Bu günlərdə hamının paylaşdığı statusu gördüm. Əcnəbi turistə verilən 6500 manatlıq çekin şəkli, fəxrlə yazdıqları status və mediada məqalə diqqətimi cəlb elədi. Qarşı çıxanlar olsa da, əksəriyyət bunu alqışlayırdı. Yəni ərəb ölkəsindən olan turistə yüksək məbləğli hesabın təqdim edilməsinə sevinirlər.
Ərəblərin bu qədər pul xərcləməsinə və ümumilikdə iqtisadiyyatımıza xeyir vermələrinə sevinsələr, dərd yarıdır. Sevinirlər ki, ərəb (məhz ərəb) turistini aldaraq xeyli pul alıblar. Bu isə kədərləndirici haldır. Çünki aldadılan turist öz ölkəsinə qayıtdıqdan sonra bizim insanları dələduz kimi qələmə verəcək. Necə deyərlər, qurunun oduna yaş da yanır.
Tez-tez ərəb turistlər barədə narazılıqlar eşidirik, sosial şəbəkələrdə oxuyuruq. Ümumiyyətlə, turizm ölkəsinə çevrilməyimizə sevinməkdənsə, əksəriyyət Azərbaycana, xüsusilə Bakıya gələn turistlərdən narazılıq edir.
Azərbaycanda turizm sahəsi ildən-ilə inkişaf edir. Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunması, “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi, paytaxtımızda bir çox irimiqyaslı tədbirlərin təşkili, yeni aviareyslərin açılması və s. ölkəmizə marağı yüksəltdi. Bu maraq, ilk növbədə, Şərqdən, sonra isə MDB ölkələrindən oldu. Niyə də olmasın? Roma imperatoru Vespasian Tit demiş, pulun iyi olmur.
Azərbaycana səfər edən turistlər, əsasən, ərəb ölkələrindən və Pakistandandır. Əvvəlcə buna hamı sevinirdi, amma bu sevinc uzun sürmədi. Sonradan bu, əhali arasında narazılıqlara səbəb oldu. Bir neçə hadisə dillərdə əzbər oldu, şişirdildi və ərəb mənşəli turistlərə qarşı nifrət yaratdı.
Onu da qeyd etməliyəm ki, məhz bu turistlər avropalı və amerikalılardan daha çox pul xərcləyirlər. Bu da hamının gəlir əldə etməsinə imkan verir. Ən əsası, onlar tək Bakıya deyil, bölgələrimizə də səyahət edərək, yerli əhalinin də gəlir əldə etməsinə yol açırlar.
Əhalinin narazılığının səbəbi isə onları doğru məlumatlandırmayan bəzi bələdçilər, taksi sürücüləri və hotel işçilərindən qaynaqlanır. Bu da olan şeydir. Çünki bəziləri onları razı salmaq üçün yanlış hərəkət edirlər.
Bu problemləri kənara qoysaq, görərik ki, son illərdə turizm hesabına mağazalar, restoranlar, hotellərin sayı artır, nəqliyyat xidməti genişlənir və nəticə etibarilə bu sahədən gəlirlər artır.
Onların sayı azalsa, yaxşı olar?
Əldə etdiyim məlumata görə, ərəb ölkələrindən olan turistlərin sayı ötən illə müqayisədə, aşağı enib. Bunun müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən biri də onların aldadılmasıdır. Çünki ölkəsinə qayıdan turist digərlərinə öz təəssüratlarını söyləyir. Bəzən isə bu, o qədər də pozitiv olmur.
İndi düşünün: yuxarıda göstərdiyim hallara sevinmək lazımdır, yoxsa onun qarşısının alınması? Axı bir günlük yüksək gəlir istəyi hər şeyi alt-üst edə bilər. Atalar demişkən, çox istəyən azdan da qalar.
Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 3 ildir keçirilən Azərbaycan Turizm Forumu bu il də öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, Forum 18 Sentyabr tarixində Abşeron Otel Qrupunun dəstəyi ilə Bulvar Oteldə baş tutacaq.
Azərbaycan Turizm Forumu turizm istiqamətində 2016-cıildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur və bu, turizmin inkişafı, mövcud problemlərin həlləri üçün müxtəlif yolların axtarışına böyük təkan verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır. Burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəsi görə bilərsiniz. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir. Forumun iştirakçıları əsasən otel və digər yerləşmə obyektlərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə marağı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, ticarət mərkəzləri, restoran və digər keyterinq şirkətləridir.
