18.Sizin vizanızı sərhəd nəzarətində yoxlamırlar. Bunu qeydiyyat masasındakı əməkdaşlar edirlər. Sərhəd xidmətini yalnız sizin ölkədə qalmağınızın qanuni olması və ölkəyə girişinizin qadağan edilməməsi maraqlandırır.
Türkiyədən hansı maraqlı hədiyyələr gətirə bilərik?
Hamı Türkiyəyə səyahətə gedənlərdən hədiyyə gözləyir. Turistlər adətən istirahətdən həzz alırlar, hədiyyə seçimini isə sonuncu günə saxlayırlar. Sonra da şəhəri başdan-başa gəzərək 20 nəfərlik hədiyyə seçməyə çalışırlar. Nəticədə, qohumlara kiçik maqnitlər alınır. Pul xərclənib, ortada isə gözəgəlimli hədiyyə yoxdur.
“Yandeks.Dzen” portalı xəbər verir ki belə vəziyyətlərdə orijinallıq nümayiş etdirməyi, maraqlı və lazımi hədiyyə tapmağı təklif edir.
Xanımlar üçün
Əgər qadın qəhvə içməyi və yemək hazırlamağı sevirsə, o zaman ona hədiyyə seçmək çox asandır. Paslanmayan materialdan olan qəhvə dəstlərini alın (onlar çox davamlıdır). Türkiyədə ənənəvi naxışlarla olan ucuz keramika malları isə Kütahya və İznikdə satılır.
Qohum və qonşu qızları üçün
Dəsmallar, hamam ləvazimatları və təbii sabun! Bahalı olmayan bu hədiyyələr onların çox xoşuna gələcək.
Türkiyədə istehsal edilən sabunlar həqiqətən də dəriyə yaxşı təsir edir. Keyfiyyətli su ilə birləşəndə o, canlandırır və gümrahlaşdırır. Yaxşı olardı ki, seçiminizi boyasız sabunlarda dayandırasınız. Təbiilikdən daha yaxşı nə ola bilər? Sabun parçalarının qiyməti 5 lirədən başlayır, hər yerdə tapmaq mümkündür.
Hədiyyə qismində türk örtükləri də aktualdır. Onlardan hər yerdə – çimərlikdə, interyerdə istifadə etmək olar. İstanbulun Taksim rayonunda Qalata qülləsinin yanında 25-30 lirəyə əldə edə bilərsiniz.
Kişilər üçün
Əgər kişi yumoru sevirsə, o zaman türk papağı – qırmızı məxmərdən olan fəs və qızılı saplarla işlənmiş jilet onun xoşuna gələcək. Bir də şərqsayağı uzunburun dəri çarıqlar da hədiyyə edə bilərsiniz.
Əziz həmkarlar üçün
Onlar üçün kiçik maqnitlər hədiyyə aparmağa ehtiyac yoxdur. Əgər maliyyə imkan vermirsə, o zaman açıqca sadə həll yoludur. Ofis əməkdaşları üçün İstanbulda, Taksim rayonunda hər cür hədiyyə – ənənəvi və mənalı şəkillər tapmaq olar.
Ata və baba üçün
Ata və babaya nə isə xüsusi bir hədiyyə lazımdır. Bizə elə gəlir ki, kududan hazırlanmış, altlığı, lüləyi, qapağı metaldan olan səhəng və lampaları onlar bəyənəcəklər.
Əslinə tam uyğun olan bu lampalar çox aktualdır. Əlbəttə bunlar hər addımda satılmır. Lakin diqqətli olsanız, onları tapa bilərsiniz.
Şirniyyat xoşlayan balacalar üçün
Türk şirniyyatlarına gəlincə, yaxşı olar ki, təbii şirniyyatları alasınız. Məsələn, “Tugba” şirkəti fındıq, püstə, qoz, ərik qurusu, əncirdən bu cür məhsullar hazırlayır.
Yaxşı olardı ki, siz təbii şirə ilə hazırlanmış rahatluqum tapasınız. Lakin Türkiyədə şirniyyatların çoxuna əlavələr edilir. Deyirlər ki, avropalılar hələ də “Turkish delights” hazırlamağı öyrənməyiblər. Türkiyədən kənarda dadına baxdığımız isə sadəcə, rahatluquma bənzədilən şirniyyatdır.
Dəblə geyinən rəfiqələr üçün
Adətən rəfiqələr Türkiyədən üzün dərisinə qulluq vasitələri, kremlər, maskalar gözləyirlər. Bunlardan orada boldur. Təbii dəniz çəhrayı duzu, yaxud “Farmasi” kremlərindən almaq olar. Yeri gəlmişkən, bu şirkətin dodaq boyaları da bəyəniləndir.
“Flormar” dekorativ kosmetikası da uyğun gələ bilər. Göz kölgələri də yaxşıdır, keyfiyyətinə görə “Oriflame” və “Avon” səviyyəsindədir. Konsilerlərinə isə söz ola bilməz.
Heyranedici Monteneqro turu Go Travelda
Monteneqro – heyranedici təbiətə sahib bir ölkəsidir. Müasir meqapolislərin daimi təlaşından gizlənib – dalğaların, quşların və cırcıramaların səsi altında dincəlmək üçün bir cənnət köşəsidir.
⠀
Bu kiçik ərazili ölkədə yığcam şəkildə dağlar, çaylar, dərələr, göllər, meşələr və əlbəttə ki, möhtəşəm Adriatik dənizi ilə sərhəd olan çimərliklər əhatə edir. Və bütün bunlar xəfif Aralıq dənizi iqlimi ilə birləşir.
Qiymətə daxildir:
✔Aviabilet gediş və dönüş
✔Transfer
✔Sığorta
✔Oteldə qalma
?Otel – Hotel Sea Star
✳Bagajlar
?Qidalanma
Qeyd : Qiymət 2 nəfərlik hesablanmışdır
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
7 ayda 25 milyon turist qəbul edib, otellər 76% dolub
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ilin yanvar-iyul dövrü turizm statistikasını açıqlayıb.
“Marja” xəbər verir ki, Türkiyəyə sözügedən dövrdə, təxminən 25 milyon əcnəbi ziyarətçi (turist) gəlib. Rusiya Federasiyası və Almaniya ən çox ziyarətçi göndərən ölkələr arasında ilk yerdədirlər.
Türkiyəyə İyul ayında, əvvəlki ilin eyni ayı ilə müqayisədə 16,67 faiz artımla 6 milyon 617 min 380 xarici səfər edib.
Bu ilin 7 ayı ərzində Türkiyəyə gələn əcnəbilərin sayı, ötən ilin eyni dövrünə nisbətən 14,11 faiz artaraq 24 milyon 693 min 886 olub.
Türkiyə, ilin 7 ayında 3 milyon 752 min 437 rus, 2 milyon 670 min 672 alman və 1 milyon 444 min 789 bolqar vətəndaşını qəbul edib.
Türkiyədə otellərdə doluluq nisbəti 76,1%-ə qalxıb.
TBİLİSİ – MARTVILI KANYONU – BATUMİ – TRABZON – Go Travel

