Ultramüasir “Coca-Cola Arena” stadionu ən mühüm yeniliklərdən biridir. 117 min tamaşaçı yeri ilə təchiz edilmiş çoxfunksiyalı qapalı məkanda konsertlər, idman yarışları, sərgilər, konfranslar, festivallar, habelə qala-şam yeməkləri və qapalı tədbirlər keçiriləcək. Sahəsi 46 min kvadratmetr olan stadion Dubayın düz mərkəzində – “City Walk” ticarət rayonunda yerləşir və rahat şəkildə Dubay metropoliteni ilə birləşir.
Meksika – macəralar ölkəsi
Rəsmi olaraq Birləşmiş Meksika Ştatları adlanan bu ölkə Şimali Amerika qitəsində yerləşir. Paytaxtı Mexiko şəhəridir. Siyasi cəhətdən demokratik, federal, 32 ştatdan ibarət (31 ştat və 1 federal paytaxt) və dini təşkilatlardan asılı olmayan bir ölkədir. Ərazi baxımdan dünyada 13-cü, Latın Amerikasında isə 3-cü yeri tutur. Meksikanın özünəməxsus tarixi və görməli yerləri vardır. Bu cəhət turistlərin bura daha çox gəlməsinə səbəb olur.
2018-ci ildə Meksika 42 milyon ziyarətçi qəbul edərək dünyanın 6-cı istiqaməti olub və turizm ölkəyə 22,4 milyard dollar gəlir gətirib.
Bu ölkəni başqa yerlərdən bir çox cəhətlər fərqləndirir. Buranın selva meşələrində yaquara rast gəlmək olar. Meksika mifologiyasına görə arada bir ilanlar da gözə dəyir. Dünyanın ən balaca iti məhz Chihuahua ştatındadır və adı da belə adlanır. Ölkədə ilk dəfə nəşriyyat binası 1539-cu ildə Mexiko şəhərində tikilib. “Meksika Milli Universiteti” ispaniyalı V Karlos tərəfindən 1551-ci ildə tikilib və bu universitet Şimali Amerikanın ən qədim təhsil ocağıdır. Mexiko şəhəri böyük Aztek şəhərinin xarabalıqları üzərində tikilib. 126 milyon əhalisi ilə Meksika dünyada doqquzuncu yeri tutur. Meksika dünyaya şokolad, acı bibər və qarğıdalı kimi yeniliklər gətirib. Meksika dünyada “vulkan dovşanı”nın yaşadığı yeganə məkandır. Meksika olmek, zapatek, toltek, maya, aztek kimi qədim sivilizasiyaların məskənidir. “Çiçen İtza piramidasın”da yerləşən “Kukulkan” ibadətgahı dünyanın yeddi möcüzəsindən biridir.
Şimal ştatlarının təbiətinə xas olan səhralarından tutmuş ölkənin cənubundakı gözəl çimərliklərə qədər macəra, istirahət axtaran şəxslər məhz bu məkanı seçirlər.
Meksikanın mədəni həyatı tükənməzdir. Bura gələn qonaqlar muzey, teatr və dünyanın ən böyük piramidası olan “Cholula” kimi tarixi abidələri ziyarət etdikdən sonra vətənlərinə zəngin təəssüratlarla qayıdırlar. Turistlər şəlalələrdən tullanmaq, vulkanlara qalxmaq, dağlardan çay boyu qayıqlarla enmək, səhrada səndbord, yaxud Karib dənizində sörfinq sürmək və sualtı həyatı yaşamaq imkanlarını qaçırmırlar. Meksikanın tarixi İspaniya ilə bağlı olduğuna baxmayaraq buranın milli musiqisi fərqli bir janrdır. Başlarında sombrero 3-4 nəfərdən ibarət olan “mariaçi”lər əllərində gitara tutaraq sizə yaxınlaşsalar təəccüblənməyin.
İspaniya, Fransa, Afrika, Orta Şərq və Asiya kimi ölkələr Meksikanın mətbəxinə təsir göstərib. Ancaq bunla belə bir çox təamlar ispanların bura gəlişindən əvvəl, hindu qəbilələrində yaranıb. İndi buranın mətbəxi öz dadı ilə başqa xalqların diqqətini çəkir. Meksikalılar mətbəxində əsasən qarğıdalı, lobya, çile (çox acı bibər), buranın təbiətinə xas olan pomidor, aquakate, keçmişdə allahların qidası sayılan kakao, kakauate, amarant və digər tərəvəzlərdən istifadə edirlər.
Meksikanın hər bir ştatı bişirdikləri yeməklərin sirrini qoruyub saxlayır. Siz Duranqoda “kaldiyo dunanqense”, Yukatanda “koçinita pibil”, Koahuila ştatında isə keçi ətindən və qarğıdalıdan hazırlanmış “posole” və “el kabrito” kimi təamların dadına baxa bilərsiniz.
Azərbaycanda Meksika səfirliyinin açılmasından sonra Meksikada azərbaycanlı turistlərin sayı artıb. Son beş ildə bu artım 20 faizdən çox olub. 2018-ci ildə Meksikanı ziyarət edən azərbaycanlı turistlər əsasən ölkəyə Kankun və Mexiko şəhərləri vasitəsilə daxil olublar.
Leyla Əliyeva Üzüm və Şərab Festivalında – FOTO
Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.
Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.
Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib. Məhsullarının dequstasiyasını keçiriblər.

Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.

Bununla da ikigünlük festival başa çatıb.
MALAZİYADA ? MÖHTƏŞƏM KUALA LUMPUR TURU! – GO TRAVEL
? MALAZİYADA ? MÖHTƏŞƏM KUALA LUMPUR TURU!
7 gecə / 8 gün – CƏMİ 799 usd
——————————
Qiymətə Daxildir:
?Otel (7 gecə / 8 gün)
✈Aviabilet (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————-
?Pacific Regency Hotel Suites 5*
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Meysəridə mey festivalı: milyarder Əhmədov yenə təəcübləndirməyi bacardı XÜSUSİ REPORTAJ,+FOTOLAR
Azərbaycanda kənd təsərrüfatının bir vaxtlar tamamilə tənəzzülə uğramış üzümçülük və şərabçılıq sahəsi prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafı strategiyası əsasında yenidən dirçəlib. Nəinki dirçəlib, belə demək olar ki, bu sahə son illərdə qoyulan yatırımlar, müasir texnologyaların cəlb edilməsi, yeni emal müəssisələrinin açılması sayəsində sürətlə kənd təsərrüfatının aparıcı sektorlarından birinə çevrilməkdədir.
Bu günlərdə dərc etdiyimiz reportajda bəhs edildiyi kimi Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinə məşhur rusiyalı milyarder Fərhad Əhmədov da sanballı yatırımlar qoyub. Səhmləri F.Əhmədova məxsus olan “AzNar” QSC-nin törəmə müəssisəsi olan “Kənd” MMC tərəfindən İsmayıllı rayonu ərazisində uzunmüddətli icarəyə götürülmüş 1500 hektarlıq sahənin 300 hektarında üzüm bağları salınıb.

Və orada süfrə sortları ilə yanaşı texniki sortlar əkilib, artıq ikinci ildir ki, “Kənd” MMC-nin üzüm bağlarından məhsul yığılır və Göyçayda “AzNar” QSC-nin şərabçılıq sahəsində ən qabaqcıl texnologiyalara əsaslanan yeni zavodunda emal olunur, orada “Grante” brendi altında bir neçə növ yüksək keyfiyyətli şərab istehsal edilir.
Zavod ilk məhsulunu 2018-ci ilin payızında satışa çıxarıb. Virtualaz.org xəbər verir ki, elə avqustun 30-da Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə təşkil olunan, iki gün davam edən üzüm və şərab festivalı da “Grante” şərablarının ilk dəfə geniş publikaya nümayiş etdirilməsi baxımından yaxşı fürsət idi.
Xəbər verildiyi kimi festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Şirvan şərabları” MMC-yə məxsus üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçirilirdi.
Xüsusi müxbirimiz Şamaxıdan xəbər verir ki, festivalın açılışında kənd təsərrüfatı naziri İnam Kərimov, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov və digərləri çıxış ediblər.
Nazir İnam Kərimov deyib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır.

“Hazırda Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir. Hesab edirik ki, Azərbaycan bu sahədə ənənələrini qısa müddət ərzində bərpa edəcək və öz şöhrətini dünyaya bir daha tanıdacaq”,-nazir deyib.
Ötən gün avqustun 31-də festivala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da baş çəkib, orada təşkil olunan stendlərlə tanış olub, üzüm və şərab istehsalçıları ilə söhbətləşib.
Əməkdaşımız xəbər verir ki, festivalda “AzNar” QSC-nin stendi də yerli və xarici qonaqların xüsusi diqqətinə, marağına səbəb olub. Çoxsaylı yerli və xarici qonaqlar, mütəxəssislər “Grante” şərablarından dadıblar və onun dadından, ətrindən, keyfiyyətindən məmnun qalıblar.