Bu il keçiriləcək olan Azərbaycan Turizm Forumu yenilkiləri ilə iştirakçıların qarşısına çıxacaq. Tədbir 3 paneldən ibarət olacaq. 1-ci paneldə “Azərbaycanda Turizm Strategiyaları” mövzusunda sahənin tanınmış turizm mütəxəsisləri fikirlərini bölüşəcəklər. Forum iştirakçılarını maraqlandıran sualları birbaşa cavablandıracaqlar. 2-ci panel “Turizmdə İnnovasiyalar” olacaq. Bu sahənin tanınmış peşəkarları öz təcrübələrini forum iştiakçıları ilə bölüşəcək. 3-cü paneldə isə “Turizmdə blogerlik və fotoqrafiya” mövzusunda turizm blogerlərinin interaktiv çıxışları olacaq. Bundan əlavə tədbir günü kiçik miqyaslı turizm sərgisinin də keçirilməsi planlaşdırılır.
??♂Bu səfərki səfər Mingəçevir. ?♂Əl qaldırın?♀, balıq kim sevir?? 8 Sentyabr
Müxətlif balıq növlərini
? bəsdi deyənə qədər önünüzə qoyacağıq. ?♀?♂Yedi var apardı yoxdu turunun qiyməti
35 azndir. Daxil etdik:
1. Amartizatoru sağlam avtobus.
2. Limitsiz balıq.? (iki növ balıq, assorti şoraba,kompot,limonad,nar şərab,pendir,qatıq) 3. Samovar çayı ilə ev şirniyyatları.
4. Tur Kür panaraması ilə olan müasir restoranda reallaşdırılacaq.
5. Gəmi ilə Mingəçevir gəzintisi.? 6. Qayğınıza qalacaq Mingəçevirli bələdçi
və sizi qarabaqara izləyəcək fotoqraf?.
Tur 8 Sentyabrda baş tutacaq.
08:30 da 28 mayda toplanırıq.
23:00 Bakıdayıq
Əlavə məlumat və rezervasiya üçün bizimlə əlaqə saxlayın:
☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng) ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
“Azərbaycanın iqlimi, potensialı ölkəmizdə şərab turizminin inkişaf etməsinə imkan verir“.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Şamaxıda Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada deyib.
Şərabçılıq və üzümcülüyün Azərbaycan üçün ənənəvi sahə olduğunu nəzərə çatdıran E.Mədətov qeyd edib ki, son 10 il ərzində ölkəmizdə şərabçılığın inkişafı üçün böyük işlər görülüb. Son 10 ildə Azərbaycanda tam müasir standartlara uyğun 12-yə yaxın şərab zavodu tikilib. Azərbaycanın şərab zavodlarında dünyanın tanınmış mütəxəssisləri çalışırlar.
E.Mədətov qeyd edib ki, son illər ərzində Azərbaycanda şərabçılığa maraq artıb. 2017-ci illə müqayisədə 2018-ciildə şərab məhsullarının ümumi istehsal göstəricisi 50 faizə yaxın, ixrac edilən məhsulların miqdarı 29,4 faiz artıb:
“Çox təəssüf ki, biz sovet dövründə olan göstəricilərdən hələ uzağıq. Amma hesab edirəm ki, şərabçıların və dövlətin dəstəyi ilə keçmiş nəticələrimizi əldə edə biləcəyik“.
✅ DUBAY OTELLƏRİNİN TUR PAKET QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK.. ____________________ ?OKTYABR, NOYABR, DEKABR, YANVAR aylarına olan DUBAY turlarının səhər yeməyi daxil 3 gecə 4 gün qiymətlərini təqdim edirik.
?CALIFORNIA HOTEL (3*) – 325 USD ?AL WALEED PALACE HOTEL (4*) – 345 USD ?DELMON BOUTIQUE HOTEL (3*) – 350 USD ?DELMON PALACE HOTEL (3*) – 355 USD ?CHELSEA PLAZA HOTEL (3*) – 355 USD ?SUN & SANDS DOWNTOWN HOTEL (3*) –355 USD ?AL WALEED PALACE HOTEL (4*) – 355 USD ?SAMAYA HOTEL (4*) – 360 USD ?COPTHORNE HOTEL DUBAI 4* – 380 USD ?FORTUNE GRAND HOTEL 4* – 390 USD ?HUES BOUTIQUE HOTEL 4* – 390 USD ?GRANDEUR HOTEL 4* – 390 USD ?NEW BLACK STONE HOTEL 4* – 400 USD ?LANDMARK SUMMIT HOTEL 4* – 400 USD ?CAPITOL HOTEL 4* – 405 USD ?MILLENNIUM PLAZA HOTEL 5* – 435 USD ?HYATT REGENCY GALLERIA RESIDENCE 5* – 500 ?USDDUKES THE PALM, A ROYAL 5* – 560 USD ?AL HABTOOR POLO RESORT 5* – 590 USD ?STELLA DI MARE MARINA HOTEL 5* – 590 USD ?SOFITEL THE PALM 5* – 660 USD
Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Otel (3 gecə / 4 gün) ? – Qidalanma (səhər yeməyi) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Viza
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅ – Fərqli tarixlər üzrə turlar mümkündür. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə ödəyə bilərsiniz. ___________________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp + Zəng) ?+994 55 664 60 30 (WhatsApp + Zəng) ?+994 70 664 60 30 (WhatsApp + Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı
“Metro Turizm” şirkətinin təşkilatçılığı ilə, Bakıdan Gürcüstana səfər edən azərbaycanlı turistləri daşıyan avtobus dünən axşam radələrində anidən alışıb və nəticədə insanlar 9 saat küçədə gecələməli olublar.
