O, əlavə edib ki, Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını qarşılayacaq.
Avropanın ən ecazkar məkanları
Norveç adalarının yuxarısında Arktik dairədən Rumıniyanın başı qarlı dağlarına, Uelsin qumlu sahillərindən Balkanların buzlu suyu olan göllərinə qədər Avropanın ən ecazkar məkanları CNN-in reportajında yer alıb. Bu təbiət möcüzələri turistlərin sevimli səyahət yerləridir.
AZƏRTAC həmin məkanları oxucuların diqqətinə təqdim edir.
İnari gölü, Finlandiya
Arktik dairəsindən yuxarıda və Finlandiyanın Rusiya ilə sərhədində yerləşən İnari gölü bütün ilboyu cənnəti xatırladır. Qaranlıq, qarşı qış Şimal üfüqünü seyr etmək istəyənlər üçün ideal şəraitdir. Gölün üçzolaqlı sahili qışda çəhrayı rəngə boyanır, yayda isə gölün sularında üzmək mümkündür. Yerli Syami mədəniyyətinin məqkəzi olan bu ərazidə finlərin ənənəvi ayinləri də keçirilir.
Göl romantik səyahət həvəskarları üçün ən yaxşı istirahət məkanlarından biri hesab olunur.
Lofoten adaları, Norveç
Hündür qüllələri olan qəsrlər, dərin uçurumlar və kəndlərin gözəl mənzərəsi Şimalın rəmzi sayılan Lofoten adalarına xüsusi gözəllik verir. Yeddi adadan ibarət olan bu arxipelaq (Austvågøy, Flakstadøy, Gimsøy, Moskenesøya, Røst, Værøy and Vestvågøy) təbiətin “bakirə” gözəlliyinin toxunulmaz qaldığı və dənizin sehrli, dumanlı sakitliyi ilə səmadakı buludların sanki birləşəcəyi bir mənzərə yaradır.
Mülayim suları və körfəz axını sayəsində Norveçin bu arxipelaqı yay ayılarında isti olur və adaları əhatə edən dəniz sularında günbatana qədər üzmək mümkündür.
Unst, Şetland adaları, Şotlandiya
Britaniya adalarının şimalında yerləşən Unst adası da vəhşi gözəlliyini qoruyub saxlayır. Onun sahilləri balıqqulağı qalaqları ilə doludur. Buradakı böyük skualar, habelə quların köçü zamanı qayaların üzərində səmanın görünməz olması diqqəti çəkir. Adaya səyahət edənlər sanki vikinqlər dövrünün ab-havası ilə rastlaşırlar. Qədim vikinq tayfaları məhz bu adalarda məskunlaşıb və İngiltərəyə hücumları həyata keçiriblər. Burada arxeoloqların aşkar etdikləri qədim vikinq abidələri turistlərin böyük marağına səbəb olur. Adalarda onların ayinləri də icra olunur.
Zaqori, Yunanıstan
Yunan adaları ecazkar mənzərələri və qızmar dəniz sahilində istirahəti sevənlər üçün ideal məkandır. Onların arasında ən gözəl olanı isə Avropanın sıldırım qayalı dağların yaxınlığında yerləşən Epirus bölgəsindəki Zaqori adasıdır. Adadakı Vikos dərəsinə enmək səyahətçilərə mükəmməl bir ekskursiya vəd edir. Buradakı qarlı zirvəsi olan Astrakas dağı günbatanadək bəyaz işıq saçır. Ada Yunanıstanın həm isti dəniz suyu və qızmar qumu, həm də qarlı dağ mənzərəsinin vəhdəti olan ən ecazkar guşələrindən biridir.
Zaqorinin dağətəyində daş körpüləri, xüsusən Kipi kəndinə yaxın üç tağlı Kaliqeriko abidəsi bu gözəl mənzərəni tamamlayır.
Yorkşir-Deylz Milli Parkı, İngiltərə
Yorkşir-Deylz Milli Parkının mənzərəsi İngiltərə təbiətinin bir simvolu sayılır.