Sezonun son turuna hazırmısınız? Hem ENDIRIMLI ALıŞVERiŞ hem de istirahet,

TBİLİSİ – MARTVILI KANYONU – BATUMİ – TRABZON-Aydar yaylası ve Uzungöle

möhtəşəm tur
TARIX: 4gecə/6gun
– 2-8.sentyabr.2019 – 189$ (yalnız seher yemeklerile)
———————————
Qiymətə daxildir:

Transfer

Tur bələdçi

Fotoqraf

Oteldə gecələmə

Ekskursiyalar

4 Səhər yemeyi

Diskoteka , hədiyyəli oyunlar
QEYD:
6 yaşa qədər uşaqlar ödenişsizdir (qucaqda oturmaq ve otaqda valideynile qalmaqla)
– 6-9yaş neqliyyatda ve otelin seher yemeklerile qiymetin 50% odenilir.
– Yalnız Neqliyyatda yer istenilse, qiymet 65$
– Turist otaqda yalnız qalmaq istese elave 1geceye 25$ ödeniş etmelidir.
Qeyd: Martvili kanyonuna ya gedis zamani , yada dönüş zamani ve de hava şeraitinden asili olaraq gedilecek…
——————————

Turun proqramı :

1ci gün
19:00 – Bakıdan çıxış

2ci gün
10:00-12:00 Martvili Kanyonu
15:00-17:00 – Batumi otelə check in
19:00 – Batumi şəhər gəzintisi ve Qaradeniz sahilinde Yaxta gemi gezintisi

3cü gün
06:30 – Səhər yeməyi
07:00 – Check out , istiqamət Türkiyə
11:00 – Rize ekskursiyası (Aydar yaylası)
16:30 – Trabzon otelə giriş , sərbəst vaxt

4cü gün
09:00 – Səhər yeməyi
12:30 – Trabzon gəzintisi ( Atatürk köşkü ve Forum alış-veriş merkezi)
18:00 – Otelə dönürük.Sərbəst vaxt

5ci gün
07:00 – Səhər yeməyi
07:30- Check out
10:30 – Uzun göl
16:00 Batumi Otelə çatırıq, Check in

6ci gün
8:00 – Səhər yeməyi
10:00 – Oteldən çıxış , check out
16:00 – Tbilisi şəhər ekskurssiyası ( Heydər Əliyev parkı, Kanat xətti, Old Meydan, Sülh körpüsü, Qayıqla Kür çayı gəzintisi, Tbilisi şəhər ponoramik görüntü, I

TBILISI -yazısı önündə fotosessia)
21:00 – Bakıya qayıdış

7ci gün
07:00-dek Bakıda oluruq
Bakı israillilərin ən çox səfər etdiyi on şəhər siyahısında yer alıb
İsrail vətəndaşlarının 2019-cu ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.
Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29 faiz artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk onluqda yer alıb.
İlk onluğa həmçinin Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr və Yunanıstanın şəhərləri də daxildir.
Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.
Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu il fevralın 12-13-də Təl-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.
İsrail mediası üçün Azərbaycana iki infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.
Aylıq 1,4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda, jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb. Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 min 82 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 min 464 İsrail vətəndaşı səfər edib.
Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir
“Rusiyanın Yessentuki şəhərində yerləşən “Viktoriya” sanatoriyasına müalicəvi tur təşkil edən “Nuray Travel” şirkəti bizi aldadıb”.
Bu barədə Bizimyol.info-ya açıqlamasında şəhid anası Paşayeva Şöhrət Rza qızı bildirib.
Şəhid anası deyib ki, onunla yanaşı Fatma Abbasova, Afilə Abbasova, Ramiz Zeynalovu aldadıblar: “Hər birimiz 970 manat olmaqla 3880 manat “Nuray Travel”ə ödəniş etmişik. Nəzərə çatdırım ki bu ödəniş brondan 3 ay qabaq olunub”.
Şikayətçi deyib ki, Yessentuki tur paketinin vaxtı iyulun 20-dən avqustun 4-ə kimi idi: “Lakin biz Yessentukiyə çatanda gördük ki, adımıza hoteldə yerlər bron edilməyib və pul köçürülməyib.
“Nuray Travel” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən əvvəlcə sistemdə səhv olduğunu dedilər. Şirkət 2 günün ödənişini etdi. 2 gündən sonra isə ödəniş edilmədi. Yenidən şirkətlə əlaqə saxlanıldı. Şirkətin əməkdaşı ağlamağa başladı və onun aldıdılaraq pulları alıblar”.
Şikayətçi olan şəhid anası dedi ki, 4 nəfər təqaüdçü Yessentukidə çarəsiz vəziyyətdə qalıblar: “Biz oraa ortada qaldıq. Borc tapıb ödədik.
Şirkətdən bildirildi ki, Bakıya qayıdanda ödədiyimiz məbləğ geri qaytarılacaq. Amma pularımız geri qaytarılmadı. Məsələ ilə bağlı polisə şikayət etdim”.
Məsələ ilə bağlı “Nuray Travel” şirkətindən açıqlamaq almaq mümkün olmadı.