“Fərhad Əhmədovun xarakteri belədir. Nəsə istehsal etməyə qərar verdisə gərək ən yaxşısını. ən keyfiyyətlisini istehsal etsin, başqa cür ola bilməz”,-stendə baş çəkən festival iştirakçılarından biri “Grante” şərablarından dadaraq replika atır.
Elə bu vaxt hamının dünyada şərab ölkəsi kimi tanıdığı, şərabları ilə məşhur olan İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini də öz xanımı ilə birlikdə stendə yaxınlaşır. “Grante” şərablarından dadan səfir məhsulun dadından, keyfiyyətindən çox məmnun qalır. Əgər “AzNar” QSC italyan diplomatı da razı sala bildisə deməli “Grante” şərabları heç də İtaliya, yaxud Fransa şərablarından geri qalmır…
İtaliya səfiri “Grante” şərabından dadır…
“AzNar” QSC-nin şərab zavodunun aparıcı mütəxəssisi “Grante” şərablarının necə hazırlandığını, istehsal prosesini izah edir.

Mütəxəssisin danışdıqlarından bəlli olur ki, “Grante” şərablarının yeni, limitləşdirilmiş istehsal xətti Göyçayda, təbii şirələri, kompotları ilə təkcə ölkə bazarında deyil, Azərbaycanın hüdudlarından kənarda da özünü təsdiq edə bilmiş “AzNar” holdinqinin nəzdində cəmi bir il əvvəl işə salınıb.
Holdinqin bir neçə il əvvəl İsmayıllıda saldığı üzüm bağları 2018-ci ildə ilk məhsulunu verib. Həmin vaxt artıq Göyçayda müəssisənin şərabçılıq kompleksində üzümün qəbulu bölməsinin, çənin və doldurma xəttinin montajı aparılırdı.
Müəssəsidə əvvəlcədən belə strateji qərar qəbul edilmişdi ki, ancaq yüksək keyfiyyətli şərab istehsal edilsin və xammalın əllə çeşidlənməsi metodu ilə zavoda ancaq yüksək keyfiyyətli üzüm qəbulu həyata keçirilsin.
Belə ki, platntasiyalardan üzüm zavoda ancaq həcmcə böyük olmayan xüsusi plastik yeşiklərdə, hərəsində 10-12 kiloqram olmaqla çatdırılır. Sonra seçmə üzüm xüsusi vibromasalarda (TMInox) iki mərhələdə yenidən çeşidlənir. Əvvəlcə ən yaxşı salxımlar seçilir və salxımlardakı yarpaqlar qoparılır. Sonra isə üzüm gilələri xüsusi diqqətlə “Vaslin Bucher” şirkətinin istehsalı olan “Delta Oscillys” qurğusunda salxımdan ayrılır.

Beləliklə, emala ancaq sağlam, yetişmiş, çürüyü və digər zədələri olmayan giləmeyvələr daxil olur. Daha sonra ağ üzümün gilməmeyvələri soyuq maserasiya prosesindən keçir. Bu, gələcəkdə eleqant şərab süzmək üçün ən keyfiyyətli üzüm şirəsi əldə etməyə imkan verən çox vacib prosesdir. Maserasiya prosesindən sonra giləmeyvələr İtaliyanın “Della Toffolla” şirkətinin istehsalı olan innovativ presləyici qurğuda preslənir. Bu qurğu üzümün çəyirdəyini əzmədən və doğramadan yüksək keyfiyyətli şirə əldə etməyə imkan verir.
Beləliklə, “Şardonye” üzümünün şirəsi-olduqca dadlı, unikal ətrə malik olan nektar meydana gəlir. Həmin nektar isə zavodda “Grante” istehsal xəttinin fəxri olan ağ “Şardonye” şərablarına çevrilir.
Qırmızı “Grante” şərablarının emalı da bu yolla aparılır. Əsas fərq bundan ibarətdir ki, giləmeyvələr salxımdan ayrılan kimi dərhal fermentləyici sisternə daxil olur. “Grante” şərablarının istehsalının ən mühüm detalı yüksək sinif markadan olan paslanmayan poladdan hazırlanmış çənin formasıdır. Hansı ki, bu çən gələcək şərabın təhlükəsizliyinin və keyfiyyətinin təminatıdır.