Çay daşları ilə döşənmiş dar cığırlar heyrətamiz macəra axtarışında olan velosipedçilərin sevimli yeridir, palçıqlı təpələrdə isə şimal ölkələrindən gələn səyahətçilər gəzməyi sevirlər. Burada ilin bütün fəsilləri sanki dumanlı və çiskinli payız havası təəssüratı yaradır. Malham Cove və Fordalı Scar geoloji möcüzələri 1954-cü ildə yaradılmış Milli Parka xüsusi gözəllik verir. Kiçik çaylar və York vadisindən yuxarıya aparan təpələr Pennin su ayrımına qədər uzanır.
Britaniya adalarının ən səfalı guşəsi sayılan Yorkşir-Deylz Milli Parkının yaxınlığından keçən Midlend dəmir yolu xətti turistləri qədim Ribblhed körpüsünə qədər çatdırır.
Apuseni dağları, Rumıniya
Karpat sıra dağlarının bir hissəsi olan Apuseni Şərqi Avropanın zəngin tarixinin bir hissəsini özündə qoruyub saxlayır. Bu dağlar sıx meşələrlə əhatə olunub və aşağıda axan gur çayların üzərində qədim mağaralar mövcuddur. Lakin ərazinin toxunulmamış təbiəti sevən səyahətçilər üçün ən böyük özəlliyi şam ağaclarından ibarət olan və şəffaf çayların axdığı dağ ətəklərinin təmiz havasıdır.
Dağların zirvəsinə yaxın termal sular da diqqəti cəlb edir, vəhşi təbiətin daha bir əlaməti isə burada canavarların və digər vəhşi heyvanların çox olmasıdır.
Luara vadisi, Fransa
UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Luara vadisi Fransanın mərkəzində yerləşən eyniadlı çayın sahilindədir. Bu vadi üzüm bağları və qədim qəsrləri ilə seçilir. Onların arasında klassik hasarları, yaraşıqlı qüllələri, səliqə ilə salınmış bağları və qayıqlı göllər olan Şambord və Şenansö qəsrləri daha məşhurdur.
Luara vadisində olan turistlərə üzümlükləri gəzdikdən sonra burada istehsal olunan şərablar təklif olunur, onların yüksək keyfiyyəti isə təklifdən imtina etmək şansını sıfıra endirir. Belə ki, şərabçılıq bu ərazidə hələ Roma İmperiyası dövründən əsas məşğulluq sahəsi olub. Versal sarayının tikintisindən əvvəl də Fransa kralları bu vadidə istirahət etməyi sevirdilər.
Pikos-de-Europa, İspaniya
İspaniyanın şimalında və Pireney yarımadasının sahilində dağların əhatəsində yerləşən Pikos-de-Europa (Avropanın zirvəsi) alpinistlər, uca dağ zirvələrini və sıldırımlı qayaları sevənlər üçün ideal məkandır. Asturiya, Kantabriya və Leon əyalətlərinin ərazisində olan bu silsilənin ən hündür nöqtəsi isə Torre-de-Serredo zirvəsidir.
Pikos-de-Europa dəniz sahilindən cəmi 20 kilometr aralıdadır və buradakı qədim mağaralardan mavi sulara ecazkar mənzərə açılır. Piyada səyahət etmək istəyənlər üçün daha uyğun olan bu yerlərdə qədim tarixi abidələr də var. Dağlarda flora və faunanın nadir nümunələrinə (İberiya canavarı, ispan keçisi, kantabriy ayısı, dağkeçisi) rast gəlinir. Onları mühafizə etmək məqsədilə UNESKO-nun Dünya Biosfer Ehtiyatları Siyahısına daxil edilmiş eyniadlı Milli Park da yaradılıb.
Adelboden, İsveçrə
Bern Kantonunda yerləşən və Frutigen dairəsinin tərkibində olan Adelboden İsveçrənin ən səfalı guşəsidir. Qar xizəkçiliyi trasları ilə məşhur olan bu ərazidə tez-tez qış idman növləri üzrə yarışlar keçirilir. Vadinin ən hündür nöqtəsində Alp dağlarının zirvəsinə qədər uzanan buz təbəqəsi mövcuddur. Səyahətçilər burada xizəklər, xüsusi geyim, qarın bəyaz parıltısından qorunmaq üçün eynəklər əldə edərək həyatlarının ən gözəl gəzintisinə çıxa bilərlər. Şam meşələri və donmuş çaylar möhtəşəm qş mənzərəsi yaradır. Gecələr isə ulduzlarla dolu səmanın fonunda romantik bir mənzərəni seyr etmək olar.
