

Dövlət Turizm Agentliyi turizm potensialımızın təbliğatında mühüm rol oynayan videçarxın səsverməsində aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirir.

Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldı – FOTO

0
Venesiya

İtaliyanın Venesiya şəhəri güclü daşqın səbəbindən su altında qalıb. Suyun səviyyəsi 127 sm olmaqla kritikdir.

Venesiya

“Vesti.ru” bildirir ki, Müqəddəs Mark meydanının üçdən biri, eləcə də eyniadlı kilsə də su altında qalıb. Şəhərdə ya uzunboğaz çəkmələrdə, ya da xüsusi döşənəklərdə hərəkət etmək olur.

Venesiya

Venesiyadakı “yüksək su” mövsümü güclü  yağış yağdığına görə  dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir. Şəhər rəhbərliyi iki ildən sonra xüsusi müdafiə maneəsi sisteminin quraşdırılacağına söz verib.

Venesiya


Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

0
turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, irəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda, nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək. Problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək.

Assosiasiyanın İdarə Heyətinin toplantısında quruma daha 18 yeni üzv qəbul edilib və onların sayı 50-yə yüksəlib.

Bununla yanaşı iclasda Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi Assosiasiyaya assosiativ tərəfdaş kimi qəbul edilib.

Uzungöl – Trabzon – Yeni il Bayramı

0
Uzungöl - Trabzon

?? ?? ?? Uzungöl – Trabzon – Yeni il Bayramı ?? ?? ??

Qiymət:
? Hər Şey Daxil: 165usd ( 280 azn ) ?

Borjomi – Rize – Uzungöl – Ayder Yaylası – Trabzon – Batumi

Tarix:
• • • 29/30.12.2019 – 02/03.01.2020 • • •
( 3 gecə – 4 gün )

Qiymətə Daxildir:

? Nəqliyyat Xidməti
? Gecələmə – 3 gecə 4 gün ( Uzungöl – Seker Su Hotel )
? Qidalanma ( Səhər Yemeyi + Yeni il Gecəsi )
? Tur Rəhbər Xidməti ( Yol boyu və ekskursiya zamanı )
? Fotosessiya

Ekskursiyalar:

• I Gün
☃ Borjomi şəh. Gəzinti ( Minral Suyun cıxdığı mənbə )
☃ Nahar yemeyi ( öz hesabınıza ) ( Rize şəh )
☃ Uzungöl. Hotel yerləşmə Seker Su. İstirahət zamanı

• II Gün
❄ Səhər Yeməyi
❄ Zipline ( 20TL) istifadə ( öz hesabınıza )
❄ Ayder yaylası
❄ Palavic şəlaləsi
❄ Zil Kalesi
❄Gökyüzü şəlaləsi
? ? ? ?Yeni il gecəsi Karadeniz abu havasında ?? ? ?

• III Gün
? Səhər Yeməy
? Trabzon Forum Shooping Mall
? Trabzon Ayasofiya
? Trabzon Mərkəz Shooping ( İstanbul pazar )

• IV Gün
? Səhər Yeməyi
? Batumi yola düşmə
? Batumi şəhər gəzintisi ( Nahar yeməyi öz hesabınıza)
? Ali və Nino
? Gürcülərin Əlifba binası
? Batumi – şəh gəzintisi
? Qırmızı körpü

Qeyd:
1) 5 yaşına qədər uşaqlar üçün turda iştirak
ödənişsizdir. ( avtobus və hoteldə yer verməmək şərti ilə )
2) Muzey, milli park və qoruqlara giriş turun qiymətinə daxil deyil.
3) Avtobusda yerləşmə say ilə həyat keçirilir.
4) Qiymətə: Səhər Yeməyi, Nəqliyyat, Hotel, Gəzinti, Fotosessiya + Yeni il Gecəsi daxildir

BAKIDAN CIXIŞ:
29 Dekabr saat 15:00 da 28 May m-st qarşısından yola düşülür

▶ Qeydiyyat üçün
Mob: * 070-264-60-30 —–> *Whatsap Nə Suallarınız olarsa hər zaman cavablandırmağa hazırıq

Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!