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb
İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.
Bu məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.
Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.
İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistlərə hədəflənən kampaniya həyata keçirir.
Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Təl-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində Azərbaycanı təmsil edib.
İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib. Bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İyul ayından başlayaraq İsrailin 3 500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.
Aylıq 1,4 mln. istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında Azərbaycanın turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.
Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 082 nəfər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 464 İsrail vətəndaşı səfər edib.
Nazarbayev Türk tarixindən yazdı: Qazaxıstan bütün Türk xalqlarının müqəddəs ata yurdudur – MƏQALƏ
Hər şeyin ölçücü məkan, hər hadisənin ölçüsü zamandır. Məkan ilə zamanın kəsişdiyi yerdə milli tarix başlayır. Bu adi bir fikir deyildir.
Almanlar, italyanlar və ya hindistanlıların keçmişinə nəzər salsaq, haqlı olaraq onların min illəri əhatə edən tarixlərindəki böyük uğurları ilə yaşadıqları yer arasında bağlılığa aid suallar meydana gəlir. Təbii ki, qədim Roma indiki İtaliya deyil, ancaq italyanlar özlərinin tarixi kökləri ilə öyünürlər. Qədim qotlar da birəbir indiki almanlar deyil, ancaq onlar da Almaniyanın tarixi irsinin bir parçasıdır. Zəngin etnik mədəniyyətə sahib qədim Hindistan və indiki hindliləri tarixin fasiləsiz axışında inkişafını sürdürən özünəməxsus bir sivilizasiya olaraq görmək mümkündür.
Bu, tarixə düzgün yanaşma olmaqla bərabər, köklərimizi tanımağa, milli tariximizi dərindən araşdıraraq açılmamış düyünlərini işıqlandırmağa imkan verər.
Qazaxıstan tarixi də ayrı-ayrı hissələr halında deyil, müasir elmi metodlarla bir bütün olaraq düşülməlidir. Bunun üçün konkret müddəalarımız da mövcuddur.
Birincisi, önəminə az sonra toxunacağımız ilk dövlətəbənzər qurumların, protodövlətlərin böyük bir qismi bugünkü Qazaxıstan ərazisində yaradılıb və onlar qazax millətinin etnik köklərinin əsas ünsürlərini formalaşdırmışdır.
İkincisi, qeyd edəcəyimiz mühüm mədəni nailiyyətlər bozqırlara kənardan gəlməyib, əksinə, böyük bir qismi bizim torpaqlarımızda ortaya çıxıb, daha sonra Qərbə, Şərqə, Cənuba və Şimala yayılıb.
Üçüncüsü, son illər aşkarlanan tarixi abidələr əcdadlarımızın öz dövrlərindəki ən qabaqcıl və üstün texnoloji yeniliklərlə birbaşa bağlantılı olduğunu göstərir. Bu abidələr “Böyük Çöl”ün dünya tarixindəki əhəmiyyətinə fərqli yöndən baxmağımızı təmin edir.
Qazaxlar arasında bəzi boy adları “Qazax” etnoniminden xeyli əvvəl ortaya çıxmışdır. Bütün bunlar milli tariximizin bu günə qədər qeyd edilən dövrlərdən çox-çox əvvəllərə gedib çıxdığına işarə edir. Avropa mərkəzli düşüncə tərzi Saklar, Hunlar və digər qədim türk boylarının millətimizin tarixi mənşəyinin ayrılmaz bir hissəsi olduğu faktını görməyimizə mane olmuşdur.
Bununla yanaşı, burada üzərində duracağamız məsələ uzun zamandan bəri torpaqlarımızda yaşayan etnik qruplar üçün ortaq olan Qazaxıstan tarixidir. Bu tarix fərqli etnik qrup nümayəndələrinin də töhfə verdiyi ortaq bir tarixdir.
Bu gün tariximiz müsbət baxış bucağına ehtiyac duyur. Amma hər hansı bir tarixi hadisə ayrıca və konyunktur dünyagörüşü ilə işıqlandırılmamalıdır. Ağ ilə qara bir-birindən ayrı düşünülə bilməz. İkisi birlikdə həm fərdin, həm də bütöv bir xalqın həyatına xüsusi rəng qatır. Tariximizdə qayğı dolu səhifələr, faciələr, şiddətli müharibə və münaqişələr olub, təhlükəli sınaqlar və siyasi sürgünlər baş verib. Bunu unuda bilmərik, unutmamalıyıq. Çoxtərəfli və zəngin tariximizi düzgün anlayıb qəbul etməliyik.