Adelboden Avropa və dünyanın müxtəlif ölkələrindən qış turizmi, xizəkçiliyi sevənlər üçü ən uyğun istirahət məkanıdır.
Henne Strand, Qərbi Yutlandiya, Danimarka
Şaxtalı qış mənzərələrini, vikinqlərin qədim irsini və şimal səmasından süzülən işıq selini görmək istəyən səyahətçilər üçün Avropanın daha bir ecazkar məkanı Yutlandiya yarımadasının qərb sahilində yerləşən Henne Strand adlanan ərazi ən münasib məkandır. Yay aylarında burada qum dənələrindən bəzən kiçik qum adaları da formalaşır. Gil və əhəng tərkibi olan sahil isə yarımadanın bu hissəsinə xüsusi romantik ab-hava qatır. Burada ərazinin cəmi 9 faizi meşələrlə örtülüb, amma 8 bol məhsul səbəbindən balıqçılıqla məşğul olanlar üçün ideal şərait mövcuddur.
Henne Strandın yaxınlığındakı Filso gölü isə quşların cənnətidir. Ornitoloqlar burada ən nadir quş növlərini tədqiq edirlər.
Bavariya Milli Meşə Parkı, Almaniya
Almaniyanın ən birinci milli parkı olan bu məkan 1970-ci ildə Frayunq-Qrafenau rayonu ərazisində açılıb. Park sonradan genişləndirilərək 24 250 hektara çatdırılıb. O, qonşu Çexiyanın Şumava Milli Parkı ilə bilikdə Mərkəzi Avropa ərazisində ən böyük meşə sahəsidir. Parkın ərazisinin böyük bir hissəsi 1 min metr yüksəklikdə, dağ zirvələrinin əhatəsindədir.
Milli Parkda unikal heyvanlar almi var. Onların arasında bir çox nəsli kəsilməkdə olan canlılar da mövcuddur. Meşə pişiyi, sincab, qara leylək, Sibir xoruzu, vaşaq, porsuq və s. kimi nadir heyvanlar var. Ağacları qış mövsümündə qorumaq üçün ayı, maral və canavarları çəpərlərlə əhatəyə alınmış xüsusi sahədə saxlayırlar.
Səhrada ekzotik səyahət həvəskarları üçün qeyri-adi otel: “Qəsr Əl Sarab”
Qərbin yağmurlu və soyuq havasından ayrılıb qızmar səhrada ekzotik səyahət etmək istəyənlər üçün Birləşmiş Ərəb Əmirliklərinin turizm şirkətləri qeyri-adi “Qəsr Əl Sarab” otelində istirahət təklif edirlər. Ucsuz-bucaqsız qum təpələrinin arasındakı lüks villalar, hovuzlar, zəngin menyusu olan restoranlar və spa xidmətləri hətta təcrübəli səyyahlarda da heyrət doğurur. Otelin divarlarının arxasında ən dəbdəbəli eksteryer və interyer dizaynı turistlərə ətrafdakı yeknəsəq mənzərəni unutdurur. Memarlar “Rub əl Xali” (ərəbcədən tərcümədə boş səhra) adlanan bu ərazidə əsl möcüzə yarada biliblər. Beşulduzlu otel Səudiyyə Ərəbistanın sərhədində – dünyanın ən böyük səhralığında süni cənnət vadisi də adlandırıla bilər.
AZƏRTAC CNN telekanalının reportajına istinadla bu ecazkar məkanı oxucuların diqqətinə təqdim edir.