0
Turizm

Əgər səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!

AZƏRTAC xəbər verir ki, Avstraliyanın turizm sahəsində tanınmış delicious.com.au saytında məşhur jurnalist və bloger Kassandra Çarlikin “Səfər tendensiyaları: Niyə Azərbaycan – çünki bura qurmanların ziyarət etməli olduğu ən gözəl məkandır” sərlövhəli məqaləsi bu cümlə ilə başlayır.

Avstraliyalı jurnalist məqaləsində həmyerlilərinə yeni təamlar dadmaq üçün Azərbaycana getməyi tövsiyə edir. Məqalədə Azərbaycanın çox əlverişli coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim və zəngin mədəniyyəti və ən əsası mətbəximizin öz dadı ilə bir-birindən fərqlənən gözəl yeməkləri barədə geniş məlumatlar öz əksini tapıb. Diqqətə çatdırılıb ki, İpək yolunun üstündə yerləşən və dünyanın on bir iqlimindən doqquzuna sahib olan Azərbaycanda 4 mindən çox yemək növü var.

Müəllifin 14 hissəyə böldüyü məqalədə Azərbaycan mətbəxinin populyar nümunələrindən tutmuş çay süfrəsinin təşkilinədək bütün ziyafət mərasimi barədə ətraflı məlumat verilir. Mətbəximizin şahı hesab edilən plovdan başlayaraq, xəngəl, kabab, düşbərə, çığırtma, cız-bız, qutab, piti, dolma, dovğa və digər yemək növləri barədə danışan K.Çarlik onların hər birinin bişirilmə qaydası və istifadə edilən inqrediyentlər barədə də yazır. Vurğulayır ki, bu yemək növlərinin hər birinin saysız-hesabsız, fərqli nümunələri var. Məsələn, plovun 200-dən çox, dolmanın isə 400-dən artıq növü məlumdur.

Yemək zamanı azərbaycanlıların çörəkdən mütləq istifadə etdiklərini bildirən müəllif təndir çörəyi və lavaşın əvəzedilməz olduğunu vurğulayır. Yerli sakinlərin qatıq məhsullarına xüsusi üstünlük verdiyini və bunun bəzi yeməklərlə birlikdə qəbul edilərkən çox dadlı olduğunu qeyd edir.

Avstraliyalı jurnalist azərbaycanlıların istifadə etdikləri müxtəlif göyərtilərdən də söz açır, habelə buradakı pendir növləri, xüsusən motal pendirinin dadının unudulmazlığını yazır.

Ziyafət süfrəsinin yerli şirniyyatla verilən çayla başa çatdığını bildirən K.Çarlik Azərbaycan mürəbbələrinin, rəngarəng paxlavaların və şəkərburaların dünyanın heç yerində olmadığını vurğulayır.

Məqalədə xüsusi qeyd edilir ki, Azərbaycan şərabları dünyanın məşhur şərab brendlərindən heç də geri qalmır. Hətta bəzi hallarda onları ötüb keçir.

Bu yaxınlarda səfər etdiyi Azərbaycana valeh olduğunu vurğulayan müəllif buranı qurmanlar üçün cənnət adlandırır. Buna görə də onları Azərbaycana mütləq səfər etməyə dəvət edir.

Məqalədə Azərbaycanın görməli yerləri, mətbəx nümunələri barədə rəngarəng fotolara da geniş yer verilib.

Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub

0
turizm

Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib.

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamentinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və aparıcı turizm şirkətlərinin nümayəndələri də qatılıblar.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrdən danışaraq, mərkəzin bu əlaqələrin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.

Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.

Cari ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 17,6 faiz artım deməkdir.