Niyyətimiz digər xalqların rolunu kiçiltmək, özümüzü ucaltmaq deyil. Ən vacibi dəqiq elmi faktlar və məlumatlara əsaslanaraq, qlobal tarixdəki rolumuzu soyuqqanlı və obyektiv surətdə dərk etməkdir.
Böyük Çölün yeddi özəlliyi nədir?
I. MİLLİ TARİXDƏKİ MƏKAN VƏ ZAMAN
Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir. Müasir cəmiyyət həyatının ayrılmaz parçası halına gələn bir çox əşyalar vaxtilə bizim torpaqlarda istehsal olunmuşdur. Böyük Çöldə yaşayan insanlar inkişaf prosesində bir çox texniki kəşflər edərək əvvəllər istifadə olunmayan yeni alətlər istehsal etmişlər. Bəşəriyyət bunları dünyanın dörd bir tərəfində hələ də istifadə etməkdədir. Qədim mənbələr bugünkü qazaxların ulu babalarının ucsuz-bucaqsız Avrasiya qitəsində siyasi və iqtisadi tarixin istiqamətini dəfələrlə dəyişdirdiyini göstərməkdədir.
1. АT MİNMƏK MƏDƏNİYYƏTİ
Tarixdən məlum olduğu kimi, at saxlamaq və at minmək mədəniyyəti bütün dünyaya Böyük Çöldən yayılmışdır.
Ölkəmizin şimal bölgəsində eneolit dövrünə aid Botay obasında aparılan qazıntı işləri atın ilk dəfə müasir Qazaxıstan ərazilərində əhliləşdirildiyini sübut etmişdir.
Babalarımız atı əhliləşdirməklə öz dövrü üçün böyük üstünlük qazanmış, qlobal miqyasda isə gündəlik həyat və hərbi sahədə tayı-bərabəri olmayan inqilab etmişlər.
Atın əhliləşdirilməsi at minmə mədəniyyətinə yol açmış, yay, mizraq və qılıncla silahlanmış süvari isə köçərilərin qurduğu böyük imperiyaların simvoluna çevrilmişdir.
Bayraqlı süvari o dövrün ən çox önə çıxan qəhrəman obrazıdır. Eyni zamanda, o, at minmə mədəniyyəti ilə ortaya çıxan köçərilər dünyasına aid bir “kültür kodudur”.
Avtomobil mühərriklərinin gücü hələ də at gücü ilə ölçülür. Bu ənənə süvarilərin dünyada üstünlük qurduğu böyük dövrə duyulan hörmətin əlamətidir.
Biz qədim qazax torpaqlarından dünyanın dörd bir yanına yayılan bu böyük texnoloji inqilabın meyvəsini bəşəriyyətin XIX yüzilliyə qədər istifadə etdiyini unutmamalıyıq.
Müasir geyimlərin tarixi çöl mədəniyyətinin qədim dövrlərinə qədər gedib çıxır. Аt minmək mədəniyyəti süvari üçün uyğun geyim tərzini yaratmışdır. Babalarımız atın üzərində rahat olmaq üçün paltarları ilk dəfə alt və üst olaraq ikiyə hissəyə ayırmışdır. Beləliklə, şalvarların ilk modeli ortaya çıxmışdır.
Bu süvarilərə ata minəndə və atın üzərində döyüşərkən maneəsiz hərəkət etmək imkanı yaratmışdır. Çöl sakinləri şalvarları dəri, keçə, yun, kətan və ipdən tikmişlər. Min il keçməsinə baxmayaraq şalvarlarda ciddi bir dəyişiklik baş verməmişdir. Qazıntı işləri zamanı tapılan qədim şalvarların bugünkülərdən heç bir fərqi yoxdur.
Bununla yanaşı, indiki bütün çəkmə növlərinin köçərilər at minəndə geydikləri dabanlı yumşaq çəkmələrin “varisi” olduğu məlumdur.
Həyatlarının böyük bir qismini at üzərində keçirən köçərilər ata daha sərbəst minmək üçün yüksək yəhər və üzəngi icad etmişlər. Bu ixtira atlının at üzərində möhkəm oturmasına və sürətli hərəkət zamanı əlindəki silahı heç bir çətinlik çəkmədən təsirli şəkildə istifadə etməsinə kömək olmuşdur.
Babalarımız at üzərində atıcılığı da yüksək inkişaf etdirmişdir. Buna bağlı olaraq yayın forması da dəyişmiş, daha sərt, praktik və güclü hala gəlmişdir. Oxlara zirehləri dəlik-deşik edən metal ucluq və quş tükü əlavə edilmişdir.
Qazaxıstan ərazilərində yaşayan türk boylarının icad etdiyi texnoloji yeniliklərdən biri də qılınc idi. Qılıncı önəmli edən onun ox kimi düz və ya əyri üzlü olması idi. Bu silah ən mühüm və geniş yayılmış müharibə aləti olmuşdur.
İnsanı və onun mindiyi atı qorumaq üçün istifadə edilən zireh də ilk dəfə bizim əcdadlarımız tərəfindən icad edilmişdir. Beləliklə, Avrasiya köçərilərinin mühüm hərbi ixtirası kimi qəbul edilən zirehli süvarilər ortaya çıxmışdır. Süvarinin e.ə. I minillik və b.e. I əsri arasındakı təkamülü, odlu silahın icad edilib geniş kütlələrin istifadəsinə girənə qədərki uzun bir müddətdə köçərilərə hərbi üstünlük verən ağır zirehli süvarinin formalaşmasında da təsirli olmuşdur.