Gözqamaşdıran illüziya
“Qəsr Əl Sarab” otelinin tikintisi ideyası BƏƏ-də sürətlə inkişaf edən şəhərsalmanın fövqündə yaranıb. Memarlar hesab ediblər ki, burada turistlər üçün klassik ərəb səhrasında Dubayın dəbdəbəli otellərində olduğu şəraiti yaratmaq olar. Otelin tikintisi 2007-ci ildə başlayıb və istifadəyə verilən kompleksdə 154 otaq və 19 min hektar ərazidə 52 villa istifadəyə verilib. Bu kompleks günəş şüalarının parlaqlıq verdiyi səhranın ortasında işıqsaçan illüziya təsiri bağışlayır. Təsadüfü deyil ki, otelin adı da ərəbcədən “miraj” mənasını daşıyır.
Otel kompleksinin ətraf mühit və mədəniyyət tədbirləri üzrə nümayəndəsi Əmir Braik qeyd edir ki, “Qəsr Əl Sarab” bədəvilərin tarixi ilə bağlı ənənələri yaşadır. Burada BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın da villası olub. Turistləri hava limanından otelə helikopter vasitəsilə çatdırırlar. Səyahətçilər bərə yastıqlı nəqliyyat vasitələrinin köməyi ilə 7 kilometr ətrafda səhra gəzintisinə də çıxa bilərlər. Palma ağacları ilə əhatə olunmuş hovuzlarda üzmək isə qızmar havalarda xüsusi zövq verir.

Nəhayətsiz qum dənizi
Hovuzların arxasında nəhayətsiz qum dənizi mənzərəsi açılır. Şimal-cənub küləyi isə sərinlik gətirir. Bu, xüsusən otelin balkonunda daha yaxşı hiss edilir. Lakin ilin bəzi fəsillərində külək qum fırtınası yaradır və saatda 50 mil sürətlə əsərək ətrafı xəfif toz dumanına bürüyür.
Bütün bunlar otelin modern dizaynında nəzərə alınıb. Qum fırtınası zamanı ərazini təmizləmək üçün xüsusi avadanlıqlardan – ən müasir buldozer və maşınlardan istifadə edilir. Özəl villalarda olan hovuzları da qumdan təmizləmək üçün kiçik texnika alınıb. Çəmənlərin və güllərin də qumdan təmizlənməsi xüsusi maşınlar vasitəsilə həyata keçirilir.

Romantik ad günləri, bal ayı və toy şənlikləri keçirmək istəyənlər üçün də oteldə hər cür şərait yaradılıb. Lakin qumluqda hərəkət edən avtomobillərlə, yaxud piyada olaraq oteldən çox uzaqlaşmaq da məsləhət görülmür. Səhrada gəzmək üçün otelin özü xüsusi xidmətlər təklif edir.
Səhranın təbii gözəlliyinin qorunması
Ətrafdakı vəhşi təbiətin qorunub saxlanılması otelin konsepsiyasına daxildir. Burada dərin quyular qazıb su çıxarmaq üçün səy göstərilmir, içməli və hovuzların doldurulması üçün su kənardan gətirilir. Bundan başqa, sarı qumlar üzərində qaçan tülkü, ərəb antilopunun da çoxaldılması üçün tədbirlər görülür. Otelin qonaqlarına dəvə üzərində gəzinti, səhrada yürüş sandboard (qum üzərində xizəkçilik) və şahin uçurmaq kimi əyləncələr də təklif edilir. Xəfif toz sisi olduğu vaxt sürüşkən təkərlər üzərində səhrada gəzinti isə səyahətçilər üçün qum təpələri arasında sükunətli ab-hava yaradır. Ekskursiyanın kulminasiya nöqtəsi isə otelin “Toyota 4x4s” böyük maşınında açılan çay süfrəsidir. Turistlər ərəb şirniyyatı və ətirli çay süfrəsində ərafdakı dumanlı üfüqləri seyr edə bilərlər. Avtomobillərin təcrübəli sürücüləri qum fırtınası vaxtı da turistləri uzaq məsafədən otelə qaytara bilirlər. Onların kilometrlərlə məsafədə gəzinti üçün xüsusi marşrutları var.