Unikal.org xəbər verir ki, bu barədə Aytac Kərimova sosial şəbəkədə bildirib.
O, baş verən hadisədə “Metro Turizm“i günahlandırıb:
“”Metro Turizm” qədər bərbad, heç bir xidməti normal olmayan şirkət tanımıram. Hazırda Batumidə, çölün düzündə bir avtobus insan yolda qalıb. Yol gedərkən anidən avtobusumuz alışdı, hər kəsi düşürdülər. Canımızı götürüb avtobusdan qaçdıq. Hadisə yerinə polis və yanğınsöndürən maşınlar gəlib. Hər şey sakitləşdi, bizi yaxinlıqdakı kafelərə göndərdilər. Artıq 3 saatdan çoxdur bizə bir məlumat veren yoxdur.
Bununla belə, sürücüyə də mərkəzdən dəqiq məlumat veren yoxdur. Ümumiyyətlə mərkəzdən sürücünün zənglərinə cavab verilmir. Hər kəs bir tərəfdən əlaqə saxlamaq istəyir. 7/24 dedikləri whatsap xətti sürünə-sürünə cavab yazir. Guya maşın göndəriləcək amma, nə zaman bilinmir? Bakı metro isə ümumiyətlə bizə yaxın durmur. Üstəlik də sonradan öyrəndik ki, avtobus heç bir texniki baxış olmayıb”.
Aytac Kərimova 9 saatdan sonra, şirkət tərəfindən onların qaldığı əraziyə avtobus göndərildiyini deyib.
Türkiyə azərbaycanlıların turist kimi üz tutduğu xarici ölkələr sırasında öndə gəlir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə bu ölkəyə 858,5 min azərbaycanlı səfər edib. Bu isə 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur.
2019-cu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycandan Türkiyəyə 351539 nəfər səfər edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 nəfər, yaxud 0,08 faiz artım deməkdir.
Azərbaycanlılar eyni zamanda Türkiyədə daşınmaz əmlakın alınması üzrə statistikada da ön sıradadır.
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2019–cu ilin iyulunda azərbaycanlılar bu ölkədə 92 mənzil alıb. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 26 faiz artım deməkdir.
Ümumilikdə isə azərbaycanlılar yanvar-iyul ayları ərzində Türkiyədə 623 mənzil alıb.
Soydaşlarımız Türkiyədə əmlak almaqla yanaşı, onları bəzən satışa da çıxarır.
Oxu.Az həmyerlilərimizin satmaq istədiyi daşınmaz əmlaklardan daha bahalılarının qiymətini araşdırmağa çalışıb.
Elan saytlarında apardığımız müşahidələrə əsasən demək olar ki, mənzillərin qiymətləri “əl yandırır“.
Məsələn, İstanbulda 600 kvadratmetr sahəsi olan villa 4 milyon 182 min manata satışdadır.
İstanbulda 270 kvadratmerlik digər villa isə alıcılara 4 milyon 300 min dollara təklif olunur.
Azərbaycanlılardan biri Trabzonda 950 kvadratmetrlik sahəyə malik olan lüks villasını nə az, nə çox, düz 17 milyon manata (10 milyon dollara) satışa çıxarıb.
Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıblar.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, bu ənənəni uzun illərdir qoruyub saxlayan Şamaxıda həm iri müəssisələr, həm də kiçik ailə təsərrüfatları yaradılmaqdadır.
Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalın Şamaxıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir qeyd edib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Bu gün aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu cür tədbirlərin keçirilməsi aqrar sahəyə göstərilən diqqətdən irəli gəlir. Şamaxı Azərbaycanın üzümçülük sahəsində qədim və zəngin ənənələrə malikdir. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib. Bu tədbirin keçirilməsi təkcə Şamaxı üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.
Sonra şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.
Festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərir. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunur.
Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə, şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur – iştirakçılar butulkaları istədikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar.
Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.
Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunub, yelkənli qayıqda musiqi nümunələri ifa edilib.
Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.
“PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkovun Oxu.Az-a müsahibəsi:
– Bu günlərdə “MAKS-2019” Beynəlxalq Aviakosmik Sərgisi çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirildi. Rəcəb Tayyib Ərdoğan görüşdə qarşılıqlı əmtəə dövriyyəsinin həcminin 25-dən 100 milyard dollaradək artırılması planının olduğunu bildirib. Dördqat artım nəyin hesabına mümkündür?
– Rusiyanın müasir silahlarının Türkiyəyə tədarükünə dair müqavilələr bəyan edilmiş məbləğin müəyyən hissəsini təşkil edə bilər. Söhbət Türkiyə rəhbərliyini maraqlandıran beşinci nəsil ən yeni “Su-57” qırıcılarından gedir.
“Su-57” ABŞ-ın Türkiyəyə tədarükünə qadağa qoya biləcəyi “F-35B” qırıcılarına alternativ kimi nəzərdən keçirilir. ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərini aldığına və “Türk axını” qaz layihəsində iştirakına görə Rəcəb Tayyib Ərdoğanı bu yolla “cəzalandırmaq” istəyir. “Türk axını” layihəsi “Şimal axını-2” kimi olmasa da, ABŞ-dan Avropaya sıxılmış təbii qazın tədarükünə ciddi rəqabət yaradır.
Rusiya-Türkiyə arasında əmtəə dövriyyəsi, əsasən, ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsi hesabına artacaq. Türkiyənin ixracında, hər şeydən əvvəl, aqrar sənaye kompleksi və yüngül sənaye məhsulları yer tutacaq. Rusiya isə təbii qaz (“Türk axını” istismara verildikdən sonra) və neft tədarükünün miqdarını artıra bilər. “Rosatom”un “Akkuyu” AES-in tikintisi və xidmət göstərilməsi üzrə müqavilələrini də unutmaq olmaz.
Hazırda Türkiyə Rusiyadan dənli bitkilərin və gübrələrin, metallurgiya və neft-kimya məhsullarının idxalını artırır. Turizm sənayesi ayrıca yer tutur.
– Türkiyə və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin Azərbaycan üçün hansı faydaları ola bilər?
– Ankara və Moskva Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində daha çox iştirak etməyə maraq göstərirlər. Bu, ilk növbədə, neft-qaz sahəsidir. Neft-kimya sektorunda da ciddi layihələr mövcuddur.
Azərbaycan hakimiyyəti bir tərəfdən milli biznesi bu istiqaməti daha fəal inkişaf etdirməyə stimullaşdırır, digər tərəfdən isə xarici sərmayələrin cəlb edilməsi üzrə ciddi iş aparır. Azərbaycanın iki nüfuzlu qonşusu bu məsələdə əhəmiyyətli dərəcədə maraq göstərir.
Hazırda Rusiya-Türkiyə münasibətləri yüksəliş dövrünü yaşayır. Məhz Azərbaycan üçün ən böyük əlverişli şərait yaranıb və o, Rusiyanın ucsuz-bucaqsız bazarına daxil ola bilər. Və bu, Türkiyə məhsullarına ciddi kvotanın qoyulduğu dövrdə baş verir.
Bakı Minsk kimi Moskvanın etimadından sui-istifadə etmir.
– Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə münasibətlərin yenidən qurulmasının vacibliyinə və dünyada Qərb hegemonluğunun başa çatmasına dair bəyanatına münasibətiniz necədir?
– Paris və Berlinin Avropa İttifaqına və onun ayrı-ayrı üzvlərinə əvvəlki suverenliyi qaytarmaq və ABŞ-ın boğucu “dost” qucağından çıxarmaq cəhdləri barədə son beş ildə tez-tez eşidirik. Lakin bu yaxınlaradək sözügedən istiqamətdə heç bir sıçrayış müşahidə edilməyib. Trampın ABŞ-ı təcrid etmək siyasətinin getdikcə daha aydın göründüyü bir dövrdə Avropanın bu istəyi qismən alına bilər.
Lakin Vaşinqtonun qucağından çıxan Avropa dərhal Pekinin tələsinə düşəcək. Bu tələ “Yeni İpək Yolu” adı ilə artıq qurulub. Rusiya bir ayağı ilə həmin tələyə düşüb, lakin vaxtında ayılıb və səy göstərir ki, ikinci ayağını ora salmasın. Bununla belə, Rusiya birinci ayağını tələdən çıxarmır, çünki Çin Avrasiyanın dominantına çevrilir.
Azərbaycan Turizm Bürosu Rusiyanın Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 3 hotel və 7 turizm şirkətinin nümayəndələrinin qatıldığı təqdimatlarda Rusiyanın 250-yə yaxın turizm şirkəti iştirak edib.
Silsilə təqdimatlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, yeni marşrutlar, şərab turları, müalicəvi turlar və hotellər barədə ətraflı məlumatlar verilib.
Tədbir çərçivəsində Rusiyadan olan, müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış şirkət nümayəndələri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.