2. BÖYÜK ÇÖLDƏKİ QƏDİM METALLURGİYA
Мetal istehsalının kəşf olunan üsulları, yeni tarixi dövrü başladıb bəşəriyyətin inkişaf axarını tamamilə dəyişdirmişdir. Müxtəlif metal növləri ilə zəngin olan qazax torpaqları ilkin metallurgiya mərkəzlərindən biridir. Qədim dövrlərdə belə Qazaxıstanın mərkəzində, şimal və şərq bölgələrində mədən ocaqları olmuş, bürünc, mis, qurğuşun, dəmir, gümüş və qızıl əridilməyə başlanmışdır.
Əcdadlarımız yeni və sağlam metalların istehsalatını inkişaf etdirərək texnoloji cəhətdən irəliləyişə zəmin hazırlamışdır. Qazıntı işləri zamanı aşkarlanan metal əritmə sobaları, əl işi bəzək əşyaları, gündəlik həyatda istifadə edilən digər əşyalar və silahlar buna dəlalət edir. Bunların hamısı keçmiş zamanlarda ərazimizdəki çöl mədəniyyətinin texnoloji baxımdan nə qədər inkişaf etdiyini gözlər önünə sərir.
3. HEYVAN STİLİ
Babalarımız həyatlarını ətraf mühitlə ahəngdar şəkildə davam etdirərək özlərini təbiətin ayrılmaz bir hissəsi hesab etmişlər. Bu qayda Böyük Çöl xalqlarının dünyagörüşü və dəyərlərini formalaşdırmışdır. Özünəməxsus yazı və mifologiyaya sahib qədim Qazaxıstan sakinləri yüksək mədəniyyət daşıyıcıları olmuşdur.
Heyvan stili sənəti onların irsinin ən parlaq nümunəsi, sənət zövqü və mənəvi zənginliyinin təzahürü olaraq özünü göstərir. Heyvan rəsmi və fiqurlarının gündəlik həyatda istifadəsi insanla təbiət arasındakı qarşılıqlı əlaqənin simvolu olmaqla bərabər, köçəri mənəviyyatının istiqamətini də müəyyən etmişdir.
Onlar yırtıcı heyvanların, daha çox pişikkimilərin şəkllərini istifadə etmişlər. Müstəqil Qazaxıstanın rəmzlərindən birinin yerli heyvanlar dünyasında nadir rast gəlinən və nəcib siması ilə fərqlənən qar bəbiri olması da təsadüf deyil.
Bu baxımdan, heyvan stili əcdadlarımızın yüksək səviyyəli istehsal bacarıqlarına malik olduğunu göstərir. Onlar taxta üzərində oyma sənətini və metaldan istifadə texnikasını, mis, bürünc əritmə və tökməyi, vərəq qızıl hazırlama metodlarını yaxşı mənimsəmişdilər.
Ümumiyyətlə, heyvan stili fenomeni dünya incəsənətində əldə edilən yüksək nailiyyətlərdən biridir.
4. АLTIN ADAM
Qazaxıstanın Esik kurqanında 1969-cu ildə tapılan, alimlərin qazaxıstanlı Tutanxamon adını verdiyi və dünya elmi dairələrində sensasiya yaradan “Altın Adam” köklərimizə, tariximizə yeni prizmadan baxmağı təmin etmişdir.
Bu əsgər bizə bir çox sirrin qapılarını aralamış, əcdadlarımızın bizi heyrət içində buraxan yüksək səviyyədə sənət əsərləri yaratdığını göstərmişdir. Əsgərin qızılla işlənmiş paltarları qədim ustaların qızıldan istifadə üsulunu yüksək səviyyədə dərk etdiyini, Çöl mədəniyyətinin gücü və estetik gözəlliyini əks etdirən zəngin mifologiyaya sahib olduqlarını göstərir.
Çöl xalqı öz liderlərini bu şəkildə ucaltmış, günəş kimi ilahi bir qüdrət olaraq görmüşlər. Məzardakı dəbdəbəli əşyalar bizə əcdadımızın intellektual ənənələrini tanıtmaqdadır. Əsgərin yanındakı gümüş kasanın üzərinə həkk olunan yazılar isə Orta Asiya ərazilərində tapılan ən qədim yazı növüdür.
5. TÜRK DÜNYASININ BEŞİYİ
Altayın qazax və digər Avrasiya xalqlarının tarixində mühüm yeri vardır. Sözügedən yüksək dağlar əsrlərdir yalnız Qazaxıstan torpaqlarının tacı deyil, bütün Türk dünyasının beşiyi sayılır. Məhz bu bölgədə milladdan sonrakı birinci minilliyin ortalarında Türk dünyası formalaşmağa başlamış, Böyük Çölün qucağında yeni bir dövrün əsası qoyulmuşdur.
Tarix və coğrafiya türk dövlətləri ilə böyük köçəri imperiyalarının davamlılığının xüsusi bir modelini formalaşdırmışdır. Bu dövlətlər uzun illər boyu bir-birini əvəzləyərək orta əsrlərdə Qazaxıstan torpaqlarının iqtisadi, siyasi və mədəni həyatında silinməz izlər buraxmışdır.