Otel meneceri qeyd edir ki, turistlərin bir çoxu istirahət kompleksinin divarlarını tərk etmək istəmir. Onları səhrada azıb qalmaq ehtimalı, habelə ilan və əqrəblər qorxudur. Lakin “Qəsr Al Sarab” səyahətçilərin təhlükəsizliyini qorumaq üçün təminat verir. Buna baxmayaraq, bir dəfə avropalı turistlərdən ibarət qrup otel əməkdaşlarına məlumat vermədən Səudiyyə Ərəbistanın sərhədinə yollanıb və itkin düşüb. Onları mobil telefon siqnalları vasitəsilə tapmaq mümkün olub.
İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək
Türkiyənin ən böyük şəhəri olan İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək. Şəhərin Yenikapı rayonunda tikiləcək limanının açılışından sonra İstanbul dünya kruiz turizminin mərkəzinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahit Turhan deyib.
Yeni liman barədə məlumat verən nazir bu layihə üçün keçirilən tenderin gələn il tamamlanacağını bildirib.
Liman istifadəyə verildikdən sonra Türkiyənin, o cümlədən İstanbulun kruiz turizminin başlanğıc və son nöqtəsi olacağını deyən nazir layihənin qısa müddətdə tamamlanacağını bildirib.
Yeni lamana eyni anda səkkiz kruiz gəmisinin girə biləcəyini qeyd edən C.Turhan, burada ümumi uzunluğu üç min metr olan limanın və ümumi sahəsi 30 min kvadratmetr nəzərdə tutulan gözləmə salonunun inşa ediləcəyini söyləyib.
Onun sözlərinə görə, bu gün dünya turizmində kruiz turizminin payı iki faizdir. Bu da kruiz turizminin böyük potensial olmasından xəbər verir. Bildirilib ki, 2003-2009-cu illərdə Türkiyədə kruiz turizminin illik artımı orta hesabla 23 faiz təşkil edib.
2009-cu ildəki iqtisadi böhranın kruiz turizmi sahəsinə də mənfi təsir göstərdiyini qeyd edən C.Turhan 2010-cu ildən etibarən bu sahənin inkişaf tempinin bərpa olunduğunu deyib. Bildirilib ki, 2013-cü ildən bu günədək kruiz laynerləri vasitəsilə Türkiyəyə təxminən 2.24 milyon turist gəlib.
Nazir yeni limanın İstanbulun turizm potensialını dünyaya göstərməyə də öz töhfəsini verəcəyini vurğulayıb.
Naxçıvan MR
?Əziz və dəyərli turistlər ?
** 15 Noyabr *
Əshabi Kəhf ziyarəti
Qiymət: 70 Azn
“””””””””””””””””””””””””””””””””””””
Toplanış 18:00
Çıxış * 19:00
?Gənclik metrosu Atatürk parkı ?
(17 Noyabr səhər saat 07:00-da Bakıda olunacaq)
Gediləcək yerlər
?Möminə Xatun türbəsi
?Nuh(ə) peyğəmbərin gəmisinin durduğu yer
?İmamzadə Səffat
?Əshabi Kəhf dağı
?Kükürdlü bulaq
?Möhtəşəm Duz dağı (havası min bir dərdin dərmanıdır)
? Təndir suyu (ALLAHIN bir möcüzəsidir sadəcə görmək lazım)
?İmamzadə Seyyid Əqil Baba(Nehrəm kəndi-Babək rayonu)
“”””””””””””””””””””””””””””””””””””””””
Qiymətə daxildir:
VİP Avtobus (ən yeni Mercedes Travego)
Yol boyu çayın verilməsi
Naxçıvanda tur zamanı Polis əməkdaşlarının avtobusu izləməsi (təhlükəsizliklə bağlı və tıxacla bağlı)
Tur bələdçi
Səhər çay süfrəsi (əshabi kəhf dağında)
Fotosesiya (link 3 gün ərzində sizə göndərilir)
Nahar quzu kəsiləcək və kabab olunacaq
Əlavə dadı ilə seçilən Naxçıvan pendiri,salatlar,soklar,Naxçıvan çöyəri.
“”””””””””””””””””””””””””””””””””””””””
Qeydedək ki Naxçıvan səyahətinə bizdə heç bir sərhəddə nəqliyyat dəyişilmir birbabaşa gedilir səyahət edilir birbaşa eyni nəqliyyatla geri qayıdılır.
Alış veriş üçün İran Culfasında 1 saat 30 dəqiqə hamıya vaxt verilir.
Tur zamanı hər şeyin yaxşı olduğu halda qəsdən narazılıq edən qaydalara və səyahət zamanı verilən vaxtlara məhəl qoymayan şəxslər xaiş edirik tura qoşulmayın.
0-6 Yaş uşaqlar tam pulsuz nəqliyyatda yer verilməzsə
Yerlər qeydiyyat gününə görə verilir
Əlavə məlumat üçün:
070-264-60-30
Azərbaycan turizmi rekordu hədəfləyir
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb. Dövlət Turizm Agentliyindən bildirirlər ki, hətta sözügedən ölkələr ilk iyirmiliyə daxil olub:
Artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir. Kənan Quluzadə azərbaycana gələn turistlərin ənəvi olaraq Bakı-Abşeron və dörd dəhliz üzrə, yəni Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və Bakı-Cənub istiqamətlərində öz səyahətlərini quracaqlarını düşünür. Yeni turizm mövsümündə bəzi yeniliklər də gözlənilir:
Qeyd edək ki, Azərbaycan ötən ilin noyabrında “take another look” sloqanı ilə dünyaya öz yeni turizm brendini nümayiş etdirib. Bu gün isə Londonda həmin sərgi yenidən start götürüb. Kənan Quluzadə bu sərgini bir ilin yekunlarını dünyaya nümayiş etdirmək üçün fürsət hesab edir. O, əldə olunan rəqəmlərin nikbin nəticə gözləməyə əsas verdiyini və ölkəyə gələn turistlərin geriyə dönüşünün olacağını bildirir.
Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulub
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla aparılaraq yekunlaşdırılıb.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.
1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunmuşdur. Bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. Avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.
Qara örtükdən ibarət yolun yaşayış məntəqələrinə giriş hissələrində torpaq yatağının orta eni 6.5-8 metr təşkil edirdi. Yolun torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına “damba” şəklində inşa olunmuşdur. IV texniki dərəcəli yolun çiyin hissəsinin orta eni 0.4-0.5 metr təşkil edirdi.
Avtomobil yolunun Qax şəhərinin mərkəzi – Heydər Əliyev prospektində yolun eni 14.2 metr təşkil etməklə 2 və 4 hərəkət zolağından ibarətdir. Ayırıcı zolaq və piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdür.
Yolun Qax şəhəri – İlisu hissəsində isə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. İlisu kəndi ərazisində yolun uzununa mailliyi 30 % də çox olduğundan və atmosfer sularının yoldan kənarlaşdırılması üçün küvetlər olmadığından yolun hərəkət hissəsində yuyulmalar, çiyin hissəsində 0.5 metr dərinliyində yarğanlar əmələ gəlmişdir.
Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlmişdir. Sadalanan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparılıb.
Layihəyə uyğun olaraq, yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb. Yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən yol boyu müxtəlif diametrlərə malik 1085 paqon-metr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 paqon-metr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunub, kənarlarına 13.7 min paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Bundan əlavə layihə boyu 8.7 min paqon-metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilib.
Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsü yerləşir. Körpülərdə təkərqaytaran dəmir-beton bloklarda aşınmalar, sınmalar yaranıb. Məhəccərlər yararsız vəziyyətə düşüb. Məhz bu problemləri aradan qaldırmaq üçün mövcud hər iki körpüdə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb.
Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa edilib. Hərəkətin normal təşkili üçünsə yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yol boyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarır. Yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.
Antalya şəhəri tarixi rekord qırdı – STATİSTİKA
Türkiyənin turizm paytaxtı olan Antalya şəhəri bu il tarixi rekord sayda turist qəbul edib.
Publika.az şəhərin Mədəniyyət və Turizm İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Antalyaya 2019-cu ilin 1 yanvar-29 oktyabr tarixləri ərzində 14 milyon 347 min 909 turist gəlib. Beləliklə şəhər tarixinin ən böyük göstəricisinə nail olub.