Çox böyük coğrafi məkanı istifadə edən türklər ucsuz-bucaqsız çöldə köçəri və oturaq mədəniyyətin özünə xas nümunələrini meydana gətirib sənət ilə elmin, ticarətin mərkəzinə çevrilən orta əsr şəhərlərinin inkişafında vacib rol oynamışlar. Məsələn, orta əsrlərdə Otırar şəhəri dünya sivilizasiyasının böyük mütəfəkkirlərindən biri Əbu Nəsr Əl Fərabini dünyaya bəxş edərkən, türk xalqlarının mənəvi liderlərindən biri Xoca Əhməd Yəsəvi Türküstan şəhərində yaşayaraq xalqı maarifləndirmişdir.
6. BÖYÜK İPƏK YOLU
Ölkəmizin coğrafi baxımdan xüsusi mövqeyə malik olması, başqa sözlə, Avrasiya qitəsinin mərkəzində yerləşməsi tarixən müxtəlif dövlətlər və mədəniyyətlər arasında tranzit “dəhlizin” yaranmasına səbəb olmuşdur. Zaman keçdikcə bu yollar Böyük Avrasiyanın şərqi ilə qərbi, şimalı ilə güneyi arasında ticarət və mədəni əlaqələrə xidmət edən Böyük İpək Yolunu formalaşdıran qitələrarası yollara çevrilmişdir.
Bu yol xalqlar arasında qlobal ticarət mübadiləsi və intellektual əməkdaşlığın yaranaraq inkişaf etməsi üçün möhkəm bir platforma olmuşdur.
Karvan yollarını qüsursuz bir şəkildə tənzimləyib təhlükəsizliyini təmin edən Böyük Çöl xalqı, qədim və orta əsrlərdəki ticarət əlaqələrinin çox önəmli və əsas vasitəçisi sayılmışdır. Bozqır kəməri Çin, Hind, Fars, Aralıq Dənizi, Orta Şərq və Slavyan sivilizasiyaları arasındakı ünsiyyəti təmin etmişdir.
Böyük İpək Yolu yarandığı ilk vaxtlardan coğrafi baxımdan əsasən Türk imperiyalarının ərazilərini əhatə etmişdir. Orta Avrasiyadakı türk hakimiyyəti dövründə Böyük İpək Yolu inkişafın zirvəsinə çıxaraq beynəlxalq miqyasda iqtisadiyyatı və mədəniyyəti inkişaf etdirməyə yardımçı olmuşdur.
7. QAZAXISTAN ALMA VƏ LALƏNİN VƏTƏNİDİR
Yüksək Alatau dağlarının ətəklərinin alma və lalənin ana vətəni olduğu elmi cəhətdən sübut edilmişdir. Bəsit olsa da, bütün dünya üçün xüsusi önəmə sahib olan bu bitkilər buralarda çiçək açıb dünyaya səpələnmişdir. Qazaxıstan dünyadakı almaların əcdadı hesab edilən Sievers almasının ana vətəni sayılır. Dünyanın ən məşhur meyvəsini dünyaya bəxş edən məhz bu cinsdir. Hamımızın tanıdığımız alma bizdəki almanın genetik bir növüdür. O, Qazaxıstan ərazisindəki İle Alatau dağlarının ətəklərindən Böyük İpək Yolunun keçmiş marşrutundan Aralıq Dənizinə, sonra isə bütün dünyaya yayılmışdır. Ölkəmizin cənubundakı ən gözəl şəhərlərdən biri bu məşhur meyvənin dərin tarixinin nümunəsi olaraq Almatı adını almışdır.
Qazaxıstan ərazisindəki Çu-İle dağlarının ətəklərində hələ də yerli bitki dünyasının incisi sayılan Regel lalələrinin orijinal formalarına rast gəlmək mümkündür. Bu gözəl bitkilər ölkəmizin ərazisindəki Tyan-Şan (Tanrı – t.) dağlarının ətəkləri ilə quraq çölün kəsişdiyi hissələrdə bitmişdir. Qazax ərazisindəki sadə, amma çox cəlbedici olan bu çiçəklər gözəllikləri ilə bir çox xalqın qəlbini ovsunlayarq yavaş-yavaş bütün dünyaya yayılmışdır.
Hazırda dünyada 3 mindən çox lalə növünün olduğu məlumdur. Onların çoxu bizim bozqır laləsinin “nəsli”dir. Bu gün Qazaxıstanda lalənin 35 növü bitir.
II. TARİXİ YADDAŞI CANLANDIRMA
Gündəmə gətirilən məsələlər incəliklə ağıl ələyindən keçirilməyi, dərindən araşdırılmağı tələb edən mövzulardır. Eyni zamanda, dünyagörüşümüzün, millətimizin keçmişi və bu gününün, gələcəyinin təməlləri ilə birbaşa əlaqəli məsələlərdir.
Bu istiqamətdə görüləcək işlərə bir neçə böyük layihə ilə başlamağın mümkün olacağı qənaətindəyəm.
1. ARXİV-2025
Müstəqillik illərində xalqımızın tarixi ilə bağlı xeyli əhatəli tədqiqat işləri aparılıb. Ölkəmizin tarixi xronikasında boşluqları doldurmağa töhfə verən “Mədəni Miras” proqramı uğurla həyata keçirilib. Amma əcdadlarımızın həyatı və mükəmməl sivilizasiyaları ilə bağlı bir çox qaynaq və mənbələr hələ də elmi ictimaiyyətə təqdim olunmamışdır. Onlar dünya arxivlərində öz tədqiqatçılarını gözləyir.
Buna görə də qədim zamanlardan günümüzə qədərki dövrü əhatə edən bütün yerli və xarici arxivlər dünyasında böyük tədqiqatlar aparmaq üçün “Arxiv-2025” adlı yeddi illik layihə həyata keçirməyi məqsədəuyğun sayıram.