Məlumatda qeyd edilir ki, Antalyaya 2016-cı ildə 5 milyon 934 min 673, 2017-ci ildə 9 milyon 475 min 581, 2018-ci ildə isə 12 milyon 236 min 188 turist gəlib.
Antalyaya 2016-cı ilin oktyabr ayında 791 min 718, 2017-ci ilin oktyabrında 982 min 441 olub. 2018-ci ilin oktyabrında 1 milyon 376 min 288, 2019-cu ilin 10-cu ayında isə 1 milyon 658 min 534 turist axın edib.
Bu ilin oktyabrında Antalyaya gələn turistlər arasında ilk yeri 652 min 200 nəfər olmaqla ruslar tutub. Digər yerləi isə Almaniya, Ukrayna, İngiltərə və Hollandiya vətəndaşları tutub.
Qeyd edək ki, bu ilin geridə qalan 10 ayında Antalyaya gələn turistlərin 5 milyon 296 min 866 nəfərini ruslar olub. 2 milyon 489 min 952 nəfərisini isə almanlar təşkil edib.
İSTANBUL YENİ İL SƏYAHƏT TURU ? ?
İSTANBUL HƏLƏ BELƏ TUR GÖRMƏYİB
? Tarix: 28.12.2019
Müddəti : 3 gecə 4 gün (ümumi 7 gün )
?Qiymət: 189 Usd
“””””””””””””””””””””””””””””””””””””””””””
QİYMƏTƏ DAXİLDİR:
Komfortlu Avtobusla gediş və dönüş (Mercedes)?
Yol boyu WiFi?
3 gecə 4 Gün oteldə gecələmə ?
Oteldə Səhər yeməyi ?
Tur Rəhbər (bütün yolboyu??
Sığorta hədiyyə ?
Fotosesiya limitsiz
Avtobusda sərin sular?
“””””””””””””””””””””””””””””””””””””””””””””””
? Ekskursiyalar:
?Sultanahmet meydanı
? Topkapı
? Ayasofya
? İstanbul körpüsü
? Böyük ada (əlavə ödənişlə)
?Taksim meydanı
?Eminönü
?Cevahir AVM
?Batumi bulvar gəzintisi Ali və Nino heykəli
?Qalata Kulesi(30TL)
?Top Kapı(80TL)
?Mısır Çarşı
?Kız kulesi(30TL)
?İstanbul boğazında Vapur turu(20 TL)
?Kapalı Çarşı
“””””””””””””””””””””””””””””””””””‘””””””””””””
QEYD : Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır!
Muzeylərə giriş bileti qiymətə daxil deyil.
Yerlər qeydiyyat gününə görə verilir
“”””””””””””””””””””””””””””””””””””””””””””””””
Toplanış 28 Dekabr 19:00 da Gənclikb M/S qarşısı Atatürk parkı
Yola düşmə 20:00
İstanbuldan dönüş 2 Yanvar
“”””””””””””””””””””””””””””””””””””””””””””””””
Əlavə məlumat və əlaqə üçün:
070-264-60-30
Şişmə yataq kirayəsindən 31 milyard dollarlıq şirkətə: Airbnb necə quruldu?
Bugün, xüsusilə də ölkə xaricində gəzintilər zamanı qalacağımız yerlərlə bağlı məlumatları özündə birləşdirən ilk onlayn şirkət Airbnb 21-ci əsrin ən ruhlandırıcı uğur hekayələrindən birinə çevrilib. Belə böyük bir şirkət olmamışdan əvvəl Airbnb sadəcə üç dostun öz kirayə haqqını ödəmək üçün pul qazanmağa çalışdıqları bir fikir idi.
Milli.Az techland.az-a istinadən bildirir ki, işsiz və minlərlə dollar kredit kartı borcu olan şirkət qurucuları şəhərdə kifayət qədər otellərin olmadığı qənaətinə gələrək, şişmə yataqları icarəyə götürür və öz evlərində otaqlarını kirayə verməyə başlayırlar.