Sözügedən layihəni həyata keçirən zaman tarix, mənbə və mədəniyyət tədqiqatçılarından ibarət olacaq xüsusi qrupların yerli və xarici arxivlərlə nizamlı və uzun müddətli, qarşılıqlı əlaqəli şəkildə araşdırma aparmağa önəm vermələri çox vacibdir.
Necə olursa olsun, bu vacib iş dövlət hesabından ödənəcək “akademik turizmə” çevrilməməlidir. Arxiv qaynaqlarını toplamaqla kifayətlənməyib, tədqiqatların geniş kütlələr üçün əlçatan olmasını təmin etmək məqsədilə onları dərhal rəqəmsal formata da keçirmək lazımdır.
Tarixi ilə qürur duymaq və vətənpərvərlik hissləri ibtidai siniflərdən başlayaraq aşılanmalıdır. Bu baxımdan ilk və orta məktəblər, liseylər və bölgələrdəki diyarşünaslıq muzeyləri nəzdində tarixi-arxeoloji fəaliyyət formalaşdırmaq vacibdir. Milli tariximizi yaddaşlara həkk etmək bütün qazaxıstanlılarda öz köklərinə bağlılıq hissini yaradacaqdır.
2. BÖYÜK ÇÖLÜN BÖYÜK ADLARI
Tarixi proseslər adətən insan zehnində fərdiləşdirmə xarakteri qazanır. Bir çox millət öz ölkəsinin xüsusi elçisi kimi böyük babaları ilə qürur duyur.
Məsələn, qədim dövrlərdə Tutanxamon, Konfutsi, Böyük İsgəndər, Şekspir, Göte, Puşkin və Corc Vaşinqton kimi dünya şöhrətli şəxsiyyətlər artıq “öz ölkələrinin” əvəzsiz simvolik sərmayəsi sayılmaqla bərabər, o ölkələrin beynəlxalq miqyasda müsbət imicini yaratmışdır.
Böyük Çöl Əl Fərabi və Yəsəvi, Kültegin və Beybarıs, Təvke və Abılay, Kenesarı və Abay kimi bir çox böyük şəxsiyyətləri dünyaya bəxş etmişdir.
Bu səbəbdən, bizim ilk olaraq məşhur tarixi şəxsiyyətlərimiz və onların uğurlarının şərəfinə açıq havada, abidə və heykəllərin yer alacağı “Böyük Çölün Böyük Adları” adlı öyrədici və maarifləndirici ensiklopedik bir park açmağımız lazımdır.
İkincisi, dövlətin sifarişi ilə ədəbiyyat, musiqi və teatr sahələrində, rəssamlıq sənətində tanınmış böyük mütəfəkkirlərin, şairlərin və hökmdarların rəsmlərinin yer alacağı bir qalereya açılmalıdır.
Burada klassik formadan daha çox alternativ gənclik sənətinin yaradıcı potensialından istifadə etmək çox mühümdür. Bu işə yalnız yerli deyil, xarici ustalar və incəsənət qruplarını da cəlb etmək lazımdır.
Üçüncüsü, ölkəmizin tarixi dövrlərini geniş şəkildə əhatələyəcək, həm elmi, həm də geniş kütləyə xitab edəcək “Böyük Çölün Şəxsiyyətləri” adlı seriyalar hazırlamaq və yaymaq istiqamətində fəaliyyəti ardıcıl şəkildə həyata keçirmək, bu işi canlandırmaq lazımdır.
Bu yöndə qazaxıstanlı elm adamları və xarici mütəxəssislərdən ibarət olacaq beynəlxalq çoxtərəfli qrup yaratmaq mümkündür. Bunun nəticəsində bizim qəhrəmanlarımızın həyatı və fəaliyyəti yalnız öz xalqımız tərəfindən deyil, xarici ölkələrin xalqları tərəfindən də öyrəniləcəkdir.
3. TÜRK DÜNYASININ GENEZİSİ
Qazaxıstan bütün Türk xalqlarının müqəddəs ata yurdudur. Qazaxların bugünkü geniş çölündən dünyanın bir çox yerinə səpələnən Türk köklü tayfalar və xalqlar digər ölkələr və bölgələrin də tarixi inkişafına mühüm töhfələr vermişlər.
Bununla əlaqədar olaraq “Türk sivilizasiyası: Kökdən bu günə” adlı layihə üzərində düşünmək lazımdır. Bu layihə çərçivəsində 2019-cu ildə Astanada Dünya Türkoloqlarının Konqresi və müxtəlif ölkələrin muzeylərində toplanan əsərlərin də yer alacağı, Türk xalqlarının mirasını əks etdirəcək Türk Xalqları Mədəniyyət Günləri təşkil olunmalıdır. Bundan başqa, Qazaxıstanın moderatorluğu ilə Vikipediya nümunəsində, türk xalqlarının ortaq əsərlərinin yerləşəcəyi onlayn kitabxana açmaq vacibdir.
Eyni zamanda, yeni əyalət mərkəzi olaraq Türküstanı inkişaf etdirmək, şəhərin beynəlxalq arenadakı nüfuzunu artırmağa səy göstərilməlidir.
Qazaxıstanın qədim paytaxtı yalnız xalqımızın mənəvi mərkəzi deyil, eyni zamanda bütün Türk dünyası üçün müqəddəs bir məkan sayılır.
4. BÖYÜK ÇÖLÜN QƏDİM İNCƏSƏNƏT VƏ TEXNOLOGİYA MUZEYİ