Airbnb-nin qurulması arzu və qətiyyətlilik nümunəsidir. Belə ki, 2007-ci ildə təsisçilər Brian Chesky və Joe Gebbia Nyu-Yorka köçürlər. Kirayə ödəməkdə çətinlik çəkdikləri üçün işsiz Chesky və Gebbia pul qazanmağın müxtəlif yollarını axtarır. Bir gün onlar şəhər turizminin inkişaf etdiyini və çox turist cəlb etdiyini, lakin bütün otellərin dolu olduğunu görürlər.
Bu fikirlə pul qazana biləcəklərini düşünən təsisçilər dərhal bir neçə şişirdilmiş çarpayı alıb “Şişirdilmiş Yataq və Səhər yeməyi” adlı bir sayt qururlar. Şirkətin adı da məhz buradan gəlir (Air Bed and Breakfast). Saytın əsas məqsədi 80 dollar ödəməklə ziyarətçiləri yata biləcəyi bir yer və səhər yeməyi ilə təmin etmək idi. Beləliklə ilk qonaqlarını – 30 yaşındakı bir hindli, Bostondan gələn 35 yaşındakı bir qadın və 45 yaşında dörd uşaq atasını qəbul edən sayt ilk uğurunu qazanır.

Bir müddət sonra Harvard məzunu texniki memar Nathan Blecharczyk üçüncü qurucu olaraq təsisçilərə qoşulur.
Üç dost SXSW Konfransı üçün yenidən xidmətə başladıqları zaman böyük bir problemlə qarşılaşır: saytın yalnız iki istifadəçisi var idi və bunlardan biri Chesky idi. Bu problemi aradan qaldırmaq üçün sayt dəyişdirilir və şirkət 2008-ci ilin avqustunda yenidən istifadəyə verilir.
2008-ci ildə onlar 15 investor ilə görüşür, lakin 15 investorun 8-dən mənfi cavab alırlar. Digər 7 investor isə onları göz ardı edir.

Bu hadisə onları ruhdan salmır və Denverdə keçiriləcək Demokratik Partiya Milli Konqresinin qarşısında xidmət etməyə başlayırlar. Onların əsas məqsədi konqresə gələn minlərlə insanı Airbnb vasitəsilə yaşayış yerləri ilə təmin etmək idi. 600-dən çox insan Airbnb-dən istifadə etsə də onların müvəffəqiyyəti uzun çəkmir.
Saytdan pul qazana bilmədiklərini görən təsisçilər qarğıdalı dənəsi qutularının üzərində Obama və Cap’ın surətlərini McCains’ə çevirərək satmağa başlayırlar. Üzərinə “məhdud sayda” yazısını əlavə edən təsisçilər bu strategiyadan 30 min dollar qazanırlar.
Gənclərin potensialını ilk kəşf edən şəxs Paul Graham olur. Graham kiçik bir hissə qarşılığında təsisçiləri Y Combinator adlı bir təhsil proqramına çağırır və onlara maliyyə dəstəyi göstərir. 3 dost bu pulu daha böyük bazarı olan Nyu Yorka səyahət etmək üçün istifadə edəcəklərinə qərar verirlər. Bu müddətdə təsisçilər elanlar və reklamların bir çoxunun şəkillərinin gözəl olmadığının fərqinə varır və bir kamera alaraq qapı-qapı gəzib elanlar üçün daha gözəl şəkillər çəkməyə başlayırlar.

Bu müddətdə Y Combinator’dan Paul Graham, venture kapitalist Fred Wilson’u Airbnb’yə sərmayə qoyması ilə bağlı razılığa gətirməyə çalışır.
Bu vəziyyət təsisçilərə iqtisadi cəhətdən nisbətən təsəlli verir. 2011-ci ildə şirkət həmçinin SXSW-də “Böyük uğur qazanan mobil tətbiq” mükafatını alır. Eyni ildə şirkət, bəzi Silikon Vadisi investorlarından 112 milyon dollar dəyərində sərmayə qazanır və Silikon Vadisinin Unicorn’una çevrilir.
2014-cü ilin əvvəlində onlar məsuliyyətsiz kirayəçilər və bir sıra qanunlarla qarşılaşsalar da, bu problemləri tezliklə aradan qaldıra bilirlər.