“Böyük Çöl” adlı qədim incəsənət və texnologiya muzeyi açmaq imkanımız mövcuddur. Bu muzeydə uğurlu sənət və texnologiya nümunələrini, heyvan formasında yaradılan əsərləri, “Altın Adam”ın bütün zinət əşyalarını, atları əhliləşdirmə və metallurgiyanın inkişafı ilə bağlı nümunələri, silah və texnika hazırlama prosesinə aid əşyaları və digər yadigarları toplamaq mümkündür. Orada Qazaxıstan ərazilərindən tapılan qiymətli arxeoloji abidələr və əsərlər sərgilənəcəkdir. Bu eksponatlar tarixin spesifik dövrlərində müxtəlif təsərrüfat sahələrinin inkişaf proseslərini göz önündə canlandırmalıdır.
Bununla yanaşı, “Böyük Çölün Böyük Sivilizasiyaları” adlı milli tarixi rekonstruksiya klubu quraraq, klub çərçivəsində Astana və Qazaxıstanın müxtəlif bölgələrində qədim Sak, Hun, böyük Türk xaqanlıqları dövrü və digər məsələlərlə bağlı festivallar keçirmək mümkündür. Maraq göstərən insanları dəvət edib, mövzu ilə bağlı işləri paralel şəkildə aparmaq mümkündür.
Qədim Otırar şəhərinin evləri və küçələrini, ictimai məkanlarını, su borularını, şəhər qala divarları və bəzi digər yerlərini bərpa edəcək turizm layihəsi də diqqətləri çəkəcək proyekt olacaqdır.
Bu baxımdan, təhsilə və turizmin inkişafına çox önəm verilməlidir.
5. MİN İLLİK ÇÖL FOLKLORU VƏ MUSİQİSİ
Bu layihə çərçivəsində “Çöl Folklorunun Antologiyası”nı hazırlamaq lazımdır. Burada Böyük Çöl insanlarının min illk xalq ədəbiyyatının nağıl, əfsanə, layla, hekayə və dastan kimi yaradıcılıq nümunələri bir araya gətirilməlidir.
Bundan başqa, “Böyük Çölün Qədim Nəğmələri” adı veriləcək, qopuz, dombıra, qaval, sazsırnay və digər ənənəvi qazax musiqi alətləri ilə ifa edilən mühüm əsərlərin antologiyası çap olunmalıdır.
Böyük Çölün folkloru və musiqisi, rəqəmsal formatda yenidən həyata qazandırılmalıdır. Bu layihə köçərilərin zəngin irsini sadəcə müntəzəm olaraq toplamalı deyil, eyni zamanda yerli və xarici peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməklə onun əhəmiyyətini artırmalıdır.
Mədəniyyətimizin əsas sahələri, qəhrəmanları və mahnıları sərhəd tanımaz. Ona görə də bunları ardıcıl surətdə araşdırmaq, bütün Orta Avrasiyaya və dünyaya tanıtmaq lazımdır.
Şifahi nəğmələr və musiqi ənənəsi canlandırılarkən müasir oxuyucular və dinləyicilər üçün aydın olmasına diqqət edilməlidir.
Bunu edərkən köhnə sözlər ilə mətnləri rəsmlərlə birlikdə vermək, vizual olaraq qısa film formasında təqdim etmək mümkündür. Melodiyalar və nəğmələr yalnız orijinal alətlərlə deyil, onların müasir elektron nümunələri ilə də təqdim oluna bilər.
Bununla yanaşı, folklor ənənəsinin ortaq tarixi əsaslarını araşdırmaq üçün Qazaxıstanın müxtəlif bölgələrinə və müxtəlif ölkələrə tədqiqat, araşdırma səfərləri təşkil etmək lazımdır.
6. TARİXİN KİNO SƏNƏTİ VƏ TELEVİZİYADA ƏKS OLUNMASI
Müasir xalqların tarixi yaddaş və anlayışında kino sənətinin xüsusi yeri vardır. Ümumiyyətlə, insan zehni üçün fundamental elmi tədqiqatlarda film qəhrəmanları sənədli portretlərdən daha çox yaddaqalandır.
Bu səbəbdən qısa zaman ərzində Qazaxıstanın sivilizasiya tarixinin fasiləsiz inkişafını göstərən sənədli filmlər, kinolar və serialların çəkilişinə başlanmalıdır.
Bu layihələr geniş beynəlxalq əməkdaşlıq çərçivəsində yerli və əcnəbi film rejissorları, prodüserlər, ssenaristlər, aktyorlar və kino sənayesinin digər mütəxəssislərinin yardımları ilə reallaşdırılmalıdır.
Macəra və melodram janrları ilə yanaşı, tamaşaçılar tərəfindən çox bəyənilən fantaziya və blokbaster elementlərini də qataraq yeni tarixi kino və televiziya nümunələri çəkmək lazımdır.
Amma hədəfə çatmaq üçün Böyük Çölün geniş mifoloji və folklor nümunələrini istifadə etmək mümkündür.
Milli qəhrəmanları örnək kimi təqdim edərkən keyfiyyətli uşaq filmləri və cizgi film seriallarına maraq göstərən gənc nəslin zövq və istəkləri də nəzərə alınmalıdır.
Şanlı, şöhrətli əcdadlarımız, fikir öndərlərimiz və dövlət rəhbərlərimiz təkcə Qazaxıstanda deyil, bütün dünyada tanınmağa layiq şəxsiyyətlərdir.
NƏTİCƏ